Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4751/2024 06.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Leyla Məmmədovanın katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi barədə” iddiasına dair mülki iş üzrə Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(011)-1001/2024 nömrəli qətnaməsindən Cavabdeh İB-nin apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində tələb olunub ki, iddiaçıya aid olan, Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən fərdi yaşayış evində (abonent kodu: **********09900) təbii qazdan istifadə ilə bağlı hesablanmış 4.759.80 manat borc silinsin. Qətnamə ilə qət olunub ki, iddia qismən təmin olunsun, cavabdeh tərəfindən iddiaçıya həmin ünvan üzrə hesablanmış 3.692,68 manat borc silinsin, iddianın qalan hissəsi təmin edilməsin. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia rədd olunsun. Məhkəmə iclasında iştirak edən İddiaçı bildirdi ki, qazdan sayğacdankənar istifadə edib, lakin bu, uzun müddət deyil, bir neçə ay ərzində davam edib. Belə ki, evinə aid olan qaz sayğacı yanaraq sıradan çıxdığına görə yeni qaz sayğacı quraşdırılana qədər Cavabdeh İBnin həmin əraziyə nəzarət edən əməkdaşının razılığı ilə qazdan sayğacdankənar istifadə edib. Qazdan sayğacdankənar bir neçə ay istifadə etməsinə baxmayaraq Cavabdeh İB tərəfindən ona aid ünvan üzrə dəfələrlə akt tərtib edilib və böyük məbləğdə borc hesablanıb. Cavabdeh İB-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işin həlli ilə bağlı aşağıdakıları qeyd edir: Cavabdeh iddiaçıya aid olan ünvan üzrə 26 akt tərtib edib. Aktlar 2018-ci ilin yanvar ayından 2020-ci ilin aprel ayınadək olan dövrü əhatə edir. Aktlarda qeyd olunub ki, həmin ünvanda sayğacdankənar qaz xətti ilə qazdan istifadə edildiyi aşkar olundu. Daha sonra hesabat aparılıb, dəymiş ziyanın (itirilmiş qazın) əvəzi kimi iddiaçıya 3.692,68 manat məbləğdə borc hesablanıb. İddiaçı qazdan sayğacdankənar istifadə etdiyini apellyasiya icraatı zamanı etiraf edib. Bundan başqa, qazdan sayğacdankənar istifadə edildiyini təsdiq edən fotoşəkil iş materiallarına əlavə edilib (iş v. 11). İddiaçı həmin fotoşəklin onun evinə aid olduğunu apellyasiya icraatı zamanı etiraf edib. Ona görə də qazdan sağacdankənar istifadəyə görə hesablanmış bütün borcun birinci instansiya məhkəməsi tərəfindən silinməsi düzgün nəticə sayılmır. İddiaçı qazdan sayğacdankənar bir neçə ay ərzində istifadə etdiyini etiraf edir. Cavabdeh isə iddiaçının barəsində 26 akt tərtib edib. Cavabdeh iddiaçının aktlarda (26 aktda) göstərilən müddətdə qazdan sayğacdankənar istifadə etdiyini təsdiq edən sübutu məhkəməyə təqdim etməyib, yalnız aktlar təqdim edib, aktlar isə abonent (iddiaçı) tərəfindən imzalanmayıb. Məhkəmə yalnız 1 fotoşəkilə əsaslanaraq iddiaçının həmin müddətdə (26 aktda göstərilən müddətdə) qazdan sayğacdankənar istifadə etdiyini müəyyən edə bilməz. Ona görə də məhkəmə hesab edir ki, iddiaçının etirafı (qazdan bir neçə ay ərzində sayğacdankənar istifadə etməsi barədə etirafı) əsas götürülərək qazdan sayğacdankənar istifadəyə görə borcunun məbləği ağlabatan mühakimə əsasında 500 manat müəyyən edilməli, qazdan sayğacdankənar istifadəyə görə borcun (3.692,68 manatın) qalan hissəsi (3.192,68 manat) silinməlidir. Beləliklə, məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 1096 və 1097ci maddələrinin göstərişlərinə, habelə Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın və “Qaz təchizatı haqqında” Qanunun 13-cü maddəsinin göstərişinə əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi silinən borcun məbləğinə aid hissədə dəyişdirilməlidir. Qətnamə iddianın rədd edilməsinə aid hissədə mübahisələndirilmədiyinə görə həmin hissədə qətnamənin əsaslılığı apellyasiya qaydasında yoxlanılmadı. Belə ki, iddiaçı 4.759.80 manat borcun silinməsni tələb edib, birinci instansiya məhkəməsi müəyən edib ki, həmin borcun yalnız 3.692,68 manatı aktlara əsasən hesablanmış borcdur, qalan 1.067,12 manat qazdan sayğac üzrə istifadəyə görə borcdur. Ona görə də birinci instansiya məhkəməsi 1.067,12 manat borcun silinməsindən imtina edib, iddiaçı isə bunu mübahisələndirməyib. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Cavabdeh İB-nin apellyasiya şikayəti qismən təmin olunsun. Hazırkı iş üzrə Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(011)-1001/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilsin. İddiaçı aid olan, Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən fərdi yaşayış evində (abonent kodu: **********09900) qazdan sayğacdankənar istifadəyə görə hesablanmış borcun 3.192,68 (üç min yüz doxsan iki tam yüzdə altmış səkkiz) manat hissəsi silinsin. Qətnamə qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-4751/2024
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4751/2024
06.09.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver