Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4732/2020 22.07.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, Kərimli İlham Əziz oğlu və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə İddiaçı Şıxnəbiyev Rövşən Seyidməhəmməd oğlunun cavabdehlər Cavabdeh1xxxxxxxxxxx«Cavabdeh2 MMC» və Cavabdeh3 MMC-yə qarşı kredit müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair ilkin; Cavabdeh1 QSC X8 Təşkilatının cavabdeh Şıxnəbiyev Rövşən Seyidməhəmməd oğluna qarşı kredit müqaviləsi üzrə əsas və faiz borcunun qaytarılması tələbinə dair qarşılıqlı iddiasına dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1148/20 saylı iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh1 QSC BOKT tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı Şıxnəbiyev Rövşən Seyidməhəmməd oğlu cavabdehlər Cavabdeh1xxxxxxxxxxx«Cavabdeh2 MMC» və Cavabdeh3 MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC arasında bağlanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsinin etibarsız hesab edilməsi, “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-yə borclu olmağı barədə qeydin Cavabdeh3 silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlkin iddia onunla əsaslandırılmışdır ki, kredit müqaviləsi bağlanan zaman o, yəni iddiaçı “xxxxxxxxxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyətində mühafizəçi işləyirdi və cəmiyyətin rəhbəri İbrahim Hüseynovun göstərişinə əsasən o da daxil olmaqla bir neçə işçi “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin Nəqliyyat filialına gedərək şəxsiyyət vəsiqəsini verib bilmədiyi bəzi sənədlərə qol çəkmişdir. Sonradan o, istintaqa çağırılanda bilib ki, qol çəkmiş olduğu sənədlər 1.005.000 manat məbləğində kredit müqaviləsidir. “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC ilə bağlanılmış həmin kredit də daxil olmaqla bir çox kredit müqavilələri üzrə cinayət işi başlanılmış, bağlanılmış həmin kredit müqavilələrinin saxta və qanunsuz olduğu Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxxx 2016-cı il tarixli hökmü ilə müəyyən edilmiş və təqsirli şəxslər cinayət məsuliyyətinə cəlb edilmişlər. Bakı Apellyasiya Məhkəməsinin 1(103)-845/2017 nömrəli, xx xxxx 2017-ci il tarixli qərarı hökm qanuni qüvvəsini almışdır. Göstərilən hökmə əsasən onunla “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin Nəqliyyat filialı arasında bağlanılmış xx.xx.2014cü il tarixli kredit müqaviləsinə əsasən götürülmüş 1.005.000 manat pulun “xxxxxxxxxxxxxxx” MMC-nin rəhbəri İbrahim Hüseynov və Cahangir Hacıyev tərəfindən mənimsənildiyi müəyyən edilmişdir. Həmin hökmə əsasən “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin mülki iddiası qismən təmin edilmiş və onunla formal olaraq bağlanılmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsi də daxil olmaqla X3 və X1 9.696.204,52 manat alınaraq, “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-yə verilməsi qərara alınmışdır. Həmin məhkəmə hökmündən sonra onun adının kredit reyestrində göstərilən kredit müqaviləsinə görə borclu kimi göstərilməsi hüquqi baxımdan mümkün deyildir Cavabdeh1 QSC BOKT qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Şıxnəbiyev Rövşən Seyidməhəmməd oğlundan əsas borc üzrə 1.004.596,62 manat, faiz borcu üzrə 127.300.000 manat, cəmi 1.131.896,62 manat və həmçinin ödənilmiş 30 manat dövlət rüsumunun tutulub Cavabdeh1 QSC-nin hesabına ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, Bank ilə Şıxnəbiyev Rövşən Seyidməhəmməd oğlu arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 11356 saylı Kredit Müqaviləsinə əsasən cavabdehə 1.005.000 manat məbləğində kredit verilmişdir. Borcalan öz üzərinə götürdüyü kredit öhdəliyini lazımınca yerinə yetirməmiş və hazırda banka tələb olunan məbləğdə kredit borcu qalmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1148/2020 saylı işi üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə ilkin iddia təmin, qarşılıqlı iddia rədd edilmişdir. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 QSC BOKT apellyasiya şikayəti verərək, qətnamənin ləğv, ilkin iddia tələbinin rədd, qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh sözügedən cinayət işində zərərçəkmiş kimi deyil, şahid qismində iştirak etmişdir. Ona görə də həmin hökm hazırkı iş üzrə preyudisial xarakter daşımır. Cavabdehin nümayəndəsi şikayəti müdafiə edərək təmin olunmasını xahiş etdi. İddiaçının nümayəndəsi-vəkili şikayətə etiraz təmin olunmamasını xahiş etdi. İlkin iddia tələbi üzrə digər cavabdehlər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər, məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası izahatları dinləyib, iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işdə olan sənədlərdən görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-975/2016 saylı, xx xxxxxxx 2016-cı il tarixli hökmü ilə “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin sabiq rəhbəri Cahangir Hacıyevin göstərişi əsasında Şıxnəbiyev Rövşən Seyidməhəmməd oğlunun adından ödənilməsi rəsmiləşdirilmiş 1.000.000,00 manat məbləğində pul nağd şəklində fillialın əməkdaşları və qeyriləri vasitəsilə filialların kassalarından götürüldüyü müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4, Mülki Məcəllənin 21.1, 317.1, 385.1, 340.1-ci maddələrini mübahisəyə tətbiq edərək belə qənaətə gəlmişdir ki, bankla Şıxnəbiyev Rövşən Seyidməhəmməd oğlu arasında “bağlanmış” kredit müqaviləsinin uydurma əqd olduğundan onun yaratdığı hüquqi nəticələr də etibarsızdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə Kollegiya aşağıdakıları qeyd edir. Mülki Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Baxılan iş üzrə cavabdeh mübahisələndirilən kredit müqaviləsi üzrə pulun iddiaçıya verildiyini iddia edir. Halbuki, 1.005.000 manat məbləğində kredit vəsaitinin heç bir təminatı olmadan, maddi və əmlak vəziyyətinin kreditin ödənilməsinə imkan veribvermədiyi yoxlanılmadan mühafizəçi vəzifəsində işləyən iddiaçıya verilməsi özü belə inandırıcı deyildir. Digər tərəfdən, sözügedən Bankın sabiq rəhbəri barədə məhkəmə müstəvisində oxşar epizodlu çoxsaylı cinayət işlərinin olması, həmçinin Bakı Ağır Cinayətlər Məhkəməsinin qanuni qüvvəyə minmiş 1(101)-975/2016 saylı, xx xxxxxxx 2016-cı il tarixli hökmü onu deməyə əsas verir ki, hazırkı kredit müqaviləsi üzrə pul iddiaçıya verilməmişdir. Qeyd olunanlara əsasən Kollegiya hesab edir ki, məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsas olmadığından, apellyasiya şikayəti təmin edilməməli və hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Cavabdeh1 QSC BOKT-un apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-6625/2019 saylı iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev Hakimlər: İlham Kərimli Elnur Həsənov
Məhkəmə qərarları › İş №2(103)-4732/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4732/2020
22.07.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver