Məhkəmə qərarları › İş №2(103)-4724/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4724/2020

05.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4724/2020 05.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Cəmilova Xəyalə Adil qızının sədrliyi və məruzəsi ilə, Mayılov Ülvi Arif oğlu və Ağayev Valeh Məmməd oğlundan ibarət tərkibdə, Alıcanlı-Yusifli Sevinc Mahir qızının katibliyi ilə, İlk iddia üzrə Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İlk iddia üzrə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair ilk iddiası, həmçinin qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinə qarşı “pul” tələbinə dair qarşılıqlı iddiası üzrə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin qəbul etdiyi 2(005)-39/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qətnamədən ilk iddia üzrə Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə xx xxxxxx 2020-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi və “iddianın dəqiqləşdirilməsi barədə” ərizə ilə Bakı şəhəri Səbail rayon Məhkəməsinə müraciət edərək, 21850 manat pul vəsaitinin cavabdehlərdən müştərək qaydada tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlk iddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2017-ci il tarixdə iddiaçı ASC və Cavabdeh1 arasında ASC-nin istehsal etdiyi kolbasa məhsullarının satışına dair 01 saylı müqavilə bağlanmışdır. Müqavilə şərtlərinə görə xx.xx.2017-ci il tarixdən cavabdehə kalbasa məhsulları satılmışdır. Həmin malların satışından cavabdehin ASC-yə 21.461 manat məbləğində borcu qalmışdır. ASC həmin borcun hissə-hissə ödənilməsini cavabdehə təklif etmiş, cavabdeh də bu təkliflə razılaşmışdır. Lakin keçən müddət ərzində cavabdeh borcu qaytarmaqdan yayınmış, hətta yaşadığı ünvanı dəyişmişdir. Öhdəliyin icra edilməməsi ilə bağlı ASC tərəfindən cavabdehə bildiriş göndərilmişdir. Bildirişdə göstərilmişdir ki, 2017-ci ilin yanvar ayından 2018-ci ilin mart ayınadək olan müddət ərzində qaimələr üzrə alınmış kolbasa məhsullarından cavabdehin 21.461 manat məbləğində borcu yaranmış və bu günə qədər bu borc ödənilməmiş qalmışdır. Bu səbəbdən iddiaçı ASC hazırki iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bundan sonra, Cavabdeh1 iddiaçıya qarşı qarşılıqlı iddia ərizəsi və “qarşılıqlı iddianın dəqiqləşdirilməsi barədə” ərizə ilə məhkəməyə müraciət edərək, ilk iddianın rədd edilməsi, iddiaçı ASC-yə artıq ödədiyi 8.060,77 manat məbləğində pulun ASC-dən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, Cavabdeh1 ASC-dən kolbasa məhsulları götürərək həmin malların dəyərini nəğd şəkildə ASC-yə ödəmişdir. Sonradan həmin malların istifadə müddəti bitən hissəsi ASC-yə qaytarılmışdır. Belə ki, iddiaçı ASC-nin özünün təqdim etdiyi sənədlərdən görünür ki, Cavabdeh1 ASC-dən 16.920,10 manat dəyərində kolbasa məhsulları götürmüş, 16.920,20 manat məbləğində pulu da ASC-yə ödəmişdir. İstifadə müddəti bitmiş 8.060,77 manat dəyərində mal isə ASC-yə qaytarılmışdır. Lakin qaytarılan mala görə Cavabdeh1 ödədiyi pul ona ödənilməmişdir. İddiaçı ASC, məhkəməyə saxta qaimələr təqdim edərək iddia edir ki, guya cavabdehlərin ASC-yə borcu vardır. Lakin hazırki iş üzrə alınmış ekspert rəyi ilə təsdiq edilmişdir ki, təqdim olunmuş həmin qaimələrdə Cavabdeh2 ümumiyyətlə imzası yoxdur. Digər Cavabdeh1 isə cəmi 13 ədəd qaimədə imzası vardır ki, onların əksəriyyəti də cavabdehin geri qaytardığı malların qaiməsidir. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin qəbul etdiyi 2(005)-39/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə ilk iddianın qismən təmin edilərək, tərəflər arasında bağlanmış 01 №-li, xx.xx.2017-ci il tarixli müqavilə üzrə yaranmış borcun ödənilməsi məqsədi ilə 3.891,14 manat məbləğində pulun Cavabdeh1 tutularaq iddiaçı ASC-yə ödənilməsi, ilk iddianın qalan hissədə, qarşılıqlı iddianın isə tam həcmdə təmin edilməməsi, ekspertiza tədqiqatının dəyərinin əvəzi olaraq iddiaçı ASC və Cavabdeh1 hər birindən 340 manat olmaqla, cəmi 680 manat məbləğində pulun tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. Cavabdeh1 həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, ilk iddianın rədd edilməsi, qarşılıqlı iddianın isə təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Əsasları qarşılıqlı iddianın əsasları ilə eynilik təşkil edən apellyasiya şikayətində əlavə olaraq qeyd edilmişdi ki, birinci instansiya məhkəməsi işin hallarını düzgün araşdırmamış, iddiaçı ASC-nin mənafeyinə uyğun birtərəfli mövqe nümayiş etdirmişdir. Məhkəmənin iş üzrə gəldiyi nəticə işin faktiki hallarına uyğun gəlmir. Bu səbəblərdən həmin qətnamə ləğv edilməlidir. Apellyasiya baxışı zamanı Cavabdeh1 vəkili və nümayəndəsi Vəkil apellyasiya şikayətini müdafiə edərək və onun məzmunua uyğun izahat verərək apellyasiya şikayətinin təmin olunmasını məhkəmədən xahiş etdi. xx xxxxxx 2020-ci il tarixdə keçirilən məhkəmə iclasında bu barədə lazımi qaydada məlumatlandırılmış iddiaçının nümayəndəsi və Cavabdeh2 iştiraklarını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişlər. İşdə iştirak edən Cavabdeh1 nümayəndəsi və vəkili hazırki işə iddiaçının nümayəndəsinin və Cavabdeh2 iştirakı olmadan baxılmasına etiraz etməmişdir. Bununla bağlı məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinin tələbinə görə işə iddiaçının nümayəndəsinin və Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, Cavabdeh1 nümayəndəsi və vəkilinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Baxılan iş üzrə apellyasiya şikayəti qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən verildiyi üçün məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı mübahisələndirilən ilk iddianın təmin, qarşılıqlı iddianın rədd edildiyi hissədə yoxlanılır. Belə ki, məhkəməsi qətnaməsi digər hissələrdə mübahisələndirilməmişdir. İş üzrə tədqiq olunmuş sənədlərdən görünür ki, iddiaçı ASC-nin istehsal etdiyi kolbasa məhsullarının cavavbdeh Cavabdeh1 tərəfindən satışının təşkili ilə bağlı tərəflər xx.xx.2017-ci il tarixdə 01 №-li müqavilə bağlanmışdır. İddiaçı ASC xx.xx.2018-ci il tarixdə 34 №-li məktubla Cavabdeh1 müraciət edərək 2017-ci ilin yanvar ayından 2018-ci ilin mart ayınadək olan müddət ərzində qaimələr üzrə Cavabdeh1 aldığı kolbasa məhsullarına görə 21.461 manat borcun yarandığını göstərmiş və həmin borcun qısa müddət ərzində ödənilməsini cavabdehdən tələb etmişdir. Lakin cavabdeh tərəf həmin borcun ödənilməsi istiqamətində bir hərəkət etmədiyi üçün ASC hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. İlk iddia üzrə iddiaçının iddia ərizəsindən görünür ki, ASC iddiasının əsası kimi istinad etdiyi qaimələri məhkəməyə təqdim etmişdir. Təqdim edilmiş həmin qaimələr üzrə iddiaçı ASC tərəfindən Cavabdeh1 təhvil verilmiş malların dəyərinin düzgün hesablanıb-hesablanmamasının müəyyən edilməsi, habelə qaimələrdəki imzanın Cavabdeh1 aid olub-olmamasının müəyyən edilməsi məqsədi ilə iş üzrə məhkəmə-mühasibatlıq və məhkəmə-xətşünaslıq ekspertizaları təyin edilmişdir. İş üzrə alınmış xx.xx.2018-cu il tarixli, 24098 №-li ekspert rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş, ******* №-li xx.xx.2017-ci il tarixli, ******* №-li xx.xx.2017-ci il tarixli, ******* №-li xx.xx.2017-ci il tarixli, ******* №-li xx.xx.2017-ci il tarixli, ******* №-li xx.xx.2017-ci il tarixli, ******* №-li nömrəli xx.xx.2017-ci il tarixli, ******* №-li xx.xx.2017-ci il tarixli, ******* №-li xx.xx.2017-ci il tarixli, ******* №-li xx.xx.2017-ci il tarixli, ******* №-li xx.xx.2017-ci il tarixli, ******* №-li xx.xx.2017-ci il tarixli, ******* №-li xx.xx.2017-ci il tarixli, ******* №-li xx.xx.2017-ci il tarixli, ******* №-li xx.xx.2017-ci il tarixli, ******* №-li xx.xx.2017-ci il tarixli, ******* №-li xx.xx.2017-ci il tarixli, ******* №-li xx.xx.2017-ci il tarixli, ******* №-li xx.xx.2017-ci il tarixli, ******* №-li xx.xx.2017-ci il tarixli, ******* №-li xx.xx.2017-ci il tarixli, ******* №-li xx.xx.2017-ci il tarixli, ******* №-li xx.xx.2017-ci il tarixli qaimə-fakturada “təhvil aldı” qrafasının üst tərəfindənki imzadan, ******* №-li xx.xx.2017-ci il tarixli, ******* №-li nömrəli xx.xx.2017-ci il tarixli, ******* №-li xx.xx.2017-ci il tarixli, ******* №-li xx.xx.2017-ci il tarixli, ******* №-li xx.xx.2017-ci il tarixli, ******* №-li xx.xx.2017-ci il tarixli (kserosurəti), ******* №-li xx.xx.2017-ci il tarixli, ******* №-li xx.xx.2017-ci il tarixli, 515011 №-li xx.xx.2017-ci il tarixli, ******* №-li xx.xx.2017-ci il tarixli, 472224 №-li xx.xx.2018-ci il tarixli qaimə-fakturada “Təhvil aldım” qrafasındakı 2-ci imzadan, 300043 №-li xx.xx.2018-ci il tarixli, 636548 №-li xx.xx.2018-ci il tarixli, 712371 №-li nömrəli xx.xx.2018-ci il tarixli, ******* №-li xx.xx.2017-ci il tarixli qaimə-fakturalarda “Təhvil aldı" qrafalarındakı imzalar – Cavabdeh1 tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim olunmuş, ******* №-li nömrəli xx.xx.2017-ci il tarixli, ******* №-li xx.xx.2017-ci il tarixli, ******* №-li xx.xx.2017-ci il tarixli, ******* №-li 2310.2017-ci il tarixli, ******* №-li xx.xx.2017-ci il tarixli, 502771 №-li xx.xx.2018-ci il tarixli, ******* №-li xx.xx.2017-ci il tarixli, ******* №-li xx.xx.2017-ci il tarixli, ******* №-li xx.xx.2017-ci il tarixli, ******* №-li xx.xx.2017-ci il tarixli, 470137 №-li 06.02. 2018-ci il tarixli, 204957 №-li xx.xx.2018-ci il tarixli, A/m 90TU474 №-li xx.xx.2017-ci il tarixli, ******* №-li xx.xx.2017-ci il tarixli, ******* №-li xx.xx.2017-ci il tarixli, ******* №-li xx.xx.2017-ci il tarixli, ******* №-li xx.xx.2017-ci il tarixli, ******* №-li xx.xx.2017-ci il tarixli, ******* №-li xx.xx.2017-ci il tarixli, ******* №-li xx.xx.2017-ci il tarixli, ******* №-li xx.xx.2017-ci il tarixli, ******* №-li xx.xx.2017-ci il tarixli, 543099 №-li xx.xx.2018-ci il tarixli, 624619 №-li xx.xx.2018-ci il tarixli, 574953 №-li xx.xx.2018-ci il tarixli, 906793 №-li xx.xx.2018-ci il tarixli, 994085 №-li xx.xx.2018-ci il tarixli, 129694 №-li xx.xx.2018-ci il tarixli, 448964 №-li xx.xx.2018-ci il tarixli qaimə fakturalarda ‘Təhvil aldım” qrafalarındakı imzalar – Cavabdeh1 tərəfindən yox, başqa şəxs (şəxslər) tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim olunmuş, ******* №-li xx.xx.2017-ci il tarixli və ******* №-li xx.xx.2017-ci il tarixli qaimə fakturalarda “təhvil aldı” qrafalarındakı imzaların – Cavabdeh1 tərəfindən icra olunub-olunmamasını tədqiqat prosesinin təsviri hissəsinin 3-cü bəndində göstərilən səbəblərdən müəyyən etmək mümkün olmadı. İşdə olan xx.xx.2019-cu il tarixli, 33650 №-li ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Cavabdeh1 xx.xx.2017-ci il tarixli, 01 №-li müqavilə üzrə borc məbləği xx.xx.2018-ci il tarixli 24098 saylı ekspert rəyi nəzərə alınmaqla 20.068,75 manat, həmin rəy nəzərə alınmadan isə borc məbləği 31.659,77 manat təşkil edir. Həmçinin rəydə qeyd edilir ki, işdə olan (Cavabdeh1 satış üçün apardığı kolbasa məhsulları ilə bağlı cədvəl (c.i.v.-10 - 12)) 9.692 manat məbləğində ticarət güzəşti öz əksini tapmışdır ki, həmin güzəşt nəzərə alındığı təqdirdə Cavabdeh1 xx.xx.2018-ci il tarixli 24098 №-li ekspert rəyinə əsasən 10.376,75 manat, həmin rəy nəzərə alınmadan isə borc məbləği 21.967,77 manat təşkil edir. İşdə olan xx.xx.2019-cu il tarixli, 24617 №-li ekspert rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş, ******* №-li xx.xx.2017-ci il tarixli fakturada təhvil verdi qrafasında olan imza, ******* №-li xx.xx.2017-ci il tarixli qaimə fakturada təhvil verdi qrafasında olan imza, ******* №-li xx.xx.2017-ci il tarixli qaimə fakturada təhvil verdi qrafasında olan imza, ******* №-li xx.xx.2017ci il tarixli qaimə fakturada təhvil verdi qrafasında olan imza, ******* №-li xx.xx.2017-ci il tarixli qaimə fakturada təhvil verdi qrafasında olan imza, ******* №-li xx.xx.2017-ci il tarixli qaimə fakturada təhvil verdi qrafasında yuxarıdan aşağı istiqamətdə birinci imza, ******* №-li xx.xx.2017-ci il tarixli qaimə fakturada təhvil verdi qrafasında olan imza, ******* №-li xx.xx.2017ci il tarixli qaimə fakturada təhvil verdi qrafasında olan imza, ******* №-li xx.xx.2017-ci il tarixli qaimə fakturada təhvil aldı qrafasında olan imza, 502771 №-li xx.xx.2018-ci il tarixli qaimə fakturada təhvil verdim qrafasında olan imza, 470137 №-li xx.xx.2018-ci il tarixli qaimə fakturada təhvil verdim qrafasında olan imza, 204957 №-li xx.xx.2018-ci il tarixli qaimə fakturada təhvil verdim qrafasında olan imza, ******* №-li xx.xx.2017-ci il tarixli qaimə fakturada “təhvil aldım” qrafasında olan imza A.Mirzəliyev tərəfindən icra edilmişdir. İşdə olan xx.xx.2019-cu il tarixli, 26943 №-li ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Cavabdeh1 xx.xx.2017-ci il tarixli, 01 №-li müqavilə üzrə borc məbləği xx.xx.2018-ci il tarixli 24098 №-li saylı ekspert rəyi nəzərə alınmaqla 20.068,75 manat, həmin rəy nəzərə alınmadan isə borc məbləği 31.659,77 manat təşkil edir. Rəydə həmçinin qeyd edilir ki, iş materiallarında (Cavabdeh1 satış üçün apardığı kolbasa məhsulları ilə bağlı cədvəl (c.i.v. - 10- 12)) 9.692,00 manat məbləğində ticarət güzəşti öz əksini tapmışdır ki, həmin güzəşt nəzərə alındığı təqdirdə Cavabdeh1 xx.xx.2018-ci il tarixli 24098 №-li ekspert rəyi nəzərə alınmaqla 10.376,75 manat, həmin rəy nəzərə alınmadan isə borc məbləği 21.967,77 manat təşkil edir. Məhkəmə kollegiyası tərəflər arasında mövcud mühbahisənin həlli ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Qeyd olunmalıdır ki, öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor – borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə, öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Göstərilən maddi hüquq norimalarına əsaslanan Məhkəmə kollegiyası tərəfindən işin halları kimi müəyyən edilmişdir ki, iddiaçı ASC-nin təqdim etdiyi qaimə-fakturalardan yalnız 13də (0040922 №-li xx.xx.2017-ci il tarixli, ******* №-li xx.xx.2017-ci il tarixli, ******* №-li xx.xx.2017-ci il tarixli, ******* №-li xx.xx.2017-ci il tarixli, ******* №-li xx.xx.2017-ci il tarixli, ******* №-li xx.xx.2017-ci il tarixli, ******* №-li xx.xx.2017-ci il tarixli, ******* №-li xx.xx.2017-ci il tarixli, ******* №-li xx.xx.2017-ci il tarixli, 502771 №-li xx.xx.2018-ci il tarixli, 470137 №-li xx.xx.2018-ci il tarixli, 204957 №-li xx.xx.2018-ci il tarixli, ******* №-li xx.xx.2017-ci il tarixli) Cavabdeh1 imzasının olması iş üzrə alınmış ekspert rəyi ilə təsdiq edilmişdir. Qeyd edilən həmin 13 ədəd qaimə-faktura iddiaçı ASC tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilmiş 2017-2018-ci illər üzrə tərtib olunmuş cədvəldə öz əksini tapmışdır. Belə ki, həmin cədvələ əsasən xx.xx.2017-ci il tarixli qaimə faktura üzrə 264,24 manat dəyərində 73,4 kq kolbasa məhsulları götürülmüş, xx.xx.2017-ci il tarixdə 98,64 manat dəyərində 17,4 kq çəkidə mal geri qaytarılmışdır. xx.xx.2017-ci il tarixdə 1.626,72 manat dəyərində 298,9 kq kolbasa məhsulları götürülmüş, xx.xx.2017-ci il tarixdə 147,37 manat dəyərində 22,8 kq mal geri qaytarılmışdır. xx.xx.2017-ci il tarixli qaimə fakturaya əsasən 1.404,6 manat dəyərində 225,9 kq kolbasa məhsulları götürülmüş, xx.xx.2017-ci il tarixdə 142,89 manat dəyərində 25,5 kq çəkidə mal geri qaytarılmışdır. xx.xx.2017-ci il tarixli qaimə fakturaya əsasən 1.416,4 manat dəyərində 267 kq mal götürülmüş, xx.xx.2017-ci il tarixdə 275,83 manat dəyərində 47,2 kq çəkidə mal geri qaytarılmışdır. xx.xx.2017-ci il tarixli qaimə fakturaya əsasən 494,13 manat dəyərində 80,1 kq kolbasa məhsulları götürülmüş, xx.xx.2017-ci il tarixdə 68,32 manat dəyərində 9,4 kq çəkidə mal geri qaytarılmışdır. Həmin qaimə fakturalar üzrə ümumilikdə 5.206,09 manat (264,24+1626,72+1404,6+1416,4+494,13) dəyərində olan 945,3 kq (73,4+298,9+225,9+267+80,1) kolbasa məhsulları Cavabdeh1 təhvil verilmişdir. Təhvil alınan kolbasa məhsullarının 733,05 (98,64+147,37+142,89+275,83+68,32) manat dəyərində olan 122,3 kq (17,4+22,8+25,5+47,2+9,4) hissəsi yuxarıda göstərilən tarixlərdəki qaimə fakturalara əsasən geri qaytarılmışdır. Belə olan halda müəyyən edilir ki, ümumi təhvil verilmiş kolbasa məhsullarından geri qaytarılmış hissə çıxıldıqda qaimə fakturlar üzrə 4.473,04 (5206,09-733,05) manat məbləğində ödənilməmiş borc qalır. Yuxarıda qeyd edilən edilən cədvəldən görünür ki, iddiaçı tərəfindən Cavabdeh1 56.522,41 manatlıq ümumi dövriyyəyə 9.692 manat miqdarında ticarət güzəşti edilmişdir. Lakin ekspert rəyi ilə müəyyən edilmişdir ki, cədvəldə göstərilən qaimə fakturalarıdakı imzaların yalnız 13 ədədi cavabdeh tərəfindən icra edilmişdir. Odur ki, həmin ticarət güzəştini nəzərə alaraq 4473,04 manatlıq dövriyyə üçün ticarət güzəşti (4.473,04x9.692 ÷ 56.522,41=) 767 manat təşkil edir. Qaimə fakturalara əsasən ödənilməmiş borc məbləğindən həmin ticarət güzəşti çıxıldıqda ödənilməmiş borc 3.706,04 (4.473,04-767) manat məbləğində müəyyən edilir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, aparılmış ekspertiza tədqiqatının nəticəsi olaraq verilmiş xx.xx.2019-cu il tarixli, 24617 №-li ekspert rəyi ilə Cavabdeh1 tərəfindən imza edilmiş 13 qaimə fakturanın 8 ədədinin geri qaytarma qəbzləri olduğu qeyd olunsa da, yuxarıda bəhs edilən cədvəldən görünür ki, xx.xx.2017-ci il tarixli (12 kq-76,88 manat), xx.xx.2017-ci il tarixli (3 kq-20,99 manat), xx.xx.2018-ci il tarixli (13 kq-77,27 manat), xx.xx.2018-ci il tarixli (3,2 kq-23,4 manat), xx.xx.2018-ci il tarixli (6,5 kq-43,56 manat) qaimə fakturalar üzrə müvafiq olaraq xx.xx.2017-ci il tarixli, xx.xx.2017-ci il tarixli, xx.xx.2018-ci il tarixli, xx.xx.2018-ci il tarixli, xx.xx.2018-ci il tarixli qaimə fakturalara əsasən müxtəlif çəkidə və dəyərdə kolbasa məmulatlarının təhvil verildiyi qeyd olunmuşdur. Lakin ekspert rəyi ilə həmin təhvil verilmə barədə qaimə fakturalardakı imzaların cavabdeh tərəfindən icra edilmədiyi müəyyən olunmuşdur. Məhkəmə qeyd edir ki, sadalanan tarixlərdə cavabdeh iddiaçıdan kolbasa məhsullarını təhvil almamışdır. Məhz buna görə də məhkəmə kollegiyası hesab edir ki, təhvil alınmayan malların geri qaytarılmasından söhbət gedə bilməz. Bu baxımdan geri qaytarılmaya dair sadalanan qaimə fakturalar üzrə qəbzlərin 5-i üzrə hər hansı mal təhvil alınmadığından geri qaytarılmış malların dəyəri nəzərə alınmamalıdır. Beləliklə, məhkəmə araşdırmaları zamanı müəyyən olundu ki, iddiaçı ASC xx.xx.2017-ci il tarixli müqavilə şərtlərinə əsaslanaraq Cavabdeh1 müqavilə öhdəliklərini yerinə yetirmədiyinə görə yaranmış borcu tələb etməkdə haqlıdır. Birinci instansiya məhkəməsi bu hissədə iddianı əsaslı hesab etməklə iş üzrə düzgün nəticəyə gəlsə də, ödənilməli olan borc məbləğini düzgün müəyyən etməmişdir. Belə ki, iş üzrə alınmış ekspert rəyi ilə malın qaytarılması barədə xx.xx.2017-ci il tarixli ******* №-li qaimə fakturadakı imzanın Cavabdeh1 aid olduğu təsdiq olunsa da, məhkəmə tərəfindən həmin qaimə nəzərə alınmamış və bu hal borcun məbləğinin düzgün müəyyən edilməməsi ilə nəticələnmişdir. Halbuki, həmin qaimə-faktura ilə Cavabdeh1 iddaçı ASC-dən qəbul etdiyi kolbasa məhsullarından 147,37 manat dəyərində malın ASC-yə qaytarılması təsdiq olunur. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, müzakirə olunan hissədə qətnamə dəyişdirilməli və cavabdehdən iddiaçı ASC-nin xeyrinə tutulmalı olan borc 3.706,04 manat məbləğində müəyyən edilməlidir. Bu baxımdan məhkəmə kollegiyası Cavabdeh1 apellyasiya şikayətinin dəlillərini qismən əsaslı hesab edir. Həmçinin qeyd olunmalıdır ki, birinci instansiya məhkəməsi qarşılıqlı iddianı rədd etməklə bağlı düzgün nəticəyə gəlmişdir. Belə ki, Cavabdeh1 dəliləri ondan ibarət olmuşdur ki, Cavabdeh1 iddiaçı ASC-dən 16.920,10 manat dəyərində kolbasa məhsullarından ibarət mal götürmüş, bunun müqabilində ASC-yə 16.920,20 manat pul ödəmişdir. Sonradan Cavabdeh1 istifadə müddəti bitmiş 8.060,77 manat dəyərində malı ASC-yə geri qaytarmışdır. Lakin qaytarılmış mala görə pul Cavabdeh1 ödənilməmişdir. Halbuki, iş üzrə tərəflər arasında bağlanmış xx.xx.2017-ci il tarixli 01 saylı Müqavilənin 2.8-ci bəndinə görə “İcraçı” keyfiyyət tərkibinə və düzgün qablaşdırılmasına görə götürdüyü bütün kolbasa məhsullarını vaxtında satır, satışdan alınan bütün məbləği “Sifarişçi”nin hesabına köçürür və ya nağd şəkildə “Sifarişçi”nin kassasına ödəmə qaiməsi almaq şərti ilə ödəyir. Göründüyü kimi, Cavabdeh1 istifadə müddəti bitmiş 8.60,77 manat dəyərində kolbasa məhsullarının geri qaytarılmasını bildirsə də, bununla bağlı məhkəməyə yalnız ASC-nin baş mühasibi X1 notarial qaydada təsdiq edilmiş ərizəsini təqdim etmişdir. Həmin ərizədə N.Zamanov göstərir ki, Cavabdeh1 iddiaçı ASC-yə götürdüyü mallara görə heç bir borcu qalmamışdır. Cavabdeh1 ASC-dən götürdüyü malların pulunu ASC-nin X3 Asif Məhəmmədova nəğd şəkildə ödəyirdi, lakin Asif Məhəmmədov aldığı pullara görə Cavabdeh1 qəbz vermirdi və bildirirdi ki, kassada məbləğ şişməsin deyə ona qəbz vermir. Mühasibatlıq hesablamalarına görə Cavabdeh1 ASC-yə artıq ödəmələri vardır və ASC-nin məhkəməyə təqdim etdiyi sənədlərin heç bir hüquqi əsası yoxdur, həmin sənədləri o, baş mühasib olaraq təsdiq etməmiş və etmir, həmin sənədlər Asif Məhəmmədov tərəfindən hazırlanmışdır. ASC-nin X3 Asif Məhəmmədovun ona bildirdiyinə görə Cavabdeh1 və digər şəxsləri əsassız olaraq məhkəməyə verməsində məqsədi ASC-nin başqa şəxslərə olan borclarından yayınmaq və borclu olduğu şəxslərdən bu formada möhlət almaqdır. ASC-nin satdığı mallar nisyə yox, nəğd şəkildə satılırdı və pullar Asif Məhəmmədova nəğd şəkildə ödənilsə də, Asif Məhəmmədov həmin pulları ASC-nin kassasına daxil etmirdi və öz cibinə qoyaraq həmin şəxslərə qəbz verməyərək bildirirdi ki, həmin məbləğləri kassaya daxil etsə buna görə vergi verməli olacaq. Sonda təkrar olaraq bildirir ki, Cavabdeh1 və digər ASC-dən mal götürən şəxslərin ASC-yə heç bir borcu qalmamışdır. Məhkəmə kollegiyası bu ərizə ilə bağlı qeyd edir ki, yuxarıda göstərilən ərizənin notarial qaydada təsdiqlənməsi həmin ərizənin N.Ə.Zamanovun iradəsi olduğunu təsdiqləsə də, onun kolbasa məhsullarının “nisyə deyil nağd ödənilməsi”ni bildirməsi faktı bilavasitə məhkəmə prosesində şahid kimi dinlənilmədiyindən mötəbər sübut kimi qiymətləndirilə bilməz. Belə ki, Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Bundan başqa, Məhkəmə kollegiyası qeyd edir ki, müqavilənin şərtlərinə görə, “satışdan alınan bütün məbləği “Sifarişçi”nin hesabına köçürür” müddəası nəzərdə tutulmuşdur. Göründüyü kimi, Cavabdeh1 qarşılıqlı iddiasının əsaslarını təsdiq edən sübutları nə birinci, nə də apellyasiya instansiyası məhkəməsinə təqdim edə bilməmişdir. Sübuta söykənməyən tələb isə əsaslı hesab edilə bilməz. MPM-nin 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh1 apellyasiya şikayətinin dəlilləri müzakirə olunan hissədə sassızdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən- ilk iddia üzrə “borcun məbləğinin müəyyən edilməsi” hissəsində dəyişdirilməli, qarşılıqlı iddianın rədd edildiyi hissədə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İlk iddia üzrə Cavabdeh1 apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhər Nərimanov rayon Məhkəməsinin 2(005)-39/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən- ilk iddia üzrə borc məbləğinin müəyyən edilməsi hissəsində dəyişdirilsin. xx.xx.2017-ci il tarixli 01 №-li müqavilə üzrə yaranmış borcun ödənilməsi məqsədi ilə 3.706,04 manat məbləğində pul Cavabdeh1 tutularaq İddiaçı ASC-yə ödənilsin. Qətnamə qarşılıqlı iddianın rədd edildiyi hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Ülvi Mayılov Valeh Ağayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar