Məhkəmə qərarları › İş №2(103)-478/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-478/2025

08.01.2025 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-478/2025 08.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər "xxxx" ASC-yə, Gəncə şəhəri 3 saylı Notariat Ofisinə, Respublika Xammal və Əmtəə Birjasının "xxxx" MMC-yə və AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iddia tələbi ilə əlaqədar iş üzrə (Açar sözlər: “ipoteka müqaviləsinin etibarsız hesab edilməsi və əmlakın ipoteka yüklülüyündən azad edilməsi” tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X2 (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlu və Mərdanova Xumar Afət qızından ibarət tərkibdə, Abdullayeva Çiçək Pərviz qızının katibliyi, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdehlər "xxxx" ASC-yə, Gəncə şəhəri 3 saylı Notariat Ofisinə, Respublika Xammal və Əmtəə Birjasının "xxxx" MMC-yə və AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı “ipoteka müqaviləsinin etibarsız hesab edilməsi və əmlakın ipoteka yüklülüyündən azad edilməsi”tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 3574/2024 nömrəli, 09 sentyabr 2024cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. Gəncə şəhər Prokurorluğunun İddiaçı ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, 2010-cu il tarixdə Gəncə şəhər prokurorluğunda X8 barəsində bir sıra şəxslərə qarşı törətdiyi cinayət əməlləri üzrə Azərbaycan Respublikasının CM-nin 178.2.2,178.2.3,178.2.4, 178.3.2, 179.2.2,179.2.3, 179 2.4, 179.3.2, 313, 320.1-ci maddələri ilə istintaq olunmuş ********* saylı cinayət işində əri X11 şahid qismində dindirilmiş, araşdırma zamanı X7 X8 vasitəsilə X3 direktoru olduğu “Turan Bank' ASC-nin Gəncə Filialından 25000 manat məbləğində kreditin ayrılması üçün Rəşad Zeynalovun adına rəsmiləşdirilmiş kredit müqaviləsi ilə ünvan 2 nömrəli evi həmin banka girov qoyduğu, bank tərəfindən ayrılmış kredit vəsaitinin Rəşad Zeynalov tərəfindən xəzinədən alınmaması, bank rəhbərliyinin razılığı ilə pul məbləğinin digər kreditlərin silinməsinə yönəldilməsi müəyyən edilmiş, nəticədə, mənzil girov qoyulmaqla ayrılmış pul məbləği faktiki olaraq heç kimə verilmədiyindən mənzilin girovdan çıxarılıb özünə qaytarılması ilə əlaqədar əmlak sahibinin bank və ya məhkəməyə müraciət etməsi məqsədəmüvafiq hesab edilmiş, həmin fakt üzrə X8 və X3 əməllərində cinayət tərkibi əlaməti müəyyən edilmədiyindən barələrində cinayət işinin başlanması rədd edilmişdir.

2. Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən Gəncə şəhəri, Kəpəz rayonu, Ə.Əliyev küçəsində mülkiyyətində olan 0,0359 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 4 otaqlı, 123,5 kv.m yaşayış, 48,2 kv.m köməkçi sahədən ibarət 60 nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət rüyüstrində xx.xx.2008-ci il tarixdə 14 nömrəli reyestr kitabının 181 nömrəli vərəqində qeydiyyata alınmışdır.

3. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4454/2021 nömrəli xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən İddiaçı cavabdehlər Gəncə şəhəri üzrə İcra İdarəsi, Respublika Xammal və Əmtəə Birjasının "xxxx" MMC-yə və AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Ərazi İdarəsi və "xxxx" ASC-nə qarşı hərrac nəticələrinin və alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, ipoteka müqaviləsinə xitam verilməsi tələbinə dair iddia ərizəsinin təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2841/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, hazırki iş üzrə bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 29 oktyabr 2021-ci il il tarixli, 2(005)- 44542021 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.

İşin halları, iş üzrə qəbul edilmiş məhkəmə aktı a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehlər "xxxx" ASC-yə, Gəncə şəhəri 3 saylı Notariat Ofisinə, Respublika Xammal və Əmtəə Birjasının "xxxx" MMC-yə və AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 cavabdeh "xxxx" ASC Gəncə filialı ilə İddiaçı arasında bağlanmış xx.xx.2008-ci il tarixli, 45/7 saylı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi və ünvan 2 ünvanda yerləşən əmlakın yüklülükdən azad edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Kəpəz rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsi ilə iddiaçı "xxxx" ASC-nin cavabdeh X5 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi və borcun ipoteka predmetinə yönəldilməsi tələbləri barədə iddiası təmin edilmiş, cavabdeh X1 25000 manat məbləğində əsas, 57648,79 manat faiz borcu olmaqla Gəncə şəhəri, Kəpəz rayonu, Əziz Əliyev küçəsi, ev 60 nömrəli fərdi yaşayış evi iddiaçı "xxxx" ASC-nin xeyrinə yönəldilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Gəncə şəhər Kəpəz rayon Məhkəməsinin 2(043)-77/16 saylı mülki iş üzrə 29 aprel 2016-cı il tarixli qətnaməsi ilə (hakim A.Hüseynzadə) iddia müddəti keçdiyinə görə iddia tələbi təmin edilməmişdir. Gəncə Apellyasiya Məhkəməsinin 2(104)- 1394/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən "xxxx" ASC ilə X9 arasında bağlanmış xx.xx.2009-cu il tarixli kredit müqaviləsinə əsasən 25000 manat əsas borc və 8005 manat məbləğində faiz borcu olmaqla ümumilikdə 33005 manat məbləğində pulun X1 tutularaq "xxxx" ASC-nə ödənilməsi qət edilmişdir. X4 "xxxx" ASC-yə olan 33005 manat məbləğində borcunun ipotekaya qoyulmuş İddiaçı mülkiyyətində olan Gəncə şəhəri, Kəpəz rayonu, Əziz Əliyev küçəsi, ev 60 nömrəli fərdi yaşayış evinə yönəldilərək ödənilməsi qət edilmişdir. İddiaçı məxsus Gəncə şəhəri, Kəpəz rayonu, Əziz Əliyev küçəsi ev 60 ilə bağlı hərrac keçirilmişdir. Keçirilmiş hərraclar nəticəsində adı çəkilən daşınmaz əmlak satılmadığından, cavabden "Respublika Xammal və Əmtəə birjası, "xxxx" MMC" tərəfindən "xxxx" ASCyə 33150 manata təklif edilmiş və nəticədə balansa qəbul edilmişdir. 2010-cu il tarixdə Gəncə şəhər prokurorluğunda X8 barəsində bir sıra şəxslərə qarşı törətdiyi cinayət əməlləri üzrə Azərbaycan Respublikasının CM-nin 178.2.2,178.2.3,178.2.4, 178.3.2, 179.2.2,179.2.3, 179 2.4, 179.3.2, 313, 320.1-ci maddələri ilə istintaq olunmuş ********* saylı cinayət işində əri X11 şahid qismində dindirilmiş, araşdırma zamanı X7 X8 vasitəsilə X3 direktoru olduğu “Turan Bank' ASC-nin Gəncə Filialından 25000 manat məbləğində kreditin ayrılması üçün Rəşad Zeynalovun adına rəsmiləşdirilmiş kredit müqaviləsi ilə ünvan 2 nömrəli evi həmin banka girov qoyduğu, bank tərəfindən ayrılmış kredit vəsaitinin Rəşad Zeynalov tərəfindən xəzinədən alınmaması, bank rəhbərliyinin razılığı ilə pul məbləğinin digər kreditlərin silinməsinə yönəldilməsi müəyyən edilmiş, nəticədə, mənzil girov qoyulmaqla ayrılmış pul məbləği faktiki olaraq heç kimə verilmədiyindən mənzilin girovdan çıxarılıb özünə qaytarılması ilə əlaqədar əmlak sahibinin bank və ya məhkəməyə müraciət etməsi məqsədəmüvafiq hesab edilmiş, həmin fakt üzrə X8 və X3 əməllərində cinayət tərkibi əlaməti müəyyən edilmədiyindən barələrində cinayət işinin başlanması rədd edilmişdir. xx.xx.2024-cü il tarixdə Daxili işlər Nazirliyinin rəhbərliyinə ünvanlanmış müraciətlərinə baxılmış və müəyyən olmuşdur ki, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin boşaldılması və “TuranBank" ASC-yə təhvil verilməsi barədə sonuncunun iddiası Kəpəz Rayon Məhkəməsinin qətnaməsi ilə təmin edilmiş, həmin qətnamə Gəncə Apellyasiya Məhkəməsi və Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarları ilə qüvvədə saxlanılmışdır. Bundan başqa “NBC Bank" Gəncə filialının kredit üzrə sabiq mütəxəssisi X8 tərəfindən bir sıra vətəndaşlarla kredit müqaviləsi bağlanaraq pullarının mənimsənilməsi faktlarına görə Gəncə Şəhər Prokurorluğunda başlanmış cinayət işi ittiham aktı ilə məhkəməyə göndərilmiş, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 28 dekabr 2012-ci il tarixli 1(088)-42/2012 saylı hökmü ilə S.İbrahimov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2. (Dələduzluq), 179.3.2. (Mənimsəmə), 313 Vəzifə saxtakarlığı və 320.1. (Rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) maddələri ilə təqsirili bilinərək azadlıqdan məhrum edilmişdir.

6. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 3574/2024 nömrəli, 09 sentyabr 2024-cü il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir (hakim X6).

7. Məhkəmə iddia tələbini rədd edərkən ona istinad etmişdir ki, Cavabdeh1 cavabdeh "xxxx" ASC Gəncə filialı ilə İddiaçı arasında bağlanmış xx.xx.2008- ci il tarixli, 45/7 saylı ipoteka müqaviləsi Mülki Məcəllə ilə müəyyənləşdirilmiş qaydalara əməl edilməklə bağlanmış, müqavilənin etibarsız hesab edilməsi üçün iş üzrə qanuni əsaslar mövcud deyildir. İddiaçı öz tələbinin əsası kimi istinad etdiyi faktları təsdiq edə biləcək hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə həmçinin iddia tələbinin “ünvan 2 ünvanda yerləşən əmlakın yüklülükdən azad edilməsi” hissəsinə qiymət verərək qeyd edir ki, iddia tələbi bu hissədə ipoteka müqaviləsinin etibarsız hesab edilməsi hissəsindən asılı olduğundan və məhkəmənin yuxarda qeyd edilən qənaəti ilə iddia ipoteka müqaviləsinin etibarsız hesab edilməsi hissəsində təmin edilmədiyindən, həmin hissədə də iddia təmin edilə bilməz.

8. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci, 107-ci, 119.1-ci, 217.3-cüvə 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları b) Apellyasiya şikayətinin dəlilləri

9. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

10. İddiaçı apellyasiya şikayətinin məzmununu iddia ərizəsinə uyğun əsaslandırmış, əlavə olaraq göstərmişdir ki, borc və ya kredit müqaviləsi o vaxt qüvvəyə minir ki, tərəflər müqavilə üzrə müəyyən edilmiş şərtlərə əssən üzərinə düşən öhdəliyi yerinə yetirsin. Əldə olunmuş etiraf edici məktublardan görünür ki, tələbkar Bank əmlakı ipoteka ilə yüklü etsə də faktiki tərəfi aldadaraq pulu borc alana verməmişdir. Belə olan halda kredit müqaviləsi və onun təminatı olaraq ondan irəli gələn ipoteka müqaviləsi heç bir əhəmiyyət kəsb eləmir. Prokurorluq tərəfindən verilən sənədə əsasən, bankın rəhbərliyi də izahatlarında həmin kredit vəsaitinin verilmədiyini etiraf edirlər. Buna görə də hesab edirik ki, bağlanmış girov müqaviləsinin heç bir əhəmiyyəti yoxdur. Kredit öhdəliyi olmadığı və vətəndaş həmin kredit vəsaitini qəbul etmədiyi halda heç bir müqavilədən söhbət gedə bilməz. Qeyd edilən kredit vəsaiti X4 adına yazılsa da, həmin kredit vəsaiti aidiyyatı üzrə verilməməsi barədə işə baxan hakimə bildirilsə də buna demək olar ki, hüquqi qiymət verilməmişdir.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. ç) Proses iştirakçılarının izahatı

12. Məhkəmə iclasında cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir.

13. İştirak etdiyi məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etmişdir.

14. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, iş üzrə digər cavabdehlər öz nümayəndələrinin məhkəmə iclasında iştiraklarını təmin etməmişlər. Kollegiya işə onların nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

d) Tətbiq edilən hüquq

15. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2-ci maddəsinə əsasən əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. 324.5-cimaddəsinə əsasən iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır.

16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

e) Apellyasiya baxışının hədləri

17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

19. İddiaçı tərəfindən qətnamə tam mübahisələndirilərək onun ləğv edilməsi və iddianın təmin edilməsi xahiş edildiyindən, qətnamə bütövlükdə yoxlanılır.

ə) Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

20. Məhkəmə kollegiyası аpеllyаsiyа şikаyətinin dəlillərini iş mаtеriаllаrı ilə birlikdə аrаşdırаrаq hеsаb еdir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas yoxdur.

21. İşin faktiki hallarından göründüyü kimi Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-1394/2018 nömrəli, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən "xxxx" ASC ilə X9 arasında bağlanmış xx.xx.2009-cu il tarixli kredit müqaviləsinə əsasən 25000 manat əsas borc və 8005 manat məbləğində faiz borcu olmaqla ümumilikdə 33005 manat məbləğində pulun X1 tutularaq "xxxx" ASC-nə ödənilməsi qət edilmişdir. X4 "xxxx" ASC-yə olan 33005 manat məbləğində borcunun ipotekaya qoyulmuş İddiaçı mülkiyyətində olan Gəncə şəhəri, Kəpəz rayonu, Əziz Əliyev küçəsi, ev 60 nömrəli fərdi yaşayış evinə yönəldilərək ödənilməsi qət edilmişdir. İddiaçı məxsus Gəncə şəhəri, Kəpəz rayonu, Əziz Əliyev küçəsi ev 60 ilə bağlı hərrac keçirilmişdir. Keçirilmiş hərraclar nəticəsində adı çəkilən daşınmaz əmlak satılmadığından, cavabden "Respublika Xammal və Əmtəə birjası, "xxxx" MMC" tərəfindən "xxxx" ASCyə 33150 manata təklif edilmiş və nəticədə balansa qəbul edilmişdir. Hazırda iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh "xxxx" ASC Gəncə filialı ilə İddiaçı arasında bağlanmış xx.xx.2008-ci il tarixli, 45/7 saylı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi və ünvan 2 ünvanda yerləşən əmlakın yüklülükdən azad edilməsini mübahisələndirir.

22. Göründüyü kimi, apellyator şikayətin dəlili olaraq qanuni qüvvədə olan qətnamə üzrə kredit müqaviləsi üzrə pulun tutulmasına baxmayaraq həmin pul məbləğinin əslində borcluya verilməməsini göstərməklə, ipoteka müqaviləsinin də düzgün olmadığını, bununla da ünvan 2 ünvanda yerləşən əmlakın yüklülükdən azad edilməsinin qanuni olduğunu bildirmişdir. Lakin kollegiya qeyd edir ki, həmin qətamə ilə kredit müqaviləsinə artıq qanuni qüvvədə olan qətnamə ilə qiymət verilmiş müqavilənin etibarsızlığı ilə bağlı hər hansı etiraz olmamış və kredit müqaviləsi etibarlı müqavilə kimi qiymətləndirilməklə həmin müqavilə üzrə pulun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi müyyən edilmişdir. Belə olan halda qanuni qüvvədə olan qətnamə üzrə qiymət verilmiş hala yenidən qiymət verilməsi və müqavilənin etibarlılığı yoxlanılması qanuni və əsaslı olmamaqla mümkünsüzdür.

23. Eyni zamanda iş materiaları ilə müəyyən edilir ki, qanuni qüvvədə olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 29 oktyabr 2021-ci il tarixli qətnamə ilə ipoteka predmetinin açıq hərracdan satılması ilə bağlı hərracın nəticələrinin və alqı satqı müqaviləsinin etibarsızlığına dair İddiaçı iddiasına baxılmış və iddia tələbi təmin edilməmişdir. Həmin iddia tələbi üzrə də iddiaçı yuxarıda qeyd edilən hallara toxunmamaqla yalnız hərracın düzgün keçirilməməsi və ona məlumatın verilməməsi əsası ilə hərracın etibarsızlığını mübahisələndirmişdir. Bundan əlavə, qanuni qüvvədə olan Gəncə Kəpəz rayon Məhkəməsinin digər qətnaməsi ilə "xxxx" ASC-nin ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinin boşalması və "xxxx" ASC-yə təhvil verilməsi müəyyən edilmişdir.

24. Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, iddia tələbi əsassız olmaqla qanuni qüvvədə olan qətnamə ilə qiymət verilmiş müqavilənin etibarsız müqavilə olması kimi qiymət verilməklə iddia tələbinin təmin edilməsi qanunvericiliyin tələblərinə əsasən mümkün hesab edilə bilməz.

25. Məhkəmə kollegiyası işin hallarına və apellyasiya şikayətinin dəlillərinə istinadən qeyd etməyi zəruri hesab edir ki, apellyasiya şikayətinin dəlilləri yuxarıda qeyd edilənlərə əsasən əsaslı olmamalqa birinci instansiya məhkəməsi iddianı təmin etməməklə düzgün nəticəyə gəlmişdir.

26. Beləliklə, məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq, belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməkdə haqlı olmuşdur. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.

27. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 382-ci, 384-cü, 392-ci, 393-cü, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi: İddiaçı tərəfindən verilən apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3574/2024 nömrəli, 09 sentyabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatora aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar