Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-475/2021 09.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi, İddiaçı Məmmədtağı oğlunun, onun vəkili X6, Cavabdeh, qətnamə ilə maraqlarına toxunulan şəxs X5 və onların nümayəndəsi X7 iştirakı ilə, İddiaçı Məmmədtağı oğlunun Cavabdeh qarşı miras əmlakda payın müəyyən edilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 14 may 2019-cu il il tarixli 2(006)-2860/2019 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Məmmədtağı oğlu Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum atasından miras qalmış Bakı şəhəri 3-cü mikrorayon Cavadxan küçəsi 16 saylı evin 32 saylı mənzilinə vərəsə kimi payının müəyyən edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, miras əmlak iddiaçının atası X3 məxsus olmuşdur. İddiaçının atası 2013-cü ildə vəfat etmişdir. İddiaçı mirasın qəbul edilməsi üçün qanunla müəyyən olunmuş müddətdə notariat kontoruna müraciət etmiş, lakin cavabdeh tərəfindən mənzilin mülkiyyət sənədi notariusa təqdim olunmadığından hal-hazıra kimi mirasın sənədləşdirilməsi mümkün olmamışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 14 may 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, Bakı şəhəri 3-cü mikrorayon Cavadxan küçəsi 16 saylı evin 32 saylı mənzilinin ½ hissəsinə İddiaçı Məmmədtağı oğlunun, ½ hissəsinə isə Cavabdeh vərəsəlik payları müəyyən edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, miras qoyanın ölümündən sonra həmin əmlaka sahibliyi həyata keçirərək miras əmlakı qəbul edib. Miras qoyan 14 noyabr 2013-cü il tarixdə vəfat etsə də, iddiaçı miras qoyanın ölümündən sonra bu günədək bir gün də olsun miras əmlakda yaşamamış, mirasın qəbulu ilə bağlı hər hansı hərəkət etməmişdir. İddiaçı miras açıldıqdan 5 il sonra iddia ilə məhkəməyə müraciət etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 24 sentyabr 2019-cu il tarixli 2(103)-10893/2019 saylı qətnaməsi ilə Cavabdeh apellyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 14 may 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh vəkili X10 kassasiya şikayəti verərək iş üzrə Bakı Apellyasiya Məhkəməsinin 24 sentyabr 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bundan əlavə, X9 ərizə ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə müraciət edərək miras qoyanın vərəsəsi olduğu halda işdə iştirak etməyə cəlb olunmadığını, miras əmlakda onun payının müəyyən olunmadığını, nəticədə vərəsəlik hüquqlarının pozulduğunu bildirmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Sədri tərəfindən təqdimat verilərək, mübahisəyə baxılarkən miras qoyanın digər övladı X9 işdə iştirak etməyə cəlb edilmədiyinə və onun miras əmlakda payının olub-olmaması araşdırılmadığına görə Bakı Apellyasiya Məhkəməsinin 24 sentyabr 2019-cu il tarixli 2(103)-10893/2019 saylı qətnaməsinin ləğv edilərək, mülki işin yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılması xahiş edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 02 iyun 2020-ci il tarixli 2(102)- 1371/2020 saylı qərarı ilə Azərbaycan Respublikası Ali Məhkəməsi sədrinin təqdimatı tam, Cavabdeh kassasiya şikayəti isə qismən təmin edilərək iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 24 sentyabr 2019-cu il tarixli, 2(103)-10893/2019 saylı qətnaməsi ləğv edilməklə iş yeni apellyasiya baxışına göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdeh, habelə qətnamə ilə maraqlarına toxunulan şəxs və onların nümayəndəsi apellyasiya şikayətinə uyğun məzmunda izahat verərək apellyasiya şikayətinin təmin edilməsini xahiş etdilər. Onların nümayəndəsi X10 izahatına əlavə olaraq bildirdi ki, qətnamə ilə maraqlarına toxunulan Mehman Həsənov Cavabdeh ilə miras qoyan Məmmədtağı Həsənovun oğludur. O, övladlığa götürülüb. Belə olan halda məhkəmənin qətnaməsi onun da maraqlarına toxunur. Çünki miras əmlaka onun da pay hüququ vardır. İzahatının sonunda o, məhkəmənin qətnaməsinin ləğv edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iddiaçının vəkili şikayətin təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında İddiaçı izahatında göstərdi ki, Mehman Həsənov onun doğma qardaşı deyildir. O onun atasının övladı olmayıb. Mehmanın anası Cavabdeh bacısı Fatimə İskəndərova, atası isə Oqtay İsgəndərovdur. Övladlığa götürülmə barədə hər hansı bir sənəd mövcud deyildir. Buna görə də o, miras əmlaka vərəsə hesab oluna bilməz. İzahatının sonunda o, məhkəmədən qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatını dinləyib, iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 14 may 2019-cu il il tarixli 2(006)-2860/2019 saylı qətnaməsi ləğv olunmalı, iş üzrə yeni qətnamə çıxarılmalı, iddia qismən təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. İşin mübahisəsiz halları ondan ibarətdir ki, iddiaçı miras qoyanın əvvəlki nikahından olan oğludur. Cavabdeh 18 yanvar 1986-cı ildə X4 ilə nikaha daxil olmuşdur. Mübahisəli əmlak 16 dekabr 1988-ci il tarixli 15 saylı orderlə mərhum Məmmədtağı Həsənovun iş yerindən miras qoyana dövlət tərəfindən verilmiş, orderdə ailə üzvü kimi cavabdehin də adı qeyd olunmuşdur. 1997-ci ildə həmin mənzil miras qoyanın adına özəlləşdirilərək xüsusi mülkiyyətə verilmiş, Cavabdeh da mənzilin onun adına özəlləşdirilməsinə razılığını bildirmişdir. Miras qoyan Məmmədtağı Həsənov 14.11.2013-cü il tarixdə vəfat etmişdir. Cavabdeh apellyasiya şikayətində miras qoyan 14 noyabr 2013-cü il tarixdə vəfat etsə də, iddiaçının miras qoyanın ölümündən sonra bu günədək bir gün də olsun miras əmlakda yaşamadığını, mirasın qəbulu ilə bağlı hər hansı hərəkət etmədiyini, miras açıldıqdan 5 il sonra iddia ilə məhkəməyə müraciət etdiyini göstərmişdir. İş materiallarında olan notariat hərəkətini aparmaqdan imtina edilməsi haqqında Bakı şəhəri 3 saylı “ASAN xidmət” Mərkəzinin notariat ofisinin xüsusi notariusu Xuraman Əliyevanın 05 fevral 2019-cu il tarixli qərarından görünür ki, İddiaçı Məmmədtağı oğlu 08 may 2014-cü il tarixdə notariat ofisinə müraciət edərək 14 noyabr 2013-cü ildə vəfat etmiş mərhum atası X1 miras qalmış əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmiş, vərəsələr arasında miras əmlaka dair mübahisə olduğu üçün notariat hərəkəti aparılmaqdan imtina edilmişdir. Məhkəmə tərəfindən Bakı şəhəri 3 saylı “ASAN xidmət” Mərkəzinin notariat ofisinə edilmiş sorğuya cavab olaraq İddiaçı Məmmədtağı oğlunun 08 may 2014-cü il tarixli ərizəsinin surəti məhkəməyə göndərilmişdir. Həmin ərizə notariat reyestrində qeydə alınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1145-ci maddəsinə əsasən, miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən müvafiq olaraq vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Yenə həmin Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Beləliklə, İddiaçı mirasın açıldığı gündən altı ay keçməmiş mirası qəbul etdiyi barədə ərizə ilə notariat kontoruna müraciət etdiyinə görə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. X5 mərhum Məmmədtağı Həsənovun vərəsəsi olub-olmaması məsələsinə gəldikdə isə, məhkəmə kollegiyası aşağıdakıları qeyd edir : Təkrar apellyasiya icraatı zamanı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidmətinə ünvanlanan sorğuya cavab olaraq məhkəməyə göndərilən 23 fevral 2021-ci il tarixli məktubda qeyd edilir ki, 11.06.1993-cü il təvəllüdlü Mehman Həsənovun övladlığa götürülməsi barədə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 07.09.1993-cü il tarixli qətnaməsi 10.09.1993-cü ildə həmin rayonun qeydiyyat şöbəsində icra olunmuşdur. Eyni zamanda Mehman Həsənovun doğumu və övladlığa götürülməsi haqqında akt qeydlərinin kserosurətləri də məhkəməyə göndərilmişdir. Həmin sənədlərdən görünür ki, X4 və Cavabdeh Mehman Həsənovu övladlığa götürmüşlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 1159.1.2. Övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və ya qohumları kimi övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər tutulurlar. Göründüyü kimi, X9 mərhum X2 birinci növbədə vərəsəsi sayıldığından, miras əmlakdan ona da pay düşməlidir. Beləliklə, mərhum X2 birinci növbədə üç vərəsəsi---Cavabdeh, İddiaçı Məmmədtağı oğlu və X9 olduğundan, miras qalmış mənzil üzərində vərəsələrin hər birinin 1/3 hissədə bərabər payı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.2-ci maddəsinə görə, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 388-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi vərəsələrin dairəsi ilə bağlı faktiki halları aydınlaşdırmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 387.2.4-cü maddəsinə görə, məhkəmə işdə iştirak etməyə cəlb olunmamış şəxslərin hüquq və vəzifələrinə dair məsələni onların hüquqlarının pozulması ilə nəticələnməklə həll etmişsə, şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsi tərəfindən X9 işdə iştirak etməyə cəlb olunmadan onun vərəsəlik hüququna dair məsələni onun hüquqlarının pozulması ilə nəticələnməklə həll etmişdir. Buna görə də mübahisələndirilən qətnamə ləğv edilməli, iddia qismən təmin olunmalıdır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 382, 384, 392, 393, 402- 404, 405 və 406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 14 may 2019-cu il il tarixli 2(006)- 2860/2019 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılsın. İddia qismən təmin edilsin. Bakı şəhəri 3-cü mikrorayon Cavadxan küçəsində yerləşən 16 saylı evin 32 saylı mənzilinin 1/3 hissəsinə İddiaçı Məmmədtağı oğlunun, 1/3 hissəsinə Cavabdeh və 1/3 hissəsinə X5 vərəsəlik payları müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə yazılı formada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-475/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-475/2021
09.03.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver