Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4729/2024 19.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı (X3 qanuni nümayəndəsi) cavabdehlər Cavabdeh2 və Ağcabədi Regional Cavabdeh1ndə notariat ofisinə qarşı (üçüncü şəxslər: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti, DİN Baş Dövlət Yol Polisi İdarəsi və X14) qarşı iş üzrə (Açar sözlər: vərəsəlik şəhadətnaməsinin etibarsız sayılması, çıxarışın ləğv edilməsi, miras əmlakda payın müəyyən edilməsi,) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu (sədrlik edən və məruzəçi), X7 və X4 ibarət tərkibdə, Məhkəmə iclas katibi Xanalıyeva Türkan Novruz qızının katibliyi, İddiaçının nümayəndəsi (vəkili) Vəkil1 və Cavabdeh2 nümayəndəsi (vəkili) Vəkil3 iştirakları ilə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-47/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 19 avqust 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. X2 X12 ilə faktiki nikahından xx.xx.1993-cü il təvəllüdlü Yusif, İddiaçı ilə faktiki nikahından isə xx.xx.2018-ci il təvəllüdlü Əli adlı uşaqları doğulmuşdur. Həmin uşaqlardan Yusifin barəsində atalıq xx.xx.2010-cu ildə Yevlax rayon qeydiyyat şöbəsində, Əlinin barəsində isə xx.xx.2019-cu ildə Ağcabədi rayon qeydiyyat şöbəsində dövlət qeydiyyatına alınmışdır.
2. X13 xx.xx.2018-ci il tarixdə vəfat etmiş, sonuncudan Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsi, 2383-cü məhəllə, ev 49, mənzil 71, giriş 1 ünvanında yerləşən mənzil və **-BO-*** dövlət qeydiyyat nişanlı, buraxılış ili 2000-ci il olan “Mercedes Benz E320” markalı minik avtomobili miras qalmışdır.
3. Mərhumun anası Cavabdeh2 vərəsəlik işinin açılması barədə müraciəti əsasında ona Ağcabədi regional Cavabdeh1ndə notariat ofisi tərəfindən reyestrdə 2V-101 nömrəsi ilə qeyd edilmiş xx.xx.2020-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamə verilmiş, sonuncu Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsi, 2383-cü məhəllə, ev 49, mənzil 71, giriş 1 ünvanında yerləşən ümumi sahəsi 46,6 kv.m olan mənzildən tam hissədə pay almış, mənzil xx.xx.2021-ci il tarixdə xüsusi mülkiyyət kimi onun adına qeydiyyata alınmışdır. Ağcabədi rayon notariat ofisi tərəfindən verilmiş reyestrdə 2V-126 nömrəsi ilə qeyd edilmiş xx.xx.2019-cu il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamə əsasında “Mercedes Benz E320” minik markalı **-BO-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi də Cavabdeh2 mülkiyyətinə keçmiş, o da xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsi əsasında avtomobili X9 10000 manata satmışdır.
Birinci instansiya məhkəməsində icraat
4. X3 qanuni nümayəndəsi İddiaçı xx.xx.2022-ci il tarixdə cavabdehlər Cavabdeh2 və Ağcabədi Regional Cavabdeh1ndə Notariat Ofisinə qarşı (üçüncü şəxslər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti) iddia ərizəsi və əlavə ərizə ilə məhkəməyə müraciət edərək, vərəsəlik üzrə mirasın qəbulu üçün qanunvericilikdə nəzərdə tutulmuş müdətlərin bərpa edilməsi, xx.xx.2018-ci il tarixdə vəfat etmiş X6 mülkiyyətində olmuş Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsi, 2383-cü məhəllə, ev 49, mənzil 71, giriş 1 ünvanında yerləşən mənzilə X11 1/2 hissədə pay hüququnun tanınması və **-BO-*** dövlət qeydiyyat nişanlı, buraxılış ili 2000-ci il olan “Mercedes Benz E 320” markalı minik avtomobilin əvəzi olaraq həmin avtomobilin 1/2 hissəsinin dəyərinin, yəni 8750 AZN məbləğində pulun Cavabdeh2 tutularaq İddiaçı ödənilməsi, X21 Xidmət mərkəzinin notariat ofisi tərəfindən buraxiliş ili 2000-ci il olan “Mercedes Benz E320” markalı minik avtomobilinə dair tam hissədə pay hüququnun müəyyən edilməsi barədə Cavabdeh2 verilmiş xx.xx.2019-cu il tarixli və Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsi, 2383-cü məhəllə, ev 49, mənzil 71, giriş 1 ünvanında yerləşən mənzilə dair tam hissədə pay hüququnun müəyyən edilməsi barədə Cavabdeh2 adına verilmiş xx.xx.2020-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi, xx.xx.2020-ci il tarixli şəhadətnamə əsasında Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsi, 2383-cü məhəllə, ev 49, mənzil 71, giriş 1 ünvanında yerləşən mənzilə dair DƏDRX-də aparılmış qeydiyyatın ləğv edilməsi və verilmiş 16.11 2020-ci il tarixli, ********** nömrəli çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
5. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, X1 onunla birlikdə Ağcabədi rayonunda yaşayıb, mübahisəli mənzilə daimi şəkildə gedib-gəlib, orada yaşayıblar. Bildirir ki, həmin mənzildə daimi yaşayış olmayıb, yalnız Bakı şəhərinə gəldiklərinə orada yaşayıb və yay aylarında həmin mənzildə X13 ilə qalıblar. X13 vəfat etdikdən sonra da fasiləsiz olaraq övladi ilə həmin mənzildə qalıblar, mənzilə sahiblik etməklə ondan istifadə ediblər. Bununla yanaşı bu ilin oktyabr ayının sonlarınadək həmin mənzildə 2 ay övladı ilə birlikdə yaşayıb. Bundan əlavə, 2019-cu ilin mart ayında həmin mənzili öz maddi vəsaiti hesabına təmir etdirməklə mənzilin vəziyyətində yaxşılaşmalar edib, mənzildə istifadə etmək üçün soyuducu alıb, mənzilin açıq balkonunu xeyli xərc çəkməklə bağlatdırıb. Eyni zamanda, onun cehizindən müəyyən əşyalar da, hazırda həmin mənzildədir. Göründüyü kimi, mərhum həyat yoldaşı X5 övladları X15 miras qalmış əmlaka faktiki sahiblik edib, öz hesabına yaxşılaşdırmalar aparıb, evə yeni əşyalar alıb, beləliklə də, Ə.Abbasovun qanuni nümayəndəsi olaraq miras əmlakı faktiki olaraq qəbul edib. Notarius tərəfindən başqa vərəsələrin olub-olmadığı araşdırılmadan X2 mülkiyyətində olmuş mübahisəli avtomobilə dair onun anası Cavabdeh2 tam hissədə pay hüququ müəyyən edilməklə qanun üzrə vərəsəlik haqqında şəhadətnamə verilib. Eyni zamanda həmin vərəsəlik işindən görünür ki, Cavabdeh2 xx.xx.2020-ci il tarixdə X21 Xidmət mərkəzinin notariat ofisinə ərizə ilə müraciət edərək mərhum oğlu X6 tək vərəsəsi olduğunu və ondan miras qalmış Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsi, 2383-cü məhəllə, ev 49, mənzil 71, giriş 1 ünvanında yerləşən mənzilə dair vərəsəlik şəhadətnaməsi verilməsini xahiş edib. Notariat orqanı tərəfindən həmin şəhadətnamə verilərkən mərhumun Cavabdeh2 başqa qanun üzrə vərəsələrinin olub-olmaması müəyyənləşdirilməli və vərəsəlik işinin açılması barədə həmin vərəsələrə bildiriş verilməli idi. Lakin göründüyü kimi Cavabdeh2 mərhum həyat yoldaşının qanun üzrə vərəsələrini notariat orqanından gizlədib, nə Cavabdeh2 oğlunun özündən başqa 2 qanun üzrə vərəsəsinin, yəni azyaşlı övladı X11 və mərhumun birinci evliliyindən dünyaya gəlmiş X8 mərhumun qanun üzrə vərəsəsi olmasını öz ərizəsində göstərməyib, nə də notariat orqanı öz öhdəliklərini yerinə yetirərək digər vərəsələrin olub-olmadığını araşdırmayıb. X2 digər övladı X8 miras əmlakını təşkil edən qeyd edilən mənzili və minik avtomobilini qəbul etməsi və ya həmin əmlakdan imtina etməsi ilə əlaqədar vərəsəlik işində hər hansı bir ərizə və ya məlumat mövcud deyil. Eyni zamanda Yusif Abbasov miras əmlaka daxil olan mənzildə yaşamayıb, ondan istifadə etməyib və əmlaka sahiblik etməyib. Avtomobil halhazırda 3-cü şəxsin mülkiyyətində olduğundan həmin avtomobilin dəyərinin yarı hissəsi Cavabdeh2 tərəfindən iddiaçıya ödənilməlidir.
6. Mübahisə predmeti barədə müstəqil tələb irəli sürən üçüncü şəxs X14 xx.xx.2023cü il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum xx.xx.2018-ci il tarixdə vəfat etmiş atası X6 mülkiyyətində olan Bakı şəhəri ünvan 1 ünvanda yerləşən mənzilə və **-BO-*** dövlət qeydiyyat nişanlı buraxılış ili 2000-ci olan, “Mersedes Benz E 320” markalı, minik avtomobilinə onun 1/3 hissədə pay hüququnun tanınması, Ağcabədi Regional Cavabdeh1 notariat ofisi tərəfindən **-BO-*** dövlət qeydiyyat nişanlı buraxılış ili 2000-ci olan, “Mersedes Benz E 320” markalı, minik avtomobilinə dair tam hissədə pay hüqununun müəyyən edilməsi barədə Cavabdeh2 verilmiş xx.xx.2019-cu il tarixli və Bakı şəhəri ünvan 1 ünvanda yerləşən mənzilə dair tam hissədə pay hüququnun müəyyən edilməsi barədə Cavabdeh2 verilmiş xx.xx.2020-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi, xx.xx.2020-ci il tarixli şəhadətnamə əsasında Bakı şəhəri ünvan 1 ünvanda yerləşən mənzilə dair DƏDRX-də aparılmış qeydiyyatın və verilmiş xx.xx.2020-ci il tarixli ********** nömrəli Çıxarışın ləğv edilməsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin üzərinə qoyulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
7. Üçüncü şəxs iddia tələbini onunla əsaslandırmışdır ki, onun valideyinləri boşandığına görə ümumiyyətlə onun həmin miras barədə heç bir məlumatı olmayıb. Yalnız bu məhkəmə mübahisəsindən sonra bu barədə məlumat alıb. Özü uzun müddətdir ki, Rusiyada Federasiyasında yaşayır. Azərbaycan Respublikasına demək olar ki, az-az gəlir. Rusiya Federasiya və Ukrayna Respublikası arasındakı müharibə ilə əlaqədar olaraq Rusiya Federasiyasından çıxa bilmir. İddiaçı vərəsəlik şəhadətnaməsi üzrə 2/3 hissədə pay hüququnun tanınmasını tələb etməklə onun hüquqlarını əhəmiyyətli dərəcədə pozur.
8. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-47/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakim Q.Əliyeva) iddia qismən təmin, üçüncü şəxsin iddiası tam təmin edilmiş, iddiaçının və üçüncü şəxsin miras qalmış əmlakı qəbul etməsi üçün buraxılmış müddət bərpa edilmiş, Ağcabədi regional Cavabdeh1ndə notariat ofisi tərəfindən verilmiş reyestrdə 2V-101 nömrəsi ilə qeyd edilmiş xx.xx.2020-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamə və Ağcabədi rayon notariat ofisi tərəfindən verilmiş reyestrdə 2V-126 nömrəsi ilə qeyd edilmiş xx.xx.2019-cu il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamə etibarsız hesab edilmiş, Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsi, 2383-cü məhəllə, ev 49, mənzil 71, giriş 1 ünvanında yerləşən mənzilə dair Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-də Cavabdeh2 mülkiyyət hüququnun rəsmiləşdirilməsi ilə bağlı aparılmış qeydiyyat, eləcə də, həmin qeydiyyat əsasında verilmiş xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış ləğv edilmiş, həmin mənzildə X11 1/3, X8 1/3 və Cavabdeh2 1/3 hissədə miras payları müəyyən edilmiş, **-BO-*** dövlət nömrə nişanlı, 2000-ci il buraxılışlı, “Mercedes Benz E320” minik markalı avtomobilin satışından əldə edilmiş 10000 manat məbləğində pulun 1/3 hissəsi, yəni 3333 manatı Cavabdeh2 alınaraq İddiaçı, 3333 manat isə X10 ödənilməsi qət edilmiş, iddiaçının iddiası qalan hissədə təmin edilməmişdir.
9. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, mərhum Ələkbər Abbasovun anası Cavabdeh2 ilə yanaşı, övladları Əli Abbasov və Yusif Abbasov da onun birinci növbədə vərəsələridir. Hazırda mərhumdan iki əmlak miras qalıb. Bunlar Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsi, 2383-cü məhəllə, ev 49, mənzil 71, giriş 1 ünvanında yerləşən mənzil və “Mercedes Benz E320” minik markalı **-BO-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsidir. Ağcabədi regional Cavabdeh1ndə notariat ofisində və Ağcabədi rayon notariat ofisində xx.xx.2018-ci il tarixdə vəfat etmiş Ələkbər Abbasovun vərəsələri müəyyən edilərkən onun anası Cavabdeh2 nəzərə alınmış, lakin övladları notariat ofisinə dəvət edilməmiş, ümumiyyətlə mərhumun vərəsələri kimi müəyyən edilməmişdir. Məhkəmə hesab etmişdir ki, “Ağcabədi regional Cavabdeh1ndə notariat ofisində və Ağcabədi rayon notariat ofisində adı çəkilən şəhadətnamələr tərtib edilərkən digər vərəsələr müəyyən edilmədiyindən həmin şəhadətnamələr etibarsız hesab edilməli, onun doğurduğu hüquqi nəticələr ləğv edilməlidir.
10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159, 1322, 1243, 1255, 1133, 1145, 1146, 1151-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri
11. Cavabdeh2 apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv, iddianın rədd olunmasını xahiş etmişdir.
12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, maddi hüquq normaları düzgün tətbiq edilməmişdir. Belə ki, mübahisə həll edilərkən Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli qərarının tələbləri deyil, Azərbaycan Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinin və Mülki Məcəllənin 7-ci maddəsinin tələbləri əsas götürülməlidir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
13. İddiaçının nümayəndəsi tərəfindən apellyasiya şikayətinə qarşı etiraz verilmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları
14. Cavabdeh2 nümayəndəsi məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi.
15. İşdə iştirak edən digər şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsalar da, məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbi haqqında işə baxan məhkəməyə bildirməmişlər. Məhkəmə kollegiyası MPM-in 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
16. Azərbaycan Respublikası Mülki Məcəlləsi 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır; 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır; 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir; 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır.
17. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il qərarı
Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, vərəsəlik hüququnun mülki qanunvericilikdə müəyyən edilmiş qaydada qəbul şərtinə və müddətinə tabe tutulması, susmanın mirasdan imtina ilə eyni hüquqi nəticələrə gətirib çıxarması vərəsəlik hüququnun konstitusiya-hüquqi mahiyyəti ilə uyğunsuzluq təşkil etdiyindən, Mülki Məcəllənin 1273-1-ci maddəsi Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə uyğun olmayan hesab edilməlidir. Həmin qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmişdir.
Apellyasiya baxışının hədləri
18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
19. Hazırkı apellyasiya şikayətində qətnamə iş üzrə cavabdeh tərəfindən mübahisələndirildiyindən, iddiaçı və digər cavabdehlər isə apellyasiya şikayəti vermədiklərindən qətnamənin əsaslılığı Cavabdeh2 apellyasiya şikayətinə münasibətdə iddianın ona aid təmin olunan hissəsində yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
20. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni isə mübahisələndirilən hissədə əsaslı sayaraq hesab edir ki, birinci instansiya məhkəməsi həmin hissədə mübahisənin faktiki halları, tərəflərin qarşılıqlı münasibətləri və tətbiq edilməli hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.
21. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə Kollegiya aşağıdakıları qeyd edir.
22. Birinci instansiya məhkəməsi iddianı mübahisələndirilən hissədə təmin edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli qərarına istinad etmişdir.
23. Sözügedən qərarda ifadə edilmiş hüquqi mövqeyə görə miras qoyanın ölümü ilə yaranan vərəsəlik hüquq münasibətləri vərəsənin mirasdan imtina etməsi anınadək davam edir. Vərəsə statusunda olan şəxs bu statusdan imtina etmək qərarına gələrsə, bununla bağlı iradə ifadəsini Mülki Məcəllənin 1256-cı maddəsinə müvafiq olaraq, vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində ifadə etməlidir. Xüsusilə vurğulanmalıdır ki, mirasdan imtina şəxsin olduqca mühüm konstitusiya hüququndan imtina etməsilə əlaqədar iradə ifadəsi olduğundan, qanunverici bu iradə ifadəsinin məhz xüsusi formada, notariat ofisində rəsmiləşdirilməli olmasını imperativ qaydada müəyyən etmişdir. Bu yanaşmanın nəticəsi olaraq Mülki Məcəllənin 1271-ci maddəsində mirasdan nümayəndə vasitəsi ilə imtina üçün bunun etibarnamədə ayrıca göstərilməsi, Məcəllənin 1268.2-ci maddəsində isə fəaliyyət qabiliyyəti tam olmayan vərəsələr baxımından imtinanın həyata keçirilə bilinməsi üçün xüsusi olaraq məhkəmənin təsdiqi tələb olunmuşdur.
24. Konstitusiya Məhkəməsinin Plenumu 2022-ci il 14 oktyabr tarixli Qərarında əks olunmuş hüquqi mövqeyinin davamı olaraq qeyd etmişdir ki, mirasdan imtinanın ehtimal oluna bilmə imkanı mülkiyyət hüququnu və onun davamlılığını təmin edən vərəsəlik hüququnun konstitusion təminatını pozur.
25. Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu bu qənatə gəlmişdir ki, vərəsəlik hüququnun mülki qanunvericilikdə müəyyən edilmiş qaydada qəbul şərtinə və müddətinə tabe tutulması, susmanın mirasdan imtina ilə eyni hüquqi nəticələrə gətirib çıxarması vərəsəlik hüququnun konstitusiya-hüquqi mahiyyəti ilə uyğunsuzluq təşkil etdiyindən, Mülki Məcəllənin 1273-1-ci maddəsi Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə uyğun olmayan hesab edilməlidir.
26. Bu baxımdan qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməldir.
27. Mülki Məcəllənin 1301-ci maddəsinə əsasən əgər vərəsəliyə çağırılmış, yerində olmayan, lakin olduğu yer müəyyənləşdirilmiş vərəsə mirasdan üç ay ərzində imtina etməzsə, digər vərəsələr mirası bölüşdürmək niyyətləri barəsində ona bildiriş göndərməlidirlər. Əgər bu cür vərəsə bildirişdən sonra üç ay ərzində özünün əmlak bölgüsü haqqında razılaşmada iştirak etmək arzusu barəsində digər vərəsələrə məlumat verməzsə, digər vərəsələr qarşılıqlı razılaşma üzrə əmlakı bölüşdürə bilər və yerində olmayan vərəsənin payını ayıra bilərlər. Əgər miras açıldıqdan sonra altı ay ərzində qaib vərəsənin olduğu yer müəyyənləşdirilməzsə və mirasın qəbulundan imtina barəsində ondan bir xəbər alınmazsa, digər vərəsələr bu Məcəllənin 1301.2-ci maddəsində müəyyənləşdirilmiş qaydada əmlakı bölüşdürə bilərlər.
28. İş materiallarından müəyyən olunur ki, X13 xx.xx.2018-ci il tarixdə vəfat etmiş, onun övladları X17 və X14 atalarından miras qalmış əmlaka vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi barədə ərizə ilə notariat kontoruna müraciət etməmişlər. Məhkəmə kollegiyasının qənaətinə görə X17 və X8 miras əmlak barədə susması onların mirasın qəbulundan imtinası kimi qiymətləndirilə bilməz. Beləliklə, Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli qərarında ifadə edilmiş hüquqi mövqelərə görə Cavabdeh2 kimi onlar da eyni əsaslarla mirası qəbul etmiş sayılırlar. Belə ki, X17 və X14 qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməmiş, bu barədə notarial qaydada ərizə verməmişlər.
29. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin hallarına, maddi və prosessual hüquq normalarına uyğun olmuşdur.
30. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə Kollegiya qeyd edir ki, sözügedən qərarda Mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərarın həmin qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilməsi birbaşa göstərilmişdir. Hazırkı iş Konstitusiya Məhkəməsinin Plenumunun adı çəkilən qərarından əvvəl icraata gütürülməklə həmin qərar elan olunduqdan sonra yekun qərar qəbul edildiyindən birinci instansiya məhkəməsi həmin qərarı mübahisəyə tətbiq etməkdə haqlı olmuş, maddi və prosessual hüquq normalarının pozuntusuna yol verməmişdir.
31. Apellyasiya şikayətinin dəlilləri əsassızdır və qətnamənin ləğvi və yaxud dəyişdirilməsi üçün əsas vermir.
32. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinin tələbinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz
33. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh2 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-47/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi apellyasiya şikayəti üzrə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.