Məhkəmə qərarları › İş №2(103)-466/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-466/2025

21.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-466/2025 21.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (açar sözlər: pul tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası hakimlər Səlimova Səadət Rəşid qızı (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X2 ibarət tərkibdə, Şadiyev Namiq Ənvər oğlunun katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi (vəkili) Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(004)-2620/2024 nömrəli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətləri üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı Sumqayıt ŞPİ-nin İstintaq şöbəsinin müstəntiqinin 28 mart 2024-cü il tarixli cinayət işinin icraatına xitam verilməsi barədə qərarından görünür ki, Cavabdeh izahatında bildirmişdir ki, özü heç yerdə işləmir. Həyat yoldaşı X9 hərbiçi olub, hal-hazırda Laçın rayonu ərazisində yerləşən hərbi hissələrdən birində çalışır. İddiaçı və onun arvadı Səriyyə onun həm uzaq qohumu, həm də qonşularıdırlar, onlarla münasibətləri həmişə yaxşı olub. Təxminən 2020-ci ilin sonları, 2021 -ci ilin əvvəllərində o Səriyyənin internet statusunda qızıl-zinət əşyalarının satışı və krediti barədə elanı oxuduqda Səriyyəyə müraciət edərək heç yerdə işləmədiyini bildirib ona da az-az miqdarda nisyə qızıl verməsini xahiş edib özünün də həmin qızılı kreditə verəcəyini və ya satacağını bildirmişdir. Səriyyə əgər ondan aldığı qızılları üzərinə pul qoymadan satarsa ona müəyyən az miqdarda faiz xeyir verəcəyini bildirmişdir. Bundan sonra o ilk əvvəllər az miqdarda Səriyyədən qızıl-zinət əşyalarını bir il müddətinə kreditə götürüb daha sonra illik 30 faiz məbləği ilə tanışlarına kreditə verirmiş və hər ay vaxtı-vaxtında aylıq ödənişləri Səriyyəyə verirmiş, əvəzində isə Səriyyə ona qızıl şəklində mükafat verirmiş. Əlavə olaraq qeyd etmişdir ki, o qızılı Səriyyədən ancaq çəki ilə və çəkinin dəyərinə görə götürürmüş və həmin qızılların əl işi olması və yaxud hansı formada olması heç bir əhəmiyyət kəsb etmirmiş. O ilk əvvəllər qızılı Səriyyədən bir illik müddətinə qramını 120 manatdan, son 4-5 ayda isə qızılın bahalaşması ilə əlaqədar 125-130 manatdan götürmüş, həmin qiymətdə də vətəndaşlara bir illiyinə kreditə vermişdir. Aylıq yığımları qəpiyə-qəpik Səriyyəyə verirmiş. Bir daha qeyd etmişdir ki, Səriyyə bunun əvəzində ona yalnız verdiyi pulun müqabilində qızıl formasında mükafat verirmiş. Ona bu işdə həyat yoldaşı Elnur da köməklik edirmiş. Belə ki, vətəndaşlardan aylıq pulların yığılmasında və bəzən də qızılların vətəndaşlara çatdırılmasında Elnur onunla birlikdə işləyirmiş, ilk dövrlərdə o Səriyyədən aldığı qızıl-zinət əşyalarını yalnız ətrafında olan yaxın qohumlarına kreditə verirmiş və onlar da vaxtıvaxtında pulu ödəyirmişlər. Lakin, təxminən 2022-ci ilin aprel və ya may ayında o Abşeron rayonu, Masazır qəsəbəsində gözəllik salonu işlədən X4 ilə tanış olmuşdur. Onunla tanış olmaqlarına səbəb isə o öz vatsap səhifəsində qızıl-zinət əşyalarının satışı və kreditə verilməsi barədə elan qoyması olmuşdur. Belə ki, Nuranə ona zəng vuraraq özünün də uzun ilərdir qızıl alveri ilə məşğul olduğunu, böyük həcmli qızıl götürən müştərilərinin olduğunu və onun vasitəsi ilə həmin qızılları illik kreditə verə biləcəyini bildirmişdir. Nuranənin bu təklifi onun üçün cəlb edici görünmüş və bu səbəbdən o Səriyyədən götürdüyü qızlların həcmini xeyli artırıb demək olar ki, ayda ortalama 50-60 min manatlıq qızılları ondan götürüb həmin faizlə Nuranəyə verirmiş, Nuranə isə buna müvafiq olaraq aylıq ödənişləri ona çatdırırmış, o da qəpiyə-qəpik Səriyyəyə verirmiş. Artıq 2022-ci ilin aprel ayından başlayaraq Nuranəyə verilən bir illik kreditlərin bağlanma vaxtları çatırmış. Qeyd olunan dövrə qədər aylıq ödənişlər vaxtı-vaxtında verilmişdir. Səriyyə və əri Ruslan onun qızılları kimə verməsi ilə maraqlanmırmış, onların qarşısında o məsuliyyət daşıyırmış, həmçinin Nuranə adlı müştərinin olmasından xəbərsiz olmuşlar. Nuranə ilə onun arasında olan aylıq ödəniş cədvəli eyni qaydada və məbləğdə onunla Səriyyə arasında qurulmuşdur. O özü isə Nuranənin həmin qızılları kimlərə verməsi ilə maraqlanmırmış, belə ki, onun da qarşısında həmin ödənişlərə görə Nuranə məsuliyyət daşıyırmış. 2023-cü ilin may ayının əvvəllərində Nuranə gözləmədiyi halda ona müraciət edərək yeni qızıl piştaxtalarında işləyən topdan satış müştəriləri tapdığını və bu səbəbdən ona verəcəyi qızl-zinət əşyalarının həcmini artırmaq lazım olduğunu, alacağı qızılları artıq bir illik müddətə yox bir aylıq müddətə götürəcəyini və bir ayın sonunda qızılların pulunu satıb ona verəcəyini, ancaq belə olan halda qızılın aşağı qiymətlə ona verilməsinin lazım olduğunu bildirmişdir. O, Nuranənin müraciəti ilə əlaqədar əri Elnurla birlikdə Ruslangilə getmiş və Ruslanla arvadı Səriyyəyə böyük məbləğdə bir ay müddətinə pulu qaytarılmaq şərti ilə qızıl-zinət əşyaları almaq istədiklərini bildirib həmin qızılları hansı məbləğdə onlara verə biləcəklərini soruşduqda, Ruslan pulunu bir aya qaytaracaqlarını nəzərə alıb qızılın qramını 130 manatdan deyil, 95 manatdan onlara verə biləcəyini bildirmişdir. Bu təklif onları qane etdiyindən Ruslan və Səriyyə ilə razılaşmışlar və xx.xx.2023-cü il tarixdə qramını 95 manatdan hesablanılmaqla 108.012 manat dəyərində 1136,97 qram, xx.xx.2023-cü il tarixdə 58.263 manat dəyərində 613,30 qram, xx.xx.2023-cü il tarixdə 26.010 manat dəyərində 273,79 qram və xx.xx.2023-cü il tarixdə 25.224 manat dəyərində 265,41 qram çəkidə qızıl-zinət əşyalarını Ruslangildən götürüb daha sonra elə həmin günlərdə də əri Elnur Sumqayıt şəhər ərazisində Nuranə, onun atası Aqif və ya əri Elməddin ilə görüşüb onlara təhvil vermiş, sonuncu dəfə isə Nuranə 265,41 qram çəkidə qızıl əşyalarını onun yaşadığı ünvan 1 ünvana gələrək evlərinin qarşısında ondan və Elnurdan təhvil almışdır. Lakin, həmin vaxtdan sonra Nuranənin əvvəllər bir illik müddətinə götürmüş olduğu qızıl-zinət əşyalarının aylıq ödənişi və həmçinin may ayında bir aylıq götürmüş olduğu qızılların aylıq ödənişi kəsildi. Belə ki, Nuranə təkcə 2023-cü ilin may ayında əvvəllər bir illik müddətə götürmüş olduğu qızıl-zinət əşyalarına görə 15.186 manat pul ödəməli idi. O Nuranə ilə əlaqə saxladıqda Nuranə yüngül bir problemin çıxdığını və 2- 3 gün ərzində ödənişi edəcəyini bildirmişdir. O Nuranədən may ayında bir aylıq götürdüyü cəmi 226.440 manat məbləğində qızılın pulunun necə olacağını soruşanda Nuranə həmin pulu vaxtında ödəyəcəyini demişdir. Lakin, Nuranənin söz verdiyi 2-3 gün də keçdikdən sonra 15.186 manat pulu ödəmədiyini görüb o və əri Elnur narahat olmuş və bu səbəbdən Nuranə ilə Masazır qəsəbəsi, “Qurtuluş 93” Y/M-nin ərazisində yerləşən restoranlardan birində görüşmüşlər. Onlar öz narahatçılıqlarını Nuranəyə bildirdikdə sonuncu müxtəlif bəhanələr gətirərək guya ona verdikləri qızılların qaçaqmal olduğunu, buna görə DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsinin əməkdaşlarının onları məsuliyyətə cəlb etdiyini, buna görə 121.000 manat xərci çıxdığını, verməli olduğu həmin məbləğdən 121.000 manatı çıxıb onlara hissə-hissə 20 ay ərzində cəmi 371.000 manat pul qaytaracağını bildirmişdir. Onlar vəziyyətin çətin olduğunu görüb Ruslana zəng vuraraq ona Nuranə barədə tam danışmışlar və Nuranənin onlara dediklərini Ruslana bildirmişlər. Uzun mübahisədən sonra Ruslan çarəsiz qalıb Nuranənin onlara etdiyi təklif ilə razılaşmış, həmin təklifə görə Nuranə onlara 371.000 manatı hər aylıq 18.550 manat olmaqla 20 ay müddətinə ödəməli imiş. Bu səbəbdən onlar Nuranədən öz xətti ilə xx.xx.2023-cü il tarixdə yazılı qəbz almışlar və Nuranə həmin qəbzdə pulu ödəmək şərtlərini qeyd edib imza etmişdir. Həmin qəbzə əsasən 18.550 manatı Nuranə 2023-cü ilin iyul ayının 6-da ödənişli imiş. Lakin, həmin vaxt da çatdıqda Nuranə pul ödəməkdən imtina etmiş və ümumiyyətlə onların telefon zənglərinə cavab verməmişdir. Bu səbəbdən də, İddiaçı Sumqayıt şəhər Polis İdarəsinə şikayət ərizəsi ilə müraciət etmişdir. 230736135 saylı cinayət işi materialında olan X5 izahatında bildirmişdir ki, Mirvarinin verdiyi qızılları Fidan, Nərmin, Məleykə və Gülşən adlı şəxslərə hərəsinə müxtəlif çəkilərdə bir ay müddətinə vermişdir. Lakin həmin vaxtdan sonra qadınlar pulu verməyi yubatmağa başlamışdılar. Həmin qadınlar guya Mirvarinin əri Elnurun onları hədələyərək polisə verəcəyini bildirdiyinə görə ödənişi etməkdən imtina etdilər. Elnur və Mirvari ondan pulu tələb edərkən o, həmin qadınları ələ verməyib onlara guya qızılların qaçaqmal olması ilə əlaqədar DİB BMCMİ-nin əməkdaşlarına 121.000 manat pul verdiyini və 371.000 manat qaytarmalı olduğunu, həmin pulu da 20 ay müddətinə ayda 18.550 manat olmaqla ödəyəcəyini öhdəsinə götürmüş və bu barədə Elnur və Mirvariyə öz xətti ilə yazılı qəbz vermişdir. Qəbzi verərkən arxayın idi ki, Fidan, Nərmin, Məleykə və Gülşən pulları qaytarar, o da Mirvarigilə pulu verər. Lakin onlar da hal-hazıra kimi vermiş olduğu qızılların pullarını qaytarmaqdan imtina edirlər. Bu səbəbdən o da Mirvarinin qarşısında, Mirvari isə qızılların sahibi Ruslan və arvadı Səriyyənin qarşısında borclu qalmışlar. İddiaçı tərəfindən təqdim edilmiş CD diskdə olan səs yazısından görünür ki, Cavabdeh səsinin yazıldığından məlumatlı olmuş, İddiaçı ilə aralarında iddiaçının cavabdehə verdiyi qızıllarla bağlı hesablamalar aparılmış və nəticədə Cavabdeh İddiaçı ümumilikdə faizlərlə birlikdə 492.480 (dörd yüz doxsan iki min dörd yüz doxsan) manat borcu olduğu cavabdeh tərəfindən bildirilmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 492.000 manat məbləğində pulun və iddiaçı tərəfindən ödənilmiş 782 manat məbləğində dövlət rüsumunun alınıb iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı heç bir yerdə işləmədiyindən qızıl-zinət əşyalarının satışı və ya krediti ilə məşğuldur. Belə ki, o mağazadan əldə etdiyi qızıl-zinət əşyalarını bir illik müddətə kreditə istəyən şəxslərə 30 faizlə, bir aylıq müddətə kreditə istəyən şəxslərə isə 5 faiz əlavə olmaqla verir. İddiaçıya qızıl alış-verişində həyat yoldaşı kömək edir. Cavabdeh iddiaçıyla qonşuluqda yaşayır. Onu və ailə üzvlərini uzun illərdir ki, tanıyır, aralarında münasibətlər həmişə normal olub, heç bir ədavət və düşmənçilikləri olmamışdır. Təqribən 2022-ci il tarixdə cavabdeh iddiaçının həyat yoldaşına müraciət edərək, ona da az miqdarda qızıl-zinət əşyaları vermələrini xahiş edib, özünün də həmin qızılları qramına cüzi miqdarda əlavə etməklə satacağını bildirmişdir. Cavabdeh mütəmadi olaraq az miqdarda, 1000-1500 manat məbləğində iddiaçıdan qızıl əşyaları sataraq daha sonra pulunu iddiaçıya ödəyirdi. Bir müddət sonra da bu hal belə davam edirdi. 2023-cü il tarixə cavabdeh ilin tamamında 30 faiz əlavə dəyərini ödəməklə qızıl-zinət əşyalarını kreditə götürmüşdür. 2023-cü il ərzində cavabdeh əlavə faiz dəyəri də hesablanmaqla, iddiaçıdan 266.040 (iki yüz almış altı min qırx) manat dəyərində qızıl əşyası almışdır. Cavabdeh aldığı qızılların dəyərini aylıq faizlərini toplamaqla ilin sonunda təhvil verəcəyini bildirmişdir. İddiaçı aralarında olan qonşuluq münasibətinə, həmçinin cavabdehin ondan əvvəllər də alver etməyinə etibar edərək qızıl-zinət əşyalarını cavabdehə nisyə vermişdir. Lakin cavabdeh 2023-cü ilin may ayında iddiaçıya artıq borclu olduğu yuxarıda qeyd olunan 266.040 (iki yüz almış altı min qırx) manat məbləğində qızıldan əlavə yenə böyük məbləğə kreditə qızıl istəmişdir. İddiaçı cavabdehə artıq ona borclu olduğunu, bu istədiyi qızıllarla birlikdə bu borcu necə ödəyəcəyini soruşduqda, cavabdeh bunu heç bir problem yaratmadığını ilin sonunda da aldığı bütün qızılların dəyərini iddiaçıya ödəyəcəyini bildirmişdir. Cavabdehin dediyi sözləri təsdiq etmək üçün onun həyat yoldaşı Elnur da cavabdehin pulu qaytaracağına zəmanət vermişdir. Beləliklə, cavabdehin iddiaçıya ümumilikdə 492.000 (dörd yüz doxsan iki min) manat borcu yaranmışdır. Qeyd edir ki, cavadehin iddiaçıdan nisyə qızıl aldığını, aldığı qızılların dəyərini ödəməkdən boyun qaçırdığına dair səs yazıları və Whatsapp danışıqları da mövcuddur. Həmin səs yazıları və yazışmalar məhkəmə iclasında təqdim olunacaqdır. Cavabdeh borcunu ödəməkdən boyun qaçırdığına görə iddiaçı ərizə ilə Sumqayıt ŞPİ-yə müraciət etmişdir. Sumqayıt ŞPİ-nin İŞ-in müstəntiqi, polis kapitanı X6 28 mart 2024-cü il tarixli qərarı ilə iş mülki xarakterli olduğu üçün cinayət işinin başlanması rədd edilmişdir. Həmin işin materiallarından da aydın görünür ki, cavabdeh iddiaçıdan aldığı qızıl əşyalarının dəyərini ödəmədiyini etiraf etmişdir. Qərar da iddia ərizəsinə əlavə olunur. İddiaçı cavabdehlə əlaqə saxlayaraq nəyə görə borcunu ödəmədiyini soruşduqda, cavabdeh hər dəfə müxtəlif bəhanələr gətirmişdir. Bu zaman iddiaçı cavabdehin onu aldatdığını başa düşmüşdür. Bu günə qədər də cavabdeh müxtəlif bəhanələr gətirərək yaranmış borcunu ödəməkdən boyun qaçırmışdır. Bu səbədən də, hazırki ərizə ilə məhkəməyə müraciət edir. Hesab edir ki, cavabdehin iddiaçıya ödəməli olduğu 492.000 (dörd yüz doxsan iki min) manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh həm “Nasosnıy” adlanan ərazidə, həm də Sumqayıtda olan zaman 492.000 manat borcu olduğunu etiraf etmişdir. Eləcə də, cavabdehin qızılları verdiyi adam etiraf etmişdir ki, qızılları götürüb. 2023-cü ilə kimi bir neçə dəfə 1 illik müddətə cavabdehə qızıl vermişdir. 492.000 manat məbləğində pul vəsaiti həm qızılın maya dəyəri, həm də üstünə qoyduğu puldan, yəni qazancından ibarətdir. Demək olar ki, qızılın maya dəyəri 400.000 manat civarında olmuşdur. Cavabdehin ona 1 illik müddətə verdiyi qızıl üzrə 200.000 manata yaxın borcu qalmışdı və ona etibar etdiyindən əlavə olaraq 1 aylıq müddətə qızıl verdi. Lakin nə əvvəl götürdüyü qızılın, nə də sonrakının ödənişini etməmişdir. Sədrlik edənin sualına cavab olaraq bildirdi ki, cavabdehə verilmiş 492.000 manat məbləğində malın maya dəyəri 400.000 manat idi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qismən qəbul edərək izahatında bildirdi ki, onun iddiaçıya 235.000 manat borcu vardır. Qızılları Nuranə adlı şəxsə vermiş, Nuranə də onların dəyərini ona ödəmədiyindən o da iddiaçıya qaytara bilməmişdir. 492.000 manat məbləğində qızılı üç nəfərdən götürmüşdür, yəni ümumi borcu üç nəfərə Münirəyə, Ağaşirinə və Ruslanadır. İddiaçıya 235.000 manat borcu vardır. Məhkəmə baxış iclasında CD diskə baxış keçirdikdən sonra sədrlik edənin sualına cavab olaraq bildirmişdir ki, Ruslana illik qızılların pulunu ödəmişdir. O, həcc ziyarətində olan zaman ödənişləri saxlamağı demişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(004)- 2620/2024 nömrəli qətnaməsinə əsasən, iddia qismən təmin edilərək, Cavabdeh 400.000 (dörd yüz min) manat məbləğində pulun tutularaq İddiaçı ödənilməsi, ödənilmiş dövlət rüsumunun əvəzi olan 782 (yeddi yüz səksən iki) manat məbləğində pulun 636 (altı yüz otuz altı) manat hissəsinin Cavabdeh tutularaq İddiaçı ödənilməsi, ödənilmiş dövlət rüsumunun qalan hissədə iddiaçıya aid edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Məhkəmə qeyd etmişdir ki, tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı qızıl-zinət əşyalarının satışı və ya krediti ilə məşğuldur. 2022-ci il tarixdə Cavabdeh İddiaçı həyat yoldaşına müraciət edərək, ona da az miqdarda qızıl-zinət əşyaları vermələrini xahiş edib, özünün də həmin qızılları qramına cüzi miqdarda əlavə etməklə satacağını bildirmişdir. Bununla da tərəflər aralarında şifahi razılığa gəlmişlər. Hazırda isə İddiaçı Cavabdeh 492.000 manat məbləğində pulun və iddiaçı tərəfindən ödənilmiş 782 manat məbləğində dövlət rüsumunun alınıb iddiaçıya verilməsini xahiş edir. Məhkəmə eyni zamanda qeyd etmişdir ki, Cavabdeh məhkəmə iclasında 232.000 manat borcunun olmasını etiraf etsə də, iş materiallarında olan səs yazısından və Sumqayıt ŞPİ-nin İstintaq şöbəsinin müstəntiqinin qərarından görünür ki, Cavabdeh İddiaçı 492.000 manat (faizləri ilə birlikdə) məbləğində borcunun olmasını bildirmişdir. Məhkəmə baxış iclasında iddiaçı bildirmişdir ki, verilmiş qızılların maya dəyəri 400.000 manat, faizləri ilə birlikdə 49.000 manat təşkil edir. Belə olan halda, məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçıya qızılların dəyərinin ödənilməsinə dair hər hansı sübut təqdim edilmədiyindən, iddia 400.000 (dörd yüz min) manat hissədə əsaslıdır və təmin edilməlidir. Məhkəmə cavabdehin məhkəmə baxış iclasında veridiyi izahatına münasibət bildirib qeyd etmişdir ki, 492.000 manat borcun üç nəfər şəxsə aid olduğunu bildirsə də, həmin iclasda CD diskə baxış zamanı yalnız iddiaçı ilə borc barədə danışıqlar aparılmış və 492.000 manat borcun olduğu bildirilmiş və sədrlik edənin həmin şəxslərin adının diskdə çəkilməməsi ilə bağlı sualına cavabda isə cavabdeh iddiaçıya ödənişlərin edildiyini və 235.000 manat borcu qaldığını bildirmişdir. Göründüyü kimi cavabdeh ziddiyyətli izahat vermiş və məhkəmə bunu özünümüdafiə xarakterli izahat olaraq qiymətləndirir. Məhkəmə həmçinin qeyd etmişdir ki, iddia tələbinin tələb olunan qalan 92.000 manat hissəsi isə faiz borcu kimi hesablandığından məhkəmə bu hissədə tələbi əsassız hesab edir və təmin edilməməsi qənaətinə gəlir. Belə ki, göründüyü kimi 92.000 manat əldən çıxmış faydanın nədən ibarət olması, faiz məbləğinin hansı formada hesablanaraq tələb edilməsi müəyyən edilmir. Belə olan halda, məhkəmə hesab edir ki, həmin hissədə iddia əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 21.3, 385.1, 386.1, 442, 448.1, 448.2, 600.1, 600.2, 600.3, 600.4, 601.1, 601.2, 739.1-ci maddələrinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1, 9.3, 14.1, 14.2, 88, 107, 119.1, 217.1, 217.3, 217.4, 218.1, 218.3 və 220.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətlərinin və ona etirazların dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətlərinin dəlilləri Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2620/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2620/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayəti onunla əsaslandırılır ki, o, Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 492.000 manat məbləğində pulun və iddiaçı tərəfindən ödənilmiş 782 manat məbləğində dövlət rüsumunun alınıb iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2620/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh 400.000 (dörd yüz min) manat məbləğində pul tutularaq İddiaçı ödənilməsi, ödənilmiş dövlət rüsumunun əvəzi olan 782 (yeddi yüz səksən iki) manat məbləğində pulun 636 (altı yüz otuz altı) manat hissəsinin Cavabdeh tutularaq İddiaçı ödənilməsi, ödənilmiş dövlət rüsumu qalan hissədə iddiaçıya aid edilmsi qət edilmişdir. Məhkmə öz qətnaməsini çıxararkən işi tam və ətraflı araşdırmamışdır. Belə ki, məhkəmə iddianı qismən təmin etmiş və əsas kimi də qızılların maya dəyərini götürmüşdür. Halbuki, iddiaçının öz iddiasında tələb etdiyi məbləğ qızılların maya dəyəri deyil, satış qiyməti olmuşdur. Bu səbəblə də məhkəmənin qətnaməsini qanunsuz və əsassız hesab edilir. Ona görə də Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 2620/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsinin ləğv edilərək, iddia tələbinin tam təmin olunması xahiş olunur. Cavabdeh apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 492.000 manat məbləğində pulun və iddiaçı tərəfindən ödənilmiş 782 manat məbləğində dövlət rüsumunun alınıb iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı heç bir yerdə işləmədiyindən qızıl-zinət əşyalarının satışı və ya krediti ilə məşğuldur. Belə ki, o mağazadan əldə etdiyi qızıl-zinət əşyalarını bir illik müddətə kreditə istəyən şəxslərə 30 faizlə, bir aylıq müddətə kreditə istəyən şəxslərə isə 5 faiz əlavə olmaqla verir. İddiaçıya qızıl alış-verişində həyat yoldaşı kömək edir. Cavabdeh iddiaçıyla qonşuluqda yaşayır. Onu və ailə üzvlərini uzun illərdir ki, tanıyır, aralarında münasibətlər həmişə normal olub, heç bir ədavət və düşmənçilikləri olmamışdır. Təqribən 2022-ci il tarixdə cavabdeh iddiaçının həyat yoldaşına müraciət edərək, ona da az miqdarda qızıl-zinət əşyaları vermələrini xahiş edib, özünün də həmin qızılları qramına cüzi miqdarda əlavə etməklə satacağını bildirmişdir. Cavabdeh mütəmadi olaraq az miqdarda, 1000-1500 manat məbləğində iddiaçıdan qızıl əşyaları sataraq daha sonra pulunu iddiaçıya ödəyirdi. Bir müddət sonra da bu hal belə davam edirdi. 2023-cü il tarixə cavabdeh ilin tamamında 30 faiz əlavə dəyərini ödəməklə qızıl-zinət əşyalarını kreditə götürmüşdür. 2023-cü il ərzində cavabdeh əlavə faiz dəyəri də hesablanmaqla, iddiaçıdan 266.040 (iki yüz almış altı min qırx) manat dəyərində qızıl əşyası almışdır. Cavabdeh aldığı qızılların dəyərini aylıq faizlərini toplamaqla ilin sonunda təhvil verəcəyini bildirmişdir. İddiaçı aralarında olan qonşuluq münasibətinə, həmçinin cavabdehin ondan əvvəllər də alver etməyinə etibar edərək qızıl-zinət əşyalarını cavabdehə nisyə vermişdir. Lakin cavabdeh 2023-cü ilin may ayında iddiaçıya artıq borclu olduğu yuxarıda qeyd olunan 266.040 (iki yüz almış altı min qırx) manat məbləğində qızıldan əlavə yenə böyük məbləğə kreditə qızıl istəmişdir. İddiaçı cavabdehə artıq ona borclu olduğunu, bu istədiyi qızıllarla birlikdə bu borcu necə ödəyəcəyini soruşduqda, cavabdeh bunu heç bir problem yaratmadığını il sonunda da aldığı bütün qızılların dəyərini iddiaçıya ödəyəcəyini bildirmişdir. Cavabdehin dediyi sözləri təsdiq etmək üçün onun həyat yoldaşı Elnur da cavabdehin pulu qaytaracağına zəmanət vermişdir. Beləliklə, cavabdehin iddiaçıya ümumilikdə 492.000 (dörd yüz doxsan iki min) manat borcu yaranmışdır. Qeyd edir ki, cavadehin iddiaçıdan nisyə qızıl aldığını, aldığı qızılların dəyərini ödəməkdən boyun qaçırdığına dair səs yazıları və Whatsapp danışıqları da mövcuddur. Həmin səs yazıları və yazışmalar məhkəmə iclasında təqdim olunacaqdır. Cavabdeh borcunu ödəməkdən boyun qaçırdığına görə iddiaçı ərizə ilə Sumqayıt ŞPİ-yə müraciət etmişdir. Sumqayıt ŞPİ-nin İŞ-in müstəntiqi, polis kapitanı X6 28 mart 2024-cü il tarixli qərarı ilə iş mülki xarakterli olduğu üçün cinayət işinin başlanması rədd edilmişdir. Həmin işin materiallarından da aydın görünür ki, cavabdeh iddiaçıdan aldığı qızıl əşyalarının dəyərini ödəmədiyini etiraf etmişdir. Qərar da iddia ərizəsinə əlavə olunur. İddiaçı cavabdehlə əlaqə saxlayaraq nəyə görə borcunu ödəmədiyini soruşduqda, cavabdeh hər dəfə müxtəlif bəhanələr gətirmişdir. Bu zaman iddiaçı cavabdehin onu aldatdığını başa düşmüşdür. Bu günə qədər də cavabdeh müxtəlif bəhanələr gətirərək yaranmış borcunu ödəməkdən boyun qaçırmışdır. Aşağıda qeyd olunanlara əsasən qətnamə əsassız və qanunsuz olmaqla, maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmiş və məhkəmə qətnaməsilə irəli sürülən əsas tələblər yerinə yetirilməmiş, məhkəmə gəldiyi nəticələri əsaslandıra bilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarına görə proses zamanı həqiqətdə mövcüd olan bütün hallar deyil, yalnız hüquqi əhəmiyyət daşıyan, yəni sübutetmə predmetinə aid olan hallar müəyyən edilir. Məhz bu səbəbdən hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla (məntiqi, elmi) deyil, sübutedici məlumatların, yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsullarıilə müəyyən edilməlidir. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə vətərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Belə ki, məhkəmənin iddia tələbinin təmin edilməsi üçün gəldiyi nəticə ondan ibarət olmuşdur ki, Cavabdeh məhkəmə iclasında 232.000 manat borcunun olmasını etiraf etmiş, olsa da iş materiallarında olan səs yazısından və Sumqayıt ŞPİ-nin İstintaq şöbəsinin müstəntiqinin qərarından görünür ki, Cavabdeh İddiaçı 492.000 manat (faizləri ilə birlikdə) məbləğində borcunun olmasını bildirmişdir. İlk öncə qeyd edir ki, Cavabdeh ilə iddiaçının həyat yoldaşı Səriyyə arasında olan səs yazısından və Sumqayıt ŞPİ-nin İstintaq şöbəsində vermiş olduğu ifadəsində, ən əsası məhkəmədə vermiş olduğu izahatında qızılları iddiaçıdan deyil, onun həyat yoldaşı Səriyyədən aldığını və həmin qızılların pulunu Səriyəyə məxsus kart hesabına köçürmüşdür. Həmin sübutlardan göründüyü kimi Mirvari X1 almasını və həmin qızılların pulunu ona geri qaytarmasını bildirməmişdir. Belə olduğu halda iddiaçı Ruslan Əlverdiyev Cavabdeh tərəfindən pozulmasını sübut edə bilmədiyi halda məhkəmə iddiaçı Ruslan Əlverdiyevin qeyd olunan iddia tələbini irəli sürmək üçün onun subyektiv hüququnun olmadığını yoxlamadan işə baxmış və qətnamə çıxarmışdır. Halbu ki, iddia ərizəsində iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunun əsaslandırdığı hallarda iddia mümkün sayılır. Bu isə bir daha onu deməyə əsas verir ki, məhkəməyə yalnız hüququ pozulmuş şəxs öz adından müraciət edə və iddia edilən pozuntunun aradan qaldırılmasında məhkəmə müdafiəsi hüququndan istifadə edə bilər. Hazırki mübahisədə isə iddiaçı Səriyyənin həyat yoldaşı X3 hüquqlarının pozulduğunu iddia edərək öz adında iddia irəli sürmüş və iddia etdiyi pulun ona ödənilməsini xahiş etmişdir. Qeyd olunan fakt iddiaçı tərəfindən istintaq şöbəsində vermiş olduğu ifadə, eyni zamanda məhkəməyə vermiş olduğu izahatında özüdə etiraf etmişdir ki, ona qızıl alışverişində həyat yoldaşı kömək edir. O bildirir ki, təqribən 2022-ci il tarixdə cavabdeh iddiaçının həyat yoldaşına müraciət edərək, ona da az miqdarda qızıl-zinət əşyaları vermələrini xahiş edib, özünün də həmin qızılları qramına cüzi miqdarda əlavə etməklə satacağını bildirmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə Məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 30 iyul 2008-ci il tarixli qərarında «mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə kimi apellyasiya məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalı» olmasını göstərmiş, sonra isə Konstitusiya Məhkəməsi subyektiv hüququn elementlərini şərh edərək qeyd etmişdir ki, “subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar, başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementi birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz”. Bundan əlavə qeyd edilir ki, məhkəmə istinad edir ki, Sumqayıt ŞPİ-nin İstintaq şöbəsinin müstəntiqinin 28 mart 2024-cü il tarixli cinayət işinin icraatına xitam verilməsi barədə qərarında cavabdeh iddiaçıya 492.000 manat borcunun olduğunu özü etiraf etmişdir. Halbuki həmin qərarlara və cavabdeh tərəfindən verilmiş izahatlarda cavabdehin iddiaçıdan 492.000 manat dəyərində qızıl-zinət əşyalarını almasını və 492.000 manat borcunun olmasını etiraf edəcək hər hansı bir qeydi yoxdur. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qismən qəbul edərək izahatında bildirdi ki, o iddiçının həyat yoldaşı Səriyyədən qızıl almış və ona 235.000 manat borcu vardır. Qızılları Nuranə adlı şəxsə vermiş, Nuranə də onların dəyərini ona ödəmədiyindən o da iddiaçıya qaytara bilməmişdir. 492.000 manat məbləğində qızılı üç nəfərdən götürmüşdür, yəni ümumi borcu üç nəfərə Münirəyə, Ağaşirinə və Ruslanadır. Göründüyü kimi işə baxan məhkəmə iddiaçı tərəfindən iddia tələbini irəli sürmək üçün subyektiv hüququnun olub, olmadığını yoxlamamaqla yanaşı, eyni zamanda iddia vermək üçün subyektiv hüququ olmayan şəxs tərəfindən təqdim edilmiş subutları birərəfli formada iddiaçının xeyrinə təhrif edərək əsassız və qanunsuz qətnamə çıxarmışdır. Məhkəmə cavabdeh tərəfindən 492.000 manat borcun etiraf edilməsi ilə bağlı istinad etdiyi sübut tərəflər arasında olan səs yazısı, və cinayət işçinin icraatına xitam verilməsi haqqında qərar olsa da, lakin həmin səs yazısı cavabdehlə iddiaçı arasında olmadığı, həmin səs yazısında konkret olaraq cavabdehin iddiaçıya 492.000 manat borcunun olması öz təsdiqini tapmamışdır. Eyni zamanda qərarda cavabdeh iddiaçıdan 492.000 manat borc alması konret olaraq cavabdeh tərəfindən etiraf edilməmişdir. Amma buna baxmayaraq məhkəmə həmin sübutları təhrif etmiş və nəticədə borcun cavabdehdən tutulması barədə qətnamə qəbul etmişdir. Ona görə də apellyasiya şikayətinin təmin edilməsi, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(004)-2620/2024 saylı qətnaməsini ləğv edib İddiaçı Cavabdeh qarşı 492.000 manat pul tələbinə dair iddia ərizəsinin rədd edilməsi barədə qətnamə qəbul edilməsi xahiş olunur. Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətlərinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında İddiaçı və nümayəndəsi (vəkili) Vəkil1 iddiaçının apellyasiya şikayətini müdafiə edib, şikayətinin məzmununa uyğun izahat verib, cavabdehin apellyasiya şikayəti ilə razılaşmayıb, iddiaçının apellyasiya şikayətinin təmin, cavabdehin apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişlər. xx.xx.2025-ci il tarixinə təyin olunmuş Məhkəmə kollegiyasının iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X7 izahatında göstərmişdir ki, satılan qızıl əşyaları Ruslana məxsu olmuş, o həyat yoldaşına qızılların satılmasında kömək etmiş, Mirvarinin Ruslana 492.480 manat borcu vardır. Məhkəmə kollegiyasının iclasında Cavabdeh nümayəndəsi (vəkili) Vəkil2 cavabdehin apellyasiya şikayətini müdafiə edib, iddiaçının apellyasiya şikayəti ilə razılaşmayaraq izahatında cavabdehin iddiaçıya borcunun 235.000 manat olmasını, qalan vəsaitin faiz olmasını bildirib, cavabdehin apellyasiya şikayətinin təmin, iddiaçının apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 25. Bərabərlik hüququ İ. Hamı qanun və məhkəmə qarşısında bərabərdir. V. Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. Maddə 60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Maddə 125. Məhkəmə hakimiyyətinin həyata keçirilməsi İ. Azərbaycan Respublikasında məhkəmə hakimiyyətini ədalət mühakiməsi yolu ilə yalnız məhkəmələr həyata keçirirlər. İİİ. Məhkəmə hakimiyyəti Konstitusiya, mülki və cinayət məhkəmə icraatı vasitəsilə və qanunla nəzərdə tutulmuş digər vasitələr ilə həyata keçirilir. Vİİ. Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Maddə 127. Hakimlərin müstəqilliyi, ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri İ.Hakimlər müstəqildir, yalnız Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına tabedirlər və səlahiyyətləri müddətində dəyişilməzdirlər. İİ. Hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Maddə 129. Məhkəmə qərarları və onların icrası İİİ. Məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 6.1. Mülki qanunvericiliyin prinsipləri aşağıdakılardır: 6.1.1. mülki hüquq subyektlərinin bərabərliyi; 6.1.2. mülki hüquq subyektlərinin iradə sərbəstliyi; .... 6.1.5. müqavilələr azadlığı; .... Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 567.Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Maddə 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Maddə 600.2. Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Maddə 600.3. Satıcı əşyanı vermək vəzifəsini icra etmədikdə bu Məcəllənin 441-ci maddəsində nəzərdə tutulan qaydalar tətbiq edilir. Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Maddə 600.5. Alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 402.1. Apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Maddə 403.1. Bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qətnamə və ya qərardadlardan tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər. Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən , bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin Qavazov Bolqarıstana qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında da qeyd edilmişdir ki, məhkəmənin vəzifəsi məhkəmə araşdırılmasının ədalətli olub-olmadığını, o cümlədən sübutların necə alındığını qiymətləndirməkdir. Buna görə də o, sübutun ədalətli məhkəmə araşdırmasına təminat veriləcək qaydada təqdim edilib-edilmədiyini müəyyən etməlidir. Tərəflərin təqdim etdiyi arqumentlərin və sübutların düzgün şəkildə araşdırılmasını təmin etmək milli məhkəmələrin vəzifəsidir (Elsholz Almaniyaya qarşı iş üzrə 2000-ci il 13 iyul tarixli, Blucher Çex Respublikasına qarşı iş üzrə 2005-ci il 11 yanvar tarixli, Van de Hurk Hollandiya qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli qərarlar). Apellyasiya baxışının hədləri Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırki işdə iddia qismən təmin edildiyindən, iddiaçı qətnaməni faktiki olaraq təmin edilməyən hissəsində, cavabdeh isə təmin edilən hissəsində mübahisləndirdiyindən qətnamənin əsaslılığı bütövlükdə yoxlanılır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayətləri əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən apellyasiya şikayətləri təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Tədqiq olunan sübutlardan müəyyən olunur ki, iddiaçı ilə cavabdeh arasında olan qızıl-zinət əşyalarının nisyə alqı-satqısına dair şifahi razılaşmaya əsasən, iddiaçı satdığı əşyanın qiymətinə uyğun məbləğdən özünün müəyyən etdiyi faizlərlə hissə-hissə qızılzinət əşyalarını cavabdehə satmış, sonuncu həmin əşyaları qəbul edərək satdıqdan sonra dəyərini ödəməyi öhdəsinə götürmüş, müəyyən müddətdən sonra cavabdeh aldığı əşyaların dəyərini ödəyə bilməmiş, bundan sonra iddiaçı, onun həyat yoldaşı və cavabdeh, səs yazısı aparılmaqla, iddiaçı tərəfindən cavabdehə satılan əşyaların hesabatı aparılmış, həmin vaxt Cavabdeh aldığı qızıl-zinət əşyalarının faizlərlə birlikdə dəyərinin 492.480 manat olmasını etiraf etmişdir. Cavabdeh apellyasiya şikayətinin dəlillərində 492.000 manat borcun üç nəfərə aid olmasını, iddiaçının ona qarşı iddia qaldırmasına subyektiv hüququnun olmamasını, borcun 235.000 manat olmasını bildirsə də, bu dəlilləri təsdiq edən mötəbər, təkzib olunmaz sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Əksinə tədqiq olunan sübutlarla yanaşı apellyasiya instansiyasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş S.A.Əliverdiyevanın izahatı ilə cavabdehə qızıl-zinət əşyalarının onun əri, yəni İddiaçı tərəfindən satılması, nisyə alqı-satqı müqaviləsi üzrə aparlımış qarşılıqlı hesabat nəticəsində borcun faizlərlə birlikdə 492.480 manat olması öz təsdiqini tapmışdır. Bundan başqa kollegiya qeyd edir ki, satılmış qızılın dəyərinin yarısı qədər faiz hesablanması və ya tələb olunması halı da ağlabatan, inandırıcı deyildir. İddiaçı apellyasiya şikayətinin dəlilində qızılların satış qiymətinin 492.000 manat olmasını qeyd edib, iddia tələbinin təmin edilməyən 92.000 manat hissəsinin də təmin edilməsini xahiş etsə də, tələbində istinad etdiyi bu halı, yəni iddianın təmin edilməyən hissəsi olan 92.000 manatın satılan qızılın dəyərinə daxil olmasını sübuta yetirə bilməmişdir. Araşdırma zamanı isə müəyyən olunmuşdur ki, iddiaçının tələbinin 92.000 manat hissəsi faiz borcu kimi hesablanmış, tərəflərin şifahi qaydada bağladıqları nisyə alqı-satqı müqaviləsinin şərtləri ilə bağlı, yəni satış günü qüvvədə olmuş qiymətlər, faizlər və s. barədə hazırda onlar arasında qarşılıqlı raşızalaşma yoxdur. Ona görə də, iddia tələbini bu hissədə təmin etməyən birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə kollegiya razılaşaraq qeyd edir ki, iddiaçı tərəfindən tələb olunan 92.000 manatın hansı dövr üçün, hansı qaydada hesablanaraq tələb edilməsi müəyyən edilmədiyindən bu tələbin təmin edilməsi qeyri-mümkündür. Beləliklə də, Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda istinad olunan tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün təqdim olunmuş sübutları tam, hərtərəfli araşdıraraq iddia tələblərini qismən təmin etməklə düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmişdir. Ona görə də iddiaçı və cavabdeh tərəfindən mübahisələndirilən məhkəmə aktı şikayət verilə bilən hüquq pozuntusuna əsaslanmadığından apellyasiya şikayətləri təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanmalıdır. Belə ki, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin tələbinə əsasən, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vemə hüququndan sui-istifadə edilmiş hesab edilərsə qəbul olunmayan elan edilə bilər. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 405-406-cı maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(004)- 2620/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumları hər bir tərəfin özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində iddiaçı tərəfindən Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar