Məhkəmə qərarları › İş №2(103)-4770/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4770/2023

31.10.2023 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4770/2023 31.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: neft kəmərinin mühafizə zonasında inşa edilmiş qanunsuz tikilinin sökülməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim X6 qızının sədrliyi və məruzəsi ilə, hakimlər Babayev Fuad Fikrət oğlundan və X3 ibarət tərkibdə, məhkəmə iclas katibi X1, iddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakı ilə, iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı Cavabdeh qarşı (Bakş şəhəri Qaradağ rayon İcra Hakimiyyəti üçüncü şəxs qismində cəlb edilməklə) «neft kəmərinin mühafizə zonasında inşa edilmiş qanunsuz tikilinin sökülməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-19/2023 saylı, 01 iyun 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi İşin halları

1. Bakı şəhəri Qaradağ rayon İcra Hakimiyyəti başçısının 18 yanvar 2001-ci il tarixli, 72 saylı sərəncamından görünür ki, Bakı şəhər XDS İK-nın 27 yanvar 1989-cu il tarixli 13/713 saylı qərarına müvafiq olaraq ünvan 1 ünvanda yaşayan Cavabdeh fərdi yaşayış evinin tikintisi üçün Qobustan qəsəbəsindən 600 m2 torpaq sahəsi ayrılmışdır.

2. 20 iyul 2020-ci il tarixli aktdan görünür ki, iddiaçının əməkdaşları əraziyə baxış keçirmişlər. Baxış zamanı müəyyən olunmuşdur ki, X4 istismarında olan Daşgil-Lökbatan Dş 300 mm-lik boru kəmərinin 10-cu km-də kəmərdən 42 metr aralı (Şirvan-Bakı Dş 500 yerüstü neft kəmərinin 56,3-cü km-də) məsafədə Qaradağ rayonu Qobustan qəsəbəsi Təzə yurdlar ünvanında yaşayan Cavabdeh məxsus yeni tikinti işinin aparılması aşkarlanmışdır. Aparılan işlərin dayandırılması barədə xəbərdarlıq olunmuşdur. Xəbərdarlığa baxmayaraq tikinti işləri davam etdirilir.

Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı Cavabdeh qarşı «neft kəmərinin mühafizə zonasında inşa edilmiş qanunsuz tikilinin sökülməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı istismarında olan Daşgil-Lökbatan Dş 300 mm-lik magistral neft kəmərinin 10-cu km-də, kəmərdən 42 metr aralı məsafədə, kəmərin mühafizə zonasında Qaradağ rayonu Qobustan qəsəbəsi Təzə Yurdlar (metal zavodu) ünvanında yaşayan Cavabdeh tərəfindən həmin ünvanda olan bütün qanunsuz tikililərin cavabdehin hesabına sökülərək ərazidən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddia onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı istismarında olan Daşgil-Lökbatan Dş 300 mm-lik magistral neft kəmərinin 10-cu km-də, kəmərdən 42 metr aralı məsafədə, kəmərin mühafizə zonasında Qaradağ rayonu Qobustan qəsəbəsi Təzə Yurdlar (metal zavodu) ünvanında yaşayan Cavabdeh tərəfindən həmin ünvanda qanunsuz tikinti işlərinin görülməsi xx.xx.2020-ci il tarixdə İdarənin əməkdaşları tərəfindən aşkar edilmişdir. Torpaq Məcəlləsinin 22-ci maddəsinin 2-ci hissəsinə əsasən əhalinin təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı obyektlərin istismarına lazımi şərait yaradılması üçün onların ətrafında xüsusi (qoruyucu, sanitariya və s.) hüquqi rejimli mühafizə zonaları yaradılır. Telekommunikasiya fəaliyyəti üçün fiziki və hüquqi şəxslərə verilən torpaq sahələrinin, o cümlədən mühafizə zona və zonalarının ölçüsü bu fəaliyyət növü üçün torpaq ayrılması normalarına və layihə-texniki sənədlərə müvafiq olaraq müəyyənləşdirilir. Torpaq Məcəlləsinin 22-ci maddəsinin 5-ci hissəsinə əsasən sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqların istifadəsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir, xüsusi hüquqi rejimli mühafizə zonalarının müəyyənləşdirilməsi qaydaları isə müvafiq normativ hüquqi aktlarla tənzimlənir. Bundan başqa, Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyi tərəfindən hazırlanmış və xx.xx.2003-cü il tarixdə Ədliyyə Nazirliyində 2951 nömrəsi ilə qeydiyyata alınmış «Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları»na əsasən, mühafizə zonası boru kəmərləri oxunun hər tərəfindən 50 metrlik məsafədən keçən torpaq sahəsi şərti xətlərlə müəyyən edilmişdir. Bu Qaydalara əsasən İddiaçı rəsmi razılığı olmadan kəmərlərin mühafizə zonasında aşağıda göstərilən işlərin aparılması qadağandır: a) hər hansı tikinti və quraşdırma işləri; b) bütün növ kol və ağacların basdırılması, yem məhsullarının, gübrə və materialların yığılması, ot və samanların tayaya vurulması; heyvan saxlamaq; balıq yetişdirmək üçün yerlərin ayrılması, balıq və su heyvanlarını tutmaq, bitkiləri yığmaq, buz sındırılması və yığılması; c) boru kəmərlərinin üstündən və yanından keçidlərin düzəldilməsi, avtomobil və digər nəqliyyat vasitələri, traktor və mexanizmlər üçün dayanacaqların təşkili, kollektiv bağ və bostan salınması; ç) torpaq meliorasiya işlərinin aparılması, suvarma və qurutma sistemlərinin quraşdırılması. Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikası Prezidentinin 15 aprel 2002-ci il tarixli, 685 saylı Fərmanında, eləcə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2004-cü il tarixli 167 saylı Qərarında ixrac neft boru kəmərinin mühafizə zolağında hər hansı qurğunun yerləşdirilməsi və ya tikintisinin aparılmasının yolverilməzliyi göstərilmişdir. Həmçinin Mülki Məcəllənin 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Bundan əlavə, Cinayət Məcəlləsinin 222-2-ci maddəsinə əsasən müvafiq icazə almadan magistral boru kəmərlərinin mühafizə zonalarında tikinti və ya quraşdırma işləri aparılmasına görə cinayət məsuliyyəti müəyyən edilmişdir. Neft boru kəmərlərinin strateji əhəmiyyətli dövlət obyekti və yüksək təhlükə mənbəyi olduğundan, həmçinin mühafizə zonası boyunca neft-qaz ayrılmaları olduğundan burada hər an yanğın-partlayış və digər fövqəladə halların baş verməsi labüddür və bu hallar əhalinin sağlamlığına xələl gətirər və ölkə iqtisadiyyatına ciddi təhdid yarada bilər.

5. Birinci instansiya məhkəməsi tərəfindən ekspertiza təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 07 aprel 2021-ci il tarixli, 10/3629 saylı ekspert rəyindən görünür ki, cavabdehin faktiki istifadəsində olan torpaq sahəsinin bir hissəsi və 22 metr (13+9) uzunluğunda daş hasar SOCAR-ın İddiaçı istismarında olan Daşgil-Lökbatan Dş 300 mm-lik magistral neft kəmərindən 41,1 metr məsafədə yerləşdiyinə görə, Azərbaycan Respublikası Sənaye və Energetika Nazirinin 28 iyul 2010-cu il tarixli 39 saylı əmri ilə təsdiq edilmiş «Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları»nın Magistral neft kəmərlərinin xətti hissəsinin istismarı zamanı təhlükəsizlik tədbirləri bölməsinin (İV bölmə) 4.1.2. bəndinin tələbinə əsasən neft kəmərlərinin 50,0 metrlik mühafizə zonasına düşdüyü müəyyən edilmişdir (qərardadın 1, 2, 3-cü sualları üzrə).

6. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-19/2023 nömrəli, 01 iyun 2023cü il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir.

7. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, Bakı şəhəri Qaradağ rayon İcra Hakimiyyəti başçısının 18 yanvar 2001-ci il tarixli sərəncamına müvafiq olaraq ünvan 1 ünvanda yaşayan Cavabdeh fərdi yaşayış evinin tikintisi üçün Qobustan qəsəbəsindən 600 m2 torpaq sahəsi ayrılmışdır. Cavabdeh həmin torpaq sahəsində tikili inşa etmişdir. Cavabdehə torpaq sahəsinin ev tikintisi üçün ayrılması barədə sərəncam hazırda qüvvədədir. Məhkəmə yuxarıda qeyd olunanlara hüquqi qiymət verərək hesab edir ki, belə olduğu təqdirdə iddianın təmin edilməsi mümkün deyil.

Apelyasiya şikayətinin dəlilləri və şikayətə etirazın dəlilləri

8. İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-19/2023 nömrəli, 01 iyun 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir.

9. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə, İdarəyə qarşı birmənalı olaraq formal mövqe nümayiş etdirməklə mülki işə birtərəfli baxmış, iddiaçının təqdim etdiyi dəlillərə və sübutlara əhəmiyyət vermədən, yalnız cavabdehin hüquqlarını müdafiə xarakterli mövqeyi ilə çıxış edərək, mübahisəli tikili özbaşına tikili olduğu halda, İdarənin qanuni iddiasını təmin etməmişdir. Qeyd etmişdir ki, iddiaçı SOCAR İddiaçı SOCAR-ın tərkibində yaradılmış İdarədir və özünün Nizamnaməsi əsasında fəaliyyət göstərir. Bununla bağlı dövlət tərəfindən Şirkətə təminat və öhdəliklər verilmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi nəzərə almamışdır ki, mübahisəli torpaq üzərindəki cavabdehin özbaşına tikililər inşa etməsi ilə İdarəyə dövlət tərəfindən verilmiş hüquq və təminatlar pozulmuş və eyni zamanda Neft boru kəmərləri strateji əhəmiyyətli dövlət obyekti və yüksək təhlükə mənbəyi olduğundan, həmçinin mühafizə zonası boyunca neftqaz ayrılmaları olduğundan burada hər an yanğın-partlayış və digər fövqaladə halların baş verməsi labüddür və bu hallar əhalinin sağlamlığına xələl gətir və ölkə iqtisadiyyatına ciddi təhdid yarada bilər. İnşa edilən tikili həm cavabdehin, həm də digər şəxslərin həyat və sağlamlığı üçün olduqca təhlükəlidir. Azərbaycan RespublikasıƏdliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 07 aprel 2021-ci il tarixli, 10/3629 saylı ekspert rəyindən görünür ki, cavabdehin faktiki istifadəsində olan torpaq sahəsinin bir hissəsi və 22 metr (13+9) uzunluğunda daş hasar SOCAR-ın İddiaçı istismarında olan Daşgil-Lökbatan Dş 300 mmlik magistral neft kəmərindən 41,1 metr məsafədə yerləşdiyinə görə, Azərbaycan Respublikası Sənaye və Energetika Nazirinin 28 iyul 2010-cu il tarixli 39 saylı əmri ilə təsdiq edilmiş «Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları»nın Magistral neft kəmərlərinin xətti hissəsinin istismarı zamanı təhlükəsizlik tədbirləri bölməsinin (İV bölmə) 4.1.2. bəndinin tələbinə əsasən neft kəmərlərinin 50,0 metrlik mühafizə zonasına düşdüyü müəyyən edilmişdir (qərardadın 1, 2, 3-cü sualları üzrə). Bakı şəhəri Qaradağ rayon İcra Hakimiyyəti başçısının 18 yanvar 2001-ci il tarixli, 72 saylı sərəncamından görünür ki, Bakı şəhər XDS İK-nın 27 yanvar 1989-cu il tarixli 13/713 saylı qərarına müvafiq olaraq ünvan 1 ünvanda yaşayan Cavabdeh fərdi yaşayış evinin tikintisi üçün Qobustan qəsəbəsindən 600 m2 torpaq sahəsi ayrılmışdır. Torpaq sahəsi ayrıldığına görə vətəndaş mənzil növbəsindən çıxarılmışdır. Sərəncamla yaşayış evinin tikintisinin fərdi və yaxud birtipli layihə əsasında aparılması qərara alınmışdır. Vətəndaşa tapşırılmışdır ki, fərdi yaşayış evinin tikintisi üçün rayon MKTB ilə müqavilə bağlasın. Sərəncamda həmçinin göstəriş qoyulmuşdur ki, fərdi yaşayış evinin tikintisi rayon İcra Hakimiyyəti başçısının sərəncamından sonra 3 il müddətinə başa çatdırılsın. Lakin, 20 iyul 2020-ci il tarixli aktdan da aydın olur ki, cavabdeh qanunsuz tikinti işlərini davam etdirməkdədir. Əlavə olaraq Cavabdeh dəfələrlə xəbərdar edilmişdir. Bu barədə yerində aktlar tərtib olunmuşdur. Qeyd olunmuşdur ki, mübahisəli tikilinin yerləşdiyi torpaq sahəsi məlum neft kəmərləri Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin daimi istifadəsində olmuş və ölkədə neft əməliyyatlarının aparılması məqsədilə Şirkətin qanuni istifadəsindədir.

10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

11. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək təmin olunmasını xahiş etmişdir. Həmçinin bildirmişdir ki, birinci instansiya məhkəməsinin hakimi qətnaməsində yalnız İcra Hakimiyyətinin sərəncamına istinad etmişdir, iş üzrə ekspertiza təyin olunmuş və ekspert rəy vermişdir ki, bu tikili həqiqətən də mühafizə zonasında yerləşir. Sərəncamda qeyd olunur ki, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində 600 kv.m torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün ayrılsın. Lakin həmin 600 kv.m sahə hansı 600 kv.m dir məlum deyildir. Bunun üçün ekspert qarşısında sual qoyulmuşdur və ekspert həmin suala cavab verə bilməmişdir. İcra Hakimiyyətində bununla bağlı sorğu göndərildi, lakin İcra Hakimiyyəti onlarda baza məlumatları olmadığına görə cavab verə bilmədiklərini qeyd etdilər. Daha sonra İcra Hakimiyyətinin nümayəndəsi dəvət edildi, lakin o da iştirak etmədi. Çıxarış olmadığına görə ekspert həmin yaşayış sahəsinin düzgün yerdə tikilib-tikilmədiyini müəyyən edə bilmir. Həmçinin onu da bilirmişdir ki, ekspert rəyinə görə mühafizə zonasına ancaq hasar düşür. Tələb mühafizə zonasında daxil olan tikililərlə bağlıdır. 12.Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin dəlillərinə etiraz edərək apellyasiya şikayətinin təmin olunmamasını və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Həmçinin bildirmişdir ki, evi 50 m-liyə düşür. İcra Hakimiyyətinin 2001-ci il tarixli sərəncamında qeyd edilən 600 kv.lik torpaq sahəsinə onun torpaq sahəsi düşür. O, həmin evdə 2000-ci ildən yaşayır. Torpaq sahəsi İcra Hakimiyyətinə məxsusdur. Torpaq sahəsinin rəsmiləşdirilməsi ilə bağlı İcra Nümayəndəliyinə müraciət etmişdi. O, bu il də müraciət etmişdir. Bir neçə il əvvəl də müraciətləri olubdur. Həmin sənədlər İcra Nümayəndəliyindədir. Həmin ev ona məxsusdur, 22 ildir orada yaşayır, evin sənədləşdirilməsi üçün heç nə etməmişdir. 13.Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış ilkin iddia üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs) məhkəmə iclasında təmsil edilmədiyindən və məhkəmə iclasında üzrlü səbəblərdən iştirak edə bilməyəcəyi barədə mötəbər sübutlar təqdim etmədiyindən məhkəmə kollegiyası işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Apellyasiya baxışının hədləri

14.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 15.Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. 16.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. 17.Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv olunması və iddianın təmin edilməsi xahiş edilir. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin bütövlükdə yoxlanılması təşkil edir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsinin

18.5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 19.152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) özistədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

20. 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 21.157.4-ci maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və yaondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

22. 157.8-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 23.180.1-ci maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində vəya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 24.180.2-ci maddəsinə görə, özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. 25.180.3-cü maddəsinə əsasən, özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. 26.180.4-cü maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.

Azərbaycan Respublikası Torpaq Məcəlləsinin

27.22.2-ci maddəsinə əsasən, əhalinin təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat,rabitə, müdafiə və digər təyinatlı obyektlərin istismarına lazımi şərait yaradılması üçün onların ətrafında xüsusi (qoruyucu, sanitariya və s.) hüquqi rejimli mühafizə zonaları yaradılır. Həmin maddənin 5-ci bəndinə əsasən sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqların istifadəsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir, xüsusi hüquqi rejimli zonalarının müəyyənləşdirilməsi qaydaları isə müvafiq normativ aktlarla tənzimlənir.

Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin

28.4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 29.14.2, 77.1 və 88-ci maddələrinin tələblərinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

Apelyasiya instansiyası məhkəməsinin mövqeyi 30.Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia təmin edilməlidir. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmamış, mübahisəyə maddi hüquq norması düzgün tətbiq edilməmişdir. 31.Belə ki, iddia tələblərinin qanuni əsasını Mülki Məcəllənin 157.2-ci və 180-ci maddələri təşkil edir. 32.Həmin Məcəllənin 180-ci maddəsinin tələblərinə görə tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır (Mülki Məcəllənin 180.1-ci maddəsi). Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər (Mülki Məcəllənin 180.4-cü maddəsi). 33.Qeyd olunan tələblərin əsaslı olub-olmadığının yoxlanılması üçün aşağıdakı hallar araşdırılmalıdır: 1) iddia tələbində göstərilən tikilinin özbaşına tikinti olub-olmadığı, 2) iddiaçının Mülki Məcəllənin 180.4-cü maddəsində göstərilən şəxslərə aid olub-olmadığı. Belə ki, özbaşına tikinti hesab edilən daşınmaz əmlaklar yalnız məhkəmənin qərarı əsasında sökülə bilər və bu iddiaları müvafiq icra hakimiyyəti orqanları və ya maraqlı tərəf irəli sürə bilər. Həmçinin maddədə göstərilən “maraqlı tərəf” dedikdə, özbaşına tikintinin aparılması nəticəsində qanunla qorunan maraqları və hüquqları pozulmuş şəxslər başa düşülür.

34. Hazırkı işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarından görünür ki, iddiaçının əməkdaşları cavabdehin istifadəsində olan əraziyə baxış keçirərkən X4 istismarında olan Daşgil-Lökbatan Dş 300 mm-lik boru kəmərinin 10-cu km-də kəmərdən 42 metr aralı (Şirvan-Bakı Dş 500 yerüstü neft kəmərinin 56,3-cü km-də) məsafədə Qaradağ rayonu Qobustan qəsəbəsi Təzə yurdlar ünvanında cavabdeh tərəfindən yeni tikinti işlərinin aparılmasını aşkar etmiş, bu barədə 20 iyul 2020-ci il tarixdə müvafiq aktı tərtib etmişlər.

35. Mübahisəli məsələlərin araşdırılması məqsədilə birinci instansiya məhkəməsi tərəfindən iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 07 aprel 2021-ci il tarixli, 10/3629 saylı ekspert rəyinə əsasən, cavabdehin faktiki istifadəsində olan torpaq sahəsinin bir hissəsi və 22 metr (13+9) uzunluğunda daş hasar SOCAR-ın İddiaçı istismarında olan Daşgil-Lökbatan Dş 300 mm-lik magistral neft kəmərindən 41,1 metr məsafədə yerləşdiyinə görə, Azərbaycan Respublikası Sənaye və Energetika Nazirinin 28 iyul 2010-cu il tarixli 39 saylı əmri ilə təsdiq edilmiş «Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları»nın Magistral neft kəmərlərinin xətti hissəsinin istismarı zamanı təhlükəsizlik tədbirləri bölməsinin (İV bölmə) 4.1.2. bəndinin tələbinə əsasən neft kəmərlərinin 50,0 metrlik mühafizə zonasına düşdüyü müəyyən edilmişdir. 36.Birinci instansiya məhkəməsində işin araşdırması zamanı Bakı şəhəri Qaradağ rayon İcra Hakimiyyəti başçısının 18 yanvar 2001-ci il tarixli sərəncamına əsasən Bakı şəhəri XDS İK-nin 27 yanvar 1989-cu il tarixli 13/713 saylı qərarına müvafiq olaraq ünvan 1 ünvanında yaşayan cavabdehə fərdi yaşayış evinin tikintisi üçün Qobustan qəsəbəsindən 600 kv.m torpaq sahəsi ayrıldığı müəyyən edilmişdir. Həmin sərəncamla ayrılmış torpaq sahəsinin mübahisələndirilən torpaq sahəsi ilə eyniyyət təşkil edibetməməsini müəyyən etmək məqsədilə məhkəmə tərəfindən yenidən iş üzrə tikinti-texniki ekspertizası təyin edilmiş, lakin həmin torpaq sahəsinə dair hər hansı hüquqmüəyyənedici və texniki sənədlər təqdim edilmədiyi üçün müvafiq tədqiqatın aparılmasından imtina edilmişdir. 37.Göründüyü kimi, mübahisə predmeti olan tikili (22 metr (13+9) uzunluğunda daş hasar), dövlətə məxsus və iddiaçının qanuni istifadəsində olan, sənaye təyinatlı torpaq sahəsində inşa edilmiş özbaşına tikilidr. Həmin torpaq sahəsinin üzərindəki 22 metr (13+9) uzunluğunda daş hasar SOCAR-ın İddiaçı istismarında olan Daşgil-Lökbatan Dş 300 mmlik magistral neft kəmərindən 41,1 metr məsafədə yerləşdiyinə görə neft kəmərlərinin 50,0 metrlik mühafizə zonasına düşdüyü müəyyən edilir. Beləliklə kollegiya işin hallarınına müvafiq qanun normalarını tətbiq edərkən belə nəticəyə gəlir ki, hazırki halda özbaşına tikintinin aparılması nəticəsində iddiaçının qanunla qorunan maraqları pozulur, bununla da iddia tələblərinə əsasən cavabdehin əmlak və mənzil hüquqlarına müdaxilə üçün qanuni əsasın mövcudluğu aşkardır, həmçinin bu müdaxilə “ictimai maraqlara” cavab verir. 38.Buna baxmayaraq mübahisəyə baxan birinci instansiya məhkəməsi cavabdehə torpaq sahəsinin ev tikintisi üçün ayrılması barədə sərəncamın qüvvədə olmasına istinad edərək iddianı rədd etmişdir. Məhkəmə kollegiyası iddianın həllinə dair birinci instansiya məhkəməsinin mövqeyini haqlı saymayaraq qeyd etməyi zəruri hesab edir ki, cavabdehin, tərəfindən 2020-ci ildə yenidən tikinti işlərinin aparılmasına başlanarkən, yəni mübahisəli özbaşına tikili olan darvaza inşa edilərkən aidiyyəti inzibati orqanlardan lazımi icazələr almaması, inşaat aparılandan əvvəl və ya aparılan vaxt həmin ərazinin müvafiq plan üzrə neft-qaz yataqlarının işlənməsinə dair sazişin coğrafi kordinantları və ya neft xəttinin mühafizə zolağı daxilində olmasını aydınlaşdırmaması, hətta ətraf ərazidə neft (qaz) işlərinin görülməsinə dəlalət edən qurğulardan xəbərdar olmanın vizual müşahidə ilə mümkünlüyü, özünün hüquq qaydalarına uyğun davranmaması və mövcud şərtlər daxilində inşaata vəsait sərf etməsinin riskini əvvəlcədən görməsi və digər bu kimi hallar onun əmlak hüquqlarına müdaxilənin mütənasibliyi baxımından məhkəmə tərəfindən lazımi şəkildə qiymətləndirilməmişdir. 39.Oxşar yanaşma İnsan hüquqları üzrə Avropa Məhkəməsinin “Jidov və başqalarıRusiya Federasiyasına” qarşı iş üzrə 16 oktyabr 2018-ci il tarixli qərarında da ifadə olunmuşdur. Həmin qərarda Jidovun şikayəti üzrə Məhkəmə qeyd etmişdir ki, “...ev həmin məqsədlər üçün ayrılmayan torpaq sahəsində inşa olunmuş, bunun üçün müvafiq icazə əldə edilməmiş və tikinti işləri tikinti və şəhərsalma qaydaları və normalarının kobud pozuntusu ilə aparılmışdır. Məhkəmə razılaşmışdır ki, hakimiyyət orqanları bu hallardan xəbərdar olmuşlar, ictimai təhlükəsizlik və sağlamlıq üçün təhlükə yaradan bu cür vəziyyətin qalmasına imkan yaratmışlar. Lakin hakimiyyət orqanlarının belə vəziyyətə dözümlülüyü ərizəçi Jidov tərəfindən ona qarşı hər hansı iddia qaldırılmayacağı kimi qiymətləndirilə bilməzdi. Birincisi, onun inşa etdiyi ev Mülki Məcəllənin 222-ci maddəsinin tələbləri baxımından məqsədəuyğun hesab oluna bilməzdi. İkincisi, bu cür iddia qaldırılması üçün müddət məhdudlaşdırılmamışdır. Odur ki, ərizəçi Jidov onun əmlak hüquqlarına müdaxilədən əziyyət çəkməmişdir. Beləliklə, onun hər hansı hüquqları pozulmamışdır”. 40.Avropa Məhkəməsi həmin qərarda Kosenkonun şikayəti üzrə göstərmişdir ki,“...ərizəçi anlamalı idi ki, torpaq sahəsi neft kəmərlərinin yaxınlığında yerləşir. Bundan başqa, ərizəçi, heç bir vaxt Baş plandan çıxarışla tanış ola bilmədiyini qeyd etməmişdir. Həmçinin, o, boru kəmərlərini qoruyan torpaq təpəsinin mövcudluğundan xəbərdar olmaya bilməzdi. Belə ki, torpaq təpəsi onun əldə etdiyi torpaq sahəsinin yaxınlığında idi və ərizəçi heç olmazsa bunun nə olduğu barədə maraqlanmalı idi və kooperativin sədri və ya yerli hakimiyyət orqanlarından bu haqda məlumat almalı idi. Ona görə də, sarayın və yardımçı sahələrin özbaşına tikinti olmaları əsası ilə sökülməsi barədə qərar ərizəçinin üzərinə tənasübsüz öhdəlik qoymurdu. Bundan belə nəticə çıxır ki, onun hüquqları pozulmamışdır”. 41.Avropa Məhkəməsinin “Əhmədova Azərbaycana qarşı” qərarının da məzmunundan göründüyü kimi, Avropa Məhkəməsi ərizəçinin yaşadığı tikilinin milli qanunvericiliyə əsasən özbaşına tikili olması baxımından onun sökülməsinə dair qərarın qəbulunda İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinin pozuntusunu müəyyən etməmişdir. 42.Avropa Məhkəməsi qərarında Konvensiyanın 8-cimaddəsi baxımından qiymətləndirmə apararkən işə baxan məhkəmələrin iddianın təmin edilməsinin qarşıya qoyulan məqsədə münasibətdə mütənasibliyinin qiymətləndirilməsi istiqamətində zəruri araşdırmanın aparılmadığmı göstərmişdir. Qərarda qeyd edilmişdir ki, mütənasiblik aidiyyəti orqanların geri almaq istədiyi torpağın hansı məqsədlə istifadə ediləcəyi ilə ayrılmaz şəkildə bağlıdır. Nə iddiaçı milli məhkəmələrdə qaldırdığı iddiasında, nə də hökumət öz təqdimatlarında torpağın təcili olaraq neft əməliyyatları və ya hər hansı digər işlənmə məqsədləri üçün lazım olduğunu iddia etməmişdirlər. Digər tərəfdən, alternativ mənzilin ərizəçi üçün əlçatan olduğunu hesab etmək üçün prosedurun olması da müəyyən edilməmişdir. Hökumət sosial sığınacaqda müvəqqəti qalmağın alternativ yaşayış imkanlarının araşdırılıması üçün hər hansı prosedur olmadığı halda hazırkı şəraitdə mütənasiblik tələbini ödəyən həll yolu kimi qəbul edilə biləcəyini bildirməmişdir. Belə şəraitdə ərizəçiyə müdaxilənin mütənasibliyinə, yəni şəxsi şəraiti nəzərə alınmaqla onun sözügedqn evdən çıxarılmasına adekvat baxış əldə etməyə imkan verən prosedur təmin edilməmişdir. Buna görə də Məhkəmə, köçürülmə qərarı belə bir yoxlama olmadan icra olunduğu halda Konvensiyanın 8-ci maddəsinin pozulacağını hesab etmişdir. 43.Göründüyü kimi, Avropa Məhkəməsi istinad edilən qərarında özbaşına tikiliyəmülkiyyət kimi yanaşmayaraq, iş üzrə Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin pozuntusunu müəyyən etməmiş və mövcud şəraitdə neft-qaz əməliyyatları üçün ayrılmış torpaq sahələrində yaşayış sahəsi kimi istifadə olunan özbaşına tikililərin kompensasiya ödənilmədən sökülməsi və həmin sahələrdə yaşayan şəxslərin köçürülməsinə dair iddiaların təmin edilməsini istisna etməmişdir. 44.Bununla yanaşı, Konvensiyanın 8-ci maddəsi ilə qorunan mənzil hüququna müdaxilənin mütənasibliyinin yoxlanılması ilə bağlı qərarda qeyd olunanlar, məhkəmələrin yaşayış sahəsi kimi istifadə olunan özbaşına tikililərin sökülməsi və həmin sahələrdə yaşayan şəxslərin köçürülməsi tələbinə dair analoji işlərə baxarkən aşağıdakı məsələləri nəzərə almalarını tələb edir. 45.Bundan başqa iddianın “torpaq sahəsindən çıxarılma” hissəsi ilə əlaqədar kollegiya Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən qeyd edir ki, mülkiyyət hüququnun (titul sahibliyinin) vindikasiya iddiası vasitəsi ilə müdafiəsi nəzərdə tutulmuşdur. Həmin maddəyə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Vindikasiya iddiası dedikdə, əmlaka sahiblik etməyən mülkiyyətçinin, əmlakın faktiki sahibinə qarşı yönəlmiş, əmlakın naturada qaytarılması barədə müqavilədənkənar tələbi başa düşülür. Qüvvədə olan qanunvericiliyə görə vindikasiya iddiasının irəli sürülməsi üçün bu kimi şərtlər eyni zamanda mövcud olmalıdır: iddiaçı əmlakın mülkiyyətçisi olmalıdır; mülkiyyətçi öz əmlakı üzərinə faktiki sahiblikdən məhrum olmalıdır; mülkiyyətçinin məhrum olduğu əmlak naturada mövcud olmalıdır və başqa şəxsin faktiki sahibliyində olmalıdır; vindikasiya iddiası qaydasında yalnız fərdən-müəyyən olunan əşya tələb oluna bilər, yəni bu iddia mülkiyyətçinin sahibliyindən çıxmış, məhz həmin əşyanın qaytarılmasına istiqamətlənir; cavabdehin əşyaya sahiblik hüququ olmamalıdır. 46.İddiaçının əmlakın qanuni sahibi olması, onun həmin əmlak üzərində faktiki sahiblikdən məhrum olması və cavabdehin əşyaya sahiblik hüquqlarının olmaması işin müəyyən edilmiş hallarıdır. Belə ki, cavabdehin sahibliyinin qanuni olması ilə əlaqədar istinad etdiyi Bakı şəhəri Qaradağ rayon İcra Hakimiyyəti başçısının 18 yanvar 2001-ci il tarixli sərəncamına əsasən ona fərdi yaşayış evi tikintisi üçün ayrılmış 600 kv.m torpaq sahəsinin magistral neft kəmərindən 41,1 metr məsafədə yerləşən torpaq sahəsi ilə eyniyyət təşkil edib-etməməsini müəyyən etmək, məhkəməyə həmin torpaq sahəsinə dair hər hansı hüquqmüəyyənedici və texniki sənədlər təqdim edilmədiyi üçün, mümükün olmamışdır.

47. Əksinə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 07 aprel 2021-ci il tarixli, 10/3629 saylı ekspert rəyinə əsasən, cavabdehin faktiki istifadəsində olan torpaq sahəsinin bir hissəsi və 22 metr (13+9) uzunluğunda daş hasar SOCAR-ın İddiaçı istismarında olan Daşgil-Lökbatan Dş 300 mm-lik magistral neft kəmərindən 41,1 metr məsafədə yerləşdiyinə görə neft kəmərlərinin 50,0 metrlik mühafizə zonasına düşdüyü müəyyən edilmişdir.

48. İddiaçı mübahisəli torpaq sahəsinin mülkiyyətçisi olmasa da, mülki qanunvericilikdə nəzərdə tutulan əsasla əmlaka qanuni şəkildə sahiblik edən şəxsdir və belə olan halda cavabdeh faktiki istifadəsində olan torpaq sahəsinin kəmərindən 41,1 metr məsafədə yerləşdiyi hissəsindən çıxarılmalıdır. 49.Kollegiya sökülməsi qət edilən tikilinin (darvazanın) yaşayış evi olmadığını nəzərə alaraq hesab edir ki, belə olan halda cavabdehin qətnamə icra edildiyi zaman yaşayış sahələrinə ehtiyacı olan aztəminatlı əhali kateqoriyasına aid olub-olmamasını və digər bu kimi halların araşdırılmasına ehtiyac yoxdur. 50.Beləlikə yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia qeyri-müəyyən olduğu üçün qismən təmin edilməli, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı istismarında olan Daşgil-Lökbatan Dş 300 mmlik magistral neft kəmərinin 10-cu km-də, kəmərdən 41,1 metr aralı məsafədə, kəmərin mühafizə zonasında mövcud olan 22 metr (13+9) uzunluğunda daş hasar Qaradağ rayonu Qobustan qəsəbəsi Təzə Yurdlar (metal zavodu) ünvanında yaşayan Cavabdeh tərəfindən sonuncunun hesabına sökülməli və o, faktiki istifadəsində olan torpaq sahəsinin həmin hissəsindən çıxarılmalıdır.

51. MPM-nin 384.0.2-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 52.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 384, 392, 393, 402.1 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-19/2023 nömrəli, 01 iyun 2023cü il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılsın. İddia qismən təmin edilsin. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı istismarında olan Daşgil- Lökbatan Dş 300 mm-lik magistral neft kəmərinin 10-cu km-də, kəmərdən 41,1 metr aralı məsafədə, kəmərin mühafizə zonasında mövcud olan 22 metr (13+9) uzunluğunda daş hasar Qaradağ rayonu Qobustan qəsəbəsi Təzə Yurdlar (metal zavodu) ünvanında yaşayan Cavabdeh tərəfindən sonuncunun hesabına sökülsün və o, faktiki istifadəsində olan torpaq sahəsinin həmin hissəsindən çıxarılsın. İş üzrə keçirilmiş məhkəmə ekspertizanın tədqiqat dəyəri olan 50 manat Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE**********0002088501, X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944) ödənilsin. Qətnamədən təqdim olunduğu gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar