Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4787/2025 20.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Heydər Əliyev adına X18 Cavabdeh qarşı iş üzrə Açar sözlər: qanunsuz tikilinin sökülməsi X1 (sədrlik edən və məruzəçi), X7 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi X3, İddiaçı Heydər Əliyev adına X18 nümayəndəsi Nümayəndə, Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Heydər Əliyev adına X18 Cavabdeh qarşı “qanunsuz tikilinin sökülməsi” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(008)-145/2025 saylı qətnaməsindən iddiaçı Heydər Əliyev adına X21 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Heydər Əliyev adına X16 (bundan sonra iddiaçı) 10 saylı sahəyə (Güzdək) neft məhsulları nəql olunan Dş500 mm. (dizel yanacağı) və Dş:300 mm. (reaktiv mühərrik yanacağı) neft boru kəmərləri 1993-cü ildə, “Azərikimya” İB-nin Etilen-Polietilen Zavoduna neft məhsulları nəql olunan Dş-200 mm. (quru qaz), Dş-250 mm. (nafta) neft boru kəmərləri isə 2011-ci ildə çəkilmiş və zavodun balansındadır. Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, 80, Balaxanı Binəqədi şossesi ünvanında yerləşən 3 ha ölçüdə sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaq sahəsi və onun üzərində yerləşən 1.263,16 kv.m. qeyri-yaşayış sahəsi xüsusi mülkiyyət hüququ əsasında xx.xx.2022-ci il tarixdə Cavabdeh (bundan sonra “cavabdeh”) adına qeydə alınmışdır. Həmin torpaq sahəsi üzərində qeyri-yaşayış obyekti inşa edilir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Sənayedə X5 və X9 X4 Nazirliyinin Tikintidə Təhlükəsizliyə X8 ünvanladığı xx.xx.2024-cü il tarixli məktubuna əsasən bu sahəni tənzimləyən qanunvericiliyin tələblərinə uyğun olaraq aparılmış müayinələr zamanı cavabdeh tərəfindən inşa edilən obyektdə qaldırıcı qurğuların və digər təhlükə potensiallı qurğu və konstruksiyaların olmadığı müəyyən edilmişdir. Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi, X14 Xidməti və Sənayedə X5 və X9 Agentliyi tərəfindən təsdiq edilmiş “Qeyri-yaşayış təyinatlı obyektin istismara hazır olması barədə” xx.xx.2025-ci il tarixli, 05585 saylı rəyinə əsasən bu qurumların müvafiq rəyləri mühəndiskommunikasiya təminatı şəbəkəsinin istismara hazırlığına dair rəyləri əsasında tərtib edilmiş və cavabdehin mülkiyyətində olan torpaq sahəsi üzərində inşa edilən qeyriyaşayış təyinatlı tikinti obyektinin istismara yararlı olduğunu təsdiq edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 10/6483 saylı rəyinə əsasən “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik” Qaydalarının 6.3-cü bəndinin tələblərinə əsasən Boru kəmərləri xətti boyunca, onun orta oxundan hər tərəfə şərti xətlərlə 50 m keçən torpaq sahəsinin mühafizə zonası üçün ayrılmasını və “İstismar olunan ixrac neft boru kəmərlərinin “Mühafizə Zonası”nın müəyyənləşdirilməsi” Qaydalarının 4.1 -ci bəndinin tələblərinə əsasən kənar boru kəmərlərinin oxlarından hər tərəfdən 50 metrlik məsafədən keçən torpaq sahəsi şərti xətlərlə məhdudlaşdırılmasını (kənd təsərrüfatı təyinatlı torpaqlarda mühafizə zonası kənar boru kəmərlərinin oxlarından hər tərəfdən 25 metrlik məsafədən keçən şərti xətlərlə məhdudlaşdırılır) və Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı şossesi, Təmiz şəhərin yaxınlığında Cavabdeh aid olduğu bildirilən daş hasarın neft məhsulu nəql olunan boru kəmərindən 18,9 - 23,5 metr aralıda, tikililərin neft məhsulu nəql olunan boru kəmərindən 19,9 – 26,2 metr aralıda yerləşməsini nəzərə alaraq, həmin tikililərin neft kəmərinin neft mühafizə zonasında yerləşdiyi müəyyən edilir. Aparılmış ölçü işlərinə əsasən daş hasarın 170 metr hissəsi, tikililərin isə 2.380 kv.m (880+1500) hissəsinin neft kəmərinin mühafizə zonasında yerləşdiyi müəyyən edilmişdir.
Birinci instansiya məhkəməsindəki icraat
2. İddiaçı Heydər Əliyev adına X21 Cavabdeh qarşı iddia və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizələrlə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı şossesi, Təmiz şəhərin yaxınlığında Heydər Əliyev adına X19 məxsus neft məhsulu nəql olunan boru kəmərindən 18,9 - 23,5 metr aralı məsafədə “Mühafizə Zonası”nda cavabdeh tərəfindən tikilmiş daş hasarın 170 metr hissəsinin, eləcə də həmin boru kəmərindən 19,9 - 26,2 metr aralı məsafədə tikilmiş tikililərin 2.380 kv.m (880+1500) hissəsinin cavabdehin hesabına sökülməsi və iddia ərizəsi ilə məhkəməyə müraciət olunan zaman iddiaçı tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddiaçı tələbi onunla əsaslandırmışdır ki, xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı şossesi, Təmiz şəhərin yaxınlığında neft məhsulu nəql olunan boru kəmərindən 20-25 metr aralı məsafədə mühafizə zonasında Cavabdeh tərəfindən kəmərə paralel təqribən 100 metr uzunluğunda və kəmərə perpendikulyar təqribən 35-40 metr enində təməl qazıntısı, təməlin içində dəmir karkasların qoyulması, eyni zamanda bir neçə dəmir dirəklərin basdırılaraq dibinə beton tökülməsi faktı aşkar olunmuşdur. Cavabdehlə fərdi söhbət aparılmış, gördüyü işlərin mühafizə zonasına düşdüyü üçün qanuna zidd olması bildirilmiş, əlavə işlərin aparılmaması üçün yazılı xəbərdarlıq olunmasına baxmayaraq o, işlərin dayandırılmayacağını və davam etdirəcəyini bildirmişdir.
4. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(008)- 145/2025 saylı qətnaməsi ilə iddia təmin edilməmiş, iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri kimi 100 manat pulun H.Əliyev adına X16 tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməsi qət edilmişdir. (hakim X11)
5. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək, qeyd etmişdir ki, iddiaçının sökülməsini tələb etdiyi və neft kəmərinin mühafizə zolağında yerləşən tikilinin yerləşdiyi torpaq sahəsi cavabdehin xüsusi mülkiyyətindədir və bu barədə daşınmaz əmlakın dövlət reyestrində ləğv edilməmiş qeyd mövcuddur. Bundan başqa həmin torpaq sahəsi cavabdehə qədər də xüsusi mülkiyyət hüququ ilə başqasının olmuş, cavabdeh isə daşınmaz əmlakın dövlət reyestrindəki qeydə etimad göstərək alqı-satqı müqaviləsi əsasında torpaq sahəsini almışdır. Eyni zamanda cavabdeh tərəfindən tikilmiş qeyriyaşayış sahələri lazımi icazələr alınmaqla, şəhərsalma və tikinti qanunvericiliyinin tələblərinə əməl etməklə layihələndirmiş və məlumatlandırma icraatı qaydasında müvafiq icra hakimiyyəti orqanına məlumat vermişdir, öz növbəsində müvafiq icra hakimiyyəti orqanı tərəfindən layihəyə dair hər hansı irad bildirilməmişdir. Hazırki halda iddiaçıya məxsus neft məhsulu nəql olunan neft boru kəmərlərinin həmin ərazidən keçməsi ona indiki iddianı qaldırmağa hüquqi əsas vermir.
6. Məhkəmə hesab etmişdir ki, iddia təmin edilmədiyindən mülki iş üzrə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu üçün ödənilmiş vəsait iddiaçının özünə aid edilməli, iddiaçıdan ekspertiza tədqiqatının dəyəri kimi 100 manat pul tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir.
7. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13-cü, 29cu, 60-cı, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 22-ci, 55-ci, 66-67-ci, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1-ci, 140-cı, 152-ci, 180-cı, 240-cı, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 88-ci, 217.4-cü, 218.3-cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2014-cü il tarixli və "xxxx" ASC-nin şikayəti üzrə” xx.xx.2018-ci il tarixli Qərarlarına, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra Qərarlarına, habelə Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyi tərəfindən hazırlanmış və xx.xx.2003-cü il tarixdə Ədliyyə Nazirliyində 2951 nömrə ilə qeydiyyata alınmış “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”nın 6.2-6.4-cü bəndlərinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
8. İddiaçı Heydər Əliyev adına X21 həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
9. Apellyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, işə baxan birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 2 noyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş Qaydaların tələbləri, yəni mühafizə zonasından 50 metrlik məsafədə bina və qurğuların tikintisinin qadağan olmasına əhəmiyyət verilməmişdir. Halbuki, həmin Qaydalarda da birbaşa göstəriş mövcuddur ki, “Mühafizə zonası”nda tikinti işləri aparılması qadağandır. İstisna olaraq mühafizə zonasında tikinti işləri həyata keçirilməsi üçün istismarçı təşkilatın rəyinin, eləcə də Energetika Nazirliyinin və X2 Dövlət Agentliyinin icazəsinin alınması mütləq şərt kimi nəzərdə tutulmuşdur. Məhkəmə tərəfindən NEZ-in əhaliyə və ətraf mühitə təhlükə yarada biləcək potensial təhlükəli obyektlər kateqoriyasına aid olmasına əhəmiyyət verilməmişdir. Məhkəmə qətnaməsində cavabdeh tərəfindən tikilmiş qeyri-yaşayış sahələrinin lazımi icazələr alınmaqla, şəhərsalma və tikinti qanunvericiliyinin tələblərinə əməl etməklə layihələndirildiyini və məlumatlandırma icraatı qaydasında müvafiq icra hakimiyyəti orqanına məlumat verildiyini, öz növbəsində müvafiq icra hakimiyyəti orqanı tərəfindən layihəyə dair hər hansı irad bildirilmədiyini göstərsə də, cavabdeh tərəfindən bununla bağlı hər hansı sənəd (sübut) məhkəməyə təqdim olunmamışdır. Məhkəmə nəzərə almamışdır ki, iddiaçının tələbi cavabdehin mülkiyyət hüquqlarının məhdudlaşdırılması və yaxud onun mülkiyyət hüquqlarından məhrum edilməsi ilə bağlı deyildir. İddiaçının tələbi NEZ-ə məxsus neft məhsulu nəql olunan neft boru kəmərlərinin “Mühafizə Zonası”nda cavabdeh tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 2 noyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş "İstismar olunan ixrac neft boru kəmərlərinin" Mühafizə Zonası"nın müəyyənləşdirilməsi Qaydaları"nın 6.1-ci bəndinin və Mülki Məcəllənin 180-cı maddəsinin tələbinə uyğun olaraq lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla cavabdeh tərəfindən tikilmiş tikililərin sökülməsi ilə bağlıdır. Bundan başqa cavabdeh tərəfindən tikilmiş tikililərlə bağlı məlumatlandırma icraatı tətbiq oluna bilməzdi. Belə ki, cavabdeh tərəfindən ona məxsus torpaq sahəsində lazımi qaydada icazə alınmadan və şəhərsalma və tikinti normalarını və qaydalarını pozmaqla bir neçə qeyri-yaşayış obyektləri tikilmişdir. Cavabdeh tərəfindən tikilmiş tikililər Məcəllənin 80-cı maddəsində nəzərdə tutulduğu kimi fərdi yaşayış evi olmadığından, eləcə də Məcəllənin 79.2-ci maddəsində nəzərdə tutulan tikinti obyektlərinin siyahısına daxil olmadığından Məhkəmə hazırki mübahisənin həlli ilə bağlı məlumatlandırma icraatının tətbiq olunması qənaətinə gəlməklə iş üzrə səhv nəticəyə gəlmişdir. Göründüyü kimi, birinci instansiya məhkəməsi mübahisənin həlli ilə bağlı tətbiq etməli olduğu normaları tətbiq etməmiş, cavabdeh tərəfindən tikinti işləri həyata keçirilməmişdən öncə bununla bağlı müvafiq dövlət orqanlarından icazənin alınıb-alınmaması araşdırılmamışdır. Cavabdehin mülkiyyətində olan torpaq sahəsində həmin sahə cavabdehin mülkiyyətinə keçməzdən öncə köhnədən 1.263,16 kv.m olan qeyri-yaşayış sahəsi mövcud olmuşdur. Həmin qeyri-yaşayış sahəsi mühafizə zonasında yerləşmədiyindən tikili hazırki iddiaçı tərəfindən mübahisələndirilməmişdir. Lakin 1.263,16 kv.m olan qeyri-yaşayış sahəsinin də yerləşdiyi ümumilikdə sahəsi 3 ha olan torpaq sahəsi tam cavabdehin mülkiyyətinə keçdikdən sonra cavabdeh tərəfindən mühafizə zonasında tikinti işləri həyata keçirilməyə başlanılmışdır. Məhkəmə qətnamədə ekspertin rəyi ilə hansı səbəbdən razılaşmamasını əsaslandırmamışdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
11. Məhkəmə iclasında iddiaçı Heydər Əliyev adına X18 nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə etmiş və apellyasiya şikayətinin, habelə iddia ərizəsinin məzmununa uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.
12. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini qəbul etməmiş, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
Tətbiq edilən hüquq
13. Azərbaycan Respublikasının Konstitusiyasının: 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Xüsusi mülkiyyət sosial öhdəliklərə səbəb olur. Sosial ədalət və torpaqlardan səmərəli istifadə məqsədi ilə torpaq üzərində mülkiyyət hüququ qanunla məhdudlaşdırıla bilər; 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir.
14. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 135.4-cü maddəsinə əsasən əşyalar daşınmaz və daşınar ola bilər. Torpaq sahələri, yer təki sahələri, ayrıca su obyektləri, meşələr, çoxillik əkmələr, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlər daşınmaz əşyalardır. Torpaq sahəsi və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir; 135.10-cu maddəsinə əsasən adi anlamda əşyanın tərkibinə daxil olan və dağıdılmadan, zədələnmədən və ya dəyişdirilmədən ondan ayrıla bilməyən hər şey əşyanın tərkib hissəsidir. Özbaşına tikinti ilə bağlı hallar istisna olmaqla, əşyanın mülkiyyətçisi onun bütün tərkib hissələrinin mülkiyyətçisidir; 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır; 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir; 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla); 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır; 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər; 240.1-ci maddəsinə əsasən torpaq sahəsinin mülkiyyətçisi şəhərsalma və tikinti normalarını və qaydalarını, habelə torpaq sahəsinin təyinatı ilə bağlı tələbləri gözləmək şərti ilə sahədə binalar və qurğular ucalda bilər, onları yenidən qura və ya uçura bilər, öz sahəsində başqa şəxslərin tikinti aparmasına icazə verə bilər; 240.2-ci maddəsinə əsasən torpaq sahəsinin mülkiyyətçisi özünə mənsub sahədə ucaldılmış və ya yaradılmış binaya, qurğuya və digər daşınmaz əmlaka mülkiyyət hüququ əldə edir; 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir; 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır; 560.3.4-ci maddəsinə əsasən digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə halını yaradır.
15. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.1-ci maddəssinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
16. AR Sənaye və Energetika Nazirliyi tərəfindən hazırlanmış və xx.xx.2003-cü ildə Ədliyyə nazirliyində 2951 nömrəsi ilə qeydiyyata alınmış “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”-nın: 6.2-ci bəndinə əsasən boru kəmərlərinin, çəkilmə tərzindən asılı olmayaraq, istismarına normal şərait yaratmaq və zədələnmə hallarının qarşısını almaq məqsədi ilə “Magistral neft boru kəmərlərinin təhlükəsizlik qaydaları”nın tələblərinə cavab verən mühafizə zonası təyin edilir; 6.3-cü bəndinə əsasən boru kəmərləri xətti boyunca, onun orta oxundan hər tərəfə şərti xətlərlə 50 m keçən torpaq sahəsi mühafizə zonası üçün ayrılmalıdır. Kənd təsərrüfatı üçün yararlı olan torpaq sahələrindən keçən, boru kəmərləri boyunca onun orta oxundan hər tərəfə şərti xətlərlə 25 metrdən keçən torpaq sahəsi mühafizə zonası üçün ayrılmalıdır; 6.4-cü bəndinə əsasən boru kəmərlərinin mühafizə zonasına daxil olan, torpaq sahəsi, torpaq istifadəçilərindən, mülkiyyətçilərdən və icraçılardan alınmır, bu Qaydaların tələblərinə məcburi əməl edilməklə, kənd təsərrüfatı və s. işlər üçün istifadə edilir. Apellyasiya baxışının hədləri
17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
18. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
19. Hazırkı apellyasiya şikayətində qətnamənin ləğv olunaraq, iddianın təmin edilməsi xahiş olunduğundan, qətnamə tam yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
20. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə düzgün nəticəyə gəlmişdir. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.
21. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və işin faktiki hallarına istinadən qeyd edir ki, Heydər Əliyev adına X16 10 saylı sahəyə (Güzdək) neft məhsulları nəql olunan Dş500 mm. (dizel yanacağı) və Dş:300 mm. (reaktiv mühərrik yanacağı) neft boru kəmərləri 1993-cü ildə, “Azərikimya” İB-nin Etilen-Polietilen Zavoduna neft məhsulları nəql olunan Dş-200 mm. (quru qaz), Dş-250 mm. (nafta) neft boru kəmərləri isə 2011-ci ildə çəkilmiş və zavodun balansındadır. Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, 80, Balaxanı Binəqədi şossesi ünvanında yerləşən 3 ha ölçüdə sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaq sahəsi və onun üzərində yerləşən 1.263,16 kv.m. qeyriyaşayış sahəsi xüsusi mülkiyyət hüququ əsasında xx.xx.2022-ci il tarixdə cavabdehin adına qeydə alınmışdır. Cavabdeh mülkiyyətində olan həmin torpaq sahəsində tikinti işləri aparmağa başlamış, bununla bağlı iddiaçı tərəfindən xx.xx.2023-cü və xx.xx.2023-cü il tarixli aktlar tərtib edilərək, həmin aktlarda cavabdeh tərəfindən aparılan tikinti işlərinin zavodun balansında olan neft boru kəmərlərinə yaxın yerləşdiyi, həmin boru kəmərlərinin də mühafizə obyektlərinə daxil olduğu qeyd edilmişdir.
22. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 10/6483 saylı rəyinə əsasən “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik” Qaydalarının 6.3-cü bəndinin tələblərinə əsasən Boru kəmərləri xətti boyunca, onun orta oxundan hər tərəfə şərti xətlərlə 50 m keçən torpaq sahəsinin mühafizə zonası üçün ayrılmasını və “İstismar olunan ixrac neft boru kəmərlərinin “Mühafizə Zonası”nın müəyyənləşdirilməsi” Qaydalarının 4.1 -ci bəndinin tələblərinə əsasən kənar boru kəmərlərinin oxlarından hər tərəfdən 50 metrlik məsafədən keçən torpaq sahəsi şərti xətlərlə məhdudlaşdırılmasını (kənd təsərrüfatı təyinatlı torpaqlarda mühafizə zonası kənar boru kəmərlərinin oxlarından hər tərəfdən 25 metrlik məsafədən keçən şərti xətlərlə məhdudlaşdırılır) və Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı şossesi, Təmiz şəhərin yaxınlığında Cavabdeh aid olduğu bildirilən daş hasarın neft məhsulu nəql olunan boru kəmərindən 18,9 - 23,5 metr aralıda, tikililərin neft məhsulu nəql olunan boru kəmərindən 19,9 – 26,2 metr aralıda yerləşməsini nəzərə alaraq, həmin tikililərin neft kəmərinin neft mühafizə zonasında yerləşdiyi müəyyən edilir. Aparılmış ölçü işlərinə əsasən daş hasarın 170 metr hissəsi, tikililərin isə 2.380 kv.m (880+1500) hissəsinin neft kəmərinin mühafizə zonasında yerləşdiyi müəyyən edilmişdir.
23. Hazırda iddiaçı həmin, habelə məhkəmə eksperti tərəfindən müəyyən edilmiş hallara istinadən, ona məxsus neft məhsulu nəql olunan boru kəmərindən 18,9 - 23,5 metr aralı məsafədə “Mühafizə Zonası”nda cavabdeh tərəfindən tikilmiş daş hasarın 170 metr hissəsinin, habelə həmin boru kəmərindən 19,9 - 26,2 metr aralı məsafədə tikilmiş tikililərin 2.380 kv.m (880+1500) hissəsinin cavabdehin hesabına sökülməsi tələb edir. Cavabdeh iddianı qəbul etmir və əsassız olduğundan rədd edilməsini xahiş edir.
24. Məhkəmə kollegiyası vurğulayır ki, əsas daşınmaz əşya sayılan torpaq sahəsi və ona bağlı olan digər fiziki obyektlər mülkiyyət hüququnun predmetidir. Yəni, mülki hüququn subyektləri onun üzərində mülkiyyət hüququ qura bilərlər. İddiaçının sökülməsini tələb etdiyi tikililər, o cümlədən daş hasar xx.xx.2022-ci il tarixdən cavabdehin xüsusi mülkiyyətində olan torpaq sahəsi üzərində yerləşir. Başqa sözlə, cavabdeh qeyri-yaşayış təyinatlı tikinti obyektini özünə məxsus və dövlət reyestrində mülkiyyət hüququ qeydə alınmış torpaq sahəsi üzərində inşa edir.
25. Bu əmlakı, yəni 3 ha ölçüdə torpaq sahəsi və üzərində olan 1.263,16 kv.m. ölçüdə qeyri-yaşayış sahəsi cavabdeh tərəfindən başqa bir şəxsdən alınmışdır. Başqa sözlə, bu torpaq sahəsi üzərində artıq əvvəllər inşa edilmiş qeyri-yaşayış sahələri mövcuddur. Torpaq sahəsini əhatə edən daş hasarın, o cümlədən onun sökülməsi tələb edilən hissəsinin torpaq sahəsi alındıqdan sonra cavabdeh tərəfindən inşa edildiyi müəyyən edilmir. Cavabdeh daş hasarın satın alındığı tarixdən mövcud olduğunu və hər hansı ölçüdə hasar inşa etmədiyini qeyd edir. İddiaçı bunun əksini sübuta yetirə bilmir. Əksinə iddiaçı tərtib etdiyi xx.xx.2023-cü il tarixli aktında köhnədən hündür hasarla əhatə olunmuş və köhnədən anbar tikililəri olan qeyri-yaşayış sahəsində əlavə anbar tikililərin inşa edildiyini göstərir. Başqa sözlə, həmin aktda iddiaçı özü də təsdiq edir ki, daş hasar köhnədən qalan və uzun illər əvvəl inşa edilmiş bir tikilidir. Bu da öz növbəsində sökülməsi tələb edilən hasarın illərdir ki, mövcud olduğunu təsdiq edir.
26. Bununla belə, uzun illərdir ki, neft borularının balansında olmasına baxmayaraq, iddiaçı həmin daş hasar inşa edilən zaman bunun qarşısını alacaq hər hansı tədbir görməmiş, o cümlədən hazırki mövqedən çıxış etməmişdir. Halbuki, kifayət qədər (uzun illər) vaxtı olmuşdur. Əksinə öz rəftarı (hərəkətsizliyi ilə) ilə buna etiraz etmədiyini bildirmişdir. Cavabdeh də onun əvvəlki rəftarına və dövlət reyestrindəki qeydin mötəbərliyinə qüvənərək, bu əmlakı (daş hasarla birlikdə) əldə etmişdir. Hazırda isə iddiaçı hüquqi nəticə etibarı ilə əvvəlki rəftarına zidd rəftar nümayiş etdirərək, illər əvvəl inşa edilmiş daş hasarın sökülməsini tələb edir ki, bu da onun hərəkətlərinin hüquqdan sui istifadə kimi qiymətləndirilməsi üçün əsasdır. Belə bir halın mövcudluğu da iddianın bu əsasla həmin hissədə rədd edilməsini şərtləndirir.
27. Sökülməsi tələb edilən tikililərlə bağlı qeyd edilməlidir ki, tikinti işləri hazırda da davam edir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Sənayedə X5 və X9 X4 Nazirliyinin Tikintidə Təhlükəsizliyə X8 ünvanladığı xx.xx.2024-cü il tarixli məktubuna əsasən bu sahəni tənzimləyən qanunvericiliyin tələblərinə uyğun olaraq aparılmış müayinələr zamanı cavabdeh tərəfindən inşa edilən obyektdə qaldırıcı qurğuların və digər təhlükə potensiallı qurğu və konstruksiyaların olmadığı müəyyən edilmişdir. Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi, X14 Xidməti və Sənayedə X5 və X9 Agentliyi tərəfindən təsdiq edilmiş “Qeyri-yaşayış təyinatlı obyektin istismara hazır olması barədə” xx.xx.2025-ci il tarixli, 05585 saylı rəyinə əsasən bu qurumların müvafiq rəyləri mühəndis-kommunikasiya təminatı şəbəkəsinin istismara hazırlığına dair rəyləri əsasında tərtib edilmiş və cavabdehin mülkiyyətində olan torpaq sahəsi üzərində inşa edilən qeyri-yaşayış təyinatlı tikinti obyektinin istismara yararlı olduğunu təsdiq edir.
28. Azərbaycan Respublikası Energetika Nazirliyindən və Azərbaycan Respublkasının Dövlət Neft Şirkətindən cavabdeh tərəfin sorğusuna verilmiş cavabdan bu qurumların neft-qaz kəmərlərinin mühafizə zonası daxilində ayrı-ayrı fiziki və hüquqi şəxslərə təmir-bərpa və ya tikinti-quraşdırma işlərinin aparılmasına icazə verilməsi səlahiyyəti yoxdur. Qeyd edilənlər öz növbəsində cavabdehin mülkiyyətində olan torpaq sahəsi üzərində tikinti işlərinin aparılması üçün bu qurumlardan razılığın alınmasını istisna edir.
29. Buna baxmayaraq müvafiq razılıqlar alınmaqla hazırda aparılan tikinti işləri hələ başa çatmamış və mübahisəli tikililər mövcud vəziyyətdə hüquqi vəziyyətinə görə özbaşına tikilidir. Lakin onların özbaşına tikili olması faktı özü-özlüyündə iddianın təmin edilməsi üçün yetərli deyil. Bu halda, həmin tikililərin söküntünü tələb edən tərəfin, yəni iddiaçının hansı mənafeyini pozduğu və iddiaçının həqiqətən də maraqlı tərəf olduğu müəyyən edilməlidir.
30. Lakin aparılmış araşdırma zamanı mübahisələndirilən tikililərin 2.380 kv.m hissəsinin faktiki olaraq neft kəmərlərinin mühafizə zonasında yerləşdiyi aşkar edilsə də, bu tikililərin iddiaçının orada yerləşən boruya hər hansı zərər vurması və ya vurulan zərərin aradan qaldırılmasının qeyri-mümkünlüyü baxımından mənafeyinə hər hansı xələl gətirməsi, iddiaçı üçün hər hansı texniki və ya başqa məhdudiyyət yaratması, real maneçilik törətməsi və s. məhdudiyyətə səbəb olması müəyyən edilmir. Ən əsası da iddiaçı belə bir halın mövcudluğunu sübuta yetirə bilmir, inşa edilən tikililərin yalnız neft kəmərlərinin mühafizə zonasında yerləşməsinə istinad edir. Lakin yalnız bu halın mövcudluğu vəziyyətdə iddianın təmin edilməsi üçün əsas ola bilməz.
31. Həm təqdim edilmiş fotoşəkillərdən, həm də məhkəmə iclas zalında nümayiş etdirilmiş video görüntüdən neft borusu ilə cavabdehə məxsus olan torpaq sahəsini əhatə edən daş hasar arasında avtomobil yolunun olduğu müəyyən edilir. Tikinti işləri də hasar daxilində, əvvəldən mövcud olan tikililərin yanında aparılır. Neft borusunun digər tərəfində isə faktiki olaraq ona bitişik vəziyyətdə magistral avtomobil yolunun yerləşdiyi görünür. Mövcud vəziyyətdə həmin magistral yolla, bilavasitə boru ilə təmas halında hərəkət edən avtomobillər boru üçün dəfələrlə yüksək təhlükə yaradır, nəinki hasar daxilində olan tikililər. Mənzərənin tam açıq, aşkar və aydın olması səbəbindən bu qənaətə gəlmək üçün xüsusi bilik də tələb edilmir. Qeyd edilənlər iddianın tikililərin sökülməsi ilə bağlı hissədə də əsassız olduğunu təsdiq edir və bu tələbin də rədd edilməsini şərtləndirir.
32. Məhkəmə kollegiyası o halı da qeyd edir ki, mülkiyyətin toxunulmazlığı konstitusion hüquqdur və həmin hüququn qorunması dövlət tərəfindən təmin edilir. Başqa sözlə hər kəs öz mülkiyyətindən sərbəst istifadə etmək və onun barəsində müstəqil sərəncam vermək hüququna malikdir. Buna əks mövqe mülkiyyətin məhdudlaşdırılmasıdır ki, bu halda da həmin hüququn məhdudlaşdırılması pzountunun xarakterinə adekvat olmalıdır.
33. Beləliklə, məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq, belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir.
34. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384-cü, 392-ci, 393-cü, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ: İddiaçı Heydər Əliyev adına X21 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(008)-145/2025 saylı qətnaməsi iddiaçı Heydər Əliyev adına X18 apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçı Heydər Əliyev adına X19 aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.