Məhkəmə qərarları › İş №2(103)-4726/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4726/2020

08.06.2020 · Müqavilələrin ləğv edilməsi - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4726/2020 08.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), X10 və X5 ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, Cavabdeh2 nümayəndəsi-vəkili X6, CavabdehBakı şəhəri 48 saylı Notariat ofisinin nümayəndəsi-vəkili X1 iştirakı ilə, İddiaçı X8nın cavabdehlər Ağayev Cavabdeh1, Cavabdeh2 və Bakı şəhəri 48 saylı Notariat ofisinə qarşı “alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, əmlaka pay hüququnun müəyyən edilməsi və s.” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(006)-901/2020 saylı qətnaməsindən iddiaçının apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı X8 cavabdehlər Ağayev Cavabdeh1, Cavabdeh2 və Bakı şəhəri 48 saylı Notariat ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Mərdəkan-Zaqulba-Bilgəh yolu, 3-cü KM, 6 və 6A saylı sahələrin bir hissəsində yerləşən torpaq sahəsinin (0,1329 ha), Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Mərdəkan-Zaqulba-Bilgəh yolu, 3-cü KM, 6 və 6A saylı sahələrin bir hissəsində yerləşən torpaq sahəsinin (0,1235 ha), Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Mərdəkan-Zaqulba-Bilgəh yolu, 3-cü KM, 6 və 6A saylı sahələrin bir hissəsində yerləşən torpaq sahəsinin (0,1572 ha) alqı-satqısı ilə bağlı Ağayev Cavabdeh1 və Cavabdeh2 arasında Bakı şəhəri 48 saylı Notariat Ofisi tərəfindən təsdiqlənmiş xx.xx.2014-cü il tarixli 4ə-64, 4ə-65, 4ə-66 saylı alqı-satqı müqavilələrin etibarsız hesab edilməsi və həmin əmlak üzərində Cavabdeh2 mülkiyyət hüququnu təsdiq edən Daşınmaz Əmlakın Dövlət reyestrindən çıxarışın ləğv edilməsi, nikah dövründə əldə olunmuş həmin torpaq sahələrinin bölünərək 2/3 hissəsinə onun, 1/3 hissəsinə isə Ağayev Cavabdeh1 pay hüququnun müəyyən edilməsi və həmin payın naturada ölçülərək ona təhvil verilməsi, ödənilmiş 30 manat dövlət rüsumunun cavabdeh Ağayev Cavabdeh1 onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2007-ci il tarixdə Ağayev Cavabdeh1 ilə nikaha daxil olmuş, birgə nikahdan dörd uşaqları doğulmuşdur. Evliliyin ilk vaxtlarında mehriban yaşasalar da, bir qədər sonra münasibətlərdə ciddi dəyişikliklər müşahidə olunmuş və münasibətlər pozulmuşdur. 2015-ci ilin dekabr ayında tərəflər birlikdə Latviyanın Riqa şəhərinə köçmüşlər. Orada yaşadıqları demək olar ilk aylarından Ağayev Cavabdeh1 müxtəlif kazinolarda qumar oynamağa başlamışdır. Riqa şəhərində yaşadıqları müddət ərzində Ağayev Cavabdeh1 500.000 Avro məbləğində kazinolarda pul uduzmuşdur. O, iki il ərzində cavabdehə köməklik göstərib, həkimlərə, psixoloqlara aparmışdır. E.Ağayev Riqa prokurorluğunda ərizə yazıb, xahiş etmişdir ki, onu kazinolara buraxmasınlar. 2018-ci ilin yay aylarında Riqa şəhərində kirayə haqqını ödəməyə belə pulları olmamış, bu səbəbdən iddiaçı anasına müraciət etmiş, anası onlara Riqa-Nijney Novqorod istiqamətində 5 ədəd bilet almışdır. Cavabdeh isə Bakı şəhərinə qayıtmışdır. 2018-ci ilin noyabr ayında o və dörd övladları Bakı şəhərinə qayıtmışdılar. Münasibətin bərpası mümkün olmadığından xx.xx.2019-cu ildə nikahları rəsmi pozulmuşdur. Ağayev Cavabdeh1 hər zaman gördüyü işlərdən onu uzaq tutub və bu səbəbdən hər hansı bir daşınmaz və daşınar əmlakların alqı-satqısından onun xəbəri olmamışdır. Bu səbəbdən nikah rəsmi pozulandan sonra müxtəlif sorğular edib, onda məlum olmuşdur ki, Ağayev Cavabdeh1 birgə nikah dövründə müəyyən əmlaklar əldə etmiş, lakin onun xəbəri və icazəsi olmadan sonradan başqasının adına özgəninkiləşdirmişdir. Ağayev Cavabdeh1 birgə nikah dövründə əldə olunan torpaq sahələrini xx.xx.2014-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh2 satmışdır. Sözügedən əmlakın üzərində cavabdeh Ağayev Cavabdeh1 tərəfindən sərəncam verilərkən onun mülkiyyət hüquqları kobud surətdə pozulmuşdur. Ağayev Cavabdeh1 mübahisələndirilən əmlakın özgəninkiləşdirilməsinə dair onun razılığının olmadığını bilmişdir. Hətta Bakı səhəri 48 saylı Notariat Ofisinin xx.xx.2019-cu il tarixli 700007 nömrəli cavab məktubuna əsasən, cavabdeh E.Ağayev müqavilə bağlayarkən şəxsiyyət vəsiqəsində subay olduğuna və notariusa alıcı tərəfindən satıcının subay olmasına dair ərizə verildiyinə görə notarius bu səbəbdən hesab edib ki, alqı-satqı müqaviləsi bağlana bilər. Həmçinin notarius cavab məktubunda bildirir ki, müqavilə bağlandığı an elektron-notariat avtomatlaşdırılmış informasiya sisteminin təkmilləşməməsinə görə Ağayev Cavabdeh1 vətəndaşlıq vəziyyətini yoxlamaq mümkün olmamışdır. Cavabdeh2 tərəflərin ailəvi dostu, keçmiş ərinin işəgötürəni olub və bilirdi ki, Ağayev Cavabdeh1 evlidir və onun 4 övladı var. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(006)- 901/2020 saylı qətnaməsi ilə iddia təmin edilməmiş, məhkəmə xərcləri iddiaçıya aid edilmişdir. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, onun ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində işin faktiki halları sadalanaraq göstərilmişdir ki, qətnamə qanunsuz və əsassızdır. Alqı-satqı müqaviləsində göstərilən məbləğin ödənilməməsi barədə hər hansı sübut təqdim edilməmişdir. Əgər pul notariusun hesabına köçürülməyibsə, müqavilələr necə təsdiq edilib. Əmlakların alınması və satılmasından onun xəbəri olmamışdır, 2019-cu ildə sorğulara cavab gəldikdə məlumatlı olmuşdur. Məhkəmə Kollegiyasının iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi-vəkili apellyasiya şikayətinin əsassız olduğunu qeyd edərək, təmin edilməməsini xahiş etdi. Məhkəmə Kollegiyasının iclasında iştirak edən cavabdeh Bakı şəhəri 48 saylı Notariat ofisinin nümayəndəsi-vəkili apellyasiya şikayətinin əsassız olduğunu qeyd edərək, təmin edilməməsini xahiş etdi. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış iddiaçı və digər cavabdeh məhkəməyə gəlmədiklərinə görə, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi, işə işdə olan və əlavə təqdim olunan sübutlar əsasında mahiyyət üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Məcəlləsinin 372.7 maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Bakı şəhəri Səadət Sarayı (Bakı nikah evi) tərəfindən verilmiş xx xxxxxx 2015-ci il tarixli nikah haqqında şəhadətnamədən görünür ki, Ağayev Cavabdeh1 ilə X8 xx.xx.2007-ci ildə rəsmi nikah bağlamış, hər ikiksi öz soy adında qalmışdır. Bakı şəhəri Yasamal rayon Qeydiyyat şöbəsi tərəfindən xx xxxxxxxx 2019-cu il tarixdə verilmiş AZ-İ № 334004 saylı nikahın pozulması haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, Ağayev Cavabdeh1 ilə Demidova Polina arasındakı nikah ləğv edilmiş, bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında xx.xx.2019cu il tarixdə 256 nömrəli qeydiyyat aparılmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Mərdəkan-Zaqulba-Bilgəh yolu, 3-cü KM, 4 “xxxxxxxxx” MMC-nin xüsusi mülkiyyəti kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə 513 saylı reyestr kitabının 48526 nörməli vərəqində ********** nömrə ilə qeydiyyat aparılmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Mərdəkan-Zaqulba-Bilgəh yolu, 3-cü KM, 6 və 6 A saylı sahələrin bir hissəsi (4.2 kv.m) “xxxxxxxxx” MMC-nin xüsusi mülkiyyəti kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə 513 saylı reyestr kitabının 48569 nörməli vərəqində ********** nömrə ilə qeydiyyat aparılmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Mərdəkan-Zaqulba-Bilgəh yolu, 3-cü KM, 6 və 6 A saylı sahələrin bir hissəsi (0.133831 kv.m) Ağayev Cavabdeh1 xüsusi mülkiyyəti kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə 520 saylı reyestr kitabının 49199 nörməli vərəqində ********** nömrə ilə qeydiyyat aparılmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Mərdəkan-Zaqulba-Bilgəh yolu, 3-cü KM, 6 və 6 A saylı sahələrin bir hissəsi (0.12351 kv.m) Ağayev Cavabdeh1 xüsusi mülkiyyəti kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə 520 saylı reyestr kitabının 49198 nörməli vərəqində ********** nömrə ilə qeydiyyat aparılmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Mərdəkan-Zaqulba-Bilgəh yolu, 3-cü KM, 6 və 6 A saylı sahələrin bir hissəsi (0.157243 kv.m) Ağayev Cavabdeh1 xüsusi mülkiyyəti kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə 517 saylı reyestr kitabının 48939 nörməli vərəqində ********** nömrə ilə qeydiyyat aparılmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2019-cu il tarixli məktubundan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna Qəsəbəsi, Mərdəkan Zagulba-Bilgəh yolu, 3-cü KM, 6 və 6A saylı sahələrin bir hissəsində yerləşən 0.1329 ha torpaq sahəsi 48 saylı DNK-nın 4ə-64 reyestr nömrəli, xx.xx.2014-cü il tarixli alqı-satqı müqaviləsinə, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Mərdəkan-Zagulba-Bilgəh yolu, 3-cü KM, 6 və 6A saylı sahələrin bir hissəsində yerləşən 0.1235 ha torpaq sahəsi 48 saylı DNK-nın 4ə-66 reyestr nömrəli, xx.xx.2014-cü il tarixli alqı-satqı müqaviləsinə, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Mərdəkan-Zagulba-Bilgəh yolu, 3-cü KM, 6 və 6A saylı sahələrin bir hissəsində yerləşən 0.1572 ha torpaq sahəsi 48 saylı DNK-nın 4ə- 65 reyestr nömrəli, xx.xx.2014-cü il tarixli alqı-satqı müqaviləsinə, Bakı şəhəri, Mərdəkan qəsəbəsi, Neftçilər küçəsi, 1 saylı ev 6 saylı DNK-nın 3ma-4/691 reyestr nömrəli, xx.xx.1996-cı il tarixli alqı-satqı müqaviləsinə, Bakı səhəri, Lenin (Azadlıq pr) prospekti, ev 21, 14 saylı mənzil 6 saylı DNK-nın xx.xx.2000-ci il tarixli, 3m-63 reyestr nömrəli bağışlama müqaviləsinə, Bakı şəhəri, Lenin (Azadlıq pr) prospekti, ev 21, 34 saylı mənzilisə 12 saylı DNK-nın 3m7-1236 reyestr nömrəli, xx.xx.1999-cu il tarixli bağışlama müqaviləsinə əsasən özgəninkiləşdirilmişdir. Notariat qaydasında təsdiq olunmuş xx xxxxxx 2019-cu il tarixdə Bakı şəhəri 48 saylı Notariat kontorunun xüsusi notariusu S.E.Hüseynov tərəfindən təsdiq edilmiş AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin təsdiq olunmuş surətindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Mərdəkan-Zaqulba-Bilgəh yolu, 3-cü KM, 6 və 6 A saylı sahələrin bir hissəsi (0.12351 kv.m) X4 (Ağayev Cavabdeh1 adından) tərəfindən Cavabdeh2 10.000 manat məbləğinə satılmışdır. Notariat qaydasında təsdiq olunmuş xx xxxxxx 2019-cu il tarixdə Bakı şəhəri 48 saylı Notariat kontorunun xüsusi notariusu S.E.Hüseynov tərəfindən təsdiq edilmiş AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin təsdiq olunmuş surətindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Mərdəkan-Zaqulba-Bilgəh yolu, 3-cü KM, 6 və 6 A saylı sahələrin bir hissəsi (0.157243 kv.m) X4 (Ağayev Cavabdeh1 adından) tərəfindən Cavabdeh2 10.000 manat məbləğinə satılmışdır. Notariat qaydasında təsdiq olunmuş xx xxxxxx 2019-cu il tarixdə Bakı şəhəri 48 saylı Notariat kontorunun xüsusi notariusu S.E.Hüseynov tərəfindən təsdiq edilmiş AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin təsdiq olunmuş surətindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Mərdəkan-Zaqulba-Bilgəh yolu, 3-cü KM, 6 və 6 A saylı sahələrin bir hissəsi (0.133831 kv.m) X4 (Ağayev Cavabdeh1 adından) tərəfindən Cavabdeh2 10.000 manat məbləğinə satılmışdır. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X2 ifadəsində bildirmişdir ki, o, Ağayev Cavabdeh1 və Cavabdeh2 tanıyır. Belə ki, o, 13 ildir ki, “xxxxxxxxx” MMC-nin törəmə şirkətlərinin direktorudur. “xxxxxxxxx” MMC-yə məxsus olan 4,2 hektar və 0,1 hektar torpaq sahəsi fərdi yaşayış evlərinin tikintisinin aparılması üçün 32 torpaq sahəsinə ayrılaraq, ayrı-ayrı fiziki şəxslərin adlarına və “xxxxxxxxx” MMC-nin adına sənədləşdirilmişdir. Bunun üçün torpaq sahəsinin bölgü sxemi tərtib edilmiş, torpaq sahələri gələcəkdə sənədləşmə işlərində çətinlik yaratmamaq üçün etibar edilmiş 13 nəfər fiziki şəxsin adına rəsmiləşdirilmişdir. Onlardan biri də özü olmuşdur. Cavabdeh1 Ağayevin də adına 3 torpaq sahəsi sənədləşdirilmişdir. Lakin digər şəxslər kimi E.Ağayev də alqısatqı zamanı faktiki olaraq pul ödəməmişdir, bu əqdlər formal xarakter daşımışdır. Onun öz adına 2 torpaq sahəsi sənədləşdirilmişdir ki, onlardan da biri sonradan özgəninkiləşdirilmişdir. Sənədləşmə işlərinin aparılması üçün X3 etibarnamə verilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində bildirmişdir ki, o, “xxxxxxxxx” MMC-də işləyir. O, banklarla iş üzrə mütəxəssisdir. “xxxxxxxxx” MMCyə məxsus olan 4,2 hektar və 0,1 hektar torpaq sahəsinin fərdi yaşayış evlərinin tikintisinin aparılması üçün bölünərək, 13 nəfər fiziki şəxsin adına rəsmiləşdirilməsi prosesində iştirak etmişdir. Sənədləşmə işlərinin aparılması üçün başqa şəxsə etibarnamə verilmişdir. Alqısatqı zamanı pul verilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində bildirmişdir ki, o, “xxxxxxxxx” MMC-nin direktoru Tural Seyidovun sürücüsüdür. Alqı-satqı müqavilələrinin bağlanılması üçün torpaq sahələrinin adlarına rəsmiləşdirildiyi 11 nəfər tərəfindən ona etibarnamə verilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X12 ifadəsində bildirmişdir ki, o, 5 ildir ki, “xxxxxxxxx” MMC-nin direktorudur. O, MMC-yə məxsus torpaq sahələrini gələcəkdə sənədləşmə işlərində çətinlik yaranmaması məqsədilə etibar etdiyi 13 nəfər arasında bölüşdürərək, onların adlarına rəsmiləşdirmişdir. Həmin şəxslərdən biri də Ağayev Cavabdeh1 olmuşdur. Sonuncu MMC-nin əməkdaşı olmasa da, Cavabdeh2 yaxını olduğu üçün ona etibar edirdi. Alqı-satqı zamanı heç bir pul məbləği ödənilməmişdir. İşin müəyyən edilmiş hallarından, şahid ifadələrindən müəyyən edilmişdir ki, “xxxxxxxxx” MMC-yə məxsus olan 4,2 ha və 0,1 ha torpaq sahəsi fərdi yaşayış evlərinin tikintisinin aparılması üçün 32 torpaq sahəsinə ayrılaraq, cavabdeh E.Ağayev də daxil olmaqla ayrı-ayrı fiziki şəxslərin (ümumilikdə 13 nəfərin) və “xxxxxxxxx” MMC-nin adına sənədləşdirilmişdir. E.Ağayevin adına 3 torpaq sahəsi (0,1329 ha, 0,1235 ha və 0,1572 ha) rəsmiləşdirilmişdir. Alqı-satqı müqavilələrinin rəsmiləşdirilməsi və torpaq sahələrinə mülkiyyət hüququnun yaranması anında onun tərəfindən torpaq sahələrinə görə “satıcı”ya hər hansı məbləğdə pul ödənilməmişdir. Göründüyü kimi, həmin müqavilələr hüquqi nəticə doğurmaq üçün bağlanmamışdır, onlar formal xarakter daşımışdır, ona görə də bu torpaq sahələri tərəflərin birgə nikah dövründə birgə vəsait hesabına əldə edilən əmlak hesab oluna bilməz. Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir (Mülki Məcəllənin 337.1, 337.3, 340.1-ci maddələri). Beləliklə, hər hansı əqdin etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin predmetinin, habelə forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Göstərilən tələblərə cavab verməyən əqd etibarsızdır. Göründüyü kimi, uydurma əqd, həqiqətdə heç bir hüquqi nəticə (hüquq və öhdəlik) əmələ gətirmək niyyəti olmadan, sırf görünüş üçün bağlanan əqddir. Bu halda əqdin tərəfləri hüquq və öhdəliklər yaratmağı arzu etmir, əksinə belə nəticənin əmələ gəlməməsi barəsində öz aralarında razılığa gəlmiş olurlar. Bu əqdi bağlamaqla tərəflər başa düşür və dərk edirlər ki, həmin əqd üzrə hər hansı hüquqi nəticə, yəni onlar üçün hüquq və vəzifələr əmələ gəlmir. Əqd iştirakçıları bununla hüquqi görünüş yaradaraq tamam başqa məqsəd güdürlər, özü də bu məqsəd, adətən, hüquqazidd xarakter daşıyır. Başqa sözlə, uydurma əqd, bir qayda olaraq sırf başqalarını (üçüncü şəxsləri) aldatmaq və həqiqətdə olmayan hüquq və öhdəlikləri sanki varmış kimi göstərmək məqsədilə bağlanır. Məhkəmə kollegiyası hesab edir ki, həmin alqı-satqı müqavilələri ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqdlər olmuşdur, ona görə də həmin əqdlər etibarsızdır (əhəmiyyətsizdir). Ancaq nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.1-ci maddəsinə əsasən, əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Göründüyü kimi, əhəmiyyətsiz əqdlər üzrə qanunla bir illik kəsici müddət (mübahisələndirmə müddəti) müəyyən olunmuşdur. Əhəmiyyətsiz əqdlərdə bu müddətin axımı onun icrasına başlanıldığı gündən başlayır. Kəsici müddət iddia müddəti deyil, subyektiv hüququn qüvvədə olma müddətidir. İddia müddəti isə pozulmuş hüququn müdafiəsi müddətidir (Mülki Məcəllənin 372.2-ci maddəsi). Nəzərə almaq lazımdır ki, hüququn müdafiə müddəti ilə hüququn qüvvədə olma müddəti fərqli anlayışlardır. Birinci halda hüquq mövcud olur (qüvvədə olur), lakin müdafiə müddəti keçdiyinə görə müdafiə olunmur, ikinci halda isə hüquq ümumiyətlə mövcud olmur (qüvvədən düşmüş sayılır), ona görə də müdafiə olunmur. Çünki mövcud olmayan hüququn müdafiəsi mümkün deyil. Bu səbəbdən də həmin müddət mübahisə tərəfinin “iddia müddətinin tətbiqi barədə” ərizə verib-verməməsindən asılı olmayaraq məhkəmə tərəfindən tətbiq edilir və bu müddət iddia müddəti sayılmır. Hazırkı işdə iddiaçının etibarsız hesab edilməsini tələb etdiyi müqavilələr xx.xx.2014-cü il tarixdə iddiaçı ilə cavabdeh E.Ağayevin birgə nikah dövründə bağlanmış əqdlərdir. İddiaçı isə hazırki iddia tələbi ilə xx.xx.2019-cu il tarixdə məhkəməyə müraciət etmişdir. Məhkəmə doğru olaraq qeyd etmişdir ki, iddiaçının əqdlərin bağlanmasından məlumatının olmaması inandırıcı deyildir. Kollegiya hesab edir ki, qətnamə qanuni və əsaslıdır, apellyasiya şikayətində göstərilən dəlillər qətnaməni əsassız hesab etmək və onu ləğv etmək üçün əsas deyil. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Kollegiya xüsusi olaraq vurğulayır ki, Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-901/2020 saylı iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun surəti rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: imza Hakimlər: imzalar Əsli ilə düzdür, Sədrlik edən Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar