Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4679/2023 18.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh ASC-yə qarşı “borcun silinməsi” tələbinə mülki iş üzrə (Açar sözlər: aiddiyat üzrə göndərilmə) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X2 (sədrlik edən və məruzəçi), X1 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Şahbazlı Nəzrin Elmar qızının katibliyi İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-2384/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:
1. İddiaçı ilə Cavabdeh ASC arasında imzalanmış müqaviləyə əsasən sayğac göstəriciləri əsasında İddiaçı 2006-cı il üzrə 68,66 manat, 2007-ci il üzrə 136,28 manat, 2008-ci il üzrə 88 manat, 2010-cu il üzrə 45 manat, 2011-ci il üzrə 86,6 manat, 2012-ci il üzrə 423,9 manat, 2013-cü il üzrə 93,8 manat borc hesablanmış, 2009-cu il üzrə isə əksinə 35 manat artıq ödəniş edilmiş və nəticədə 907,24 manat borcu yaranmışdır.
İş üzrə qəbul olunmuş məhkəmə aktları
2. İddiaçı Cavabdeh ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, ünvan 1 ünvanda (abonent kodu 43448) itirilmiş sayğacın yenidən quraşdırılması və əsassız olaraq hesablanmış 907,24 manat borcun silinməsinin "xxxx" ASC Baş idarəsinin üzərinə öhdəlik qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ünvan 1 ünvanda (abonent kodu 43448) yerləşən qeyri-yaşayış sahəsi üzrə suya görə əsassız hesablanmış 907,24 manat borcun silinməsinin "xxxx" ASC Baş idarəsinin üzərinə öhdəlik qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2014-cü ildə Bakı şəhəri Nərimanov rayonu, Ağa Nemətulla küçəsi 27-də tikinti və abadlıq işləri ilə əlaqədar ona məxsus olan qeyriyaşayış sahəsinin sökülməsi zərurəti yaranmış, lakin sökülməmişdir. Nərimanov Sukanal idarəsinin əməkdaşları ona məlumat vermədən, heç bir akt tərtib etmədən obyektə məxsus sayğacı aparmışlar. Bununla yanaşı, Nərimanov Sukanal idarəsi həmin dövrdə obyektə naməlum 907, 24 manat borc yazmışdır. xx.xx.2023-cü ildə borcun silinməsi və sayğacın quraşdırılması barədə Sukanal idarəsinə müraciət etsə də? həmin idarə 27 fevral tarixində Ağa Nemətulla küçəsi 27 ünvanda su təchizatı və tullantı sularının axıdılmasına görə 907,24 manat borc bildirmişlər. Azərsu ASC tərəfindən təqdim olunan abonent kartından görünür ki, 43448 saylı abonent Kodunda yaranmış borc 2014-cü ilədək olan borcdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373.3 maddəsinin tələbinə görə vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti 3 ildir.
5. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-2384/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia təmin edilərək, İddiaçı məxsus ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsi üzrə su təchizatı və kanalzasiya xidmətlərindən istifadəyə görə əsassız hesablanmış 907,24 (doqquz yüz yeddi manat iyirmi dörd qəpik) manat borc Cavabdeh ASC tərəfindən İddiaçı abunə hesabından (cavabdehə aid elektron məlumat bazasından) silinməsi qət edilmişdir.
6. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, mübahisəli borc Cavabdeh ASCnin tərəfindən hesablanıldığından göstərilən halların həqiqətə uyğun olmasının sübut etmə vəzifəsi onun üzərinə düşür. Lakin, cavabdehin nümayəndəsi iddiaçıya məxsus qeyriyaşayış sahəsi üçün su və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə hesablanılmış 907,24 manat məbləğində borcun hansı səbəbdən yaranmasını əsaslandıra bilməmiş və bu barədə hər hansı bir sübut məhkəməyə təqdim etməmişdir. İddiaçıya məxsus abonent kartında isə sərfiyyatın həcmi, yaranmış borcun və ödənişlərin məbləği aylar üzrə göstərilməmiş, yaranmış borcun və ödənişin məbləği illər üzrə göstərilməklə, sərfiyyatın həcmi isə ümumiyyətlə göstərilməmişdir. Bundan əlavə, məhkəmə qeyd etmişdir ki, Cavabdeh ASC iddiaçıya məxsus qeyri-yaşayış sahəsi üçün su və tullantı tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə borcun 2006-2013-cü illəri əhatə etmiş, qeyd edilən müddət ərzində ödəmə olmadığı təqdirdə su təchizatının dayandırılması barədə tədbir görməmişdir. Həmçinin, qeyd edilən ünvanda 2014-cü ildən sayğac çıxarılmış və yeni sayğac quraşdırılmamış, borcun yaranmasından 10 ildən artıq müddət keçməsinə baxmayaraq Cavabdeh ASC tərəfindən yaranmış borcun tələb edilməsi üçün tədbirlər görülməmişdir. Beləliklə, mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab etmişdir ki, iddia təmin edilməli, İddiaçı məxsus ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsi üzrə su təchizatı və kanalzasiya xidmətlərindən istifadəyə görə əsassız hesablanmış 907,24 (doqquz yüz yeddi manat iyirmi dörd qəpik) manat borc Cavabdeh ASC tərəfindən İddiaçı abunə hesabından (cavabdehə aid elektron məlumat bazasından) silinməlidir
7. Qətnamədən Cavabdeh ASC apellyasiya şikayəti verərək Bakı şəhəri Yasamal rayon məhkəməsinin 2(004)-2384/2023, 23 may 2023-cü il tarixli qətnaməsini ləğv edib, iddia tələbinin rədd edilməsinə və ödənilmiş 15 manat dövlət rüsumunun iddiaçıdan cavabdehin xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iş üzrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 551.2.1-ci maddəsinə istinad edərək iddianı borc üzrə tələbetmə müddəti keçdiyi üçün təmin etmişdir. Hesab edir ki, məhkəmə iş üzrə düzgün qətnamə qəbul etməmiş, maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2023-cü il tarixli Qərarının 2-ci bəndinə əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci fəslinin 5-ci paraqrafı qanunverici orqan tərəfindən təkmilləşdirilənədək, öhdəliklərdən, o cümlədən vaxtaşırı ödəmələrdən irəli gələn tələblərə münasibətdə həmin Məcəllənin 18-ci fəsliilə nəzərdə tutulmuş iddia müddətləri tətbiq edilməsi qeyd olunmuşdur. Lakin buna baxmayaraq məhkəmə tərəfindən iş üzrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 551.2.1-cimaddəsi tətbiq edilmişdir.
Apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclası və verilən izahatlar
9. İddiaçı məhkəmə iclasında bildirdi ki, Heydər Əliyev prospektində təmir işləri gedən zaman Prezidentin tapşırığı ilə onların mənzilləri də sökülmüşdü. Orada başqa qaraj da sökülüb, onlarınkı sökülməyib. Onların qarajdakı sayğacı, su nasoslarını və başqa avadanlıqları aparmışdılar. Bununla bağlı polisə də müraciət edib. Məlum olmuşdur ki, onlar hansı abonentin sayğacının sökülməli olduğunu müəyyən etmədən sayğacı söküblər. Daha sonra borcun yaranmasını öyrənib. 2006-cı ildən bu günə kimi borc davam edir. Yasamal Rayon Məhkəməsinin hakimi bildirdi ki, sayğacı onlar qoymalıdırlar. Əvvəl olan sayğacı da o qoymuşdu, cavabdeh qanunsuz olaraq gəlib sayğacı apardılar. Onun qəbzi onda var. Onlar abonentin heç bir xəbəri olmadan, heç bir akt tərtib etmədən gəlib sayğacı aparıblar. Abonentin hər hansı bir avadanlığını götürəndə akt tərtib edilməlidir. Borc qaraja – yuyucuya yazılıb. Ona görə tez müraciət edib ki, oraya yeni sayğac qoymaq istəyirlər. Cavabdeh bildirir ki, naməlum borcu ödəməmiş sayğacı qoya bilməzlər.
10. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası iddiaçının üzrlü səbəb barədə hər hansı sübut təqdim etmədiyini nəzərə alaraq işə iddiaçının iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Tətbiq edilən hüquq normaları:
11. Mülki Prosessual Məcəllənin 24.2-ci maddəsinə görə, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir.
12. Həmin Məcəllənin 26.1-ci maddəsinə görə isə, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır.
13. Həmin Məcəllənin 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli Qərarında məhkəmələrə tövsiyyə olunmuşdur ki, “...MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. .... Nəzərə alınmalıdır ki, fiziki şəxslərdən fərqli olaraq sahibkarlıq subyektlərinin, qeyri-hökumət təşkilatlarının, publik hüquqi şəxslərin, bələdiyyələrin və dövlət orqanlarının su, qaz və elektrik enerjisindən istifadə etmələri (fərdi sahibkar statusuna malik olan fiziki şəxsin şəxsi istehlakı istisna olmaqla) onların şəxsi tələbatını ödəmək məqsədi daşımadığından “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən bu münasibətlər istehlak münasibətləri hesab edilmir. İstinad edilənlər, habelə hüquq münasibətlərinin xarakteri ilə bağlı bu Qərarın 13-cü bəndində qeyd edilənlər baxımından təbii inhisar subyektləri olmaqla fəaliyyətləri həm də sahibkarlıq elementlərini ehtiva edən “Azəriqaz” İB, "xxxx" ASC, Cavabdeh ASC kimi enerji və su təchizatı qurumları ilə digər sahibkarlıq subyektləri arasında öz fəaliyyətlərinin həyata keçirilməsi üçün qaz, su və elektrik enerjisindən istifadədən irəli gələn mübahisələrə kommersiya məhkəmələrində baxılmalıdır. Bu mübahisələrin bir tərəfi qismində qeyri-hökumət təşkilatları və publik hüquqi şəxslər çıxış etdikdə isə, həmin işin kommersiya məhkəməsində baxılması imkanı sərfiyyatın onların sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı fəaliyyətindən irəli gəldiyi halla məhdudlaşmış olacaqdır. “
14. Mülki Prosessual Məcəllənin 35.1-ci maddəsində qeyd edilir ki, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
15. Məhkəmə kollegiyası izahatı dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, mübahisənin mahiyyətinə qiymət verilmədən, iddia ərizəsinin məhkəmə aidiyyəti qaydalarının pozuntusu ilə icraata qəbul edildiyi nəzərə alınmaqla birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iş aidiyyatı üzrə müvafiq kommersiya məhkəməsinə göndərilməlidir.
16. İş materiallarından görünür ki, İddiaçı ilə Cavabdeh ASC arasında 01 sentyabr 2006-cı il tarixli, 091833 nömrəli “Su təchizatı sistemindən su buraxılması və kanalizasiya xidmətlərinə dair” müqavilə imzalanmışdır.
17. Həmçinin tərəflər arasında imzalanmış “Su təchizatı sistemindən su buraxılması və kanalizasiya xidmətlərinə dair” müqavilədə İddiaçı ********** nömrəli VÖEN qeyd edilmişdir. Elektron məhkəmə informasiya sistemindən əldə edilmiş məlumatdan görünür ki, ********** nömrəli, xx.xx.2006-cı il tarixli VÖEN İddiaçı məxsusdur.
18. Hazırda iddiaçı Cavabdeh ASC tərəfindən əsassız olaraq hesablanmış borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş edir.
19. Qeyd olunanlara əsasən müəyyən edilir ki, hazırki mübahisə İddiaçı sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı yuyucuya hesablanmış borcla bağlı yaranmışdır. Abonent haqqında məlumatdan da görünür ki, 907,24 manat borc yuyucuya yazılan borcdur.(i.v.21)
20. Göründüyü kimi hazırki mülki iş, sahibkarlıq subyektinin özünün sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəldiyindən, eləcə də işdə iştirak edən şəxslərin subyektiv tərkibinə, mübahisənin predmetinə və hüquq münasibətlərinin xarakterinə görə ixtisaslaşdırılmış, yəni kommersiya məhkəməsinə aiddir.
21. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs ilə Cavabdeh ASC arasında yaranmaqla və iddiaçının sahibkarlıq fəaliyyətindən irəli gəlməklə kommersiya xarakterlidir; birinci instansiya məhkəməsi isə bunu nəzərə almayaraq iddia ərizəsini məhkəmə aidiyyəti qaydalarını pozmaqla icraatına götürmüş və işə mahiyyəti üzrə baxaraq qətnamə qəbul etmişdir.
22. Halbuki, iddia ərizəsi işdə iştirak edən şəxslərin subyektiv tərkibinə, mübahisənin predmetinə və hüquq münasibətlərinin xarakterinə görə ixtisaslaşdırılmış, yəni kommersiya məhkəməsinə aiddir. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsində isə təsbit edilmişdir ki, hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. Nəzərə alınmalıdır ki, məhkəmə aidiyyəti ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəxsin hüquqlarının və qanuni maraqlarının prosessual təminatlarına zəmanət verən şərtlərdən biri olduğuna görə qanunla dəqiq müəyyən edilmişdir. Əks təqdirdə bu və ya digər işin hansı məhkəmə tərəfindən ağlabatan müddətdə baxılmasında çətinlik yarana, son nəticədə şəxsin pozulmuş hüquqlarının bərpa edilməsi qeyri-mümkün ola bilər. Hüquq və azadlıqların məhkəmə təminatı hüququ ilk növbədə, qanunla müəyyən edilmiş müvafiq yurisdiksiyalı məhkəmələr tərəfindən işə baxılmasını nəzərdə tutur. Məhkəmənin qanunla müəyyən edilməsi isə baxılan iş üzrə onun aidiyyətinin qabaqcadan aydın şəkildə şərtləndirilməsini və ikili anlam daşımamasını tələb edir. Məhkəmə aidiyyətinə dəqiq riayət edilməsi mübahisənin müvafiq məhkəmə icraatı qaydasında hərtərəfli araşdırılmasına zəmanət yaradır, eyni zamanda, məhkəmə icraatı növündən asılı olaraq məhkəmə prosesi xüsusi prinsiplər və prosessual qaydalara müvafiq aparılır. Bu prinsip və prosessual normalara riayət edilməsi mübahisənin ixtisaslaşdırılmış qaydada ədalətli həll edilməsinə şərait yaradır. Məhz ona görə mübahisəyə müvafiq məhkəmə aidiyyəti qaydasında baxılması konstitusion baxımdan əhəmiyyət kəsb edir.
23. Həmçinin iş materialları ilə müəyyən edilir ki, Cavabdeh ASC-nin qeydiyyat ünvanı AZ1012, ünvan 3yası qeyd edir ki, cavabdehin rəsmi qeydiyyat ünvanı Bakı şəhəri olduğunu nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, mülki iş baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir.
25. Belə ki, “Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Məhkəmə Hüququ Şurasının 4 nömrəli, 14 noyabr 2019-cu il tarixli qərarına əsasən Bakı şəhəri Bakı Kommersiya Məhkəməsinin yurisdiksiyasına aid olan ərazidir.
26. Göstərilənləri ümumiləşdirərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)- 2384/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ləğv edilməklə mülki iş aidiyyatı üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir.
27. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun yuxarıda göstərilən qərarında tövsiyyə olunmuşdur ki, “...apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən MPM-in 384 və 387-ci maddəsində məhkəmə aidiyyətinin pozulması əsası ilə qətnamənin ləğv edilərək aidiyyəti üzrə göndərilməsi ilə bağlı konkret müddəaların nəzərdə tutulmadığına istinad etməklə, məhkəmə aidiyyəti məsələsinə qiymətin verilməməsi mümkünsüzdür. Bununla bağlı apelyasiya instansiyası məhkəmələrinə izah edilir ki, işin birinci instanisyası məhkəməsi tərəfindən məhkəmə aidiyyəti üzrə səhvən baxıldığının müəyyən edildiyi halda, apellyasiya məhkəməsi MPM-in 387.2.1-ci maddəsinə istinad etməklə qətnaməni ləğv etməli və MPM-in 365-ci maddəsindən çıxış etməklə MPM-in 32.4cü maddəsini rəhbər tutub işin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə qərardad qəbul etməlidir. MPM-in 32.5-ci maddəsinə əsasən həmin qərardadlardan şikayətin verilməsi nəzərdə tutulduğundan, apellyasiya instansiyası məhkəmələri işin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə qəbul etdikləri qərardadlardan tərəflərin kassasiya instansiyası məhkəməsinə şikayəti vermək hüquqlarının olduğunu da nəzərdən qaçırmamalıdırlar”.
28. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 26, 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apellyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-2384/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdeh ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair mülki iş aidiyyatı üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Cəmilə Musayeva Fuad Babayev