Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4676/2023 16.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə (Açar sözlər: əmlaka payın müəyyən edilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər X18 (sədrlik edən və məruzəçi), ibarət tərkibdə, məhkəmə iclasının katibi X12, iddiaçının nümayəndəsi və vəkili Vəkil4, Cavabdeh1, üçüncü şəxs X5, Cavabdeh2 və üçüncü şəxsin nümayəndəsi və vəkili Vəkil3 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı (X13, Bakı şəhəri 35 saylı notariat ofisi və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “pay hüququnun tanınması” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(005)-421/2023 nömrəli qətnaməsindən Cavabdeh2 və üçüncü şəxs M.Əkbərova tərəfindən verilmiş apellyasiya şikayətləri üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. İddiaçı ilə X19 xx.xx.1994-cü il tarixdə nikaha daxil olmuşlar, bu nikahdan Cavabdeh1 doğulmuş, nikah Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(005)- 2744/2019 nömrəli qətnaməsi ilə pozulmuşdur.
2. Üçüncü şəxs X13 ilə X19 xx.xx.1994-cü il tarixdə rəsmi nikaha daxil olmuşlar, bu nikahdan Cavabdeh2 doğulmuş, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2021ci il tarixli, 2(003)-749/2021 nömrəli qətnaməsi ilə həmin nikah etibarsız sayılmış, qətnamə yuxarı instansiya məhkəmələri tərəfindən dəyişdirilmədən saxlanılmışdır.
3. X1 Alik Bəhram oğlunun qardaşıdır.
4. ünvan 1 ünvanında yerləşən mənzil X7 xüsusi mülkiyyəti olaraq dövlət reyestrində xx.xx.2010-cu il tarixində qeyiyyata alınmış, xx.xx.2015-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən mənzil X14 hədiyyə edilmişdir. Mənzil üzərində X9 tam mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2015-ci il tarixində qeydiyyata alınmışdır.
5. ünvan 2 ünvanında yerləşən mənzil X7 xüsusi mülkiyyəti olaraq dövlət reyestrində xx.xx.2010-cu il tarixində qeydiyyata alınmış, xx.xx.2015-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən mənzil X14 hədiyyə edilmişdir. Mənzil üzərində X9 tam mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2015-ci il tarixində qeydiyyata alınmışdır.
6. Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, A.Neymətulla küçəsindəki 8a nömrəli yaşayış evinin 3 saylı mənzili X7 xüsusi mülkiyyəti olaraq dövlət reyestrində xx.xx.1999-cu il tarixində qeyiyyata alınmış, xx.xx.2015-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən mənzil X14 hədiyyə edilmişdir. Mənzil üzərində X9 tam mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2015-ci il tarixində qeydiyyata alınmışdır.
7. X19 xx.xx.2020-ci il tarixində ölmüşdür.
a) Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X4 ilə birgə nikah dövründə əldə etdikləri ünvan 1, Bakı şəhəri, Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsi ev 108, giriş D, mənzil 2 və ünvan 3, mənzil 3-ün ½ hissəsi üzərində X9, ½ hissəsi üzərində onun pay hüquqlarının tanınmasına, X4 ilə birgə nikah dövründə əldə etdikləri “Toyota Prius” minik markalı, **-TN- *** dövlət qeydiyyat nişanlı avtomobilin ½ bir hissəsi üzərində X9, ½ hissəsi üzərində onun pay hüquqlarının tanınması, onun əmlaklar üzərində ½ pay hüququ müəyyən edildikdən sonra yerdə qalan ½ payın məcburi qaydada vərəsələr arasında, yəni İddiaçı, Məmmədova (Musabəyova) Nigar Alik qızı və Cavabdeh2 oglu arasında bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, X4 ilə xx.xx.1994-cü ildə rəsmi nikaha daxil olub ailə qurmuş və onların birgə nikahından xx.xx.1995-ci il təvəllüdlü X20 anadan olmuşdur. X19 ilə ailə qurandan sonra bir müddət mehriban yaşamış, sonradan cavabdehlə xasiyyətləri və dünya görüşləri bir-birinə tamamilə zidd olduğu üçün bir ailədə yaşamaq qeyri-mümkün olmuşdur. Buna görə də nikahın pozulması tələbinə dair iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmənin xx.xx.2019-cu il tarixli, 2(005)- 2744/2019 saylı qətnaməsi ilə X19 ilə aralarında rəsmiləşdirilmiş nikah pozulmuşdur. Nikahın pozulmasının qeydə alınması ilə bağlı qeydiyyat şöbəsinə müraciət olunan zaman ona bildirilmişdir ki, X2 Mehriban Əkbər qızı ilə də rəsmi nikahda olmuş, həmin nikah qeydi xx.xx.1994-cü ildə qeydə alınmışdır. Halbuki, qanunvericiliyə əsasən Azərbaycan Respublikasında yalnız tək nikahlı (monoqam) ailə mümkündür. 1994-cü ildə ola bilər ki, sənədləşmənin elektron olmaması nəticəsində Alik Musabəyov eyni vaxtda iki nəfərlə rəsmi nikaha daxil olmuşdur. Buna görə də o, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinə nikahın etibarsız hesab edilməsi tələbinə dair iddia tələbi ilə müraciət etmiş, xx.xx.2021-ci il tarixli qətnamə ilə iddia tələbi təmin edilərək, X19 ilə X13 arasında bağlanmış xx.xx.1994-cü il tarixli nikah etibarsız sayılmışdır. Qətnamə yuxarı instansiya məhkəmələri tərəfindən dəyişdirilmədən saxlanılmışdır. X4 ilə ailə qurduqdan sonra onlar uzun müddət ailə kimi birgə yaşamış və birgə təsərrüfatı idarə etmişdirlər. Birgə nikah dövründə ünvan 1, ünvan 2-ni və Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Aruz Mirzəyev küçəsi, ev 8 A, mənzil 3-ü, o cümlədən “Toyota Prius” minik markalı, **-TN-*** dövlət qeydiyyat nişanlı avtomobili əldə ediblər. O, həmin əmlaklara dair öhdəliklərin yerinə yetirilməsində mərhum əri X19 ilə birgə iştirak etmiş, yəni mənzillərin və avtomobilin əldə edilməsinə əsas olmuş ümumiliyin iştirakçısı olmuşdur. Hazırda göstərilən mənzillərə və avtomobilə dair Bakı şəhəri 35 saylı Notariat Ofisində Məmmədova (Musabəyova) Nigar Alik qızı və Cavabdeh2 müraciətləri əsasında vərəsəlik işi açılmışdır. Göstərilən əmlaklara dair onun pay hüququ tanındıqdan sonra yerdə qalan pay vərəsələr arasında bərabər qaydada bölünməlidir.
10. Cavabdeh2 vəkili və nümayəndəsi “iddia müddətinin tətbiqinə dair” ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, iddiaçı ilə mərhum Alik Musabəyov arasındakı nikah xx.xx.2019-cu il tarixdə pozulmuşdur. Bu iddia isə həmin nikahın pozulmasından 3 il sonra yəni, xx.xx.2022-ci il taixində məkhəməyə təqdim olunmuşdur. Bu səbəbdən iddiaçı Ailə Məcəlləsinin 36.9-cu maddəsində nəzədə tutulmuş 3 illik iddia müddətini ötürmüşdür. Buna görə də iddia müddətini ötürməsi əsası ilə iddia rədd edilməlidir.
11. Cavabdeh2 nümayəndəsi (vəkili) həmçinin məhkəməyə yazılı izahat təqdim edərək bildirmişdir ki, qeyd olunan əsaslar ilə iddia ərizəsinin rədd olunmasını məhkəmədən xahiş edirlər: 1) İddia edilən əmlak İddiaçı ilə X10 birgə gəlirləri hesabına əldə olunmayıb. Belə ki, məhkəmə icraatı zamanı məlum oldu ki, iddiaçının, X19 ilə birgə nikah dövründə birgə gəlirlər hesabına əldə etdiyini bildirdiyi əmlak, əslində onun və X19 ilə birgə nikah dövründə birgə gəlirlər hesabına hesabına əldə edilməyib. Məhz iddiaçının, X19 ilə nikahın pozulması üçün verdiyi heç bir təzyiq və məcburetmə olmadan yazdığı xx.xx.2019-cu il tarixli iddia ərizəsindən və Nərimanov rayon məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2019-cu il tarixli 2(005)-2744/2019 saylı qətnaməsindən və həmin iş üzrə iclas protokollarından məlum olur ki, İddiaçı, X19 15 ildir ki, yəni 2004-cü ildən bəri birgə təsərrüfat aparmırlar, onların nikahı tamamilə formal xarakterdədir. Yəni yuxarıda iddiaçının iddia etdiyi həmin əmlak İddiaçı ilə X9 birgə gəlirləri hesabına əldə olunmayıb. Məhz, Ailə Məcəlləsinin Ailə Məcəlləsinin 32.2.2-ci maddəsinə əsasən, ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar ər-arvadın ümumi birgə mülkiyyətinə daxildir. Ali Məhkəmənin və Konstitusiya Məhkəməsinin də bir çox qərarında da qeyd edilir ki, daşınmaz əmlakın cavabdehin (mərhumun) adına rəsmləşdirilməsi tərəflərin birgə nikah müddətinə təsadüf etsə də, həmin evin onların birgə vəsaiti əsasında tikilməsi təsdiq olunmadığına görə əmlak bölgüsü ilə bağlı tələbin təmin olunması yolverilən hesab edilmir. Qeyd edilənlərdən məlum olduğu kimi, iddiaçının bölünməsini tələb etdiyi əmlak onların birgə nikah dövründə birgə gəlirləri hesabına əldə olunmayıb. Ona görə də iddia tələbi həmin hissədə rədd olunmalıdır. Bundan başqa işdə olan sübutlarda məlum olur ki, bölünməsi tələb edilən əmlak X9 mülkiyyətinə bağışlama yolu ilə keçib. Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ərarvadın hər birinin əmlakıdır). 2) İddiaçı 3 illik iddia müddətini də ötürmüşdür. Yuxanda qeyd edilənlərdən dolayı hesab edir ki, iddiaçının bölünməsini tələb etdiyi əmlak birgə gəlirlər hesabına əldə olunmadığı üçün bölünmənin predmeti ola bilməz. Bundan başqa Ailə Məcəlləsinin 36.9-cu maddəsinə əsasən, nikah pozulduqda ər-arvadın ümumi əmlakının bölünməsi haqqında onların tələbinə 3 illik iddia müddəti tətbiq olunur. Məlum olduğu kimi, İddiaçı ilə X19 arasındakı nikah Nərimanov rayon məhkəməsinin xx.xx.2019cu il tarixində pozulub. Bu iddia ərizəsi isə həmin nikah pozulandan 3 il sonra yəni, xx.xx.2022-cı il tarixində məhkəməyə təqdim olub. Ona görə də məhkəmədən həm də xahiş edir ki, həmin iddia ərizəsini iddia müddəti şamil edilərək, iddia müddəti ötürüldüyü üçün iddia ərizəsi rədd olunsun. 3) İddiaçının qanun üzrə vərəsəlik hüququ mövcud deyildir. Məlum olduğu kimi, iddiaçı həm də X9 vərəsəsi olduğunu, bu səbəblə qalan 1/2 payın onun, X20, Cavabdeh2 arasında bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. Hesab edir ki, bu tələb də tamamilə qanunsuzdur. Belə ki, Mülki Məcəllənin 1163-cü maddəsinə əsasən nikahı ləğv etmiş ər-arvad bir-birindən sonra vərəsə ola bilməzlər. Qeyd edilənlər əsasında xahiş edir ki, iddiaçının iddia ərizəsi təmin edilməsin.
12. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(005)- 421/2023 nömrəli qətnaməsi ilə (hakim N.N.Tağıyeva) iddia qismən təmin edilmiş, İddiaçı Bakı şəhəri, Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsi, ev 108, giriş D ünvanında yerləşən 2 saylı, Bakı şəhəri, Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsi, ev 108, giriş D ünvanında yerləşən 5 saylı və ünvan 3 ünvanında yerləşən 3 saylı mənzillər üzərində 1/2 hissədə payı müəyyən edilməklə mülkiyyət hüququnun tanınması, iddianın qalan hissədə təmin edilməməsi, iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir.
13. Məhkəmə hesab etmişdir ki, işin düzgün həlli üçün belə bir tələbin olubolmamasından asılı olmayaraq ilk növbədə mənzillərin X7 adına alğı-satqısını nəzərdə tutan müqavilələrin etibarlı olub-olmadığına qiymət verilməlidir. Belə ki, məhkəmənin gələcəyi nəticə qeyd edilən məsələyə veriləcək hüquqi qiymətdən asılıdır.
14. Məhkəmənin qənaətinə görə, mübahisəli mənzillərin X7 adına formal olaraq alınması, həqiqi alıcısının X4 olması, onların dəyərinin də sonuncunun vəsaiti ilə ödənilməsilə bağlı işin müəyyən edilmiş halı Mülki Məcəllənin yalan əqdə dair müddəasının dispozitiv şərtlərinə uyğun gəlir.
15. Məhkəmənin qənaəti ondan ibarət olmuşdur ki, mübahisəli mənzillər alınan zaman həmin mənzillərə aid müqavilələr üzrə həqiqi alıcı məhz X4 olmuş, müqavilələrin subyekti qismində məhz X19 çıxış etmişdir. Məhkəmə gəldiyi qənaətə uyğun olaraq hesab etmişdir ki, iddiaçının birgə nikah dövründə əldə olunmuş əmlak olduğunu irəli sürdüyü mənzillərin onunla X4nun birgə nikahları dövründə əvəzli qaydada, keçmiş ərinin vəsaiti hesabına əldə edilməsi işdəki mövcud sübutlarla təsdiq olunmaqdadır.
16. Cavabdeh2 nümayəndəsi və vəkilinin tərəflərin birgə təsərrüfat aparmamaları, iddiaçının nikahın pozulması ilə bağlı məhkəməyə verdiyi ərizədə 15 ildən çox birgə yaşamamalarını etiraf etməsi faktı ilə bağlı məhkəmə qeyd etmişdir ki, daşınmaz əşyaların birgə nikah dövründə əldə edilməsi iş üzrə mötəbər sübutlarla təsdiq edilmişdir. Birgə nikah dövründə əldə edilən əmlakın bir qayda olaraq tərəflərin birgə vəsaiti hesabına əldə edilməsi prezumpsiyası mövcud olduğundan həmin əmlakın tərəflərin birgə vəsaiti hesabına əldə edilməməsi də onu iddia edən şəxs tərəfindən mötəbər sübutlarla təsdiq olunmalıdır. İş üzrə cavabdeh tərəfindən dindirilmiş şahidin ifadəsi, iddiaçı tərəfindən şahid qismində dindirilmiş X4nun yaxın qohumları (qardaşı və qardaşı arvadı), eləcə də iş üzrə digər cavabdeh X11 ifadəsi ilə təkzib olunur. Həmçinin, iş materiallarından göründüyü kimi, X4 M.Əkbərova ilə nikah bağlasa da əvvəlki nikahını ləğv etməmiş, ailəvi məclislərdə İddiaçı ilə birlikdə iştirak etmiş, onunla da birgə təsərrüfat aparmış, sonradan ikinci nikahı məhkəmə tərəfindən etibarsız hesab edilmişdir. İddia ərizəsində 15 il təsərrüfat aparmamalarının göstərilməsinin isə iddiaçı həqiqətə uyğun olmadığını, vəkili tərəfindən həmin ifadənin yazıldığını bildirmişdir. Qeyd olunmalıdır ki, digər sübutlarla təkzib edilməyinə baxmayaraq, yalnız nikahın pozulması haqqında iddia ərizəsində qeyd edilmiş ifadəyə əsaslanaraq tərəflərin həmin dövrlərdə birgə təsərrüfat aparmamaları qənaətinə gəlinməsi mülki məhkəmə icraaatının prinsipləri ilə ziddiyyət təşkil etmiş olar. Bu baxımdan mübahisələndirilən daşınmaz əşyaların əldə edildiyi dövrdə tərəflərin birgə təsərrüfat aparmaması barədə cavabdehin dəlilləri mötəbər sübutlarla təsdiq olunmur. X22 epikrizinin Əkbərova Mehribana verilməsi, mənzil bağışlanarkən sonuncunun razılıq verməsi (qeydiyyatda olan şəxs qismində) kimi dəlillər isə mənzillərin alındığı dövrlərdə, yəni 1999-2010-cu illərdə tərəflərin birgə təsərrüfat aparmaması anlamına gəlməməklə, həmin halı təsdiq edən mötəbər sübut hesab oluna bilməz.
17. Məhkəmə iddianın birgə nikah dövründə əldə edilmiş mübahisəli nəqliyyat vasitəsinin bölünməsi hissəsi ilə əlaqədar isə qeyd etmişdir ki, həmin nəqliyyat vasitəsinin birgə nikah dövründə əldə edilmiş əmlak statusuna malik olduğu iş materialları ilə müəyyən olunmur. Belə ki, iddiaçı X3 cavabdeh X14 qarşı “nikahın pozulması” tələbinə dair 2019-cu ilin aprel ayında verilmiş iddiasına Bakı şəhəri Nərimanov Rayon Məhkəməsində baxılmış bu zaman tərəflərə barışıq üçün 3 ay müddət müəyyən edilməklə vaxt verilmiş, həmin müddətdə barışıq əldə olunmamış, məhkəmənin xx.xx.2019-cu il tarixli, 2(005)-2744/2019 saylı qətnaməsinə əsasən, onlar arasındakı nikahın pozulması qət edilmişdir. X9 “Toyota Prius” minik markalı nəqliyyat vasitəsi üzərindəki mülkiyyət hüququ isə xx.xx.2019-cu il tarixdə qeydə alınmışdır. İşin qeyd edilən hallarını nəzərə alan məhkəmənin mövqeyinə görə, sözügedən nəqliyyat vasitəsinin tərəflərin faktiki ayrıldıqları (birgə təsərrüfat aparmadıqları) tarixdə əldə edilmiş olduğu qənaətinə gəlmək daha ağlabatandır. İddiaçı nikahın pozulması haqqında ərizənin formal verildiyini, boşandıqdan sonra da birgə yaşadıqlarını bildirsə də, bu halı təsdiq edən sübut təqdim etməmişdir.
18. İddiaçı hazırki işdə ərinin sağlığında münasibətləri yaxşı olduğundan əmlakın bölgüsünə zərurət olmadığına və belə zərurətin keçmiş ərinin öldüyü vaxtdan yarandığına istinad edir. Göstərilənlər baxımından məhkəmə hesab ermişdir ki, iddiaçı tərəfindən iddia müddəti ötürülməmişdir.
19. Bağışlama müqavilələri ilə bağlı isə qeyd olunmuşdur ki, əhəmiyyətsiz əqd heç bir əlavə şərtdən, o cümlədən müddətin keçməsindən, tərəflərin iradəsindən, məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq bağlandığı andan özlüyündə etibarsız olan əqddir. Bu baxımdan özlüyündə etibarsız olan əhəmiyyətsiz əqdlər məhkəmə tərəfindən yenidən etibarsız hala gətirilə bilməz və Mülki Məcəllənin 354.1-ci maddəsində göstərilən müddət əqdin əhəmiyyətsiz hesab edilməsi ilə bağlı məhkəmədə iddia qaldırılması üçün nəzərdə tutulmuş müddət deyildir.
20. Məhkəmə bildirmişdir ki, hazırki işdən göründüyü kimi, iddiaçı ilə miras qoyanın sağlığında nikahları pozulmuş olduğundan İddiaçı sonuncunun vərəsəsi qismində çıxış etmək hüququna malik deyildir. Əmlakın digər vərəsələr arasında bölüşdürülməsini tələb etmək üçün isə iddiaçı subyektiv hüquqa malik deyildir.
21. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-32.3, 36.9, 37.1-ci maddələrinə, Mülki Məcəlləsinin 225.1, 225.2, 354.1, 1159.1, 1159.1.1, 1163cü maddələrinə, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 2 aprel tarixli Qərarına, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair” 18 mart 2022ci il tarixli Qərarına, “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair” 21 dekabr 2012-ci il tarixli Qərarına, “Q.Məmmədova və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 15 iyul 2015-ci il tarixli Qərarına, “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 iyul 2019-cu il tarixli Qərarına, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
22. Qətnamədən Cavabdeh2 tərəfindən apellyasiya şikayəti, daha sonra apellyasiya şikayətinə əlavə verilərək, qətnamənin iddianın təmin olunan hissəsində ləğv edilməsi, iddianın baxılmamış saxlanılmasına dair qərardad qəbul edilməsi xahiş edilmişdir.
23. Apellyasiya şikayətinə əlavə onunla əsaslandırılmışdır ki, məhkəmə mülki işə mahiyyəti üzrə baxarkən iddiaçının iddia tələbinin bir hissəsini birgə nikah dövründə əldə olunmuş əmlakla əlaqələndirməsi məsələsi olduğu halda mübahisənin həmin hissəsinə mediasiya qaydasında baxılmamasını nəzərə almamış, bununla da “Mediasiya haqqqında” AR Qanununun 3.2 və 28-ci maddələrinin, eyni zamanda Mülki Prosessual Məcəllənin 4.6-cı maddələrinin tələblərinin pozmuşdur.
24. Qətnamədən üçüncü şəxs X13 tərəfindən də apellyasiya şikayəti verilərək, qətnamənin iddianın təmin olunan hissəsində ləğv edilməsi, iddianın bütövlükdə rədd edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
25. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı ilə X4 arasında 1994cü ildə bağlanmış rəsmi nikah 2019-cu il tarixində Nərimanov Rayon Məhkəməsinin iş №2(005)-2744/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə pozulmuş və həmin qətnamənin məzmunundan göründüyü kimi, hazırki iddiaçı X6 mərhumla (həmin zaman sağ olmuş) 15 ildir ki ayrı ailə təsərrüfatı apardığını etiraf etmiş, bütün məhkəmə iclaslarında özü iştirak etmiş və özünün dediyi faktlarla 2005-ci ildən ayrı yaşamaları faktı sübuta yetirilərkən, məhkəmə həmin hissələrə düzgün hüquqi qiymət vermədən, iddiaçının 5 iclas təxir edildikdən sonra məqsədli olaraq məhkəməyə gətirdiyi şahidlərinin izahatı və Sürrayyə Quliyevanın guya nikahın pozulmasına diar məhkəmə iclası zamanı verdiyi izahatların formal olaraq vəkili tərəfindən verilməsi, nikahın pozulmasının formal hal daşıdığını, hansısa kredit müqaviləsi üzrə öhdəlikdən yayınmaq məqsədilə edilmişdir cümlələrinə mötəbər sübut kimi qiymət vermiş və qətnaməni həmin hissəyə istinadən iddiaçının xeyrinə elan etmişdir. Məhkəmə ali məhkəmə orqanının mövqeyini heçə sayaraq, qərəzli və kobud maddi, prosessual hüquq pozuntusu ilə nəticələnən qətnamə elan etmişdir. Mərhumla iddiaçının birgə nikah əmlaklarının olmaması və birgə ailə təsərrüfatı aparmamaları kifayət edir ki, iddia tələbi rədd edilsin. Qətnamədə istinad edilən hallarla, iddia müddətinin buraxılmış hesab edilə bilməməsi halları ziddiyyət təşkil edir. Belə ki, məhkəmə iddiaçının mərhum Alik Musabəyovun başqa qadınla birgə yaşamasını 2005-ci ildən bildiyini təsdiqlədiyi halda, onun əmlaka dair hüquqlarının boşandıqdan 4 il sonra bilməsi cümləsi ilə tamamlayaraq, ziddiyyətli mövqe ilə qətnamə elan etmişdir. Bundan əlavə, Cavabdeh2 nümayəndə və vəkili X8 elektron məhkəmə sistemi vasitəsilə məhkəməyə ünvanlanan sübutların təmin edilməsinə dair vəsatət məhkəmənin hakimi tərəfindən heç bir hüquqi nəticə verilmədən ( rədd və ya təmini ilə bağlı) açıq saxlanılaraq, MPM-in tələbləri pozulmuşdur. Məhkəmə iclasında üçüncü şəxs X17 tərəfindən təqdim edilən mərhumla eyni ailə təsərrüffatının aparılmasını təsdiq edən ümumi ailə fotolarının orijiniallarının təqdim edilməsi faktları məhkəmənin mülki iş materialında öz əksin tapmalı və qətnamədə hansı səbəbdən mötəbər sübut sayılmaması izahı hakim tərəfindən verilməli idi.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
26. İddiaçı apellyasiya şikayətlərinə qarşı etiraz verərək, təmin olunmamasını xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, apellyasiya şikayətlərinin dəlilləri həqiqəti əks etdirmir və əsassız. İşdə olan sübutlardan təsdiq olunur ki, X4 ilə ailə qurduqdan sonra onlar uzun müddət ailə kimi birgə yaşamış və birgə təsərrüfatı idarə etmişdirlər. Birgə nikah dövründə ünvan 1, ünvan 2-ni və Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Aruz Mirzəyev küçəsi, ev 8 A, mənzil 3-ü, o cümlədən “Toyota Prius” minik markalı, **-TN-*** dövlət qeydiyyat nişanlı avtomobili əldə ediblər.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
27. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs X13 apelyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Suallara cavab olaraq bildirdi ki, həyat yoldaşı onunla birlikdə yaşamışdır, öldükdən sonra müavinətləri o almışdır.
28. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 və üçüncü M.Əkbərovanın nümayəndəsi və vəkili apelyasiya şikayətlərini müdafiə edərək onların təmin edilməsini xahiş etdi.
29. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətlərinə etiraz edərək təmin edilməməsini xahiş etdi.
30. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 apellyasiya şikayətlərini qəbul etməyərək təmin edilməməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, atası ilə anası boşanmazdan əvvəl 15 il ərzində onlar birlikdə yaşamışlar, toylara da birlikdə getmişlər. Anasının banka borcu olduğundan bankdan gələn bildirişə görə atası ilə danışıb formal olaraq boşanmışlar. Ondan sonra da birlikdə yaşamışlar.
31. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə müstəqil tələb irəli sürməyən digər üçüncü şəxslərə rəsmi qaydada məlumat verilmiş, lakin onlar nümayəndələrinin iştirakını təmin etməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişlər. Bu səbəbdən də məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
32. Azərbaycana Respublikasının Mülki Məcəlləsi: Maddə 140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Maddə 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Maddə 225.2. Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir.
33. Azərbaycana Respublikasının Ailə Məcəlləsi: Maddə 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Maddə 34.1. Nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Maddə 36.1. Ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir.
34. Azərbaycan Respublikasının Konstitusiyası Maddə 131.1. Azərbaycan Respublikasının Ali Məhkəməsi ümumi və ixtisaslaşdırılmış məhkəmələrin icraatına aid edilən mülki, cinayət və digər işlər üzrə ali məhkəmə orqanıdır; o, kassasiya qaydasında ədalət mühakiməsini həyata keçirir; məhkəmələrin praktikasına aid məsələlər üzrə izahatlar verir.
35. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının xx.xx.2022-ci il tarixli, 02/2022 nömrəli Qərardadı: Bənd 15. Hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir. Bənd 54. O da vurğulanmalıdır ki, əqdə əsaslanan tələblər hüquqları əşya hüquqlarına söykənən iddialardan fərqləndirilməlidir. Məlum olduğu kimi əşya hüquqlarının qeydə alındığı daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası vardır (Mülki Məcəllə, maddə 140). Bu prezumpsiya, hüquq sahibini həmin qeydin əsaslılığını sübut etmək yükündən azad edir. Eyni zamanda daşınar əşyanın sahibi haqqında ehtimal edilir ki, o əşyaya mülkiyyətçi hüququ ilə sahiblik edir (Mülki Məcəllə, maddə 166.1). Bununla belə, aidiyyəti şəxs tərəfindən həmin qanuni ehtimalların əksi iddia və sübut oluna bilər. Bənd 55. Odur ki, əşya hüququnun əsaslandığı qeydin mötəbərliyinə aidiyyəti şəxs tərəfindən yazılı tələb irəli sürülməklə etiraz edilmədiyi halda, məhkəmənin həmin qeydin əsasında duran əqdin etibarlılığını yoxlamaq vəzifəsi yaranmır. Əks yanaşma Mülki Məcəllənin qeyd olunan prezumpsiyaları nəzərdə tutan normalarına, reyestrin mötəbərliyinə qarşı etiraz hüququna dair 141.2-ci maddəsinə, habelə Mülki Prosessual Məcəllənin 5.1-ci maddəsində əks olunan dispozitivlik prinsipinə uyğun olmazdı. Bənd 56. Əksinə olaraq, hüququ pozulmuş şəxs iddiaçının əşya hüququnun mövcudluğunu müvafiq qaydada mübahisələndirdikdə (məsələn, reyestr qeydinin düzəldilməsi və ya qeydin hüquqi səbəbini təşkil edən əqdin etibarsız sayılması barədə tələb irəli sürüldükdə) məhkəmə əqdin etibarlılığını ümumi qaydada yoxlamaqla, nəticəsindən asılı olaraq əşya hüququna söykənən tələbi həll etməlidir. Bu halda həmin əqdlərin etibarlı olub-olmaması ilə bağlı mübahisə birdəfəlik həll olunmuş sayılır və belə iddianın yenidən qaldırılmasına yol verilmir.
36. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385.1 Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardır.
Apellyasiya baxışının hədləri
37. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
38. Hazırkı işdə iddia qismən təmin edildiyindən və apellyasiya şikayətlərində qətnamə iş üzrə cavabdeh və üçüncü şəxs tərəfindən iddianın təmin olunan hissəsində mübahisələndirildiyindən, qətnamənin əsaslığı yalnız həmin hissədə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
39. Məhkəmə kollegiyası proses iştirakçılarını dinləyib, apellyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, Cavabdeh2 apellyasiya şikayəti qismən təmin edilməli, üçüncü şəxs M.Əkbərovanın apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi təmin edilməməlidir.
40. Belə ki, birinci instansiya məhkəməsi gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, maddi və prosessual hüquq normalarının pozulmasına yol vermişdir.
41. İşdən görünür ki, mübahisəli üç mənzil birgə nikah dövründə X16 tərəfindən iddiaçının əri X14 hədiyyə edilmiş, sonuncunun həmin mənzillər üzrərində mülkiyyət hüququ dövlət reyestrində qeydiyyata alınmışdır.
42. Qanunvericiliyin tələblərinə əsasən nikah dövründə tərəflərdən birinin hədiyyə kimi aldığı əmlak ayrıca onun mülkiyyətidir və digər tərəfin həmin əmlak üzərində payı müəyyən edilə bilməz.
43. Birinci instansiya məhkəməsi qətnamədə qeyd etmişdir ki, işin düzgün həlli üçün iddiaçının mənzillər üzərində payın müəyyən edilməsi tələbinin olub-olmamasından asılı olmayaraq ilk növbədə mənzillərin X7 adına alğı-satqısını nəzərdə tutan müqavilələrin etibarlı olub-olmadığına qiymət verilməlidir. Daha sonra məhkəmə tərəfindən həmin əqdlər yalan (əhəmiyyətsiz) əqdlər hesab edilmişdir. Həmçinin, yuxarıda qeyd olunan bağışlama müqavilələrinə də məhkəmə tərəfindən əhəmiyyətsiz əqdlər kimi hüquqi qiymət verilmişdir.
44. Kollegiya bununla bağlı qeyd edir ki, məhkəmənin bu qənaəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 2022-ci il 14 iyun tarixli, 02/2022 nömrəli qərardadındakı hüquqi mövqeyə zidd olmuşdur.
45. İlk növbədə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının mənzillər üzərində payın müəyyən edilməsi tələbi həmin əqdlər əsasında yaranmış hüquqla bağlı deyil.
46. Digər tərəfdən, əşya hüquqlarının qeydə alındığı daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası vardır. Bu prezumpsiya, hüquq sahibini həmin qeydin əsaslılığını sübut etmək yükündən azad edir. Odur ki, əşya hüququnun əsaslandığı qeydin mötəbərliyinə aidiyyəti şəxs tərəfindən yazılı tələb irəli sürülməklə etiraz edilmədiyi halda, məhkəmənin həmin qeydin əsasında duran əqdin etibarlılığını yoxlamaq vəzifəsi yaranmır.
47. Yuxarıda qeyd olunduğu kimi, mənzillər X7 adına dövlət reyestrində qeydiyyata alınmış, daha sonra iddiaçının əri X14 hədiyyə edilmiş, sonuncunun həmin mənzillər üzrərində mülkiyyət hüququ da dövlət reyestrində qeydiyyata alınmışdır.
48. Həmin qeydlərin mötəbərliyi aidiyyəti şəxslər tərəfindən mübahisələndirilmədiyi və hazırda da qüvvədə olduğu halda, birinci instansiya məhkəməsi vəzifəsi olmadığı halda həmin qeydlərin əsasında duran əqdlərin etibarsız olduğu qənaətinə gəlmişdir.
49. Məhkəmə kollegiyası Cavabdeh2 apellyasiya şikayətinə münasibətdə onu da qeyd etməyi zəruri hesab edir ki, hazırki iş üzrə iddiaçının birgə nikah dövründə əldə edilmiş mənzillər üzərində payın müəyyən edilməsi tələbi ilə mediasiyanın keçirilməsi iddiaçının əri öldüyündən mümkün deyil.
50. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384, 392, 393, 402.1, 405, 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi:
Cavabdeh2 apellyasiya şikayəti qismən təmin edilsin. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs M.Əkbərovanın apellyasiya şikayəti təmin edilsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(005)- 421/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə ləğv edilsin, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron kabinet vasitəsi ilə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakimlər: