Məhkəmə qərarları › İş №2(103)-4681/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4681/2025

02.03.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4681/2025 02.03.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı iş üzrə Açar sözlər: ("maddi ziyan, əldən çıxmış fayda”) hakimlər X1 (sədrliyi və məruzəsi ilə), Abbasova Günel Məhərrəm qızı və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi, iddiaçının nümayəndəsi Vəkil iştirakı ilə, iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)- 3962/2025 saylı işi üzrə xx.xx.2025-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı

1. İddiaçı "Rahatlığın Məkanı” MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən maddi ziyana (əldən çıxmış fayda) görə 64493 manat pulun alınaraq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanan 20 aprel 2021-ci il tarixli müqaviləyə əsasən Cəmiyyət ünvan 1 ünvanında yerləşən 4 saylı binanın 9-cu mərtəbəsindəki sahəsi 124,36 kv.m olan 56 nömrəli mənzili alıcı Cavabdeh təhvil verməyi, alıcı isə həmin mənzili qəbul etməyi və əvvəlcədən müəyyənləşdirilmiş mənzilin dəyərini vaxtında ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin şərtlərinə əsasən, cəmiyyət mənzili alıcıya təhvil vermişdir. Müqaviləyə 1 saylı əlavəyə əsasən sözügedən mənzilin dəyəri 174104 manat müəyyən edilmiş və alıcı ilkin olaraq 20000 manat ödəniş etmiş, 154104 manat borcu qalmışdır. Müqaviləyə 1 saylı əlavəyə əsasən alıcı hər ay 8562 manat, sonuncu ay isə 8560 manat olmaqla 154104 manat məbləği 20 oktyabr 2022-ci il tarixədək cəmiyyətə ödəməli idi. Alıcı 1 saylı əlavəyə əsasən 4 ay vaxtında ödənişləri etmiş, sonra isə müqavilə üzrə öhdəlikləri yerinə yetirməyərək ödənişləri aparmamışdır. 10 avqust 2022-ci ildə yalnız 1 dəfə 13700 manat olmaqla ilkin ödənişlə birlikdə cəmi 68200 manat məbləğində ödəniş etmişdir. Bu müddət ərzində 105904 manat məbləğində qalan borcun ödənilməsi barədə ona yazılı bildiriş göndərilsə də, o heç bir əsas gətirmədən həmin borcu ödəməkdən imtina etmiş və bununla da "xxxx" MMC-yə zərər vurmuşdur. Bununla əlaqədar "xxxx" MMC məhkəməyə müraciət etmiş və hazırda qüvvədə olan Bakı Apellyaiya məhkəməsinin 2(103)-5674/2024 saylı,xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən müqavilə öhdəliyini yerinə yetirmədiyinə görə Cavabdeh 1000 manat məbləğində cərimə alınaraq "xxxx" MMC-yə ödənilmişdir. Başqa sözlə, cavabdehin müqavilə şərtlərini pozması faktı artıq qanuni qüvvədə olan məhkəmə qətnaməsi ilə təsdiq olunub. Həmin məhkəmə prosesində cavabdeh “Rahatlığın Məkanı MMC-nin müqavilə üzrə nəzərdə tutulan 105904 manat məbləğində pul vəsaitinin guya qəbul edilmədiyi barədə həqiqətə uyğun olmayan məlumat verib. Bununla əlaqədar, "xxxx" MMC cavadehə dəfələrlə rəsmi bildirişlə müraciət edərək bağlanmış müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri yerinə yetirərək hazırda yaşadığı mənzilin 105904 manat borcunu tam ödəməsini təklif edib. Ödəniş olunduqdan dərhal sonra qanunvericiliklə müəyyən edilən müvafiq qaydada ona arayış təqdim olunacağı bildirilib. Bildirişdə həm də qeyd olunub ki, borcunu cavabdehlə bağlanan müqavilədə qeyd olunan "xxxx" MMC - nin bank hesabına da ödəyə bilər: Məhkəmə tərəfindən qanuni qüvvəyə minən məhkəmə qətnaməsini icra etmədiyi üçün inzibati və cinayət məsuliyyəti barədə rəsmi şəkildə Nizami rayon icra şöbəsi tərəfindən xəbərdar edildikdən sonra cavabdeh 105904 manat məbləğində borcu "xxxx" MMC - nin bank hesabına 8 yanvar 2025-ci il tarixdən iki dəfəyə hissə -hissə ödəyib. Borcun banka ödənilməsi faktı da təsdiq edir ki, müqavilədə qeyd olunduğu üçün həmin bank hesabı cavabdehə müqavilə bağlanan gündən məlum olub və pulun həmin hesaba müqavilədə nəzərdə tutulan müddətdə ödənilməsi üçün cavabdehə heç bir maneəçilik törədilməyib və törədilə də bilməzdi. 20 aprel 2021-ci il tarixdə cavabdehlə aralarında müqavilə bağlanan zaman mənzilin 1 kv.m dəyəri 1400 manat olmaqla 124,36 kv.m üçün 174104 manat hesablanmışdır. Cavabdeh tərəfindən borcun ödənildiyi dövr üçün sözügedən mənzilin bir kvadratmetrinin bazar dəyəri təmirsiz vəziyyətdə 2270 manat təşkil edir. İşin bu halı qeyd olunan ərazi üzrə 2024-cü ildə keçirilən ekspertiza ilə təsdiq olunur. Həmin ekspertiza başqa mülki iş üzrə "xxxx" MM-yə qarşı irəli sürülən iddia üzrə iddiaçı tərəfin vəsatəti əsasında keçirilib və bu səbəbdən həmin sübutun mötəbərliyi şübhə doğurmur. Cavabdeh aldığı mənzilə görə 2021-ci sentyabr ayına 20000 manat, sonrakı 4 ay ərzində 34500 manat, 2022ci ilin avqust ayında isə 13700 manat olmaqla cəmi 68200 manat pul vəsaiti ödəyib. E. Əsədovanın iddiasına görə pulu vaxtında ödəməməsi guya "xxxx" MMC tərəfindən verdiyi pulu almaqdan imtina etməsi və alınan məbləğin cəriməyə silinməsi ilə bağlı olub. Bu iddia işin faktiki halları ilə tam şəkildə təkzib olunur. Belə ki, Rahatlığın Məkanı” MMC ilə Cavabdeh arasında bağlanan 20 aprel 2021-ci il tarixli müqaviləyə 1 saylı əlavədə tərəflər arasında razılaşdırılan ödəniş cədvəlinə əsasən 2022-ci ilin avqust ayına qədər qalıq borc 88792 manat təşkil edib. Cavabdeh isə xx.xx.2022-ci il tarixdə bu məbləğin əvəzinə "xxxx" MMC-nin kasasına cəmi 13700 manat ödəyib ki, həmin ödəniş də cəriməyə deyil, əsas borca silinib və bununla əlaqədar cavabdehə müvafiq maliyyə arayışı təqdim olunub. Göründüyü kimi, müqavilədə öhdəliyin icrası üçün nəzərdə tutulan müddət dövründə də, müqavilə üzrə nəzərdə tutulan müddət bitdikdən sonra da borcunu ödəmək üçün "xxxx" MMC tərəfindən cavabdehə heç bir maneə törədilməyib. Cavabdeh tərəfindən müqavilədə nəzərdə tutulan müddət ərzində ödənilən 68200 manat məbləğ 124.36 kvm. mənzilin 48.72 kvm.olan hissəsinin (1400 X 48.72= 68208) qiymətidir. Bu halda, cavabdeh mənzilin (124.36 - 48.72)

75. 28 kv.m. olan hissəsinin pulunu müqavilə üzrə müəyyən edilən müddətdə ödəməyib. Cavabdeh müqavilə üzrə öhdəlikləri 2 ildən artıq müddətə yerinə yetirməməsi müqavilənin əhəmiyyətli pozuntusu sayılır. Cavabdeh mənzilin pulunu müqavilə üzrə öhdəlikləri pozmağa başladığı 2022-ci ilin avqust ayından təhvil versə idi, iddiaçı həmin mənzili hər 1 kv.m üçün (2270 -1400) 870 manat artıq olmaqla sataraq daha çox gəlir əldə edə bilərdi. Bu halda, əldən çıxan fayda şəklində dəyən zərərin məbləği (870 manat x 75.28 kvm.) 65493 manatdır.

2. Cavabdeh iddia ərizəsinə etiraz təqdim etmiş və qeyd etmişdir ki, Nizami rayon məhkəməsinin 2(007)-561/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi ilə ilk iddia qismən təmin edilərək cavabdeh olaraq ondan 1000 manat məbləğində cərimə alınaraq "xxxx" MMCyə ödənilməsi və məhkəmə xərclərinə aid olan 355 manat dövlət rüsumunun 4 manatı ona, 351 manatı "xxxx" MMC-yə aid edilməsi qət edilmişdir. Bundan başqa həmin qətnamə ilə qarşılıqlı iddia təmin edilərək "xxxx" MMC ilə onun arasında bağlanmış 20 aprel 2021-ci il tarixli müqaviləyə əsasən ünvan 1 ünvanında yerləşən 4 saylı binanın 9-cu mərtəbəsindəki yaşayış sahəsi 68,74 m2 , satış sahəsi 124,36 m2 olan 56 nömrəli mənzilə dair 105904 manat məbləğində ödənişin qəbul edilməsi və həmin mənzilə dair borcun olmaması haqqında maliyyə arayışının verilməsi vəzifəsi "xxxx" MMC-nin üzərinə qoyulması və ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun ona aid edilməsi qət edilmişdir. Qeyd edir ki, o, hazırda müqavilə öhdəliyi olan 105904 manat məbləği tam olaraq ödəsə də, "xxxx" MMC tərəfindən ona həmin mənzilə dair borcun olmaması haqqında maliyyə arayışının verilməsi vəzifəsi yerinə yetirilmir. Üstəlik olaraq hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək əsassız olaraq əldən çıxmış fayda tələb etməkdədir. İddiaçı bundan əvvəl xx.xx.2025-ci il tarixdə iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən ünvan 1 ünvanında yerləşən 4 saylı binanın 9-cu mərtəbəsindəki sahəsi 124,36 kv.m olan 56 nömrəli mənzilə dair "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 20 aprel 2021-ci il tarixli müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında yerinə yetirmədiyi üçün "xxxx" MMC -yə dəyən zərərə görə 11716 manat və 125.20 manat məbləğində rüsumun Cavabdeh alınaraq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Xətai rayon məhkəməsinin 2(011)-2934/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadı ilə iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsinin qəbulundan iddianın yolverməzliyinə görə imtina edilməsi qərara alınmışdır. Lakin buna baxmayaraq iddiaçı yenidən hazırki iddia ilə eyni əsasla məhkəməyə müraciət edərək əsassız olaraq əldən çıxmış fayda tələb etməkdədir. Hansı ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” 09 iyul 2009-cu il tarixli qərarına əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 449.1-ci maddəsinin «ondan faydalanmağa görə» müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəlməsini nəzərdə tutur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 449.3-cü və 449.4-cü maddələrinin müvafiq olaraq «pul vəsaitindən qanunsuz istifadə» və “özgə vəsaitindən istifadə” müddəaları həmin Məcəllənin 449.1-ci maddəsində göstərilmiş halların mövcud olmasını nəzərdə tutur. İddiaçı hazırda əsaasız olaraq cavabdehdən 64493 manat məbləğində əldən çıxmış faydanın tutulmasını xahiş etsə də, iddiaçı cavabdehin onun pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə ondan faydalanmasını təsdiq edən sübut təqdim etməmişdir. Bu səbəbdən də hesab edir ki, əldən çıxmış faydanın tutulması barədə iddia tələbi rədd edilməlidir.

3. Birinci instansiya məhkəməsində icraat zamanı müəyyən edilmişdir ki: - "xxxx" MMC ilə Cavabdeh arasında bağlanan 20 aprel 2021-ci il tarixli müqavilədən görünür ki, Cəmiyyət ünvan 1 ünvanında yerləşən 4 saylı binanın 9-cu mərtəbəsindəki yaşayış sahəsi 68,74 m2 , satış sahəsi 124,36 m2 olan 56 nömrəli mənzili alıcı Cavabdeh təhvil verməyi, alıcı isə həmin mənzili qəbul etməyi və əvvəlcədən müəyyənləşdirilmiş mənzilin dəyərini vaxtında ödəməyi öhdəsinə götürmüşdür; - 20 aprel 2021-ci il tarixli müqaviləyə 1 nömrəli əlavə olan ödəniş tapşırığından görünür ki, mənzilin dəyəri 174104 manat, ilkin ödəniş 20000 manat, qalıq borc 154104 manatdır. Alıcı 18 ay müddətində hər ayın 20-dən gec olmayaraq 8562 manat, sonuncu ay 8550 manat ödəniş etməyi öhdəsinə götürmüşdür. Alıcı hər gecikdirilmiş gün üçün gecikdirilmiş aylıq məbləğin 1 faizi məbləğində cərimə ödəməlidir; - Xəbərdarlıq məktublarından görünür ki, Cavabdeh "xxxx" MMC-yə olan borcunun tam ödənilməsi barədə xəbərdar edilmişdir. İltizamdan görünür ki, Cavabdeh xx.xx.2025-ci il tarixinədək 50904 manat pulu "xxxx" MMC-yə ödəməyi öhdəsinə götürmüşdür; - Yeni dövr Qiymətləndirmə Mərkəzinin rəyindən görünür ki, Bakı şəhəri Nizami rayonu Ş.Mirzəyev və K.Balakişiyev küçələrinin kəsişməsindəki 2439-cu məhllədə yerləşən 2 otaqlı (89.4 kv.m) mənzililərin dəyəri 202940 manat təşkil edir. Nizami Rayon Məhkəməsinin 2(007)-561/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, ilkin iddiaçı "xxxx" MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 20 aprel 2021-ci il tarixli müqavilənin ləğv edilməsi, mənzilin boşaldılaraq "xxxx" MMC-yə təhvil verilməsi, 20 aprel 2021-ci il tarixli müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında yerinə yetirmədiyinə görə Cavabdeh 88282 manat məbləğində cərimənin və 355 manat məbləğində dövlət rüsumunun alınaraq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh "xxxx" MMC-yə qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mənzilə dair 105904 manat məbləğində ödənişin qəbul edilməsi və həmin mənzilə dair borcun olmamasına dair maliyyə arayışının verilməsi vəzifəsinin "xxxx" MMC-nin üzərinə qoyulması, ilkin iddiaının rədd edilməsi və ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun "xxxx" MMC-dən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir; - Nizami Rayon Məhkəməsinin 2(007)-561/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə ilk iddia qismən təmin edilərək Cavabdeh 1000 manat məbləğində cərimənin alınaraq "xxxx" MMC-yə ödənilməsi, ilkin iddianın qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddianın təmin edilərək "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 20 aprel 2021-ci il tarixli müqaviləyə əsasən mənzilə dair 105904 manat məbləğində ödənişin qəbul edilməsi və həmin mənzilə dair borcun olmaması haqqında maliyyə arayışının verilməsi vəzifəsinin "xxxx" MMC-nin üzərinə qoyulması qət edilmişdir.

4. Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-3962/2025 saylı işi üzrə xx.xx.2025-cü il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Qətnamədə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 1096.1, 1096.2, 1097.1; Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 82.3-ci maddələrinə istinadən qeyd edilmişdir ki, iş materiallarında olan Nizami Rayon Məhkəməsinin 2(007)-561/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, "xxxx" MMC-nin Cavabdeh qarşı 20 aprel 2021-ci il tarixli müqavilənin ləğv edilməsi, mənzilin boşaldılaraq "xxxx" MMC-yə təhvil verilməsi barədə iddia tələbləri təmin edilməmişdir. Beləliklə, qüvvədə olan məhkəmə qətnaməsi ilə mənzilin Cavabdeh sahibliyində qalmalı olması müəyyən edilmişdir. Odur ki, məhkəmə hesab edir ki, mübahisəli mənzilin iddiaçıya təhvil verilməli olması iş materialları ilə öz təsdiqini tapmadığından, sonradan mənzilin dəyərinin qalxmasına görə əldən çıxmış faydanın Cavabdeh tərəfindən "xxxx" MMC-yə ödənilməsi barədə iddia əsassızdır. Məhkəmə həmçinin qeyd edir ki, eyni məhkəmə qətnaməsi ilə mənzilin dəyərinin gec ödənilməsində hər iki tərəfin hərəkətlərinə hüquqi qiymət verilərək Cavabdeh 1000 manat məbləğində cərimənin alınaraq "xxxx" MMC-yə ödənilməsi, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 20 aprel 2021-ci il tarixli müqaviləyə əsasən mənzilə dair 105904 manat məbləğində ödənişin qəbul edilməsi və həmin mənzilə dair borcun olmaması haqqında maliyyə arayışının verilməsi vəzifəsinin "xxxx" MMC-nin üzərinə qoyulması qət edilmişdir. Nizami Rayon Məhkəməsinin 2(007)-561/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsində mənzilin dəyərinin gec ödənilməsinə münasibətdə qeyd edilmişdir ki, “həmçinin məhkəmə iclasında müəyyən olundu ki, Cavabdeh mənzilə olan borcu tam şəkildə ödəmək istəsə də, MMC-nin rəhbərliyi ödənişi qəbul etməmişdir. Demək ki, Cavabdeh ödənişi gecikdirməsinə səbəb müəyyən zaman MMC tərəfindən ödənişin qəbul edilməməsi də olmuşdur”. MPM-nin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Nizami Rayon Məhkəməsinin qeyd edilən qətnaməsi də qanuni qüvvəyə minmişdir. Beləlkilə, qüvvədə olan məhkəmə qətnaməsi ilə, mübahisəli mənzilin cavabdehin sahibliyində qalmalı olması və mənzilin dəyərinin gec ödənilməsində MMC-nin rəhbərliyinin də səbəb olması müəyyən edildiyindən hazırki iddia tələbi təmin edilə bilməz.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

5. İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)- 3962/2025 saylı işi üzrə xx.xx.2025-cü il tarixli qətnaməsinin ləğv edərək iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətdə qeyd edilmişdir ki, birinci instansiya məhkəməsi iş üzrə iddia tərəfinin təqdim etdiyi sübutların heç birini araşdırmadan və qiymət vermədən yalnız Nizami Rayon Məhkəməsinin 2(007)- 561/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinə istinad edərək iş üzrə belə nəticəyə gəlib ki, Cavabdeh mənzilə olan borcu tam şəkildə ödəmək istəsə də, MMC-nin rəhbərliyi ödənişi qəbul etməmişdir. Bu, iş üzrə faktların təhrif olunmasıdır. Belə ki, iddia ərizəsində göstərildiyi kimi, hətta yuxarıda sözügedən məhkəmə qətnaməsi qəbul edildikdən sonra cavabdehə 5 dəfə rəsmi şəkildə bildiriş göndərilsə də, cavabdeh borcu ödəməyib. Bu halda birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticədən çıxan məna budur ki, Nizami Rayon Məhkəməsinin 2(007)-561/2024 saylı, 03. 04.2024-cü il tarixli qətnaməsinə əsasən Cavabdeh 1000 manat məbləğində cərimənin alınaraq "xxxx" MMC-yə ödənilməsi "xxxx" MMC ilə Cavabdeh arasında bağlanan müqaviləyə görə öhdəliyinin icrasının istənilən müddətə yubadılması üçün cavabdehə heç bir məsuliyyət yaratmır. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanan 20 aprel 2021-ci il tarixli müqaviləyə əsasən Cəmiyyət ünvan 1 ünvanında yerləşən 4 saylı binanın 9-cu mərtəbəsindəki sahəsi 124,36 kv.m olan 56 nömrəli mənzili alıcı Cavabdeh təhvil verməyi, alıcı isə həmin mənzili qəbul etməyi və əvvəlcədən müəyyənləşdirilmiş mənzilin dəyərini vaxtında ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin şərtlərinə əsasən Cəmiyyət mənzili alıcıya təhvil vermişdir. Müqaviləyə 1 saylı əlavəyə əsasən sözügedən mənzilin dəyəri 174104 manat müəyyən edilmiş və alıcı ilkin olaraq 20000 manat ödəniş etmiş, 154104 manat borcu qalmışdır. Müqaviləyə 1 saylı əlavəyə əsasən alıcı hər ay 8562 manat, sonuncu ay isə 8560 manat olmaqla 154104 manat məbləği 20 oktyabr 2022-ci il tarixədək Cəmiyyətə ödəməli idi. Alıcı 1 saylı əlavəyə əsasən 4 ay vaxtında ödənişləri etmiş, sonra isə müqavilə üzrə öhdəlikləri yerinə yetirməyərək ödənişləri aparmamışdır. 10 avqust 2022-ci ildə yalnız 1 dəfə 13700 manat olmaqla ilkin ödənişlə birlikdə cəmi 68200 manat məbləğində ödəniş etmişdir. Bu müddət ərzində 105904 manat məbləğində qalan borcun ödənilməsi barədə ona dəfələrlə yazılı bildiriş göndərilsə də, o heç bir əsas gətirmədən həmin borcu ödəməkdən imtina etmiş və bununla da "xxxx" MMC-yə zərər vurmuşdur. Nizami rayon icra şöbəsi tərəfindən qanuni qüvvəyə minən məhkəmə qətnaməsini icra etmədiyi üçün inzibati və cinayət məsuliyyəti barədə rəsmi şəkildə xəbərdar edildikdən sonra cavabdeh 105904 manat məbləğində borcu "xxxx" MMC - nin bank hesabına 8 yanvar 2025-ci il tarixdən iki dəfəyə hissə-hissə ödəyib. Borcun banka ödənilməsi faktı da təsdiq edir ki, müqavilədə qeyd olunduğu üçün həmin bank hesabı cavabdehə müqavilə bağlanan gündən məlum olub və pulun həmin hesaba müqavilədə nəzərdə tutulan müddətdə ödənilməsi üçün cavabdehə heç bir maneəçilik törədilməyib və törədilə də bilməzdi. Cavabdeh aldığı mənzilə görə 2021-ci il sentyabr ayına 20000 manat, sonrakı 4 ay ərzində 34500 manat, 2022-ci ilin avqust ayında isə 13700 manat olmaqla cəmi 68200 manat pul vəsaiti ödəyib. E. Əsədovanın iddiasına görə pulu vaxtında ödəməməsi guya "xxxx" MMC tərəfindən verdiyi pulu almaqdan imtina etməsi və alınan məbləğin cəriməyə silinməsi ilə bağlı olub. Bu iddia işin faktiki halları ilə tam şəkildə təkzib olunur. Belə ki, Rahatlığın Məkanı” MMC ilə Cavabdeh arasında bağlanan 20 aprel 2021-ci il tarixli müqaviləyə 1 saylı əlavədə tərəflər arasında razılaşdırılan ödəniş cədvəlinə əsasən 2022-ci ilin avqust ayına qədər qalıq borc 88792 manat təşkil edib. Cavabdeh isə xx.xx.2022-ci il tarixdə bu məbləğin əvəzinə "xxxx" MMC-nin kassasına cəmi 13700 manat ödəyib ki, həmin ödəniş də cəriməyə deyil, əsas borca silinib və bununla əlaqədar cavabdehə müvafiq maliyyə arayışı təqdim olunub. Göründüyü kimi, müqavilədə öhdəliyin icrası üçün nəzərdə tutulan müddət dövründə də, müqavilə üzrə nəzərdə tutulan müddət bitdikdən sonra da borcunu ödəmək üçün "xxxx" MMC tərəfindən cavabdehə heç bir maneə törədilməyib. Cavabdeh 105904 manat məbləğində borcu müqavilədə nəzərdə tutulduğundan 2 sonra Nizami rayon icra şöbəsi tərəfindən xəbərdar edildikdən sonra "xxxx" MMC-nin bank hesabına 8 yanvar 2025-ci il tarixdən iki dəfəyə hissi-hissə ödəyib. Halbuki, tərəflər arasında bağlanan müqaviləyə əsasən borc 20 oktyabr 2022-ci ilədək tam ödənilməli idi. Cavabdeh tərəfindən müqavilədə nəzərdə tutulan müddət ərzində ödənilən 68200 manat məbləğ 124.36 kvm. mənzilin 48.72 kvm.olan hissəsinin (1400 X 48.72= 68208) qiymətidir. Bu halda, cavabdeh mənzilin (124.36 - 48.72)

75. 28 kvm. olan hissəsinin pulunu müqavilə üzrə müəyyən edilən müddətdə ödəməyib. Cavabdeh müqavilə üzrə öhdəlikləri 2 ildən artıq müddətə yerinə yetirməməsi müqavilənin əhəmiyyətli pozuntusu sayılır. Birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticədən çıxan məna budur ki, Nizami Rayon Məhkəməsinin 2(007)-561/2024 saylı, 03. 04. 2024-cü il tarixli qətnaməsinə əsasən Cavabdeh 1000 manat məbləğində cərimənin alınaraq "xxxx" MMC-yə ödənilməsi "xxxx" MMC ilə Cavabdeh arasında bağlanan müqaviləyə görə öhdəliyinin icrasının istənilən müddətə yubadılması üçün cavabdehə heç bir məsuliyyət yaratmır. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanan 20 aprel 2021-ci il tarixli müqaviləyə əsasən Cəmiyyət ünvan 1 ünvanında yerləşən 4 saylı binanın 9-cu mərtəbəsindəki sahəsi 124,36 kv.m olan 56 nömrəli mənzili alıcı Cavabdeh təhvil verməyi, alıcı isə həmin mənzili qəbul etməyi və əvvəlcədən müəyyənləşdirilmiş mənzilin dəyərini vaxtında ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin şərtlərinə əsasən Cəmiyyət mənzili alıcıya təhvil vermişdir. Müqaviləyə 1 saylı əlavəyə əsasən sözügedən mənzilin dəyəri 174104 manat müəyyən edilmiş və alıcı ilkin olaraq 20000 manat ödəniş etmiş, 154104 manat borcu qalmışdır. Müqaviləyə 1 saylı əlavəyə əsasən alıcı hər ay 8562 manat, sonuncu ay isə 8560 manat olmaqla 154104 manat məbləği 20 oktyabr 2022-ci il tarixədək Cəmiyyətə ödəməli idi. Alıcı 1 saylı əlavəyə əsasən 4 ay vaxtında ödənişləri etmiş, sonra isə müqavilə üzrə öhdəlikləri yerinə yetirməyərək ödənişləri aparmamışdır. 10 avqust 2022-ci ildə yalnız 1 dəfə 13700 manat olmaqla ilkin ödənişlə birlikdə cəmi 68200 manat məbləğində ödəniş etmişdir. Bu müddət ərzində 105904 manat məbləğində qalan borcun ödənilməsi barədə ona dəfələrlə yazılı bildiriş göndərilsə də, o heç bir əsas gətirmədən həmin borcu ödəməkdən imtina etmiş və bununla da "xxxx" MMCyə zərər vurmuşdur. Ali məhkəmənin öhdəliyin icra edilməməsi ilə vurulan zərərlə əlaqədar qəbul etdiyi xx.xx.2024 -cü il tarixli, 2(102) -3617/2024 saylı qərarında qeyd olunur ki, tikinti fəaliyyəti ilə məşğul olan müəssisələr məhz pul vəsaitlərindən istifadə edərək, həmin vəsaitlərdən faydalanaraq tikinti həyata keçirdikləri hər hansı mübahisə doğurmur. Cavabdeh mənzilin pulunu müqavilə üzrə öhdəlikləri pozmağa başladığı 2022-ci ilin avqust ayından təhvil versəydi iddiaçı həmin mənzili hər 1 kv.m üçün (2270 -1400) 870 manat artıq olmaqla sataraq daha çox gəlir əldə edə bilərdi. Bu halda, əldən çıxan fayda şəklində dəyən zərərin məbləği (870 manat x 75.28 kvm.) 65493 manatdır. Qeyd olunanları nəzərə alaraq, "xxxx" MMC mənzilin alqı - satqı müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqını, həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər ki, bu halda, müəyyən edilən zərədən cavabdeh tərəfindən cərimə kimi 1000 manat zərərin ödənilməsi halı nəzərə alınmalı və əldən çıxan faydanın ümumi məbləğindən cərimə kimi ödənilən 1000 manat çıxılmalıdır. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanan 20 aprel 2021-ci il tarixli müqaviləyə əsasən Cəmiyyət ünvan 1 ünvanında yerləşən 4 saylı binanın 9-cu mərtəbəsindəki sahəsi 124,36 kv.m olan 56 nömrəli mənzili alıcı Cavabdeh təhvil verməyi, alıcı isə həmin mənzili qəbul etməyi və əvvəlcədən müəyyənləşdirilmiş mənzilin dəyərini vaxtında ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin şərtlərinə əsasən Cəmiyyət mənzili alıcıya təhvil vermişdir. Müqaviləyə 1 saylı əlavəyə əsasən sözügedən mənzilin dəyəri 174104 manat müəyyən edilmiş və alıcı ilkin olaraq 20000 manat ödəniş etmiş, 154104 manat borcu qalmışdır. Müqaviləyə 1 saylı əlavəyə əsasən alıcı hər ay 8562 manat, sonuncu ay isə 8560 manat olmaqla 154104 manat məbləği 20 oktyabr 2022- ci il tarixədək Cəmiyyətə ödəməli idi. Alıcı 1 saylı əlavəyə əsasən 4 ay vaxtında ödənişləri etmiş, sonra isə müqavilə üzrə öhdəlikləri yerinə yetirməyərək ödənişləri aparmamışdır. 10 avqust 2022-ci ildə yalnız 1 dəfə 13700 manat olmaqla ilkin ödənişlə birlikdə cəmi 68200 manat məbləğində ödəniş etmişdir. Bu müddət ərzində 105904 manat məbləğində qalan borcun ödənilməsi barədə ona dəfələrlə yazılı bildiriş göndərilsə də, o heç bir əsas gətirmədən həmin borcu ödəməkdən imtina etmiş və bununla da "xxxx" MMC-yə zərər vurmuşdur. Bu halda, birinci instansiya məhkəməsi nəzərə almayıb ki, Nizami Rayon Məhkəməsinin 2(007)-561/2024 saylı, 03. 04. 2024-cü il tarixli qətnaməsinə əsasən Cavabdeh 1000 manat məbləğində cərimənin alınaıaq "xxxx" MMC-yə ödənilməsinnıəzərdə tutur. Cavabdehin 1000 manat məbləğində cərimə olunmasının səbəbi də məhz müqavilə öhdəliyinin icrasını gecikdirməsidir. Digər tərəfdən, birinci instansiya məhkəməsi nəzərə almayıb ki, Nizami Rayon Məhkəməsinin2(007)- 561/2024 saylı, 03. 04. 2024-cü il tarixli qətnaməsi qəbul edildikdən sonra da cavabdeh 9 ay ərzində pulu ödəməyib. Halbuki, həmin qətnamənin qəbulundan sonra cavabdehə 5 dəfə bildiriş gəndərilib və pulun ödənilməsi tələb olunub. Nizami rayon icra şöbəsi tərəfindən qanuni qüvvəyə minən məhkəmə qətnaməsini icra etmədiyi üçün inzibati və cinayət məsuliyyəti barədə rəsmi şəkildə xəbərdar edildikdən sonra cavabdeh 105904 manat məbləğində borcu "xxxx" MMC - nin bank hesabına 8 yanvar 2025-ci il tarixdən iki dəfəyə hissə-hissə ödəyib. Borcun banka ödənilməsi faktı da təsdiq edir ki, müqavilədə qeyd olunduğu üçün həmin bank hesabı cavabdehə müqavilə bağlanan gündən məlum olub və pulun həmin hesaba müqavilədə nəzərdə tutulan müddətdə ödənilməsi üçün cavabdehə heç bir maneəçilik törədilməyib və törədilə də bilməzdi. Göründüyü kimi, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəyə görə, əgər cavabdehlə iddiaçı arasında olan mübahisə üzrə əvvəl çıxarılan məhkəmə aktında müəyyən miqdarda cərimə nəzərdə tutulubsa, işin bu halı əldən çıxan layda ilə bağlı iddianın təmin edilməməsi üçün əsasdır. Lakin bu yanlış mövqedir. Belə ki, ödənilən 1000 manat cərimə nə dəyən real zərəri, nə də əldən çıxan faydanı əhatə etmir. Mövcud mülki qanunvericiikdə cərimənin ödənilməsi əldən çıxan fayda ilə bağlı iddia tələbinin qaldırılma ehtimalını istisna etmir, çünki bu iş üzrə tərəflər arasında bağlanan müqavilədə zərərin yalnız cərimə ilə əhatə olunacağına dair müddəa yoxdur. Həm də ən əsası odur ki, 1000 manat cərimə məhz müqavilənin icrasının gecikdiyini təsdiq edir. Bu halda, birinci instansiya məhkəməsi tətbiq etməli olmadığı prosessual hüquq normasını tətbiq edib. Eyni zamanda,i ş materiallarında dəyən zərəri sübut edən ekspertiza rəyi olsa da, birinci instansiya məhkəməsi həmin ekspertiza rəyinə əsasən hazırlanan iddia tələbinin arqumentlərinə qətnamədə qiymət vermir. Çünki, birinci instansiya məhkəməsi işin bu halını qətiyyən araşdırmayıb. Cavabdehin 1000 manat məbləğində cərimələnməsi iddiaçıya dəyən real zərərin, əldən çıxan faydaya görə dəyən zərərin əvəzinin ödənilməsi məsuliyyətindən onu azad edə bilməz.

Apellyasiya icraatında müəyyən edilən hallar:

6. Qanuni qüvvəsini almış Nizami Rayon Məhkəməsinin 2(007)-561/2024 saylı, xx.xx.2024cü il tarixli qətnaməsi ilə cavabdeh tərəfindən müqavilə öhdəliyinin pozulması artıq müəyyən edilmiş, sadəcə iddiaçı tərəfindən tələb edilən cərimə məbləği tənasübsüz yüksək olması əsası ilə azaldılmışdır.

7. Bakı Apellyasiya Məhkəməsinin iş üzrə xx.xx.2025-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, ekspertiza tədqiqatının aparılması Azərbaycan Respublikası Auditorlar Palatasının auditorlarına həvalə edilmişdir. xx.xx.2025-ci tarixli audit rəyi ilə müəyyən edilmişdir ki, "xxxx" Qiymətləndirmə Mərkəzi MMC-nin 12 dekabr 2025-ci il tarixli qiymətləndirməsinə əsasən ünvan 1 ünvanda yerləşən 4 saylı binanın 9-cu mərtəbəsindəki sahəsi 124,36 kv.m olan 56 nömrəli mənzilin 2025-ci ilin yanvar ayına bazar dəyəri (yuvarlaqlaşdırılaraq) 274.500,00 (iki yüz yetmiş dörd min beş yüz) manat təşkil edir. Bu halda, həmin dövr üçün mənzilin 1 kvm-nin dəyəri (274.500,00 : 124,36) (yuvarlaqlaşdırılaraq ) 2.207,00 manat təşkil edir. Cavabdeh yanvar 2025-ci ilə qədər aldığı 124,36 kv.m sahəsi olan mənzilin 75,65 kv.m sahəsinin dəyəri alqı-satqı müqaviləsində nəzərdə tutulan müddət ərzində ödənilmədiyi üçün, "xxxx" Qiymətləndirmə Mərkəzi MMC-nin həmin mənzilin yanvar 2025-ci il tarixə 1 kv.m-i üçün müəyyən etdiyi 75,65 kv.m sahəni 2.207,00 manata vurmaqla hesablanmalıdır. Bunun nəticəsi olaraq, Cavabdeh xx.xx.2025-ci il tarixə (artmış qiymət fərqi hesabına 2207,00 – 1400.00 = 807,00 manat) (75,65 x 807,00=) 61055,55 manat ödənilməmiş borcu müəyyən olunur.

8. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil apellyasiya şikayətini müdafiə etmiş, audit rəyində qeyd edilən məbləğlə razılaşdıqlarını bildirmiş və şikayətin təmin edilməsini xahiş etmişdir.

9. Məlumatlandırılması üçün qanunvericilikdə nəzərdə tutulan tədbirlərin görülməsi nəticə vermədiyindən cavabdehin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir.

Apellyasiya baxışının hədləri:

10. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosessual Məcəllənin 372-ci maddəsinə əsasən: maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır.

Tətbiq edilən hüquq və apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

11. Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə əsasən: 14.2.6. Başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasıdır:; 21.1. Zərərin əvəzinin ödə nilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 443.2. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. 443.4. Əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır. 443.7. Əgər öhdəlikdə ayrı qayda nəzərdə tutulmayıbsa və ondan ayrı qayda irəli gəlmirsə, borclunun üzərinə yalnız qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində dəymiş zərərin əvəzini ödəmək vəzifəsi qoyulur. 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

12. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur.

13. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin tələblərinə əsasən: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1. hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 82.1. Hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 106.2. Digər tərəf sübutları özündə saxlayıb məhkəmənin tələbi ilə təqdim etmədikdə, məhkəmə tərəflərin bildirdiyi məlumatlar əsasında iş üçün əhəmiyyətli olan halları müəyyən olunmuş hesab edə bilər.

14. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsinin 76-82, 106, 119, 217, 385-390-cı maddələrinə istinadən mübahisələndirilən hissədə yoxlayan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən əsaslıdır, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia tələbi qismən təmin edilməlidir.

15. Belə ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanan 20 aprel 2021-ci il tarixli müqavilədən görünür ki, Cəmiyyət ünvan 1 ünvanında yerləşən 4 saylı binanın 9-cu mərtəbəsindəki yaşayış sahəsi 68,74 m2 , satış sahəsi 124,36 m2 olan 56 nömrəli mənzili alıcı Cavabdeh təhvil verməyi, alıcı isə həmin mənzili qəbul etməyi və əvvəlcədən müəyyənləşdirilmiş mənzilin dəyərini vaxtında ödəməyi öhdəsinə götürmüşdür və müqaviləyə 1 nömrəli əlavə olan ödəniş tapşırığından görünür ki, mənzilin dəyəri 174104 manat, ilkin ödəniş 20000 manat, qalıq borc 154104 manatdır. Alıcı 18 ay müddətində hər ayın 20-dən gec olmayaraq 8562 manat, sonuncu ay 8550 manat ödəniş etməyi öhdəsinə götürmüşdür. Alıcı hər gecikdirilmiş gün üçün gecikdirilmiş aylıq məbləğin 1 faizi məbləğində cərimə ödəməlidir; - Xəbərdarlıq məktubları ilə Cavabdeh "xxxx" MMC-yə olan borcunun tam ödənilməsi barədə xəbərdar edilmişdir. İltizamdan görünür ki, Cavabdeh xx.xx.2025-ci il tarixinədək 50904 manat pulu "xxxx" MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. Nizami Rayon Məhkəməsinin 2(007)-561/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə ilk iddia qismən təmin edilərək Cavabdeh 1000 manat məbləğində cərimənin alınaraq "xxxx" MMC-yə ödənilməsi, ilkin iddianın qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddianın təmin edilərək "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 20 aprel 2021-ci il tarixli müqaviləyə əsasən mənzilə dair 105904 manat məbləğində ödənişin qəbul edilməsi və həmin mənzilə dair borcun olmaması haqqında maliyyə arayışının verilməsi vəzifəsinin "xxxx" MMC-nin üzərinə qoyulması qət edilmişdir.

16. xx.xx.2025-ci tarixli audit rəyi ilə müəyyən edilmişdir ki, "xxxx" Qiymətləndirmə Mərkəzi MMC-nin 12 dekabr 2025-ci il tarixli qiymətləndirməsinə əsasən ünvan 1 ünvanda yerləşən 4 saylı binanın 9-cu mərtəbəsindəki sahəsi 124,36 kv.m olan 56 nömrəli mənzilin 2025-ci ilin yanvar ayına bazar dəyəri (yuvarlaqlaşdırılaraq) 274.500,00 (iki yüz yetmiş dörd min beş yüz) manat təşkil edir. Bu halda, həmin dövr üçün mənzilin 1 kvm-nin dəyəri (274.500,00: 124,36) (yuvarlaqlaşdırılaraq ) 2.207,00 manat təşkil edir. Cavabdeh yanvar 2025-ci ilə qədər aldığı 124,36 kv.m sahəsi olan mənzilin 75,65 kv.m sahəsinin dəyəri alqı-satqı müqaviləsində nəzərdə tutulan müddət ərzində ödənilmədiyi üçün, "xxxx" Qiymətləndirmə Mərkəzi MMC-nin həmin mənzilin yanvar 2025-ci il tarixə 1 kv.m-i üçün müəyyən etdiyi 75,65 kv.m sahəni 2.207,00 manata vurmaqla hesablanmalıdır. Bunun nəticəsi olaraq, Cavabdeh xx.xx.2025-ci il tarixə (artmış qiymət fərqi hesabına 2207,00 – 1400.00 = 807,00 manat) (75,65 x 807,00=) 61055,55 manat ödənilməmiş borcu müəyyən olunur.

17. Məhkəmə kollegiyası mülki prosessual qanunvericiliyinə müvafiq olaraq ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, cavabdehin hərəkətləri (hərəkətsizliyi) nəticəsində iddiaçının əldə edə biləcəyi gəlirlərdən məhrum olması halı mövcuddur. Məhkəmə kollegiyası qeyd edir ki, mülki qanunvericiliyin normaları baxımından cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, cavabdeh yuxarıda qeyd edilən müqavilə ilə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, o, müqavilə ilə nəzərdə tutulan hərəkətləri vaxtında və tam icra etməyərək, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də, o, özünün risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyır. Birinci instansiya məhkəməsi tərəfindən əvvəlki qətnaməyə əsasən gecikmənin iddiaçı tərəfindən pulun qəbul edilməməsinə istinad etməklə, qüvvədə olan məhkəmə qətnaməsi ilə mənzilin Cavabdeh sahibliyində qalmalı olması, mübahisəli mənzilin iddiaçıya təhvil verilməli olmasının iş materialları ilə öz təsdiqini tapmadığını müəyyən edilmiş hal kimi qiymətləndirərək səhv nəticəyə gəlmişdir. Belə ki, məhz həmin qətnamə ilə cavabdehin müqavilə üzrə nəzərdə tutulmuş öhdəliklərinin vaxtında yerinə yetirilməsi və pozuntulara görə cərimə edilməsi artıq müəyyən edilmiş haldır. Halbuki, bu qətnamədən sonra da onun icrası vaxtında təmin edilməmiş, bununla da öhdəliyin pozulması davam etmişdir. Diqqətə çatdırılmalıdır ki, digər iş üzrə cavabdeh tərəfindən öhdəliyin pozulması nəticəsində sonralar pul vəsaitinin qəbul edilməməsi iddiaçı tərəfindən mənzilin geri tələbi ilə bağlı olmuşdur ki, bu da təbii bu mərhələdə artıq iddiaçının pozuntuya münasibətdə müqaviləyə də xitam vermək istəyi ilə bağlı olmuşdur.

18. Beləliklə, tərəflər arasında olan müqavilənin şərtlərinə görə cavabdeh mənzilin dəyərini 20 oktyabr 2022-ci il tarixinədək ödəməli olduğu halda qeyd edilən məbləğ cavabdeh tərəfindən 8 yanvar 2025-ci il tarixində ödənilmişdir. Cavabdeh məlumatlandırılmasına baxmayaraq məhkəmə iclaslarında iştirak etməmiş, birinci instansiya icraatı zamanı iddia ərizəsinə etiraz təqdim etsə də, etirazının əsaslarını sübut etməmişdir. Belə olan halda, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməklə, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, Cavabdeh əldən çıxmış fayda qismində maddi zərərin əvəzi olaraq mütəxəssis tərəfindən müəyyən edilmiş 61055,55 manat məbləğində pul vəsaiti tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməli, tələb olmadığından apellyasiya şikayəti verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu onu ödəyən şəxsə aid edilməlidir.

19. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qətetdi:

İddiaçı "xxxx" MMC-nin apellyasiya şikayəti qismən təmin edilsin, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-3962/2025 saylı işi üzrə xx.xx.2025-cü il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddiası qismən təmin olunsun. Cavabdeh maddi ziyana (əldən çıxmış fayda) görə 61055,55 (altmış bir min əlli beş manat əlli beş qəpik) manat məbləğində pul vəsaiti tutularaq "xxxx" MMC-nin xeyrinə ödənilsin. Qətnamədən işdə iştiran edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi (“Elektron məhkəmə” informasiya sistemi) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verə bilər. .

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar