Məhkəmə qərarları › İş №2(103)-4671/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4671/2020

08.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4671/2020 08.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tofiq Səməd oğlu Səmədovun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Əliyeva Aytən Rafayel qızının katibliyi ilə, İddiaçı nümayəndəsi-vəkili Vəkil1 Şəms qızının, Cavabdeh5, onun vəkili X1,cavabdehlər Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 səlahiyyətli nümayəndəsi və vəkili, eyni zamanda Cavabdeh1-nın vəkili Vəkil2 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6nə qarşı pul tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4474/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-4474/19 saylı xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin olunaraq, Maddi zərərin əvəzi kimi 280.500 manat pul vəsaitinin və ödənilmiş 30 manat məbləğində dövlət rüsumun Cavabdeh1-dan tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. İddia tələbi qalan hissədə təmin edilməmişdir. İş materiallarından görünür ki, İddiaçı Cavabdeh1-ya qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Yasamal rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh1 ilə İddiaçı arasında bağlanmış xx.xx.2012-cü il tarixli müqavilə üzrə ünvan 1, ev 43 ünvanında yerləşən 13 saylı mənzilinin əvəzinə Cavabdeh1-dan 280500 manat məbləğində pul vəsaitinin İddiaçı xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı xx.xx.2019-cu il tarixli baxış iclasında iddia tələbinin dəqiqləşməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1-dan, Cavabdeh2, Cavabdeh3, Cavabdeh6ndən, Cavabdeh5 və Cavabdeh4 müştərək qaydada 280500 manat məbləğində maddi ziyanın, 100000 manat məbləğində mənəvi ziyanın və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “Cavabdeh1" MTK ilə X13 arasında xx.xx.2012-ci il tarixli müqavilə imzalanmışdır. Həmin müqavilənin 1-ci bəndinə əsasən, “Cavabdeh1" MTK ünvan 1 ünvanında yerləşən “Cavabdeh1" MTKnın tikilməkdə olan binasının 6-cı mərtəbəsi, 13 N-li mənzilini “Payçı"ya verməyi, “Payçı” isə həmin mənzili qəbul etməyi və qabaqcadan müəyyənləşdirilmiş mənzil haqqının vaxtında ödənilməsini öhdəsinə götürür.xx.xx.2012-ci il tarixli maliyyə arayışından müəyyən olunur ki, ünvan 1, 43 saylı ünvanda yerləşən kooperativ binası Cavabdeh1-ya məxsusdur. Bu binanın 6-cı mərtəbəsində sahəsi 165 kv.m olan 13 saylı yaşayış sahəsinin pay dəyəri payçı X13 tərəfindən tam ödənimişdir, MTK-ya borcu yoxdur. Bundan sonra “Cavabdeh1" MTK-ya məxsus sözügedən binanın dövlət ehtiyacları üçün sökülməsi qərara alınmış, bu məsələlər ilə əlaqədar Yasamal rayon İcra Hakimiyyətində dövlət komissiyası yaradılmışdır. Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyəti adından X15 və X13 arasında xx xxxxx 2017-ci il tarixli müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən, ünvan 1, ev 43 ünvanında yerləşən 13 saylı mənzilin dövlət proqramı çərçivəsində köçürülməsi ilə əlaqədar X7 364.000 manat məbləğində kompensasiya ödənilmişdir. Daha sonra mənzillə bağlı X8 ilə “Cavabdeh1" MTK arasında mübahisə yaranmışdır. M.Əliyeva mübahisənin həlli məqsədi ilə məhkəməyə müraciət etmişdir.Bakı Apellyasiya Məhkəməsinin xx xxxxx 2017-ci il tarixli qətnaməsi ilə Cavabdeh1 ilə X13 arasında xx.xx.2012-ci il tarixli müqavilə etibarsız sayılmış, AR Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2017-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin xx xxxxx 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli qətnaməsi ilə iddiaçı X2 cavabdehlər X13, Cavabdeh1 və Yasamal rayon İcra Hakimiyyətinə qarşı pul tələbinə dair iddiası qismən təmin edilərək, ünvan 2 ünvanında yerləşən 13 saylı mənzilə dair Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyəti adından X15 və X13 arasında xx xxxxx 2017-ci il tarixdə bağlanmış və Bakı şəhəri 19 saylı Notariat Kontorunda rəsmiləşdirilmiş müqavilənin etibarsız hesab edilməsi, həmin müqavilə əsasında X7 ödənilmiş kompensasiya məbləğində 280.500 manat, iddianın qaldırılması üçün dövlət rüsumunun və bank xidməti haqqının əvəzi qismində 31 manat, cəmi 280.531 manat məbləğində pul vəsaitinin X3 tutularaq X4 verilməsi, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir. Məhkəmə qərarlarından da göründüyü kimi, “Cavabdeh1" MTK ilə X13 arasında bağlanmış xx.xx.2012-ci il tarixli müqavilə etibarsız hesab edilsə də, Ə.Mehdiyeva tərəfindən MTK-ya ödənilmiş vəsait MTK tərəfindən ona geri qaytarılmamışdır. Məhkəmə qərarları ilə də müəyyən edilmişdir ki, X5 280.500 manat pulu Cavabdeh1-dan geri tələb etmək hüququ vardır.Qeyd olunanları nəzərə alıb iddia tələbinin təmin edilməsi xahiş olunmuşdur. İddia tələbi üzrə işə baxan birinci instansiya məhkəməsi tərəfindən iddia yuxarıda göstərilən qaydada qismən təmin edilmişdir. Yasamal rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsindən İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin qismən, iddianın təmin edilməməsi hissəsində ləğv edilməsi, iddianın tam olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən işdə olan sübutlara obyektiv qiymət verilməmiş, maddi və prosessual hüquq normalarına düzgün əsaslandırılmamış, işə birtərəfli baxmaqla yanaşı, məhkəmə tərəfindən mötəbər hallara qiymət verilməmişdir. Bu və digər əsasları gətirərək, apellyasiya şikayətinin təmin olunması xahiş edilmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçıkollegiyanın iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən Kollegiya işə gəlməyən iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kollegiya apellyasiya şikayətinin dəlillərini müzakirə edib, Sədrlik edənin məruzəsini, şikayəti müdafiə edərək təmin olunmasını xahiş edən iddiaçını və nümayəndəsini dinləyib, işdə olan sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin olunmamalı, qətnamə iddianın təmin olunmamış hissəsində, İddiaçı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 372.6-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyator Yasamal rayon Məhkəməsinin 2(004)-4474/19 saylı xx xxxxxx 2019-cu il tarixli qətnaməsini iddianın təmin olunmamış hisəsində mübahisələndirdiyindən, qətnamənin əsaslığı həmin hissədə yoxlanılmalıdır. İşin birinci instansiya məhkəməsi və kollegiya tərəfindən müəyyən olunmuş hallarından görünür ki, ünvan 1, ev 43 ünvanında yerləşən 13 saylı mənzilə dair iddiaçı ilə Cavabdeh1 arasında müqavilə bağlanmışdır. İş materiallarına əlavə olunmuş məhkəmə qətnamələri ilə müəyyən olunur ki, Cavabdeh1 ilə X13 arasında bağlanmış xx.xx.2012-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi, Bakı şəhəri, Yasamal rayonu, Z.Adıgözəlov küçəsi, ev № 42-də yerləşən 13 №-li mənzilin X4 təhvil verilməsi ilə bağlı mülki işə baxılan zaman mənzilə dair maliyyə arayışı təqdim edilməmişdir. Lakin həmin qətnamələr ilə eyni zamanda müəyyən olunur ki, Cavabdeh1 tərəfindən X5 həmin mənzilin dəyərini tam ödəməsi faktı mübahisələndirilməmişdir. Baxmayaraq ki, iddiaçı ilə bağlanan müqavilə etibarsız hesab edilmişdir, lakin mənzilin dəyəri bu gunədək Cavabdeh1 tərəfindən iddiaçıya ödənilməmişdir. İş materialları ilə sübut olunur ki, müqavilə bağlanan zaman mənzilin dəyəri 31.350 manat təşkil etmişdir. Lakin həmin mənzilin təmirsiz halda dəyəri 2017-ci ildə Yasamal rayon İcra Hakimiyyəti tərəfindən 280.500 manat qiymətləndirilmişdir. İlkin olaraq həmin məbləğ və təmir xərci iddiaçıya ödənilsə də, sonradan məhkəmə qaydasında onunla kooperativ arasında bağlanan müqavilə etibarsız hesab edildiyindən, mənzilin dəyəri olaraq ödənilmiş 280.500 manat məbləğində pul iddiaçıdan geri alınmışdır. Bundan əlavə, Yasamal Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə müəyyən olunur ki, həmin mənzil iddiaçı tərəfindən təmir olunmuşdur. Bu səbəbdən də Yasamal rayon İcra Hakimiyyəti tərəfindən mənzilə görə X7 ödənilmiş 364.000 manatdan 280.500 manatı geri alınarkən, 83500 manat təmir xərci kimi qiymətləndirilərək onda qalmışdır. Məhkəmə kolegiyası hesab edir ki, iddiaçının sözügedən mənzili təmir edib, orada bir neçə il yaşamasını, həmin mənzilin təmirsiz olaraq dəyərinin 2017-ci ildə 280.500 manat qiymətləndirilməsini, həmin mənzilə görə Yasamal İcra Hakimiyyəti tərəfindən ona həmin məbləğin ödənilməsini, həmin məbləğin sonradan ondan geri alınmasını nəzərə alaraq iddiaçı mənzilə görə 280.500 manat tələb etməkdə haqlı olduğundan işə baxan birinci instansiya iddia tələbini həmin hisədə təmin etməklə haqlı olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi “100000 manat məbləğində mənəvi ziyanın cavabdehlərdən tutularaq iddiaçıya verilməsi”nə dair hissədə haqlı olaraq təmin edilməmişdir. Belə ki, iddia tələbi məhz həmin hissədə əsaslandırılmamış, zərərin nədə ifadə olunması və nədən ibarət olması barəsində hər hansı fikir ifadə edilməmiş və belə ziyanın həqiqətən ona vurulması məhkəmədə işin hər hansı halı ilə sübuta yetirilməmişdir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2008-ci il tarixli, 07 saylı Qərarında göstərilir ki, mənəvi zərər, insanın anadan gəlmə və ya qanun əsasında ona məxsus olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqların, habelə əmlak hüquqlarının pozulması nəticəsində fiziki əzab çəkməsi kimi başa düşülür. Fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə isə ona qarşı törədilmiş qanunsuz hərəkətin və ya hərəkətsizliyin onun şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztrab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi başa düşülür. Şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü biruzə verir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” x xxxxxx 2008ci il tarixli 7 nömrəli Qərarında qeyd edir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan Hüquqlarının və X9 Haqqında Konvensiya»nın müddəaları və X17 Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir.” “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarına əsasən məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X9 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə X17 Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X9 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və X17 Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Plenum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X9 Haqqında Konvensiya”nın müddəaları və X17 Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. İşə baxan birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, cavabdehin etdiyi hərəkətlər nəticəsində iddiaçının hər hansı bir fiziki və mənəvi sarsıntı keçirməsi və cavabdehin hərəkətləri və iddiaçının çəkdiyi mənəvi sarsıntı arasında səbəbli əlaqənin olması məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Məhkəmə kollegiyası yuxarıda göstərilənləri nəzərə alaraq və iş materiallarını araşdıraraq hesab edir ki, iddianı yuxarıda göstərilən qaydada qismən təmin etməklə birinci instansiya məhkəməsi haqlı olmuşdur və apellyasiya şikayətinin dəlilləri qətnamənin təmin olunmamış hissəsində ləğv edilməsi üçün əsaslar vermir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 393, 405-ci maddələrini rəhbər tutaraq, kollegiya qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin hazırkı iş üzrə xx xxxxxxxx 2019cu il tarixli qətnaməsi iddianın təmin olunmamış hissəsində, İddiaçı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar