Məhkəmə qərarları › İş №2(103)-464/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-464/2025

15.01.2025 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-464/2025 15.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı6 və İddiaçı5 cavabdehlər Cavabdeh1 MMMC-yə və Cavabdeh2 MMC-yə qarşı iddia tələbi ilə əlaqədar iş üzrə (Açar sözlər: “müqavilənin və iclas protokollarının etibarsız hesab edilməsi” tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X2 (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlu və Mərdanova Xumar Afət qızından ibarət tərkibdə, Abdullayeva Çiçək Pərviz qızının katibliyi ilə, İddiaçı1 nümayəndəsi X4, İddiaçı3 nümayəndəsi X6, İddiaçı4 nümayəndəsi Cəlaləddin Ömərovun iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı6 və İddiaçı5 cavabdehlər Cavabdeh1 MMMC-yə və Cavabdeh2 MMC-yə qarşı “müqavilənin və iclas protokollarının etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-2897/2024 nömrəli, 02 avqust 2024-cü il tarixli qətnaməsindən Cavabdeh2 MMC tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş 12 iyun 2015-ci il tarixli RX seriyalı ******* saylı, 13 oktyabr 2017-ci il tarixli RX seriyalı ******* saylı, 07 avqust 2019-cu il tarixli ********** qeydiyyat nömrəli, 21 sentyabr 2017-ci il tarixli RX seriyalı ******* saylı, 30 dekabr 2016-cı il tarixli RX seriyalı ******* saylı, 10 fevral 2021-ci il tarixli ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlardan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti 40a saylı evin 100 saylı mənzili İddiaçı3 adına, Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti 40a saylı evin 3-cü girişində yerləşən 163 saylı mənzili İddiaçı1, Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti 787-ci məhəllə 40a saylı evin 3-cü girişində yerləşən 159 saylı mənzili İddiaçı2, Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti 40a saylı evin 179 saylı mənzili İddiaçı4, Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti 40a saylı evin 2-ci girişində yerləşən 61 saylı mənzili İddiaçı6, Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti 787-ci məhəllə 40a saylı evin 82 saylı mənzili İddiaçı5 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

2. Cavabdeh1 X14 xx.xx.2022-ci il tarixil 01/22 saylı protokolunda qeyd edilmiş qərarından görünür ki, binaya tam və hərtərəfli baxış keçirilib tədbirlər planı hazırlanaraq müzakirə olunması və təsdiqlənməsi üçün MMMC-nin idarə heyətinə təqdim edilməsi, binanın idarə olunmasının Cavabdeh2 MMC-yə həvalə olunması, kommunal xidmət haqlarının xx.xx.2022-ci il tarixdən Bakı şəhərindəki təcrübə nəzərə alınaraq satış müqaviləsindəki hər m2 üçün 0,40 manat təyin edilməsi, kommunal xidmət haqqını ödəməyən mənzil mülkiyyətçiləri ilə sonuncu danışıqların aparılmasının Aşur Ağayevə həvalə edilməsi, sanitar-kpidemioloji vəziyyət nəzərə alınaraq mərtəbələrdən məişət tullantıları toplanan qabların yığışdırılması və həmin xidmətin dayandırılması qərara alınmışdır.

3. Cavabdeh1 MMMC-nin İdarə Heyəti ilə Cavabdeh2 MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixil 01/22 nömrəli «Xidmətlərin göstərilməsi haqqında» müqavilədən görünür ki, müqavilə tərəfləri olaraq Cavabdeh1 MMMC-nin idarə heyətinin sədri xanım X5 və Cavabdeh2 MMC-nin direktoru Loğma Cəmaləddinov arasında müqavilədə nəzərdə tutulmuş xidmətlərin göstərilməsi haqqında müqavilə və həmin müqaviləyə 1 saylı Əlavə bağlanmışdır.

4. Cavabdeh1 X14 xx.xx.2023-cü il tarixli 0l/22 nömrəli protokolunda qeyd edilmiş qərarından görünür ki, liftlərin ana platalarında tənzimlənmə işlərinin aparılması, kommunal xidmət haqlarının xx.xx.2023-cü il tarixdən hər m2 üçün 0,50 manat təyin edilməsi, kommunal xidmət haqqını ödəməyən mənzil mülkiyyətçiləri ilə sonuncu danışıqların aparılmasının Aşur Ağayevə həvalə edilməsi qərara alınmışdır.

5. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(103)-6283/2023 saylı qətnaməsindən görünür ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 17 mart 2023-cü il tarixli 2(007)-461/2023 nömrəli qətnaməsindən cavabdeh X3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 17 mart 2023cü il tarixli 2(007)-461/2023 nömrəli qətnaməsi qismən- X1 1304,7 manat pulun tutulması hissəsində ləğv edilmiş, həmin hissədə iş üzrə yeni qətnamə çıxarılmış, "X12” MMC-nin X1 1304,7 manat pulun tutulması tələbinə dair iddiası rədd edilmişdir.

6. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(103)-2544/2024 saylı qətnaməsindən görünür ki, cavabdehlər İddiaçı3 və İddiaçı1 apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-429/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddiaçı "X12” MMC-nin cavabdehlər İddiaçı3 və İddiaçı1 qarşı pul tələbinə dair iddiası rədd edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

7. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı6 və İddiaçı5 cavabdehlər Cavabdeh1 MMMC-yə və Cavabdeh2 MMC-yə qarşı «müqavilənin və iclas protokollarının etibarsız hesab edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 MMMC-nin İdarə Heyəti ilə Cavabdeh2 MMC arasında bağlanmış «Xidmətlərin göstərilməsi haqqında» xx.xx.2022-ci il tarixil 01/22 nömrəli müqavilənin bağlandığı andan, Cavabdeh1 X14 xx.xx.2022-ci il tarixil 01/22 saylı və xx.xx.2023-cü il tarixli 01/22 nömrəli qərarlarının (protokollarının) isə qəbul edildiyi andan etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər.

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıların yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, 787-ci məhəllə Xətai prospekti 40 A ünvandakı 16 mərtəbəli (+mansard), 3 girişli kooperativ yaşayış binası mövcud vəziyyətdə istismara 2015-ci il tarixdə qəbul edilmişdir. Binanın mənzillərinin satışı hələ istismara qəbuldan xeyli əvvəldən başlamış, alğı-satqıdan sonra alıcılar tərəfindən özəlləşdirilmişdir. İddia üzrə 1-ci Cavabdeh1 xx.xx.2022-ci il tarixdə təsis edilmiş, xx.xx.2022-ci il tarixdə isə dövlət qeydiyyatına alınmışdır. İddiaçılara məlum olmuşdur ki, binaya və orada yaşayan sakinlərə müvafiq xidmətlərin göstərilməsi məqsədi ilə cavabdehlər, yəni Cavabdeh1 MMMC-nin İdarə Heyəti ilə Cavabdeh2 MMC arasında «Xidmətlərin göstərilməsi haqqında» xx.xx.2022-ci il tarixdə müqavilə bağlanmışdır. Cavabdeh1 MMMC-nin X14 xx.xx.2022-ci il tarixli 01/22 saylı protokolu ilə kommunal xidmət haqlarının xx.xx.2022-ci il tarixdən satış müqaviləsindəki hər m2 üçün 0,40 manat, MMMC-nin X14 xx.xx.2023-cü il tarixli 01/22 nömrəli protokolu ilə kommunal xidmət haqlarının xx.xx.2023-cü il tarixdən hər m2 üçün 0,50 manat məbləğində təyin edilməsi qərara alınmışdır. İddiaçılar hesab edirlər ki, cavabdehlər arasında bağlanmış yuxarıda göstərilən «Xidmətlərin göstərilməsi haqqında» xx.xx.2022- ci ii tarixli 01/22 nömrəli müqavilə bağlandığı andan, Cavabdeh1 MMMC-inin X14 xx.xx.2022-ci il tarixli 01/22 saylı və xx.xx.2023-cü il tarixli 01/22 nömrəli protokolları (qərarları) isə qəbul edildiyi andan etibarsız hesab edilməlidir. Belə ki, Cavabdeh1 MMMC-nin İdarə Heyəti subyektiv hüquqa malik olmadığı halda, yəni mənzil qanunvericiliyi ilə cəmiyyətin ümumi yığıncağının səlahiyyətinə aid olan məsələlər (o cümlədən binanın idarə edilməsi, cəmiyyətin üzvlərinin mütləq ödənişlərinin və haqlarının miqdarının müəyyən edilməsi) üzrə qərarlar (protokollar) qəbul etmiş və müqavilə bağlamışdır. Mənzil Məcəlləsinin 122.1 və 122.1.1 -ci maddələrinə əsasən qanunvericiliyə müvafiq qaydada çoxmənzilli binanın idarə edilməsi haqqında müqavilə, habelə çoxmənzilli binanın ümumi əmlakının saxlanması və təmiri, kommunal xidmətlərin göstərilməsi haqqında və cəmiyyət iştirakçılarının maraqlarına uyğun digər müqavilələr bağlamaq mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin hüququ kimi müəyyən olunmuşdur. Mənzil Məcəlləsinin 125.2.4-cü maddəsinə əsasən cəmiyyətin üzvlərinin mütləq ödənişlərinin və haqlarının miqdarını müəyyən etmək ümumi yığıncağın səlahiyyətinə aid olunmuşdur. Mənzil Məcəlləsinin 138.4-cü maddəsinə əsasən mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinin və ya mənziltikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin yaradılmadığı çoxmənzilli binanın yaşayış sahəsinin saxlanması və təmirinə görə haqqın miqdarı həmin binanın sahə mülkiyyətçilərinin bu Məcəllənin 44-47-ci maddələrində müəyyənləşdirilən qaydada keçirilən ümumi yığıncağında bir ildən az olmayan müddətə müəyyən edilir. Göründüyü kimi, cəmiyyətin üzvlərinin mütləq ödənişlərinin və haqlarının miqdarı cəmiyyətin ümumi yığıncağının deyil, İdarə Heyətinin qərarı ilə müəyyən olunmuşdur.

9. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-2897/2024 nömrəli, 02 avqust 2024-cü il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, Cavabdeh1 MMMC-nin İdarə Heyəti ilə Cavabdeh2 MMC arasında bağlanmış «Xidmətlərin göstərilməsi haqqında» xx.xx.2022-ci il tarixil 01/22 nömrəli müqavilənin bağlandığı andan, Cavabdeh1 X14 xx.xx.2022-ci il tarixil 01/22 saylı və xx.xx.2023-cü il tarixli 01/22 nömrəli qərarların (protokolları) isə qəbul edildiyi andan etibarsız hesab edilməsi qət edilmişdir (hakim X7).

10. Məhkəmə iddia tələbini təmin edərkən ona istinad etmişdir ki, işin hallarından görünür ki, bu barədə ümumi yığıncağın qərarı mövcud deyildir, binanın idarə olunmasının Cavabdeh2 MMC-yə həvalə olunması Mənzil Məcəlləsinin 127.2-ci maddəsini tələblərinə zidd olaraq MMMC-nin X14 xx.xx.2022-ci il tarixli 01/2 saylı protokolu əsasında həyata keçirilmişdir.Halbuki bu barədə ümumi yığıncağın qərarı olduqdan sonra Mənzil Məcəlləsinin 128.0.4-cü maddəsinə müvafiq olaraq idarə heyəti həmin qərara uyğun olaraq çoxmənzilli binanı (binaları) idarə etmək və ya idarə olunmasına dair müqavilə bağlaya bilərdi. Göründüyü kimi, Cavabdeh1 MMMC tərəfindən Mənzil Məcəlləsində təsbit olunmuş müvafiq maddi hüquq normasının imperativ xarakterli göstərişinə riayət olunmadan (subyektiv hüquq) qərarlar qəbul edilmiş və həmin qərarlara istinad olunaraq, digər Cavabdeh2 MMC ilə «Xidmətlərin göstərilməsi haqqında» müqavilə bağlanmışdır. Belə olduğu təqdirdə, istər yuxarıda göstərilən qərarlar, istərsə də bağlanmış müqavilə özözlüyündə etibarsızdır. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilən hal ondan ibarətdir ki, hazırki iş üzrə iddiaçılar Cavabdeh1 MMMC-nin ümumi yığıncaq keçirilmədən, müvafiq məsələlərə dair qərarlar qəbul edilmədən Cəmiyyətin İdarə Heyəti tərəfindən cəmiyyətin idarəetməsinin həyata keçirilməsinin digər Cavabdeh2 MMC-yə həvalə edilməsindən və həmçinin eyni prosedurlara riayət edilmədən müvafiq ödənişlərin İdarə Heyətinin üzvləri tərəfindən müəyyən edilməsindən narazıdılar. Məhkəmə qeyd edir ki, hazırki iş üzrə iddiaçıların binanın yaşayış sahələrinin mülkiyyətçiləri kimi binada xidmət haqları ilə bağlı mütləq ödənişlərin müəyyən edilməsində qanunla nəzərdə tutulmuş iştirakları təmin edilməmiş, bunun üçün ümumi yığıncaq keçirilməmişdir. X16 səlahiyyətlərinə aid olmayan məsələ ilə bağlı qanunsuz qərar qəbul etmişdir. Eyni zamanda hazırki iş üzrə iddiaçıların da iştirakı və razılığı əsasında idarəetmə formasının müəyyənləşdirilməsində mövqeləri öyrənilməmiş və İdarə Heyəti öz seçiminə əsasən digər Cavabdeh2 MMC ilə müqavilə bağlayaraq Cəmiyyətə müvafiq xidmətlərin göstərilməsini xidmət müqaviləsi əsasında Cavabdeh2 MMC-yə tapşırmışdır. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab etmişdir ki, iddia əsaslı olduğundan təmin edilməli, Cavabdeh1 MMMC-nin İdarə Heyəti ilə Cavabdeh2 MMC arasında bağlanmış «Xidmətlərin göstərilməsi haqqında» xx.xx.2022-ci il tarixil 01/22 nömrəli müqavilə bağlandığı andan, Cavabdeh1 X14 xx.xx.2022-ci il tarixil 01/22 saylı və xx.xx.2023-cü il tarixli 01/22 nömrəli qərarları (protokolları) isə qəbul edildiyi andan etibarsız hesab edilməlidir.

11. Məhkəmə öz mövqeyini Mənzil Məcəlləsinin 122-ci, 125-ci, 129-cu, 138-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-ci, 349-cu maddələrinə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci, 107-ci, 119.1-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarına, Konstitusiya Məhkəməsi Plenumunun M.Bağırovun şikayəti üzrə 2008-ci il 30 iyul tarixli Qərarına istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

b) Apellyasiya şikayətinin dəlilləri

12. Qətnamədən Cavabdeh2 MMC apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbini rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh1 MMMC ilə araşdırılan zaman müəyyən edilmişdir ki. məhkəmənin göstərdiyinin əksinə olaraq binanın idarə edilməsinin Cavabdeh2 MMC-yə həvalə edilməsi və kommunal xidmət haqlarının müəyyən edilməsi ilə bağlı xx.xx.2022-ci il tarixdə mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin ümumi yığıncağı keçirilmiş, məhz həmin yığıncaqda digər məsələlərlə yanaşı, eyni zamanda binanın idarə edilməsinin Cavabdeh2 MMC-yə həvalə edilməsi və kommunal xidmət haqlarının satış müqaviləsindəki hər kv.m üçün 0.40 manat müəyyən edilməsi qərara alınmışdır. Bundan sonra da qanunauyğun olaraq Cavabdeh1 MMMC-nin İdarə Heyəti mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin ümumi yığıncağının həmin qərarına əsasən Cavabdeh2 MMC ilə binanındarə edilməsinin təmin edilməsi üçün müqavilə bağlanılması qərarına gəlmişdir. Həmin vaxtdan da onlar tərəfindən sözügedən binanın idarə edilməsi qanuna müvafiq qaydada həyata keçirilməkdədir. Belə ki. necə müddətdir ki. hazırkı is üzrə iddiaçıların veoanə niyyəti məhz kommunal xidmət haqlarının ödənilməsindən yayınmaqdır. Birinci instansiya məhkəməsinin özünün də istinad etdiyi Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli və xx.xx.2024-cü il tarixli qətnamələrindən də müəyyən olunur ki, eyni iddiaçılar kommunal xidmət haqlarını ödəmək istəmirlər. Halbuki yuxarı məhkəmələrin analoji işlərlə bağlı hüquqi mövqeyi bundan ibarət olmuşdur ki: “Hətta yaşayış sahəsinin mülkiyyətçisi ilə mənzilinin yerləşdiyi binanın saxlanılması üçün xidmət haqqı ilə bağlı yazılı müqavilənin bağlanmaması belə özözlüyündə həmin mənzil mülkiyyətçisini kommunal haqqı ödəmək vəzifəsindən azad etmir. “Azərbaycan Respublikasında dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsindən istifadə haqqı (mənzil haqqı) və mənzil-kommunal xidmətlərinə görə tariflərin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 mart 2000-ci il tarixli 40 nömrəli Qərarına 1 nömrəli əlavə olan “Mənzil xidməti tarifləri”nə əsasən mənzil mülkiyyətçiləri mənzilin yerləşdiyi binanın saxlanılması üçün hər ay müəyyən vəsait ödəməlidir. Tələb edilən həmin vəsait- ödəniş konkret xidmətlərə əsaslanmaqla, ağlabatan məbləğlərdə müəyyən edilməlidir.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Apellyasiya şikayətinə qarşı yazılı etiaz daxil olmamışdır.

ç) Proses iştirakçılarının izahatı

14. Məhkəmə iclasında ddiaçı İddiaçı1 nümayəndəsi X8, İddiaçı3 nümayəndəsi X11 və İddiaçı4 nümayəndəsi Cəlaləddin Ömərovun hər biri ayrı-ayrılıqda apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir.

15. İştirak etdiyi məhkəmə iclasında Cavabdeh2 MMC-nin nümayəndəsi və vəkili apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etmişdir.

16. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, iş üzrə digər cavabdeh öz nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Kollegiya işə digər cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

17. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 122.1-ci və 122.1.1-ci maddələrinə əsasən mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin aşağıdakı hüquqları vardır: qanunvericiliyə müvafiq qaydada çoxmənzilli binanın idarə edilməsi haqqında müqavilə, habelə çoxmənzilli binanın ümumi əmlakının saxlanması və təmiri, kommunal xidmətlərin göstərilməsi haqqında və cəmiyyət iştirakçılarının maraqlarına uyğun digər müqavilələr bağlamaq. 122.2- ci maddəsinə əsasən əgər bu çoxmənzilli binanın sahə mülkiyyətçilərinin hüquqlarını və qanuni mənafelərini pozmursa, mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti aşağıdakı hüquqlara malikdir: 122.2.1-ci maddəsinə əsasən çoxmənzilli binanın ümumi əmlakının bir hissəsini istifadəyə və ya məhdud istifadəyə vermək; 122.2.2-ci maddəsinə əsasən qanunvericiliyin tələblərinə uyğun olaraq müəyyən edilmiş qaydada çoxmənzilli binanın ümumi əmlakının bir hissəsində əlavə tikinti və yenidənqurma işləri (o cümlədən ümumi əmlakın genişləndirilməsi və ya üstünün tikilib artırılması) aparmaq; 122.2.3-cü maddəsinə əsasən torpaq sahələrini mənzil tikintisinin həyata keçirilməsi, təsərrüfat və digər tikililərin tikilməsi və sonradan istismar edilməsi məqsədi ilə istifadəyə götürmək və ya çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi paylı mülkiyyətinə satın almaq; 122.2.4-cü maddəsinə əsasən qanunvericiliyin tələblərinə uyğun olaraq çoxmənzilli binanın sahə mülkiyyətçiləri adından və onların hesabına həmin binaya bitişik olan ayrılmış torpaq sahələrində tikinti işləri aparmaq; 122.2.5-ci maddəsinə əsasən əqdlər bağlamaq və cəmiyyətin məqsəd və vəzifələrinə uyğun olan digər hərəkətlər etmək. 125.1-ci maddəsinə əsasən mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti iştirakçılarının ümumi yığıncağı cəmiyyətin ali idarəetmə orqanıdır və bu Məcəllə, həmçinin nizamnamə ilə müəyyən edilmiş qaydada çağırılır. 125.2.4-cü və 125.2.12-ci maddələrinə əsasən cəmiyyətin üzvlərinin mütləq ödənişlərinin və haqlarının miqdarını müəyyən etmək və çoxmənzilli binanın ümumi əmlakının icarəyə verilməsi və ya bu əmlaka dair digər hüquqların verilməsi haqqında, həmçinin bu Məcəllənin 122.2.1.-122.2.4-cü maddələrində nəzərdə tutulmuş məsələlər üzrə qərarlar qəbul etmək mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti iştirakçılarının ümumi yığıncağının səlahiyyətlərinə aiddir. 129.2- ci maddəsinə əsasən mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarə heyətinin sədri cəmiyyətin adından etibarnamə verilmədən hərəkət edir, ödəniş sənədlərini imzalayır və qanunvericiliklə, cəmiyyətin nizamnaməsi ilə idarə heyətinin və ya cəmiyyət iştirakçılarının ümumi yığıncağının razılığını tələb etməyən əqdlər bağlayır, çoxmənzilli binaya xidmət göstərən işçilərə dair cəmiyyətin daxili qaydalarını və onların əməyinin ödənilməsinə dair təklifləri işləyib hazırlayır və təsdiq olunmaq üçün cəmiyyət iştirakçılarının ümumi yığıncağına təqdim edir. 138.4-cü maddəsinə əsasən mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənzil-tikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin yaradılmadığı çoxmənzilli binanın yaşayış sahəsinin saxlanması və təmirinə görə haqqın miqdarı həmin binanın sahə mülkiyyətçilərinin bu Məcəllənin 44-47-ci maddələrində müəyyənləşdirilən qaydada keçirilən ümumi yığıncağında bir ildən az olmayan müddətə müəyyən edilir.

18. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.3- cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. 349-cu maddəsinə əsasən hüquqi şəxsin öz nizamnaməsində müəyyənləşdirilmiş fəaliyyət məqsədlərinə zidd olaraq bağladığı əqd, əgər əqddə iştirak edən digər tərəfin onun qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu sübuta yetirilərsə, həmin hüquqi şəxs və ya onun təsisçisi tərəfindən mübahisələndirilə bilər.

19. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

Apellyasiya baxışının hədləri

20. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

21. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

22. Hazırkı apellyasiya şikayətində qətnamənin ləğv olunaraq, iddianın rədd olunması xahiş olunduğundan, qətnamə tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

23. Məhkəmə kollegiyası tərəfləri dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini iş mаtеriаllаrı ilə birlikdə аrаşdırаrаq hеsаb еdir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmışdır. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə və ya dəyişdirilməsinə hər hansı əsas yoxdur.

24. Məhkəmə kollegiyası apellyasiya şikayətini dəlillərinə istinadən qeyd etməyi zəruri hesab edir ki, Cavabdeh1 MMMC-nin İdarə Heyətinin iclasında kommunal xərclər və s. barədə qərarlar qəbul edilmiş, həmçinin İdarə Heyətinin sədri şəxsində və digər Cavabdeh2 MMC ilə xx.xx.2022-ci il tarixil 01/22 nömrəli «Xidmətlərin göstərilməsi haqqında» müqavilə bağlamışdır. Halbuki bu qəbildən olan qərarların qəbul edilməsi mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti iştirakçılarının ümumi yığıncağının səlahiyyətlərinə aiddir.

25. Qeyd etmək lazımdır ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsinin 35 və 36-cı bəndlərində göstərilmişdir ki, Mənzil Məcəlləsinin 122.1-civə 122.1.1-ci maddələrinə əsasən qanunvericiliyə müvafiq qaydada çoxmənzilli binanın idarə edilməsi haqqında müqavilə, habelə çoxmənzilli binanın ümumi əmlakının saxlanması və təmiri, kommunal xidmətlərin göstərilməsi haqqında və cəmiyyət iştirakçılarının maraqlarına uyğun digər müqavilələr bağlamaq mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin hüququ kimi müəyyən olunmuş, həmin Məcəllənin 125.2 və 125.2.12-ci maddələrinə əsasən çoxmənzilli binanın ümumi əmlakının icarəyə verilməsi və ya bu əmlaka dair digər hüquqların verilməsi haqqında, həmçinin bu Məcəllənin 122.2.1-122.2.4cü maddələrində nəzərdə tutulmuş məsələlər üzrə qərarlar qəbul etmək ümumi yığıncağın səlahiyyətinə aid edilmişdir. Yəni idarəçinin seçilməsi yalnız ümumi yığıncağın səlahiyyətində olan məsələdir və Məcəllənin 127.2-ci maddəsində də qeyd olunmuşdur ki, çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının müstəsna səlahiyyətlərinə və mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin iştirakçılarının ümumi yığıncağının səlahiyyətlərinə aid edilən məsələlər istisna olmaqla, mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarə heyəti cəmiyyətin fəaliyyəti ilə bağlı bütün məsələlər üzrə qərarlar qəbul edə bilər.

26. Lakin işin hallarından görünür ki, bu barədə ümumi yığıncağın qərarı mövcud deyildir, binanın idarə olunmasının Cavabdeh2 MMC-yə həvalə olunması Mənzil Məcəlləsinin 127.2-ci maddəsini tələblərinə zidd olaraq MMMC-nin X14 xx.xx.2022-ci il tarixli 01/2 saylı protokolu əsasında həyata keçirilmişdir.Halbuki bu barədə ümumi yığıncağın qərarı olduqdan sonra Mənzil Məcəlləsinin 128.0.4-cü maddəsinə müvafiq olaraq idarə heyəti həmin qərara uyğun olaraq çoxmənzilli binanı (binaları) idarə etmək və ya idarə olunmasına dair müqavilə bağlaya bilərdi.

27. Göründüyü kimi, Cavabdeh1 MMMC tərəfindən Mənzil Məcəlləsində təsbit olunmuş müvafiq maddi hüquq normasının imperativ xarakterli göstərişinə riayət olunmadan (subyektiv hüquq) qərarlar qəbul edilmiş və həmin qərarlara istinad olunaraq, digər Cavabdeh2 MMC ilə «Xidmətlərin göstərilməsi haqqında» müqavilə bağlanmışdır. Belə olduğu təqdirdə, istər yuxarıda göstərilən qərarlar, istərsə də bağlanmış müqavilə özözlüyündə etibarsızdır.

28. Beləliklə müəyyən edilən hal ondan ibarətdir ki, hazırki iş üzrə iddiaçılar Cavabdeh1 MMMC-nin ümumi yığıncaq keçirilmədən, müvafiq məsələlərə dair qərarlar qəbul edilmədən Cəmiyyətin İdarə Heyəti tərəfindən cəmiyyətin idarəetməsinin həyata keçirilməsinin digər Cavabdeh2 MMC-yə həvalə edilməsindən və həmçinin eyni prosedurlara riayət edilmədən müvafiq ödənişlərin İdarə Heyətinin üzvləri tərəfindən müəyyən edilməsindən narazıdılar.

29. Hazırki iş üzrə iddiaçıların binanın yaşayış sahələrinin mülkiyyətçiləri kimi binada xidmət haqları ilə bağlı mütləq ödənişlərin müəyyən edilməsində qanunla nəzərdə tutulmuş iştirakları təmin edilməmiş, bunun üçün ümumi yığıncaq keçirilməmişdir. X16 səlahiyyətlərinə aid olmayan məsələ ilə bağlı qanunsuz qərar qəbul etmişdir. Eyni zamanda hazırki iş üzrə iddiaçıların da iştirakı və razılığı əsasında idarəetmə formasının müəyyənləşdirilməsində mövqeləri öyrənilməmiş və İdarə Heyəti öz seçiminə əsasən digər Cavabdeh2 MMC ilə müqavilə bağlayaraq Cəmiyyətə müvafiq xidmətlərin göstərilməsini xidmət müqaviləsi əsasında Cavabdeh2 MMC-yə tapşırmışdır.

30. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayətində irəli sürdükləri yalnız formal mülahizələrdir. Faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnamə isə yalnız formal mülahizələrə görə ləğv edilə və ya dəyişdirilə bilməz. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

31. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384cü, 392-ci, 393-cü, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-2897/2024 nömrəli, 02 avqust 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar