Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4772/2020 11.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Atamaliyev Fərid Seyfulla oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi, eyni zamanda vəkili X4 və cavabdehin vəkili X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “borcun və vurulmuş ziyanın ödənilməsi” tələbinə dairmülki iş üzrə Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin 2(006)-1452/2020 saylı, xx.xx.2020-ci il tarixliqətnaməsindən cavabdehtərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı "borcun və vurulmuş ziyanın ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh xx.xx.2016-cı il tarixədək qaytarmaq şərti ilə iddiaçıdan xx.xx.2016-cı il tarixdə 11.000 AVRO borc götürmüş və bu barədə aralarında həmin tarixdə bağlanmış kredit müqaviləsi notariusda rəsmiləşdirilmişdir. Razılaşdıqları vaxtda borcu qaytara bilmədiyindən cavabdeh iddiaçıdan borcun qaytarılması üçün altı ay möhlət istəmiş, iddiaçı da cavabdehə ilin sonuna kimi 3 ay möhlət vermişdir. Razılaşdıqları əlavə müddətin sonunda cavabdeh iddiaçıya 1000 manat, razılaşdıqları əlavə müddət başa çatandan sonra da iki dəfəyə 2017-ci ilin mart ayında 1000 manat, may ayında isə 1500 manat olmaqla, borcdan cəmi 3.500 manat və ya məzənnəyə uyğun 1.854 AVRO qaytarmışdır. Bundan sonra cavabdeh borcun qaytarılmasını hər dəfə bir bəhanə ilə gecikdirərək, ödənilməsi üçün heç bir tədbir görmür. İddiaçı borcun qaytarılması ilə bağlı dəfələrlə söhbət etmiş, yazılı şəkildə prentenziya versə də, nəticəsi olmamışdır. Həmçinin, artıq 3 ilə yaxındır ki, cavabdeh iddiaçıya məxsus 9.146 manat pulu özündə saxlamaqla, ondan iddiaçının iradəsinə zidd istifadə edir və gəlir əldə edərək, ondan faydalanır, iddiaçının hesabına varlanır. Cavabdehin iddiaçıya qarşı qəsdli hərəkətinin nəticəsində, iddiaçı ona məxsus 9.146 manat pul vəsaitinin istifadəsindən məhrum olduğundan faydalana biləcəyi gəlir də əlindən çıxmışdır. Müqavilənin bitməsinə razılaşmanın son günü xx.xx.2017-ci il tarixdən başlayaraq, illik 5% məbləğ hesablanmalıdır ki, bu da 1.372 AVRO təşkil edir. Cavabdeh məsələni qarşılıqlı razılaşma əsasında həll etməkdən yayındığından, yaranmış mübahisənin məhkəmə qaydasında həlli, iddia ərizəsinin tərtibi və işin məhkəməyə verilməsinə hazırlanması üçün hüquqi xidmətə görə 200 manat və 30 manat rüsum ödəmək məcburiyyətindən 230 manat əlavə xərc çəkməyinə səbəb olmuşdur. Göstərilənlərə əsasən cavabdeh - Cavabdeh 9.146 AVRO əsas borc, 1 372 AVRO ona hesablanmış faiz, 200 manat hüquqi xidmət və 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 10.518 AVRO və 230 manat tutularaq, İddiaçı verilməsinə dair qətnamə qəbul edilməsi xahiş edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1452/2020 saylı, xx.xx.2020-ci il tarixliqətnaməsi ilə iddia tələbi qismən təmin edilərək Cavabdeh xx xxxxxx 2016-cı il tarixli kredit müqaviləsi üzrə 9146 (doqquz min yüz qırx altı) Avro (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın Avroya münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə) məbləğində pulun, habelə 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin 2(006)-1452/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə maddi hüquq normalarının tələbini pozaraq müqaviləni etibarsız hesab etmişdir. Tərəfindən həmin borc 2016-cı ilin avqust ayının sonunda tam ödənilmiş, onun heç bir borcu yoxdur. 2016-cı ilin sentyabr ayından sonra tərəflərin borc münasibətləri olmamış, 2017-ci ildə tərəfindən iddiaçıya heç bir ödəniş olunmamışdır. Bu yalandır, İddiaçı buraxılmış iddia müddətinə qanuni don geyindirmək üçün yalan danışır, məhkəməni aldatmaq istəyir.Eyni zamanda həmin borc müqaviləsi üzrə hazırki vaxta qədər müqavilənin pozulmasına və borcun tutulmasına dair iddiaçı tərəfindən cavabdehə qarşı heç bir tələb olmamışdır. Tərəflər arasında müqaviləyə əsaslanan öhdəlik münasibətləri 2016-ci il tarixdə yaranmış, müqavilənin bitdiyi tarix isə xx.xx.2016-cı ildir. Ancaq iddiaçı hansısa səbəblərdən iddia etdiyi mübahisənin üzərindən 3 il ötdükdən sonra bu hal barədə məhkəməyə müraciət edir ki, bu hal iddianın tamamilə əsassızlığına və formallığına dəlalət edir. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili apellyasiya şikayətini müdafiə edərək apellyasiya şikayətinin təmin edilməsini, hazırki iş üzrə Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin 2(006)-1452/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinin ləğv edilərək, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştitak edən iddiaçının nümayəndəsi, eyni zamanda vəkili apellyasiya şikayətinin təmin edilməməsini, hazırki iş üzrə Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin 2(006)-1452/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmsını xahiş etmişdir. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, hazırki iş üzrə Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin 2(006)-1452/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ləğv edilərək, iddia tələbi təmin edilməməlidir. İşin mübahisəsiz halları ondan ibarətdir ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2016-cı il tarixdə kredit müqaviləsi bağlanmış, həmin müqavilə Bakı şəhəri 5 saylı notariat kontorunun xüsusi notariusu İ.A.Məmmədov tərəfindən təsdiq edilmiş və xx xxxxxx 2016-cı il tarixli kredit müqaviləsinə əsasən İddiaçı Cavabdeh 11.000 AVRO borc pul vermişdir. Həmin müqavilənin 2-ci bəndinə əsasən borc alan krediti xx.xx.2016-cı il tarixədək borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. İşdən görünür ki, mübahisəli kredit müqaviləsi xx.xx.2016-cı il tarixdə bağlanmış, müqavilənin müddəti xx.xx.2016- cı il tarixədək müəyyən edilmiş, həmin müqavilə üzrə borcun tələb edilməsi barədə iddia isə İddiaçı tərəfindən xx.xx.2019-cu il tarixdə, yəni 3 il 2 aydan sonra qaldırılmışdır. AR Mülki Məcəllənin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 373.1-ci maddəsinə əsasən Ümumi iddia müddəti on il təşkil edir. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Qeyd olunanlarla əlaqədar kollegiya hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən işə prosessual hüquq normalarının pozulması ilə baxılmışdır. Bu səbəbdən də məhkəmənin həmin nəticəsi işin həqiqi hallarına və tərəflərin qarşılıqlı münasibətinə uyğun olmadığından qətnamə qanuni sayıla bilməz. Belə ki, birinci instansiya məhkəməsi iddia müddətinin tətbiqi ilə əlaqədar cavabdehin ərizəsinə münasibət bildirərkən qeyd etmişdir ki, 2017-ci il tarixdə cavabdeh tərəfindən iddiaçıya olan borcdan hissə-hissə 3500 manat qaytarıldığından iddiaçı tərəfindən 3 illik iddia müddəti ötürülməmişdir. Bununla bağlı məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, cavabdeh tərəfindən iddiaçıya iki dəfəyə 2017-ci ilin mart ayında 1000 manat, may ayında isə 1500 manat olmaqla, borcdan cəmi 3.500 manat və ya məzənnəyə uyğun 1.854 AVRO qaytarılması iş materiallarına əsasən, həmçinin məhkəmə araşdırması zamanı sübuta yetirilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, hər hansı mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarını tətbiq etməmişdən əvvəl birinci instansiyası məhkəməsi işin faktiki hallarını müəyyən etmək üçün iş üzrə sübutları araşdırmalı, onları qiymətləndirməli, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını müəyyən etdikdən sonra həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 384.0. və 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1., 385.1.1 və 385.1.4-cü maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Həmin Məcəllənin 390-cı maddəsinə əsasən məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o hallarda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. Şərh olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab edir ki, Cavabdeh şikayəti təmin edilməli, hazırkı iş üzrə, Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin 2(006)- 1452/2020 saylı, xx.xx.2020-ci il tarixliqətnaməsi ləğv edilməli, iddia tələbi təmin edilməməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.2, 392, 393 və 405ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: Cavabdeh apellyasiya şikayəti təmin edilsin. Hazırkı iş üzrə Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin 2(006)-1452/2020 saylı, xx.xx.2020-ci il tarixliqətnaməsi ləğv edilsin. İddiaçı Cavabdeh qarşı “borcun və vurulmuş ziyanın ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi alındığı tarixdən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-4772/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4772/2020
11.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver