Məhkəmə qərarları › İş №2(103)-4721/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4721/2025

15.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4721/2025 15.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı (maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi və 52 saylı notariat ofisi cəlb olmaqla) cavabdehlər “X10” ASC, Cavabdeh3, Cavabdeh5, Cavabdeh6, Bakı şəhəri Xətai rayon İcra şöbəsi, "xxxx" MMC-yə qarşı ("xxxx" ASC mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) mülki iş üzrə (açar sözlər: vicdanlı alıcı, hərracın etibarsızlığı nəticəsində dəymiş maddi və mənəvi ziyan tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası hakimlər Səlimova Səadət Rəşid qızı (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X1 ibarət tərkibdə, Quluzadə Jalə Vadət qızının katibliyi, İddiaçı nümayəndəsi (vəkili) Vəkil1, Cavabdeh "xxxx" MMC-nin nümayəndəsi (vəkili) Nümayəndə2, Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən "xxxx" ASC-in nümayəndəsi X8 iştirakı ilə, İddiaçı (maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi və 52 saylı notariat ofisi cəlb olunmaqla) cavabdehlər “X10” ASC, Cavabdeh3, Cavabdeh5, Cavabdeh6, Bakı şəhəri Xətai rayon İcra şöbəsi, "xxxx" MMC-yə qarşı ("xxxx" ASC mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “alqı-satqı müqaviləsi üzrə mübahisələr” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(011)-394/2025 nömrəli qətnaməsindən İddiaçı və cavabdeh "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayətləri üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-154/2019-saylı xx.xx.2019-cu il tarixli icra vərəqəsindən görünür ki, ödəniş gününə qüvvədə olan məzənnə ilə 12.193,25 ABŞ dolları məbləğində əsas borc, 708,40 ABŞ dolları məbləğində faiz borcu, 400 ABŞ dolları məbləğində cərimə olmaqla cəmi 13.301,65 ABŞ dolları məbləğində Azərbaycan Respublikası manatı, iddia qaldırılması üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumu və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair ödənilmiş 30 manat məbləğində xidmət haqqının İddiaçı alınaraq "xxxx" KB ASC-yə ödənilməsi, tələbin İddiaçı mülkiyyətində olan ünvan 10 evin, 17 saylı mənzilinə yönəldilməsi, ünvan 10 evin, 17 saylı mənzilinin ilkin satış qiyməti 70.000 manat məbləğində olmaqla açıq hərracdan satılması və həmin əmlakın satılmasından əldə edilən vəsaitdən ödəniş gününə qüvvədə olan məzənnə ilə 13.301,65 ABŞ dolları məbləğində Azərbaycan Respublikası manatı, iddia qaldırılması üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumu və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair ödənilmiş 30 manat məbləğində xidmət haqqı "xxxx" KB ASC-yə ödənilməsi, ünvan 10 evin, 17 saylı mənzilinə tutma yönəldikdən və o satıldıqdan 1 (bir) ay sonra İddiaçı mənzildən çıxarılaraq, mənzilin boşaldılması qət edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(011)-4119/2021 saylı qətnaməsindən görünür ki, cavabdehlər İddiaçı, X2 və yetkinlik yaşına çatmayan ailə üzvləri X5 Bakı şəhəri, Xətai rayonu, M.Rüstəmov küçəsində yerləşən 31 saylı evin 17 saylı mənzilinə olan istifadə hüquqlarına xitam verilməklə, həmin şəxslərin mənzildən çıxarılması, mənzilin boşaldılaraq "xxxx" KB ASC-yə təhvil verilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2023-cü il tarixli 2(103)- 1056/2023 saylı qətnaməsindən görünür ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmuş, Nərimanov Rayon Məhkəməsinin 2(005)-3019/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia tələbi təmin edilərək, "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli hərracın yekunlarına dair protokol və ona əsasən hərracın təşkilatçısı və onu udmuş "xxxx" ASC arasında hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə xx.xx.2021-ci il tarixli müqavilə etibarsız hesab edilmişdir. Həmin qətnamədən görünür ki, "xxxx" ASC xx.xx.2021-ci il ödəniş tapşırığına əsasən 1890,89 manat, xx.xx.2021-ci il tarixli ödəniş tapşırıqlarına əsasən, 18.133,84 manat, 1587,10 manat İddiaçı hesabına ödəmişdir. "xxxx" MMC-nin xx.xx.2020-ci il tarixli, 0/466 nömrəli xx.xx.2020-ci il tarixdə saat 11:00-da hərracın keçirilməsinə dair bildirişin tərəflərə, xüsusən iddiaçıya göndərilməsi barədə məlumat yoxdur. Bundan əlavə, mülki iş materiallarında təkrar hərracın keçirilməsi barədə bildirişin çatdırılmasına dair qəbzdə yazılmış qeyddən məlum olur ki, İddiaçı ünvanda yoxdur, Qəbələdədir (i/v 88). Eyni zamanda, hərrac mərkəzi tərəfindən üç dəfə hərrac təyin edildiyi müəyyən edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(103)-1056/2023 saylı qətnaməsindən müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" KB ASC tərəfindən verilmiş kassasiya şikayəti Ali Məhkəmənin Mülki kollegiyasının xx.xx.2023-cü il tarixli 2(102)-2260/2023 saylı qərarı ilə təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2023-cü il tarixli 2(103)-1056/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1056/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi əsasında verilmiş xx.xx.2023-cü il tarixli icra vərəqəsinə əsasən Bakı şəhəri Nərimanov rayon İcra şöbəsində xx.xx.2023-cü il tarixdə icraata başlanılmış və "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli hərracın yekunlarına dair protokol və ona əsasən hərracın təşkilatçısı ilə onu udmuş "xxxx" ASC arasında hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə xx.xx.2021-ci il tarixli müqavilə etibarsız hesab edildiyindən həmin şöbənin xx.xx.2023-cü il tarixli qərarına əsasən başlanılmış icra icraatına xitam verilmişdir. Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, açıq hərracın nəticələri haqqında xx.xx.2021-ci il tarixli tərtib edilmiş protokol etibarsız hesab edilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2007-ci il tarixli çıxarışdan görünür ki, ünvan 2 ünvanında yerləşən 17 saylı mənzil tam mülkiyyət əsasında İddiaçı məxsusdur. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2021-ci il tarixli çıxarışdan görünür ki, ünvan 2 ünvanında yerləşən 17 saylı mənzil xüsusi mülkiyyət əsasında "xxxx" Kommersiya Bankı ASC-yə məxsusdur. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2022-ci il tarixli çıxarışdan görünür ki, ünvan 2 ünvanında yerləşən 17 saylı mənzil tam mülkiyyət əsasında Cavabdeh3 məxsusdur. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2022-ci il tarixli çıxarışdan görünür ki, ünvan 2 ünvanında yerləşən 17 saylı mənzil tam mülkiyyət əsasında Cavabdeh5 məxsusdur. xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, ünvan 2 ünvanında yerləşən 17 saylı mənzili "xxxx" ASC 84.000 manat müqabilində Cavabdeh3 satmışdır. xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, ünvan 2 ünvanında yerləşən 17 saylı mənzili Cavabdeh3 84.000 manat müqabilində Cavabdeh5 satmışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2022-ci il tarixli çıxarışdan görünür ki, ünvan 2 ünvanında yerləşən 17 saylı mənzil tam mülkiyyət əsasında Cavabdeh6 məxsusdur. ********** saylı mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən 211,05 manat dövlət rüsumu ödənilmişdir. ********** saylı mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən 236,57 manat dövlət rüsumu ödənilmişdir. İddiaçı tərəfindən hüquqi yardıma görə 350 manat pul vəsaiti ödənilmişdir. "xxxx" ASC (borc verən) ilə Cavabdeh6 (borc alan) arasında bağlanmış xx.xx.2022-ci il tarixli DAKM-008 saylı kredit müqaviləsindən görünür ki, "xxxx" ASC tərəfindən Cavabdeh6 120 ay müddətinə 30.000 manat məbləğində ipoteka krediti verilmişdir. Kreditin təyinatı: ünvan 2 ünvanında yerləşən 17 saylı mənzildir. DAKM-008 saylı alqı-satqı və ipoteka müqaviləsindən görünür ki, satıcı Cavabdeh5 DƏDRX-nin xx.xx.2022-ci il tarixli çıxarışa əsasən ona məxsus ünvan 2 ünvanında yerləşən 17 saylı mənzili (ipoteka predmeti) alıcı-ipoteka qoyan Cavabdeh6 mülkiyyətinə verir. İpoteka predmetinin satış qiyməti 106.500 manatdır. "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli qiymətləndirmə hesabatından görünür ki, ünvan 2 ünvanında yerləşən 17 saylı mənzilin xx.xx.2024-cü il tarixinə orta bazar dəyəri 130.500 manat təşkil edir. "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli qiymətləndirmə hesabatından görünür ki, ünvan 3 ünvanında yerləşən 12 saylı mənzilin xx.xx.2024-cü il tarixinə aylıq kirayə dəyəri 550 manat təşkil edir. xx.xx.2021-ci il tarixli Hərracın yekunları barədə 01/02 saylı Protokolundan görünür ki, İddiaçı məxsus ünvan 2 ünvanında yerləşən 17 saylı mənzilin (ipoteka predmeti) ilkin hərrac qiyməti 70.000 manat, təkrar hərracdakı ilkin satış qiyməti 59.500 manat, 25% aşağı olan qiyməti 44.625 manat qiymətlə tələbkar (Unibank ASC) əldə etmişdir. Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə xx.xx.2021-ci il tarixli müqavilədən görünür ki, hərrac təşkilatçısı: "xxxx" MMC-nin direktoru G.N.Mustafayeva (tələbkar) və "xxxx" ASC-nin (alıcı) etibarnamə əsasında nümayəndəsi X11 arasında müqavilə bağlanmış, həmin müqaviləyə əsasən sifarişçi İddiaçı məxsus ünvan 2 ünvanında yerləşən 17 saylı mənzili alıcının tam mülkiyyətinə verməyi, alıcı isə həmin daşınmaz əmlakı qəbul edib onun dəyərini tam ödəməyi öz öhdəsinə götürür. Xətai rayon İcra şöbəsinin tərtib etdiyi xx.xx.2022-ci il tarixli aktın surətindən görünür ki, Xətai Rayon Məhkəməsinin 2(011)-154/2019 saylı xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən xx.xx.2022-ci il tarixdə İddiaçı məxsus ünvan 2 ünvanında yerləşən 17 saylı mənzil boş halda tələbkar "xxxx" ASC-yə təhvil verilmişdir. Həmin aktdan müəyyən olunmuşdur ki, borclu İddiaçı əvvəlcədən xəbərdar olunmasına baxmayaq icra yerinə gəlməmiş, telefon zənglərinə cavab verməmiş, qapının açılmasına dair qərar qəbul edilərək mütəxəssis cəlb edilmiş, onun səyi nəticəsində qapı açılmış, mənzilə baxış zamanı mənzil tam boş vəziyyətdə aşkar edilmiş və tələbkara təhvil verilmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Unibank KB ASC və Cavabdeh3 arasında 52 saylı notariat ofisində bağlanmış xx.xx.2022-ci il tarixli, AN-İ No ******* nömrəli, 40-719 reyestr nömrəli alqı-satqı müqaviləsinin, həmin müqavilənin hüquqi nəticələrinin etibarsız hesab edilməsi, həmin müqavilə əsasında Cavabdeh3 verilmiş çıxarışın ləğv edilməsi və onun ona məxsus mənzildən çıxarlaraq istifadə hüququna xitam verilməsi, habelə mülkiyyət hüququndan qanunsuz olaraq məhrum edildiyi Bakı şəhəri Xətai rayonu, M.Rüstəmov küçəsi 31 saylı evin, 17 saylı mənzilinin mülkiyyətinə geri qaytarılması, mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və qanunsuz əməlləri nəticəsində mənzilindən məhrum edilərək müxtəlif ünvanlarda mənzil kirayə pulu kimi ödədiyi 30.000 manat maddi ziyan və ona mütəmadi olaraq mənəvi və psixi sarsıntı yaşatdığlarına görə 10.000 manat mənəvi ziyanın, vəkil xidmətinə görə ödənilmiş 350 manat, ödənilmiş 211,05 manat dövlət rüsumunun əvəzinin cavabdehlər Bakı şəhəri Xətai rayon İcra şöbəsi, "xxxx" ASC və "xxxx" MMC-dən müştərək qaydada tutularaq xeyrinə ödənilməsi haqqında” qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili xx.xx.2024-cü il tarixdə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdehlər “Unibank KB ASC və Cavabdeh3 arasında 52 saylı notariat ofisində bağlanmış xx.xx.2022-ci il tarixli, AN-İ № ******* nömrəli, 4Ə719 reyestr nömrəli alqı-satqı müqaviləsinin, həmin müqavilənin hüquqi nəticələrinin etibarsız hesab edilməsi, həmin müqavilə əsasında Cavabdeh3 verilmiş çıxarışın ləğv edilməsi və onun iddiaçıya məxsus mənzildən çıxarılaraq istifadə hüququna xitam verilməsi, habelə iddiaçının mülkiyyət hüququndan qanunsuz olaraq məhrum edildiyi Bakı şəhəri Xətai rayonu, M.Rüstəmov küçəsi 31 saylı evin, 17 saylı mənzilinin iddiaçının mülkiyyətinə geri qaytarılması, mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, mənzilin geri qaytarılması mümkün olmadığı halda həmin mənzilin dəyəri 140.000 AZN puldan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 154/2019 saylı, 07 fevral 2019-cu il tarixli qətnaməsinə əsasən İddiaçı tutulmalı olan 13.301,65 ABŞ dolları əsas borc, 30 manat dövlət rüsumu və 30 manat xidmət haqqının, ümumilkdə 22.732,8 manat pul çıxılmaqla 117.267,2 manat və qanunsuz əməlləri nəticəsində mənzildən məhrum edilərək müxtəlif ünvanlarda mənzil kirayə pulu kimi ödənilmiş 30.000 manat maddi ziyan və mütəmadi olaraq yaşadılmış mənəvi və psixi sarsıntıya görə 10.000 manat mənəvi ziyanın, vəkil xidmətinə görə ödənilmiş 350 manat olmaqla, ümumilkdə 157.617 manat pulun və ödənilmiş 447,62 manat dövlət rüsumunun əvəzinin cavabdehlər Bakı şəhəri Xətai rayon İcra şöbəsi, "xxxx" ASC və "xxxx" MMC-dən müştərək qaydada tutularaq İddiaçı xeyrinə ödənilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-154/2019 saylı, 07 fevral 2019-cu il tarixli qətnaməsinə əsasən ondan (iddaçıdan), 13301,65 ABŞ dolları əsas borc 30 manat dövlət rüsumu və 30 manat xidmət haqqının tutulması, habelə tələbin mülkiyyətində olan "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş, Xətai rayonu, M.Rüstəmov küçəsi 31 saylı evin, 17 saylı mənzilinə yönəldilməli olması qət edilmişdir. Qeyd olunan qətnamənin icrası zamanı İcra haqqında qanuna əsasən tələbin könüllü icrası üçün icra məmuru borclu olaraq onu məlumatlandırmalı olsa da, bunu etmədən ona məxsus mənzilin hərrac yolu ilə satışı üçün sifariş verilmişdir. "xxxx" MMC onu keçirilmiş hərrac haqqında məlumatlandırmadan Xətai rayonu, M.Rüstəmov küçəsi, 31 saylı evin, 17 saylı mənzili hərrac satışı baş tutmaması ilə əlaqədar aşağı qiymətə, yəni 44.625 manat dəyərində cavabdeh Unibank KB ASC-ǝ təklif edilmiş və həmin bank mənzilini qanunsuz olaraq ələ keçirmişdir. Buna görə də onun müvafiq iddia tələbinə əsasən "Daşınar və Daşınmaz əmlakların satışı üzrə "xxxx" MMC onu keçirilmiş hərracın protokolu mübahisəndilmiş və Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1056/2023 saylı, xx.xx.2023cü il tarixli qətnaməsinə əsasən təmin edilərək "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2021ci il tarixli hərracın yekunlarına dair protokol, habelə ona əsasən hərracın təşkilatçısı ilə onu udmuş "xxxx" ASC arasında hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə xx.xx.2021-ci il tarixli müqavilə etibarsız hesab edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1056/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi əsasında verilmiş xx.xx.2023-cü il tarixli icra vərəqəsinə əsasən Bakı şəhəri Nərimanov rayon İcra şöbəsində xx.xx.2023-cü il tarixdə icraata başlanılmış və "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli hərracın yekunlarına dair protokol və ona əsasən hərracın təşkilatçısı ilə onu udmuş "xxxx" ASC arasında hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə xx.xx.2021-ci il tarixli müqavilə etibarsız hesab edildiyindən həmin şöbənin xx.xx.2023-cü il tarixli qərarına əsasən başlanılmış icra icraatına xitam verilmişdir. Sonradan ona məlum olmuşdur ki, cavabdeh Unibank KB ASC onun ünvan 4 ünvanında yerləşən 17 saylı mənzilini satmışdır. Belə ki, tərəfindən ünvan 5iat ofisinə müraciət olunaraq mənzilinin alqı-satqısı ilə bağlı notariat işinin təsdiq olunmuş surəti istənilmişdir və həmin sənədlərdən ona məlum olmuşdur ki, xx.xx.2022-ci il tarixdə bağlanmış AN-İN ******* saylı alqı-satqı müqaviləsinə əsasən onun ünvan 4 ünvanında yerləşən 17 saylı mənzilim digər Cavabdeh3 satılmışdır. Hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1056/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi əsasında verilmiş xx.xx.2023-cü il tarixli icra vərəqəsinə əsasən Bakı şəhəri Nərimanov rayon İcra şöbəsində xx.xx.2023-cü il tarixdə icraata başlanılmış və "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli hərracın yekunlarına dair protokol və ona əsasən hərracın təşkilatçısı ilə onu udmuş "xxxx" ASC arasında hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə xx.xx.2021-ci il tarixli müqavilə etibarsız hesab edildiyindən həmin müqavilənin hüquqi nəticəsi olaraq cavabdehlər arasında 52 saylı notariat ofisində bağlanmış xx.xx.2022 il tarixli, AN-İ No ******* nömrəli, 40-719 reyestr nömrəli alqı-satqı müqaviləsinin, həmin müqavilənin hüquqi nəticələrinin etibarsız hesab edilməsi, cavabdehlər "xxxx" ASC və Cavabdeh3 verilmiş çıxarışların ləğv edilməsi, habelə mülkiyyət hüququndan qanunsuz olaraq məhrum edildiyi Bakı şəhəri Xətai rayonu, M.Rüstəmov küçəsi 31 saylı evin, 17 saylı mənzilinin mülkiyyətinə geri qaytarılması, mülkiyyət hüququndan məhrum edildiyi dövrdə ona dəymiş maddi və mənəvi ziyanın cavabdehlərdən alınaraq xeyrinə ödənilməli və mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması haqqında qətnamə qəbul edilməlidir. Belə ki, cavabdehlər Bakı şəhəri Xətai rayon İcra şöbəsinin, "xxxx" ASCnin və "xxxx" MMC-nin qanunsuz əməlləri nəticəsində ünvan 4 ünvanında yerləşən 17 saylı mənzilindən məhrum edildiyi tarixdən hazıradək ötən 3 ildən çox müddətində o, Bakı şəhərində müxtəlif ünavanlarda kirayə mənzillərdə qalmağa və hər ay hər mənzilə 500 manat olmaqla kirayə pulu ödəməyə məcbur olmuşdur. Habelə mənzilindən cavabdehlərin qanunsuz əməlləri nəticəsində məhrum edilməsi nəticəsində mütəmadi olaraq mənəvi və psixi sarsıntı keçirdiyindən ona mənəvi ziyan dəymişdir. Şəxsi hesablamarına əsasən cavabdehlər Bakı şəhəri Xətai rayon İcra şöbəsinin, "xxxx" ASC-nin və "xxxx" MMC-nin qanunsuz əməlləri nəticəsində mənzilindən məhrum edilərək müxtəlif ünvanlarda mənzil kirayə pulu kimi ödədiyinə görə 30.000 manat maddi ziyan və ona mütəmadi olaraq mənəvi və psixi sarsıntı keçirdiyindən 10000 manat mənəvi ziyan dəymişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddiaçının izahatına uyğun izahat verərək əlavə olaraq bildirdi ki, 2021-ci ilin yanvar ayında iddiaçı mənzilə daxil olmaq istəyəndə artıq evdə mühafizə olub və o zaman evdə təmir işləri gedirmiş. Belə ki, mənzil bankın balansında idi. İddiaçı pandemiyada evdən çıxıb gedib. Evə qayıdanda görüb ki, qıfıl açılmır, açar dəyişilib, evə gələndə əşyaları çöldə idi artıq. 2022ci ilin may ayında Nərimanov Rayon Məhkəməsinə müraciət etmişdir. Bank evi balansa götürəndən o məhrum olmuşdur evdən. Bank 44 minə qəbul edib, iddiaçı evə gedə bilməyib. Evə gedəndə təmir olmasını görüb. Evdə müəyyən əşyaları var idi. Materiallar, kafellər və s., evi icra boşaldıb. Məlumat verilməyib ona. İcra məmuru bankla məsələni həll edib. Təhvil-təslim, protokollaşdırma və s. İddiaçının pul tələbi yalnız İcra, Unibank və Hərrac Mərkəzindəndir. İcra məmuru tələbin könüllü icra edilməsi ilə bağlı bildirişi iddiaçıya verməyib. Əgər bu barədə bildiriş verilsə idi, iddiaçı 13 min dollardan çox pulu ödəyəcəkdi, əlavə 7 faizi də ödəməyəcəkdi. Birbaşa icra məmuru məcburi icra hərəkətlərinə keçib. Apellyasiya məhkəməsində icra işinə baxış keçirilərkən də bu göründü. İndiki mərhələdə iş icradadır. Əmlak üçüncü şəxslərdədir deyə, icra dayandırılıb. Digər cavabdehin vəkili də məlumat verib ki, əmlak ABB-da girovdadır. Hərracın etibarsızlığı ilə bağlı müraciət edərkən birinci instansiya məhkəməsi əmlak üzərinə həbs qoyulması ilə bağlı məsələyə baxmayıb. İndi əmlak üzərində həbs var. Bankın mübahisədən xəbəri olsa da əmlakı özgəninkiləşdirib. Bank 10 min dollara görə 150 minlik evi mənimsəyib. İddiaçının ödədiyi pulu da ona verməyiblər. O banka 58 min dollar pul ödəmişdir. İddiaçı bu zamana qədər məhkəmələrdə olmamış, çıxarılan qərarlardan da xəbəri olmayıb. İlk dəfə apellyasiyada dinlənildi. Hərracla bağlı da 7 aya məhkəmə yekunlaşdı, onda da ev 4 adama satıldı. Bank iddiaçının hüququnu tapdalayıb. Ev hərracdan sonra satılmağa davam edib. O, ev ziddiyyətli evdir. İddiaçı məhkəməyə müraciət edəndə İTT ilə bağlı ərizə ilə müraciət etmişdir, lakin məhkəmə bu ərizəyə münasibət göstərməyib. Onlar iddia qaldıranda bank artıq Ədalətə satmışdı evi. 1 il 4 ay keçmişdi. İddiaçı evə gələndə açar dəyişmişdi. Evdən onlara mühafizə cavab vermişdir. İddiaçı banka dəfələrlə müraciət etmişdir. Ona konkret cavab vermirdi bank. Bankda ilk dəfə ona demişdilər ki, ev satılmayıb. İddiaçı mütəmadi olaraq 2 ay müddətində banka gedib-gəlmişdir, bank da o ərəfədə evi satıb. O zaman evə həbs qoyulsa idi, ən azından bu qədər mülkiyyətçi dəyişməzdi. İddiaçının bu səbəbdən hüquqları tapdalanıb. İddiaçı hərracda iştirak etməmişdir. Evini mənimsəyən bank və ya hərrac onun pulunu verməli idi. Pandemiya səbəbindən məhkəmədə olmamışdır. İlk qətnamədən də xəbəri olmayıb. Məhkəmə bütün hərracı etibarsız edib, bu səbəblə də ev ilk vəziyyətə qayıtmalıdır. Apellyasiya məhkəməsi zamanı da bilinirdi ki, ev Ədalətin adındadı. Apellyasiya məhkəməsi Ədalətin hüququna qiymət vermədi. Ədalətdən ev alınsa, o pulunu bankdan tələb edə bilər. Hal-hazırda iş icra mərhələsindədir. Bank da ərizə yazdı ki, xahiş edir icraata xitam verilsin. Mənzil yenidən hərraca çıxmalıdır. Çıxarışlar ləğv edilməlidir. Bu səbəbdən demişlər ki, bu mümkün deyilsə, Bank, Hərrac Mərkəzi və İcra şöbəsindən pul alınaraq iddiaçıya verilsin. Məhkəmə iclasında iştirak edən cavabdeh Unibank ASC-nin nümayəndəsi Nümayəndə1 izahat verərək bildirmişdir ki, Unibank ASC iddiaçı tərəfə hər hansı mənəvi ziyan vurmamışdır. Mübahisəli əmlak hərrac vasitəsi ilə alınıb və ondan bir il yarım sonra satılıb. O zaman da hərrac qüvvədə idi. Bu səbəbdən hesab edirlər ki, Unibank ASC-nin hər hansı cavabdehliyi yoxdur. Hərracın ləğv olunması səbəbi də müddətlərlə bağlı idi. Unibank ASC mənzili xx.xx.2021-ci ildə almış, xx.xx.2022-ci ildə satmışdır. Belə ki əmlak satılan zaman hər hansı mübahisə yox idi. Əmlak qanuni qüvvəsini almış məhkəmə qətnaməsi əsasında və həmin qətnamə ilə müəyyən olunmuş ilkin satış qiyməti ilə hərraca çıxarılmış və hərrac yolu ilə xx.xx.2021-ci il tarixində bankın mülkiyyətinə keçmişdir. xx.xx.2022-ci il tarixində sözügedən əmlak boşaldılaraq buna dair akt tərtib olunmuşdur. Aktdan da gördünyü kimi borclu əvvəlcədən xəbərdar edilmiş, lakin icra yerinə gəlməmişdir. Əmlak tam boş vəziyyətdə olmuş və banka təhvil verilmişdir. Göründüyü kimi əmlak bankın mülkiyyətinə keçdikdən sonra 1 ildən də artıq vaxt keçmiş, daha sonra xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsi əsasında əmlak tam qanuni əsaslarla başqa şəxsə özgəninkiləşdirilmişdir. Eyni zamanda iddiaçının hərracın etibarsızlığı tələbinə dair iddia ərizəsi Nərimanov Rayon Məhkəməsinin icraatına xx.xx.2022-ci il tarixində qəbul edilmişdir. Bu səbəblərdən iddia tələbini tam əsassız hesab edir və rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Cavabdeh3 nümayəndəsi və vəkili Vəkil2 məhkəməyə elektron qaydada ərizə ilə müraciət edərək bildirmişdir ki, mübahisə predmeti olan mənzil Unibank ASC-nin mülkiyyətində olmuş və Cavabdeh3 həmin mənzilin dəyərini tam ödəməklə alğı-satqı edərək mülkiyyət hüququ əldə etmişdir. Bir müddətdən sonra sözügedən mənzil ünvan 6 ünvanında qeydiyyatda olan Cavabdeh5 satılımış və Cavabdeh5 isə xx.xx.2021-ci il tarixdə həmin mənzili Cavabdeh6 satmışdır. Cavabdeh6 alğı-satqını həyata keçirən zaman mənzili ipotekaya yüklu edərək alğı-satqını həyata keçirmişdir. İpoteka Azərbaycan Beynəlxalq Bankı tərəfindən həyata keçirilmiş və hazırda yaşayış evi Azərbaycan Beynəlxalq Bankı tərəfindən girovdadır. Əlavə olaraq qeyd etmək istəyir ki, Cavabdeh3 qüvvədə olan qanunvericiliyin tələbinə uyğun olaraq alqı-satqı edərək mənzili Unibank ASC-dən almışdır. Lakin Unibank ASC ilə İddiaçı Ağsəf qızı arasında olan hər-hansı bir mübahisə Cavabdeh3 və digər alıcılara hər-hansı bir təsir göstərmir. Belə ki, onlar vicdanlı alıcıdılar və vicdanlı alıcı olaraq hüquqları qanunla qorunur. İddiaçı Ağsəf qızı hesab edir ki, Unibank ASC hərrac zamanı onun keçmiş mənzilini bazar qiymətinən aşağı qiymətə alıbsa yerdə qalan məbləğin pul qismində Unibank ASC-dən tələb etmək hüququ vardır. Cavabdeh3 arasında 52 saylı notariat ofisində bağlanmış xx.xx.2022-ci il tarixli, AN-İ № ******* nömrəli, 4Ə719 reyestr nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və eyni zamanda ondan sonra olan alqı-satqıların etibarsız hesab edilməsi qanunsuz və əsassızdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Lakin iddiaçı qeyd etdiyi kimi mübahisəli mənzili 2021-ci ildən boşaldılmış və 2022-ci ildə isə Cavabdeh3 satılmışdır. 2024-cü ilin sonlarında alqı-satqı müqaviləsinin etibarsızlığı ilə məhkəməyə müraciət etmişdir və bununla da iddiaçı AR MM-nin 354-cü maddəsində qeyd olunduğu kimi 1 ilik müddəti ötürmüşdür. Qeyd olunanları nəzərə alaraq İddiaçı alqı-satqı müqavilələrinin etibarsız sayılması barədə iddia tələbinə iddia müddəti tətbiq edilərək iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş edir. Maraqlı şəxs 52 saylı notariat ofisinin notariusu Elçin Zeynalov məhkəməyə ərizə ilə müraciət edərək bildirmişdir ki, "xxxx" KB ASC və Cavabdeh3 xx.xx.2022-ci il tarixdə ünvan 5iat ofisinə müraciət edərək ünvan 10 evin, 17 saylı mənzilə dair alqı-satqı müqaviləsi bağlamaq istədiklərini bildirmişlər. Tərəflərindən “Notariat haqqında” AR Qanununun 8,9 və 46-cı maddələrinin və AR-da “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında təlimat”ın tələbləri rəhbər tutularaq həmin mənzil üzərində məhdudiyyət və yüklülüyün olub-olmaması, hüqiqi şəxsin hüquq qabiliyyəti və onun nümayəndəsinin səlahiyyəti, tərəflərin şəxsiyyəti, fəaliyyət qabiliyyəti yoxlanılmış və əqdin bağlanması nəticəsində yaranan hüquq və vəzifələr barədə məlumat verildikdən sonra iradələrinə uyğun əqdin layihəsi hazırlanmışdır. Əqd ucadan oxunmaqla mənası, əhəmiyyəti, tərəflərin hüquq və vəzifələri onlara izah olunmuş, tərəflərə əqdin bağlanması nəticələri barədə xəbərdarlıq edilmişdir. Tərəflər müqavilədə göstərilənlərlə razı olmalarını öz imzaları ilə təsdiq etmişlər. Həmçinin AR MM-nin 178.1, 568, 646-647-ci maddələrinin məzmunu tərəflərə izah edilərək müqavilə təsdiq edilmiş və xx.xx.2022-ci il tarixli, 4Ə-719 nömrəli reyestrlə qeydə alınmışdır. Qeyd olunanları nəzərə alaraq iddia ərizəsinə etiraz edərək hesab edir ki, müqavilənin etibarsız hesab edilməsi üçün hüquqi əsas yoxdur və iddia tələbinin təmin edilməməsi xahiş olunur. Üçüncü şəxs Azərbaycan Beynəlxalq Bankı ASC ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, iddiaçı tərəfindən verilmiş iddia ərizəsi tamamilə əsassızdır. Belə ki, iş materiallarında olan, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli (xx.xx.2019-cu il tarixində verilmiş), 2(011)-154/2019 nömrəli icra vərəqəsinə əsasən, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(011)-154/2019 nömrəli Qətnaməsi ilə iddia qismən təmin edilmiş, ödəniş gününə qüvvədə olan məzənnə ilə 12.193,25 (on iki min yüz doxsan üç dollar 25 sent) ABŞ dolları məbləğində əsas borc, 708,40 (yeddi yüz səkkiz dollar 40 sent) ABŞ dolları məbləğində faiz borcu, 400 (dörd yüz) ABŞ dolları məbləğində cərimə olmaqla cəmi 13.301,65 (on üç min üç yüz bir dollar 65 sent) ABŞ dolları məbləğində Azərbaycan Respublikası manatı, iddia qaldırılması üçün ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair ödənilmiş 30 (otuz) manat məbləğində xidmət haqqının İddiaçı alınaraq "xxxx" KB ASC-yə ödənilməsi, tələbin İddiaçı mülkiyyətində olan ünvan 10 evin, 17 saylı mənzilinə yönəldilməsi, ünvan 10 evin, 17 saylı mənzilinin ilkin satış qiymətinin 70.000 (yetmiş min) manat məbləğində olmaqla açıq hərracdan satılması və həmin əmlakın satılmasından əldə edilən vəsaitdən ödəniş gününə qüvvədə olan məzənnə ilə 13.301,65 (on üç min üç yüz bir dollar 65 sent) ABŞ dolları məbləğində Azərbaycan Respublikası manatı, iddia qaldırılması üçün ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair ödənilmiş 30 (otuz) manat məbləğində xidmət haqqının "xxxx" KB ASC-yə ödənilməsi, ünvan 10 evin, 17 saylı mənzilinə tutma yönəldikdən və o satıldıqdan 1 (bir) ay sonra İddiaçı mənzildən çıxarılaraq, mənzilin boşaldılması qət edilmiş, bu Qətnamə xx.xx.2019-cu il tarixində qüvvəyə minmişdir. ünvan 7 ünvanında yerləşən mənzil üzərində, X10 ASC-nin xüsusi mülkiyyət hüququ, ********** nömrəsi ilə xx.xx.2021-ci il tarixində reyestrdə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının qanuni qüvvəyə minmiş xx.xx.2023-cü il tarixli, 2(102)- 2260/2023 nömrəli qərarının, kassasiya şikayətinin dəlilləri bölməsinin 18-ci bəndində qeyd edilmişdir ki, xx.xx.2021-ci il tarixli 2(011)-4119 saylı Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qətnaməsi ilə İddiaçı və qeyrilərinin həmin mənzilə olan istifadə hüqularına xitam verilməklə, mənzilin boşaldılaraq "xxxx" Kommersiya Bankı ASC-yə təhvil verilmişdir. xx.xx.2022-ci il tarixli aktda qeyd edilmişdir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli (xx.xx.2019-cu il tarixində verilmiş), 2(011)-154/2019 nömrəli icra vərəqəsinin icrası ilə əlaqədar Xətai rayonu, M.Rüstəmov küçəsi, ev 31, mənzil 17 ünvanında yerləşən mənzilin qapısı mütəxəssin səyi nəticəsində açılmış, mənzilə baxış zamanı mənzilin tam boş və yeni təmirdən çıxmış vəziyyət olması aşkar olunmuş, mənzildə hər-hansı dəyərli əşya, qızıl-zinət və pul aşkar edilməmiş, mənzil tam boş halda tələbkar "xxxx" Kommersiya Bankı ASC-nin nümayəndəsinə təhvil verilmiş, icra zamanı hər-hansı qanun pozuntusu baş verməmişdir. "xxxx" Kommersiya Bankı ASC mülkiyyətində olan ünvan 8 ünvanında yerləşən ümumi sahəsi 47.61 kv/m olan mənzili alıcı Cavabdeh3 satmışdır. Bu müqavilə ünvan 5iat ofisinin xüsusi notariusu tərəfindən təsdiqlənmiş, reyestrdə 4Ə-719 nömrə ilə qeydə alınmışdır. ünvan 7 ünvanında yerləşən mənzil üzərində, Cavabdeh3 xüsusi mülkiyyət hüququ, ********** nömrəsi ilə xx.xx.2022-ci il tarixində reyestrdə qeydiyyata alınmışdır. xx.xx.2022-ci il tarixli Daşınmaz Əmlakın alqısatqı müqaviləsinə əsasən, satıcı Cavabdeh3 mülkiyyətində olan ünvan 8 ünvanında yerləşən mənzili alıcı Cavabdeh5 satmışdır. Bu müqavilə Bakı şəhəri 18 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiqlənmiş, reyestrdə 4Ə-531 nömrə ilə qeydə alınmışdır. ünvan 7 ünvanında yerləşən mənzil üzərində, Cavabdeh5 xüsusi mülkiyyət hüququ, ********** nömrəsi ilə xx.xx.2022-ci il tarixində reyestrdə qeydiyyata alınmışdır. "xxxx" ASC və Cavabdeh6 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, DAKM008 nömrəli kredit müqaviləsinə əsasən, borc verən "xxxx" ASC və borc alan Cavabdeh6 120 (yüz iyirmi) ay müddətində (xx.xx.2032-ci il tarixədək) 30.000.00 (otuz min.00) manat məbləğində, kreditdən istifadəyə görə illik 8 (səkkiz) % ödəmək şərtilə ipoteka kredit verməyi, borc alan isə müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada krediti qaytarmağı və ona hesablanmış faizləri borc verənə ödəməyi, habelə kreditdən 1.2-ci bənddə göstərilmiş təyinatı üzrə istifadə etməyi öhdəsinə götürmüş, kreditin təyinatı ünvan 7 ünvanında yerləşən mənzil olmuşdur. "xxxx" ASC (ipoteka saxlayan), Cavabdeh5 (satıcı) və Cavabdeh6 (alıcı, ipoteka qoyan) arasında bağlanmış, xx.xx.2022-ci il tarixli, DAKM- 008 nömrəli alqı-satqı və ipoteka müqaviləsinə əsasən, satıcı, mülkiyyət hüquqları Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsi tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2022-ci il tarixli, çıxarışa əsasən ona məxsus ünvan 7 ünvanında yerləşən 52.62 kv.m ümumi, 28.82 kv.m. yaşayış sahəsindən ibarət 2 otaqlı mənzili alıcı-ipoteka qoyanın mülkiyyətinə vermiş, alıcı-ipoteka qoyan ipoteka predmetini bu müqavilə üzrə yaranmış hüquqa əsasən, kredit müqaviləsi (borc verən-ipoteka saxıayan ilə alıcı-ipoteka qoyan arasında Bakı şəhərində bağlanmış “18” oktyabr 2022-ci il tarixli, DAKM0085 nömrəli kredit müqaviləsi) üzrə ödhdəliyin icrasının təmin edilməsi üçün ipoteka predmeti qismində borc verən-ipoteka saxlayanın ipoteka hüququ ilə yüklü etmişdir. Daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən, ünvan 7 ünvanında yerləşən mənzil üzərində, Cavabdeh6 xüsusi mülkiyyət hüququ, ********** nömrəsi ilə xx.xx.2022-ci il tarixində reyestrdə qeydiyyata alınmışdır. "xxxx" Kommersiya Bankı ASC tərəfindən müvafiq mənzil məhkəmə qərarı əsasında qanuni şəkildə əldə edilmişdir, Cavabdeh3 reyestrdə olan qeydə əsaslanaraq (vicdanlı alıcı olaraq) müvafiq mənzili "xxxx" Kommersiya Bankı ASC-dən qanuni şəkildə alqı-satqı müqaviləsi əsasında almışdır, Cavabdeh5 reyestrdə olan qeydə əsaslanaraq (vicdanlı alıcı olaraq) müvafiq mənzili Cavabdeh3 qanuni şəkildə alqı-satqı müqaviləsi əsasında almışdır, Cavabdeh5 müvafiq mənzilə olan mülkiyyət hüquqları qanuni şəkildə reyestrdə qeydiyyata alınmışdır, "xxxx" ASC və Cavabdeh6 arasında qanuni şəkildə kredit müqaviləsi bağlanmışdır, "xxxx" ASC reyestrdə olan qeydə əsaslanaraq (vicdanlı ipoteka saxlayan olaraq) müvafiq mənzili kredit öhdəliyinin təminatı olaraq ipoteka götürməyə dair iradəsini ifadə etmiş, o cümlədən Cavabdeh6 reyestrdə qeydə əsaslanaraq (vicdanlı alıcı olaraq) müvafiq mənzili almağa iradəsini ifadə etmiş və nəticədə "xxxx" ASC (ipoteka saxlayan), Cavabdeh5 (satıcı) və Cavabdeh6 arasında qanuni şəkildə alqı-satqı və ipoteka müqaviləsi bağlanmışdır. Beləliklə, bu nəticəyə gəmək olar ki, müvafiq işdə "xxxx" ASC-nin, "xxxx" Kommersiya Bankı ASC-nin, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh6 vicdanlı əldə edənlər olaraq (istər ipoteka saxlayan, istərsə də alıcı olaraq) müvafiq hüquqları həm qanundan, həm də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun və Azərbaycan Respubliaksı Ali Məhkəməsinin Mülki kollegiyasının hüquqi mövqelərindən irəli gələrək xüsusi qorunma altına alınmışdır. İddiaçının müvafiq iddiasının təmin edilməsi bu qorunma altına alınmış hüquqların və mülki dövriyyənin sabitliyinin pozulması ilə müşayiət edilə bilər, iddianın təmin edilməsi üçün heç bir qanuni əsas yoxdur. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(011)-394/2025 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək "xxxx" MMC-dən vurulmuş maddi ziyanın əvəzi kimi 25.375 manat, mənəvi ziyanın əvəzi kimi 5.000 manat, hüquqi yardıma görə 350 manat, ödənilmiş dövlət rüsumunun əvəzi qismində 181,18 manat olmaqla, ümumilikdə 30.906 (otuz min doqquz yüz altı) manat 18 (on səkkiz) qəpik tutularaq İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi, ödənilmiş dövlət rüsumunun qalan hissədə iddiaçının özünə aid edilməsi qət edilmişdir. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" ASC və Cavabdeh3 arasında bağlanmış alqı-satqı müqaviləsinin, həmin müqavilənin hüquqi nəticələrinin etibarsız hesab edilməsi, Bakı şəhəri Xətai rayonu, M.Rüstəmov küçəsi 31 saylı evin, 17 saylı mənzilinin onun mülkiyyətinə geri qaytarılmasını, bu mümkün olmadıqda mənzilin satışından qalan 117.267,2 manat, mənzil kirayə pulu kimi ödənilmiş 30.000 manat maddi ziyan, mütəmadi olaraq yaşadılmış mənəvi və psixi sarsıntıya görə 10.000 manat mənəvi ziyanın v ə məhkəmə xərclərinin cavabdehlər Bakı şəhəri Xətai rayon İcra şöbəsi, "xxxx" ASC və "xxxx" MMC-dən müştərək qaydada tutularaq ona ödənilməsini tələb edir. Məhkəmə, iddia tələbinin “mənzilə dair alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və mənzilin iddiaçının mülkiyyətinə geri qaytarılması” hissəsinə münasibətdə qeyd etmişdir ki, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir, müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (Konstitusiya Məhkəməsi Plenumunun Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli Qərarı). Hazırki iş üzrə "xxxx" ASC ilə Cavabdeh3 arasında (eləcə də, sonrakı alqı-satqı müqavilələrinin tərəfləri arasında) alqı-satqı müqaviləsi bağlanarkən alıcılar (Cavabdeh3, Cavabdeh5, Cavabdeh6) mənzillə bağlı mübahisədən məlumatlı olmamış, onların vicdanlı alıcı olmasını istisna edən hallara dair sübutlar (əmlaka dair başqa şəxslərin hüquqlarından xəbərinin olması, əqdin legitimsizliyi barədə şübhəsinin olması və s.) iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmiş, həmçinin də belə hallar məhkəmə tərəfindən də müəyyən olunmamışdır. Əksinə, mübahisəli mənzilin bank tərəfindən əldə edilməsindən 1 il 4 ay sonra xx.xx.2022-ci il tarixdə Cavabdeh3 satılması, iddiaçının bundan sonra xx.xx.2022-ci il tarixdə hərracın etibarsızlığı barədə məhkəməyə müraciət etməsi, Cavabdeh3 mənzilə dair mübahisədən xəbərsiz olması barədə nəticəyə gəlməyə əsas verir. Məhkəmə, Cavabdeh3 mənzilə dair mübahisədən xəbərsiz olmasını və mənzili ilkin satış qiymətindən daha yuxarı məbləğdə almasını, onun hüquq münasibətlərində vicdanlı olmasına əsas verən halları kimi nəzərə alır. Belə olan halda, reyestrin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası nəzərə alınmaqla alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və onlara verilmiş çıxarışların ləğv edilərək mənzilin iddiaçıya qaytarılması vicdanlı alıcı kimi Cavabdeh3 və digər cavabdehlərin mənzilə dair qanuni əsaslarla yaranmış mülkiyyət hüququnu əhəmiyyətsiz etməklə, öz növbəsində onun Konstitusiyanın 29 və 60-cı maddələrində təsbit olunmuş hüquqlarının pozulmasına gətirib çıxara bilər. Qeyd edilənlər isə iddia tələbinin bu hissədə əsaslı olmaması barədə qənaətə gəlmək üçün yetərlidir. Məhkəmə, iddia tələbinin “mənzilin geri qaytarılması mümkün olmadığı halda həmin mənzilin dəyəri 140.000 AZN puldan İddiaçı tutulmalı olan ümumilkdə 22.732,8 manat pul çıxılmaqla 117.267,2 manatın cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi” hissəsinə münasibətdə qeyd etmişdir ki, iddia tələbi bu hissədə qismən təmin edilməlidir. Məhkəmə, dəymiş zərərin məbləğini müəyyən edərkən, mənzilin ilkin satış qiyməti ilə son satış qiymət arasındakı fərqi əsas götürür. Bu, onunla izah olunur ki, mənzilin ilkin satış qiymətinin 70.000 manat olması məhkəmə qətnaməsi ilə müəyyən edilmiş və ilkin hərrac məhz həmin qiymətlə keçirilmiş, mənzilin bundan aşağı qiymətə, yəni 44.625 manata satılması mülkiyyətçinin hüquqlarının pozulmasına səbəb olmuşdur. Belə olan halda “Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi“ MMC-nin qanunazidd əməli nəticəsində iddiaçının pozulmuş hüquqlarının bərpası məqsədilə müəyyən edilən kompensasiya məbləği, mənzilin ilkin satış qiyməti ilə mənzilin satıldığı qiyməti arasındakı fərq (70.000-44.625) həddindədir ki, bu da 25.375 manat təşkil edir. Məhkəmə “cavabdehlərin qanunsuz əməlləri nəticəsində mənzildən məhrum edilərək müxtəlif ünvanlarda mənzil kirayə pulu kimi ödənilmiş 30.000 manat maddi ziyanın cavabdehlərdən tutularaq ona ödənilməsi” hissəsinə münasibətdə qeyd edir ki, mübahisəli mənzilin satılması və iddiaçının həmin mənzildən çıxarılaraq mənzilin boşaldılması qanuni qüvvəyə minmiş Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(009)-2797/2011 saylı xx.xx.2011-ci il tarixli qətnaməsi ilə nəzərdə tutulduğundan, iddiaçının həmin qətnamənin icrası məqsədilə mənzildən çıxarılması qanuni olmuşdur. Həmçinin hərracın və onun nəticələrinin etibarsız hesab edilməsi evin əvvəlki sahibinə qaytarılmasını ehtiva etmir, hərracda potensial alıcı dairəsinin məhdudlaşdırılması nəticəsində əmlakın satış qiymətinə göstərilmiş əhəmiyyətli təsirin aradan qaldırılmasına yönəlmişdir. Belə olan halda iddia tələbi həmin hissədə də əsaslı deyil və təmin edilə bilməz. Məhkəmə, iddia tələbinin “mənəvi zərər məbləği” hissəsinə münasibətdə qeyd etmişdir ki, cavabdeh "xxxx" MMC öz öhdəliklərini icra etməyərək hüquqa zidd hərəkətlərə yol verməsi nəticəsində iddiaçıya vurulmuş ziyanın aradan qaldırılması, iddiaçının bu müddət ərzində müxtəlif məhkəmə proseslərində iştirak etməyə məcbur olmasına və iddiaçının öz hüquqlarının bərpası məqsədilə çəkmiş olduğu xərclərin yaranmasına, o cümlədən, mənəvi sarsıntıya və şüura təsir göstərən mənfi reaksiyaya səbəb olan hallara gətirib çıxarmışdır. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçıya dəymiş mənəvi zərərin əvəzi qismində pozuntunun adekvat və effektiv şəkildə aradan qaldırılması məqsədi ilə kompensasiya müəyyən edilməli və həmin məbləğ iddiaçıya dəymiş mənəvi zərərin əvəzi 5000 manat həddində qiymətləndirilməlidir. Məhkəmə, iddia tələbinin “hüquqi yardıma görə ödənilmiş 350 manat pulun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi” hissəsinə münasibətdə qeyd etmişdir ki, hüquqi xidmətlərin göstərilməsinə görə ödənilmiş pulun əvəzi ağlabatan həddə müəyyən olunmalı, bu zaman iddia tələbinin qiyməti nəzərə alınmaldır. Belə olan halda məhkəmə, hüquqi xidmətlərin göstərilməsinə görə ödənilmiş 350 manat pul məbləğini, hazırki iddia tələbinə mütənasib hesab etməklə ağlabatan hədd kimi qiymətləndirir və həmin hissədə iddia tələbinin təmin olunmasını mümkün sayır. Məhkəmə, iddiaçıya vurulmuş zərərin hansı cavabdehdən tutulmasına münasibətdə qeyd etmişdir ki, hərracın təşkil edilməsi "xxxx" MMC-nin səlahiyyətlərinə aid olduğundan və digər cavabdehlərin hərracın keçirilməsi üzrə hər hansı öhdəliyi müəyyən edilmədiyindən iddiaçıya vurulmuş zərərə görə məsuliyyəti də məhz hərrac təşkilatı daşıyır. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi digər cavabdehlərə münasibətdə təmin edilə bilməz. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab etmişdir ki, iddia tələbi qismən təmin edilməli, "xxxx" MMC-dən maddi ziyana görə 25.375 manat, mənəvi ziyanın əvəzi kimi 5.000 manat, hüquqi yardıma görə 350 manat, dövlət rüsumuna görə 181,18 manat tutularaq İddiaçı ödənilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2, 14.1, 21.1, 21.2, 414.1, 416.1, 1096.1, 1096.2, 1097.1-ci maddələrinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 82.4, 106.1, 107, 115, 119.1, 121.1, 217.4-cü maddələrinə, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 2002-ci il 31 may tarixli Qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına” dair 28 noyabr 2018-ci il Qərarına, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarına, “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsininin Plenumunun xx.xx.2005-ci il tarixli Qərarına istinadla əsaslandırmışdır. Apellyasiya şikayətlərinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətlərinin dəlilləri Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(011)-394/2025 nömrəli qətnaməsindən İddiaçı və cavabdeh "xxxx" MMC tərəfindən apellyasiya şikayətləri verilərək qətnamənin ləğv edilməsi və yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, cavadehlər Bakı şəhəri Xətai rayon İcra şöbəsi, "xxxx" ASC, "xxxx" MMC və Cavabdeh3 qarşı "Daşınmaz əmlakın alqı-satqı müqaviləsinin, onun hüquqi nəticələrinin etibarsız hesab edilməsi, həmin daşınmaz əşyanın cavadehin qeyri-qanuni sahibliyindən geri alınması, maddi və mənəvi ziyan tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək cavabdehlər “Unibank KB ASC və Cavabdeh3 arasında 52 saylı notariat ofisində bağlanmış xx.xx.2022-ci il tarixli, AN-İ № ******* nömrəli, 4Ə-719 reyestr nömrəli alqı-satqı müqaviləsinin, həmin müqavilənin hüquqi nəticələrinin etibarsız hesab edilməsi, həmin müqavilə əsasında Cavabdeh3 verilmiş çıxarışın ləğv edilməsi və onun ona məxsus mənzildən çıxarlaraq istifadə hüququna xitam verilməsi, habelə mülkiyyət hüququndan qanunsuz olaraq məhrum edildiyi Bakı şəhəri Xətai rayonu, M.Rüstəmov küçəsi 31 saylıevin,17 saylı mənzilinin mülkiyyətinə geri qaytarılması, mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və qanunsuz əməlləri nəticəsində mənzilindən məhrum edilərək müxtəlif ünvanlarda mənzil kirayə pulu kimi ödədiyi 30.000 manat maddi ziyan və ona mütəmadi olaraq mənəvi və psixi sarsıntı yaşatdıqlarına görə 10.000 manat mənəvi ziyanın, vəkil xidmətinə görə ödənilmiş 350 azn, ödənilmiş 211,05 manat dövlət rüsumunun əvəzinin cavabdehlər Bakı şəhəri Xətai rayon İcra şöbəsi, "xxxx" ASC və "xxxx" MMC-dən müştərək qaydada tutularaq xeyrinə ödənilməsi haqqında qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Bundan sonra iddia tələbində dəqiqləşmə edilərək notariat ofisində bağlanmış xx.xx.2022-ci il tarixli, AN-İ № ******* nömrəli, 4Ə719 reyestr nömrəli alqı-satqı müqaviləsinin, həmin müqavilənin hüquqi nəticələrinin etibarsız hesab edilməsi, həmin müqavilə əsasında Cavabdeh3 verilmiş çıxarışın ləğv edilməsi və onun iddiaçıya məxsus mənzildən çıxarılaraq istifadə hüququna xitam verilməsi, habelə iddiaçının mülkiyyət hüququndan qanunsuz olaraq məhrum edildiyi Bakı şəhəri Xətai rayonu, M.Rüstəmov küçəsi 31 saylıevin, 17 saylı mənzilinin iddiaçının mülkiyyətinə geri qaytarılması, mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, mənzilin geri qaytarılması mümkün olmadığı halda həmin mənzilin dəyəri 140.000 AZN puldan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-154/2019 saylı, 07 fevral 2019-cu il tarixli qətnaməsinə əsasən İddiaçı tutulmalı olan 13.301,65 ABŞ dolları əsas borc, 30 manat dövlət rüsumu və 30 manat xidmət haqqının, ümumilkdə 22.732,8 manat pul çıxılmaqla 117.267,2 manat və qanunsuz əməlləri nəticəsində mənzildən məhrum edilərək müxtəlif ünvanlarda mənzil kirayə pulu kimi ödənilmiş 30.000 manat maddi ziyan və mütəmadi olaraq yaşadılmış mənəvi və psixi sarsıntıya görə 10.000 manat mənəvi ziyanın, vəkil xidmətinə görə ödənilmiş 350 manat olmaqla, ümumilkdə 157.617 manat pulun və ödənilmiş 447,62 manat dövlət rüsumunun əvəzinin cavabdehlər Bakı şəhəri Xətai rayon İcra şöbəsi, "xxxx" ASC və "xxxx" MMC-dən müştərək qaydada tutularaq xeyrinə ödənilməsi haqqında qətnamə çıxarılması xahiş edilmişdir. İddia tələbinin dəlilləri və hüquqi əsaslandırılması aşağıdakılardan ibarət olmuşdur. Belə ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-154/2019 saylı, 07 fevral 2019-cu il tarixli qətnaməsinə əsasən ondan, 13.301,65 ABŞ dolları əsas borc 30 manat dövlət rüsumu və 30 manat xidmət haqqının tutulması, habelə tələbin mülkiyyətində olan "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş, Xətai rayonu, M.Rüstəmov küçəsi 31 saylı evin 17 saylı mənzilinə yönəldilməli olması qət edilmişdir. Qeyd olunan qətnamənin icrası zamanı icra haqqında qanuna əsasən tələbin könüllü icrası üçün icra məmuru borclu olaraq onu məlumatlandırmalı olsa da, bunu etmədən ona məxsus mənzilin hərrac yolu ilə satışı üçün sifariş verilmişdir. "xxxx" MMC onu keçirilmiş hərrac haqqında məlumatlandırmadan Xətai rayonu, M.Rüstəmov küçəsi, 31 saylı evin, 17 saylı mənzili hərrac satışı baş tutmaması ilə əlaqədar aşağı qiymətə, yəni 44.625 manat dəyərində cavabdeh Unibank KB ASC-ə təklif edilmiş və həmin bank mənzilini qanunsuz olaraq ələ keçirmişdir. Buna görə də onun müvafiq iddia tələbinə əsasən "Daşınar və Daşınmaz əmlakların satışı üzrə “Hərrac Mərkəzi" MMC onu keçirilmiş hərracın protokolu mübahisəndilmiş və Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1056/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən təmin edilərək "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli hərracın yekunlarına dair protokol, habelə ona əsasən hərracın təşkilatçısı ilə onu udmuş "xxxx" ASC arasında hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə xx.xx.2021-ci il tarixli müqavilə etibarsız hesab edilmişdir. Apellyasiya icraatı zamanı məlum olmuşdur ki, həmin mülki iş üzrə müvəqqəti təminat tədbiri qismində ona məxsus mənzilin üzərinə həbsin qoyulması haqqında ərizəsi Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin hakimi Aytən Novruzova tərəfindən baxılmamış saxlanılaraq mənzilin üzərinə həbsin qoyulması məsələsinə baxılması unudulmuşdur. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1056/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi əsasında verilmiş xx.xx.2023-cü il tarixli icra vərəqəsinə əsasən Bakı şəhəri Nərimanov rayon İcra şöbəsində xx.xx.2023-cü il tarixdə icraata başlanılmış və "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli hərracın yekunlarına dair protokol və ona əsasən hərracın təşkilatçısı ilə onu udmuş "xxxx" ASC arasında hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə xx.xx.2021-ci il tarixli müqavilə etibarsız hesab edildiyindən həmin şöbənin xx.xx.2023-cü il tarixli qərarına əsasən başlanılmış icra icraatına xitam verilmişdir. Həmçinin apellyasiya icraatı zamanı müəyyən edilmişdir ki, cavabdeh Unibank KB ASC onun ünvan 4 ünvanında yerləşən 17 saylı mənzilini satmışdır. Belə ki, tərəfindən ünvan 5iat ofisinə müraciət olunaraq mənzilinin alqı-satqısı ilə bağlı notariat işinin təsdiq olunmuş surəti istənilmişdir və həmin sənədlərdən ona məlum olumuşdur ki, xx.xx.2022-ci il tarixdə bağlanmış AN-İ№ ******* saylı alqı-satqı müqaviləsinə əsasən onun ünvan 4 ünvanında yerləşən 17 saylı mənzili digər Cavabdeh3 satılmışdır. İddiaçı tərəf olaraq hesab edir, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1056/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi əsasında verilmiş xx.xx.2023-cü il tarixli icra vərəqəsinə əsasən Bakı şəhəri Nərimanov rayon İcra şöbəsində xx.xx.2023-cü il tarixdə icraata başlanılmış və "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli hərracın yekunlarına dair protokol və ona əsasən hərracın təşkilatçısı ilə onu udmuş "xxxx" ASC arasında hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə xx.xx.2021-ci il tarixli müqavilə etibarsız hesab edildiyindən həmin müqavilənin hüquqi nəticəsi olaraq cavabdehlər “Unibank KB ASC və Cavabdeh3 arasında 52 saylı notariat ofisində bağlanmış xx.xx.2022-ci il tarixli, AN-İ № ******* nömrəli, 4Ə719 reyestr nömrəli alqı-satqı müqaviləsinin, həmin müqavilənin hüquqi nəticələrinin etibarsız hesab edilməsi, həmin müqavilə əsasında Cavabdeh3 verilmiş çıxarışın ləğv edilməsi və onun ona məxsus mənzildən çıxarlaraq istifadə hüququna xitam verilməsi, habelə mülkiyyət hüququndan qanunsuz olaraq məhrum edildiyi Bakı şəhəri Xətai rayonu, M.Rüstəmov küçəsi 31 saylı evin, 17 saylı mənzilinin mülkiyyətinə geri qaytarılması, mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, mənzilin geri qaytarılması mümkün olmadığı halda həmin mənzilin dəyəri 140.000 AZN puldan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-154/2019 saylı, 07 fevral 2019-cu il tarixli qətnaməsinə əsasən ondan tutulmalı olan 13.301,65 ABŞ dolları əsas borc 30 manat dövlət rüsumu və 30 manat xidmət haqqının ümumilkdə 22.732,8 manat pul çıxılmaqla 117.267,2 manat və qanunsuz əməlləri nəticəsində mənzildən məhrum edilərək müxtəlif ünvanlarda mənzil kirayə pulu kimi ödədiyi 30.000 manat maddi ziyan və mütəmadi olaraq ona yaşadılmış mənəvi və psixi sarsıntıya görə 10.000 manat mənəvi ziyanın, vəkil xidmətinə görə ödənilmiş 350 manat olmaqla ümumilkdə 157.617 manat pulun və ödənilmiş 447.62 manat dövlət rüsumunun əvəzinin cavabdehlər Bakı şəhəri Xətai rayon İcra şöbəsi, "xxxx" ASC və "xxxx" MMC-dən müştərək qaydada tutularaq xeyrinə ödənilməsi haqqında qətnamə qəbul edilməlidir. Mülki işə əlavə edilmiş "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli qiymətləndirmə hesabatından görünür ki, Bakı şəhəri, Xətai rayonu, M.Rüstəmov küçəsi, ev 31 ünvanında yerləşən ona məxsus 17 saylı mənzilin xx.xx.2024cü il tarixinə orta bazar dəyəri 130.500 manat təşkil edir. Həmçinin, tərəfindən məhkəməyə təqdim edilmiş "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli qiymətləndirmə hesabatından görünür ki, mənzilindən məhrum edildiyi tarixdən hal-hazıradək yaşadığı ünvan 3 ünvanında yerləşən 12 saylı mənzilin xx.xx.2024-cü il tarixinə aylıq kirayə dəyəri 550 manat təşkil edir. Eyni zamanda xx.xx.2021-ci il tarixli hərracın yekunları barədə 01/02 saylı protokolundan görünür ki, ona məxsus Bakı şəhəri, Xətai rayonu, M.Rüstəmov küçəsi, ev 31 ünvanında yerləşən 17 saylı mənzilin (ipoteka predmeti) ilkin hərrac qiyməti 70.000 manat, təkrar hərracdakı ilkin satış qiyməti 59.500 manat, 25% aşağı olan qiyməti 44.625 manat qiymətlə tələbkar (Unibank ASC) əldə etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1056/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən təmin edilərək "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli hərracın yekunlarına dair protokol, habelə ona əsasən hərracın təşkilatçısı ilə onu udmuş "xxxx" ASC arasında hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə xx.xx.2021-ci il tarixli müqavilə etibarsız hesab edilmişdir. İddiaçı tərəf olaraq hesab edir, əgər hərracın yekunlarına dair protokol, habelə ona əsasən hərracın təşkilatçısı ilə onu udmuş "xxxx" ASC arasında hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə xx.xx.2021-ci il tarixli müqavilə etibarsız hesab edilmişsə, yenidən hərrc keçirilməlidir. Yeni hərracın keçirildiyi təqdirdə isə mənzilin ilkin satış qiyməti 70.000 manat deyil də, həmin mənzilin hazırkı bazar qiymətləri nəzərə alınmaqla hərrac keçirilməlidir. Belə ki, məhkəməyə tərəfindən təqdim edilmiş "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli qiymətləndirmə hesabatından görünür ki, Bakı şəhəri, Xətai rayonu, M.Rüstəmov küçəsi, ev 31 ünvanında yerləşən ona məxsus 17 saylı mənzilin xx.xx.2024-cü il tarixinə orta bazar dəyəri 130.500 manat təşkil edir. Lakin, iddia tələbinin əsaslı dəlillərinə və hüquqi əsasları ilə qismən razılaşan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-394/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək cavabdeh "xxxx" MMC-dən vurulmuş maddi ziyanın əvəzi kimi 25.375 manat, mənəvi ziyanın əvəzi kimi 5.000 manat, hüquqi yardıma görə 350 manat, ödənilmiş dövlət rüsumunun əvəzi qismində 181,18 manat olmaqla, ümumilikdə 30.906 (otuz min doqquz yüz altı) manat 18 (on səkkiz) qəpik tutularaq xeyrinə ödənilməsi qət edilmişdir. Qeyd olunan qətnamədən iddia tələbinin təmin edilməyən hissəsindən narazıdır və hesab edir, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 394/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi qismən iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilməli və iddia tələbinin tam həcmdə təmin edilməsi haqqında yeni qətnamə qəbul edilməlidir. Belə ki, qeyd olunan məhkəmə qətnaməsi iddia tələbinin təmin edilməyən hissədə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi əsasları ilə qismən ləğv edilməli iddia tələbi tam həcmdə təmin edilməlidir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-394/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsində hüququn tətbiq edilməsində səhv buraxılmış, tətbiq edilməli olan qanun və ya digər normativ hüquqi aktı tətbiq edilməmiş, habelə qanun səhv təfsir edilmiş, habelə iş üzrə mövcud olan faktlar qətnamədə qanunla göstərilən sübutlarla təsdiq edilməmiş və məhkəmənin gəldiyi qənaət qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilmişdir. Eyni zamanda məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş, məhkəmənin qətnamədə göstərdiyi dəlillər işin hallarına uyğun gəlmir. Qeyd olunanların nəzərə alınmasını və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-394/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsinin iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilməsini və iddia tələbinin tam həcmdə təmin edilməsi haqqında yeni qətnamə qəbul edilməsi xahiş olunur. Cavabdeh "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli (xx.xx.2019-cu il tarixində verilmiş), 2(011)-154/2019 nömrəli icra vərəqəsinə əsasən, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(011)-154/2019 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, ödəniş gününə qüvvədə olan məzənnə ilə 12.193,25 (on iki min yüz doxsan üç dollar 25 sent) ABŞ dolları məbləğində əsas borc, 708,40 (yeddi yüz səkkiz dollar 40 sent) ABŞ dolları məbləğində faiz borcu, 400 (dörd yüz) ABŞ dolları məbləğində cərimə olmaqla cəmi 13.301,65 (on üç min üç yüz bir dollar 65 sent) ABŞ dolları məbləğində Azərbaycan Respublikası manatı, iddia qaldırılması üçün ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair ödənilmiş 30 (otuz) manat məbləğində xidmət haqqının İddiaçı alınaraq "xxxx" KB ASC-yə ödənilməsi, tələbin İddiaçı mülkiyyətində olan ünvan 10 evin, 17 saylı mənzilinə yönəldilməsi, ünvan 10 evin, 17 saylı mənzilinin ilkin satış qiymətinin 70.000 (yetmiş min) manat məbləğində olmaqla açıq hərracdan satılması və həmin əmlakın satılmasından əldə edilən vəsaitdən ödəniş gününə qüvvədə olan məzənnə ilə 13.301,65 (on üç min üç yüz bir dollar 65 sent) ABŞ dolları məbləğində Azərbaycan Respublikası manatı, iddia qaldırılması üçün ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair ödənilmiş 30 (otuz) manat məbləğində xidmət haqqının "xxxx" KB ASC-yə ödənilməsi, ünvan 10 evin, 17 saylı mənzilinə tutma yönəldikdən və o satıldıqdan 1 (bir) ay sonra İddiaçı mənzildən çıxarılaraq, mənzilin boşaldılması qət edilmiş, bu qətnamə xx.xx.2019-cu il tarixində qüvvəyə minmişdir. Ərizəni verən şəxs İddiaçı iddiası qismən təmin edilmiş, "xxxx" MMC-dən vurulmuş maddi ziyanın əvəzi kimi 25.375 manat, mənəvi ziyanın əvəzi kimi 5.000 manat, hüquqi yardıma görə 350 manat, ödənilmiş dövlət rüsumunun əvəzi qismində 181,18 manat olmaqla, ümumilikdə 30.906 (otuz min doqquz yüz altı) manat 18 (on səkkiz) qəpik tutularaq İddiaçı ödənilməsi qət edilmişdir və ödənilmiş dövlət rüsumu qalan hissədə iddiaçının özünə aid edilmişdir. Məhkəmənin qərarın əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. Qeyd edilən iş üzrə məhkəmə qətnaməsində qeyd edilir ki, “Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi“ MMC-nin xx.xx.2020-ci il tarixli, 0/466 nömrəli xx.xx.2020-ci il tarixdə saat 11:00-da hərracın keçirilməsinə dair bildirişin tərəflərə, xüsusən iddiaçıya göndərilməsi barədə məlumat yoxdur. Məhkəmə bu halı tam araşdırmamış və işə aid hüquqi, faktiki hallara nəzər yetirməmişdir. Həmçinin xx.xx.2025-ci il tarixli 2(011)- 394/2025 saylı qətnamdə Məhkəmə qeyd edir ki, 3 dəfə hərrac kecirilmişdir. Məhkəmənin bu yanaşması maddi və prosesual normalarnın pozulmasıdır. Belə ki, ilkin sifariş verilmiş və tərəflərə ilkin sifarişə əsasən xx.xx.2020-ci il tarixində ilkin hərrac keçirilməsi barədə xx.xx.2020-ci tarixli bildirş göndərilmişdir. Daha sonra Xətai rayon İcra şöbəsindən xx.xx.2020-ci il tarixli hərracın keçirilməsinin dayandırılması barədə sənəd daxil olmuşdur. Sifarişçinin tələbinə əsasən hərrac dayandırılmışdır. xx.xx.2020-ci il tarixində yenidən hərracın keçirilməsi sifariş edilmişdir. Sifarişdə həracın dayandırıldığı yerdən davam etdirilməsi qeyd edilməmişdir və ilkin satış qiymət göstərilmiş, yenidən hərrac keçirilmşdir. Bu sifarişi nəzərə alaraq xx.xx.2020-ci il tarixində saat 11:00-da ilkin hərrac, xx.xx.2020-ci il tarixində saat 11:00-da təkrar hərrac keçirilmişdir. xx.xx.2020-ci il tarixində isə əmlak ipotekasaxlayana təklif edilmiş və 30 gün müddət keçirilmədən əmlakı ipotekasaxlayan əldə etmişdir. Xətai Rayon Məhkəməsi qeyd edilən halları üzrə sənədləri tam araşdırmadan gəldiyi qənaət, hesab edilir, MMC-nin fəaliyyətinin düzgün qiymətləndirilməməsi ilə nəticələnmişdir. Cavadeh olan MMC illərdir hərracların keçirilməsi sahəsində ixtisasslaşdırılmış təşkilatdır. Qeyd edilən iş üzrə halları nəzə alaraq, Məhkəmə “cavabdehlərin qanunsuz əməlləri nəticəsində mənzildən məhrum edilərək müxtəlif ünvanlarda mənzil kirayə pulu kimi ödənilmiş 30.000 manat maddi ziyanın cavabdehlərdən tutularaq ona ödənilməsi” hissəsinə münasibətdə, mübahisəli mənzilin satılması və iddiaçının həmin mənzildən çıxarılaraq mənzilin boşaldılması hissəsi qanuni qüvvəyə minmiş Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(009)-2797/2011 saylı xx.xx.2011-ci il tarixli qətnaməsi ilə nəzərdə tutulduğundan, iddiaçının həmin qətnamənin icrası məqsədilə mənzildən çıxarılması qanuni olmuşdur. Həmçinin hərracın və onun nəticələrinin etibarsız hesab edilməsi evin əvvəlki sahibinə qaytarılmasını ehtiva etmir, hərracda potensial alıcı dairəsinin məhdudlaşdırılması nəticəsində əmlakın satış qiymətinə göstərilmiş əhəmiyyətli təsirin aradan qaldırılmasına yönəlmişdir. Belə olan halda iddia tələbi həmin hissədə də əsaslı deyil və təmin edilə bilməz. Məhkəmə, iddia tələbinin “mənzilin geri qaytarılması mümkün olmadığı halda həmin mənzilin dəyəri 140.000 AZN puldan İddiaçı tutulmalı olan ümumilkdə 22.732,8 manat pul çıxılmaqla 117.267,2 manatın cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi” hissəsinə münasibətdə qeyd edir ki, iddia tələbi bu hissədə qismən təmin edilməlidir. Məhkəmə, dəymiş zərərin məbləğini müəyyən edərkən, mənzilin ilkin satış qiyməti ilə son satış qiymət arasındakı fərqi əsas götürür. Bu, onunla izah olunur ki, mənzilin ilkin satış qiymətinin 70.000 manat olması məhkəmə qətnaməsi ilə müəyyən edilmiş və ilkin hərrac məhz həmin qiymətlə keçirilmiş, mənzilin bundan aşağı qiymətə, yəni 44.625 manata satılması mülkiyyətçinin hüquqlarının pozulmasına səbəb olmuşdur. Belə olan halda “Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi“ MMC-nin qanunazidd əməli nəticəsində iddiaçının pozulmuş hüquqlarının bərpası məqsədi ilə müəyyən edilən kompensasiya məbləği, mənzilin ilkin satış qiyməti ilə mənzilin satıldığı qiyməti arasındakı fərq (70.000-44.625) həddindədir ki, bu da 25.375 manat təşkil edir. Xüsusən qeyd edilir ki, hərracın açıqlığı prinsipinə uyğun olaraq elanlar verilmiş və alıcı kütləsinin iştirakı üçün şərait yaradılmışdır. Lakin əmlak əldə edən olmamışdır. Belə olan halda iddiaçının olmuş əmlakının dəyərinin azaldılmasından söhbət gedə bilməz. Həmçinin iddiaçı hərracdan qabaq məhkəmə və icra dövründə belə əmlakının yüklülüyündən və borcdan xəbərdar olmuşdur. Baxmayaraq ki, əmlak satılaraq ipotekasaxlayana verilməmiş, əksinə əmlakı açıq hərraclarda əldə edən olmadığı üçün sonda ipotekasaxlayana təklif edilmişdir. Bu təklif edilən əmlak borcun bir qisiminin qarşılığında əldə edilmədikdə 30 gün müddət ötsə idi ipotekaya xitam əsası yaranacaqdı. İcra haqqında qanunvericiliyə və Mülki Məcəlləyə əsasən məlumdur ki, hərrac prosesi icra mərhləsinin, icra sənədinin icrasının bir hissəsidr. İpoteka qoyan/borclu hərrac mərhələsindən qabaq, icra mərhələsində belə borcu və ipoteka ilə yüklü edilmiş əmlakından, borcunu ödəməməsindən məlumatlı olmuşdur. Bütün bunlardan savayı işə əlavə edilmiş ekspert rəyləri tamlığı əks etdirmir. Ekspertə ödənilən vəsaitin belə iddiaçı tərəfindən ödənilməsi ekspert rəyini şüphə altına alır. Bilə-bilə yalan rəy verməsi rəydə qeyd edilməyib. Bundan əlavə, məhkəmənin qətnaməsində mülki iş materiallarında təkrar hərracın keçirilməsi barədə bildirişin çatdırılmasına dair qəbzdə yazılmış qeyddən məlum olur ki, İddiaçı ünvanda yoxdur. Belə ki, əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Lakin cavabdehin həm icra sənədinin mübahisəsini, həm də hərracın mübaühisələdnirilməsi barədə iddia müddətlərini də ötürdüyü aşkardır. (Digər cavabdehlərlə yanaşı Unubank KB ASC-nin ərizələri belə təmin edilməmişdir). Hərrac təşkilatına sifarişli poçt bildirişinin göndərilməsi öhdəliyini müəyyən edir. Çatdırılması poçt xidmətinin həyata keçirən hüquqi şəxsin öhdəliyidir ki, buna görə hərrac təşkilatı məsuliyyət daşıya bilməz. Sifarişli poçtun göndərilməsi artıq hərracın keçirilməsi üçün məqbul sayılır. Çünki prosessual müddətə uyğun hərrac keçirilib yekunlaşmalıdır. İpotekasaxlayının sırf bildirişi alması, çatdırılması halı müəyyən olsa idi prosessual müddətə əməl oluna bilinməzdi (məsələn: ipotekasaxlayanın ölkə xaricindən və ya kənar ərazidən gəlib və poçt bildirişinin çatdırılması halı müəyyən olsa idi hərracın intizamlı fəaliyyəti də pozulardı). Məhkəmə qərarının icrası ilə realizə olunan ipoteka əmlakı ilə bağlı ipotekasaxlayana maddi və mənəvi ziyan vurulması tam qanunsuz, ədalətsiz və əsassızıdr. Ümumiyyətlə mənəvi ziyanın belə dəqiq nədə ifadə olunması, nədən ibarət olması, hansı həcmdə müəyyən edilməsi və hərracla bağlı əlaqəsinin olub-olmamısı müəyyən edilməyib. Ona görə də Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(011)-394/2025 saylı qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə məhkəmə aktı çıxarılması xahiş olunur. Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC tərəfindən məhkəməyə İddiaçı verdiyi apellyasiya şikayətinə qarşı etirazı onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(011)- 394/2025 nömrəli qətnaməsindən (iddianın rədd edildiyi hissəyə münasibətdə) İddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. Bu apellyasiya şikayətində iddiaçı Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-394/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsinin iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilməsi və iddia tələbinin tam həcmdə təmin edilməsi haqqında yeni qətnamənin qəbul edilməsini xahiş etmişdir. İddiaçı verdiyi apellyasiya şikayəti ilə razılaşmayaraq qeyd olunur ki, işin faktiki hallarına istinad etdikləri və hüquqi əsaslandırmaları qeyd etdikləri HD-267 nömrəli xx.xx.2024-cü il tarixli etirazı (iddia ərizəsinə münasibəti) birinci instansiya məhkəməsinə təqdim edilmişdir. Ona görə də İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin olunmaması xahiş olunur. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi (vəkili) Vəkil1 iddiaçının apellyasiya şikayətini müdafiə edib, şikayətin məzmununa uyğun izahat verib, cavabdeh "xxxx" MMC-in apellyasiya şikayəti ilə razılaşmadığını bildirmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdeh "xxxx" MMC-in nümayəndəsi (vəkili) Nümayəndə2 cavabdehin apellyasiya şikayətini müdafiə edib, bu şikayətin məzmununa uyğun izahat verib İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti ilə razılaşmadığını bildirmişdir. Məhkəmə kollegiyasının xx.xx.2025-ci il tarixinə təyin olunan iclasında cavabdeh "xxxx" MMC-in nümayəndəsi X6 cavabdehin apellyasiya şikayətini müdafiə edib, bu şikayətin məzmununa uyğun izahat verib İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti ilə razılaşmadığını bildirmişdir. Məhkəmə kollegiyasının xx.xx.2025-ci il tarixinə təyin olunan iclasında cavabdeh “X10” ASC-in nümayəndəsi X9 apellyasiya şikayətlərinin həllini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Məhkəmə kollegiyasının iclasında mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən "xxxx" ASC-in nümayəndəsi X12 apellyasiya şikayətlərinə etiraz etdiyini bildirmişdir. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehlər “X10” ASC-yə, Cavabdeh3, Cavabdeh5, Cavabdeh6, Bakı şəhəri Xətai rayon İcra şöbəsinə, maraqlı şəxslər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə, ünvan 5iat ofisinə rəsmi qaydada məlumat verilmiş, lakin onlar (nümayəndələri) məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların (nümayəndələrinin) iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 13.Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. İİ. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 25. Bərabərlik hüququ İ. Hamı qanun və məhkəmə qarşısında bərabərdir. Maddə 29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Maddə 60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər Azərbaycan Respublkasının Mülki Məcəlləsi Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Maddə 14.3. Dövlət qeydiyyatına alınmalı olan hüquqlar, qanunda digər qayda nəzərdə tutulmadığı halda, qeydiyyata alındığı andan yaranır. Maddə 21.1. Hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Maddə 139.2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX) tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Maddə 140. Reyestrin məzmununun qeyri dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Maddə 144.1. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır. Maddə 146.2. Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Maddə 148.2. Daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir. Maddə 149.2. Əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. Maddə 178.1. Daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Maddə 182.1. Əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmalıdır. Maddə 414.1.Əgər müqavilənin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, o, hərrac keçirilməsi yolu ilə bağlana bilər. Müqavilə hərracı udan şəxslə bağlanır. Maddə 416.1. Bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Maddə 416.2. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. Maddə 567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Maddə 646.1. Daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikasının Qanunu Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdınlmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 16.6. Dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Müqavilə əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Maddə 403.1. Bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qətnamə və ya qərardadlardan tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər. Maddə 405. Apellyasiya instansiyası məhkəməsinin aktlarından kassasiya şikayəti aşağıdakı müddətlərdə verilə bilər: 405.0.1. qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində. S.N.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə Məhkəmə kollegiyasının aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 oktyabr 2004-cü il tarixli Qərarı Qeyd olunmalıdır ki, əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı vicdanlı hesab edilir. Həmçinin vurğulanmalıdır ki, mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir. Konstitusiya Məhkəməsinin Plenumu xüsusi qeyd edir ki, əqdlərin etibarsızlığı ilə bağlı mübahisələrin həllində həm mülkiyyət hüququ müdafiə olunmalı, həm də vicdanlı alıcıların əmlak hüquqları təmin olunmalıdır. Belə hüquqi mövqenin tutulması mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması məqsədlərinə nail olmaq, habelə MM-in 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək üçün şərait yaradır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli Qərarı Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəqil nəticəsidir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 7 №-li xx.xx.2008-ci il tarixli Qərarı Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması , şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf , ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin ödənilməsi barədə Azərbaycan Respublikası qanunvericiliyinin müddəaları baxımından mənəvi zərərin ödənilməsini tələb etmək hüququ yalnız fiziki şəxslərə aiddir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Mənəvi zərərin ödənilməsi tələbi bu tələbin irəli sürülməsinə səbəb olmuş iddia ilə birlikdə və yaxud belə iddia olmadan müstəqil, habelə cinayət mühakimə icraatı zamanı irəli sürülə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.),habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Apellyasiya baxışının hədləri Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırki işdə iddia qismən təmin edildiyindən və qətnamə apellyasiya şikayətlərinə əsasən iddiaçı tərəfindən iddianın təmin edilməyən, cavabdeh "xxxx" MMC tərəfindən isə iddianın təmin edilən hissəsində mübahisələndirildiyindən, qətnamənin əsaslığı bütövlükdə yoxlanılır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayətləri əsassızdır. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən apellyasiya şikayətləri təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Tədqiq olunan sübutlardan müəyyən olunur ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(011)-154/2019 nömrəli icra sənədinə əsasən, İddiaçı ödəniş gününə qüvvədə olan məzənnə ilə 13.301,65 ABŞ dolları məbləğində pul alınaraq "xxxx" KB ASC-yə ödənilməli, tələb İddiaçı mülkiyyətində olan ünvan 10 evin, 17 saylı mənzilinə yönəldilməli, ünvan 10 evin, 17 saylı mənzilinin ilkin satış qiyməti 70.000 manat məbləğində olmaqla açıq hərracdan satılmalı və həmin əmlakın satılmasından əldə edilən vəsaitdən ödəniş gününə qüvvədə olan məzənnə ilə 13.301,65 ABŞ dolları məbləğində pul "xxxx" KB ASC-yə ödənilməli, ünvan 10 evin, 17 saylı mənzilinə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra İddiaçı mənzildən çıxarılaraq, mənzil boşaldılmalıdır. Tədqiq olunan sübutlardan daha sonra müəyyən olunur ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(011)-154/2019 nömrəli qətnaməsi xx.xx.2019-cu il tarixdə qanuni qüvvəyə minmiş və icraya yönəlmiş, İddiaçı məxsus Bakı şəhəri, Xətai rayonu, M.Rüstəmov küçəsi ev 31 ünvanında yerləşən 17 saylı mənzilin "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli Hərracın yekunları barədə 01/02 saylı Protokoluna əsasən ilkin hərrac qiyməti 70.000 manat, təkrar hərracdakı ilkin satış qiyməti 59.500 manat olmuş, mənzil 44.625 manat qiymətlə “Unibank ASC” tərəfindən əldə edilmiş, “Unibank ASC” tərəfindən mənzil əldə edildikdən sonra iddiaçıya ümumilikdə 21.611,83 manat ödəniş edilmişdir. Daha sonra "xxxx" ASC mənzili hərracda əldə etdikdən 1 il 4 ay sonra xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən 84.000 manata Cavabdeh3, sonuncu xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən 84.000 manata Cavabdeh5, o, isə həmin mənzili xx.xx.2022-ci tarixli alqı-satqı müqaviləsinə əsasən 106.500 manata Cavabdeh6 satmışdır. Sonuncu alqı-satqını həyata keçirən zaman mənzil "xxxx" ASC qarşısında ipoteka ilə yüklü edilmiş, mənzil hazırda ipoteka yüklülüyündən azad edilməmişdir. "xxxx" ASC mənzili xx.xx.2022-ci il tarixdə satdıqdan sonra iddiaçı xx.xx.2022-ci il tarixdə "xxxx" MMC-yə və Xətai rayon İcra şöbəsinə qarşı ("xxxx" ASC mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə) “hərracın nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət etmiş, Nərimanov Rayon Məhkəməsinin 2(005)-3019/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmiş, həmin qətnamədən iddiaçı apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(103)-1056/2023 saylı qətnaməsi ilə "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli hərracın yekunlarına dair protokol və ona əsasən hərracın təşkilatçısı və onu udmuş "xxxx" ASC arasında hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə xx.xx.2021-ci il tarixli müqavilə etibarsız hesab edilmişdir. Apellyasiya instansiyası məhkəməsi hərracın yekunlarına dair protokolu və müqaviləni etibarsız hesab edərkən müəyyən etmişdir ki, ““Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi" MMC-nin xx.xx.2020-ci il tarixli, 0/466 nömrəli xx.xx.2020-ci il tarixdə saat 11:00-da hərracın keçirilməsinə dair bildirişin tərəflərə, xüsusən iddiaçıya göndərilməsi barədə məlumat yoxdur. Bundan əlavə, mülki iş materiallarında təkrar hərracın keçirilməsi barədə bildirişin çatdırılmasında dair qəbzdə yazılmış qeyddən məlum olur ki, İddiaçı ünvanda yoxdur, Qəbələdir (i/v 88). Eyni zamanda, hərrac mərkəzi tərəfindən üç dəfə hərrac təyin edildiyi müəyyən edilmişdir. Qanunun 42.1-ci maddəsinə görə, hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Qanunun 43.5-ci maddəsinə əsasən, təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hazırkı iş materiallarından məlum olur ki, "xxxx" MMC-nin xx.xx.2020-ci il tarixdə keçiriləcək təkrar hərrac barədə tərəflərə ünvanlanmış bildirişin tarixi isə xx.xx.2020-ci ildir. Bununla da məlum olur ki, hərrac təşkilatı tərəfindən "İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 42.1, 43.5-ci maddələrinin elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir) barədə imperativ göstərişi pozulmuşdur. Göründüyü kimi, qanunverici hərracın keçirilməsinə dair bildirişin tərəflərə göndərilməsini (həm də müəyyən müddət daxilində göndərilməsini) müəyyən etməklə, onsuz da ipoteka qoymaqla, məhrumiyyətə məruz qalmış borcluya (ipoteka qoyana) müəyyən müddət verməklə, məhz onun özü tərəfindən ipoteka predmetinin alınmasına şərait yaradır, başqa sözlə, ipoteka qoyana bir şans (üstünlük) verir. Hərracın təşkilatçısı tərəfindən qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əməl olunmaması (bildirişin göndərilməməsi və ya lazımi qaydada göndərilməməsi) ipoteka qoyanı qanunla ona verilmiş bu imkandan məhrum edərək, həmin normanı əhəmiyyətsiz edir. Bundan əlavə, Kollegiya onu da qeyd edir ki, hərrac qanunun göstərişlərinə zidd olaraq təşkil edilməklə, potensial alıcı dairəsi məhdudlaşdırılmış, bu da öz növbəsində əmlakın satış qiymətinə əhəmiyyətli təsir göstərmişdir ki, bu da hazırkı iddiaçının əmlak mənafeyi və maraqlarını pozmuşdur. Belə ki, mülki iş materiallarında olan "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli, hərracın yekunları barədə protokolunun surətinə əsasən ipoteka predmetini təşkil edən ünvan 10 evin, 17 saylı mənzilin satış qiyməti 70.000 manat, ipoteka predmetinin təkrar hərracdakı satış qiymətinin 59.500 manat, ipoteka predmetinin "İpoteka рaqqında” AR Qanunun 43.7-ci maddəsinə əsasən 25% aşağı olan qiyməti 44625,00 (qırx dörd min altı yüz iyirmi beş) manat qiymətlə tələbkar "Unibank KB” ASC əldə etmişdir. Bundan sonra həmin əmlak 52 saylı dövlət kontorunun dövlət notariusu E.S.Zeynalov tərəfindən təsdiq edilmiş xx.xx.2022-ci il tarixli, AN-İ seriyalı, ******* saylı alqı-satqı müqaviləsinin surətinə əsasən "xxxx" ASC satıcı olaraq ünvan 10 evin, 17 saylı ünvanda yerləşən ümumi sahəsi 47,61 kv.m, olan mənzili 84.000 manata alıcı Cavabdeh3 satmışdır. Göründüyü kimi, iddiaçının əmlakının öz real dəyərindən kifayət qədər aşağı satılması, daha sonra isə bank tərəfindən yüksək qiymətə satılması müəyyən edilmişdir.” Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2023-cü il tarixli 2(102)-2260/2023 saylı qərarına əsasən, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən "xxxx" ASC-in kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2023-cü il tarixli 2(103)-1056/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Hazırkı mülki iş üzrə İddiaçı "xxxx" ASC ilə Cavabdeh3 arasında bağlanmış alqı-satqı müqaviləsinin, həmin müqavilənin hüquqi nəticələrinin etibarsız hesab edilməsini, Bakı şəhəri Xətai rayonu, M.Rüstəmov küçəsi 31 saylı evin, 17 saylı mənzilinin onun mülkiyyətinə geri qaytarılmasını, bu mümkün olmadıqda mənzilin satışından qalan 117.267,2 manat və mənzil kirayə pulu kimi ödənilmiş 30.000 manat maddi ziyan, mütəmadi olaraq yaşadılmış mənəvi və psixi sarsıntıya görə 10.000 manat mənəvi ziyanın və məhkəmə xərclərinin cavabdehlər Bakı şəhəri Xətai rayon İcra şöbəsi, "xxxx" ASC və "xxxx" MMC-dən müştərək qaydada tutularaq ona ödənilməsini tələb edir. Kollegiya mülki işdə olan sübutları tədqiq edib belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi iddiaçının “mənzilə dair hazırkı icraatda mübahisələndirilən alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və mənzilin iddiaçının mülkiyyətinə geri qaytarılması” hissəsinə münasibətdə iddia tələblərini təmin etməyərkən düzgün hüquqi nəticəyə gəlmişdir. Kollegiya qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında formalaşdırdığı hüquqi mövqeyə görə, Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” 2010-cu il 25 oktyabr tarixli Qərarı). Mülki Məcəllənin 140-cı maddəsi, eləcə də “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun) 16.6-cı maddəsində dövlət reyestrinin açıqlığı prinsipindən irəli gələrək daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası öz əksini tapmışdır. Belə ki, reyestrin məzmununun qeyridəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası dövlət orqanının həyata keçirdiyi reyestrə ictimai inam və hüquqi etimadın təmin edilməsi məqsədi daşıyır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2-ci maddəsinə görə, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Mülki Məcəlləyə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Belə hüquqi akta ictimai güvənin və etimadın təmin edilməsi üçün daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası qəbul edilmişdir. Bu prezumpsiyaya əsasən, dövlət orqanının həyata keçirdiyi reyestrə və verdiyi hüquqi aktın məzmununa inanaraq əşya üzərində hüquqlar əldə edən vicdanlı üçüncü şəxslərin hüquqları dövlət tərəfindən qorunur (Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə 2018-ci il 18 iyul tarixli Qərarı). Əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı, vicdanlı hesab edilir. Mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir (Konstitusiya Məhkəməsi Plenumunun S.N.Məmmədovanın şikayəti üzrə 2004-cü il 27 oktyabr tarixli Qərarı). Mülki qanunvericiliyə əsasən, əgər mülkiyyətçi tərəfindən alğı-satqı müqaviləsinin və onun alıcı üçün verilmiş əmlakının geri qaytarılması formasında doğurduğu nəticələrin etibarsız sayılması haqqında iddia irəli sürülürsə və bu cür mübahisəyə baxılan zaman məhkəmə tərəfindən alıcının vicdanlı sahib olduğu müəyyən edilirsə, iddianın təmin olunmasından imtina edilməlidir (Konstitusiya Məhkəməsi Plenumunun H.Cəfərovun şikayəti üzrə 2014-cü il 15 sentyabr tarixli Qərarı). Hazırki iş üzrə tədqiq olunan sübutlardan görünür ki, "xxxx" ASC ilə Cavabdeh3 arasında (eləcə də, sonrakı alqı-satqı müqavilələrinin tərəfləri arasında) alqı-satqı müqaviləsi bağlanarkən alıcılar (Cavabdeh3, Cavabdeh5, Cavabdeh6) mənzillə bağlı mübahisədən məlumatlı olmamış, onların vicdanlı alıcı olmasını istisna edən hallara dair sübutlar (əmlaka dair başqa şəxslərin hüquqlarından xəbərinin olması, əqdin legitimsizliyi barədə şübhəsinin olması və s.) iddiaçı tərəfindən məhkəməyə təqdim edilməməklə sübuta yetirilməmiş, belə halların mövcudluğu məhkəmə araşdırması zamanı da müəyyən olunmamışdır. Əksinə, mübahisəli mənzilin bank tərəfindən əldə edilməsindən 1 il 4 ay sonra xx.xx.2022-ci il tarixdə Cavabdeh3 satılması, iddiaçının bundan sonra xx.xx.2022-ci il tarixdə hərracın etibarsızlığı barədə məhkəməyə müraciət etməsi, bütün alıcıların mənzilə dair mübahisədən xəbərsiz olmaları, nəhayət iddiaçının alternativ tələblər irəli sürməsi isə onun özünündə mənzili əldə edən alıcıların vicdanlı olması qənaətini təsdiq edir. İstinad olunanlara əsasən, kollegiya birinci instansiya məhkəməsinin reyestrin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası nəzərə alınmaqla alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və onlara verilmiş çıxarışların ləğv edilərək mənzilin iddiaçıya qaytarılması, vicdanlı alıcı kimi Cavabdeh3 və digər alıcıların mənzilə dair qanuni əsaslarla yaranmış mülkiyyət hüququnu əhəmiyyətsiz etməklə, öz növbəsində onların Konstitusiyanın 29 və 60-cı maddələrində təsbit olunmuş hüquqlarının pozulmasına gətirib çıxara biləcəyinə dair nəticəsi ilə razılaşır. Kollegiya iddia tələbinin “mənzilin geri qaytarılması mümkün olmadığı halda həmin mənzilin hazırda dəyəri 140.000 manat olan puldan İddiaçı tutulmalı olan ümumilkdə 22.732,8 manat pul çıxılmaqla 117.267,2 manatın cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi” hissəsinə münasibətdə birinci instansiya məhkəməsinin gəlidiyi nəticə ilə də razılaşaraq qeyd edir ki, iddiaçıya qanunun tələbləri pozulmaqla keçirilən hərrac nəticəsində dəymiş zərərin məbləği müəyyən edilərkən mənzilin ilkin satış qiyməti ilə son satış qiymət arasındakı fərqi əsas götürülməlidir. Belə ki, mənzilin ilkin satış qiymətinin 70.000 manat olması məhkəmə qətnaməsi ilə müəyyən edilmiş və ilkin hərrac məhz həmin qiymətlə keçirilmiş, mənzilin bundan aşağı qiymətə, yəni 44.625 manata satılması mülkiyyətçinin hüquqlarının pozulmasına səbəb olmuşdur. Belə olan halda hərracı keçirən “Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi“ MMC-in qanunazidd əməli nəticəsində iddiaçının pozulmuş hüquqlarının bərpası məqsədilə müəyyən edilən kompensasiya məbləği, mənzilin ilkin satış qiyməti ilə mənzilin satıldığı qiyməti arasındakı fərq (70.000-44.625) həddindədir ki, bu da 25.375 manat təşkil edir. Mübahisəli mənzilin satılması və iddiaçının həmin mənzildən çıxarılaraq mənzilin boşaldılması qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə qət edildiyindən, iddiaçının həmin qətnamənin icrası məqsədilə mənzildən çıxarılması qanuni olduğundan, hərracın və onun nəticələrinin etibarsız hesab edilməsi evin əvvəlki sahibinə qaytarılmasını ehtiva etmədiyindən iddia tələbini “cavabdehlərin qanunsuz əməlləri nəticəsində mənzildən məhrum edilərək müxtəlif ünvanlarda mənzil kirayə pulu kimi ödənilmiş 30.000 manat maddi ziyanın cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi” hissəsini təmin etməyən birinci instansiya məhkəməsinin gəldiyi nəticə də əsaslıdır. Kollegiya iddiaçının mənəvi ziyan tələbi və həmin ziyanın məbləği ilə bağlı qeyd edir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «mənəvi ziyanla» bağlı təcrübəsi göstərir ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri – inamsızlıq, narahatlıq, məyusluq hisslərini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Məsələn, Avropa Məhkəməsi «Koinq Almaniyaya qarşı» işdə ərizəçiyə «mənəvi narahatlıq yetirilməsinə», «Artiko İtaliyaya qarşı» işdə «tənhalıq və kimsəsizlik hisslərinə», «Younq, Cames və X3rşı» işdə «alçaldıcı və təhqiredici hərəkətlərə» görə mənəvi zərər ödənilməsi qərarına gəlmişdir. Cavabdeh "xxxx" MMC öz vəzifələrini qanunla müəyyən olunmuş qaydada icra etməyərək hüquqa zidd hərəkətlərə yol verməsi nəticəsində iddiaçıya vurulmuş ziyanın aradan qaldırılması, iddiaçının bu müddət ərzində müxtəlif məhkəmə proseslərində iştirak etməyə məcbur olması nəticəsində narahatlıq, məyusluq, əsəb, sters hissləri keçirməsi istisna olunmur. Ona görə də kollegiya iddiaçıya dəymiş mənəvi zərərin əvəzi qismində pozuntunun adekvat və effektiv şəkildə aradan qaldırılması məqsədi ilə kompensasiyanı iddiaçıya dəymiş mənəvi zərərin əvəzi olaraq 5000 manat həddində qiymətləndirən birinci istansiya məhkəməsinin nəticəsini ədalətli hesab edir. Kollegiya birinci instansiya məhkəməsinin hazırkı mülki iş üzrə məhkəmə xərclərinin həlli qaydası ilə də razılaşaraq hesab edir ki, təbəb bu hissədə də düzgün həll olunmuşdur. Kollegiya apellyasiya şikayətlərinin dəlilləri üzrə həmçinin qeyd edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən faktla birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxarılarkən aşağıdakı qayda əsas tutulmalıdır: 1.güvənli nəticəyə gəlməkdən ötürü bir yox, bir neçə sübut olmalıdır; 2.sübutların heç birinin güvənliyi şübhə doğurmamalıdır; 3.bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4.bu sübutlar birlikdə dəyərləndirilməlidir. Mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Məhkəmə (hakim) bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. Həmin Məcəllənin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Kollegiya eyni zamanda qeyd edir ki, hüquqa zidd hərəkət (hərəkətsizlik) mülki hüquq normaları ilə təsbit olunmuş, yaxud icazə verilmiş hüquq və vəzifələri pozan, eləcə də hüququn konkret normaları ilə nəzərdə tutulmamış, lakin mülki qanunvericiliyin ümumi əsaslarına zidd olan hərəkətlərdir (hərəkətsizlikdir). Məhz belə hərəkətlər (hərəkətsizlik) nəticəsində zərərçəkənə maddi və mənəvi zərər yetirilir. Bununla əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 2002-ci il 31 may tarixli Qərarında göstərmişdir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Hazırkı işdə iddiaçı ona cavabdehlərin hərəkətləri nəticəsində vurulması ehtimal olunan zərərin əvəzinin ödənilməsi tələbinin deliktdən, yəni mülki hüquq pozuntusundan irəli gəldiyini iddia edir. Kollegiya qeyd edir ki, mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün üç şərt irəli sürülür. Yalnız aşağıdakı üç şərti məcmu halında özündə ehtiva edən, mülki qanunvericiliyin normalarını pozan əməl mülki hüquq məsuliyyətinin yaranmasına səbəb ola bilən mülki hüquq pozuntusu sayıla bilər: törədilmiş əməlin (hərəkət və ya hərəkətsizliyin) hüquqa zidd olması; törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə ziyan və ya zərər vurulması; ziyan və ya zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin mövcudluğu. Hazırkı işdə cavabdehlərdən "xxxx" MMC-in iddiaçıya münasibətdə mülki hüquq məsuliyyətinin yaranmasına səbəb ola biləcək mülki qanunvericiliyin normalarını pozan əməl törətməsi, yəni hərracı qanunun tələblərini pozmaqla keçirməsi, bu faktın qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə təsdiq olunması, iddiaçıya vurulmasını iddia etdiyi ziyanla baş vermiş hüquqa zidd əməl arasında səbəbli əlaqənin mövcudluğu öz təsdiqini tapdığından birinci instansiya məhkəməsinin iddiaçıya vurulmasını müəyyən etdiyi maddi və mənəvi ziyanın məhz bu cavabdehdən tutulmalı olmasına dair nəticəsi də qanuni və əsaslıdır. Beləliklə də, Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda istinad olunan tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün təqdim olunmuş sübutları tam, hərtərəfli araşdıraraq iddia tələblərini qismən təmin etməklə düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmişdir. Ona görə də mübahisələndirilən məhkəmə aktı şikayət verilə bilən hüquq pozuntusuna əsaslanmadığından apellyasiya şikayətləri təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanmalıdır. Belə ki, İnsan hüquqlarının və X4 haqqında Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin tələbinə əsasən, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vemə hüququndan sui-istifadə edilmiş hesab edilərsə qəbul olunmayan elan edilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402, 405-406-cı maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qət etdi: İddiaçı və cavabdeh "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(011)-394/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği tərəflərin özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar