Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4786/2021 26.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X42 Sarıyevin sədrliyi ilə, Emin Əlixan oğlu Mehdiyev və Şərafət Asif qızı Məmmədovadan ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi ilə, İddiaçı, Cavabdeh iştirakları ilə, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 01 mart 2021-ci il tarixli, 2(007)-677/2021 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə dair mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “30.11.2015-ci il tarixli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X43 ilə Cavabdeh arasında bağlanmış və Bakı Şəhər 2saylı ASAN xidmət təsdiq edilmiş 30.11.2015-ci il tarixli bağışlama müqviləsinin etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılır ki, onun mərhum həyat yoldaşı (ölüm haqqında şəhadətnamənin surətini ərizəyə əlavə edir) X43 Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Məşədi Kazımov küçəsində yerləşən 12 saylı fərdi yaşayış sahəsinin 1/6 hissəsindən B tik.yaşayış sahəsinin 17,5 kv.m qızı Cavabdeh bağşlama müqaviləsi ilə bağışlamışdır. Həmin bağışlama müqaviləsi Bakı Şəhər 2 saylı ASAN xidmət rəsmiləşdirilərkən onun da razılığı alınmışdır. Lakin bağışlama müqaviləsi bağlanılarkən ona onun hüquu və vəzifələri izah olunmamış və onun hüquqları pozulmuşdur. Buna görədə o, Bakı şəhər 2 saylı ASAN xidmətdə rəsmiləşdirilmiş 30.11.2015-ci il tarixli bağışlama müqviləsininin etibarsız hesab edilməsi ilə əlaqədar məhkəməyə müraciət etmək qərarına gəlmişdir. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək qeyd etmişdir ki, o, ailə qurandan sonra “C” yaşayış tikinti sahəsində yaşayan qızı Mətanət öz etirazını bildirmişdir ki, o nə üçün nikah haqqında şəhadətnamə bağlamışdır, olmaz, o boşamalıdır. Vəziyyət elə gətirmişdir ki, 21 avqust 2020-ciil tarixdə Mətanət gəlib evdə yoldaşı Rizvanova Şükufə ilə dava edərək onun evdən çıxmasını tələb etmişdir. Çıxmasalar benzinlə od vuracağını bildirmişdir. Həyat yoldaşı Yaşar Məmmədov da demişdir ki, “Şükufə və Saleh səndə payını alacaqsan, mənim kriminalist dostlarım var, onların vasitəsi ilə”. Həmin mülkdə onun 4 (dörd) ədəd evi var, cəmi 150 kvadrat metr olan yaşayış sahəsində yaşaya bilərmi? “B” fərdi yaşayış sahəsi 17,3 kvadrat metr bağışlamışdır, 150 kvadrat metr bağışlamamışdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2019-cu ildə fərdi yaşayış evlərinin özəlləşib çıxarış verilməsi üçün sərəncam imzalamışdır. Yaşar Məmmədov hasardan aşaraq onun evinin pəncərələrini və qapının ruçqasını sındırmışdır. 21.09.2020-ci il tarixdə evi tarimar etmiş, ev əşyalarını evlərinə aparmışlar. Ondan başqa 5000 manat pul götürmüşlər. Onda da polisin tətqiqatçısı gəlmişdir və bu günə kimi heç bir nəticə yoxdur. O, 73 yaşında küçələrdə yatmalıdır? Daşınmaz əmlakın reyestr xidmətində mühəndis çağırılb mülkə 150 kvadrat metrə texniki pasportla baxış keçirilməsini və sonra qətnamə çıxarılmasını xahiş etmişdir. O həyətda olan evlərin bölgüsünə razıdır. Bakı şəhəri Nizami rayon Məhkəməsinin 01 mart 2021-ci il tarixli, 2(007)-677/2021 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir. Həmin qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin məzmunu idida tələbi ilə eynilik təşkil etməklə, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsini xahiş olunmuşdur. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apelyasiya şikayətinin məzmununa uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilərək, qətnamənin ləğv edilərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh X26 apelyasiya şikayətini qəbul etməyərək, birinci instansiya məhkəməsinin qətnamələrinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə isə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Kollegiya tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan: 26 noyabr 1974-cü il tаriхdə vеrilmiş AЗ № 307343 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, 26 noyabr 1974-cü il tаriхdə İddiaçı ilə X43 аrаsındа nikah bağlanmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 15 № ilə qеyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Hüseynov, arvada Məmmədova soyadı verilmişdir. Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən MH seriyalı №0100666 saylı çıxarışdan görünür ki, Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Məşədi Kazımov küçəsində istifadədə olan 0,06548 ha torpaq sahəsində yerləşən 1-(4) mərtəbəli, 12 otaqlı, 195 kv.m yaşayış, 152,5 kv.m köməkçi sahədən ibarət 12 nömrəli fərdi yaşayış evi paylı mülkiyyət hüququ üzrə X3 1/6 hissədən C tik.-3 otaq y/s 36,8 kv.m, X25 2/6 hissədən-qalan hissə, X1 1/6 hissə, X18 1/6 hissədən B tik.-y/s 17,3 kv.m, X4 1/6 hissə, X7 1/6 hissə, X2 2/6 hissədən-1 otaq y/s 17,3 kv.m adlarına daşınmaz əmlakın dövlət reyestrində 70 nömrəli reyestr kitabının 6298 nömrəli vərəqində qeydiyyata alınmışdır. 2 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat kontorunun xüsusi notariusu X60 tərəfindən təsdiqlənmiş 30 noyabr 2015-ci il tarixli mənzilin bağışlama müqaviləsindən görünür ki, X43 ünvan 1 ünvanında yerləşən 352,55 kv.m ümumi sahəsi olan 12 otaqlı fərdi yaşayış evinin ƏMDK-nın yanında DƏDRX-nin Bakı Şəhər Ərazi idarəsi tərəfindən 06.10.2007-ci il tarixdə ona verilmiş **********09-10301 reyestr nömrəli, ********* qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən paylı mülkiyyət üzrə ona məxsus olan 17,3 kv.m hissəsini Cavabdeh bağışlamışdır. Azərbaycan Respublikası MM-nin 666-674-cü maddələrinin məzmunu tərəflərə izah edilmişdir. İddiaçı 30.11.2015-ci il tarixli ərizəsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X27 məxsus ünvan 2 ünvanının bağışlanmasına etiraz etmir. 2 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən 09 dekabr 2016-cı il tarixdə verilmiş AZ-İ № 846926 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X43 01 dekabr 2016-cı il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 09 dekabr 2016-cı il tarixdə 1630 nömrəsi ilə qeyd edilmişdir. Ölümün səbəbi Böyrək Karsinomasıdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin **********44 saylı 05.10.2020-ci il tarixli məktubundan görünür ki, ünvan 4 saylı fərdi yaşayış evinə dair sorğuda qeyd olunan MH ******* nömrəli ********* qeydiyyat nömrəli çıxarışda X10 adına olan 1/6 hissəsindən B tikilisindən 17,3 kv.m 2 saylı Asan xidmət mərkəzində təsdiq olunmuş 30 noyabr 2015-ci il tarixli 4Ə-2596 reyestr nömrəli bağışlanma müqaviləsinə əsasən digər şəxsin adına özgəninkiləşdirilmişdir. Bu səbəbdən sənədin surətlərini İddiaçı göndərmək mümkün olmamışdır. Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)-3818/2019 saylı 09.12.2019-cu il tarixli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh X28 qarşı X19 yetkinlik yaşına çatmayan övladları X20, X21 və X11 Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Məşədi Kazımov küçəsində yerləşən, 12 saylı mənzilə olan istifadə hüquqlarına xitam verilməsi tələbinə dair iddia ərizəsi təmin edilməməsi, qətnamənin X20, X21 və X11 mənzildən qeydiyyatdan çıxarılması üçün əsas olması qət edilmişdir. 2 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisinin notariusu X8 tərəfindən verilmiş 1915 saylı 29.09.2020-ci il tarixli arayışdan görünür ki, İddiaçı tərəfindən ünvan 4 ünvanının bağışlanmasına razılıq verilməsinə dair 7E-50692 reyestr nömrəli ərizə yazılmışdır. Bakı şəhəri Nizami rayonu İcra Hakimiyyəti Başçısının Keşlə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 238 saylı 22.02.2021-ci il tarixli arayışından görünür ki, İddiaçı M.H.Kazımov küşəsində 12 saylı tək qeydiyyatdadır. Azərbacan Respublikasının Daxili İşlər Nazirliyinin Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* saylı 11.11.2020-ci il tarixli arayışından görünür ki, İddiaçı ünvan 5 ünvanında qeydiyyatda olan digər şəxslər X34, X5, X35, X22, X12, X13, X29, X53, X36, X14, X15, X6, X23, X30, X16, X17, X37, Cavabdeh, X44, X45, X24 və X38r. 2 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən 06 mart 2020-ci il tаriхdə vеrilmiş AZ-İİ № 392803 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, 06 mart 2020-ci il tаriхdə İddiaçı ilə X9 аrаsındа nikah bağlanmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 06 mart 2020-ci il tarixdə 484 № ilə qеyd edilmişdir. Nikah bağlandıqdan sonar ərə Hüseynov, arvada Rizvanova-Hüseynova soyadı verilmişdir. “Azəriqaz” İstehsalat Birliyinin 12.11.2020-ci il tarixli məktubundan görünür ki, ünvan 6 ünvanında İddiaçı “Azəriqaz” İstehsalat Birliyi üzrə qaz istehlakçısı kimi qeydiyyatdadır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X43 ünvan 1 ünvanında yerləşən 352,55 kv.m ümumi sahəsi olan 12 otaqlı fərdi yaşayış evinin paylı mülkiyyət üzrə ona məxsus olan 17,3 kv.m hissəsini Cavabdeh bağışlamışdır və tərəflərin iradə ifadələrinin təsdiq olunması üçün müqavilə notarial qaydada təsdiq edilmişdir. İddiaçı X27 məxsus ünvan 2 ünvanının bağışlanmasına etiraz etməmişdir. X43 01 dekabr 2016-cı il tarixdə vəfat etmişdir. Hazırda İddiaçı Valeh oğlu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X43 ilə Cavabdeh arasında bağlanmış və Bakı Şəhər 2 saylı ASAN xidmət təsdiq edilmiş 30.11.2015-ci il tarixli bağışlama müqviləsinin etibarsız hesab edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. MM-nin 324.1-ci maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. MM-nin 324.2-ci maddəsinə əsasən, əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. MM-nin 324.4-cü maddəsinə əsasən, müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. MM-nin 666.1-ci maddəsinə əsasən, bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. MM-nin 668.1.1-ci maddəsinə əsasən, daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə bağışlama etibarlı sayılır. İş materiallarından görünür ki, X43 ünvan 1 ünvanında yerləşən 352,55 kv.m ümumi sahəsi olan 12 otaqlı fərdi yaşayış evinin paylı mülkiyyət üzrə ona məxsus olan 17,3 kv.m hissəsini Cavabdeh bağışlamış və bu zaman İddiaçı hazırda mübahisə predmeti olan yaşayış sahəsinin bağışlanmasına etiraz etməmişdir. İddiaçı 30 noyabr 2015-ci il tarixli ərizəsi 2 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat kontorunun xüsusi notariusu X60 tərəfindən notarial qaydada təsdiqlənmiş və notariat əməliyyatların aparılmasına dair kitabda reyestrdə 7E-50692 nömrəsi qeydiyyat alınmışdır. Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında təlimatin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarının 2-ci maddəsinin 7-ci hissəsinə əsasən notarius sənədlərdəki imzaların həqiqiliyini təsdiq edir. Yuxarıda da qeyd edildiyi kimi 2 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat kontorunun xüsusi notariusu X60 razılıq ərizəsinin ərizəni təqdim edən şəxs tərəfindən imzalandığını təsdiq etmişdir. MM-nin 337.1-ci maddəsinə görə, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Kollegiya qeyd edir ki, qanunverici tərəfindən etibarsız əqdlər subyekt, iradə ifadəsinin sağlamlığı, forma və məzmun tələbləri və s. baxımdan təsnif edilməklə müvafiq maddələrdə qruplaşdırılmışdır. Tərəfin iradəsi qüsurlu olan əqd, özündə əqd bağlanarkən daxili iradənin lazımi olmayan şəraitdə formalaşmasını və ya iradənin xaricə düzgün ifadə olunmasını ehtiva edir. Bu baxımdan, kollegiya qeyd edir ki, hər hansı əqdin etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (tam fəaliyyət qabiliyyətli və səlahiyyətli şəxslərin) iştirakı, onların sağlam (zədələnməmiş) iradəsinin mövcudluğu və bu iradənin doğru ifadə edilməsi zəruridir. Məhz göstərilən qaydalara əməl edilməklə bağlanmış əqd etibarlı hesab edilir. Hazırkı işdə iddiaçı bağışlama müqaviləsinin etibarsızlığını irəli sürərkən həmin əqdin bağlanması zamanı ona hüquq və vəzifələrinin izah edilməməsi yolu ilə bağlandığını iddia etmişdir. Bu baxımdan, kollegiya qeyd edir ki, Mülki Məcəllənin 339.2-ci və 339.3-cü maddələrinə əsasən, hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəfləpis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cümaddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətədüşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər. Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. Aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncüşəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadanxəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəfaldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-ci il tarixli qərarında göstərilmişdir ki, aldatma digər tərəfi əqdi bağlamağa vadar etmək məqsədilə bilə-bilə yalan məlumatlar verməklə onda əqd barədə yanlış təsəvvür yaratmaqdan ibarətdir. Əqdin aldatma yolu ilə bağlanması və bu əsasa görə əqdin etibarsız sayılması üçün əqdin bağlanmasında hər hansı tərəfin iradəsinin olmaması və ya belə iradənin düzgün formalaşmaması əsas rol oynayır. Aldatma isə bir kimsəni qəsdən motivdə (qənaətdə) yanıltmadır. Bu və ya digər əqdin aldatma əsası ilə etibarsız hesab edilməsi üçün bir sıra şərtlərin mövcudluğu zəruridir. Belə ki, müqavilənin qarşı tərəfi (yaxud onun məlumatı daxilində) aldadıcı davranış qəsdən edilmiş olmalı, belə davranış məhz müqavilənin bağlanması ilə əlaqədar olmalı, müqavilə həmin aldadıcı hərəkətin nəticəsində bağlanmalıdır. Dolayısı ilə, əgər aldadıcı davranış olmasaydı müqavilə ya heç bağlanmayacaqdı, ya da tamam başqa şərtlərlə bağlanacaqdı. Bu şərtlərdən hər hansı biri aşkar edilməzsə aldatmaya dayanaraq əqdin etibarsızlığı tələbi irəli sürülə bilməz. Hazırkı mülki işdə iddiaçı, razılaşma ərizəsinin verilməsi zamanı ona hüquq və vəzifələrinin izah edilməməsi halına istinad etsə də, izahatında bildirmişdir ki, notariusda ərizəni təqdim edərkən ona heç kim təzyiq etməmiş, ona hədə-qorxu gəlməmiş və ona hər hansı başqa bir təsir olmamışdır. Nəticədə iddiaçı razılıq ərizəsini aldadıcı hərəkət nəticəsində bağlanıldığını sübuta yetirə bilməmişdir. Halbuki, sözügedən halların sübut edilməsi hazırkı mülki işdə məhz iddiaçıların üzərinə düşür. Belə ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində də qeyd olunur ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Kollegiya qeyd edir ki, qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri isə bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Kovnensiya araşdırmalarında sübutları qiymətləndirilərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) Prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənanətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68) Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Hazırkı halda kollegiya tərəfindən 30 noyabr 2015-ci il tarxili bağışlama müqaviləsinin etibarsız hesab edilməsi üçün hallar müəyyən edilməmiş, bağışlama müqaviləsi qanunvericiliyin tələblərinə uyğun olaraq bağlanmış və təsdiq edilmişsir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Apellyasiya araşdırması zamanı birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması halları aşkar edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. Apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. MPM-nin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 01 mart 2021-ci il tarixli, 2(007)- 677/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Emin Mehdiyev Şərafət Məmmədova
Məhkəmə qərarları › İş №2(103)-4786/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4786/2021
26.05.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver