Məhkəmə qərarları › İş №2(103)-4708/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4708/2020

22.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4708/2020 22.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri – Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Şirinov Ziya Allahverdi oğlu və X3 ibarət tərkibdə, Məhkəmə iclas katibi X24 oğlunun katibliyi, Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X10 iştirakı ilə, İddiaçı Cavabdeh1nə və Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinə (üçüncü şəxslər «xxxxxx» ASC, «xxxxxxxx» ASC, «xxxxxxxx» QSC, Bakı şəhəri Nəsimi Rayon İcra və Probasiya Şöbəsi və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı X22) qarşı «hərracın yekunları barədə protokolun və alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi, mübahisəli mənzilə quraşdırılmış elektrik, su və qaz sayğaclarının abonent kodlarının iddiaçının adına qaytarılması və bununla bağlı cavabdeh bankın hərəkətlərinin qanunsuz hesab edilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(005)-3095/2019 saylı qətnaməsindən cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 ASC tərəfindən verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1nə və Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinə (üçüncü şəxslər «xxxxxx» ASC, «xxxxxxxx» ASC, «xxxxxxxx» QSC, Bakı şəhəri Nəsimi Rayon İcra və Probasiya Şöbəsi və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı X22) qarşı «hərracın yekunları barədə protokolun və alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi, mübahisəli mənzilə quraşdırılmış elektrik, su və qaz sayğaclarının abonent kodlarının iddiaçının adına qaytarılması və bununla bağlı cavabdeh bankın hərəkətlərinin qanunsuz hesab edilməsi» tələbinə dair iddia ərizəsi ilə (iddianın dəyişdirilmiş formasında) birinci instansiya məhkəməsinə müraciət edərək, Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının xx xxxxx 2016-cı il tarixli 2(103)-2287/2016 nömrəli icra sənədi üzrə Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behbudov küçəsində yerləşən 71 nömrəli evin 68 nömrəli mənzilinə dair Cavabdeh1 hərracın nəticələri haqqında yekun protokolun və əmlakın alqısatqısı barədə müqavilənin etibarsız hesab edilməsi, Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behbudov küçəsində yerləşən 71 nömrəli evin 68 nömrəli mənzilinə dair Cavabdeh2 ASCnin adına verilmiş çıxarışın ləğv edilməsi, həmin mənzilə quraşdırılmış elektrik, su və qaz sayğaclarının abonent kodlarının adına qaytarılması və elektrik enerjisinin, su və qazın verilməsinin dayandırılması ilə bağlı Cavabdeh2 ASC-nin hərəkətlərinin qanunsuz hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçı «xxxxxxxx» ASC cavabdeh X11 və qeyrilərinə qarşı «kredit borcu tələbi, tutmanın ipoteka predmetinə yönəldilməsi, hərracdan satılması, istifadə hüquqlarının itirilmiş hesab edilməsi və mənzilin boşaldılması» tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxx 2015-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdeh X6, İddiaçı və «FED» firmasından müştərək qaydada Cavabdeh2 ASC-nin xeyrinə xx xxx 2014-cü il tarixli, 124385-1- 10993/1 nömrəli kommersiya krediti müqaviləsi və xx xxxxxxxx 2014-cü il tarixli 124385-1- 10993/2 nömrəli bərpa olunmayan kredit xətti müqaviləsi üzrə xx xxxx 2015-ci il tarixə əsasən borc qismində 308708,91 ABŞ dolları, faiz borcu qismində 29469,16 ABŞ dolları, cərmə qismində 710,72 ABŞ dolları, cəmi 410888,79 ABŞ dolları məbləğində pul vəsaitinin, ödəniş anında ödəniş yerinin məzənnə üzrə Azərbaycan manatı ilə, habelə ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün dövlət rüsumu bir hissəsinin əvəzi qismində 27 manat məbləğində pul vəsaitinin tutulması, tutmanın ipoteka ilə yüklü edilməsi, mülkiyyət hüququ əsasənda İddiaçı adına qeydə alınmış Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behbudov küçəsində yerləşən, 159,7 kv.metr ümumi, 114,23 kv.metr yaşayış, 45,47 kv.metr yardımçı sahəsindən ibarət olan 71 nömrəli evin 68 nömrəli mənzilinə və X12 adına qeyd alınmış Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində yerləşən 75,91 kv.metr ümumi, 58,41 kv.metr yaşayış sahəsindən ibarət olan 61 nömrəli evin 51 nömrəli mənzilinə yönəldilməsi, İddiaçı məxsus mənzilin ilkin satış qiymətinin 400000 manat, X13 məxsus olan mənzilin ilkin satış qiymətinin 120000 manat məbləğində müəyyən edilməsi, İddiaçı məxsus olan mənzilin və X13 məxsus olan mənzilin açıq hərracda satılması, İddiaçı məxsus olan mənzilin və X13 məxsus olan mənzilin açıq hərracda satılması yolu ilə əldə edilmiş vəsait hesabına kredit borcunun ödənilməsi, Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behbudov küçəsində yerləşən 71 nömrəli evin 68 nömrəli mənzilinə tutma yönəldildikdən və həmin mənzil açıq hərracda satıldıqdan sonra ən geci 1 (bir) ay müddətində İddiaçı mənzilindən istifadə hüququna xitam verilməsi və mənzilindən çıxarılması, həmin mənzilin boşaldılması, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində yerləşən 61 nömrəli evin 52 nömrəli mənzilinə tutma yönəldildikdən və həmin mənzil açıq hərracda satıldıqdan sonra ən geci 1 (bir) ay müddətində X12, X5, X4 və X2 mənzilindən istifadə hüquqlarına xitam verilməsi və mənzilindən çıxarılmaqla, həmin mənzilin boşaldılması, iddianın qalan hissəsində rədd edilməsi qət edilmişdir. Qətnamədən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx xxxxx 2016-cı il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxx 2015-ci il tarixli qətnaməsinin qismən, yəni X12, X5, X4 və X1 Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 61 nömrəli evin 52 nömrəli mənzilindən istifadə hüquqlarına xitam verilməsi hissəsində ləğv edilməsi, həmin hissədə iddia tələbi təmin edilməməsi, qətnamənin cavabdeh X11 aid hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx xxxxx 2016-cı il tarixli, 2(103)-2287/2016 nömrəli icra vərəqəsi icra olunması üçün Bakı şəhəri Nəsimi Rayon İcra Şöbəsinə göndərilmişdir. Bakı şəhəri Nəsimi Rayon İcra Şöbəsi tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behbudov küçəsində yerləşən 159,7 kv.metr ümumi, 114,23 kv.metr yaşayış, 47,47 kv.metr yardımçı sahədən ibarət olan 71 nömrəli evin, 4 otaqlı, 68 nömrəli mənzilin hərracının təşkili və keçirilməsi üçün Cavabdeh1 MMC-yə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx xxxxx 2016-cı il tarixli qətnaməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının xx xxxxxxx 2017-ci il tarixli qərarı ilə tam ləğv edilərək yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Halhazırda Bakı Apellyasiya Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli qətnaməsi ilə X8 apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxx 2015-ci il tarixli qətnaməsi xx xxx 2014-cü il tarixli, 124385-1-10993/1 nömrəli kommersiya krediti müqaviləsi üzrə və xx xxxxxxxx 2014-cü il tarixli, 124385-1-10993/2 nömrəli bərpa olunmayan kredit xətti müqaviləsi üzrə əsas kredit borcunun və faiz borcunun tutulması hissəsində dəyişdirilməsi, xx xxx 2014-cü il tarixli, 124385-1-10993/1 nömrəli kommersiya krediti müqaviləsinə əsasən kredit borcu 235552,89 ABŞ dolları, faiz borcu 16251,16 ABŞ dolları, xx xxxxxxxx 2014-cü il tarixli, 124385-1-10993/2 nömrəli bərpa olunmayan kredit xətti müqaviləsi üzrə əsas kredit borcu 144790,83 ABŞ dolları və faiz borcu 7786,56 ABŞ dolları məbləğində müəyyən edilməsi, qətnamənin qalan hissədə X11 münasibətdə dəyşdirilmədən saxlanılması, iş üzrə keçirilmiş ekspertizası tədqiqatının dəyərini təşkil edən 145 manat pul vəsaitinin cavabdeh X6 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi və iş üzrə keçirilmiş ekspertizası tədqiqatının dəyərini təşkil edən 300 manat pul vəsaitinin cavabdeh X6 tutularaq «Qiymətləndirmə və Audit» Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına köçürülməsi qət edilmişdir. Qətnamədən xx xxxx 2019-cu il tarixinə kimi kassasiya şikayəti verilməsi nəzərdə tutulmuşdur. Bakı Apellyasiya Məhkəməsində işə baxılan zaman Bakı Apellyasiya Məhkəməsinin xx xxxxx 2016-cı il tarixli icra sənədi üzrə hərracın təşkili və keçirilməsinin dayandırılması barədə Bakı şəhəri Nəsimi Rayon İcra və Probasiya Şöbəsinə və Cavabdeh1nə müraciət olunmuş və müraciətə Bakı Apellyasiya Məhkəməsinin bildirişinin surəti əlavə olunmuşdur. Lakin yaxın zamanda mənzilə işiq qəbzi təqdim olunarkən məlum olmuşdur ki, mənzilin mülkiyyətçisi, mülki iş üzrə iddiaçı Cavabdeh2 ASC-dir. Bunu əsas tutaraq o qənaətə gəlmək olur ki, Bakı Apellyasiya Məhkəməsinin xx xxxxx 2016-cı il tarixli icra sənədi üzrə hərrac keçirilmiş və mənzil Cavabdeh2 ASC-nin adına rəsmiləşdirilmişdir. Müvafiq tələbin hüquqi əsaslandırılması ondan ibarətdir ki, icra sənədi üçün əsas olmuş məhkəmə qətnaməsi ləğv olunduğu təqdirdə həmin qətnamə üzrə verilmiş icra vərəqəsi icra oluna bilməz. Eyni zamanda, İddiaçı məxsus əmlakla bağlı hərracda iştirak etmək hüququ təmin edilməmişdir. Həmçinin, hərracın təşkilatçısı hərracın keçirilməsinə dair iddiaçıya və ailə üzvlərinə məlumat (bildiriş) göndərilmədiyindən iddiaçıya məxsus və son yaşayış yeri olan mənzildən məhrum olmuşlar. Habelə, Bakı Apellyasiya Məhkəməsinin xx xxxxx 2016-cı il tarixli icra sənədi üzrə hərracın təşkili və keçirilməsinin dayandırılması barədə Bakı şəhəri Nəsimi Rayon İcra və Probasiya Şöbəsinə və Cavabdeh1 MMC-yə müraciət olunmuş və müraciətə Bakı Apellyasiya Məhkəməsinin bildirişinin surəti əlavə olunmuşdur. Lakin buna baxmayaraq, hərrac keçirilmiş və iddiaçıya məxsus mənzil özgənikiləşdirilmişdir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, forması, onun predmeti və keçirilmə qaydası, ilkin satış qiyməti, hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Qeyd edilənlərə əsasən məhkəmədən iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılması xahiş olunmuşdur. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(005)- 3095/2019 saylı qətnaməsi ilə (hakim Gültəkin Əsədova) iddia qismən təmin olunmuş, Cavabdeh1 MMC tərəfindən keçirilmiş Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behbudov küçəsində yerləşən 71 nömrəli evin 68 nömrəli mənzilinə dair hərracın yekun nəticələri haqqında xx xxxxxx 2017-ci il tarixli 136 nömrəli protokol və hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə xx xxxxxx 2017-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi, həmin mənzilə dair Cavabdeh2 ASC-nin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış seriya RX seriyalı ******* nömrəli xx xxxx 2018-ci il tarixli çıxarışın ləğv edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət olunmuşdur. Cavabdehlər birinci instansiya məhkəməsinin qeyd edilən qətnaməsindən apellyasiya şikayətləri verərək, qətnamənin ləğv edilməsini, iddianın təmin olunmamasını xahiş etmişlər. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Cavabdeh2 ASC apellyasiya şikayətini - birinci instansiya məhkəməsinin qətnaməsinin əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması, iddianın rədd olunmalı olması və s. kimi əsaslandırmış, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Cavabdeh1 MMC apellyasiya şikayətini - birinci instansiya məhkəməsinin qətnaməsinin əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması, hərracın qanuni keçirilməsi, iddiaçının məlumatlandırılması, hərracın dayandırılması barədə icra şöbəsinin müraciətinin daxil olmaması, iddianın rədd olunmalı olması və s. kimi əsaslandırmış, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. TƏRƏFLƏRİN İZAHATLARİ, PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə baxışında iştirak edən Cavabdeh2 ASC-nin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək,orada göstərilənlərə uyğun izahat vermiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə digər proses iştirakçılarına rəsmi qaydada məlumat verilmiş, lakin onlar məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Bu səbəbdən də, məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 376.2-ci maddəsinə əsasən işə digər proses iştirakçılarının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR : Qeyd edilməlidir ki,iddia ərizəsi qismən təmin olunmuş, iddiaçı qətnaməni mübahisələndirməmişdir. Bu səbəbdən də, məhkəmə kollegiyası məhz cavabdehlərin apellyasiya şikayəti həddində (yəni, iddianın təmin olunan hissəsində) birinci instansiya məhkəməsinin qətnaməsinə münasibət bildirərək,hüquqi dəyərləndirmə aparmağı zəruri hesab edir («Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2011-ci il tarixli Qərarındakı hüquqi mövqeyi). Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və izahatı dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli vəobyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarınauyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanmalıdır. Belə ki, işdə olan Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxx 2015-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı «xxxxxxxx» ASC-nin cavabdehlər X11 və qeyrilərinə qarşı «kredit borcu tələbi, tutmanın ipoteka predmetinə yönəldilməsi, hərracdan satılması, istifadə hüquqlarının itirilmiş hesab edilməsi və mənzilin boşaldılması» barədə iddia ərizəsi qismən təmin edilərək, cavabdeh X6, İddiaçı və «FED» firmasından müştərək qaydada Cavabdeh2 ASC-nin xeyrinə xx xxx 2014-cü il tarixli, 124385-1-10993/1 nömrəli kommersiya krediti müqaviləsi və xx xxxxxxxx 2014-cü il tarixli 124385-1-10993/2 nömrəli bərpa olunmayan kredit xətti müqaviləsi üzrə xx xxxx 2015-ci il tarixə əsasən borc qismində 308708,91 ABŞ dolları, faiz borcu qismində 29469,16 ABŞ dolları, cərmə qismində 710,72 ABŞ dolları, cəmi 410888,79 ABŞ dolları məbləğində pul vəsaitinin, ödəniş anında ödəniş yerinin məzənnə üzrə Azərbaycan manatı ilə, habelə ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün dövlət rüsumu bir hissəsinin əvəzi qismində 27 manat məbləğində pul vəsaitinin tutulması, tutmanın ipoteka ilə yüklü edilməsi, mülkiyyət hüququ əsasənda İddiaçı adına qeydə alınmış Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behbudov küçəsində yerləşən, 159,7 kv.metr ümumi, 114,23 kv.metr yaşayış, 45,47 kv.metr yardımçı sahəsindən ibarət olan 71 nömrəli evin 68 nömrəli mənzilinə və X12 adına qeyd alınmış Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində yerləşən 75,91 kv.metr ümumi, 58,41 kv.metr yaşayış sahəsindən ibarət olan 61 nömrəli evin 51 nömrəli mənzilinə yönəldilməsi, İddiaçı məxsus Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behbudov küçəsində yerləşən 71 nömrəli evin 68 nömrəli mənzilin ilkin satış qiymətinin 400000 manat X13 məxsus olan Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində yerləşən 61 nömrəli evin 52 nömrəli mənzilin ilkin satış qiymətinin 120000 manat məbləğində müəyyən edilməsi, İddiaçı məxsus mənzilin və X13 məxsus olan mənzilin açıq hərracda satılması, İddiaçı məxsus olan mənzilin və X13 məxsus olan mənzilin açıq hərracda satılması yolu ilə əldə edilmiş vəsait hesabına X8, X14, İddiaçı, «FEN» firmasının iddiaçıya olan borcunun ödənilməsi, Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behbudov küçəsində yerləşən 71 nömrəli evin 68 nömrəli mənzilinə tutma yönəldildikdən və həmin mənzil açıq hərracda satıldıqdan sonra ən geci 1 ay müddətində İddiaçı həmin mənzilindən istifadə hüququna xitam verilməsi və oradan çıxarılması, mənzilin boşaldılması, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində yerləşən 61 nömrəli evin 52 nömrəli mənzilinə tutma yönəldildikdən və həmin mənzil açıq hərracda satıldıqdan sonra ən geci 1 ay müddətində X12, X5, X4 və X2 mənzilindən istifadə hüquqlarına xitam verilməsi və oradan çıxarılmaqla, mənzilin boşaldılması, iddianın qalan hissəsində rədd edilməsi qət edilmişdir. İşdə olan Bakı Apelyasiya Məhkəməsinin xx xxxxx 2016-cı il tarixli qətnaməsinin surətindən görünür ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxx 2015-ci il tarixli qətnaməsi qismən, yəni X12, X5, X4 və X1 Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 61 nömrəli evin 52 nömrəli mənzilindən istifadə hüquqlarına xitam verilməsi hissəsində ləğv edilməsi, həmin hissədə iddia tələbi təmin edilməməsi, qətnamənin cavabdeh X11 aid hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. İşdə olan Bakı Apelyasiya Məhkəməsinin xx xxxxx 2016-cı il tarixli, 2(103)- 2287/2016 nömrəli icra vərəqəsinin surətindən görünür ki, müvafiq icra vərəqəsi icra olunması üçün Bakı şəhəri Nəsimi Rayon İcra Şöbəsinə göndərilmişdir. İşdə olan Bakı şəhəri Nəsimi Rayon İcra Şöbəsi tərəfindən göndərilmiş müvafiq sifariş məktubununsurətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behbudov küçəsində yerləşən 159,7 kv.metr ümumi, 114,23 kv.metr yaşayış, 47,47 kv.metr yardımçı sahədən ibarət olan 71 nömrəli evin, 4 otaqlı, 68 nömrəli mənzilin hərracının təşkili və keçirilməsi üçün Cavabdeh1nə göndərilmişdir. İşdə olan Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının xx xxxxxxx 2017-ci il tarixli qərarının surətindən görünür ki, Bakı Apelyasiya Məhkəməsinin xx xxxxx 2016-cı il tarixli qətnaməsi tam ləğv edilərək yenidən baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. İşdə olan X16 tərəfindən Bakı Apelyasiya Məhkəməsinin xx xxxxx 2016-cı il tarixli icra sənədi üzrə hərracın təşkili və keçirilməsinin dayandırılması barədə Bakı şəhəri Nəsimi Rayon İcra və Probasiya Şöbəsinə və Cavabdeh1nə etdiyi müraciətin surətindən görünür ki, müvafiq icra sənədi üzrə hərracın təşkilinin və keçirilməsinin dayandırılması xahiş olunmuş və müraciətə Bakı Apellyasiya Məhkəməsinin bildirişinin surəti əlavə olunmuşdur. İşdə olan Bakı Apellyasiya Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli qətnaməsinin surətindən görünür ki, X8 apelyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxx 2015-ci il tarixli qətnaməsi xx xxx 2014-cü il tarixli, 124385- 1-10993/1 nömrəli kommersiya krediti müqaviləsi üzrə və xx xxxxxxxx 2014-cü il tarixli, 124385-1-10993/2 nömrəli bərpa olunmayan kredit xətti müqaviləsi üzrə əsas kredit borcunun və faiz borcunun tutulması hissəsində dəyişdirilməsi, xx xxx 2014-cü il tarixli, 124385-1-10993/1 nömrəli kommersiya krediti müqaviləsinə əsasən kredit borcu 235552,89 ABŞ dolları, faiz borcu 16251,16 ABŞ dolları, xx xxxxxxxx 2014-cü il tarixli, 124385-1-10993/2 nömrəli bərpa olunmayan kredit xətti müqaviləsi üzrə əsas kredit borcu 144790,83 ABŞ dolları və faiz borc 7786,56 ABŞ dolları məbləğində müəyyən edilməsi, qətnamə qalan hissədə X11 münasibətdə dəyşdirilmədən saxlanılması qət edilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli xx xxxx 2014-cü il tarixli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behbudov küçəsi, ev 71, mənzil 68 İddiaçı məxsus olmuş, daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində 2085 nömrə ilə reyestr kitabının 192859 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşdə olan Cavabdeh1 xx xxxxxxx 2017-ci il tarixli 03/61-1 nömrəli bildirişin surətlərindən görünür ki, açıq hərracın keçirilməsinə dair İddiaçı məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behbudov küçəsi, 71 nömrəli evin 68 nömrəli mənzili 400.000- 15%=340.000 manat qiymətə xx xxxxxx 2017-ci il tarixdə saat 11:00-da keçiriləcək təkrar hərrac barədə müvafiq bildiriş X11, İddiaçı Məmmədəli qızına, Bakı şəhəri Nəsimi Rayon İcra Şöbəsinə, Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinə göndərilmişdir. İşdə olan Cavabdeh1 xx xxxxxx 2017-ci il tarixli 136 nömrəli Hərrac təşkilatının hərracın yekunları barədə protokolun surətindən görünür ki, İddiaçı məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behbudov küçəsi, ev 71, 68 nömrəli mənzilin ilkin hərrac qiyməti 400000 manat müəyyən edilmiş, ilkin hərrac baş tutmadığından, əmlakın təkrar hərracdakı ilkin satış qiymətindən 15% aşağı olan qiyməti 340000 manat müəyyən edilmiş, təkrar hərracda satılmadığından müvafiq qiymət 25% aşağı olmaqla, yəni 255000 manat qiymətə ipoteka saxlayan Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinə təklif edilmiş və sonuncu tərəfindən əldə edilmişdir. İşdə olan Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə xx xxxxxx 2017-ci il tarixli müqaviləsinin surətindən görünür ki, İddiaçı məxsus Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behbudov küçəsi, ev 71, mənzil 68 - 255000 manat dəyərində Cavabdeh2 Açıq Səhmdar Cəmiyyəti almışdır. İşdə olan Bakı şəhəri Nəsimi Rayon İcra və Probasiya Şöbəsinin İddiaçı və Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinə ünvanladığı xx xxxxxx 2018-ci il tarixli məktubunun məzmunundan görünür ki, Bakı Apelyasiya Məhkəməsinin xx xxxxx 2016-cı il tarixli icra sənədi əsasında keçirilmiş hərrac nəticəsində Bakı şəhəri, Nəsimi rayonu, R.Behbudov küçəsi, 71 nömrəli evin 68 nömrəli mənzili Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinə satılmışdır. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli xx xxxx 2018-ci il tarixli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behbudov küçəsi, ev 71, mənzil 68 Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinə məxsusdur, daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində 2085 nömrə ilə reyestr kitabının 192859 nömrəli vərəqində qeydiyyata alınmışdır. Birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən müəyyən etmişdir ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxx 2015-ci il tarixli qətnaməsi ilə cavabdeh X6, İddiaçı və «FED» firmasından müştərək qaydada Cavabdeh2 ASC-nin xeyrinə xx xxx 2014-cü il tarixli, 124385-1-10993/1 nömrəli kommersiya krediti müqaviləsi və xx xxxxxxxx 2014-cü il tarixli 124385-1-10993/2 nömrəli bərpa olunmayan kredit xətti müqaviləsi üzrə xx xxxx 2015-ci il tarixə əsasən borc qismində 308708,91 ABŞ dolları, faiz borcu qismində 29469,16 ABŞ dolları, cərmə qismində 710,72 ABŞ dolları, cəmi 410888,79 ABŞ dolları məbləğində pul vəsaitinin, ödəniş anında ödəniş yerinin məzənnə üzrə Azərbaycan manatı ilə, habelə ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün dövlət rüsumu bir hissəsinin əvəzi qismində 27 manat məbləğində pul vəsaitinin tutulması, tutmanın ipoteka ilə yüklü edilməsi, mülkiyyət hüququ əsasında İddiaçı adına qeydə alınmış Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behbudov küçəsində yerləşən, 159,7 kv.metr ümumi, 114,23 kv.metr yaşayış, 45,47 kv.metr yardımçı sahəsindən ibarət olan 71 nömrəli evin 68 nömrəli mənzilinə və X12 adına qeyd alınmış Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində yerləşən 75,91 kv.metr ümumi, 58,41 kv.metr yaşayış sahəsindən ibarət olan 61 nömrəli evin 51 nömrəli mənzilinə yönəldilməsi, İddiaçı məxsus mənzilin ilkin satış qiymətinin 400000 manat, X13 məxsus olan mənzilin ilkin satış qiymətinin 120000 manat məbləğində müəyyən edilməsi, İddiaçı məxsus mənzilin və X13 məxsus olan mənzilin açıq hərracda satılması, əldə edilmiş vəsait hesabına borcun ödənilməsi, Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behbudov küçəsində yerləşən 71 nömrəli evin 68 nömrəli mənzilinə tutma yönəldildikdən və həmin mənzil açıq hərracda satıldıqdan sonra ən geci 1 (bir) ay müddətində İddiaçı həmin mənzilindən istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılması, mənzilin boşaldılması, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində yerləşən 61 nömrəli evin 52 nömrəli mənzilinə tutma yönəldildikdən və həmin mənzil açıq hərracda satıldıqdan sonra ən geci 1 (bir) ay müddətində X12, X5, X4 və X2 həmin mənzildən istifadə hüquqlarına xitam verilməsi və X12, X5, X4 və X2 mənzildən çıxarılmaqla, mənzilin boşaldılması, iddianın qalan hissəsində rədd edilməsi qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin xx xxxxx 2016-cı il tarixli qətnaməsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxx 2015-ci il tarixli qətnaməsi qismən, yəni X12, X5, X4 və X1 Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 61 nömrəli evin 52 nömrəli mənzilindən istifadə hüquqlarına xitam verilməsi hissəsində ləğv edilməsi, həmin hissədə iddia tələbi təmin edilməməsi, qətnamənin cavabdeh X11 aid hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Bundan sonra Bakı Apelyasiya Məhkəməsinin xx xxxxx 2016-cı il tarixli, 2(103)-2287/2016 nömrəli icra vərəqəsi icra olunması üçün Bakı şəhəri Nəsimi Rayon İcra Şöbəsinə göndərilmişdir. Bakı şəhəri Nəsimi Rayon İcra Şöbəsi tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behbudov küçəsində yerləşən 159,7 kv.metr ümumi, 114,23 kv.metr yaşayış, 47,47 kv.metr yardımçı sahədən ibarət olan 71 nömrəli evin, 4 otaqlı, 68 nömrəli mənzilin hərracının təşkili və keçirilməsi üçün Cavabdeh1nə sifariş məktubu göndərilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxxx 2017-ci il tarixli qərarı ilə Bakı Apelyasiya Məhkəməsinin xx xxxxx 2016-cı il tarixli qətnaməsi tam ləğv edilərək yenidən baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. X16 Bakı Apelyasiya Məhkəməsinin xx xxxxx 2016-cı il tarixli, 2(103)- 2287/2016 nömrəli icra sənədi üzrə hərracın təşkili və keçirilməsinin dayandırılması barədə Bakı şəhəri Nəsimi Rayon İcra və Probasiya Şöbəsinə və Cavabdeh1nə müraciət edərək, müvafiq icra sənədi üzrə hərracın təşkilinin və keçirilməsinin dayandırılması xahiş olunmuş və müraciətə Bakı Apellyasiya Məhkəməsinin bildirişinin surəti əlavə olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli qətnaməsi ilə X8 apelyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxx 2015-ci il tarixli qətnaməsi xx xxx 2014-cü il tarixli, 124385-1-10993/1 nömrəli kommersiya krediti müqaviləsi üzrə və xx xxxxxxxx 2014-cü il tarixli, 124385-1-10993/2 nömrəli bərpa olunmayan kredit xətti müqaviləsi üzrə əsas kredit borcunun və faiz borcunun tutulması hissəsində dəyişdirilməsi, xx xxx 2014-cü il tarixli, 124385-1-10993/1 nömrəli kommersiya krediti müqaviləsinə əsasən kredit borcu 235552,89 ABŞ dolları, faiz borcu 16251,16 ABŞ dolları, xx xxxxxxxx 2014-cü il tarixli, 124385-1-10993/2 nömrəli bərpa olunmayan kredit xətti müqaviləsi üzrə əsas kredit borcu 144790,83 ABŞ dolları və faiz borc 7786,56 ABŞ dolları məbləğində müəyyən edilməsi, qətnamənin qalan hissədə X11 münasibətdə dəyşdirilmədən saxlanılması qət edilmişdir. Göründüyü kimi, müvafiq qətnamədən xx xxxx 2019-cu il tarixinə kimi kassasiya şikayəti verilməsi nəzərdə tutulmuşdur. Bakı Apellyasiya Məhkəməsində işə baxılan zaman Bakı Apellyasiya Məhkəməsinin xx xxxxx 2016-cı il tarixli, 2(103)-2287/2016 nömrəli icra sənədi üzrə hərracın təşkili və keçirilməsinin dayandırılması barədə Bakı şəhəri Nəsimi Rayon İcra və Probasiya Şöbəsinə və Cavabdeh1nə müraciət olunmuş və müraciətə Bakı Apellyasiya Məhkəməsinin bildirişinin surəti əlavə olunmuşdur. Lakin buna baxmayaraq, Bakı Apellyasiya Məhkəməsinin xx xxxxx 2016-cı il tarixli, 2(103)-2287/2016 nömrəli icra sənədi üzrə hərrac keçirilmiş və mənzil Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinin adına rəsmiləşdirilmişdir. Halbuki ki, məhkəmə qətnaməsi qanuni qüvvəsini almadıqda onun icrası nəzərdə tutulmur. Eyni zamanda, İddiaçı məxsus əmlakla bağlı hərracda iştirak etmək hüququ təmin edilməmişdir. Həmçinin, hərracın təşkilatçısı hərracın keçirilməsinə dair iddiaçıya və ailə üzvlərinə məlumat (bildiriş) göndərilmədiyindən iddiaçıya məxsus və son yaşayış yeri olan mənzildən məhrum olmuşlar. Məhkəmə kollegiyası yoxlanılan hissədə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq, həmçinin apellyasiya şikayətinin dəlillərini əsassız sayaraq mübahisə üzrə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. «İpoteka haqqında» Qanunun ipoteka predmetinə tutmanın yönəldilməsi əsaslarını müəyyən edən 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Tutma yönəldilən ipoteka predmetinin satışüsullarından biri olan hərracların keçirilmə qaydaları, hərracın baş tutmamış elan edilməsi, bu halda təkrar hərracın keçirilməsi qaydaları və nəticələri “İpoteka haqqında” Qanunun 42 və 43-cü maddələri ilə tənzimlənir. İşdə olan məhkəmə aktlarından görünür ki, Bakı Apelyasiya Məhkəməsinin xx xxxxx 2016-cı il tarixli qətnaməsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxx 2015-ci il tarixli qətnaməsi qismən ləğv edilmiş və qətnamə üzrə icra vərəqəsi verilərək icraya (Bakı şəhəri Nəsimi Rayon İcra Şöbəsi) yönəldilmişdir. Bakı şəhəri Nəsimi Rayon İcra Şöbəsi tərəfindən isə ipoteka qoyulmuş, iddiaçıya məxsus yaşayış sahəsi ilə bağlı hərracın təşkili və keçirilməsi üçün Cavabdeh1nə sifariş məktubu göndərilmişdir. Lakin, bundan sonra qətnamədən kassasiya şikayəti verilmiş və iş baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilmiş və sonuncunun xx xxxxxxx 2017ci il tarixli qərarı ilə Bakı Apelyasiya Məhkəməsinin xx xxxxx 2016-cı il tarixli qətnaməsi tam ləğv edilərək yenidən baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Proses iştirakçısı olan X16 Bakı Apelyasiya Məhkəməsinin xx xxxxx 2016-cı il tarixli, 2(103)-2287/2016 nömrəli icra sənədi üzrə hərracın təşkili və keçirilməsinin dayandırılması barədə Bakı şəhəri Nəsimi Rayon İcra və Probasiya Şöbəsinə və Cavabdeh1nə müraciət edərək, icra sənədi üzrə hərracın təşkilinin və keçirilməsinin dayandırılmasını xahiş etmişdir. Belə ki, «İcra haqqında» Qanunun 17.1 və 17.1.1-ci maddələrinə əsasən icraatda olan iş üzrə qəbul olunmuş məhkəmə aktlarından verilmiş apellyasiya və kassasiya şikayəti müvafiq məhkəmələrin icraatına qəbul olunduqda icra sənədi üzrə icraat məcburi olaraq dayandırılır. Göründüyü kimi, artıq Bakı Apelyasiya Məhkəməsinin xx xxxxx 2016-cı il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti icraata qəbul olunduğu andan icra sənədi üzrə icraat icra məmuru tərəfindən məcburi olaraq dayandırılmalı idi. Buna baxmayaraq, iş üzrə tərəf olan X16 tərəfindən də analoji halla bağlı istər isra məmuruna, istərsə də hərrac təşkilatına rəsmi qaydada müraciət olunmasına baxmayaraq müvafiq icra hərəkəti həyata keçirilməmişdir. Eyni zamanda, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxxx 2017-ci il tarixli qərarı ilə Bakı Apelyasiya Məhkəməsinin xx xxxxx 2016-cı il tarixli qətnaməsi tam ləğv edilərək işə yenidən baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Yəni, icra vərəqəsinin verilməsinə əsas olmuş məhkəmə qərarı ləğv edildiyi halda, icra icraatı həmin ləğv edilmiş məhkəmə qərarının icrası sahəsində davam etmiş, nəticədə iddiaçının mülkiyyətində olan daşınmaz əmlak qanunsuz olaraq hərrac vasitəsilə özdəninkiləşdirilmişdir. Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, məhkəmə qərarı qanuni qüvvəsini almadıqda onun icrası nəzərdə tutulmur. Eyni zamanda, İddiaçı məxsus əmlakla bağlı hərracda iştirak etmək hüququ təmin edilməmişdir. Həmçinin, hərracın təşkilatçısı hərracın keçirilməsinə dair iddiaçıya və ailə üzvlərinə məlumat (bildiriş) göndərilmədiyindən iddiaçıya məxsus və son yaşayış yeri olan mənzildən məhrum olmuşlar. Bununla yanaşı, həmin dövrdə iddiaçı «İcra haqqında» Qanunun 17.1 və 17.1.1-ci maddələrinə əsasən icra icraatının dayandırılacağına ümid etmiş (hər bir şəxsin icra məmurlarının qanunun tələblərinə düzgün riayət olunacağına qanuni gözləntisi vardır), bu səbəbdən də davam edən məhkəmə mübahisəsinin nəticəsini gözləmişdir. Göründüyükimi, cavabdehlər apellyasiya şikayətlərinin dəlilləri kimi istinad etdiyi halları əsaslandıra və sübut edə bilməmişlər. Beləliklə, məhkəmə kollegiyası toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iddianı yoxlanılan hissədə təmin etməklə düzgün hüquqi nəticəyə gəlmişdir. Apellyasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvinə əsas ola bilməz. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. «Qavazov Bolqarıstana qarşı» iş üzrə xx xxxx 2008-ci il tarixli Qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətlərinə əsasən dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı Cavabdeh1nə və Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinə (üçüncü şəxslər «xxxxxx» ASC, «xxxxxxxx» ASC, «xxxxxxxx» QSC, Bakı şəhəri Nəsimi Rayon İcra və Probasiya Şöbəsi və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı X22) qarşı «hərracın yekunları barədə protokolun və alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi, mübahisəli mənzilə quraşdırılmış elektrik, su və qaz sayğaclarının abonent kodlarının iddiaçının adına qaytarılması və bununla bağlı cavabdeh bankın hərəkətlərinin qanunsuz hesab edilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(005)-3095/2019 saylı qətnaməsindən cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 ASC tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. İş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(005)-3095/2019 saylı qətnaməsi apellyasiya şikayətinə əsasən (yoxlanılan hissələrdə) dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar