Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4758/2021 02.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Кollegiyası Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, İddiaçı Lizing Şirkəti QSC-nin nümayəndəsi X3 iştirakı ilə İddiaçı Lizing Şirkəti QSC-nin cavabehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul tələbi”nə dair Bakı şəhəri Qaradağ Rayon Мəhkəməsinin 2(002)-606/2021 saylı iş üzrə qəbul etdiyi 15 fevral 2021-ci il tarixli qətnaməsindən cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Lizing Şirkəti QSC cavabehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borc tələbi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı Lizing Şirkəti QSC ilə bağlanmış 28.12.2013-cü il tarixli 1845T/13/B saylı X6 Muqaviləsinə 28.12.2013-cü il tarixli resturiktirizasiya haqqında razılaşmaya əsasən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 öhdəliklərinin yerinə yetirilməməsi nəticəsində müştərək qaydad dəymiş ziyan üzrə 15279.95 ABŞ DOLLAR əsas məbləğdən gecikmə, 2339 ABŞ DOLLAR faiz, 4454 dəbbə pulu borcun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Lizing Şirkəti QSC iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh X2 arasında bağlanmış 28.12.2013-cü il tarixli 1845T/13/B saylı X6 Muqaviləsinə əsasən İddiaçı Lizinq Şirkəti QSC 2013-cü il buraxılışlı 10-S-735 dövlət qeydiyyat nişanlı “XCMG ZL 50 G” markalı minik avtomobilini öz mülkiyyətinə əldə edərək, onu cavabdehin müvəqqəti istifadəsinə vermişdir. X2 35460 ABŞ DOLLARİ məbləğində borcu illik 21 faiz olmaqla 11 ay müddətinə İddiaçı Lizinq Şirkəti QSC-yə ödəməyi öz üzərinə götürmüşdür. Cavabdeh Lizing Müqaviləsinə 1 saylı Əlavədə(X5) göstərilmiş illik 21 faiz olmaqla mütəmmədi olaraq hər ay ödəniş etməli olduğu halda müqavilənin bu şərtini pozaraq ödəniş cədvəli üzrə dövri olaraq ödəməli olduğu məbləği ödəməmiş və bununla da öhdəlikləri vaxtında və lazımı qaydad icra etməmişdir. Borcun təminatı olaraq Cavabdeh2 ilə zaminlik müqaviləsi bağlanmışdır. Lakin cavabdeh müqavilə şərtlərinə əməl etməyərək üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. X2 lizinq obyektini 17.09.2015-ci ildə QSC-ə təhvil vermişdir. Odur ki, X2 və Cavabdeh2 müştərək qaydada 15279.95 ABŞ DOLLARİ vaxtı keçmiş borc, 2339 ABŞ DOLLARİ faiz borcu, 4454 ABŞ DOLLARİ dəbbə pulu borcu yaranmışdır.Cavabdehlər öhdəliklərni tam və vaxtında yerinə yetirmədiyi üçün şirkət tərəfindən dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, yaranmış borcunu ödəməmişdir. AR MM-in müvafiq maddələrinə əsasən iddia təmin edilməlidir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 11.07.2019-ci il tarixli 2(002)-40/2019 saylı qiyabi qətnaməsinə əsasən iddia təmin edilərək cavabehlərdən 28.12.2013-ci il tarixli 1845T/13/B saylı lizinq müqaviləsi üzrə 15279.95 ABŞ dolları vaxtı keçmiş borc, 2339 ABŞ DOLLARİ faiz borcu, 4454 ABŞ DOLLARİ dəbbə pulu borcu ümumilkdə 22072.23 ABŞ DOLLARİ və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Cavabdeh2 Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 11.07.2019-ci il tarixli 2(002)- 40/2019 saylı qiyabi qətnaməsinin ləğv edilməsi haqqında 24 dekabr 2019 –cu ildə ərizə ilə məhkəməyə müraciət edərək qiyabi qətnaməni ləğv edib, işə mahiyyəti üzrə baxılmasının təzələnməsini xahiş etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 10.11.2020-ci il tarixli 2(002)-2681/2020 saylı qərardadına əsasən ərizə təmin edilərək Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 11.07.2019-ci il tarixli 2(002)-40/2019 saylı qiyabi qətnaməsinin ləğv edilmiş, işə mahiyyəi üzrə baxılması təzələnmişdir. Bakı şəhəri Qaradağ Rayon Мəhkəməsinin 2(002)-606/2021 saylı iş üzrə qəbul etdiyi 15 fevral 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, cavabdehlərdən 15279,95 ABŞ dolları əsas, 2339 ABŞ dolları faiz borcu, 100 ABŞ dolları dəbbə pulu borcu, ümumilikdə 17718,95 ABŞ dollarının (ödəniş günü üçün Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnə üzrə manat hesabı ilə) və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq İddiaçı Lizing Şirkəti QSC-yə ödənilməsi qət edilmişdir. Həmin qətnamədən cavabdehlər apellyasiya şikayəti verərək onun ləğv edilməsi və iddianın rədd edilməsini xahiş etmiş, şikayətlərini onunla əsaslandırmışlar ki, birinci instansiya məhkəməsi ölkədə 2 dəfə devalvasiya hadisəsinin baş verməsini nəzərə almadan, düzgün olmayan borc məbləğlərini onlardan tutmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinin əsassız olduğunu bildirərək, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış cavabdehlər məhkəmə iclasına gəlməmiş, bununla belə onların vəkili Qardaşxan Sadıqov məhkəməyə ərizə ünvanlayaraq eyni tarixdə başqa məhkəmə iclasında iştirak edəcəyini bildirmiş və bu səbəbdən məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Kollegiya ərizəyə heç bir sübut əlavə edilmədiyini nəzərə alaraq onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının həddini qətnamənin iddia tələbinin təmin edildiyi hissədə yoxlanılması təşkil edir. Çünki qətnaməni iddiaçı mübahisələndirməmiş; cavabdehlər isə şikayətində qətnamənin ləğv edilməsini xahiş etsələr də, şikayətin məzmunundan onların qətnaməni yalnız iddia tələbinin təmin edilən hissəsində mübahisələndirdiyi aydın olur. Kollegiya аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını bu kontekstdə аrаşdırаrаq hеsаb еdir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi qismən Cavabdeh2 münasibətdə iddia tələbinin təmin edilməsi hissəsində ləğv edilməli, həmin hissədə iddia tələbi təmin edilməməli, qətnamə mübahisələndirilən digər hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarına əlavə olunmuş 28.12.2013-cü il tarixli, lizinq müqaviləsindən görünür ki, İddiaçı Lizinq Şirkəti QSC ilə X2 arasında lizinq müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən X2 35460 ABŞ DOLLARİ məbləğində borcu illik 21 faiz olmaqla 11 ay müddətinə İddiaçı Lizinq Şirkəti QSC-yə ödəməyi öz üzərinə götürmüşdür . İş materiallarına əlavə olunmuş 28.12.2013-cü tarixli zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 28.12.2013-cü il tarixli lizinq müqaviləsi üzrə zamin kimi məsuliyyəti üzərinə götürmüşdür. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 03 may 2019-cu il tarixli məhkəmə əmtəəşünsalıq ekspertizasının rəyindən görününr ki, 28.12.2013-cü il tarixli, lizinq müqaviləsi üzrə X1 17.09.2015-ci il tarixə ümumilkdə 30283.74 ABŞ dolları müəyyən edilir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 03 may 2019-cu il tarixli məktubundan göründüyü kimi, aparılmış tədqiqatın dəyəri 145.00 manat təşkil edir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş 07.08.2017-ci il tarixli maliyyə arayışın surətindən görünür ki, Cavabdeh1 17.09.2015 –ci il tarixunə 15279.95 ABŞ DOLLARİ vaxtı keçmiş borc, 2339 ABŞ DOLLARİ faiz borcu, 4454 ABŞ DOLLARİ məbləğində dəbbə pulu borcu vardır. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş pretenziya məktubundan görünür ki, İddiaçı Lizing Şirkəti QSC pretenziya qaydasına riayət edərək, cavabehlərdən borcu ödəməsini tələb etmiş, əks təqdirdə borcun ödənilməsi barədə məhkəməyə müraciət olunacağı barədə onu xəbərdar etmişdir. Mülki Məcəllənin 747.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 748-1.12.4-cü maddəsinə əsasən, lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmədikdə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. Məcəllənin 748-10.2-ci maddəsinə görə lizinq ödənişlərinin məbləği, həyata keçirilməsi üsulu, forması və dövriliyi lizinq müqaviləsinə uyğun olaraq bu Məcəllənin müddəaları nəzərə alınmaqla həyata keçirilir. Məhkəmə kollegiyası hesab edir ki, qanunvericiliyin göstərilən müddəaları baxımından iddiaçı ilə Cavabdeh1 arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının borcun ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə ki, iddiaçının Cavabdeh1 qarşı tələbi tərəflər arasında bağlanılmış lizinq müqaviləsindən irəli gəlir. Mülki Məcəllənin 385-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları – fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu – pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor – borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq Cavabdeh1 müqavilə üzrə öhdəliyi lazımınca icra etməməklə onun şərtlərini pozduğu nəticəsinə gəlmiş və tələb olunan cərimə məbləğini də azaltmaqla ondan 15279,95 ABŞ dolları əsas lizinq borcunun, 2339 ABŞ dolları faiz borcunun və 100 ABŞ dolları cərimənin tutulmalı olduğu nəticəsinə gəlmişdir. Bu qənaətinə uyğun olaraq kollegiya, apellyatorların borc məbləğlərinin düzgün hesablanmamış olması ilə bağlı dəlilini əsassız hesab edir. Belə ki, cavabdehlər nə birinci instansiya məhkəməsinə, nə də apellyasiya instansiyasına bu arqumentinin yoxlanılmasına əsas verəcək heç bir sübut təqdim etməmişdir. Həmçinin nəzərə alınmalıdır ki, borcun məbləği ekspert rəyi ilə müəyyənləşdirilmiş, apellyator isə həmin rəyin həqiqiliyinə şübhə yaradacaq heç bir sübut təqdim etməmişdir. Halbuki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir Bununla belə kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi zaminə yönəlmiş tələbin təmin etməkdə düzgün nəticəyə gəlməmişdir. Belə ki, Mülki Məcəllənin 470-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. İddiaçı Lizing Şirkəti QSC ilə Cavabdeh2 arasında bağlanmış 28 dekabr 2013-cü il tarixli zaminlik müqaviləsinin 4-cü bəndində göstərilmişdir ki, həmin müqavilə lizinq müqaviləsi üzrə öhdəliklər tam icra olunduğu vaxta kimi qüvvədədir. Kollegiya hesab edir ki, zaminlik müqaviləsinin 4-cü bəndinin şərti Mülki Məcəllənin 477.0.4-cü maddəsinin müddəaları nəzərə alınmaqla şərh olunmalı və nəzərə alınmalıdır ki, qeyd olunan maddəyə görə zaminliyin verilməsinin konkret müddəti göstərilə bilər və ya belə müddət müəyyən edilməyə bilər. Əgər müddət müəyyənləşdirilməmişdirsə, öhdəliyin icrası müddətinin çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda zaminliyə xitam verilməlidir. “Zaminlik müqaviləsi borclu tərəfindən bütün öhdəliklər yerinə yetirilənədək qüvvədə qalır” ifadəsi isə zaminlik müqaviləsinə xitam verilmə müddətinin dəqiq müəyyən edilməsi kimi qəbul edilə bilməz, çünki bu halda, öhdəliklərin tam icra olunması anı əvvəlcədən bəlli olmadığından zaminliyin verilməsinin konkret müddətindən söz etmək mümkün deyildir. Həmçinin nəzərə almaq lazımdır ki, müddət hüquqi anlayış kimi həmişə özündə konkretliyi ehtiva edir. Mülki Məcəllənin 367-ci maddəsi də bunu təsdiq edir. Həmin maddəyə görə müddət mülki hüquq və vəzifələrin əmələ gəlməsinin, dəyişdirilməsinin və xitamının bağlı olduğu vaxtdır. Əqdlə müəyyənləşdirilən və ya məhkəmə tərəfindən təyin edilən müddət təqvim tarixi ilə və ya illər, aylar, həftələr, günlər və ya saatlar ilə hesablanan vaxtın bitməsi ilə müəyyənləşdirilir. Müddət həmçinin hökmən baş verməli olan hadisənin göstərilməsi ilə müəyyənləşdirilə bilər. Bu baxımdan kollegiya hesab edir ki, zaminlə ilə bağlanılmış 28.12.2013-cü il tarixli müqavilə üzrə zaminlik konkret müddət təyin edilmədən verilmişdir və buna görə də, Mülki Məcəllənin 477.0.4cü maddəsinə əsasən zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilməlidir. Bu halda, müəyyənləşdirilməli olan məsələ əsas öhdəliyin icrası vaxtının hansı andan çatdığıdır. Bankla Cavabdeh1 arasında bağlanmış 28.12.2013-cü il tarixli lizinq müqaviləsində tərəflər razılaşdırmışlar ki, borcalan aldığı krediti 24 ay müddətində, yəni 28.12.2015-ci il tarixinə qədər qaytarmalıdır. Bu baxımdan kollegiya hesab edir ki, iddiaçı təşkilat zaminlərə qarşı 29.12.2016cı il tarixədək iddia qaldırmaq hüququna malik olduğu halda, bu hüququndan istifadə etməmiş, əsas öhdəliyin icrası vaxtının çatdığı gündən sonrakı bir il müddətində onlara qarşı heç bir tələb irəli sürməmişdir. Bilavasitə qanundan irəli gəldiyi, eləcə də zaminə qarşı tələbinin yaranmasının mühüm şərtlərindən biri kimi çıxış etdiyi üçün qanunla müəyyən edilmiş müddətlər ərzində kreditor tərəfindən zaminə qarşı tələb irəli sürülmədikdə, zaminlik müqaviləsinə xitam verilmiş hesab edilir. Nəzərə almaq lazımdır ki, zaminliyə müddətin keçməsi əsası ilə xitam verilməsinin mümkünlüyünü təsbit edən Mülki Məcəllənin 477.0.4-cü maddəsi iddia müddəti deyildir, buna görə də, onun tətbiqi üçün tərəfin ərizəsi verməsi və ya müstəqil olaraq belə tələblə çıxış etməsi tələb olunmur. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları və müqavilə şərtləri baxımından hazırkı mübahisə üzrə birinci instansiya məhkəməsi Cavabdeh2 qarşı iddia tələbini təmin etməkdə haqlı olmamışdır, bu səbəblə də qətnamə ona aid hissədə ləğv edilməli və ona qarşı verilmiş iddia tələbi rədd olunmalıdır. Apellyasiya şikayətinin bu mövqedən əsaslandırmaması kollegiyanın fərqli nəticəyə gəlməsinə səbəb ola bilməz; çünki yuxarıda qeyd olunduğu kimi, apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı olmadan qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Qaradağ Rayon Мəhkəməsinin 2(002)-606/2021 saylı iş üzrə qəbul etdiyi 15 fevral 2021-ci il tarixli qətnaməsi “Cavabdeh2 15279,95 ABŞ dolları əsas, 2339 ABŞ dolları faiz borcu, 100 ABŞ dolları dəbbə pulu borcu, ümumilikdə 17718,95 ABŞ dollarının (ödəniş günü üçün Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnə üzrə manat hesabı ilə) və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq İddiaçı Lizing Şirkəti QSC-yə ödənilməsi” hissəsində ləğv edilsin. İddiaçı Lizing Şirkəti QSC-nin iddia tələbləri Cavabdeh2 aid hissədə təmin olunmasın. Qətnamə mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorlara aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Rəşad Həsənov Məmməd Məmmədov
Məhkəmə qərarları › İş №2(103)-4758/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4758/2021
02.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver