Məhkəmə qərarları › İş №2(103)-4748/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4748/2024

01.10.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Ailə münasibətləri üzrə mübahisələr - Ər-arvad arasında əmlak mübahisələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4748/2024 01.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi İbrahimova Pərvin Adil qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Bakı Şəhəri Cavabdeh6, Cavabdeh1, Cavabdeh8 X3 1 saylı Bakı Ərazi İdarəsi və Cavabdeh8nə qarşı “müqavilənin etibarsız hesab edilməsi, nikah dövründə əldə olunmuş əmlakın bölünməsi tələbi barədə” ilk iddiasına, Cavabdeh2 iddiaçıya qarşı “birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi tələbi barədə” qarşılıqlı iddiasına dair 2(006)-1388/202 saylı mülki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 16 may 2024-cü il tarixli qətnamədən ilk iddia üzrə iddiaçının (qarşılıqlı iddia üzrə cavabdehin) verdiyi apellyasiya şikayətə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İlk və qarşılıqlı iddialara dair 2(006)-1388/202 saylı mülki işə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qətnamə ilə hər iki iddianın təmin edilməməsini qət etmişdir. İlk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinə əsasən mülki işə apellyasiya qaydasında baxılan zaman apellyator ərizə ilə Məhkəməyə müraciət edərək, ilk iddiadan imtina etdiyini bildirmiş və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iş üzrə tərəflər aralarında olan mülki mübahisəni məhkəmədən kənar qaydada həll etmişlər. İlk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh2 vəkili (nümayəndəsi) Nümayəndə4 bildirdi ki, həqiqətən də mülki mübahisə məhkəmədən kənar qaydada öz həllini tapmışdır. Buna görə də, o, apellyasiya baxışının predmeti olan hissədə Rayon Məhkəməsinin qətnaməsinin ləğv edilməsini və ilk iddia üzrə işin icraatına xitam verilməsinə etiraz etmir. Göstərilənləri nəzərə alan Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 191.2-ci maddəsinə görə, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. MPM-in 261.0.4-cü maddəsinə görə, iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, məhkəmə iş üzrə icraata xitam verir. İlki iddiadan imtina iddiaçının özü tərəfindən yazılı formada ifadə edildiyindən, iddiadan imtina qanuna zidd olmadığından və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından Məhkəmə hesab edir ki, ilk iddiadan imtina qəbul olunmalı, iş üzrə Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş və hazırkı apelyasiya baxışının predmeti olan hissədə qətnamə MPM-in 384.0.5-ci maddəsinə əsasən ləğv edilməli və ilk iddia üzrə işin icraatına xitam verilməlidir. Odur ki, yuxarıda göstərilənlərə əsaslanan və MPM-in 191, 261, 263, 384, 402-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə QƏRARA ALDİ: İlk iddia üzrə İddiaçı iddiadan imtinası qəbul edilsin. Hazırkı iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 16 may 2024-cü il tarixli qətnamə apellyasiya baxışının predmeti olan hissədə, yəni İddiaçı Cavabdeh2 və başqalarına qarşı “müqavilənin etibarsız hesab edilməsi, nikah dövründə əldə olunmuş əmlakın bölünməsi tələbi barədə” ilk iddiasının təmin edilməməsi hissəsində ləğv edilsin. İddiaçı Cavabdeh2 və başqalarına qarşı “müqavilənin etibarsız hesab edilməsi, nikah dövründə əldə olunmuş əmlakın bölünməsi tələbi barədə” ilk iddiasına aid hissəsə mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 10 gün müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar