Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4696/2022 16.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi ilə, İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdeh Bakı şəhəri 21 saylı Dövlət notariat kontoruna qarşı (X1 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) mirasın qəbulu müddətinin ötürülməsinin üzrlü hesab edilərək uzadılması tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 03 fevral 2022-ci il tarixli e- 2(005)-392/2022 saylı qətnaməsindən qətnamə ilə maraqlarına toxunulan şəxs Şamayev Şay və Şamayeva Jeyla tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiyanın mümkünlüyünü açıq məhkəmə iclasında yoxlayaraq, MÜƏYYƏNETDİ: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 03 fevral 2022-ci il tarixli e-2(005)- 392/2022 saylı qətnaməsi ilə iddiaçılar İddiaçı2 və İddiaçı1 mirasın qəbulu müddətinin ötürülməsinin üzrlü hesab edilərək uzadılması tələbinə dair iddiaları təmin edilmişdir. Şamayev Şay və Şamayeva Jeyla tərəfindən həmin qətnamədən apellyasiya şikayəti verilmiş, qətnamənin ləğv olunub iddia tələbinin təmin olunmaması barədə qətnamə çıxarılması xahiş edilmişdir. Apellyasiya şikayəti baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti Mülki Prosessual Məcəllənin 364.2-ci maddəsinin tələblərinə əməl edilmədən apellyasiya instansiyası məhkəməsinə göndərildiyindən, apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 364.2-ci maddəsinə görə, apellyasiya şikayəti işdə iştirak etməyən şəxslər tərəfindən verildikdə məhkəmə qəbul edilən qətnamənin onların hüquq və vəzifələrinə toxunmasını, daha sonra isə bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır və bunun nəticəsinə dair qərardad qəbul edir. Bu qərardaddan şikayət verilə bilər. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsi qətnamənin işdə iştirak etməyən şəxslər Şay və Jeyla Şamayevlərin hüquq və vəzifələrinə toxunmasını yoxlamadan və bunun nəticəsinə dair qərardad qəbul etmədən apellyasiya şikayətini baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.2-ci maddəsinə görə əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 364.2 və 402.2.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARAALDİ: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 03 fevral 2022-ci il tarixli e-2(005)- 392/2022 saylı qətnaməsindən qətnamə ilə maraqlarına toxunulan şəxs Şay Şamayev və Jeyla Şamayeva tərəfindən birgə verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyrimümkün hesab edilsin və apellyasiya şikayəti Azərbaycan Respublikası MPM-in 364.2-ci maddəsinin tələblərinə əməl edilməsi üçün həmin məhkəməyə qaytarılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə elektron qaydada kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-4696/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4696/2022
16.06.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver