Məhkəmə qərarları › İş №2(103)-4677/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4677/2020

04.06.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4677/2020 04.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Səmədov Tofiq Səməd oğlunun sədrliyi və məruzəsilə, X8 və X1 ibarət tərkibdə, Kərimova Aytən Nadir qızının katibliyi ilə, İddiaçının nümayəndəsi-vəkili X2, Cavabdehin nümayəndəsi-vəkili Vəkil iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-583/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı xx.xx.2019-cu il tarixdə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Abşeron rayon 1 saylı notariat kontoruna, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin yanında X11, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 qarşı “alqı-satqı müqaviləsinin və reyestrdən çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, AR ƏMDK yanında DƏDRXnin X11 tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli reyestr nömrəsi **********1012301 qeydiyyat nömrəsi ********** olan ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarışı ilə onun mülkiyyətində olan qeyriyaşayış sahəsi barədə Abşeron rayon 1 saylı dövlət notariat kontorunda bağlanmış xx xxxxxx 2012-ci il tarixli 4Ə/2014 nömrə ilə reyestrdə qeyd edilmiş alqı-satqı müqaviləsinin və AR ƏMDK yanında DƏDRX-nin X11 tərəfindən Cavabdeh2 adına verilmiş ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reeyestrindən Çıxarışın, Cavabdeh2 ilə Cavabdeh1, Cavabdeh5 və Cavabdeh6 arasında bağlanan alğı-satqı müqaviləsinin, onların adına verilmiş dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarışın, Cavabdeh1, Cavabdeh5 və Cavabdeh6 ilə Cavabdeh7 arasında bağlanan alğı-satqı müqaviləsinin, Cavabdeh7 adına verilmiş dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarışın etibarsız sayılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Sonradan İddiaçı dəqiqləşmə ərizəsi ilə müracət edərək, adına Abşeron rayonu Saray qəsəbəsi ərazisində Bakı-Quba şossesinin sağında 0,40ha torpaq sahəsində olan yanacaq doldurma məntəqəsinin torpaq sahəsinin dövlət aktının dublikatının və Azərbaycan Respubblikası ƏMDK yanında DƏDRX-nin X11 tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli reyestr nömrəsi **********110-12301 qeydiyyat nömrəsi ********** olan ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarışın, mülkiyyətində olan qeyri-yaşayış sahəsi barəsində Abşeron rayon 01 saylı dövlət notariat kontorunda bağlanılmış xx xxxxxx 2012ci il tarixli 4Ə/2014 nömrə ilə reyestrdə qeyd edilmiş alqı-satqı müqaviləsinin və Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin X11 tərəfindən Cavabdeh2 adına verilmiş ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarışın, Cavabdeh2 ilə Cavabdeh1, Cavabdeh5 və Cavabdeh6 arasında bağlanılan alqı-satqı müqaviləsinin, onların adına verilmiş dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarışın, Cavabdeh1, Cavabdeh5 və Cavabdeh6 ilə Cavabdeh7 arasında bağlanılan alqı-qatqı müqaviləsinin, Cavabdeh7 adına verilmiş dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarışın etibarsız sayılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşə baxan birinci instasiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(004)-583/2020 saylı qərardadı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Abşeron rayon 1 saylı notariat kontoruna Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin yanında X9rşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işin icraatına Azərbaycan Respublikası MPM-in 261.0.2-ci maddəsinə əsasən xitam verilməsi qərara alınmışdır. Cavabdeh İddiaçı Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(004)-583/2020 saylı qərardadından şikayət vermişdir Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 269-cu maddəsinə əsasən iş baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Kollegiya sədrlik edənin məruzəsini dinləyib, şikayətin dəlillərini müzakirə edib, şikayəti müdafiə edərək təmin olunmasını xahiş edən iddiaçının səlahiyyətli nümayəndəsini, şikayəti qəbul etməyərək rədd olunmasını xahiş edən cavabdehin səlahiyyətli nümayəndəsini dinləyib, iş materiallarını araşdırdıraraq hesab edir ki, aşağıdakı səbəblərdən şikayət təmin olunmamalı, Bakı şəhər Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan qanuni qüvvəyə minmiş Bakı Apelyasiya Məhkəməsinin mülki Kollegiyasının xx xxxxxx 2014-cü il tarixli 2(103)-5310/2014 saylı qətnaməsi ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Rəhim oğlu tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsi, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 4813/2014 saylı mülki iş üzrə qəbul etdiyi xx xxxx 2014-cü il tarixli qətnaməsinin ləğv edilməsi, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Abşeron rayon 1 saylı notariat kontoruna qarşı Abşeron rayon 1 saylı notariat kontorunda bağlanmış xx xxxxxx 2012-ci il tarixli 4Ə/2014 reyestr nömrəli alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə iddianın rədd edilməsi qət edilmişdir. Hazırki iddia ərizəsində iddiaçı alğı satqı müqaviləsinin etibarsızlığının əsaslarından biri kimi etibarnamənin əsli olmadan alğı-satqı müqaviləsi bağlandığını qeyd etmişdir. Bununla bağlı birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Bakı Apelyasiya Məhkəməsinin mülki Kollegiyasının xx xxxxxx 2014-cü il tarixli məhkəmə iclasında İddiaçı nümayəndəsi X3 izahatında bildirmişdir: “Vaqifə verilən etibarnamənin əsli Rafiqə verilmişdi” (2(103)-5310/2014 saylı mülki iş, səhifə 183). Bundan əlavə, həmin məhkəmə iclasında cavabdehlər Cavabdeh1 və Cavabdeh2 nümayəndəsi və vəkili V.Həsənov iddiaçının nümayəndəsinin verdiyi suala cavab olaraq bildmişdir: “qanun etibarnamənin təsdiq edilmiş surəti ilə alqı-satqı müqaviləsi bağlamağı qadağan etmir” , “Etibarnamənin əslinin bir nüsxəsinin sizdə olması təbiidir. Özünüzdə saxlaya bilərsiniz” (2(103)-5310/2014 saylı mülki iş, səhifə 184). Həmin iclasda Abşeron rayon 1 saylı notariat kontorunda əməliyyat apararkən notarius olmuş X5 şahid qismində ifadə verərkən bildirmişdir: “mən etibarnamənin əslini tələb edəndə mənə təsdiq edilmiş surətini təqdim etdilər. Biz də sənədləri yoxlayıb alqı-satqını təsdiq etdik” (2(103)-5310/2014 saylı mülki iş, səhifə 182). Bundan başqa iddiaçı alğı-satqı müqaviləsinin etibarsızlığının digər əsası kimi dövlət aktının əsli olmadan, dublikatı əsasında çıxarış alındığını qeyd etmişdir. Bununla bağlı birinci instansiya məhkəməsi qeyd etmişdir qeyd edir ki, Bakı Apelyasiya Məhkəməsinin mülki Kollegiyasının xx xxxxxx 2014-cü il tarixli məhkəmə iclasında İddiaçı nümayəndəsi X3 izahatında bildirmişdir: “etibarnamənin əsli, həmçinin dövlət aktının əsli bizdədir.Yəni, bununla da Vaqifin obyektlə heç bir əlaqəsi qalmayıb”. Bundan əlavə, həmin məhkəmə iclasında cavabdehlər Cavabdeh1 və Cavabdeh2 nümayəndəsi və vəkili V.Həsənov iddiaçının nümayəndəsinin verdiyi suala cavab olaraq bildmişdir: “alqı satqı zamanı dublikatı təqdim etmək də bizim hüququmuzdur, bu da qanun pozuntusu deyil”. (2(103)-5310/2014 saylı mülki iş, səhifə 184). İddiaçı alğı-satqı müqaviləsinin etibarsızlığının digər əsası kimi əmlakın ipoteka ilə yüklü olduğu halda cavabdehlər tərəfindən xx.xx.2012-ci il tarixdə alğı-satqı müqaviləsinin bağlandığını qeyd etmişdir. Bu əsasla bağlı məhkəmə qeyd etmişdir ki, Bakı Apelyasiya Məhkəməsinin mülki Kollegiyasının xx xxxxxx 2014-cü il tarixli məhkəmə iclasında cavabdehlər Cavabdeh1 və Cavabdeh2 nümayəndəsi və vəkili V.Həsənov iddiaçının nümayəndəsinin verdiyi suala cavab olaraq bildmişdir: “alğısatqı olanadək bank əmlakın ipotekadan çıxarlması barədə məktub yazmışdı” (2(103)- 5310/2014 saylı mülki iş, səhifə 184). Bundan əlavə, Bakı Apelyasiya Məhkəməsinin xx xxxxxxxx 2014-cü il tarixli məhkəmə iclasında cavabdehlərin nümayəndəsi Abşeron rayon məhkəməsinin xx.xx.2013-cü il tarixli qətnaməsini məhkəməyə təqdim etmişdir 2(103)- 5310/2014 saylı mülki iş, səhifə 137). İş materiallarında olan Abşeron rayon məhkəməsinin xx.xx.2013-cü il tarixli qətnaməsi ilə iddiaçı X4 cavabdehlər İddiaçı, Cavabdeh1 və Cavabdeh2 qarşı alqı-satqı müqaviləsinin ləğv edilməsi və reyestrdən çıxarışın etibarsız hesab edilməsi tələbinə dair iddiası rədd edilmişdir. Həmin qətnamə ilə müəyyən edilmişdir ki, Ata Bank” ASC-nin xx.xx.2012-ci il tarixli, AB MXD ******* saylı məktubun surətindən görünür ki, Cavabdeh1 Bank qarşısında olan kredit öhdəliyini tam yerinə yetirmiş və Bank ipoteka predmetinin üzərindən ipoteka yüklülüyündən götürülməsini xahiş etmişdir. İddiaçı yuxarıda qeyd edilən əsaslarla yanaşı dəqiqləşmə ərizəsində qeyd etmişdir ki, yanacaq doldurma məntəqəsini Vaqifə satmağı barədə ərizəsi və həyat yoldaşının adından yazılmış ərizə saxtalaşdırılmışdır. Bu dəlillə də bağlı işə baxan məhkəmə haqlı olaraq qeyd etmişdir ki, Bakı şəhər Yasamal Rayon Məhkəməsinin xx xxxx 2014-cü il tarixli 2(004)-4813/2014 saylı qətnaməsindən cavabdehlər tərəfindən verilən apelyasiya şikayətində həmin ərizələrə istinad olunmuşdur. (2(103)-5310/2014 saylı mülki iş, səhifə 62-63). Həmin ərizələrin surətləri mülki işin materiallarına əlavə edilib (2(103)-5310/2014 saylı mülki iş, səhifə 81- 82) Həmin ərizələr iş materialı kimi Abşeron rayon məhkəməsinin xx.xx.2013-cü il tarixli qətnaməsində də öz əksini tapıb (səhifə 119). Bundan əlavə, Bakı Apelyasiya Məhkəməsinin xx xxxxxxxx 2014-cü il tarixli məhkəmə iclasında şahid X5 cavabdehlərin nümayəndəsinin sualına cavab olaraq bildirmişdir: “bəli, x xxxx 2009-cu il tarixdə 2 ərizə təsdiq edib. Notarius şəxsin imzasını təsdiq edir. (2(103)- 5310/2014 saylı mülki iş, səhifə 183). Göründüyü kimi, hazırkı iddiada göstərilən əsaslar 2014-cü ildə eyni tərəflər arasında eyni alqı-satqı müqaviləsinin etibarsızlığı ilə bağlı Bakı Apelyasiya Məhkəməsində işə baxılarkən məhkəmə araşdırmasının predmeti olmuşdur. İddiaçı əvvəlki iddia ərizəsində bu əsasları konkret sadalamasa da, məhkəmə iclasında verdiyi izahat və qarşı tərəfə verdiyi suallar nəticəsində məhkəmə iclasında araşdırılmışdır. Hətta, Bakı Apellyasiya Məhkəməsinin mülki Kollegiyasının xx xxxxxx 2014-cü il tarixli qətnaməsində yuxarıda tədqiq edilən dəlillərlə bağlı qeyd edilmişdir: “ iddiaçının nümayəndəsinin istinad etdiyi digər dəlillər, yəni mübahisələndirilən alğı-satqı müqaviləsi bağlanılan zaman xx.xx.2009-cu il tarixli etibarnamənin və reyestrdən çıxarışın əsillərindən deyil, etibarnamənin notariat qaydasında təsdiq olunmuş surətindən və çıxarışın dublikatından istifadə edilməsi, həmin etibarnamənin və torpağa mülkiyyət hüququna dair dövlət aktının əsillərinin iddiaçıda olması barədə də əsaslı hesab edilə bilməz. Belə ki, bu hallar özüözlüyündə etibarnamənin ləğv edilməsi barədə məlumatın cavabdehə verilməsini təsdiq etmir. Bundan başqa cavabdehlərin nümayəndəsi həmin dəlillərlə bağlı bildirdi ki, xx.xx.2009-cu il tarixli etibarnamə üç nüsxədə tərtib olunmuş və bir nüsxə iddiaçıya verilmiş, çıxarış isə itirilmiş və DƏDRX-yə müraciət edilərək onun dublikatı götürülmüşdür” . Hazırki iddia tələbinə 2014-cü ildə artıq baxılmışdır. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının 2014-cü ildə məhkəmə araşadırmasının predmeti olmuş hallara yenidən istinad etməklə eyni iddianı qaldırması yolverilməzdir. Çünki, bu cür yanaşma hüquqi müəyyənlik prinsipinə ziddir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraatın xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Azərbaycan Respublikası MPM-nin 233.3-cü maddəsinə əsasən qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1, 400, 405-ci maddələrini rəhbər tutaraq, kollegiya qərara aldı: İddiaçı şikayəti təmin edilməsin. Bakı şəhər Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar