Məhkəmə qərarları › İş №2(103)-4781/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4781/2022

22.07.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4781/2022 22.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Emin Mehdiyev və Xəyal Sarıyevdən ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi barədə” iddiasına dair mülki iş üzrə Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsindən Cavabdeh İB-nin apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində tələb olunub ki, iddiaçıya aid olan, ünvan 1 ünvanında təbii qazdan istifadə ilə bağlı hesablanmış 4.017,60 manat borc silinsin. Qətnamə ilə qət olunub ki, iddia təmin olunsun, həmin borc silinsin. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin əsassız olduğunu bildirdi. Cavabdeh İB-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işin həlli ilə bağlı aşağıdakıları qeyd edir. Cavabdehin Cavabdeh İB-nin əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2020, xx.xx.2020, xx.xx.2021, xx.xx.2021 və xx.xx.2021-ci il tarixli aktlara görə İddiaçı özünə aid olan, yuxarıda qeyd olunan ünvanda təbii qazdan qeyri-qanuni (sayğacsız) istifadə edib. Cavabdeh bu barədə fotoşəkilləri də məhkəməyə təqdim edib. Fotoşəkillərdən görünür ki, evin qaz borusu rezin boru vasitəsilə sayğac olmadan ümumi qaz borusuna birləşdirilib. İddiaçı bildirir ki, evin qaz borusu rezin boru vasitəsilə ümumi qaz borusuna birləşdirilsə də ümumi boruda qaz olmamış, aktlarda göstərilən dövrlərdə ona aid olan evdə qazdan istifadə edilməmişdir, çünki Cavabdeh İB həmin ərazini qazla təmin etməmişdir. Evin qaz borusu rezin boru vasitəsilə ümumi qaz borusuna ona göə birləşdirilmişdir ki, yaxın vaxtlarda həmin ərazinin qazla təmin ediləcəyi barədə xəbər yayılmış, lakin qaz verilməmişdir. Cavabdeh İB-nin nümayəndəsi apellyasiya icraatı zamanı keçirilən məhkəmə iclasına gəlməmiş, iddiaçının evinin yerləşdiyi ərazinin qazla təmin edilməsi, iddiaçı ilə qaz təchizatı barədə müqavilə bağlanması və qaz sayğacının qurşdırılması barədə sübut təqdim etməmişdir. Beləliklə, işdə olan sübutlar İddiaçı qazdan qeyri-qanuni istifadə etdiyini müəyyənləşdirməyə imkan vermir. Ona görə də məhkəmə Mülki Məcəllənin 21, 1096 və 1097-ci maddələrinin göstərişlərinə, habelə Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”na və “Qaz təchizatı haqqında” Qanunun 13-cü maddəsinin göstərişinə əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlib, qətnamənin ləğv edilməsi üçün əsas yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar