Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4798/2020 04.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X2 (sədrliyi və məruzəsi ilə), X3 və X4 ibarət tərkibdə, məhkəmə iclas katibi Nizamlı Aygün Ülviyyət qızının katibliyi, iddiaçı Zöhrabli Sədi Fail oğlunun nümayəndəsi vəkil X6 və cavabdeh “xxxx” ASC-nin nümayəndəsi Nümayəndəiştirakları ilə, iddiaçı Zöhrabli Sədi Fail oğlunun cavabdeh “xxxx” ASC-yə qarşı “istehlakçı hüquqlarının müdafiəsi” tələbinə dair mülki işi üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 1004/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsindən cavabdeh “xxxx” ASC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Zöhrabli Sədi Fail oğlu iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, İlham Hacıyev küçəsi, ev 63e-də yerləşən fərdi yaşayış ünvanına dair tərtib edilmiş 153625 № aktını qanunsuz hesab etməklə işıqdan istifadəyə görə hesablanmış 3440.48 manat borcun əsassız hesab edilərək silinməsi və qanunsuz olaraq bu qədər borcun olmasına dair akt tərtib etdikləri üçün 500 manat mənəvi ziyanın “xxxx” ASC-dən tutularaq mənə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat zamanı məhkəməyə İddiaçı, X7 və "xxxx” ASC Nəsimi filialı arasında bağlanmış xx.xx.2012-ci il tarixli, 12006-026/003460/ASİ saylı alqı-satqı və ipoteka müqavilələrinin notarial qaydada təsdiq olunmuş surəti (iş.səh.64), Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri Xidmətindən MA seriyalı ******* nömrəli çıxarışı (səh.11), abunə kodu **********30004 olan abunə haqqında sənəd (səh.4),“xxxx” ASC tərəfindən X5 ünvanlanmış bildirişi (səh.13), əhali istehlakçılar qrupuna aid olan abonentlərin uçot komplektlərinə dair Satış sahələri üzrə və Texniki sahələr üzrə tələblər adlı sənəd (səh.69), 151999 saylı sayğacların və cərəyan transformatorlarının yoxlanılması protokolu (səh.70), “xxxx” ASC tərəfindən X5 ünvanlanmış xx.xx.2019-cu il tarixli, 277 saylı xəbərdarlıq məktubu (səh.22) təqdim olunmuşdur. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1004/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, cavabdeh "xxxx” ASC-nin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2019-cu il tarixli, Rİ153625 saylı və xx.xx.2019-cu il tarixli, US1280110 saylı aktlar etibarsız hesab edilməsi və həmin aktlara əsasən iddiaçıya müvafiq olaraq hesablanmış 653,34 manat və 2788,83 manat, cəmi 3442,17 manat məbləğində borc **********30004 saylı abunə hesabından silinməsi qət edilmişdir. Qətnamədə «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun 17; Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş «X1 Qaydaları»nın 7.6, 7.11, 8.32, 8.33; Mülki Məcəllənin 1096; Mülki Prosesual Məcəlləsinin 76.1, 77.2, 77.1, 81, 89.3 istinadən qeyd edilmişdir ki, sayğacda pozuntunun məhz istehlakçının təqsiri üzündən yarandığını təsdiq edən sübut təqdim edilməmişdir . Cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1004/2020 nömrəli xx.xx.2020-ci il tarixli qətnaməsinin tamamilə ləğv edilməsi, iddia ərizəsinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində Azərbaycan Respublikası MM-nin 373.2, 372.1, 372.6, 385.1.3;Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2005-ci il tarixli, 18 saylı qərarı ilə təsdiq olunmuş «Elektrk enerjisindən istifadə Qaydaları»nın 8.32-ci bəndi istinadən qeyd edilmişdir, mülki iş materiallarına əlavə olunmuş sənədlərin təhlili zamanı, «xxxx» ASC-nn əməkdaşlarının iddiaçıya məxsus Bakı şəhəri, Binəqəci rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, İlham Hacıyev küçəsi 63e saylı fərdi yaşayış evinə quraşdırılmış elektrik sayğacına baxış keçirmələrini, baxış zamanı xx.xx.2012-ci il tarixdə quraşdırılmış A261132769M338539 nömrəli AMPY (5219A) tipli elektrik sayğacının «alt qapaq möhürünün saxta olması» ilə bağlı Rİ 153625 nömrəli xx.xx.2019-cu il tarixli akt tərtib edilməsi və həmin akt üzrə 653 34 manat məbləğində borc, sonradan «elektrik sayğacının daxili sxeminin dəyişdirilməsi» səbəbi ilə UŞ ******* nömrəli xx.xx.2019-cu il tarixli aktın tərtib edilməsi, həmin sayğacın laboratoriya şəraitində müayinəsinin aparılması üçün Cəmiyyətin Sayğac quraşdırma və uçota nəzarət idarəsinə göndərilməsi, həmin idarənin Sayğacların və cərəyan transformatorlarının yoxlanması barədə 151999 nömrəli xx.xx.2019-cu il tarixli protokolu ilə «Sayğacın 338539 saylı dövlət möhürünün pozulması, sayğacın gövdəsinin arxa hissəsində qeyd olunan seriya nömrəsinin qoparılaraq yenidən yapışdırılması, sayğaca müdaxilə olunaraq daxili sxeminin dəyişdirilməsi və nəticə etibarı ilə sayğacın istismara yararsız» olduğu aşkar edilməsi, sonradan «xxxx» ASC-nin Akt komissiyasının satış sahəsi üzrə tələblərə dair verilmiş qərarına əsasən 25353 kvts elektrik enerjisinin itkisinin əvəzi müqabilincə 2788.83 manat (4547 kvts :61 gün x 381 gür)-3047 kvts = 25353 kvts (tarif 0.11 man) məbləğində borcun hesablanaraq abonent X7 adına olan **********30004 saylı abunə hesabına daxil edilməklə ödənilməsi barədə bildirişi İddiaçı göndərilməsi müəyyən edilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh “xxxx” ASC-nin nümayəndəsi X9 apellyasiya şikayətini müdafiə edərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı Zöhrabli Sədi Fail oğlunun nümayəndəsi vəkil X6 apellyasiya şikayətini qəbul etməyərək, qətnamənin qüvvədə saxlanılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı mübahisələndirilən hissədə tədqiq edən məhkəmə kollegiyası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il tarixli 03 fevral tarixli qərarı ilə təsdiq edilmiş “X1 Qaydaları”nın 8.16, 8.2, 8.3, 8.4 və 8.20ci bəndlərinə, xx.xx.2017-ci il tarixdən qüvvədə olan elektrik enerjisinin ölkədaxili tariflərinin tənzimlənməsi haqqında Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının xx.xx.2016-cı il tarixli 17 nömrəli Qərarına, MM-in 385.1, 442, 454, 456, 560; MPM-in 14.2, 76.1, 77.1, 78.1, 80, 82.1, 106.2, 119, 372, 385, 386, 388, 390-cı maddələrinə əsasən qətnamənin ləğvi və ya dəyişdirilməsi üçün faktiki və hüquqi istinadlar müəyyən etmədiyindən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Apellyasiya şikayəti əsassız olduğundan onun verilməsi ilə əlaqədar çəkilən məhkəmə xərclərinin tutulmasına zərurət qalmır və onlar onu ödəyən şəxsə aid olmalıdır. Göstərilənlərə əsasən və MPM-in 382, 384.0.1, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh “xxxx” ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1004/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-4798/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4798/2020
04.06.2020 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver