Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4680/2021 01.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1, İddiaçıların nümayəndəsi-vəkili Vəkil2 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdehlər Cavabdeh1, Cavabdeh2, "Cavabdeh3” MMC və Bakı şəhəri Cavabdeh4nə qarşı “keçirilmiş hərracın nəticələrinin etibarsız hesab edilməsi, mənzilə istifadə hüququnun tanınaraq, borcun mənzilə yönəldilməsinin dayandırılması, mənzilin satılmasına səbəb olan borc mübahisəsinin yenidən araşdırılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-86/2021 saylı 05 fevral 2021-ci il tarixli qətnaməsindən iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 MMC və Bakı şəhəri Cavabdeh4nə qarşı “keçirilmiş hərracın nəticələrinin etibarsız hesab edilməsi, mənzilə istifadə hüququnun tanınaraq, borcun mənzilə yönəldilməsinin dayandırılması, mənzilin satılmasına səbəb olan borc mübahisəsinin yenidən araşdırılması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri Yasamal rayonu A.Sereteli küçəsindəki 59 nömrəli evin 1 otaqlı 1 nömrəli mənzilinin Bakı şəhəri Cavabdeh4 sifarişi ilə Cavabdeh3 MMC tərəfindən hərrac yolu ilə Cavabdeh2 satılması ilə bağlı qiymətləndirmənin və hərracın nəticələrinin etibarsız hesab edilməsi; iddiaçılar İddiaçı2, İddiaçı3 və İddiaçı4 Bakı şəhəri Yasamal rayonu A.Sereteli küçəsindəki 59 nömrəli evin 1 otaqlı 1 nömrəli mənzilinə istifadə hüquqlarının tanınaraq, borcun həmin mənzilə yönəldilməsinin dayandırılması; mübahisəli mənzilin satışına səbəb olan Cavabdeh1 ilə İddiaçı1 arasında yaranmış borc mübahisəsinin yenidən araşdırılması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Yasamal rayonu A.Sereteli küçəsindəki 59 nömrəli evin 1 nömrəli mənzilinin (1 otaq 16.4 kv.m) hissəsi İddiaçı1 məxsusdur. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 17.12.2013-cü il tarixli 2(004)-5521/2013 nömrəli qətnaməsi ilə iddiaçı Cavabdeh2 cavabdeh İddiaçı1 və üçüncü şəxslər Cavabdeh1 və Bakı şəhəri 9 nömrəli notariat kontoruna qarşı "borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddiası təmin edilmiş, İddiaçı1 45.000 ABŞ dollarının manata olan məzənnəsi ilə 39.150 manat pul tutularaq Cavabdeh2 ödənilməsi, tutmanın İddiaçı1 mülkiyyətində olan ipoteka ilə yüklü edilmiş Bakı şəhəri Yasamal rayonu A.Sereteli küçəsindəki (Cabbar Qaryağdıoğlu küçəsi) 59 nömrəli evin 1 nömrəli mənzilinin sahəsi 16,4 kv.m olan 1 otağına yönəldilməsi, mənzilin açıq hərracdan satılması və satışdan əldə olunacaq vəsait hesabına 45.000 ABŞ dollarının manata olan məzənnəsi ilə 39.150 manat pulun Cavabdeh2 ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18.06.2014-cü il tarixli 2(103)-2411/2014 nömrəli qətnaməsi ilə İddiaçı1 apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 17.12.2013-cü il tarixli 2(004)-5521/2013 nömrəli qətnaməsi qismən, yəni "borc üzrə tutmanın İddiaçı1 mülkiyyətində olan ipoteka ilə yüklü edilmiş Bakı şəhəri Yasamal rayonu A.Sereteli küçəsindəki (Cabbar Qaryağdıoğlu küçəsi) 59 nömrəli evin 1 nömrəli mənzilinin sahəsi 16,4 kv.m olan 1 otağına yönəldilməsi, mənzilin açıq hərracdan satılması və satışdan əldə olunacaq vəsait hesabına 45.000 ABŞ dollarının manata olan məzənnəsi ilə 39.150 manat pulun Cavabdeh2 ödənilməsinin təmin edilməsi” hissəsində ləğv edilmiş, iddia tələbi həmin hissədə rədd edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 13.06.2018-ci il tarixli 8(004)-923/2018 nömrəli qərardadı ilə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18.06.2014-cü il tarixli 2(103)-2411/2014 nömrəli icra sənədinin icrasını təmin etmək məqsədilə Bakı şəhəri Yasamal rayonu A.Sereteli küçəsindəki (Cabbar Qaryağdıoğlu küçəsi) 59 nömrəli evin 1 nömrəli mənzilinin borclu İddiaçı1 məxsus olan hissəsinin (1 otaq 16,4 kv.m) üzərinə həbs qoyulmuşdur. Bakı Apellyasiya Məhkəməsi tərəfindən 11.09.2014-cü il tarixdə verilmiş 18.06.2014-cü il tarixli 2(103)-2411/2014 nömrəli icra vərəqəsi və Bakı şəhəri Cavabdeh4 08.10.2018-ci il tarixli 17/72-6689/4-29467 nömrəli sifariş məktubu əsasında "Cavabdeh3” MMC tərəfindən Bakı şəhəri Yasamal rayonu A.Sereteli küçəsindəki (Cabbar Qaryağdıoğlu küçəsi) 59 nömrəli evin 1 nömrəli mənzilinin İddiaçı1 məxsus olan hissəsi (1 otaq 16,4 kv.m) Cavabdeh2 14.450 manata satılmış, bu barədə hərracın yekunları haqqında 04.01.2019-cu il tarixli 006 nömrəli protokol və 04.01.2019-cu il tarixli hərracın yekunları üzrə əmlakın alğı-satqısı barədə müqavilə bağlanmışdır. Borclu İddiaçı1 və onun ailə üzvləri olan digər iddiaçıların yeganə yaşayış yeri olan Bakı şəhəri Yasamal rayonu A.Sereteli küçəsindəki (Cabbar Qaryağdıoğlu küçəsi) 59 nömrəli evin 1 nömrəli mənzilinin İddiaçı1 məxsus olan hissəsinin (1 otaq 16,4 kv.m) üzərinə həbs qoyulmasından, həmin mənzilin satılmasına dair təşkil olunan və keçirilən harracdan, hərracın keçirilməsi vaxtı və yerindən məlumatları olmamışdır. Bu barədə onlara rəsmi məlumat verilməmişdir. Həmçinin mənzil dəyəri 50.000-60.000 manat arasında olduğu halda, onun 14.450 manata satılması əsassızdır. Çünki, borclu İddiaçı1 həm mülkiyyətindəki mənzilindən məhrum olur, həm də tələbkar Cavabdeh2 olan borcu tam ödənilməmiş qalır. Bu isə borclu İddiaçı1 və onun ailə üzvləri olan iddiaçıların hüquqları pozur. Hesab edir ki, üzərinə həbs qoyulmuş mənzil iddiaçıların yeganə yaşayış yeri olduğuna görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05.06.2002-ci il tarixli 89 nömrəli qərarı ilə təsdiq edilmiş “Fiziki şəxs barəsində icra sənədi icra olunarkən tələbin yönəldilməsinə yol verilməyən əmlak növlərinin dəqiq Siyahısı”nə əsasən tutma yönəldilə bilməzdi. İddiaçıların nümayəndələri və vəkili Vəkil2 Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinin tələbinə uyğun olaraq iddia tələbinin həcminin azaldılması barədə ərizə verərək, Bakı şəhəri Yasamal rayonu A.Sereteli küçəsindəki 59 nömrəli evin 1 otaqlı 1 nömrəli mənzilinin Bakı şəhəri Cavabdeh4 sifarişi ilə "Cavabdeh3” MMC tərəfindən hərrac yolu ilə Cavabdeh2 satılması ilə bağlı qiymətləndirmənin və hərracın nəticələrinin etibarsız hesab edilməsi; iddiaçılar İddiaçı2, İddiaçı3 və İddiaçı4 Bakı şəhəri Yasamal rayonu A.Sereteli küçəsindəki 59 nömrəli evin 1 otaqlı 1 nömrəli mənzilindən istifadə hüquqlarının olmasını nəzərə alaraq, borcun həmin mənzilə yönəldilməsinin dayandırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-86/2021 saylı 05 fevral 2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18.06.2014-cü il tarixli 2(103)-2411/2014 nömrəli icra vərəqəsi və Bakı şəhəri Cavabdeh4 08.10.2018-ci il tarixli 17/72-6689/4-29467 nömrəli sifariş məktubu əsasında Cavabdeh3 MMC tərəfindən Bakı şəhəri Yasamal rayonu A.Sereteli küçəsindəki (Cabbar Qaryağdıoğlu küçəsi) 59 nömrəli evin 1 nömrəli mənzilinin İddiaçı1 məxsus olan hissəsinin (1 otaq 16,4 kv.m) Cavabdeh2 satılmasına dair 04.01.2019-cu il tarixdə keçirilmiş hərracın nəticələri, hərracın nəticələri haqqında tərtib edilmiş 04.01.2019-cu il tarixli 006 nömrəli protokol və 04.01.2019-cu il tarixli hərracın yekunları üzrə əmlakın alğı-satqısı barədə müqavilə etibarsız hesab edilmiş, iddia tələbi qalan hissədə rədd edilmiş, Qeyd olunan qətnamədən narazı qalan Cavabdeh2 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, qətnamə birinci instansiya məhkəməsi tərəfindən qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulmuş, işin məhkəmə baxışı zamanı məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamışdır. Məhkəmə qətnamə çıxararkən nəzərə almamışdır ki, iddiaçının ona olan borcunun taleyi necə olacaq, onun borcunu kim qaytaracaq? Sanki, qətnamə ilə iddiaçının ona olan borcunun üzərindən bir xətt çəkir, cavabdeh tərəfin hüquları göz qabağındaca əriyib itir. Proses iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçıların nümayəndəsi-vəkili Vəkil2 apellyasiya şikayətinə etiraz edərək, rədd edilməsini xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehlər məhkəmə kollegiyasının iclasına gəlmədiklərindən və bu barədə məhkəməyə məlumat vermədiklərindən, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının iddia tələbinin təmin edilmiş hissəsində yoxlanılması təşkil edir. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası tərəfindən aparılmış araşdırma nəticəsində müəyyən olunmuşdur ki, Cavabdeh2 Bakı şəhəri 9 saylı notariat kontorunda bağlanmış 09.06.2007-ci il tarixli borc müqaviləsinə əsasən İddiaçı1 09.12.2007-ci il tarixə kimi 45.000 ABŞ dollarının, manata olan məzənnəsi ilə 39.150 manat borc pul vermişdir. İddiaçı1 09.06.2007-ci il tarixli borc müqaviləsi üzrə aldığı 45.000 ABŞ dollarının, manata olan məzənnəsi ilə 39.150 manat borcun qaytarılmasının təminatı kimi Bakı şəhəri Yasamal rayonu A.Sereteli küçəsindəki (Cabbar Qaryağdıoğlu küçəsi) 59 nömrəli evin 1 nömrəli mənzilinin İddiaçı1 məxsus olan hissəsi (1 otaq 16,4 kv.m) Cavabdeh2 xeyrinə ipoteka ilə yüklü edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 17.12.2013-cü il tarixli 2(004)-5521/2013 nömrəli qətnaməsi ilə iddiaçı Cavabdeh2 cavabdeh İddiaçı1 və üçüncü şəxslər Cavabdeh1 və Bakı şəhəri 9 nömrəli notariat kontoruna qarşı "borcun tutulması və tutmanın ipotka predmetinə yönəldilməsi” tələbinə dair iddiası təmin edilmiş, İddiaçı1 45.000 ABŞ dollarının manata olan məzənnəsi ilə 39.150 manat pul tutularaq Cavabdeh2 ödənilməsi, tutmanın İddiaçı1 mülkiyyətində olan ipoteka ilə yüklü edilmiş Bakı şəhəri Yasamal rayonu A.Sereteli küçəsindəki (Cabbar Qaryağdıoğlu küçəsi) 59 nömrəli evin 1 nömrəli mənzilinin sahəsi 16,4 kv.m olan 1 otağına yönəldilməsi, mənzilin açıq hərracdan satılması və satışdan əldə olunacaq vəsait hesabına 45.000 ABŞ dollarının manata olan məzənnəsi ilə 39.150 manat pulun Cavabdeh2 ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18.06.2014-cü il tarixli 2(103)-2411/2014 nömrəli qətnaməsi ilə İddiaçı1 apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 17.12.2013-cü il tarixli 2(004)-5521/2013 nömrəli qətnaməsi qismən, yəni "borc üzrə tutmanın İddiaçı1 mülkiyyətində olan ipoteka ilə yüklü edilmiş Bakı şəhəri Yasamal rayonu A.Sereteli küçəsindəki (Cabbar Qaryağdıoğlu küçəsi) 59 nömrəli evin 1 nömrəli mənzilinin sahəsi 16,4 kv.m olan 1 otağına yönəldilməsi, mənzilin açıq hərracdan satılması və satışdan əldə olunacaq vəsait hesabına 45.000 ABŞ dollarının manata olan məzənnəsi ilə 39.150 manat pulun Cavabdeh2 ödənilməsinin təmin edilməsi” hissəsində ləğv edilmiş, iddia tələbi həmin hissədə rədd edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə iddia tələbini borcun ipoteka predmetinə yönəldilməsi hissəsində rədd edərkən qeyd etmişdir ki, tərəflər arasında bağlanmış ipoteka müqaviləsi qanunla nəzərdə tutulmuş şəkildə-notarial qaydada təsdiq olunsa da, həmin müqavilədən irəli gələn ipoteka hüququ müvafiq qaydada dövlət qeydiyyatına alınmamışdır. Müvafiq dövlət qeydiyyatı aparılmadığından bağlanmış ipoteka müqaviləsi qüvvəyə minməmiş, habelə ipoteka hüququ yaranmamışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 13.06.2018-ci il tarixli 8(004)-923/2018 nömrəli qərardadı ilə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18.06.2014-cü il tarixli 2(103)- 2411/2014 nömrəli icra sənədinin icrasını təmin etmək məqsədilə Bakı şəhəri Yasamal rayonu A.Sereteli küçəsindəki (Cabbar Qaryağdıoğlu küçəsi) 59 nömrəli evin 1 nömrəli mənzilinin borclu İddiaçı1 məxsus olan hissəsinin (1 otaq 16,4 kv.m) üzərinə həbs qoyulmuşdur. Bundan başqa Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 11.09.2014-cü il tarixdə verdiyi 18.06.2014- cü il tarixli 2(103)-2411/2014 nömrəli icra vərəqəsi və Bakı şəhəri Cavabdeh4 08.10.2018-ci il tarixli 17/72-6689/4-29467 nömrəli sifariş məktubu əsasında "Cavabdeh3” MMC tərəfindən Bakı şəhəri Yasamal rayonu A.Sereteli küçəsindəki (Cabbar Qaryağdıoğlu küçəsi) 59 nömrəli evin 1 nömrəli mənzilinin İddiaçı1 məxsus olan hissəsi (1 otaq 16,4 kv.m) Cavabdeh2 14.450 manata satılmış, bu barədə hərracın yekunları haqqında 04.01.2019-cu il tarixli 006 nömrəli protokol və 04.01.2019-cu il tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilə bağlanmışdır. Birinci instansiya məhkəməsinin mövqeyinə görə, Bakı şəhəri Yasamal rayonu A.Sereteli küçəsindəki (Cabbar Qaryağdıoğlu küçəsi) 59 nömrəli evin 1 nömrəli mənzilinin (1 otaq 16,4 kv.m) hissəsi İddiaçı1 və ailə üzvlərinin yeganə yaşayış yeridir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05.06.2002-ci il tarixli 89 nömrəli qərarı ilə təsdiq edilmiş “Fiziki şəxs barəsində icra sənədi icra olunarkən tələbin yönəldilməsinə yol verilməyən əmlak növlərinin dəqiq Siyahısı”-na əsasən həmin mənzilə tutma yönəldilməsinə yol verilmir. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinin birinci bəndinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası MPM-nin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 44.1-ci maddəsinə əsasən, bu Qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması; icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi; könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirlərinin tətbiqinin əsaslarıdır. Həmin Qanunun 44.2-ci maddəsinə əsasən, Bu Qanunun 44.1-ci maddəsində müəyyən edilmiş əsaslardan hər hansı biri olmadıqda məcburi icra tədbirlərinin tətbiqinə yol verilmir. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 45.1-ci maddəsinə əsasən tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 50.1-ci maddəsinə əsasən, icraata başlamaq haqqında qərar borcluya təqdim olunduğu gündən ən geci 1 ay müddətində, təxirəsalınmaz hallarda isə qərarın təqdim olunması ilə eyni vaxtda borclunun əmlakı üzərinə həbs qoyulur. Həmin Qanunun 50.2-ci maddəsinə əsasən, borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. Kollegiya qeyd edir ki, Azərbaycan Respublikası məhkəmələri tərəfindən qəbul edilmiş aktların icrası məcburidir və hökmən icra edilməlidir. Eyni zamanda məhkəmə aktlarının icrasının təmin edilməsi üçün qanunvericilikdə məcburi icra tədbirləri müəyyən olunmuşdur. Həmin məcburi icra tədbirləri, “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 50.2-ci maddəsində təsbit edilmişdir. Lakin, nəəzərə almaq lazımdır ki, qanunvericilikdə borclunun əmlakının üzərinə həbsin qoyulmasını istina edən allar mövcuddur. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05.06.2002-ci il tarixli 89 nömrəli qərarı ilə təsdiq edilmiş “Fiziki şəxs barəsində icra sənədi icra olunarkən tələbin yönəldilməsinə yol verilməyən əmlak növlərinin dəqiq Siyahısı”na əsasən həmin mənzilə tutma yönəldilməsinə yol verilmir. Kollegiya qeyd edir ki, iş materialları ilə mübahisəli Bakı şəhəri Yasamal rayonu A.Sereteli küçəsindəki (Cabbar Qaryağdıoğlu küçəsi) 59 nömrəli evin 1 nömrəli mənzilin borclu İddiaçı1 yeganə yaşayış yeri olması müəyyən olunur və işin mübahisəsiz hallarına aiddir. Göründüyü kimi qeyd olunan mənzil Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05.06.2002-ci il tarixli 89 nömrəli qərarı ilə təsdiq edilmiş “Fiziki şəxs barəsində icra sənədi icra olunarkən tələbin yönəldilməsinə yol verilməyən əmlak növlərinin dəqiq Siyahısı”nın tədbiqi dairəsinə düşür və həmin mənzilə tutmanın yönədilməsi qanunvericiliklə qadağan olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-ci maddəsinə əsasən, bu məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 416.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Azərbaycan Respublikası Mülki Məcəllənin 416.2-ci maddəsinə əsasən hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. Göründüyü kimi birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi məhkəmə məsrəfləri ilə bağlı düzgün nəticəyə gəlmişdir. Kollegiya apellyasiya şkayətinin dəlilləri ilə bağlı qeyd edir ki, şikayətin dəlilləri cavabdehin subyektiv mülahizələrinə əsaslanır, formal xarakter daşıyır və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə əsas ola bilməz. Bu müddəalara uyğun olaraq ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 88, 217.1 və 217.3-cü maddələri). Azərbaycan Respublikası MPM-nin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə aparılmış araşdırma zamanı birinci instansiya məhkəməsi tərəfindən prosessual-hüquq normalarının pozulması müəyyən edilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gəlmiş, məhkəmə tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş və qətnamənin ləğvi üçün Azərbaycan Respublikası MPM-nin 385ci maddəsində nəzərdə tutulmuş əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh2 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-86/2021 saylı 05 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-4680/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4680/2021
01.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver