Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-48/2020 26.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şərafət Asif qızı Məmmədovanın sədrliyi və məruzəsi ilə, Emin Əlixan oğlu Mehdiyev və Xəyal Əjdər oğlu Sarıyevdən ibarət tərkibdə, Humay Məmməd qızı Qurbanovanın katibliyi ilə, Birinci iş üzrə iddiaçı, birləşdirilmiş iş üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili X1, Birinci iş üzrə cavabdeh, birləşdirilmiş iş üzrə iddiaçı Cavabdeh1 iştirakları ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-8867/2017 saylı iş üzrə xx xxxxxx 2017-ci il tarixli qətnaməsindən Cavabdeh1 və qeyriləri, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1158/2018 saylı iş üzrə xx xxxxxxx 2018-ci il tarixli qətnaməsindən Cavabdeh1tərəfindən verilmiş apelyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhər Yasamal rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli 2(004)- 8867/2017 saylı qətnaməsi ilə İddiaçı iddiası təmin edilərək Cavabdeh2-nın Bakı şəhəri, Yasamal rayon, Yeni Yasamal 2 massivində inşa etdiyi 16 mərtəbəli yaşayış binasının 1-ci blokunda 4-cü mərtəbədə yerləşən ümumi sahəsi 108,83 kv.m olan 3 otaqlı, 28 saylı mənzilinə dair Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış xx xxxxxx 2013-cü il tarixli müqavilə etibarsız hesab edilmiş və cavabdehlər Cavabdeh1, X4, X5 və X2 həmin məznildən çıxarılması qət edilmişdir. Cavabdehlər apellyasiya şikayəti verərək Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 2(004)-8867/2017 saylı, xx xxxxxx 2017-ci il tarixli qətnaməsinin ləğv edilərək iddianın təmin edilməməsini xahiş etmişlər. Həmçinin, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1158/2018 saylı, xx xxxxxxx 2018-ci il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh1 cavabdehlər Cavabdeh2-ya və İddiaçı qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir. İddiaçı Cavabdeh1 Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1158/2018 saylı, xx xxxxxxx 2018-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-933/20 saylı xx xxxxxx 2019-cu il tarixli qərardadı ilə hər iki iş bir icraatda birləşdirilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2019-cu il tarixli qərardadına əsasən, iş üzrə Yasamal Rayon Məhkəməsinin 2(004)-8867/2017 saylı iş üzrə xx xxxxxx 2017- ci il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh1 və qeyriləri, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1158/2018 saylı xx xxxxxxx 2018-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən baxılan mülki iş üzrə icraat X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3, 178.2.4, 308.1, 313-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə qəbul ediləcək məhkəmə aktının qanuni qüvvəyə minməsinədək icraat dayandırılmışdır.Sonralar tərəflər arasında barışıq məqsədi ilə Cavabdeh1 ərizəsi əsasında iş üzrə icraat bir neçə dəfə dayandırılmış və təzələnmişdir.Sonuncu olaraq birinci iş üzrə iddiaçı, birləşdirilmiş iş üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili X1 ərizəsi əsasında Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxxx 2020-ci il tarixli qərardadına əsasən iş üzrə icraat təzələnmişdir.Belə ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-605/20 saylı xx xxxxxx 2020-ci il tarixli qərarına əsasən əsasən, X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3, 178.2.4, 308.1, 313-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Yasamal rayon məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü zərərçəkmiş şəxs Cavabdeh1 apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanmışdır.Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minmişdir. Birinci iş üzrə İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı Cavabdeh2 ilə xx xxxxxxx 2005-ci il tarixli alqı-satqı müqaviləsi bağlamışdır.Həmin müqaviləyə əsasən, İddiaçı Mənzil-Tikinti Kooperativinə üzv qəbul olunmaqla MTK-nın Bakı şəhəri, Yeni Yasamal massivində inşa etdiyi 16 mərtəbəli yaşayış və giriş binasının 1- ci blokunda 4-cü mərtəbədə yerləşən, ümumi sahəsi 103,83 kv.metr olan 3 otaqlı 28 saylı mənzili 27 saylı müqavilənin bəndləri ilə müəyyən edilmiş şərtlərlə müqavilədə göstərilmiş məbləği ödənilməklə alıcıya, yəni iddiaçıya verilmişdir. Həmin mənzilin dəyərinin iddiaçı tərəfindən ödənilməsini təsdiqləyən arayış mövcuddur. İddiaçı mənzil hazır olandan sonra dəfələrlə mənzilə baxmış keçirmiş, lakin xəstəliyi və maddi imkansızlığından mənzili təmir edə bilməmişdir. Bir müddət əvvəl Bakı şəhərinə gələrkən evə baxmağa getmiş və orada cavabdehi və ailə üzvlərinin yaşadığını görmüşdür. İddiaçı həmin şəxslərin kim olduğunu öyrəndikdə onlar İddiaçı bildirmişlər ki, bu evi onlar alıblar. İddiaçıya sonradan məlum olmuşdur ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Mənzil-Tikinti Kooperativi arasında iddiaçıya məxsus mənzilin Cavabdeh1 satılmasına dair xx xxxxxx 2013-cü il tarixli müqavilə bağlanmış və Cavabdeh2 Mənzil-Tikinti Kooprativinin üzvlərinin ümumi iclasının xx xxxxxx 2013-cü il tarixli Protokolu tərtib olunmuşdur. Bunun nəticəsində Cavabdeh1 və ailə üzvləri iddiaçıya məxsus əmlaka qeyri-qanuni sahiblik etməyə başlamışdır.Mübahisəli mənzilə dair iddiaçı ilə Cavabdeh2 arasında xx xxxxxxx 2005-ci il tarixdə müqavilə bağlandığı halda Cavabdeh2 həmin müqavilə ləğv və ya etibarsız sayılmadan təkrarən həmin mübahisəli mənzilə dair Cavabdeh1 ilə xx xxxxxx 2013-cü il tarixdə yeni müqavilə bağlamışdır.Belə olan halda cavabdehlər arasında bağlanmış həmin müqavilə saxta olduğundan öz-özlüyündə etibarsız əqddir.Göstərilənləri nəzərə alaraq iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qeyd edilən iş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. Birinci iş üzrə cavabdehlər Cavabdeh1, X4, X5 və X6 həmin işdən apelyasiya şikayətini onunla əsaslandırmışlar ki, Azərbaycan Respublikası 385.1.1, 385.1.2 və 385.1.3-cü maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların sübut edilməməsi və birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Yasamal rayonu, Y.Yasamal 2- ci yaşayış massivində inşa etdiyi 16 mərtəbəli yaşayış və ofis binasının 1 blokunda, 4 mərtəbədə yerləşən, ümumi sahəsi 112 kv.m olan 3 otaqlı 28 saylı mənzilini 2005-ci ilin oktyabr ayında almış və buna görə pul ödəmişdir. Bununla bağlı bildirir ki, Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış xx xxxxxx 2013-cü il tarixli müqaviləsinə əsasən MTK-nın Bakı şəhəri, Yasamal rayonu, Y.Yasamal 2-ci yaşayış massivində inşa etdiyi 16 mərtəbəli yaşayış və ofis binasının 1 blokunda, 4 mərtəbədə yerləşən, ümumi sahəsi 112 kv.m olan 3 otaqlı 28 saylı mənzili 50.000 (əlli min) manat ödəməklə almışdır Mənzili alandan sonra onu təmir etdirmişlər və ailəsi ilə birlikdə ora köçmüşlər. İddiaçı həmin müddət ərzində bir dəfə olsa da gəlməmiş, heç bir qonşu onu görməmiş və MTK nümayəndəsi onu tanımır. Binanın qeydiyyat jurnalında mənzil sahibi kimi onun adı yoxdur. Qeyri-rəsmi məlumata görə MTK-nın rəhbərliyi saxtakarlıq edərək arxa tarixlə İddiaçı ilə uydurma müqavilə bağlamışdır. Azərbaycan Respublikası MPM-nin 9.1-ci maddəsinə ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin Məcəllənin 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Həmin Məcəllənin 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. İş materiallarında olan hökmdən görünür ki, Cavabdeh2 bir mənzili bir neçə nəfərə satmış, borc pul müqabilində digər şəxslərə məxsus mənzilləri girov qoymuş (borc pul verən şəxsin adəna mənzili rəsmiləşdirmiş), arxa tarixlə müqavilələr bağlamışdır. İddiaçının neçə illər ərzində iddia etdiyi mənzili ilə maraqlanmaması (halbuki, Cavabdeh2-nın sədrinin qanunsuz əməlləri barədə bütün KİV geniş məlumatlar vermişlər) əsaslı şübhələr yaratmışdır. Həqiqətə nail olmaq üçün Cavabdeh1 vəkili tərəfindən Cavabdeh2-nın keçmiş sədrinin şahid qismində dindirilməsi və iddiaçı ilə bağlanmış müqavilənin bağlandığı tarixə uyğun olubolmamasmım müəyyən edilməsi üçün ekspertizanın təyin edilməsi barədə vəsatətlər verilmiş, lakin birinci instansiya məhkəməsi tərəfindən təmin edilməmişdir. Bununla da məhkəmə, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmamışdır.Qeyd olunanlara əsasən cavabdehlər Bakı şəhəri Yasamal rayon məhkəməsinin 2(004)-8887/2017 saylı, xx xxxxxx 2017-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddia tələblərinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər. Birləşdirilmiş iş üzrə iddiaçı Cavabdeh1 iddia tələbini onunla əsaslandırmışdır ki, onunla cavabdeh “Cavabdeh2" MTK arasında ağlanmış xx xxxxxx 2013-cü il tarixli müqaviləyə əsasən MTK-nın Bakı şəhəri, Yasamal ayonu, Yeni Yasamal 2-ci yaşayış massivində inşa etdiyi 16 mərtəbəli yaşayış və ofis inasının 1-ci blokunda, 4-cü mərtəbədə yerləşən, ümumi sahəsi 112 kv.m. olan 3 otaqlı 28 saylı mənzili 50000 manat ödəməklə almışdır. Mənzili alandan sonra onu təmir etdirmiş təxminən 48000 manat xərc çəkilib) və ailəsi ilə birlikdə oraya köçmüşdür. Bir müddət əvvəl cavabdeh İddiaçı peyda olaraq yuxarıda qeyd olunan mənzili hələ 2005-ci il tarixdə aldığını bildirmiş və mənzili tərk etməyi tələb etmişdir. 4 ilə yaxındır həmin mənzildə yaşayırlar. Cavabdeh həmin müddət ərzində bir dəfə olsa da mənzilə gəlməmiş, heç bir qonşu onu görməmiş və MTK nümayəndəsi onu tanımır. Binanın qeydiyyat jurnalında mənzil sahibi kimi onun adı yoxdur. Onda olan qeyri-rəsmi məlumata görə MTK-nın rəhbərliyi saxtakarlıq edərək arxa tarixlə İddiaçı ilə ydurma müqavilə bağlamışdır. Cavabdehlər İddiaçı ilə Cavabdeh2 rasında bağlanmış MTK-nın Bakı şəhəri, Yasamal rayonu, Y.Yasamal 2-ci yaşayış massivində inşa etdiyi 16 mərtəbəli yaşayış və ofis binasının 1-ci blokunda, 4-cü mərtəbədə yerləşən, ümumi sahəsi 112 kv.m olan 3 otaqlı 28 saylı mənzilinə dair xx xxxxxxx 2005-ci il tarixli müqavilə uydurma əqddir, yalnız görünüş üçün bağlanmışdır.Mənzilin alqı-satqısı baş verməmişdir. Qeyd edilən iş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. Birləşdirilmiş iş üzrə iddiaçı Cavabdeh1 apelyasiya şikayətini həmin iş üzrə iddia ərizəsi ilə oxşar məzmunda əsaslandırmışdır. Məhkəmə iclasında Cavabdeh1 apelyasiya şikayətlərinə uyğun izahat verərək təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili X3 apelyasiya şikayətlərinin təmin olunmamasını xahiş etmişdir. İş üzrə digər tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər.Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kolegiyası iş üzrə materialları, apelyasiya şikayətinin dəllillərini və tərəflərin izahatlarını araşdıraraq hesab edir ki, birinci iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-8867/2017 saylı iş üzrə xx xxxxxx 2017-ci il tarixli qətnaməsindən Cavabdeh1 və qeyriləri tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin olunmalı, qətnamə Cavabdeh2-nın Bakı şəhəri, Yasamal rayon, Yeni Yasamal 2 massivində inşa etdiyi 16 mərtəbəli yaşayış binasının 1-ci blokunda 4-cü mərtəbədə yerləşən ümumi sahəsi 108,83 kv.m olan 3 otaqlı, 28 saylı mənzilinə dair Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış xx xxxxxx 2013-cü il tarixli müqavilə etibarsız hesab edilməsi hissəsində ləğv olunmalı və həmin hissədə iddia qismən, yəni mübahisəli mənzilə münasibətdə müqavilə etibarsız hesab olunmalı, qətnamə qalan hissədə-cavabdehlər Cavabdeh1, X4, X5 və X2 həmin məznildən çıxarılması hissədə dəyişdirilmədən saxlanmalı, həmçinin, birləşdirilmiş iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1158/2018 saylı, xx xxxxxxx 2018-ci il tarixli qətnaməsindən iddiaçı Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayəti təmin olunmamalı, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanmalıdır. Kollegiya ilk növbədə birinci iş üzrə İddiaçı Cavabdeh2-nın Bakı şəhəri, Yasamal rayon, Yeni Yasamal 2 massivində inşa etdiyi 16 mərtəbəli yaşayış binasının 1-ci blokunda 4-cü mərtəbədə yerləşən ümumi sahəsi 108,83 kv.m olan 3 otaqlı, 28 saylı mənzilinə dair Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış xx xxxxxx 2013-cü il tarixli müqavilə etibarsız hesab edilməsi və cavabdehlər Cavabdeh1, X4, X5 və X2 həmin məznildən çıxarılması barədə tələbə qiymət verməklə aşağıdakıları qeyd edir: İş materiallarında olan Cavabdeh2 üzvlərinin ümumi iclasının 12 saylı xx xxxxxxx 2005-ci il tarixli Protokol çıxarışından görünür ki, kooperativ payçısı kimi İddiaçı Bakı şəhər Yeni Yasamal küçəsində inşa edilən binanın 1-ci blokunda 4-cü mərtəbədə yerləşən, yaşayış sahəsi 103,83 kv.metr olan 3 otaqlı 28 saylı mənzil verilmişdir. İş materiallarında olan Cavabdeh2 Mənzil-Tikinti Kooperativi ilə İddiaçı arasında bağlanmış xx xxxxxxx 2005-ci il tarixli müqavilədən görünür ki, “Cavabdeh2" MTK-nın Bakı şəhəri, Yeni Yasamal massivində inşa etdiyi 16 mərtəbəli yaşayış və ofis binasının 1-ci blokunda 4-cü mərtəbədə yerləşən yaşayış sahəsi 103,83 kv.metr olan 3 otaqlı 28 saylı mənzil Cavabdeh2 tərəfindən İddiaçı 138460 manata satılmışdır. İş materiallarında olan “Cavabdeh2" Mənzil-Tikinti Kooperativinin xx xxxxxxx 2005-ci il tarixli arayışından görünür ki, 125902 manat məbləğində pay haqqı İddiaçı tərəfindən ödənilmişdir. İş materiallarında olan Cavabdeh2 tərəfindən verilmiş kassa mədaxil orderinin qəbzindən görünür ki, İddiaçı 2560 manat pay haqqının ödəmişdir. İş materiallarında olan Cavabdeh2 üzvlərinin ümumi iclasının 11 saylı xx xxxxxx 2013-cü il tarixli Protokol çıxarışından görünür ki, kooperativ payçısı kimi Cavabdeh1 Bakı şəhər, Yeni Yasamal 2 massivində inşa edilən binanın 1-ci blokunda 4-cü mərtəbədə yerləşən yaşayış sahəsi 116 kv.metr olan 3 otaqlı 28 saylı mənzil verilmişdir. İş materiallarında olan Cavabdeh2 Mənzil-Tikinti Kooperativi ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2013-cü il tarixli müqavilədən görünür ki, Cavabdeh2-nın Bakı şəhər, Yasamal rayonu, Yeni Yasamal 2 yaşayış massivində inşa etdiyi 16 mərtəbəli yaşayış və ofis binasının 1-ci blokunda 4-cü mərtəbədə yerləşən yaşayış sahəsi 112 kv.metr olan 3 otaqlı 28 saylı mənzil Cavabdeh2 tərəfindən Cavabdeh1 56000 manata satılmışdır. İş materiallarında olan Cavabdeh2 Mənzil-Tikinti Kooperativinin xx xxxxxx 2014-cü il tarixli maliyyə arayışından görünür ki, Bakı şəhəri, Yeni Yasamal 2 yaşayış massivi 28 saylı mənzilin tam dəyəri olan 50000 manat pul vəsaiti Cavabdeh1 tərəfindən ödənilmişdir. Mənzilə borc yoxdur. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 112.1-ci maddəsinə əsasən mənziltikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir. Həmin Məcəllənin 113.3-cü maddəsinə əsasən mənzil-tikinti kooperativində üzvlük yaşayış sahəsinə sahiblik, ondan istifadə etmək və qanunvericiliklə müəyyən edilmiş hədlərdə barəsində sərəncam vermək üçün əsasdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinə əsasən mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə, həmin əmlaka mülkiyyət hüququ əldə edirlər. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxxx 2010-cu il tarixli qərarında göstərilmişdir ki, kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququ əldə edirlər. Kooperativin üzvü tərəfindən kooperativ və pay haqqının tam ödənilməsi onun dövlət qeydiyyatını həyata keçirən orqandan həmin əmlakın sahibi kimi mülkiyyət hüquqlarının, yəni sahiblik, istifadə və sərəncam hüquqlarının dövlət qeydiyyatına alınmasını tələb etmək hüququ yaradır. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, Cavabdeh2 xx xxxxxxx 2005-ci il tarixdə İddiaçı kooperativiin tam payçısı olmaqla, pay haqqını tam şəkildə ödəməklə, Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal 2 massivində inşa etdiyi 16 mərtəbəli yaşayış binasının 1-ci blokunda 4-cü mərtəbədə yerləşən, ümumi sahəsi 103,83 kv.metr, 3 otaqlı, 28 saylı mənzili almışdır. Daha sonra, xx xxxxxx 2013-cü il tarixdə həmin mənzil MTK tərəfindən İddiaçı razılığı alınmadan Cavabdeh1 satılmışdır. Kollegiya qeyd edir ki, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Mülki qanunvericiliyin prinsiplərinə əsasən mülki hüquq subyektləri müqavilə azadlığı hüququna malikdirlər. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Əgər müqavilə bağlandıqdan sonra onu bağlayarkən qüvvədə olmuş qaydalardan fərqlənən, tərəflər üçün məcburi başqa qaydalar müəyyənləşdirən qanun qəbul edilmişsə, bağlanmış müqavilənin şərtləri qüvvəsini saxlayır, amma qanunda onun qüvvəsinin əvvəllər bağlanmış müqavilələrdən əmələ gələn münasibətlərə şamil olunmasının müəyyənləşdirildiyi hallar istisna təşkil edir. (MM-nin 6, 389-390-cı mad). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1,-ci maddəsinə əsasən Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. İstinad olunan maddi hüquq normasının tələbindən aydın müəyyən olunur ki, müqavilənin etibarsız hesab edilməsi üçün həmin müqavilənin etibarlı olması üçün qanunla müəyyən olunan şərtə əməl edilməməsi, yəni qanunun tələbinin pozulmasının mövcud olması zəruridir. Belə ki, mülki qanunvericiliyin tələblərinə əsasən əqdin subyektiv tərkibinə aid edilən şərtə, əqdin məzmununa aid edilən şərtə, əqddə iradə və iradəni ifadə etmənin vəhdətinə aid edilən şərtə, əqdin formasına aid edilən şərtə tərəflər əməl etdikləri halda əqd etibarlı əqd kimi tanınır və qəbul edilir, habelə subyektlərin əqd bağladıqları zaman cəhd göstərdikləri və arzu etdikləri nəticələr yaranır. Sadalanan bu şərtlərdən hər hansı birinin olmaması halı isə əqdin etibarsız hesab edilməsi üçün əsasdır. Kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 164.2-ci maddəsinə görə sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Sözü gedən mənzil ilk olaraq İddiaçı sahibliyinə verildiyindən, lakin sonradan mənzil üzərində sahiblikdən qanunsuz İ məhrum edildiyindən mənzilə dair iddiaçının istifadə və sahiblik hüquqları tanınmalıdır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında X14 Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” xx xxxx 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı lşübhədən kənar standartlar tətbiq edilir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, xx xxxxxx 2013-cü il tarixli müqavilə bağlanarkən, yəni hələ xx xxxxxxx 2005-ci il tarixdə İddiaçı satılmış mənzil barəsində Cavabdeh2 tərəfindən sərəncam verilərkən xx xxxxxx 2013-cü il tarixli müqavilənin tərəfləri mənzilin sahibi olan İddiaçı iradə ifadəsinə uyğun hərəkət etməməklə mülki qanunvericiliyində təsbit olunmuş mülkiyyət hüquqları ilə bağlı müəyyən edilmiş tələblərə əməl etməmişlər. Məhkəmə MTK-nin İddiaçı məxsus mənzil üzərində sonuncunun iradəsinə zidd olaraq sərəncam verməsi ilə bağlı hərəkətlərini iddiaçının həmin mənzilə dair istifadə və sahiblik hüquqlarını pozan, maneələr yaradan, qanunazidd hərəkətlər kimi qiymətləndirərək, hesab edir ki, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal 2 massivində inşa etdiyi 16 mərtəbəli yaşayış binasının 1-ci blokunda 4-cü mərtəbədə yerləşən, ümumi sahəsi 103,83 kv.metr, 3 otaqlı, 28 saylı mənzilin üzərində iddiaçının istifadə və sahiblik hüquqları tanınmaqla, maneələr yaradan hərəkətlər aradan qaldırılmalıdır. Lakin Kollegiya İddiaçı Cavabdeh2 ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2013-cü il tarixli müqavilənin etibarsız hesab edilməsinə və cavabdehlərin mənzildən çıxarılmasına dair iddia tələbini qismən əsaslı hesab edir. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-605/20 saylı xx xxxxxx 2020-ci il tarixli qərarına əsasən əsasən, X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3, 178.2.4, 308.1, 313-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Yasamal rayon məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü (Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il hökmü ilə X10 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.3, 178.2.4 və 308.1-ci maddələri ilə təqsirli bilinib, o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3, və 178.2.4-cü maddələri ilə 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 308.1-ci maddəsi ilə 02 (iki) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə X8 qəti olaraq 02 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 04 (dörd il) 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-cimaddəsinə əsasən, X8 Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-334/2016 nömrəli xx xxxxxxxx 2016-cı il tarixli hökmü ilə təyin edilmiş 02 il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 11 il müddətə azadlıqdan məhrumetmə cəzası hazırki hökmlə ona təyin edilmiş 02 il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 04 (dörd il) 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplamaq yolu ilə ona qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 13 il müddətə azadlıqdan məhrum etməcəzası təyin edilmiş, cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsinə əsasən X10 barəsində həmin Məcəlləsinin 313-cü maddəsi ilə cinayət təqibinə xitam verilmiş və həmin hissədə cinayət məsuliyyətindən azad edilmişdir.) zərərçəkmiş şəxs Cavabdeh1 apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanmışdır.Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minmişdir.Hökmdən həmçinin görünür ki, Birinci instansiya məhkəməsinin hökmünə görə X10, Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhər Vergilər Departamentinin 2 saylı filialında xx.xx.2004-cü il tarixdə qeydiyyata alınmış (VÖEN №**********) Cavabdeh2 Mənzil-Tikinti Kooperativinin xx.xx.2004-cü il tarixdən sədri vəzifəsində işləyərkən Kooperativin xx.xx.2004-cü il tarixdə təsdiq edilmiş Nizamnaməsinə əsasən, Kooperativin idarə edilməsi, onun təmsil edilməsi və fəaliyyətinə aid bütün məsələlərin həll edilməsi, ümumi yığıncağı çağırmaqla sahibi tərəfindən satışa çıxarılmış payın digər şəxsə verilməsinin rəsmiləşdirilməsi, Kooperativin əmlakına sərəncam verilməsi, işçilərin işə təyin, işdən azad edilməsi və digər təşkilatisərəncamverici və inzibati-təsərrüfat funksiyalarına malik vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməklə özgənin əmlakını aldatma və etibardan suiistifadə etmə yolu ilə qulluq mövqeyindən istifadə etməklə ələ keçirmək məqsədilə həmin Kooperativ tərəfindən Bakışəhəri, Yasamal rayonu,Yeni Yasamal İİ yaşayış massivində 2004- cü ildən inşasına başlanılmış 1 girişli 16 mərtəbəli binada 103,83 m2 sahəsi olan 28 №-li mənzili xx.xx.2005-ci il tarixdə Azərbaycan manatının köhnə məzənnəsi ilə 138.460.000 manat, hazırki manat ekvivalenti ilə 27.860 manata İddiaçı satmasına və bununla əlaqədar aralarında eyni tarixli 27 saylı müqavilə bağlanmaqla həmin tarixli 23 nömrəli maliyyə arayışı və xx.xx.2006-cı il tarixli 353 nömrəli kassa mədaxil orderi qəbzinə əsasən, mənzilin dəyərini ondan xx.xx.2006-cı il tarixədək tam həcmdə almasına baxmayaraq, 2013-cü ilin oktyabr ayında ona mənzil almaq üçün müraciət edən Bakı şəhər sakini Cavabdeh1 qeyd edilən binada yerləşən 28 No-li mənzilin əvvəlcədən heç kəsə satılmamasını yalandan bildirib, mənzili ona 50.000 manat müqabilində sata biləcəyini vəd edərək, xx.xx.2013-cü il tarixdə Kooperativin Bakışəhəri, Yasamal rayonu,Yeni Yasamal İİ yaşayış massivində (hazırkı ünvan 1 ünvanında) yerləşən ofisində Cavabdeh1 ilkin ödəniş qismində 30.000 manat məbləğində pulu alıb vəzifəli şəxs kimi mənzilin Cavabdeh1 satılması barədə məzmununa tamah niyyəti ilə bilə-bilə yalan məlumatlar daxil etdiyi saxta rəsmi sənəd olan xx.xx.2013-cü il tarixli 76 nömrəli mənzil alqı-satqı müqaviləsini tərtib edib imzası və cəmiyyətin möhürü ilə təsdiq edib ona təqdim edərək, xx.xx.2014-cü il tarixədək isə hissə-hissə sonuncudan mənzilin dəyərinin qalan məbləği olan 20.000 manatı Kooperativin həmin ünvanda yerləşən ofisində şəxsən alıb, tamah niyyəti ilə bilə-bilə yalan məlumatlar daxil etdiyi saxta rəsmi sənəd olan tam ödəniş haqqında xx.xx.2014-cü il tarixli maliyyə arayışını imzası və cəmiyyətin möhürü ilə təsdiq edib Cavabdeh1 verərək vahid niyyətlə vəzifə saxtakarlığı etməklə Cavabdeh1 aldatma və etibardan sui-istifadə etmə yolu ilə 50.000 (əlli min) manat məbləğində əmlakını qulluq mövqeyindən istifadə etməklə ələ keçirib ona xeyli miqdarda ziyan vurub dələduzluq etmiş, həmin mənzili Cavabdeh1 təqdim edib sonuncunun mənzildə yaşamasına şərait yaratmaqla mənzilin ilkin alıcısı İddiaçı öz əmlakından sərbəst şəkildə istifadə ilə bağlı hüquqlarını pozub hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olubolmaması və şəxsin həmin hasisəyə aidiyyəti hissəsində məcburidir və bu səbəblə də X10 Cavabdeh2 Mənzil-Tikinti Kooperativinin sədri vəzifəsində işləyərkən Cavabdeh1 satılması barədə məzmununa tamah niyyəti ilə bilə-bilə yalan məlumatlar daxil etdiyi saxta rəsmi sənəd olan xx.xx.2013-cü il tarixli 76 nömrəli mənzil alqı-satqı müqaviləsini və tam ödəniş haqqında xx.xx.2014-cü il tarixli maliyyə arayışını imzası və cəmiyyətin möhürü ilə təsdiq edib Cavabdeh1 verərək vahid niyyətlə vəzifə saxtakarlığı etməklə Cavabdeh1 aldatma və etibardan sui-istifadə etmə yolu ilə 50.000 (əlli min) manat məbləğində əmlakını qulluq mövqeyindən istifadə etməklə ələ keçirib ona xeyli miqdarda ziyan vurub dələduzluq edilməsi, həmin mənzili Cavabdeh1 təqdim edib sonuncunun mənzildə yaşamasına şərait yaratmaqla mənzilin ilkin alıcısı İddiaçı öz əmlakından sərbəst şəkildə istifadə ilə bağlı hüquqlarını pozub hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurulması məsələsinin araşdırılmasına ümumiyyətlə zərurət olmamaqla bu, prosessual qənaət prinsipinə də uyğun hesab edilməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-8867/2017 saylı iş üzrə xx xxxxxx 2017-ci il tarixli qətnaməsindən Cavabdeh1 və qeyriləri tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin olunmalı, qətnamə Cavabdeh2-nın Bakı şəhəri, Yasamal rayon, Yeni Yasamal 2 massivində inşa etdiyi 16 mərtəbəli yaşayış binasının 1-ci blokunda 4-cü mərtəbədə yerləşən ümumi sahəsi 108,83 kv.m olan 3 otaqlı, 28 saylı mənzilinə dair Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış xx xxxxxx 2013-cü il tarixli müqavilə etibarsız hesab edilməsi hissəsində ləğv olunmalı və həmin hissədə iddia qismən təmin olunmalı, yəni mübahisəli mənzilə münasibətdə müqavilə etibarsız hesab olunmalı, qətnamə qalan hissədə-cavabdehlər Cavabdeh1, X4, X5 və X2 həmin məznildən çıxarılması hissədə dəyişdirilmədən saxlanmalıdır. Həmçinin, kollegiya birinci iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 8867/2017 saylı iş üzrə xx xxxxxx 2017-ci il tarixli qətnaməsindən Cavabdeh1 və qeyriləri tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin olunaraq qətnamə Cavabdeh2-nın Bakı şəhəri, Yasamal rayon, Yeni Yasamal 2 massivində inşa etdiyi 16 mərtəbəli yaşayış binasının 1-ci blokunda 4-cü mərtəbədə yerləşən ümumi sahəsi 108,83 kv.m olan 3 otaqlı, 28 saylı mənzilinə dair Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış xx xxxxxx 2013-cü il tarixli müqavilə etibarsız hesab edilməsi hissəsində ləğv olunmaqla və həmin hissədə iddia qismən təmin olunmaqla, yəni mübahisəli mənzilə münasibətdə müqavilə etibarsız hesab olunduğundan, qətnamə qalan hissədə-cavabdehlər Cavabdeh1, X4, X5 və X2 həmin məznildən çıxarılması hissədə dəyişdirilmədən saxlanıldığından, iddiaçı Cavabdeh1 cavabdehlər Cavabdeh2-ya və İddiaçı qarşı xx xxxxxxx 2005-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi tələbinə dair iddiası üzrə əlavə araşdırma aparılmasına ehtiyac görmür. Kollegiya qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Göstərilənlərə əsasən Kollegiya hesab edir ki, birləşdirilmiş iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1158/2018 saylı, xx xxxxxxx 2018-ci il tarixli qətnaməsindən iddiaçı Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayəti təmin olunmamalı, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanmalıdır. Mülki prosessual qanunvericiliyin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.(MPM-im 14.2, 77.1 və 88-ci maddələri). Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: Birinci iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-8867/2017 saylı iş üzrə xx xxxxxx 2017-ci il tarixli qətnaməsindən Cavabdeh1 və qeyriləri tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin olunsun. Qtnamə Cavabdeh2-nın Bakı şəhəri, Yasamal rayon, Yeni Yasamal 2 massivində inşa etdiyi 16 mərtəbəli yaşayış binasının 1-ci blokunda 4-cü mərtəbədə yerləşən ümumi sahəsi 108,83 kv.m olan 3 otaqlı, 28 saylı mənzilinə dair Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış xx xxxxxx 2013-cü il tarixli müqavilə etibarsız hesab edilməsi hissəsində ləğv olunsun. Həmin hissədə iddia qismən təmin olunsun. Cavabdeh2-nın Bakı şəhəri, Yasamal rayon, Yeni Yasamal 2 massivində inşa etdiyi 16 mərtəbəli yaşayış binasının 1-ci blokunda 4-cü mərtəbədə yerləşən ümumi sahəsi 108,83 kv.m olan 3 otaqlı, 28 saylı mənzilinə mənzilə münasibətdə Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış xx xxxxxx 2013-cü il tarixli müqavilə etibarsız hesab olunsun. Qətnamə qalan hissədə-cavabdehlər Cavabdeh1, X4, X5 və X2 həmin məznildən çıxarılması hissədə dəyişdirilmədən saxlanılsın. Həmçinin, birləşdirilmiş iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 1158/2018 saylı, xx xxxxxxx 2018-ci il tarixli qətnaməsindən iddiaçı Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayəti təmin olunmasın, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şərafət Məmmədova
Məhkəmə qərarları › İş №2(103)-48/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-48/2020
26.11.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver