Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4704/2025 18.08.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Səlimova Səadət Rəşid qızından və X2 ibarət tərkibdə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 14 iyul 2025-ci il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “alğı-satqı müqaviləsinin etibarsız hesab olunması və çıxarışın ləğvi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər aralarında bağlanmış xx.xx.2019-cu il tarixli ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və Cavabdeh verilmiş 18 mart 2020-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)- 331/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadından müəyyən edilir ki, hazırkı iddia tələbi üzrə Cavabdeh tərəfindən iş üzrə iddiaçılara qarşı Bakı şəhəri Xətai Rayon Məhkəməsində “evdən çıxarılma” tələbinə dair iddia qaldırmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(001)-3479/2025 saylı qərardadı ilə hazırkı iş Bakı şəhəri Xətai Rayon Məhkəməsinin icraatında olan iddiaçı Cavabdehlər İddiaçı1, İddiaçı2 və X1 qarşı “evdən çıxarılma” tələbinə dair iddia ərizəsi üzrə e2(011)-331/2025 saylı mülki işlə birləşdirilməsi, birgə baxılması və qətnamə çıxarılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Cavabdeh qərardadın ləğv edilməsini və iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Xətai Rayon Məhkəməsində onun iddiası üzrə mülki iş baxış mərhələsindədir. Buna görə də hazırkı iş üzrə iddiaçılar Xətai Rayon Məhkəməsinin icraatında olan işin icraatını dayandırmaq və yekunlaşmasına maneçilik törətmək məqsədilə hazırkı iddianı qaldırmışlar. Hesab edir ki, İddiaçı1 və İddiaçı2 ona qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab olunması və çıxarışın ləğvi tələbinə dair” iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” 14 iyun 2022-ci il tarixli, 02/2022 №-li Qərardadında qərara alınmışdır ki, məhkəmənin icraatında əqdə əsaslanan iddialar olduğu halda, işdə iştirak edən şəxslər tərəfindən ayrıca icraatda həmin əqdin etibarsız hesab edilməsinə dair verilmiş iddia ərizəsinin qəbulundan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.4-cü maddəsinə əsasən imtina olunmalı, belə iddialar səhvən məhkəmənin icraatına qəbul edildiyi halda isə, iddia ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.4-cü maddəsinə əsasən baxılmamış saxlanılmalıdır. Binəqədi Rayon Məhkəməsinin 22 iyul 2025-ci il tarixli qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası sədrlik edənin məruzəsini dinləyərək, şikayətin dəlillərini müzakirə edərək hesab edir ki, şikayət təmin edilmədən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 14 iyul 2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin mülki işlərin birləşdirilməsinə dair mövqeyi əsaslı olmuşdur. Belə ki, hazırkı iş üzrə Cavabdeh tərəfindən Bakı şəhəri Xətai Rayon Məhkəməsində hazırkı iş üzrə iddiaçılar İddiaçı1, İddiaçı2 və eləcə də digərlərinə qarşı fərdi yaşayış evindən çıxarılmaları ilə əlaqədar qaldırılmış iddia tələbi əqdə əsaslanan iddia tələbi deyil, mülkiyyət hüququnu təsbit və təsdiq edən hüquqların dövlət qeydiyyatı haqqında çıxarışa əsaslanan iddia tələbidir. Belə ki, hazırkı iş üzrə cavabdeh də Bakı şəhəri Xətai Rayon Məhkəməsində qaldırdığı fərdi yaşayış evindən çıxarılma ilə bağlı tələbini məhz xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsaslanaraq qaldırmış və həmin çıxarış üzrə fərdi yaşayış evinin onun mülkiyyətində olduğunu rəhbər tutaraq cavabdehlərin fərdi yaşayış evindən çıxarılmaları barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi tərəfindən mübahisələndirilən qərardadın qəbuluna mane olan və onun əsassızlığına dəlalət edən hər hansı bir hala istinad edilmədiyindən məhkəmə hesab edir ki, verilmiş şikayət əsassızdır və təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 398.0.1, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 14 iyul 2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-4704/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4704/2025
18.08.2025 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver