Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4773/2021 03.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tofiq Səməd oğlu Səmədovun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, İsmayılova Günel Rza qızının katibliyi, İddiaçının nümayəndəsi Guseinov Gasanın iştirakı ilə, İddiaçı ”İddiaçı” Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 10 fevral 2021-ci il tarixli qətnaməsindən iş üzrə İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Yasama rayon Məhkəməsinin 2(004)-788/21 saylı 10 fevral 2021-ci il tarixli qətnaməsi ilə ”İddiaçı” Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbinə dair iddiası təmin edilməmişdir. İş materiallarından görünür ki, ”İddiaçı” Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 1040 manat və 30 manat dövlət rüsumunun tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 31 oktyabr 2018-ci il tarixli UNİ-2941 saylı “Daxili lizinq" müqaviləsinə əsasən İddiaçı ASC-nin mülkiyyətində olan 2014-cü il buraxılışlı, “Daewoo Gentra” markalı, **-PZ-*** dövlət qeydiyyat nişanlı, ağ rəngli avtomobil Cavabdeh müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. 31 oktyabr 2018-ci il tarixdə Cavabdeh idarə etdiyi “Daewoo Gentra” markalı, 10- PZ-604 dövlət qeydiyyat nişanlı avtomobillə yol nəqliyyat hadisəsi törətmiş, nəticədə X1 mülkiyyətində olan “Renault Clio” markalı, **-RV-*** dövlət qeydiyyat nişanlı avtomobilə 1010 manat məbləğində maddi ziyan dəymişdir. Yolnəqliyyat hadisəsində Cavabdeh təqsirli olması və avtomobili etibarnamə olmadan idarə etməsi müəyyən edilmişdir. “Renault Clio” markalı, **-RV-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi X4 İddiaçı ASC və Cavabdeh qarşı “vurulmuş zərərin ödənilməsi tələbinə ilə” Yasamal rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmənin 04 dekabr 2019-cu il tarixli, 2(004)-6985/2019 saylı qətnaməsi ilə X1 iddia tələbi təmin edilmiş, cavabdeh İddiaçı ASC və Cavabdeh 1010 manat məbləğinin və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin iddiaçının xeyrinə tutulması qət edilmişdir. İddiaçı ASC qətnamə üzrə 1040 manat məbləğində pulu 29 iyul 2020-ci il tarixdə X1 hesabına ödəmişdir. Yuxarıda qeyd olunanlardan göründüyü kimi Cavabdeh təqsiri ucbatından iddiaçı tərəfindən sığorta şirkətinə ödəniş olunmuşdur. Bununla da cavabdehin İddiaçı ASC qarşısında öhdəliyi yaranmışdır. Belə ki, cavabdehin təqsiri nəticəsində subroqasiya qaydasında zərərin əvəzi olaraq “xxxx” ASC-yə ödənilmiş məbləğ Cavabdeh tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməlidir. Qeyd olunanları nəzərə alıb, iddanın təmin edilməsinə dair qətnamə çıxarılması xahiş olunmuşdur. İşə baxan birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi təmin edilməmişdir Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 10 fevral 2021-ci il tarixli qətnaməsindən iş üzrə İddiaçı ASC-nın səlahiyyətli nümayəndəsi apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə ziddiyyətli, maddi və prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi ilə qəbul edildiyindən və eyni zamanda qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsini və digər əsasları gətirərək apellyasiya şikayətinin təmin edilməsi xahiş edilmidir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmasına baxmayaraq Cavabdeh kollegiyanın iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən Kollegiya işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır (MPM 372.6). Kollegiya sədrlik edənin məruzəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edib, apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş edən iddiaçının nüayəndəsinn izahatlarını dinləyib, işdə olan sübutları qiymətləndirdikdən sonra hesab edir ki, aşağıdakı hüquqi əsaslara görə apellyasiya şikayəti qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməlidir. İddia qismən təmin olunmalı, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 520 manat və 30 manat dövlət rüsumu tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi işin həqiqi hallarına, iş üzrə toplanmış sübutlara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmadığından qanuni sayıla bilməz. Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinə görə: 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İş materiallarında olan inzibati xəta haqqında İXP seriyalı ******* saylı 03.09.2019-cu il tarixli protokoldan görünür ki, Cavabdeh 03.09.2019-cu il tarixdə İXM-nin 332.1-ci və 327.1-ci maddələrində nəzərdə tutulmuş inzibatı xətaları törətmiş və barəsində inzibati tənbeh vermə haqqında TP ******* saylı 03.09.2019-cu il tarixli qərar ilə 40 manat cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 31.10.2018-ci il tarixli UNİ-2941 saylı daxılı lizinq müqavilsəindən görünür ki, 2014-cü il buraxlışlı, “Daewoo Gentra” markalı, **-PZ-*** dövlət qeydiyyat nişanlı, ağ rəngli avtomobil Cavabdeh müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. İş materiallarında olan Yasamal Rayon Məhkəməsinin 04.12.2019-cu il tarixli, 2(004)- 6985/2019 saylı qətnaməsindən görünür ki, cavabdehlər İddiaçı ASC və Cavabdeh müştərək qaydada 1010 manat məbləğində maddi zərər və 30 manat ödənilmiş dövlət rüsumu tutularaq X2 xeyrinə ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi iddianı rədd edərkən öz mövqeyini belə əsaslandırmışdır ki, avtomobil etibamaməsiz idarə olunduğundan və İddiaçı ASC avtomobilin digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində onun sahibliyindən çıxmasını sübut edə bilmədiyi üçün vurulmuş zərərin əvəzini avtomobili idarə edən şəxslə birgə mülkiyyətçidəndə tutulmalıdır. Bununla da, İddiaçı ASC Cavabdeh ilə birgə məsuliyyət daşıyır. Bu səbəbdən də onun Cavabdeh qarşı olan iddiası tamamilə əsassızdır. İş materiallarında Cavabdeh iddiaçı qarşısında öhdəliyinin yaranmasını təsdiq edən heç bir sübut yoxdur. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırması ilə razılaşmır və işin faktiki hallarına uyğun hesab etmir. Belə ki, məhkəmə qətnamə qəbul edilərkən lizinq obyekti olan avtomobilin qanuni əsaslarla Cavabdeh sahibliyinə verildiyini, yəni Lizinq verənlə Lizinq alan arasında 31 oktyabr 2018-ci il tarixli UNİ-2941 saylı daxili lizinq müqaviləsi bağlandığını, avtomobilin idarə olunmasına dair Cavabdeh etibarnamə verilməsini, həminin etibarnamənin müddətinin bitmə tarixinə Cavabdeh sms bildiriş və xəbərdarlıq məktubu göndərilməsini, nəzərə almadan sonda yanlış nəticəyə gəlmişdir. Həmçinin Cavabdeh avtomobilin idarə olunmasına dair etibarnamənin müddətinin bitməsini bildiyi halda, yeni etibarnamənin alınması üçün heç bir tədbir görməmiş, hüquqa zidd hərəkət edərək avtomobili idarə etmiş və yol-nəqliyyat hadisəsi törətmişdir. Etibarnamənin müddətinin bitməsi halında avtomobili idarə etməmək və ya mülkiyyətçiyə geri qaytarmaq Cavabdeh vəzifəsi olduğunu Məhkəmə nəzərə almadan qətnamə qəbul etmişdir. Göründüyü kimi, İddiaçı ASC qətnamə üzrə 1040 manat məbləğində pulu 29 iyul 2020-ci il tarixdə X1 hesabına ödəmiş və həmin məbləğin Cavabdeh tutulması tələbi ilə Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir, lakin Yasamal Rayon Məhkəməsinin hazırkı iş üzrə 10 fevral 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi avtomobili idarə edən şəxslə birgə mülkiyyətçinin də birgə məsuliyyət daşıdığını qeyd etməklə yanlış nəticəyə gəlmişdir. Belə ki, Mülki Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi-yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Göründüyü kimi həmin maddə təqsirin mülkiyyətçinin üzərinə qoyulması ilə bağlı deyil, dəymiş zərərin mülkiyyətçidən tutulması ilə bağlıdır. Daxili lizinq müqaviləsinin 5.2-ci bəndinə əsasən müqavilənin qüvvədə olduğu bütün müddət ərzində Lizinq Obyektindən istifadə edilməsi zamanı yaranmış üçüncü şəxslərə dəymiş zərərə görə (maddi və mənəvi ziyan, həmçinin səhhətə dəymiş ziyan da daxil olmaqla) məsuliyyəti Lizinq Alan daşıyır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən "Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.” Həmin məcəllənin 21.2-ci maddəsinə əsasən “Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.” Həmin məcəllənin 21.3-ci maddəsinə görə “Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.” Həmin Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən “Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir”. Həmin Məcəllənin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Həmin Məcəllənin 1114.4-cü maddəsinə əsasən bu Məcəllənin 1103-1105-ci maddələrində göstərilmiş əsaslar üzrə zərərin əvəzini ödəmiş şəxslərin zərərvurmuş şəxsə reqres hüququ yoxdur. Yuxarıda qeyd olunanlardan göründüyü kimi Yasamal Rayon Məhkəməsinin 04.12.2019cu il tarixli, 2(004)- 6985/2019 saylı qətnaməsinə əsasən cavabdehlər İddiaçı ASC və Cavabdeh müştərək qaydada 1010 manat məbləğində maddi zərər və 30 manat ödənilmiş dövlət rüsumun tutularaq X2 xeyrinə ödənilməsi qət edilsə də, həmin məbləğ tam olaraq İddiaçı ASC tərəfindən X1 hesabına ödənilmişdir. Bununla da X3 vurduğu zərərin əvəzini İddiaçı ASC ödədiyi üçün həmin şəxsə qarşı reqres hüququ yaranmışdır. Belə olan halda kollegiya hesab edir ki, Yasamal Rayon Məhkəməsinin 04.12.2019-cu il tarixli, 2(004)- 6985/2019 saylı qətnaməsi ilə İddiaçı ASC tərəfindən 29 iyul 2020-ci il tarixdə X1 hesabına ödənilmiş 1040 manat məbləğində pulun yarısı, yəni 520 manat məbləğində pul Cavabdeh İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə səhv nəticəyə gəlmişdir. Sübutların təmin edilməsi qaydasını nəzərdə tutan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 87-ci maddəsinə əsasən sübutlar bu Məcəllə ilə müəyyən edilmiş qaydada hakim tərəfindən təmin edilir. Sübutların qiymətləndirilməsini nəzərdə tutan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə kollegiyası belə yekun hüquqi nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi işə baxarkən işin faktiki hallarını kifayət qədər araşdırmamış, nəticədə hüququn tətbiqində səhv buraxmış, maddi hüquq normalarını düzgün tətbiq etməmiş, qanunu səhv təfsir etmiş, bu hal isə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin əsassız qətnaməsinin ləğv edilməsi üçün birbaşa əsasdır. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 385.1.1-ci maddəsinin göstərişinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.2, 393, 405-ci maddələrini rəhbər tutaraq, kollegiya qət etdi: İddiaçı ASC-nin apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Bakı şəhəri Nizami Yasamal rayon Məhkəməsinin 10 fevral 2021-ci il tarixli, 2(004)-788/2021 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı ”İddiaçı” Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi qismən təmin olunsun. Cavabdeh İddiaçı ASC-nin xeyrinə 520 manat və 30 manat dövlət rüsumu tutularaq iddiaçının xeyrinə ödənilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-4773/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4773/2021
03.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver