Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4759/2022 23.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Kərimli İlham Əziz oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Həsənov Orxan Qəhrəman oğlunun katibliyi ilə, Xətai Rayon Məhkəməsinin 2(011)-3186/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadından iddiaçı Heydər Əliyev adına X6 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Heydər Əliyev adına X6 Cavabdeh qarşı ünvan 1 ünvanda yerləşən qanunsuz tikilinin cavabdehin hesabına sökülməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(011)-3186/2022 nömrəli qərardadına əsasən iddiaçı Heydər Əliyev adına X5 Cavabdeh qarşı ünvan 1 ünvanda yerləşən qanunsuz tikilinin cavabdehin hesabına sökülməsinə dair iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilmişdir. İddiaçının şikayəti məhkəmənin eyni saylı, 26 may 2022-ci il tarixli qərardadı ilə təmin edilməmiş və mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Hazırkı halda belə əsaslar olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, hazırkı şikayətə yazılı icraat qaydasında baxılır. Məhkəmə Kollegiyası gəlmiş, şikayətin dəlillərini mülki işin materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, şikayət qismən təmin olunmalı, qərardad ləğv edilməli, iddia ərizəsinin icraata qəbul edilməsinin mümkünlüyünə tərəflərin iştirakı ilə yenidən baxılması üçün iş materialları rayon məhkəməsinə geri qaytarılmalıdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli 2(011)-2860/2011 nömrəli qətnaməsindən müəyyən olunur ki, iddiaçı X3 Zavodunun cavabdehlər Cavabdeh, X2 qarşı qanunsuz tikilinin sökülməsi tələbi təmin edilərək ünvan 2 ünvanda yerləşən qanunsuz tikilidən Cavabdeh, X1 çıxarılması və tikilinin cavabdehlərin hesabına sökülməsi qərara alınmışdır. Rayon məhkəməsi tərəfindən yuxarıda qeyd edilən qətnaməyə istinad edilərək hazırkı iddia tələbində iddiaçının mübahisələndirdiyi tələbə hüquqi qiymət verildiyini, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olduğunu əsas gətirməklə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.2-ci maddəsinə əsasən, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. İddiaçı isə şikayətində qeyd edir ki, məhkəmənin istinad etdiyi qətnamədə ünvan 3 ünvanda yerləşən qanunsuz tikilinin sökülməsi tələb olunmuş, hazırkı iddia ərizəsində isə Bakı şəhəri, Xətai rayonu, A.Qurban küçəsi 25 ünvanında sonradan inşa olunmuş yeni tiklinin sökülməsi xahiş olunmuşdur. Bunun təsdiqi kimi foto şəkillər də şikayətə əlavə olunmuşdur. Bu səbəbdən, hazırkı iddia ərizəsinin icraata qəbul edilməsi xahiş olunmuşdur. Kollegiya qeyd edir ki, rayon məhkəməsi tərəfindən şikayətin həmin dəlillərinə münasibət bildirilməmiş, iddiaçının qeyd etdiyi xüsusatlar araşdırılmamışdır. MPM-in 151.2-ci maddəsinə əsasən, zəruri hallarda iddia ərizəsinin mümkünlüyü haqqında məsələyə çəkişmə prinsipinə riayət edilməklə, tərəflərin iştirakı ilə baxıla bilər. Qeyd olunlalara əsasən, Məhkəmə kollegiyası, rayon məhkəməsi tərəfindən yuxarıda qeyd edilən pozuntulara yol verildiyindən, şikayət qismən təmin edilməli, qərardad ləğv edilməli və ərizənin icraata qəbulunun mümkünlüyünə tərəflərin iştirakı ilə yenidən baxılması üçün iş materialları Xətai Rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: - 398.0.1. məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; - 398.0.2. qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; - 398.0.3. qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək. «Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» (2020-ci il 1 yanvar tarixdən qüvvəyə minmiş) 09 iyul 2019-cu il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən Məcəllənin 402-ci maddəsinə əsasən Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Beləliklə müəyyən olunur ki, prosessual qanunverciliyə edilmiş dəyişikliyə görə hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157-159, 357, 398, 400, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı Heydər Əliyev adına X6 tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(011)-3186/2022 nömrəli qərardadı ləğv edilsin, ərizənin icraata qəbulunun mümkünlüyünə tərəflərin iştirakı ilə yenidən baxılması üçün iş materialları Xətai Rayon Məhkəməsinə geri qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardad qətidir, qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: İkram Şirinov Hakimlər: İlham Kərimli Anar Tanrıverdiyev
Məhkəmə qərarları › İş №2(103)-4759/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4759/2022
23.06.2022 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver