Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4694/2022 28.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi İbrahimli Sevinc Şofiq qızının katibliyi, Cavabdeh Yahya qızının nümayəndəsi və vəkili Quliyev X4 iştirakı ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-231/2022 saylı, 04 may 2022-ci il tarixli qətnaməsindən Cavabdeh Yahya qızı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı SOCAR-ın İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şirvan- Böyükşor Dş 500 mm-lik yerüstü magistral neft kəmərinə birləşən Bibiheybət Dş 300 mmlik yeraltı neft kəmərinin 3.3-cü km-də kəmərdən 32 metr aralı məsafədə, kəmərə paralel, 1-cı sırada, kəmərin mühafizə zonasında vətəndaş Cavabdeh Yahya qızı tərəfindən mühafizə zonası daxilində qanunsuz inşa edilən tikilinin cavabdehin hesabına sökülərək ərazidən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiada göstərilir ki, SOCAR-ın İddiaçı istismarında olan Şirvan-Böyükşor Dş 500 mm-lik yerüstü magistral neft kəmərinə birləşən Bibiheybət Dş 300 mm-lik yeraltı neft kəmərinin 3.3-cü km-də kəmərdən 32 metr aralı məsafədə, kəmərə paralel, 1-cı sırada, kəmərin mühafizə zonasında vətəndaş Cavabdeh tərəfindən qanunsuz tikinti işləri aparılmışdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 22.2-ci maddəsinə əsasən, əhalinin təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı obyektlərin istismarına lazımi şərait yaradılması üçün onların ətrafında xüsusi qoruyucu, sanitariya və s.) hüquqi rejimli mühafizə zonaları yaradılır. Bundan başqa, AR Sənaye və Energetika Nazirliyi tərəfindən hazırlanmış və xx.xx.2003-cü ildə Ədliyyə Nazirliyində 2951 nömrəsi ilə qeydiyyata alınmış “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”na əsasən, mühafizə zonası boru kəmərləri oxunun hər tərəfindən 50 metrlik məsafədən keçən torpaq sahəsi şərti xətlərlə müəyyən edilmişdir. Göstərilənlərə əsasən iddianın təmin olunması xahiş olunur. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-231/2022 saylı, 04 may 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilərək Şirvan-Böyükşor Dş 500 mm-lik yerüstü magistral neft kəmərinə birləşən Bibiheybət Dş 300 mm-lik yeraltı neft kəmərinin 3.3-cü km-də kəmərdən 32 metr aralı məsafədə, kəmərə paralel, 1-cı sırada, kəmərin mühafizə zonasında Cavabdeh Yahya qızı tərəfindən aparılmış tikilinin Cavabdeh Yahya qızının hesabına sökülməsi və Cavabdeh Yahya qızının həmin tikilidən çıxarılması; iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumunun əvəzinin cavabdehdən iddiaçının xeyrinə tutulması; iş üzrə keçirilmiş məhkəmə ekspertizasının dəyəri olan 100 manat məbləğində pulun Cavabdeh Yahya qızından tutularaq dövlət nəfinə (Az.MEM, VÖEN **********, X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ85NABZ********************, S.W.İ.F.T. Bik: CTREAZ22) ödənilməsi qət edilmişdir. Cavabdeh Yahya qızı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətində qeyd etmişdir ki, iddiaçı Şirvan-Böyükşor Dş 500 mm-lik yerüs' magistral neft kəmərinə birləşən Bibiheybət Dş 300 mm-lik yeraltı neft kəmərinin 3.3-cü kmdə kəmərdən 32 metr aralı məsafədə kəmərə paralel, 1-ci sırada, kəmərin mühafizə zonasında o - Cavabdeh Yahya qızın tərəfindən qanunsuz tikinti işlərinin aparılmasını qeyd etsə də bu tamamilə yalandır. Sözügedən ərazidə yəni - Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-c yaşayış massivi, 460 F ünvanda 0,1 ha ölçülü torpaq sahəsində ona məxsus fərdi yaşayış evi vardır. Həmin əmlak da qanunsuz tikili deyildir. Belə ki, həmin əmlaka dair onun hüquqları daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyata alınmış və Daşınmaz Əmlakın Dövlət Reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2014-cü il tarixli, RX ******* nömrəli Çıxarış verilmişdir Göründüyü kimi iddiaçının qanunsuz tikili adlandırdığı əmlak qanunsuz tikili olmamaqla xüsusi mülkiyyətindədir. Belə olan halda iddiaçı ona qarşı əsassız iddia irəli sürməklə, xüsusi mülkiyyətində olan tikilini yəni fərdi yaşayış evini sökdürmək istəyir. Məhkəmə də məhkəmə iclasında iştirakını təmin etmədən, dəqiq araşdırma aparmadan iddiaçının iddiasını təmin etməklə mülkiyyət hüququnu pozmuşdur. İddiaçı sökülməsini tələb etdiyi tikilinin ünvanını X6 500 mm-lik yerüstü magistral neft kəmərinə birləşən Bibiheybət Dş 300 mm-lik yeraltı neft kəmərinin 3.3-cü km-də kəmərdən 32 metr aralı məsafədə, kəmərə paralel, 1-ci sırada, kəmərin mühafizə zonasında yerləşən tikili kimi qeyd etmişdir. Lakin məhkəmə tərəfindən təyin edilmiş tikinti-texniki ekspertizasının aparılması üçün iddiaçının qeyd etdiyi kordinatlara uyğun əraziyə gələn ekspert öz rəyində həmin ərazinin ünvanının “Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, 460 F” olduğunu qeyd etmişdir. Buradan da görünür ki, iddiaçı iddia ərizəsində kordinatlarını qeyd etdiyi və sökülməsini iddia etdiyi tikili məhz onun xüsusi mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Badamdaı qəsəbəsi, 1-ci yaşayış massivi, 460 F ünvanda yerləşən fərdi yaşayış evidir. Göründüyü kimi, məhkəmə tərəfindən qanunvericiliyin tələbləri kobud şəkildə pozulmuş, eləcə də məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan faktiki hallar aydınlaşdırılmamışdır. Bunun nəticəsi olaraq birinci instansiya məhkəməsi qanunsuz və əsassız qətnamə qəbul etmişdir. İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Neft Kəmərləri" İdarəsi mənim xüsusi mülkiyyətimdə olan tikilinin sökülməsi barədə iddia irəli sürsə də lakin, həmin tikilinin özbaşına tikili olmasını sübut edəcək heç bir sənəd təqdim etməmiş, məhkəmə də bu halı araşdırmadan qətnamə qəbul etməklə qeyd edilən qanun normasının tələblərini pozmuşdur. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil Nazim oğlu apellyasiya şikayətinin dəlillərini müdafiə edib onun məzmununa uyğun izahat verərək təmin olunmasını xahiş etdi. İşə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı SOCAR-ın İddiaçı nümayəndəsi məhkəmə iclasında iştirak etmir və səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Birinci instansiya məhkəməsində icraat: Birinci instansiya məhkəməsi iş üzrə yekun nəticəyə gələrkən qənaətini bununla əsaslandırmışdır ki, iş materiallarında olan, İddiaçı X3 NBKXS-nin rəis əvəzi K.Məhərrəmov, aıcı S.İbadov və NBKXS-nin rəisi R.Məhərrəmov tərəfindən imzalanmış xx.xx.2021-ci il tarixli aktda X3 istismarında olan Şirvan-Böyükşor Dş 500 mm-lik yerüstü magistral neft kəmərinə birləşən Bibiheybət Dş 300 mm-lik yeraltı neft kəmərinin 3.3-cü km-də kəmərdən 32 metr aralı məsafədə, kəmərə paralel, 1-cı sırada, kəmərin mühafizə zonasında köhnədən tikilmiş evin dam örtüyünün sökülərək 2-ci və 3-cü mərtəbələrin tikilməsi üçün dəmir betonlama işlərinin görüldüyü müəyən olunmuşdur. Məhkəmə, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən suallara aydınlıq gətirilməsi məqsədilə məhkəmə tikinti-texniki ekspertizası təyin etmiş və Məhkəmə Ekspertiza Mərkəzinin tikinti-texniki ekspertizasının 06 aprel 2022-ci il tarixli, 10/649 saylı rəyində qeyd edilmişdir ki, Cavabdeh faktiki mülkiyyətində olan Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, ev 460F ünvanında yerləşən torpaq sahəsinin üzərində inşa olunan tikililərlə Dövlət Neft Şirkəti İxras İdarəsinin balansında və istismarında olan magistral qaz kəməri ilə tikili ilə ara məsafəsi 36,0 metr olduğu müəyyən edilmişdir. Cavabdeh Yahya qızının faktiki mülkiyyətində olan Səbail rayonu, Badamdar qəsəbəsi, 1ci yaşayış massivi, ev 460F ünvanında yerləşən torpaq sahəsinin üzərində inşa olunan tikililərin SOCAR-ın İddiaçı mühafizə zonasının əhatə dairəsiə düşdüyü müəyyən edilir. Odur ki, məhkəmə, qeyd olunanları nəzərə alaraq ekspert rəyi ilə razılaşaraq yuxarıda göstərilənləri və MM-nin 180.1-ci maddəsinin tələblərini rəhbər tutaraq bu qənaətə gəlir ki, cavabdeh Musayeva X5-Böyükşor Dş 500 mm-lik yerüstü magistral neft kəmərinə birləşən Bibiheybət Dş 300 mm-lik yeraltı neft kəmərinin 3.3-cü km-də kəmərdən 32 metr aralı məsafədə, kəmərə paralel, 1-cı sırada, kəmərin mühafizə zonasında inşa edilmiş tikili özbaşına tikilidir. Bu qənaətə gələrkən məhkəmə, onu da nəzərə alır ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Göründüyü kimi, məhkəmə tərəfindən mötəbər sübut kimi qəbul edilən ekspert rəyində Şirvan-Böyükşor Dş 500 mm-lik yerüstü magistral neft kəmərinə birləşən Bibiheybət Dş 300 mm-lik yeraltı neft kəmərinin 3.3-cü km-də kəmərdən 32 metr aralı məsafədə, kəmərə paralel, 1-cı sırada, kəmərin mühafizə zonasında yerləşən sahənin İddiaçı X3 istismarında olduğu öz əksini tapmışdır. Lakin, Cavabdeh heç bir hüquqa əsaslanmadan X1i sahibliyində olan torpaq sahəsində özbaşına tikinti işləri aparmaqla sonuncunun sahiblikdən irəli gələn hüququ pozmuşdur. Nəzərə alınmalıdır ki, Cavabdeh müvafiq tikinti işləri apararaq mübahisəli torpaq sahəsini öz təsir dairəsində saxlaması hüquqən tanınan sahiblik haqqı deyil, hüquqla qorunmayan faktiki vəziyyətdir. Beləliklə, iddiaçı sahibliyinin müdafiəsi məqsədi ilə Şirvan-Böyükşor Dş 500 mm-lik yerüstü magistral neft kəmərinə birləşən Bibiheybət Dş 300 mm-lik yeraltı neft kəmərinin 3.3-cü km-də kəmərdən 32 metr aralı məsafədə, kəmərə paralel, 1-cı sırada, kəmərin mühafizə zonasında cavabdeh tərəfindən inşa edilmiş tikilinin cavabdehin hesabına sökülməsi tələbini irəli sürməkdə haqlıdır və iddia tələbi sözügedən hissədə təmin olunmalıdır. Məhkəmə, iddia tələbinin “cavabdehin qanunsuz tikilidən çıxarılması” hissəsinin tələbin “Şirvan-Böyükşor Dş 500 mm-lik yerüstü magistral neft kəmərinə birləşən Bibiheybət Dş 300 mm-lik yeraltı neft kəmərinin 3.3-cü km-də kəmərdən 32 metr aralı məsafədə, kəmərə paralel, 1-cı sırada, kəmərin mühafizə zonasında cavabdeh tərəfindən inşa edilmiş tikilinin sökülməsi” hissəsi ilə birbaşa bağlı olduğunu nəzərə alaraq hesab edir ki, sahibliyin müdafiəsi çərçivəsində iddia “cavabdehin qanunsuz tikilidən çıxarılması” hissələrində də təmin edilməlidir. Tətbiq edilməsi nəzərdə tutulan hüquq: Azərbaycan Respublikasının Konstitusiyası: Konstitusiyanın 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin İ, İİ, İV hissələrində göstərilir ki, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. (30 mart 2009-cu il tarixli Qanunla “və ya ictimai ehtiyaclar” sözləri çıxarılıb). Konstitusiyanın 33-cü maddəsinin İ hissəsinə əsasən, hər kəsin mənzil toxunulmazlığı hüququ vardır. Konstitusiyanın 43-cü maddəsinin İ hissəsində göstərilir ki, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ- subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 153.4-cü maddəsinə görə, bütün mülkiyyətçilərin hüquqları eyni bərabərdə müdafiə edilir. 157.1-ci maddəsində göstərilir ki, mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Həmin Məcəllənin 157.9-cu maddəsinə əsasən, dövlət ehtiyacları tələb etdikdə, dövlət tərəfindən mülkiyyət yalnız “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanunu ilə nəzərdə tutulmuş hallarda dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi, dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi məqsədi ilə alınır. 180.1-ci maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.3-cü maddəsinə əsasən, özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. 180.4-cü maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: 55-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır. 66.2-ci maddəsinə əsasən torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericilikdə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. 67-ci maddəsinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Torpaq sahəsi üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Apellyasiya instansiya məhkəməsinin mövqeyi: Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər mübahisələndirilən hissədə qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi üçün əsasdır. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir. Apellyasiya şikayətinin nəticə hissəsindən, eləcə də şikayətin məzmunundan görünür ki, şikayətin obyektini qətnamənin tam hissəsi, yəni iddianın təmin edilməsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin edilmiş hissəsində ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə mübahisələndirilən hissələrdə yoxlanılmalıdır. İddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dizpozisiya əlamətləri ilə uzlaşmadığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmamışdır. Əvvəla, irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normalarının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə faktiki hallar yuxarıda qeyd olunan yaxud hansısa digər maddi hüquq normalarının dispozisiya şərtləri ilə uzlaşmadığından, həmçinin cavabdehin etiraz və müdafiə hüquqlarına görə də aradan qalxdığından iddia haqlı sayıla bilməzdi. Ona görə də birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmaqla düzgün olmayan qətnamə çıxarılmışdır. İkincisi, apellyasiya şikayətindən və ona əlavə edilmiş sənədlərdən görünür ki, mübahisəli torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi ünvan 5 ünvanı kimi Cavabdeh Yahya qızının adına xüsusi mülkiyyət hüququ 15 may 2014-ci ildən daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış və sonuncu həmin torpaq sahəsinin və üzərində yerləşən fərdi yaşayış evinin tam mülkiyyətçisidir. Buna baxmayaraq, iddiaçı həmin torpaq sahəsinin və üzərində yerləşən fərdi yaşayış evinin qanuni əsaslarla Cavabdeh aid olmadığını düşünür. Lakin iddia ərizəsində göstərdikləri dəlillər onun əsaslı olduğuna dəlalət etmir və iddianın mütləq təmin edilməli olduğuna səbəb olacaq dərəcədə heç bir əhəmiyyətli təsiri ola bilməzdi. Çünki, Konstitusiyanın 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin İV hissəsinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Mülki Məcəllənin 152.1.-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Məcəllənin 203.5-ci maddəsinə görə fiziki və hüquqi şəxslərin mülkiyyətində olan əmlakın özgəninkiləşdirilməsinə yalnız və yalnız dövlət ehtiyacları üçün, qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Göründüyü kimi, mülkiyyət hüququ Konstitusiya və Konvensiya çərçivəsində müdafiə olunan və qorunan bir hüquqdur. Bu mənada cavabdeh olan mülkiyyəçinin mülkiyyətində olan evini öz hesabına sökülməsini və həmin evdən çıxarılmasını tələb etmək və bu iddianın da məhkəmə tərəfindən təmin edilməsi yolverilməz idi. Əlbətdə iddiaçı bu cür iddia ilə məhkəməyə müraciət etməzdən əvvəl bunun nə dərəcədə əsaslı və keçərli iddia olmasını, eləcə də torpaq sahəsi və üzərindəki fərdi yaşayış evinin cavabdehin mülkiyyətində olub-olmamasını özü üçün müəyyənləşdirməli idi. Üçüncüsü, iddiaçının sökülməsini tələb etdiyin fərdi yaşayış evinin yanında və ətrafında çoxsaylı yaşayış evlərinin uzun illərdən bəri mövcud olması və yaşayış sahələri kimi istifadə olunması da təqdim etdiyi sənədlərlə öz təsdiqini tapır. Bu tikilinin əhatəsində çoxsaylı yaşayış evlərinin olmasını iddiaçı da təkzib etmir. Lakin niyə məhz cavabdehə qarşı hazırki iddia ilə müraciət etməsinin səbəblərini məhkəmənin diqqətinə çatdırmaq istəmir yaxud çatdıra bilmir. Cavabdehin də həmin ərazidə yaşayan digər sakinlər kimi, üstəlik mülkiyyətçi kimi həmin evdə yaşamaq hüququ vardır. Ola bilsin ki, cavabdeh tərəfindən yaşadığı bu evin üzərində təmir yaxud bərpa işləri aparılsın. Lakin bu hal da iddiaçıya əsas vermir ki, o, məhz bütövlükdə evin, özü də ən azından heç bir kompensasiya təklif etmədən tam sökülməsini tələb etsin. Belə bir vəziyyətdə cavabdehə qarşı bu formada iddianın irəli sürülməsi hüququn ali məqsədinə xidmət edir. Yəni, hüququn ali məqsədi ədaləti təmin etməkdir. Bu cür məhkəmə aktı isə açıq-aşkar görünür ki, hüququn ali məqsədinə xidmət etmir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, birinci instansiya məhkəməsi gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, nəticədə ədaləti təmin etməyən qətnamə qəbul etmişdir. Mülki Prosessual Məcəlləsinin 384.0. və 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1., 385.1.1, 385.1.2 və 385.1.4-cü maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. Həmin Məcəllənin 388-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir. Həmin Məcəllənin 390-cı maddəsinə əsasən məhkəmənin qətnamədə və ya qərardadda göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o hallarda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. Şərh olunanlara əsasən, apellyasiya instansiya məhkəməsi hesab edir ki, Cavabdeh Yahya qızı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli; Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-231/2022 saylı, 04 may 2022-ci il tarixli qətnaməsi ləğv edilməli və iddia tələbi təmin edilməməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.2, 387.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: Cavabdeh Yahya qızının apellyasiya şikayəti təmin edilsin. Mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-231/2022 saylı, 04 may 2022-ci il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı SOCAR-ın İddiaçı Cavabdeh Yahya qızına qarşı qanunsuz tikilinin neft kəmərinin mühafizə zonasından sökülərək çıxarlması tələbinə dair iddiası təmin edilməsin İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu özünə aid edilsin. Ekspertiza tədqiqatının dəyəri 00(yüz) manat SOCAR-ın İddiaçındən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin (Az.MEM, VÖEN **********, X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ85NABZ********************, S.W.İ.F.T. Bik: CTREAZ22) hesabına ödənilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-4694/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4694/2022
28.06.2022 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver