Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4701/2022 08.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Həmidov Həmid üzeyir oğlundan ibarət tərkibdə, Abbaslı Şücaət Hafiz qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh «Azəriqaz» İstehsalat Birliyinə qarşı “borcun silinməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-750/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları: İddiaçı cavabdeh «Azəriqaz» İstehsalat Birliyinə qarşı aktın ləğv edilməsi və borcun ödənilməsinin tələb olunmasının əsassız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin Bakı X3 Departamenti tərəfindən tərtib edilmiş xx.xx.2019-cu il tarixli ******* saylı aktın ləğv olunması və bu akta müvafiq olaraq 3177,60 manat məbləğin ödənilməsinin iddiaçıdan tələb olunmasının rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “Azəriqaz” İstehsalat Birliyinin Bakı X3 Departamenti tərəfindən ünvanına daxil olmuş xx.xx.2019-cu il tarixli məktubla ona bildirmişdir ki, “Araşdırma zamanı məlum olmuşdur ki, ünvan 1 ünvanında quraşdırılmış smart itron tipli, G-4 markalı 1302AQ**********5 saylı qaz sayğacı xx.xx.2019-cu il tarixində sayğacın çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******* saylı aktı tərtib olunaraq yeni qaz sayğacı ilə əvəzlənmişdir. Sayğac çıxarılarkən klapanın bağlanmaması səbəbindən dəyəri ödənilməyən qaz sərfi yaranmışdır və tərəfinizdən ödənilməlidir. xx.xx.2019-cu il tarixində hesabınızda 3177,60 manat borcunuz var”. O, ünvanına göndərilmiş məktubun məzmunu və borcu olduğu iddia olunan məbləğlə razılaşmayaraq, məsələnin araşdırılmasını və onun hansı qeyri-hüquqi hərəkəti nəticəsində borcun meydana çıxdığı və ödənilməmiş olduğu iddia olunan məbləğin haradan meydana gəldiyinə aydınlıq gətirilməsini xahiş etmişdir. “Azəriqaz” İstehsalat Birliyinin Bakı X3 Departamenti tərəfindən xx.xx.2019-cu il tarixdə ünvanına daxil olmuş cavabla yenidən bildirilib ki, “bundan əvvəl daxil olmuş eyni məzmunlu müraciətinizə Bakı X3 Departamentinin SOCAR**********30560046X02104 nömrəli, xx.xx.2019-cu il tarixli məktubu ilə cavab verilmişdir. Bir daha bildiririk ki, əvvəlki illər ərzində istifadə etdiyiniz qaz sərfinin dəyəri ödənilmədiyi üçün hesabınızda 3177,60 manat borc yaranmışdır və tərəfinizdən ödənilməlidir. Hal-hazırda hesabınızda 3176,60 manat borc mövcuddur. O, yenə də ünvanına göndərilmiş məktubun məzmunu və ödəməli olduğu kimi göstərilmiş məbləğlə razılaşmayaraq, məsələnin ətraflı araşdırılması üçün aidiyyatı üzrə təkrarən cavabdehə müraciət etmişdir. xx.xx.2022-ci il tarixli SOCAR**********30560046X00273 saylı məktubda ona bildirilmişdir ki, “Araşdırma zamanı məlum olmuşdur ki, ünvan 1 ünvanına quraşdırılmış öncədən ödənişli G-4 markalı 1302AQ**********5 saylı qaz sayğacı xx.xx.2019-cu il tarixində sayğacın çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******* saylı akt tərtib olunaraq yeni qaz sayğacı ilə əvəzlənmişdir. Əvəzlənən öncədən ödənişli qaz sayğacının klapanının bağlanmaması səbəbindən, dəyəri ödənilməmiş 17388 kub.m. təbii qazdan istifadə etdiyiniz məlum olmuşdur. Bu səbəbdən hesabınızda 3177,60 AZN borc yaranmışdır. Çıxarılan qaz sayğacı “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 12.3-cü maddəsinə əsasən dövlət yoxlayıcısının (Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin Metrologiya İnstitutunun nümayəndəsi) nəzarəti altında “Azəriqaz” İB-nin Metrologiya Departamentində Dövlət yoxlamasından keçirilmiş və Sayğacların müayinəsi laboratoriyasının xx.xx.2020-ci il tarixli MSK 29/1710-02858 saylı aktına əsasən, sayğacın göstəriciləri arasında fərq mövcuddur rəyi verilmişdir. Bildiririk ki, hesabınızda yaranmış borc tərəfinizdən ödənilməlidir”. Aşağıda göstərilən hallara görə cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin Bakı X3 Departamenti tərəfindən ondan 3177,60 manat məbləğində borcun mövcud olduğu və bu məbləğin ödənilməsinin ondan tələb olunmasının, əsassız olmasına dair qətnamə çıxarılmasını xahiş edir. O, sərf etdiyi qaz məbləğini daim vaxtlı-vaxtında ödəyən vətəndaşdır. Göstərilən dövrdə onun qaz ödənişi kartında istifadə olunmamış 100 manat məbləğ də mövcud olmuşdur. Onun 3117 manat borcu var idisə və ödənişlər həyata keçirilmirdisə, belə olan halda niyə bu məbləğ kartdan silinməyib və ya onun evinə qaz verilməsi niyə kəsilməyib? Üstəlik bu gün ona məlum olmuşdur ki, hal hazırda hər dəfə tərəflərindən qaz sərfiyyatı ilə bağlı karta ödədikləri məbləğin yarısı, onların mövcud borcları hesab olunan məbləğin ödənilməsinin təmin edilməsi hesab olunaraq, kartdan silinir. Halbuki onun borcu hesab olunaraq ödənilməsi tələb olunan məbləğlə o, qətiyyən razılaşmır. Belə ki, sayğacın “klapanının bağlanmaması” kimi göstərilən hadisənin ona heç bir aidiyyəti yoxdur. Bu hadisə və faktın onun təqsirindən baş verdiyi də, nə iddia, nə də sübut olunmur. Belə olan halda 3177 manatın onun tərəfindən ödənilməsinin tələb edilməsi qanuna ziddir. 2015-ci ildə o, Bakı şəhəri, Nərimanov rayonunda yeni mənzil alaraq, Səbail rayonu ərazisində yerləşən mənzildən çıxmışdır. Göstərilən mənzildə daimi yaşayış olmamış, evdə müxtəlif fasilələrlə kirayəçilər yaşamışlar. Ola bilsin ki, göstərilən dövrdə evdə hətta kirayəçilər yaşamamış, ev boş olmuşdur. Onun və kirayəşinlərin tərəfindən heç vaxt qaz sayğacına hər hansı müdaxilə istisna edilir. Cavabdeh həmçinin tərəflərdən belə bir müdaxilənin mövcudluğunu iddia etmir. Sayğacda mövcud olduğu iddia olunan texniki nasazlığın aradan qaldırılması vəzifəsi “Azəriqaz” İstehsalat Birliyinin Bakı X3 Departamentinin səlahiyyətlərinə daxildir. Bu qədər müddət ərzində həmin Departamentin əməkdaşları küçədə quraşdırılmış sayğacı yoxlamaq imkanına malik olmuşlar və nasazlığa görə məhz onlar məsuliyyət daşıyırlar. Onun mövcud borcu kimi qeyd olunan 3177 manatın hansı qaydada hesablanması və haradan yaranması da göstərilmir. Cavabdeh ondan bu məbləğin ödənilməsini tələb etməklə yanaşı,ona bu məbləğin haradan yaranmasına dair hesab da təqdim etməli idi. Nəzərə alınmyıb ki, göstərilən dövrdə qazın satış qiyməti 10 qəpik olduğu halda, mübahisəli məbləğ nədənsə 20 qəpikdən hesablanıb. Ödəniş cədvəlindən göründüyü kimi əvvəlki illərdə, onların il ərzində qaz istifadə məbləğləri maksimum 215 manat olmuşdur. 3 il ərzində bu məbləğ maksimum 700 manat ola bilərdi. Onların üzərlərinə isə hardan və nə qaydada hesablandığı məlum olmayan, guya 3 il ərzində 3177 manat ödənilməmiş məbləğ yüklənmişdir. Ona görə də cavabdeh tərəfindən ona qarşı irəli sürülmüş ödəniş məbləği ilə razılaşmır və hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı AR MP-nin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, o, cavabdeh tərəfindən ünvanına göndərilmiş məktubun məzmunu və göstərilmiş məbləğlə razılaşmayaraq məsələnin araşdırılmasını və onun hansı qeyri hüquqi hərəkətinin mövcud olduğu və ödənilməmiş bu məbləğin haradan meydana gəldiyinə aydınlıq gətirilməsini xahiş etmişdir. “Azəriqaz” X2 X3 Departamenti tərəfindən 21 oktyabr 2019-cu ildə ünvanına yenidən cavab gələrək bildirilmişdir ki, “Bununla əlaqədar bildiririk ki, bundan avval daxil olmuş eyniməzmunlu müraciətinizə Bakı X3 Departamentinin SOCAR**********30560046X02104 nömrəli, xx.xx.2019- cu il tarixli məktubu ilə cavab verilmişdir. Bir daha bildirirk ki, əvvəlki illər ərzində istifadə etdiyiniz qaz sərfinin dayari ödənilmadiyi üçün hesabınızda 3177.60 manat borc yaranmışdır və tərəfinizdən ödənilməlidir. Hal-hazırda hesabınızda 3176.60 manat borc mövcuddur”. O,yenə də ünvanına göndərilmiş məktubun mazmunu və göstərilmiş mabləğlə razılaşmayaraq məsələnin ətraflı araşdırılması üçün aidiyyatı üzrə təkrar müraciət etmiş, 01 fevral 2022-ci il tarixli məktubda ona bildirilmişlər ki, ünvan 3ənzil ünvanınıza quraşdırılmış öncədən ödənişli G-4 markalı 1302AQ**********5 sayli qaz sayğacı xx.xx.2019-cu il tarixində sayğacın çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******* saylı aktı tərtib olunaraq yeni qaz sayğacı ilə əvəzlənmişdir. Əvəzlənən öncədən ödənişli qaz sayğacının klapanının bağlanmaması səbəbindan, dəyəri ödənilməmiş 17388 kub.m.təbii qazdan istifadə etdiyim onlara məlum olmuşdur. Bu səbəbdən hesabımda 3177,60 (üç min yüz yetmiş yeddi manat altmış qəpik) AZN borc yaranmışdır. Ona sonradan məlum olub ki, halhazırda hər dəfə tərəfindən qaz sərfiyyatı ilə bağlı karta ödədiyi məbləğin yarısı, mövcud borc hesab olunan məbləğin ödənilməsinin təmin edilməsi hesab olunaraq kartdan silinir. Halbuki,o, borcun hesab olunaraq ödənilməsi tələb olunan məbləğlə qətiyyən razil deyil. Belə ki, “sayğacın klapanının bağlanmaması" kimi göstərilən hadisənin ona heç bir aidiyyəti yoxdur. Bu hadisə və faktın onun təqsirindən baş verdiyi sübut olunmur. Belə olan halda 3177 manatın onun tərəfindən ödənilməsinin tələb edilməsi qanuna ziddir. Yuxarıda göstərdiklərini nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 149-151 və 53-cü maddələrinin tələblərini rəhbər tutmaqla, istehlakçı hesabımda (**********00010) onun sərfiyyatı olmadan yaranmış 3177 (üç min yüz yetmiş yeddi) manat borcun silinməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-750/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək, ünvan 4 ünvana dair İddiaçı abunə hesabına (**********00010) yazılmış 3177 (üç min yüz yetmiş yeddi) manat məbləğində borcun silinməsi, «Azəriqaz» İB-dən dövlət nəfinə dövlət rüsumunun əvəzi kimi 51 (əlli bir) manat məbləğində pulun tutulması qət edilmişdir (sədrlik edən: Şahin Abdullayev). Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti və dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlməmiş, mаddi və prosessuаl hüquq normаlаrının tətbiqində səhvə yol vermişdir. Bütün bunlar isə mübahisələndirilən qətnamənin tamamilə ləğv edilməsinə əsasdır. Belə ki, ünvan 5 ünvanında quraşdırılmış smart itron tipli, G-4 markalı qaz sayğacı xx.xx.2019-cu il tarixində “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” ******* saylı Akt tərtib edilərək yeni qaz sayğacı ilə əvəzlənmişdir. Sayğac çıxarılan zaman Birliyin əməkdaşları tərəfindən çıxarılmış sayğacın elektron göstəricisi ilə mexaniki göstəricisi arasında fərqin olması faktı aşkar edilmiş və bu barədə yuxarıda qeyd olunan akta müvafiq qeydlər aparılaraq istehlakçı məlumatlandırılmış, həmin faktın aşkar olmasını istehlakçı aktı imzalamaqla təsdiqləmişdir. Sayğac müvafiq qaydada çıxarıldıqdan sonra qaydalara uyğun olaraq “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 12.3-cü maddəsinə əsasən dövlət yoxlayıcısının (Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin Metrologiya İnstitutununnümayəndəsi) nəzarəti altında “Azəriqaz” İB-nin Metrologiya Departamentində Dövlət yoxlamasından keçirilmiş və Sayğacların müayinəsi laboratoriyasının xx.xx.2020-ci il tarixli, MSK 29/1710-02858 saylı aktına əsasən sayğacın elektron və mexaniki göstəriciləri arasında olan fərq bir daha öz təsdiqini tapmışdır. Göründüyü kimi, öncədən ödənişli Smatr kart tipli qaz sayğacının klapanının bağlanmaması səbəbindən, sayğacın elektron hissəsinin qeyd etmədiyi, lakin mexaniki hissəsinin qeyd etdiyi təbii qazın sərfiyyatı üzrə abonentin, daha doğrusu iddiaçının istifadə etdiyi, lakin dəyəri ödənilməmiş 3177,60 manat məbləğində sərfiyyat borcu yaranmışdır. Abonentə dair Gasrep proqramına yerləşdirilmiş bu debitor borcdan 2019-cu il tarixindən tutulmalar aparılmışdır. Beləliklə, iddiaçının mübahisələndirdiyi borc debitor borcdur. “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” Akt əsasında hesablanmış dəymiş maddi zərər olsa idi bu hal mütləq abonentə dair Saldo-da müqaviq olaraq “Aktlarvə qalıqlar” qrafasında öz əksini tapmış olardı. Digər tərəfdən də təbii qazda istifadə qaydaalarının pozulması haqqında Akt belə mövcud deyildir. İddiaçının mübahisələndirdiyi Akt ona məxsus yaşayış ünvanına quraşdırılmış qaz sayğacının çıxarılmasına dair tərtib edilmiş sənəddir. Tərəflərin izahatları: Kollegiya iclasında iştirak edən cavabdehin nümayəndəsi Z.Qurbanov apellyasiya şikayətini müdafiə edərək, qətnamənin ləğv edilməsini, iddianın rədd edilməsini xahiş etdi. Kollegiya iclasında iştirak edən İddiaçı cvabdehin apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Kollegiya işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdırıb iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməlidir. Sübutların tədqiqi: Belə ki, iş üzrə qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx.xx.2019- cu il tarixli ******* nömrəli aktından görünür ki, “Azəriqaz” İB-nin əməkdaşları tərəfindən abonent İddiaçı məxsus ünvan 1 ünvanına quraşdırılmış G-4 markalı 1302AQ**********5 saylı qaz sayğacı yeni qaz sayğacı ilə əvəzlənmişdir. Sayğacın elektron göstəricisi 03024,8 kub.m., mexaniki göstəricisi 21408 kub.m. təşkil etmişdir. Sayğacın çıxarılma səbəbi “Elektron göstərici ilə mexaniki göstəricisi fərqlidir” göstərilmişdir. İş üzrə “Azəriqaz” İB tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2019-cu il tarixli məktubun surətindən görünür ki, qeyd olunan ünvanına quraşdırılmış smart itron tipli G-4 markalı 1302AQ**********5 saylı qaz sayğacı xx.xx.2019-cu il tarixdə Sayğacın çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******* saylı akt tərtib olunaraq yeni qaz sayğacı ilə əvəzlənmişdir. Sayğac çıxarılan vaxt klapanın bağlanmaması səbəbindən dəyəri ödənilməyən qaz sərfi yaranmışdır və İddiaçı tərəfindən ödənilməlidir. xx.xx.2019-cu il tarixində İddiaçı hesabında 3177,60 manat borcu var. İş üzrə “Azəriqaz” İB tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2019-cu il tarixli məktubun surətindən görünür ki, bundan əvvəl daxil olmuş eyniməzmunlu müraciətinə Bakı X3 Departamentinin SOCAR**********30560046X02104, xx.xx.2019-cu il tarixli məktubu ilə cavab verilmişdir. Bir daha bildirirlər ki, əvvəlki illər ərzində istifadə etdiyi qaz sərfinin dəyəri ödənilmədiyi üçün İddiaçı hesabında 3177,60 manat borc yaranmışdır və ödənilməlidir. Halhazırda İddiaçı hesabında 3176,60 manat borc mövcuddur. İş üzrə “Azəriqaz” İB tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, ünvan 1 ünvanına quraşdırılmış öncədən ödənişli G-4 markalı 1302AQ**********5 saylı qaz sayğacı xx.xx.2019-cu il tarixində sayğacın çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******* saylı aktı tərtib olunaraq yeni qaz sayğacı ilə əvəzlənmişdir. Əvəzlənən öncədən ödənişli qaz sayğacının klapanının bağlanmaması səbəbindən, dəyəri ödənilməmiş 17388 kub.m. təbii qazdan istifadə etdiyi məlum olmuşdur. Bu səbəbdən hesabında 3177,60 manat borc yaranmışdır. Çıxarılan qaz sayğacı “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 12.3-cü maddəsinə əsasən dövlət yoxlayıcısının (Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin Metrologiya İnstitutunun nümayəndəsi) nəzarəti altında “Azəriqaz” İB-nin Metrologiya Departamentində Dövlət yoxlamasından keçirilmiş və Sayğacların müayinəsi laboratoriyasının xx.xx.2020-ci il tarixli MSK 29/1710-02858 saylı aktına əsasən sayğacın göstəriciləri arasında fərq mövcuddur rəyi verilmişdir. Bildirirlər ki, hesabında yaranmış borc ödənilməlidir. İş üzrə abonent İddiaçı (kod **********00010) abonent saldosundan görünür ki, ona 2019-cu ilin oktyabr ayında 3177,6 manat borc hesablanmışdır. Hüquqi dəyərləndirmə: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş «Qazdan istifadə Qaydaları»nın 3.1.3-cü maddəsinə əsasən qazpaylayıcı şəbəkəni onun etibarlılığının və təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə təmir-profilaktika işlərini vaxtında yerinə yetirməklə, texniki cəhətdən saz vəziyyətdə saxlanılması qaz paylayıcısının vəzifəsidir. Kollegiya iş materialları əsasında qeyd edir ki, xx.xx.2019-cu il tarixdə iddiaçıya məxsus mənzilə aid olan sayğaca baxış keçirilmiş və baxış zamanı elektron göstərici ilə mexaniki göstəricisi fərqli olduğunu müəyyən edilmişdir. Bu səbəbdən sayğac dəyişdirilmiş və yenisi ilə əvəz edilmişdir. Köhnə sayğac yoxlanılması üçün sayğacların yoxlanması laboratoriyasına göndərilmiş və orada sayğac yoxlandıqdan sonra tərtib edilmiş xx.xx.2020ci il tarixli MSK-29/1710-02858 saylı aktına əsasən “sayğacın göstəriciləri arasında fərq mövcuddur” rəyi verilmişdir. Sayaçın dəyişdirilməsi barədə tərtib edilmiş akt əsasında iddiaçının abunə hesabına 3177,60 manat borc yazılmışdır. Kollegiya ilk növbədə qeyd edir ki, xx.xx.2019-cu il tarixli qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******* saylı aktdan görünür ki, həmin aktda iddiaçıya aid olan sayğacda elektron göstərici ilə mexaniki göstəricisi fərqli olması müəyyən olunmuş və dəyişdirilmişdir. AR Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş «Qazdan istifadə Qaydaları»nın 4.8-ci maddəsinə əsasən fiziki şəxs olan istehlakçının qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Normativ hüquqi aktın yuxarıda göstərilən tələblərinə əsasən istehlakçının qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi qaz paylayıcısı daşıyır. Bu səbəbdən kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, sayğacda olan nasazlığın və qüsurların baş verməsinə görə iddiaçı hər hansı cavabdehlik daşıya bilməz. Həmçinin «Qazdan istifadə Qaydalarının Təsdiq edilməsi haqqında» AR Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 №-li Qərarının 5.5-ci bəndinə əsasən qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. “Qaz təchizatı haqqında” AR Qanununun 6-cı maddəsinin 4-cü bəndinə əsasən paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilmədikdə, Qaz paylayıcısı aşağıdakı hallarda qazın verilməsini dayandıra bilər. Qanunvericilik aktlarının yuxarıda göstərilən tələblərindən göründüyü kimi istehlakçıya hər ay qazın sərfiyyatı ilə bağlı hesabat təqdim edilir və istehlakçı həmin hesabatı bir ay ərzində ödəmədikdə, paylayıcı qazın verilməsini dayandıra bilər. Qanunun bu müddəasından irəli gələn tələbləri nəzərə alaraq kollegiya belə nəticəyə gəlir ki, qaz paylayıcısının əməkdaşları hər ay iddiaçının sayğacına baxış keçirib müvafiq hesabatı ona təqdim etməlidirlər. Lakin, iş materiallarından görünür ki, yalnız xx.xx.2019-cu il tarixdə qaz paylayıcısının əməkdaşları mübahisəli ünvanda sayğaca baxış keçirərkən onda olan qüsuru aşkara çıxarmış, bu səbəbdən sayğac dəyişdirlimiş, dəyəri ödənilməmiş 17388 kub.m. təbii qazdan istifadə edilməsi halı aşkara çıxarılmışdır. Halbuki yoxlama müddəti ərəfəsində, yəni bir ay müddət ərzində istehlakçının bu həddə qaz sərf etməsi məntiqli hesab edilə bilməz. Kollegiya hesab edir ki, cavabdeh tərəfindən iddiaçının evinə quraşdırılmış qaz sayğacında olan qüsurun istehlakçının təqsirli hərəkətləri nəticəsində yaranması sübuta yetirilmədiyindən, onun abunə hesabına həmin qüsur nəticəsində yaranmış borca görə 3177 manat məbləğində pulun daxil edilməsinin əsassız olmasına dair birinci instansiya məhkəməsiinn gəldiyi qənaət əsaslı olmuşdur Göstərilənləri nəzərə alaraq kollegiya hesab edir ki, iddianın təmin edilməsi, iddiaçının abunə hesabına yazılmış 3177 manat məbləğində borcun silinməsinə dair birinci instansiya məhkəməsinin qətnaməs işin hallarına və qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Məhkəmə həmçinin hesab edir ki, istehlakçıların müdafiə haqqında qanuna əsasən iddiaçı dövlət rüsumu ödəməkdən azad olduğu üçün və iddia tələbi təmin olunduğu üçün, cavabdehdən dövlət nəfinə dövlət rüsumunun əvəzi kimi 51 manat məbləğində pulun tutulması AR MPM-nin 119.2-ci maddəsinə uyğun olmuşdur. Həmin maddəyə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Sadalanan xüsusatlara əsasən, kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Həmin Məcəllənin 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Nəticə: Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: Cavabdeh “Azəriqaz” İstehsalat Birliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-750/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Anar Tanrıverdiyev
Məhkəmə qərarları › İş №2(103)-4701/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4701/2022
08.07.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver