Məhkəmə qərarları › İş №2(103)-4805/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4805/2022

14.07.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4805/2022 14.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Namiq Şamil oğlundan və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Qaraşarlı Layla Çingiz qızının katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı «əsassız hesablanmış borcun silinməsi tələbinə dair» ilk və Cavabdeh İddiaçı qarşı «təbii X2 üzrə istehlakçının təqsiri hərəkəti nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsi barədə» qarşılıqlı iddia ərizələri ilə bağlı 2(003)-324/2022 saylı mülki iş üzrə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 10 mart 2022-ci il tarixli qətnaməsindən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən əsassız hesablanmış 4523 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2020-ci il tarixdə Cavabdeh tərəfindən ******* saylı qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında akt tərtib edilməklə yeni sayğac onun iştiakı olmadan Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Vaqif küçəsi 92 saylı evdə yerləşən yaşayış sahəsində quraşdırılmışdır. O, hər ay istifadə etdiyi qaza görə borcu vaxtında ödəmişdir. Bu yaxınlarda qaz sayğacının bir həyətdə yaşayan qardaşı ilə arasında ayırmaq üçün bu barədə Asan Xidmət Mərkəzinə müraciət etmişdir. Lakin Asan Xidmət tərəfindən ona bildirilmişdir ki, onun 4523 manat borcu vardır. Bununla bağlı o, müvafiq olaraq Cavabdeh Xəzər rayon şöbəsinə müraciət etmiş, həmin idarənin əməkdaşları tərəfindən ona bildirilmişdir ki, onun tərəfindən qaz sayğacına müdaxilə edildiyi üçün ona 4523 manat cərimə yazılmışdır. Halbuki, o, heç vaxt qaz sayğacına müdaxilə etməmiş və daim istehlak etdiyi qaza görə borcunu ödəmişdir. Cavabdeh təşkilat qaz sayğacına müdaxilənin onun tərəfindən edilməsini sübuta yetirmədən və heç bir əsas olmadan ona yüksək məbləğdə cərimə hesablamışdır. Həmçinin, Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı tərəfindən vurulmuş ziyana görə 4519,20 manat və ödənilmiş 65,20 manat dövlət rüsumu olmaqla, ümumilikdə 4584,40 manat pulun İddiaçı tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə abonent İddiaçı arasında xx.xx.2020-ci il tarixdə 03/1067 nömrəli Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alğı-satqısı barədə müqavilə imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında Cavabdeh İB abonent İddiaçı məxsus fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana Cavabdeh İB-nın Bakı X3 Departamenti tərəfindən **********1120 nömrəli abonent kodu verilmişdir. Sözügedən ünvanda fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində isə ElsterG4T markalı, 12520969 nömrəli qaz sayğacı quraşdırılmışdır. Cavabdeh yuxarıda bəhs edilən müqavilənin 2.3.2-ci yarımbəndinin (Müqavilənin və «X2»nın tələblərinə əməl etmək) və «X2»nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, istifadəsinə verilmiş qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. Cavabdeh İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbil qazdan qanunsuz olaraq istifadə etməsi, yəni, qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, bu faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Cavabdehin təqsirli hərəkətləri nəticəsindən irəli gələn hallar və faktlar Birliyin əməkdaşları tərəfindən foto çəkilişlərlə lentə alınmışdır. Həmçinin, qeyd olunan həmin faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən «Təbii X2nın pozulması haqqında» müvafiq aktlar tərtib edilmişdir. Cavabdehin təqsirli hərəkətləri nəticəsində xx.xx.2018-ci il tarixli, ******* saylı akt əsasında 1706,40 manat, xx.xx.2018-ci il tarixli, ******* saylı akt əsasında 388,80 manat, xx.xx.2018-ci il tarixli, ******* saylı akt əsasında 142,20 manat, xx.xx.2018-ci il tarixli, ******* saylı akt əsasında 142,20 manat, xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 142,20 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 142,20 manat, xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 142,20 manat, xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 142,20 manat, xx.xx.2019cu il tarixli, ******* saylı akt əsasında 32,40 manat, xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 97,20 manat, xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 142,20 manat, xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 295,20 manat, xx.xx.2020-ci il tarixli, ******* saylı akt əsasında 295,20 manat, xx.xx.2020-ci il tarixli, ******* saylı akt əsasında 295,20 manat, xx.xx.2020-ci il tarixli, ******* saylı akt əsasında 295,20 manat, cəmi 4401 manat məbləğində Cavabdeh İB-yə maddi zərərin dəymiş olduğu müəyyən olunmuşdur. Yuxarıda göstərilənlərə əlavə olaraq bildirmək istəyir ki, cavabdehin yuxarıda göstərilən borc məbləğindən əlavə olaraq Cavabdeh İB-yə 118,70 manat məbləğində qalıq borcu olmuşdur. Cavabdeh tərəfindən iddiaçı Cavabdeh İB-yə ödənilməli borc məbləği (itirilmiş təbii qazın dəyəri üzrə) hazırda ümumi olaraq 4519,70 manat təşkil etməkdədir. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 10 mart 2022-ci il tarixli qətnaməsi ilə ilk iddia qismən təmin edilmiş, ilk iddia üzrə Cavabdeh tərəfindən qanunsuz olaraq hesablanmış 995,40 manat məbləğində borc silinmiş, ilk iddia qalan hissədə rədd edilmiş, qarşılıqlı iddia qismən təmin edilmiş, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı 2694,60 manatın alınaraq Cavabdehnə ödənilməsi, ödənilmiş 65,20 manat məbləğində dövlət rüsumunun 45 manatının qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı alınaraq qarşılıqlı iddia üzrə iddiaçı Cavabdehnə ödənilməsi, qalan 25,20 manat məbləğində ödənilmiş dövlət rüsumunun qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh özünə aid edilməsi qət edilmiş, qaşılıqlı iddia qalan hissədə rədd edilmişdir. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin dəyişdirilərək, yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh əməkdaşları tərəfindən qanunvericiliyin tələblərinə uyğun hazırlanmış aktlar iddiaçı tərəfindən birliyə vurulmuş zərərləri sübut edir. Akt təbii qazdan qanunsuz istifadə etdiyinə dair əsasdır. Məhkəmə, aktın abonent tərəfindən imzalanmamasını əsas gətirmişdir, lakin Cavabdeh əməkdaşları tərəfindən hazırlanmış aktlar qanunvericiliyin tələblərinə uyğun hazırlanmışdır və abonentin həmin aktları imza etməkdən imtinası həmin aktın qanunsuz olduğuna dəlalət etmir. Bundan əlavə olaraq, İB-nin əməkdaşları tərəfindən akt tərtib olunarkən çəkilən fotoşəkillərdən açıq-aşkar görünür ki, qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulma mövcuddur. Bilərəkdən (qəsdən) qaz qurğusu sahibindən icazəsiz qaz alan cavabdeh şəxs, qaz qurğusu sahibinə vurmuş zərərin əvəzini ödəmək vəzifəsi daşıyır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Cavabdeh İB tərəfindən təqdim olunmuş aktlara hərtərəfli və tam baxılmamış, hakim təqdim edilmiş aktları nəzərə almamış və qətnamə qəbul edərkən lazımi qaydada əsaslandırmamışdır. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə nədənsə iddiaçıdan sübut təqdim edilməsini tələb etməmiş və sübutsuz işə baxaraq əsassız qətnamə qəbul etmişdir. İşə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza və yerində müayinə təyin edə bilər. Məhkəməyə gətirilə bilməyən və ya gətirilməsi çətin olan maddi və yazılı sübutlar, olduqları və ya saxlandıqları yerdə müayinə və tədqiq edilir. Məhkəmə, yerində müayinə aparılması haqqında qərardad çıxarır. Yuxarıda qeyd edilən kimi, iddiaçı tərəfindən məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. İddiaçının qeyd etdiyi halları təsdiq və ya sübut etmək məqsədilə məhkəmə qanunverciliyin tələblərinə uyğun olaraq öz təşəbbüsü ilə ekspertiza təyin edə bilərdi. İşin halları ilə bilavasitə əlaqədar olan halların araşdırılması üçün ekspertiza və yerində müayinə təyin edilməsi zəruri və qaçınılmazdır. Məhkəmə iddiaçının nümayəndəsinin sübuta söykənməyən mülahizəsini əsas götürmüşdür. Həmçinin, hakim iddianı nəyə görə və hansı sübutlara əsaslanaraq qismən təmin etdiyini öz qərarında tam bildirməmişdir. Hakim iddianı nəyə görə qismən təmin etdiyini tam və sübutlarla əsaslandırmadığına görə, işə yenidən baxılaraq yeni qərar çıxarılmasını, Cavabdeh İB-yə vurulmuş ziyanın tam ödənilməsini xahiş edirlər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, iş üzrə tərəflər iclasda iştirak etməmiş və bunun səbəblərini bildirməmişdir. Kollegiya işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Hazırkı apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin ilk iddia tələbinin təmin edilmiş, qarşılıqlı iddia tələbinin təmin edilməmiş hissələrində qanuniliyinin və əsaslığının yoxlanılması təşkil edir. Məhkəmə kollegiyası qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Birinci instansiya məhkəməsi iş üzrə tədqiq edilmiş sübutlar əsasında müəyyən etmişdir ki, Cavabdeh İstehsalat Biriliyinin Bakı X3 Departamenti (qaz paylayıcı) ilə istehlakçı İddiaçı arasında bağlanmış «qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alğı-satqısı» barədə xx.xx.2020-ci il tarixli, 03-1067 saylı müqaviləyə əsasən qaz paylayıcısı müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin etməyi, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan Cavabdeh İstehsalat Biriliyi tərəfindən tərtib edilmiş xx.xx.2018-ci il tarixli, ******* saylı akt üzrə itirilmiş qazın miqdarı 3888 m3, xx.xx.2018-ci il tarixli, ******* saylı akt üzrə itirilmiş qazın miqdarı 1422 m3, xx.xx.2018-ci il tarixli, ******* saylı akt üzrə itirilmiş qazın miqdarı 1422 m3, xx.xx.2019-cu il tarixli, ******* saylı akt üzrə itirilmiş qazın miqdarı 1422 m3, xx.xx.2019-cu il tarixli, ******* saylı akt üzrə itirilmiş qazın miqdarı 1422 m3, xx.xx.2019-cu il tarixli, ******* saylı akt üzrə itirilmiş qazın miqdarı 1422 m3, xx.xx.2019-cu il tarixli, ******* saylı akt üzrə itirilmiş qazın miqdarı 1422 m3, xx.xx.2019cu il tarixli, ******* saylı akt üzrə itirilmiş qazın miqdarı 324 m3, xx.xx.2019-cu il tarixli, ******* saylı akt üzrə itirilmiş qazın miqdarı 972 m3, xx.xx.2019-cu il tarixli, ******* saylı akt üzrə itirilmiş qazın miqdarı 2952 m3, xx.xx.2020-ci il tarixli, ******* saylı akt üzrə itirilmiş qazın miqdarı 2952 m3, xx.xx.2020-ci il tarixli, ******* saylı akt üzrə itirilmiş qazın miqdarı 2952 m3, xx.xx.2020-ci il tarixli, ******* saylı akt üzrə itirilmiş qazın miqdarı 2952 m3 olmaqla, təbii X2nın pozulması, təbii qazdan qeyri-qanuni sayğacdan kənar istifadə edilməsi qeyd olunmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. «Qaz təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 22-ci maddəsinə, «Enerji resurslarının istifadəsi haqqında» Azərbaycan Respublikası Qanununun 29-cu maddəsinə əsasən enerji resurslarından istifadəyə görə ödənişlərin müddətinin pozulmasına yol verən hüquqi və fiziki şəxslər Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyırlar. Göründüyü kimi, cavabdeh İddiaçı tərəfindən təbii X2nın pozulması nəticəsində xx.xx.2018-ci il tarixli akt tərtib edilmiş və akt üzrə itirilmiş qazın miqdarı 3888 m3 dəyəri 388,80 manat, xx.xx.2018-ci il tarixli akt tərtib edilmiş və akt üzrə itirilmiş qazın miqdarı 1422 m3 dəyəri 142,20 manat, xx.xx.2018-ci il tarixli akt tərtib edilmiş və akt üzrə itirilmiş qazın miqdarı 1422 m3 dəyəri 142,20 manat, xx.xx.2019-cu il tarixli akt tərtib edilmiş və akt üzrə itirilmiş qazın miqdarı 1422 m3 dəyəri 142,20 manat, xx.xx.2019-cu il tarixli akt tərtib edilmiş və akt üzrə itirilmiş qazın miqdarı 1422 m3 dəyəri 142,20 manat, xx.xx.2019-cu il tarixli akt tərtib edilmiş və akt üzrə itirilmiş qazın miqdarı 1422 m3 dəyəri 142,20 manat, xx.xx.2019-cu il tarixli akt tərtib edilmiş və akt üzrə itirilmiş qazın miqdarı 1422 m3 dəyəri 142,20 manat, xx.xx.2019-cu il tarixli akt tərtib edilmiş və akt üzrə itirilmiş qazın miqdarı 324 m3 dəyəri 32,40 manat, xx.xx.2019-cu il tarixli akt tərtib edilmiş və akt üzrə itirilmiş qazın miqdarı 972 m3 dəyəri 97,20 manat, xx.xx.2019-cu il tarixli akt tərtib edilmiş və akt üzrə itirilmiş qazın miqdarı 1422 m3 dəyəri 142,20 manat, xx.xx.2019-cu il tarixli akt tərtib edilmiş və akt üzrə itirilmiş qazın miqdarı 2952 m3 dəyəri 295,20 manat, xx.xx.2020-ci il tarixli akt tərtib edilmiş və akt üzrə itirilmiş qazın miqdarı 2952 m3 dəyəri 295,20 manat, xx.xx.2020-ci il tarixli akt tərtib edilmiş və akt üzrə itirilmiş qazın miqdarı 2952 m3 dəyəri 295,20 manat, xx.xx.2020-ci il tarixli akt tərtib edilmiş və akt üzrə itirilmiş qazın miqdarı 2952 m3 dəyəri 295,20 manat müəyyən edilmiş və itirilmiş qaz sərifiyyatı üzrə hesabatlar aparılmışdır. Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq, müvafiq icra hakimiyyəti orqanı və qaz nəzarəti üzrə onun müvəkkil etdiyi nümayəndələr qaz fəaliyyəti ilə bağlı bütün yerləri, binaları və qurğuları yoxlama hüququna malikdir. Hazırkı halda da iddiaçı Cavabdeh nümayəndələri bu hüquqdan istifadə etməklə cavabdeh tərəfindən təbii X2nın pozulması hallarını aşkar etmiş və müvafiq akt tərtib etməklə itirilmiş qaz sərfiyyatını müəyyən etməklə müvafiq hesabatlar aparmışdır. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikasının Qanununun 20-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı və qaz nəzarəti üzrə onun müvəkkil etdiyi nümayəndələr qaz fəaliyyəti ilə bağlı bütün yerləri, binaları və qurğuları yoxlama hüququna malikdir. Həmin Qanunun 21.1-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı qaz qurğularının və ya qazla bağlı fəaliyyətlərin tələblərə cavab vermədiyini, onun əhali, ətraf mühit və əmlak üçün təhlükə törətdiyini müəyyən etdikdə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş «X2»nın 6.5-ci maddəsinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Qarşılıqlı iddia üzrə iddiaçının xx.xx.2018-ci il tarixli hesabatında xx.xx.2018-ci il tarixli, ******* saylı akt üzrə itirilmiş qazın miqdarı 8532 m3 qeyd edilsə də, həmin akt məhkəməyə təqdim edilməmiş, həmçinin həmin akt üzrə 1706,40 manat borcun tutulması tələb edilsə də, bu hal sübuta yetirilməmişdir. Eyni zamanda xx.xx.2019-cu il tarixli, ******* saylı akt üzrə itirilmiş qazın miqdarı 1422 m3 olduğu qeyd edilsə də, həmin akt qarşılıqlı iddia ərizəsinə əlavə edilməmiş, məhkəməyə təqdim edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qeyd edilən səbəbdən həmin aktlar üzrə aparılmış olan hesabat üzrə pulun İddiaçı tutulmasının əsassız olması barədə düzgün nəticəyə gəlmişdir. İlk iddia üzrə İddiaçı iddia tələbinə münasibədə birinci instansiya məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, ilk iddia üzrə iddiaçı borcun yaranması ilə bağlı əsasların ona məlum olmadığını iddia etsə də, Cavabdeh təqdim etmiş olduğu aktlarla ilk iddia üzrə iddiaçı tərəfindən təbii X2nın pozulması və qaz xəttinə qanunsuz müdaxilə etməsi sübuta yetirilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi aidiyyatı maddi hüquq normalarına istinad edərək, ilk və qarşılıqlı iddianı qismən təmin etməklə mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı mahiyyəti üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarına, təqdim edilmiş sübutlara mövcud qanunvericilik normaları tətbiq edilməklə düzgün qiymət verilmişdir. İlk və qarşılıqlı iddianın qismən təmin edilməsinə dair məhkəmə qətnaməsi qanuni və əsaslıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(003)-324/2022 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar