Məhkəmə qərarları › İş №2(103)-4685/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4685/2020

17.08.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4685/2020 17.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Кollegiyası Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, Cavabdeh1 və onun həmdə Cavabdeh2 səlahiyyətli nümayəndəsi və vəkili Vəkil1 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Azərbaycan Respublikası Əmlak Məsələləri yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi və müstəqil tələb irəli sürməyən üçüncü şəxs 41 saylı notariat kontoruna qarşı “etibarnamənin və bağışlanma müqaviləsinin etibarsız hesab edilməsi, onun əsasında verilmiş çıxarışın ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı şəhəri Yasamal Rayon Мəhkəməsinin 2(004)-860/2020 saylı iş üzrə qəbul etdiyi xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən birgə verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Azərbaycan Respublikası Əmlak Məsələləri yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi və müstəqil tələb irəli sürməyən üçüncü şəxs 41 saylı notariat kontoruna qarşı iddia ərizəsi və sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 arasında 28 saylı Notariat Kontorunda xx.xx.2018-ci il tarixdə bağlanmış və 4Ə-91 reyestr nömrəsi ilə qeydə alınmış bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsi, 18 saylı evin, 54 saylı mənzilin Cavabdeh2 xüsusi mülkiyyətinə verilməsinə dair DƏDRX-nin xx.xx.2018-ci il tarixli Çıxarışının ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Мəhkəməsinin 2(004)-860/2020 saylı iş üzrə qəbul etdiyi xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilərək, cavabdehlər Cavabdeh1 ilə Cavabdeh2 arasında Bakı şəhəri 28 saylı Notariat Kontorunda xx.xx.2018ci il tarixdə bağlanmış və 4Ə-91 reystr nömrəsi ilə qeydə alınmış bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsi, 18 saylı evin, 54 saylı mənzilin Cavabdeh2 xüsusi mülkiyyətinə verilməsinə dair DƏDRX-nin xx.xx.2018-ci il tarixli Çıxarışının ləğv edilməsi, iddiaçı tərəfindən ödənilmiş 30,40 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1 ilə Cavabdeh2 müştərək qaydada tutularaq, iddiaçının xeyrinə ödənilməsi qət edilmişdir. Qətnamədən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə apellyasiya şikayəti verərək ləğv edilməsini və iddia tələblərinin rədd edilməsini xahiş etmişlər. Apellyasiya baxışı zamanı cavabdehlərin nümayəndəsi və vəkili İddiaçıxx.xx.2020-ci il tarixdə vəfat etdiyini bildirmiş və mülki işin icraatına xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizəyə əlavə olunan xx.xx.2020-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunmuşdur ki, İddiaçı xx xxx 2020-ci il tarixdə vəfat etmişdir. Kollegiya qeyd edir ki, həm cavabdehlərin izahatlarından, həm də İddiaçı iddia ərizəsinin məzmunundan görünür ki, iddiaçının yeganə vərəsəsi hesab oluna biləcək şəxs Cavabdeh2dır və o hazırki iş üzrə cavabdehdir. Belə olan halda Cavabdeh2 iddiaçının hüquqi varisi kimi qəbul etmək mümkün deyildir. Kollegiya onu da qeyd edir ki, mülki işin icraatı iddiaçının vəfat etməsi səbəbilə, onun hüquqi varisi müəyyən edilənədək dayandırılmalı olsa da, yuxarıda göstərilənlərə əsasən iş üzrə icraatın dayandırılması heç bir əhəmiyyət daşımır. Xüsusilə nəzərə alınmalıdır ki, məhkəmələrdə gedən çəkişmələr onsuz da uzun müddət davam edir, mübahisənin tezliklə və qanun çərçivəsində həll olunması isə ədalət mühakiməsinə xələl gətirən halların aradan qaldırılmasına, eləcə də məhkəmələrə inamın artırılmasına xidmət etməlidir. Məhkəmə kollegiyası hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Azərbaycan Respublikası Əmlak Məsələləri yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi və müstəqil tələb irəli sürməyən üçüncü şəxs 41 saylı notariat kontoruna qarşı “etibarnamənin və bağışlanma müqaviləsinin etibarsız hesab edilməsi, onun əsasında verilmiş çıxarışın ləğv edilməsi” barədə iddia tələbi üzrə prosessual hüquq varisliyinə yol verilmədiyinə görə Mülki Prosessual Məcəllənin 261.0.7ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməli və Mülki Prosessual Məcəllənin 391-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 261.0.7, 391, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Azərbaycan Respublikası Əmlak Məsələləri yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi və müstəqil tələb irəli sürməyən üçüncü şəxs 41 saylı notariat kontoruna qarşı “etibarnamənin və bağışlanma müqaviləsinin etibarsız hesab edilməsi, onun əsasında verilmiş çıxarışın ləğv edilməsi”barədə iddia tələbi üzrə mülki işin icraatına xitam verilsin. Bakı şəhəri Yasamal Rayon Мəhkəməsinin 2(004)-860/2020 saylı iş üzrə qəbul etdiyi xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar