Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4781/2020 21.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Atamaliyev Fərid Seyfulla oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili X11 və Cavabdeh2 nümayəndəsi və vəkili X5 iştirakları ilə, İddiaçı Cavabdeh1nə və qeyrilərinə qarşı “müqavilənin etibarsız hesab edilməsi və s.” tələbinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-529/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 qarşı “müqavilənin etibarsız hesab edilməsi tələbinə” iddia ərizəsi ilə Yasamal rayon Məhkəməsinə müraciət edərək, cavabdeh “Cavabdeh12 kiçik müəssisəsi ilə X9 arasında bağlanmış xx.xx.2016-cı il tarixli və X6 arasında bağlanmış xx.xx.2018-ci il tarixli Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, 3159-cu məhllədə 12 mərtəbəli yaşayış binasının 10-cu mərtəbəsində yerləşən, sahəsi 82.0 kv.m. olan 2 otaqlı, 33-cü mənzilin alqı-satqısına dair müqavilələrin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Proses gedişatında iddiaçı AR MPM-nin 53-cü maddəsinə əsasən tələbinə dəqiqləşdirmə verib cavabdeh qismində əlavə olaraq, X7 və Zərbalıyeva (Bədirova) Şəbnəm Səid qızını göstərərək, Cavabdeh1 ilə cavabdeh X8 arasında bağlanmış xx.xx.2016-cı il tarixli və cavabdeh X7 arasında bağlanmış xx.xx.2018-ci il tarixli Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, 3159-cu məhəllədə 12 mərtəbəli yaşayış binasının 10-cu mərtəbəsində yerləşən, sahəsi 82.0 kv.m olan 2 otaqlı 33-cü mənzilin alqısatqısına dair müqavilələrinin etibarsız hesab edilməsi, mənzilin bölünərək ½ hissədə onun,1/2 hissədə isə Cavabdeh2 mülkiyyət hüququnun tanınması və onun Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, 3159-cu məhəllədə 12 mərtəbəli yaşayış binasının 10cu mərtəbəsində yerləşən, sahəsi 82.0 kv.m olan 2 otaqlı 33-cü mənzilə köçürülməyi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddia qaldırılan zaman Cavabdeh1 ilə X8 arasında bağlanmış xx.xx.2016-cı il tarixli və X7 arasında bağlanmış xx.xx.2018-ci il tarixli Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, 3159-cu məhəllədə 12 mərtəbəli yaşayış binasının 10-cu mərtəbəsində yerləşən, sahəsi 82.0 kv.m olan 2 otaqlı 33-cü mənzilin alqısatqısına dair müqavilələrinin etibarsız hesab edilməsini və həmin mənzilə köçürülməyimi xahiş etmişdir. Alqı-satqı müqavilələrinin etibarsızlığı və onun həmin mənzilə köçürülməyi tələbi üzrə X10 və X7 da sözügedən müqavilənin tərəfləri olduğundan, həmçinin iddia tələbinin onların da maraqlarına toxunduğundan X8 və X2 da cavabdeh kimi tanınması zərurəti yaranmışdır. Həmçinin bildirir ki, o, sözügedən Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, 3159-cu məhəllədə yerləşən mənzilin Cavabdeh2 tərəfindən satılmasını məhkəmə gedişindən az əvvəl öyrənmişdir. Belə ki, o, evin satılması üçün razılıq ərizəsini Rusiya Federasiyasının ərazisində olarkən vermişdir. Həmin razılıq ərizəsini verməkdə yeganə məqsədi bina evi olan mənzili daha baha qiyməyə satıb başqa yerdə yeni həyət evi almaq olmuşdur. Lakin Azərbaycana qayıtdıqdan sonra münasibətlərinin getdikcə pisləşməsini görüb ona verdiyim razılıq ərizəni tələb etdi. Lakin Cavabdeh2 hər dəfə müxtəlif bəhanələrlə ərizəni verməkdən imtina etdi və ən sonda guya ərizənin itdiyini bildirdi. Bununla bağlı, aralarında bir sıra mübahisələr yarandı və Cavabdeh1 də bu mübahisələrdən xəbərdar idi. Belə ki, sözügedən mənzilin yerləşdiyi binanın komendantına aralarında olan mübahisə ilə bağlı məlumat vermişdir. Həmçinin o, razılıq ərizəsini ləğv etdirməyə çalışsa da bu mümkün olmamışdır. Belə ki, o, Rusiya Federasiyası hüdudlarından xaric olunduğu yəni deportasiya olunduğu üçün oraya qayıdıb ərizəni ləğv etdirə bilmədi. Cavabdeh2 isə həmin razılıq ərizəsininin olmasından istifadə edərək qanunsuz olaraq mənzili əvvəlcə öz bibisi qızının adına, daha sonra isə öz anasının adına rəsmiləşdirmişdir. Həmin mənzildə hal-hazırda da Cavabdeh2 ilə övladları yaşamaqdadır. Mənzilin formal olaraq satıldığı dövrdə də həmin mənzildə övladlarıyla birlikdə Cavabdeh2 yaşayırdı. Elə onun evi satılmadığına əmin olmağı və daha sonra da aldanılmağı səbəbi də məhz budur. Övladlarının və keçmiş həyat yoldaşının yaşadığı mənzilin formal olaraq satıla biləcəyinə dair onun heç bir şübhəm yox idi. O, məhkəmə prosesindən əvvəl əmlakın bölünməsini ondan tələb etdikdə ona bildirildi ki, mənzil satılıb. Belə olduqda, isə o, iddia qaldıraraq mənzilin satılmasından əldə olunan pulu tələb etdi. Həmçinin Şamaxı rayon Məhkəməsi zamanı Cavabdeh2nm mənzilin daha sonra formal olaraq guya anasına satılmasını gizlətmişdir. Bu halı yalnızca Sumqayıt Apellyasiya Məhkəməsinda iş araşdırılarkən bildirmişdir. Göründüyü kimi, Cavabdeh2 bu uydurma müqavilələri bağlamaqda yeganə məqsədi birgə nikah dövründə əldə olunan mənzili mənimsəmək olmuşdur və birgə nikahda əldə olunmuş əmlakların bölgüsünü mümkünsüz etmək olmuşdur. Cavabdeh2 bu məqsədini formal olaraq 6940 (altı min doqquz yüz qırx) manat kimi uydurma bir məbləğlə mənzili ilk başda öz bibisi qızının adına, daha sonra isə eyni məbləğ qarşılığında yenə formal olaraq öz anasının adına rəsmiləşdirməklə həyata keçirmişdir. Belə ki, Cavabdeh2 ilk olaraq mənzili öz bibisi qızının, daha sonra isə anasının adına rəsmiləşdirmişdir. Bu məsələdə Cavabdeh1 də Cavabdeh2 ilə əlbir olmuş, real bazar qiymətindən dəfələrlə az qiymət qarşılığında mənzilin digər şəxslərin adına rəsmiləşdirilməsini həyata keçirmişdir. Halbuki, nə Cavabdeh2, nə də “xxxxxxx” Kiçik Müəssisəsinin birgə nikah dövründə əldə olunan mənzili satmaq səlahiyyəti yoxdur. Cavabdeh1 sözügedən mənzili satması birbaşa olaraq Mülki Məcəllənin tələblərinə ziddir. Göründüyü kimi, Cavabdeh1 ilə Şəbnəm Zərbahyeva və Xatirə Abasova arasında bağlanmış mənzilin alqı-satqısına dair müqavilələr uydurmadır və heç bir hüquqi əhəmiyyət kəsb etmir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-529/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddianın rədd edilməsi qət edilmişdir. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-108/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçının həyat yoldaşı Cavabdeh2 ondan xəbərsiz birgə nikah dövründə əldə olunmuş, Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, 3159-cu məhəllədə yerləşən mənzili 6940 manat kimi uydurma məbləğə bibisi qızı ZƏrbəliyeva Şəbnəmə satmışdır. Daha sonra Zərbəliyeva Şəbnəm həmin mənzili cavabdehin anası Abbasova Xatirəyə satmışdır. Bütün bunlardan iddiaçının xəbəri olmamış və mənzilin satılmasından şübhələnməmişdir. İddiaçının mənzilin satılmasından xx xxxx 2019-cu ildə xəbəri olmuşdur. İdidaçının vəkili tərəfindən Cavabdeh1 KM-ə sorğu verilmiş, sorğuya cavab olaraq bildirilmişdir ki, mənzil Cavabdeh2 tərəfindən Zərbəliyeva Şəbnəmə satılmışdır. Cavabdeh2 həm də, xx.xx.2019-cu ildə sözügedən evin telefon abunəliyindən çıxmışdır. “Azəriqaz” İB-nin xx.xx.2020-ci il tarixli məktubunda bildirilmişdir ki, Cavabdeh2 adına qeydə alınmış kod xx.xx.2019-cu il tarixində Abbasova Xatirənin adına dəyişdirilmişdir. İddiaçı apellyasiya şikayətinin əsası kimi qeyd edilən hallara və Konstitusiyanın 26, 29, 60, 71, 43, Mülki Məcəllənin 340.1, 337.1, 337.2, 337.3, 324, 340, Ailə Məcəlləsinin 32, MPM-in 217, 358, 360, 362, 385-ci maddələrinə istinad etmişdir. Kollegiya iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili C.Yusifov apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsi və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın təmin edilməsini xahiş etmişdir. Kollegiya iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili M.Məmmədov apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsi və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İşə baxılması vaxtı və yeri haqqında digər cavabdehlərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq kollegiya iclasında iştirak etməmişlər və iştirak etməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən digər cavabdehlərin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Kollegiya işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdırıb iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməlidir. İşin hallarına, iş materiallarına və tərəflərin izahatlarına əsasən müəyyən olunmuşdur ki, İddiaçı iddia edir ki, onun Cavabdeh2 ilə birgə nikah dövründə əldə etdiyi Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, 3159-cu məhəllədə 12 mərtəbəli yaşayış binasının 10cu mərtəbəsində yerləşən, sahəsi 82.0 kv.m olan 2 otaqlı 33 saylı mənzil onun razılığı olmadan Cavabdeh2 tərəfindən xx.xx.2016-cı il tarixli uydurma alq-satqı müqaviləsi ilə bibisi qızı X3, sonuncu tərəfindən isə xx.xx.2018-ci il tarixli müqavilə ilə Cavabdeh2 anası X1 həmin müqavilələr etibarsız hesab edilməlidir. Mülki Məcəllənin 354.2-ci maddəsinə əsasən, bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Cavabdeh tərəf iddia müddətinin tətbiq edilərək, iddianın rədd edilməsinə dair ərizə ilə birinci instansiya məhkəməsinə müraciət etmişdir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi mülki qanunvericiliyin tələblərinə görə maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisələndirə bilməsi səbəbindən iddia tələbini rədd etməklə doğru nəticəyə gəlmişdir. Belə ki, iddiaçının mübahisələndirdiyi ilkin alqı-satqı müqaviləsi 2016-ci il tarixdə bağlanılmışdır. Həmin alqı-satqı müqaviləsinin bağlanılmasına iddiaçının xx.xx.2015-ci il tarixdə notariat təsdiqli razılıq ərizəsi (i.v. 43) vermişdir. İddiaçı isə hazırki tələblə xx xxxxxx 2019-cu il tarixdə müraciət etmişdir. İddiaçı tərəf qanunla nəzərdə tutulmuş müddətin (1il) ötürülməməsinə və ya üzürlü səbəbdən ötürülməsinə, eləcə də, mənzilin satılmasından xx.xx.2019-cu ildə məlumat alması barədə apellyasiya şikayətinin dəlilinə dair hər hansı bir sübut məhkəməyə təqdim etməmişdir. Halbuki, Mülki Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-529/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-4781/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4781/2020
21.08.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver