Məhkəmə qərarları › İş №2(103)-4793/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4793/2020

09.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4793/2020 09.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Aida Əli qızı Hüseynin sədrliyi və məruzəsi ilə, Afaq Bayram qızı Nuriyeva və Valeh Məmməd oğlu Ağayevdən ibarət tərkibdə, Nərminə Sahib qızı Murğuzovanın katibliyi ilə, İddiaçının nümayəndəsi X10 iştirakı ilə, İddiaçı cavabdeh ləğv prosesində olan Cavabdeh ASC-nin X1 Fonduna qarşı “zaminlik müqaviləsinə xitam verilmiş hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(006)-2016/2020 saylı qətnaməsindən cavabdeh ləğv prosesində olan Cavabdeh ASC-nin X1 Fondu tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəki şəhəri, Səfərov küçəsi, 8 ünvanında qeydiyyatda olan Abdullayev Rövşən Abduləli oğlu ilə hazırda ləğv prosesində olan və Bakı Apelyasiya Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qərarına əsasən X1 Fondu təyin edilmiş Cavabdeh ASC arasında bağlanmış xx xxxxxx 2015-ci il tarixli ********* nömrəli kredit müqaviləsindən irəli gələn öhdəliyin təmini məqsədilə kreditin qaytarılması üçün müqavilədə müəyyən edilmiş müddətə, yəni 24 ay müddətinə zaminliyin verilməsi barədə onunla ləğv prosesində olan Cavabdeh ASC arasında imzalanmış xx xxxxxxx 2015-ci il tarixli ********* nömrəli zaminlik müqaviləsinə 2017-ci ilin yanvar ayının 26-da xitam verilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(006)- 2016/2020 saylı qətnaməsi ilə iddianın təmin edilməsi, Ləğv prosesində olan Cavabdeh ASC ilə Abdullayev Rövşən Abduləli oğlu və zaminlər İddiaçı və X8 arasında bağlanmış xx xxxxxxx 2015-ci il tarixli ********* nömrəli zaminlik müqaviləsi üzrə İddiaçı zaminliyinə xitam verilməsi qət edilmişdir. Cavabdeh ləğv prosesində olan Cavabdeh ASC-nin X1 Fondu apelyasiya şikayəti verərək, qətnaməni ləğv edərək, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış zaminlik müqaviləsinə əsasən müqavilə tərəflər öz öhdəliklərini tam yerinə yetirənədək qüvvədə qalır. Mülki Məcəllədə müqavilənin həm “müddəti”, həm də “qüvvədə olma müddəti” anlayışları fərqləndirilir. MM-nin 399.3-cü maddəsinə görə, müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. Göründüyü kimi, tərəflər arasında bağlanmış zaminlik müqaviləsinə əsasən müqavilə müddətinin bitməsi və əsas öhdəliyin icra anının başa çatmasından sonrakı bir il ərzində zaminə qarşı iddia qaldırılmaması zaminliyə xitam üçün əsas sayılmır. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi göndərilsə də, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmadığından və məhkəmənin qətnamədə göstərdiyi nəticələr işin hallarına uyğun gəlmədiyindən qətnamə ləğv edilməli və iş üzrə yeni qətnamə çıxarılmalıdır. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Hazırda apelyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş sənədlərdən görünür ki, ləğv prosesində olan Cavabdeh ASC ilə Abdullayev Rövşən Abduləli oğlu arasında 24 ay müddətinə illik 26% dərəcəsi ilə 12700 ABŞ dolları kreditin verilməsi barədə xx xxxxxx 2015ci il tarixli ********* saylı kredit müqaviləsi bağlanmışdır. Ləğv prosesində olan Cavabdeh ASC ilə Abdullayev Rövşən Abduləli oğlu və zaminlər İddiaçı və X8 arasında bağlanmış xx xxxxxxx 2015-ci il tarixli ********* saylı zaminlik müqaviləsinə əsasən İddiaçı və X8 xx xxxxxx 2015-ci il tarixli ********* №-li kredit müqaviləsi üzrə borclunun kreditor qarşısında götürdüyü öhdəliklərin tamamilə icra edilməsi üçün məsuliyyəti borclu ilə birgə öz üzərlərinə götürmüşlər. İddiaçı bank qarşısında zamin kimi məsuliyyət daşımamalı olduğuna əsaslanaraq, zaminlik müqaviləsinə xitam verilməsini xahiş edir. İddiaçı zaminlik müqaviləsi üzrə ona qarşı iddia tələbinin irəli sürülməsi üçün cavabdeh tərəfindən qanunvericiliklə müəyyən edilmiş müddətin ötürüldüyünü hesab edir Birinci instansiya məhkəməsi hesab etmişdir ki, zaminliyə xitam verilməsi əsaslarından biri kimi zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddətinin qurtarması, belə müddət təyin edilmədikdə isə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilməsi nəzərdə tutulmuşdur. İddiaçının zamin kimi çıxış etdiyi müqavilə xx xxxxxx 2015-ci il tarixdə 24 ay müddətinə bağlanmışdır. Belə olan halda öhdəliyin icrası vaxtı xx xxxxxx 2017-ci il tarixdə başa çatdığından və həmin vaxtdan 1 il ərzində zaminlərə qarşı heç bir iddia irəli sürülmədiyindən zaminliyə xitam verilmiş hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477-ci maddəsinə əsasən zaminliyə zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda; əgər zamin yeni borclu üçün cavabdeh olmaq barəsində kreditora razılıq verməmişsə, zaminliklə təmin edilmiş öhdəlik üzrə borc başqa şəxsə keçirildikdə; kreditor borclunun və ya zaminin təklif etdiyi lazımi icranı qəbul etməkdən imtina etdikdə; zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Apelyasiya baxışı zamanı müəyyən edilmişdir ki, Cavabdeh ASC iddia ərizəsi ilə Şəki Rayon Məhkəməsinə müraciət etmiş, bankın iddia ərizəsi xx.xx.2017-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Şəki Rayon Məhkəməsinin xx xxx 2019-cu il tаrixli qətnaməsi ilə iddiа tələbi qismən təmin edilmiş, cavabdehlər Abdullayev Rövşən Abduləli oğlu, X11, X9, X12, X13, İddiaçı və X4 müştərək qaydada 11565,44 ABŞ dolları məbləğində əsas borc, 6263,94 ABŞ dolları məbləğində faiz borcu və 150 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 17979,38 ABŞ dolları borc məhkəmə qətnaməsinin icra edildiyi günə Azərbaycan manatına məzənnəsi ilə tutularaq Ləğv Prosesində olan Cavabdeh ASC-nin X1 Fondunun xeyrinə ödənilməsi, Abdullayev Rövşən Abduləli oğlu, X11, X9, X12, X13, İddiaçı və X4 müştərək qaydada 30 manat dövlət rüsumu tutularaq Ləğv Prosesində olan Cavabdeh ASC-nin X1 Fondunun hesabına ödənilməsi, iddianın qalan hissəsi təmin edilməməsi, 145 manat ekspertiza xərcinin cavabdehlərdən alınaraq Dövlət büdcəsinə - Az. MEM, VÖEN**********,Dövlət Xəzinədarlıq Agentliyi KOD 210005 VÖEN **********,Müxbir hesab AZ41NABZ********************, SWİFTBik CTREAZ22 hesaba ödənilməsi qət edilmişdir. Şəki Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxx 2020-ci il tarixli, 2(107)- 77/2020 saylı qətnaməsi ilə cavabdeh Abdullayev Rövşən Abduləli oğlunun apelyasiya şikayətinin təmin edilməməsi, iş üzrə Şəki Rayon Məhkəməsinin xx xxx 2019-cu il tаrixli, 2(075)-32/2019 saylı qətnaməsinin Abdullayev Rövşən Abduləli oğluna münasibətdə dəyişdirilmədən saxlanılması, cavabdeh X7 apelyаsiyа şikаyətinin təmin edilməsi, iş üzrə Şəki Rayon Məhkəməsinin xx xxx 2019-cu il tаrixli, 2(075)-32/2019 saylı qətnaməsinin qismən yəni, X5 11565,44 ABŞ dolları məbləğində əsas borc, 6263,94 ABŞ dolları məbləğində faiz borcu və 150 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 17979,38 ABŞ dolları borc məhkəmə qətnaməsinin icra edildiyi günə Azərbaycan manatına məzənnəsi ilə tutularaq Ləğv Prosesində olan Cavabdeh ASC-nin X1 Fondunun xeyrinə ödənilməsi, 30 manat dövlət rüsumunun tutularaq Ləğv Prosesində olan Cavabdeh ASC-nin X1 Fondunun hesabına ödənilməsi, 145 manat ekspertiza xərcinin isə Dövlət büdcəsinə - Az. MEM, VÖEN**********,Dövlət Xəzinədarlıq Agentliyi KOD 210005 VÖEN **********,Müxbir hesab AZ41NABZ********************, SWİFTBik CTREAZ22 hesabına ödənilməsi hissəsində ləğv edilməsi, həmin hissə üzrə yeni qətnamə qəbul edilməsi, iddia tələbinin həmin hissədə rədd edilməsi, qətnamənin qalan hissədə yəni, cavabdehlər Abdullayev Rövşən Abduləli oğlu, X11, X12, X13, İddiaçı və X4 müştərək qaydada 11565,44 ABŞ dolları məbləğində əsas borc, 6263,94 ABŞ dolları məbləğində faiz borcu və 150 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 17979,38 ABŞ dolları borc məhkəmə qətnaməsinin icra edildiyi günə Azərbaycan manatına məzənnəsi ilə tutularaq Ləğv Prosesində olan Cavabdeh ASC-nin X1 Fondunun xeyrinə, 30 manat dövlət rüsumunun tutularaq Ləğv Prosesində olan Cavabdeh ASC-nin X1 Fondunun hesabına, iddianın qalan hissəsi təmin edilməməsi, 145 manat ekspertiza xərcinin Dövlət büdcəsinə - Az. MEM, VÖEN**********,Dövlət Xəzinədarlıq Agentliyi KOD 210005 VÖEN **********,Müxbir hesab AZ41NABZ********************, SWİFTBik CTREAZ22 hesabına ödənilməsi, iddianın qalan hissəsinin təmin edilməməsi hissəsində dəyişdirilmədən saxlanılması, iş üzrə keçirilmiş xx xxxx 2020-ci il tarixli ekspertiza tədqiqatının dəyərini təşkil edən 124 (yüz iyirmi dörd) manat pulun Cavabdeh ASC-nin X1 Fondundan tutularaq Dövlət büdcəsinə-AZ.MEM. VÖEN **********, Dövlət Xəzinədаrlığı Agentliyi, KOD 210005 VÖEN **********, müxbir hesаb AZ 41, NABZ ********************, SFİFT BİK CTREAZ 22 hesаbınа ödənilməsi qət edilmişdir. İş materiallarından görünür ki, kredit müqaviləsinin müddəti xx xxxxxx 2017-ci ildə bitmiş, bankın iddia ərizəsi isə xx xxxxxxx 2017-ci ildə Şəki Rayon Məhkəməsinə daxil olmuşdur. Göründüyü kimi, Bank ilə apelyator arasında xx xxxxxxx 2015-ci il tarixli zaminlik müqaviləsi bağlanmış, kredit müqaviləsinin müddəti bitdiyi vaxtdan 9 ay sonra məhkəməyə müraciət olunmuşdur. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, zaminliyə xitam verilməsi üçün əsaslar iş materialları ilə öz təsdiqini tapmadığından, əksinə bank tərəfindən qanunvericiliklə müəyyənləşdirilmiş iddia müddəti ötürülmədən məhkəməyə iddia ərizəsi müraciət edildiyi müəyyən edildiyindən birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə düzgün nəticəyə gəlməmişdir. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apelyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia tələbi təmin edilməməlidir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(006)- 2016/2020 saylı qətnaməsi ləğv edilsin. İddia tələbi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Valeh Ağayev Afaq Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar