Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4713/2021 21.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Cabbarlı Sahibə Məmmədbağı qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil və cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı “ipoteka müqaviləsinin etibarsız hesab edilməsi, ipoteka yüklülüyünə xitam verilməsi və əmlakın ipotekadan azad olunması” tələbinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1252/2021 saylı, 25.02.2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İşin halları: İddiaçı Cavabdeh ASC-yə qarşı “ipoteka müqaviləsinin etibarsız hesab edilməsi, ipoteka yüklülüyünə xitam verilməsi və əmlakın ipotekadan azad olunması tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə aralarında bağlanmış 16.12.2014-cü il tarixli 21608- SKMF-İMN/6 saylı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi, Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, 1956/1989-cu məhəllə, ev 26, 1157 saylı mənzilin ipoteka yüklülüyünə xitam verilməsi, RX seriyalı, ******* saylı yüklülük çıxarışının ləğv edilməsi və həmin əmlakın ipotekadan azad olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ASC ilə “xxxx” MMC arasında bağlanmış 18.07.2011-ci il tarixli 107-21608/SKMF-01 saylı kredit müqaviləsinə əsasən sonuncuya 60 ay müddətinə, illik faiz dərəcəsi 6% olmaqla, ödəniş cədvəli üzrə hissə-hissə qaytarmaq şərti ilə 300000 manat məbləğində kredit verilmişdir. Bundan başqa Cavabdeh ASC ilə “xxxx” MMC arasında bağlanmış 03.08.2012-ci il tarixli, 107- 21608/SKMF-01/1 saylı kredit müqaviləsinə əsasən sonuncuya 48 ay müddətinə, illik faiz dərəcəsi 6 % olmaqla, ödəniş cədvəli üzrə hissəhissə qaytarmaq şərti ilə 200000 manat məbləğində kredit verilmişdir. Qeyd olunan kredit müqavilələrinin təminatı qismində onunla ”Cavabdeh” ASC arasında bağlanmış 16.12.2014-cü il tarixli 21608-SKMF-İMN/6 saylı ipoteka müqaviləsinə əsasən Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, 1956/1989-cu məhəllə, ev 26, mənzil 1157 bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. O, 16.12.2014-cü il tarixdə, ipoteka müqaviləsi bağlanan gündə “Tac” kredit İttifaqından 100000 manat kredit götürmüşdür və əslində mülkiyyətində olan sözügedən əmlakı həmin kreditin təminatı olaraq girov qoymuşdur. Başqa sözlə yuxarıda adı çəkilən ipoteka müqaviləsi məhz onunla “Tac” Kredit İttifaqı arasında olan münasibətlərin təminatı olaraq bağlanmışdır. Ona görə də hesab edir ki, hazırki ipoteka müqaviləsi etibarsız hesab edilməlidir. Həmçinin hesab edir ki, aşağıdakı əsaslara görə hər iki kredit müqaviləsi üzrə öhdəliklərin təminatı olan əmlakın ipoteka yüklülüyünə xitam verilməli və əmlak ipotekadan azad olunmalıdır. Belə ki, “İpoteka haqqında” Qanunun 10.6-cı maddəsinə görə ipoteka ilə təmin edilən öhdəlik hissə-hissə icra olunmalıdırsa, ipoteka müqaviləsində müvafiq ödənişlərin müddətləri və ya dövriliyi, onların məbləğləri və ya bu məbləğləri müəyyənləşdirməyə imkan verən şərtlər göstərilməlidir. Hazırda mübahisləndirilən ipoteka müqaviləsində ipoteka ilə təmin edilən öhdəliyin icra müddətinin kredit müqaviləri ilə müəyyən edildiyi və 60 ay təşkil etdiyi göstərilmişdir. Lakin kredit müqavilərindən birinin 03.08.2012-ci il tarixli 107-21608/SKMF-01/1 saylı kredit müqaviləsinin müddəti 48 ay olsa da, bu ipoteka müqaviləsində göstərilməmişdir. Göründüyü kimi, ipoteka müqaviləsində hər hansı bir kredit müqaviləsi üzrə ödənişlərin məbləğləri, müddətləri, dövriliyi və ya ödəniş məbləğlərini müəyyənləşdirməyə imkan verən sərtlər göstərilməmiş, həmçinin 03.08.2012-ci il tarixli 107-21608/SKMF-01/1 saylı kredit müqaviləsi üzrə öhdəliyin icra müddəti də qevd edilməmişdir. Ona görə də hazırki ipoteka predmeti hər iki kredit müqaviləsi üzrə öhdəliklərin təminatı ola bilməz. Mülki Məcəllənin 269.1 və 269.5-ci maddələrinə müvafiq olaraq, ipoteka əsas öhdəliyin icrasının təminatı üsuludur və bu səbəbdən ipoteka müqaviləsinə hər hansı mülki hüquq müqaviləsi, o cümlədən kredit müqaviləsi ilə birlikdə baxılmalıdır. Sadalanan normaların məzmunundan göründüyü kimi, ipoteka müqaviləsi birmənalı olaraq əsas öhdəliyin təminatı kimi bağlanır və borclunun öhdəliyinə əlavə kimi çıxış edir. Qeyd edilən mövcud qanunvericilik normalarının tələblərini rəhbər tutaraq hesab edir ki, sözügedən ipoteka müqaviləsi qanunvericiliyin imperativ normalrına uyğun olaraq tərtib edilməmiş və bağlanılmamışdır. İpoteka predmeti olan əmlak isə hər iki kredit müqaviləsi üzrə öhdəliklərin təminatı ola bilməz. Ona görə də ipoteka predmeti olan əmlakın ipoteka yüklülüyünə xitam verilməli və əmlak ipotekadan azad olunmalıdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1252/2021 saylı, 25.02.2021-ci il tarixli qətnaməsi ilə iddia tələbinin rədd edilməsi və ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir (sədrlik edən: Ayaz Məmmədov). Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1252/2021 saylı, 25.02.2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti və dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iclasının gedişində vəsatətlərin verilməsi mərhələsində iddiaçı tərəfindən hazırkı mülki iş üzrə Bakı şəhəri 12 saylı notariat Ofisinin və Əmlak Məsələləri Dövlət Komitəsinin Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhəri Ərazi İdairəsinin cavabdeh qismində, “xxxx” MMC-nin isə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməsini barədə vəsatət verilmiş, lakin vəsatət təmin edilməmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, etibarsız hesab edilməsi tələb olunan 16.12.2014-cü il tarixli 21608- SKMF-İMN/6 saylı ipoteka müqaviləsi Bakı şəhəri 12 saylı notariat kontorunda təsdiq edilmişdir. Bundan başqa hazırki iddia tələbində əmlakın ipoteka ilə yüklü edilməsini özündə əks etdirən RX seriyalı ******* saylı yüklülük çıxarışının ləğv edilməsi və həmin əmlakın ipotekadan azad olunması barədə qətnamə çıxarılması da xahiş edilir. Həmin - RX seriyalı ******* saylı yüklülük çıxarışını Əmlak Məsələləri Dövlət Komitəsinin Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhəri Ərazi İdairəsi tərəfindən verilmiş və əmlakın ipoteka ilə yüklü olması həmin idarə tərəfindən qeydiyyata alınmışdır. Göründüyü kimi hazırki mülki işdə iddia tələblərinə cavabdehliyi həmin adı çəkilən şəxslər də daşıyır və onların cavabdeh qisimdə işə cəlb edilməsi zəruridir. Həmçinin vəsatətdə qeyd edilmişdir ki, iddianın əsaslandırma hissəsində göstərilən kredit müqavilələlərinin tərəfi “xxxx” MMC-dir, həm də şirkət ipoteka müqaviləsinin digər bir tərəfidir. Hazırki iddia və çıxarılacaq qətnamə “xxxx” MMC-nin maraqlarına və vəzifələrinə təsir edir. Ona görə də “xxxx” MMC-nin müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməsi zəruridir. Hazırki mülki işdə qəbul ediləcək hər hansı yekun bir qərar “xxxx” MMC-nin öhədliklərinin təminatı kimi qoyulmuş ipotekanın taleyi ilə bağlıdır və bu da “xxxx” MMC-nin maraqlarına, vəzifələrinə təsir etdiyi mübahisəsizdir. Ən azından iddia ərizəsindəki əsasların bəzilərinin və şahidin ifadəsinindəki əhəmiyyətli halların aydınladırılması üçün və hazırki mülki işdə obyektiv həqiqətin üzə çıxarılması üçün mütləq məhkəmə “xxxx” MMC-nin müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməsi zəruri idi. Məhkəmə vəsatətimizi təmin etməməklə prosessual normaların - Mülki Prossesual Məcəlləsinin 51 və 57.1-ci maddələrinin tələblərini pozmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 51-ci maddəsinə əsasən iddia müştərək qaydada bir neçə iddiaçı tərəfindən və ya bir neçə cavabdehə qarşı qaldırıla bilər. İddiaçıların və ya cavabdehlərin hər biri digər tərəfə dair prosesdə müstəqil çıxış edir. Başqa cavabdehin cəlb edilməsi zərurəti olarsa, məhkəmə qətnamə çıxarana kimi iddiaçının razılığı ilə həmin cavabdehi işə cəlb edə bilər. Bakı şəhəri 12 saylı notariat Ofisinin və Əmlak Məsələləri Dövlət Komitəsinin Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhəri Ərazi İdairəsinin cavabdeh qismində, “xxxx” MMC-nin isə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməsi zəruri olaraq qalmaqda davam edir, ona görə də mülki işin tərəfli və obyektiv araşdırılması üçün həmin şəxslərin işə cəlb edilməsi vacibdir. Məhkəmə tərəfindən həm də qətnamə çıxarılarkən maddi hüquq normaları pozulmuşdur. İddiaçı iddiasında ipoteka müqaviləsini vacib əhəmiyyətli yanıltmanın təsiri altında bağlandığını iddia etməmişdir. İddiaçı iddiasında və izahatında bildirmişdir ki, 16.12.2014-cü il tarixdə elə ipoteka müqaviləsi bağlanan gündə “Tac” kredit İttifaqından 100000 manat kredit götürmüş, bu pul “Tac” kredit İttifaqının idarə heyətinin sədri X3 tərəfindən ona verilmişdir. Həmin kredit məbləğinin 90000 manatını ona verməsi üçün “xxxx” MMC-nin direktoru X1 Rəsulzadəyə vermiş və o, həmin borc pul məbləğinin qaytarılmasının təminatı olaraq mülkiyyətində olan sözügedən əmlakı girov qoymuşdur. Başqa sözlə yuxarıda adı çəkilən ipoteka müqaviləsi məhz “Tac” Kredit İttifaqı ilə onun və “xxxx” MMC-nin direktoru X5 arasında olan münasibətlərin təminatı olaraq bağlanmışdır. Onlar öz aralarında olan münasibətləri pərdələmək məqsədi ilə ipoteka müqaviləsi bağlamışlar. Ona bankda başqa ipoteka predmetlərinin olması barədə ipoteka müqavilələri təqdim edilmiş və əmin edilmişdir ki, bankda ipotekada olan yeganə ipoteka predmeti onun adma olan əmlak deyil və borc pul qaytarıldıqdan sonra onun mülkiyyətində olan əmlak rahatlıqla ipoteka yüklüyündən azad ediləcəkdir. O, götürdüyü pulu aralarıdakı razılığa əsassən “xxxx” MMC-nin direktoru X4 verilməsi üçün “Tac” Kredit İttifaqı qaytarsa da onun əmlakı ipotekdan azad edilməmişdir. O, Cavabdeh ASC-nin ona və “xxxx” MMC-nə qarşı kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldiməsi barədə Lənkəran rayon Məhkəməsinin 17.01.2019-cu il tarixli 2(049)-122-2019 saylı qətnaməsini 21.01.2020-ci il tarixdə aldıqdan sonra tutulmuş borc məbləğinin böyük olduğunu və borcun yalnız onun adma olan əmlaka yönəldiyini, digər ipoteka predmetlərindən qətnamədə hər hansı bir söhbətin belə getmədiyini görmüşdür. Bundan sonra aldadıldığını duymuş və hazırki iddianı qaldırmaq qənaətinə gəlmişdir. Məhkəmə iclasında dindidirilmiş şahid “Tac” kredit İttifaqının idarə heyətinin sədri X3 ifadəsində iddiaçının ondan pul istədiyini, onda lazımı qədər pul olmadığını, veriləcək kreditin 90000 manatının “xxxx” MMC-nin müdrindən aldığını, iddiaçının “xxxx” MMC-nin müdri ilə razılaşdığını, iddiaçının əmlakını “xxxx” MMC-nin Cavabdeh ASC-də olan kreditinə girov qoyduğunu, kredit müqaviləsi əsasında iddiaçıya 100000 manat kredit verdiyini, iddiaçının həmin krediti tam olaraq bağladığını, iddiaçıdan aldığı pulun bir hissəsinin şəxsən “xxxx” MMC-nin Cavabdeh ASC-də kreditinə ödənildiyini, 70000 manat hissənin isə devalivasiya olduğuna görə “Tac” kredit İttifaqı üçün istifadə etdiyini və 70000 manatı Cavabdeh ASC-də olan kreditə ödənilməsi üçün verəcəyini bildirmişdir. Şahid ifadəsindən də aydın olur ki, 90000 manatın iddiaçıya verilməsi üçün “xxxx” MMC-nin direktoru X1 Rəsulzadəyə vermiş, sonuncu həmin pulu “Tac” kredit İttifaqının adından iddiaçıya kredit kimi vermiş, iddiaçı həmin borc pul məbləğinin qaytarılmasının təminatı olaraq mülkiyyətində olan sözügedən əmlakı girov qoymuş və götürdüyü krediti tam olaraq geri ödəmişdir. Göründüyü kimi ipoteka müqaviləsinin etibarsızlığı barədə iddiaçının iddiasının əsasını həmin ipoteka müqaviləsinin yalan əqd olması və aldatma nəticəsində bağlanmış əqd olması təşkil edir. Məhkəmə hazırkı iş üzrə mübahisəyə əsassız olaraq Mülki Məcəllənin 347.2-ci maddəsini, həmçinin 354.2-ci maddənin “vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər” hissəsini tətbiq etmişdir. Məhkəmə tərəfindən qətnamə çıxarılarkən hansı maddi hüquq normaları pozulmasını aydınlaşdırmaq üçün qanunvericiliyin mülki-hüquqi öhdəliklərin ən mühüm yaranma əsası olan əqdlər, onların etibarsızlığı, o cümlədən aldatma nəticəsində bağlanmış əqdlərin etibarsızlığı və iddia müddətləri ilə bağlı normaları nəzərdən keçirilməlidir. Qeyd olunmalıdır ki, müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Müqavilənin etibarlılığı üçün zəruri olan bu tələb isə müqavilə münasibətlərinin tənzimlənməsində əsas rola malik müqavilə azadlığı prinsipindən irəli gəlir. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (Ə.İbrahimovun şikayəti üzrə 2004- cü il 12 aprel tarixli Qərar). Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfmə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Mübahisə edilən əqdlər onu formalaşdıran iradə ifadəsinin qüsurlu olması səbəbindən tərəfin mübahisələndirməsi nəticəsində etibarsız hesab edilən əqdlərdir. İradə ifadəsinin zədələnməsinə səbəb olan və nəticədə bağlanmış müqavilənin mübahisələndirilməsi vasitəsilə onun etibarsızlığı ilə nəticələnən hallardan biri isə aldatmadır. Aldatma dedikdə, digər tərəfi əqdi bağlamağa sövq etmək məqsədilə müəyyən faktlara dair bilə-bilə yalan məlumatlar verməklə və ya barəsində məlumat verilməli olan məsələlər barədə susmaqla onda əqd barəsində yanlış təəssürat yaratmaq və həmin təəssürat üzrə iradə ifadə etməyə məcbur etmək nəzərdə tutulur. Aldatma nəticəsində digər əqd iştirakçısında əqd və onun elementləri, onun bağlanması üçün mühüm əhəmiyyəti olan hallar və faktlar barəsində yanlış təsəvvür yaranır. Mülki Məcəllənin 339.2-ci maddəsinə əsasən, şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. Qeyd olunan normanın məzmunundan da görünür ki, aldatma iki formada həyata keçirilir: fəal hərəkət formasında (əqd iştirakçısına yalan, saxta məlumatların verilməsi) və passiv hərəkət formasında (əqd iştirakçısının hərəkətsizliyi - əqdin bağlanmasına mane ola biləcək hallar və faktlar barəsində qəsdən susmaqla Aldatma səbəbi ilə əqdin etibarsız hesab edilməsi üçün aşağıdakı şərtlər mövcud olmalıdır: Aldadan tərəf müqavilənin bağlanılması və xüsusilə də müqavilənin bağlanmasına dair aparılan müzakirələr zamanı müəyyən məsələlər barəsində yalan məlumat verir və ya vicdanlılıq vəzifəsinə görə məlumat verməli olduğu məsələlər barəsində qəsdən məlumat vermir; Aldadıcı hərəkət əqdin digər tərəfinin həqiqəti bildiyi təqdirdə bağlamayacağı və ya müəyyən şərtlərlə bağlamayacağı bir müqavilənin bağlanmasına və ya əlverişsiz şərtlərlə bağlanmasına yönəlməlidir. Yəni müəyyən bir müqavilənin bağlanmasını təmin etmək üçün yalan məlumat verməklə əqdin digər tərəfində qəsdən həqiqətə uyğun olmayan bir qənaət formalaşdırılmış olmalıdır; Müqavilə məhz aldatma nəticəsində qarşı tərəfdə formalaşmış yanlışlıq, yəni həqiqətə uyğun olmayan qənaət nəticəsində bağlanmış olmalıdır. Belə ki, aldatma olmasaydı mövcud müqavilə bağlanmaz və ya başqa şərtlərlə bağlanmış olardı (Konstitusiya Məhkəməsi Plenumunun B. Qasımovun şikayəti üzrə 2019-cu il 9 dekabr tarixli Qərarı). Mülki dövriyyənin sabitliyinin və davamlılığının təmin edilməsi üçün məhkəmələr tərəfindən mövcud sübutlar əsasında müqavilə üzrə tərəflərin gerçək hüquqi niyyətlərinin və iradə ifadələrinin müəyyən edilməsi, qanunvericiliyə uyğun olaraq onlara hüquqi qüvvə verilməsi, vicdanlılıq prinsipinə əsasən borclunun vəzifələrinin icrasının təmin edilməsi, pozulmuş öhdəliklərə görə məsuliyyətin müəyyən edilməsi hüquqi nəticə əldə edilməsi üçün vacibdir. Həmçinin qeyd edilməlidir ki, qanunvericilikdə müqavilələrin mübahisələndirilməsi hüququ müddətlə məhdudlaşdırılmışdır. Mülki Məcəllənin 354.2-ci maddəsinə uyğun olaraq bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisələndirə bilər. Qanunun mənasına görə maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə etmək hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Kəsici müddət - şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. Birinci instansiya məhkəməsi qətnaməsində göstərmişdir ki. iddiaçı ipoteka müqaviləsinin etibarsızlığım bu barədə 21.01.2020-ci il tarixdən məlumatlı olmasına baxmayaraq. 16.12.2020-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Lakin məhkəmənin gəldiyi bu qənaət faktiki hallara uyğun olmadığıdan və ipoteka müqaviləsinin etibarsızlığı barədə iddiaçının iddiasının əsasım həmin ipoteka müqaviləsinin yalan əqd olması və aldatma nəticəsində bağlanmış əqd olması təşkil etdiyindən məhkəmənin gəldiyi qənaət Mülki Məcəllənin 354.2-ci maddəsinə uvgun olmamışdır. İddiaçı hazırki iddianı qaldırarkən hər hansı bir iddia müddətini ötürməmişdir. Birinci instansiya məhkəməsi işə baxarkən iddiaçının ipoteka müqaviləsinə dair tələblərin pozulması ilə bağlı iddiaçının iddiasındakı əsasları, iddiaçının mülahizələri kimi qiymətləndirmiş və iddiaçı hallardan müqavilə bağlandığı an məlumatlı olduğunu və qanununvericiliklə müəyyən edilmiş 1 il iddia müddəti buraxılmaqla iddia qaldırıldığı qənaətinə gəlmişdir. Məhkəmə iddiaçının “ünvan 1 ünvanındakı əmlakın ipoteka yüklülüyünə xitam verilməsi, RX seriyalı ******* saylı yüklülük çıxarışının ləğv edilməsi və həmin əmlakın ipotekadan azad olunması barədə” iddia tələblərinə, bu tələblər aidiyyəti olmayan göstərilən qanunvericilik normalarını tətbiq etmişdir. Əgər ipoteka müqaviləsi etibarsız hesab edilərdisə, nəticədə qeyd olunan tələblər də təmin ediləcəkdi. Lakin ipoteka müqaviləsi etibarsız hesab olub-olmamasından aslı olmayaraq qeyd olunan tələblərlə bağlı məhkəmədə iddia qaldırılması üçün qanunvericilikdə 1 illik iddia müddəti müəyyən edilməmişdir. Mülki Məcəllənin 373-cü maddəsinə ümumi iddia müddəti on il təşkil edir. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Tələblərin ayrı-ayrı növləri üçün bu Məcəllə ilə ümumi müddətə nisbətən qısaldılmış və ya uzadılmış xüsusi iddia müddətləri təyin edilə bilər. Bu Məcəllənin bu fəslində müəyyənləşdirilmiş qaydalar, əgər qanunla ayrı hal müəyyənləşdirilməyibsə, xüsusi iddia müddətlərinə də şamil edilir. Mülki Məcəllənin 384.0.4-cü maddəsinə iddia müddəti mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələbləri, özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə şamil edilmir. Yuxarıda qeyd edilmiş iddia tələblərinə baxarkən məhkəmə hesab edirik ki, aşağıdakı əsaslara görə hər iki kredit müqaviləsi üzrə öhdəliklərin təminatı olan əmlakın ipoteka yüklülüyünə xitam verilməli, RX seriyalı ******* saylı yüklülük çıxarışının ləğv etməli və həmin əmlakın ipotekadan azad etməli idi. Nəzərə alınmalıdır ki, ipoteka ilə təmin edilən öhdəlik yəni kredit müqavilələri üzrə öhdəlik hissəhissə icra olunmalıdır. Belə olan halda qanunvericiliyin müddəsından (İpoteka haqqında qanunun 10.6-cı maddəsindən) da aydın olduğu kimi ipoteka müqaviləsində müvafiq ödənişlərin müddətləri və ya dövriliyi, onların məbləğləri və ya bu məbləğləri müəyyənləşdirməyə imkan verən şərtlər göstərilməlidir. Hazırda mübahisləndirilən ipoteka müqaviləsində ipoteka ilə təmin edilən öhdəliyin icra müddətinin kredit müqaviləri ilə müəyyən edildiyi və 60 ay təşkil etdiyi göstərilmişdir. Lakin kredit müqavilərindən birinin 03.08.2012-ci il tarixli 107-21608/SKMF-01/1 saylı kredit müqaviləsinin müddəti 48 ay olsa da bu ipoteka müqaviləsində göstərilməmişdir. Göründüyü kimi, ipoteka müqaviləsində hər hansı bir kredit müqaviləsi üzrə ödənişlərin məbləğləri, müddətləri, dövriliyi və va ödəniş məbləğlərini müəyyənləşdirməyə imkan verən sərtlər göstərilməmiş, həmçinin 03.08.2012-ci il tarixli 107-21608/SKMF-01/1 saylı kredit müqaviləsi üzrə öhdəliyin icra müddəti də qeyd edilməmişdir. Ona görə də hazırki ipoteka predmeti hər iki kredit müqaviləsi üzrə öhdəliklərin təminatı ola bilməz. Birinci instansiya məhkəməsi hazırkı iş üzrə mübahisəyə “İpoteka haqqında” 10.6-cı maddəsini tətbiq etməməklə həmin maddi normanın tələblərini pozmuşdur. Qeyd edilməlidir ki, Mülki Məcəllənin 269.1 və 269.5-ci maddələrinə müvafiq olaraq, ipoteka əsas öhdəliyin icrasının təminatı üsuludur və bu səbəbdən ipoteka müqaviləsinə hər hansı mülki hüquq müqaviləsi, o cümlədən kredit müqaviləsi ilə birlikdə baxılmalıdır. Sadalanan normaların məzmunundan göründüyü kimi, ipoteka müqaviləsi birmənalı olaraq əsas öhdəliyin təminatı kimi bağlanır və borclunun öhdəliyinə əlavə kimi çıxış edir. Qeyd edilən mövcud qanunvericilik normalarının tələblərini rəhbər tutaraq hesab edirik ki, sözügedən ipoteka müqaviləsi qanunvericiliyin imperativ normalarına uyğun olaraq tərtib edilməmiş və bağlanılmamışdır. İpoteka predmeti olan əmlak isə hər iki kredit müqaviləsi üzrə öhdəliklərin təminatı ola bilməz. Ona görə də ipoteka predmeti olan əmlakın ipoteka yüklülüyünə xitam verilməli, RX seriyalı ******* saylı yüklülük çıxarışının ləğv edilməli və həmin əmlakın ipotekadan azad olunmalıdır. Tərəflərin izahatları: Kollegiya iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etdi. Kollegiya iclasında iştirak edən cavabdehin nümayəndəsi K.Məmmədli apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Kollegiya işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdırıb iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməlidir. Sübutların tədqiqi: Birinci instansiya məhkəməsində icraat zamanı məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, iddiaçı ondan kreditə pul istədi ona bildirdi ki, o, qədər pulu yoxdur verə bilməz. Daha sonra iddiaçı özü gedib “xxxx” MMC-nin müdiri ilə danışıb evini “xxxx” MMC-nin Cavabdeh” ASC-də olan kreditinə ipotekaya qoymuşdur. “xxxx” MMC-nin müdiri ona 40 000 manat və 50 000 manat pul verdiki iddiaçıya kredit verək. “Tac” Kredit İttifaqı ilə iddiaçı arasında kredit müqaviləsi bağlayaraq kredit verildi. İddaçı həmin krediti tam olaraq bağlamışdır. Hüquqi dəyərləndirmə: Kollegiya iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdırıb və tərəflərin izahatlarını dinləyərək belə qənaətə gəlir ki, AR Mülki Məcəlləsinin 385.1, 386.1, 390, 424-cü maddələrinə əsasən, Lənkəran Rayon Məhkəməsinin 2(049)-122/2019 saylı, 17.01.2019-cu il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh ASC-nin cavabdehlər “xxxx” MMC-yə və İddiaçı qarşı“kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddiası qismən təmin edilmiş, cavabdeh “xxxx” MMCdən Cavabdeh ASC-nin xeyrinə 18.07.2011-ci il tarixli 107- 21608/SKMF-01 saylı kredit müqaviləsinin müddəti bitdiyi tarixə cəmi 149.157,99 manat kredir borcunun, 30 manat dövlət rüsumunun və 60 manat məbləğində digər xərclərin, ümumilikdə 149.247,99 manatın və 03.08.2012-ci il tarixli 107-21608/SKMF-01/1 №-li kredit müqaviləsinin müddətinin bitdiyi tarixə cəmi 89.633,08 manat kredir borcunun, 30 manat dövlət rüsumunun və 60 manat məbləğində digər xərclərin, ümumilikdə 89.723,08 manatın tutulması, tələbin 16.12.2014-cü il tarixli, 21608-SKMF-İMN/6 nömrəli ipoteka müqaviləsinə əsasən tam mülkiyyət hüququ üzrə İddiaçı məxsus Bakı şəhəri, ünvan 2 ünvanda yerləşən 116,9 kv.m olan mənzilə yönəldilməsi, hərracda ilkin satış qiymətinin 240.000 manat müəyyənləşdirilərək satılması, satışdan əldə olunan vəsaitin hesabına banka olan borcun ödənilməsi, bankın tələbləri ödənildikdən sonra qalan məbləğin İddiaçı qaytarılması, əldə edilən vəsait borcun tam ödənilməsinə yetərli olmadıqda, qalıq borcun “xxxx” MMC-dən Cavabdeh ASC-nin xeyrinə tutulması, ipoteka predmeti satıldıqdan sonra ən geci 1 ay ərzində həmin mənzilin boşaldılması qət edilmişdir. Hazırda İddiaçı ”Cavabdeh” ASC aralarında Cavabdeh ASC ilə “xxxx” MMC arasında bağlanmış 18.07.2011-ci il tarixli 107- 21608/SKMF-01 saylı və 03.08.2012-ci il tarixli, 107- 21608/SKMF-01/1 saylı kredit müqavilələri üzrə öhdəliklərin təminatı qismində Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, 1956/1989-cu məhəllə, ev 26, 1157 saylı mənzilə dair bağlanmış 16.12.2014-cü il tarixli 21608-SKMF-İMN/6 saylı ipoteka müqaviləsinin əslində onunla “Tac” Kredit İttifaqı arasında olan münasibətlərin təminatı olaraq bağlandığını göstərərək, qeyd olunan ipoteka müqaviləsinin etibarsız hesab edilməsinə, mənzilin ipoteka yüklülüyünə xitam verilməsinə, RX seriyalı, ******* saylı yüklülük çıxarışının ləğv edilməsinə və həmin əmlakın ipotekadan azad olunmasına dair məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini və apellyasiya şikayətini əsaslandırarkən qeyd olunan ipoteka müqavilələrinin onunla “Tac” Kredit İttifaqı arasında deyil, Cavabdeh ASC arasında bağlanmış kredit müqavilələrinin təminatı qismində bağlanması barədə Lənkəran Rayon Məhkəməsinin 2(049)-122/2019 saylı, 17.01.2019-cu il tarixli qətnaməsi icraya yönəldildikdən sonra məlumatının olmasını, həmin qətnamənin onun tərəfindən 21.01.2020-ci il tarixdə rəsmi qaydada qəbzə imza etməklə alındığını göstərmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinin tərəblərinə görə bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 347.1-ci maddəsinə əsasən vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd belə yanılmanın təsiri altında hərəkət etmiş şəxs tərəfindən mübahisələndirilə bilər. Həmin Məcəllənin 347.2-ci maddəsinə əsasən vacib əhəmiyyətli yanılma aşağıdakı hallardır: 347.2.1. şəxs razılıq verdiyi əqdi deyil, başqa əqdi bağlamaq istəmişdir; 347.2.2. şəxs bağlamağı arzuladığı əqdin məzmunu barəsində səhv etmişdir; 347.2.3. tərəflərin vicdanlılıq prinsipini rəhbər tutmaqla əqdin əsası kimi nəzərdən keçirdikləri hallar mövcud deyildir. Mülki Məcəllənin 354.2-ci maddəsinə görə, bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 31 may 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 12 mart 2020-ci il tarixli Qərarında göstərmişdir ki, Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Mülki Məcəllənin 354-cü maddəsi yalnız etibarsız əqdlərin məhkəmədə mübahisələndirilməsi müddətini özündə ehtiva etdiyindən, həmin müddət iddia müddəti kimi qiymətləndirilə bilməz və belə olan halda həmin Məcəllənin 375.2-ci maddəsinin tələbinə müvafiq olaraq iddia müddətinin tətbiqi barədə ərizənin verilib-verilməməsi qanunun həmin normasının hazırkı işə tətbiqi üçün əhəmiyyət kəsb etmir. Bununla yanaşı, Mülki Məcəllənin 354-cü maddəsinin əqdlərin etibarsızlığını müəyyən edən 14-cü fəsildə, iddia müddətinin isə həmin Məcəllənin 18-ci fəslində nəzərdə tutulması Məcəllənin 354-cü maddəsinin xüsusi norma olaraq iddia müddətinin tətbiqi ilə bağlı olmadığına dəlalət edir... iddia müddəti cavabdehin verdiyi ərizə əsasında tətbiq edilir (Mülki Məcəllənin 375.2-ci maddəsi). Kəsici müddət isə məhkəmənin öz təşəbbüsü ilə nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 03 iyun 2013-cü il tarixli Qərarında göstərildiyi kimi, “Mülki dövriyyənin sabitliyinin qorunması tərəflərin əsaslandırılmış tələblərinin məhkəmə qaydasında həll edilməsinin müəyyənləşdirilməsi ilə yanaşı, həmçinin hüquqi tənzimetməyə şəxsin hüququnun pozulduğunu bilməsindən xeyli müddət keçdikdən sonra onun müdafiəsi üçün məhkəməyə müraciət etdikdə, qarşı tərəfə mübahisənin mahiyyəti üzrə baxılmamasını tələb etmək imkanı verən maddi hüquq normalarının daxil edilməsidir. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir.” Göründüyü kimi, iddia müddətinin keçməsi ilə əlaqədar qanunvericiliyin tələbi imperativ xarakter daşıyır. Beləliklə, kollegiya işin faktiki hallarını nəzərə alıb qanunvericiliyin yuxarıda sadalanan normalarının tələblərinə əsaslanaraq hesab edir ki, iddiaçı vacib əhəmiyyətli yanıltmanın təsiri altında bağlandığını iddia etdiyi ipoteka müqaviləsinin etibarsızlığını bu barədə 21.01.2020-ci il tarixdən məlumatı olmasına baxmayaraq, qanunvericiliklə nəzərdə tutulmuş 1 ay müddəti ötürməklə, yalnız 16.12.2020-ci il tarixdə məhkəməyə iddia ərizəsi verməklə mübahisələndirmişdir. Digər tərəfdən, ipoteka müqaviləsinə dair tələblərin pozulması ilə bağlı iddiaçının apellyasiya şikayətinin dəlilinə münasibətdə kollegiya qeyd edir ki, belə olan halda iddiaçının həmin ipoteka müqaviləsinin Cavabdeh ASC ilə bağlanması barədə həmin müqavilənin bağlandığı an məlumatı olmuşdur. Bu halda da, iddiaçı tərəfindən qanunvericiliklə müəyyən edilmiş 1 illik iddia müddəti buraxılmışdır. Qeyd edilən xüsusatlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddia tələbinin rədd edilməsindən ibarət gəldiyi nəticə qanuni və əsaslı olduğundan iddiaçının apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Nəticə: Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1252/2021 saylı, 25.02.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Anar Tanrıverdiyev
Məhkəmə qərarları › İş №2(103)-4713/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4713/2021
21.05.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver