Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4722/2021 24.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X2 (sədrliyi və məruzəsi ilə), Eyvazov Rafael Əmir oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Nizamlı Aygün Ülviyyət qızının katibliyi, Cavabdeh2 QSC-nin nümayəndəsi X1 iştirakı ilə, iddiaçılar İddiaçı1, İddiaçı2 Zeynalabi qızının, İddiaçı3, İddiaçı4 cavabdehlər Respublika Xammal və Əmtəə Birjasının “xxxx” MMC-yə, Cavabdeh2 QSC-yə və üçüncü şəxs “xxxx” MMC-yə qarşı “ipoteka müqavilələrinə xitam verilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-264/2021 saylı işi üzrə 18 fevral 2021-ci il tarixli qətnaməsindən iddiaçıların nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Gəncə şəhəri, Nizami rayonu, Şəddadilər küçəsi 134A nömrəli 2 mərtəbəli, 4 otaqlı fərdi yaşayış evinə, Bakı şəhəri, Nəsimi rayonu, X7 küçəsi, 5A saylı binanın, 3 otaqlı, 28 saylı və Bakı şəhəri, Nəsimi rayonu, X7 küçəsi 5A saylı binanın, 4 otaqlı, 30 saylı mənzillərinə dair iddiaçılarla "Cavabdeh2” QSC-nin Gəncə filialı arasında bağlanmış 29.05.2014-cü il tarixli, 06M000001240 saylı, 10.06.2011-ci il tarixli, 06M000000663 saylı və 27.09.2012-ci il tarixli, 06M000000858 saylı ipoteka müqavilələrinə xitam verilməsi, ipotekaya dair dövlət qeydiyyatlarının ləğv olunması, Gəncə şəhəri üzrə İcra İdarəsinin sifarişi əsasında Respublika Xammal və Əmtəə Birjasının "xxxx” MMC tərəfindən Gəncə şəhəri, Nizami rayonu, Şəddadilər küçəsində yerləşən 134A saylı fərdi yaşayış evinə keçirilən hərracın yekunları barədə 30/03 saylı, 18.06.2019-cu il tarixli protokolun, hərracı udan şəxslə bağlanmış müqavilələrin və ondan yaranan bütün hüquqi nəticələrin etibarsız sayılması barədə qətnamə çıxarılmasını xahiş etmişdirlər. Birinci instansiya məhkəməsində icraat zamanı Bakı şəhəri Nəsimi rayon İcra və Probasiya Şöbəsi sifariş əsasında Gəncə şəhəri, Nizam rayonu, Şəddadilər küçəsi 134A saylı fərdi yaşayış evinə, Bakı şəhəri, Nəsimi rayonu, X7 küçəsi 5A saylı binanın 28 saylı mənzilinə və Bakı şəhəri, Nəsimi rayonu, X7 küçəsi 5A saylı binanın 30 saylı mənzilinə dair "xxxx” MMC tərəfindən keçirilmiş hərraclar Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 21.10.2020-ci il tarixli, 2(005)-2959/2020 saylı qətnaməsi ilə etibarsız hesab edilmişdir (səh.152) Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-264/2021 nömrəli saylı işi üzrə 18 fevral 2021-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. Qətnamədə "İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.1.1 , 43.3, 43.4, 43.5, 43.6, 43.7-, 43.8, 43.4- 43.8, 48-ci maddələrinə istinadən qeyd edilmişdir ki, Bakı şəhəri Nəsimi rayon İcra və Probasiya Şöbəsi sifariş əsasında Gəncə şəhəri, Nizam rayonu, Şəddadilər küçəsi 134A saylı fərdi yaşayış evinə, Bakı şəhəri, Nəsimi rayonu, X7 küçəsi 5A saylı binanın 28 saylı mənzilinə və Bakı şəhəri, Nəsimi rayonu, X7 küçəsi 5A saylı binanın 30 saylı mənzilinə dair "xxxx” MMC tərəfindən keçirilmiş hərraclar Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 21.10.2020-ci il tarixli, 2(005)-2959/2020 saylı qətnaməsi ilə etibarsız hesab edilmiş, bununla da, iddia tələbinin hüquqi əsasları aradan qalxmışdır. Digər tərəfdən, məhkəmə iclasında araşdırılmış sübutlarla Gəncə şəhəri, Nizam rayonu, Şəddadilər küçəsi 134A saylı fərdi yaşayış evinə dair "xxxx” MMC tərəfindən iki dəfə hərrac keçirilməsinə baxmayaraq, hərracın baş tutmaması, bu səbəbdən də, qanunvericiliyin tələbinə əsasən ipoteka predmeti olan fərdi yaşayış evinin tələbkara təklif olunması və onun tərəfindən təklifin qəbul edilməsi müəyyən olunmuşdur. İddiaçılar tərəfindən qeyd olunan sənədlərin etibarsız sayılması ilə bağlı məhkəməyə heç bir mötəbər sübut təqdim olunmamışdır. Belə olan halda iddiaçılar İddiaçı1 və digərləri ipoteka müqavilələrinə xitam verilməsi, ipotekaya dair dövlət qeydiyyatlarının ləğv olunması, hərracın yekunları barədə protokolun, hərracı udan şəxslə bağlanmış müqavilələrin və ondan yaranan bütün hüquqi nəticələrin etibarsız sayılmasını tələb edə bilməz. İddiaçıların nümayəndəsi vəkii Vəkil qətnamədən apellyasiya şikayəti verərək, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin e-2(004)-264/2021 saylı 18 fevral 2021-cu il tarixli qətnaməsinin iddia tələbinin “1) İpoteka müqavilələrinə xitam verilməsi və 2) İpotekaya dair dövlət qeydiyyatlarının ləğv olunması” hissəsinin ləğv edilərək, iddianın həmin hissədə təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətdə “İpoteka haqqında” Qanunun 15.1, 33, 43.1, 43.7, 43.8, 48.1.1, 48.1.5; Mülki-Prosessual Məcəlləsinin 77.1, 88, 217.4, 384.0.2, 385; Mülki Məcəllənin 269.1, 317.1-ci maddələrinə istinadən qeyd edilmişdir ki, Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən iddia tələbini əsassız hesab etsə də, iddianın hansı səbəbdən əsassız olduğunu əsaslandırmamışdır. Eyni zamanda iddia tələbi 3 hissədən ibarət olsada, birinci instansiya məhkəməsi tərəfindən ancaq, iddia tələbinin 3-cü hissəsi olan, - Gəncə şəhəri üzrə icra idarəsinin sifarişi əsasında Respublika Xammal və Əmtəə Birjasının “Kiilək” Məhdıul Məsuliyyətli Cəmiyyəti tərəfindən Gəncə şəhəri. Nizami rayonu, Şədıladilər küçəsində yerləşən 134A saylı fərdi yaşayış evinə keçirilən hərracın yekunları barədə 30/03 saylı, 18 iyun 2019-cu il tarixli protokolun, onun hərracı udan şəxslə başlanmış müqavilələrin və ondan yaranan biitün hüquqi nəticələrin etibarsız sayılması - hissəsinə münasibət bildirmişdir. Əqdin etibarsız sayılması tələbinə dair iddia tələbi və ipoteka müqavilələrinə xitam verilməsi, ipotekaya dair dövlət qeydiyyatının ləğv edilməsini tənzimləyən normalar ayrı-ayrıdır. Hazırkı işdə isə, qətnamənin əsaslılığı qeyd olunan prosessual hüquq normasının tələblərinə cavab vermir.Birinci instansiya məhkəməsi “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun da müddəalarını düzgün tətbiq etməmiş və bu səbəbdən də məhkəmənin müəyyən etdiyi halla, gəldiyi nəticə arasında ziddiyət yaranmışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 QSC-nin nümayəndəsi X3 apellyasiya şikayətini qəbul etməyərək, mübahisənin qalmadığını və tərəflər arasında həll edildiyini bildirmiş və bu səbəblə də qətnamənin qüvvədə saxlanılmasını xahiş etmişdir. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsi nəticə vermədiyindən iddiaçılar İddiaçı1, İddiaçı2 Zeynalabi qızı, İddiaçı3, İddiaçı4, cavabdehlər Respublika Xammal və Əmtəə Birjasının “xxxx” MMC, üçüncü şəxs “xxxx” MMC-nin nümayəndələrinin iştirakları olmadan işə baxılması mümkün hesab edilmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 51.1, 53.2, 61, 62; Mülki Məcəllənin 139-158, 269, 294, 415, 416; “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39, 41- 46,48; Mülki Prosesual Məcəllənin 14.2, 76.1, 77.1, 80-82, 106.2, 119, 217.4, 372, 385, 386, 388, 390-cı maddələrinə və iş üzrə təqdim edilmiş sübutlara əsasən apellyasiya şikayəti üzrə mübahisələndirilən hissəyə münasibətdə araşdıran məhkəmə kollegiyası diqqətə çatdırır ki, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin hazırkı mübahisəli münasibətlərinə uyğun əsaslandırılmışdır, apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilən dəlil əks edilməmişdir. Qeyd edilməlidir ki, Bakı şəhəri Nəsimi rayon İcra və Probasiya Şöbəsinin sifariş əsasında Gəncə şəhəri, Nizam rayonu, Şəddadilər küçəsi 134A saylı fərdi yaşayış evinə, Bakı şəhəri, Nəsimi rayonu, X7 küçəsi 5A saylı binanın 28 saylı mənzilinə və Bakı şəhəri, Nəsimi rayonu, X7 küçəsi 5A saylı binanın 30 saylı mənzilinə dair "xxxx” MMC tərəfindən keçirilmiş hərracların Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 21.10.2020-ci il tarixli, 2(005)-2959/2020 saylı qətnaməsi ilə etibarsız hesab edilməsi artıq digər onunla əlaqəli və asılı iddiaların müzakirəsini istisna edir. Bundan əlavə, cavabdehin mübahisənin tərəflər arasında həll edilməsi barədə izahatı və cavabdehlər tərəfindən apellyasiya şikayətlərinin müdafiə (prosessdə iştirak) etməmələri nəzərə alınmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən onun verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu (məhkəmə xərci) cavabdehlərə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq, kollegiya q ə t e t d i: İddiaçıların nümayəndəsi vəkil Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-264/2021 saylı işi üzrə 18 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-4722/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4722/2021
24.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver