Məhkəmə qərarları › İş №2(103)-4809/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4809/2020

24.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4809/2020 24.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Qəşəmzadə Fuad Vahid oğlunun katibliyi, İddiaçı, Cavabdeh2 ASC-nin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 ASC-yə qarşı X10 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə “hərracın yekunları barədə protokolların etibarsız hesab edilməsi və s.” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(005)-27/2020 saylı qətnaməsindən iddiaçının apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti Xaçmaz Ərazi İdarəsinin verdiyi MH seriyalı ******* nömrəli; MH seriyalı ******* nömrəli və MH seriyalı ******* nömrəli çıxarışlara əsasən ona məxsus Quba rayonu İİ Nügədi kəndi ərazisində yerləşən ümumilikdə 2,753 ha torpaq sahəsinin “X9” MMC tərəfindən xx xxxx 2018-ci il tarixli 84, 85 və 86 nömrəli hərracın yekunları barədə protokolların etibarsız hesab edilməsi, hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilələrin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir Daha sonra iddiaçı iddia ərizəsinə əlavə verərək, ona məxsus olmuş torpaq sahələrinə dair keçirilmiş müvafiq hərracların yekunları barədə protokolların etibarsız hesab edilərək, üçüncü şəxs tərəfindən alınmış həmin torqaq sahələrinə dair verilmiş çıxarışların ləğv edilərək, əvvəlki, yəni onun mülkiyyətini təsdiq edən çıxarışlara dönüş edilməsi barədə qətnamə qəbul edilməsini, saxtakarlıq olduğundan təqsirli şəxslər barəsində xüsusi qərardad çıxarılaraq prokurorluğa məlumat verilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh2 ASC cavabdehlər İddiaçı, X4 və X7 qarşı “pulun tutulması, tələbin ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin boşaldılması, ipoteka predmetinin açıq hərracda satılması və sair” tələblərinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsi xx xxxxxxxx 2015-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmişdir. Qətnamədən onun tərəfindən apelyasiya şikayəti verilmiş, Bakı Apelyasiya Məhkəməsi 2(103)- 5089/2017 nömrəli xx xxx 2017-ci il tarixli qətnaməsi ona münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Qətnaməni rəsmi qaydada aldıqdan sonra prosesual müddəti buraxmadan kassasiya şikayəti vermək üçün dövlət büdcəsi hesabına vəkillə təmin olunmağı barədə məhkəməyə ərizə ilə müraciət etmişdir. Məhkəmə ərizəni təmin etməmək barədə qanunsuz qərardad qəbul edərək, qərardaddan şikayət vermək üçün nəzərdə tutulmuş prosesual müddəti gözləmədən işi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə geri qaytarmış, məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi üçün qətnaməni icraya yönəltmişdir. Kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasında baxılmış və Bakı Apelyasiya Məhkəməsinin qərardadı ləğv edilərək yeni baxışa göndərilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi qərardadı ləğv etməklə kassasiya şikayətinin verilməsinə yaradılmış süni maneəni aradan qaldırmışdır. Göründüyü kimi, iş üzrə qətnamədən deyil, qərardaddan kassasiya şikayəti vermişdir. Hazırda kassasiya şikayəti təmin olunmuş, iş yenidən baxılmaq üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Maraqlı cəhət ondan ibarətdir ki, Quba rayon icra məmuru Vahid İbrahimov bu qətnaməni icra etmək üçün xx xxxxxx 2018-ci il tarixə hərrac təyin etmişdir. Onlar qətnamədən kassasiya şikayəti verdiklərini əsas tutaraq hərracın keçirilməsinin dayandırılması barədə xx xxxxxx 2018-ci il tarixli məktubla icra məmuruna müraciət etmiş, icra məmuru müraciəti əsas tutaraq özünün xx xxxxxx 2018-ci il tarixli 03/16-03 nömrəli məktubu ilə hərracı təşkil edən Cavabdeh1nə məktubla müraciət edərək hərracın dayandırılmasını xahiş etmişdir. Hərracı keçirən cəmiyyət bu məktub əsasında hərracın keçirilməsini dayandırmışdır. xx xxxxxx 2018-ci il tarixli 6ÜŞ-322/2018 nömrəli məktubla Bakı Apelyasiya Məhkəməsinin ümumi şöbəsinin müdiri Ələkbər Həsənov məktubla Cavabdeh2 ASC-nin baş direktoruna mülki prosesual qanunvericiliyin tələblərini izah edərək qətnamənin qanuni qüvvəyə mindiyi və bu əsasla icra edilməsində heç bir maneənin olmadığını izah etmişdir. Onun adına götürülən kreditləri qardaşı Asim götürmüş, sadəcə onun adına sənədləşdirilmişdir. Əslində hərraca çıxarılan girov qoyulan əmlaklarını da Asim başqa şəxsin adına almışdır. Hərrac sadəcə görüntü yaratmaq üçün keçirilmiş, qalib şəxsin kim olduğu əvvəldən bəlli olmuşdur. Hərracı udan şəxs öz həmyerlisi, əslində çox kasıb bir adamdır. Heç gündəlik çörək pulunu belə qazanmaq gücündə deyildir. Hesab edir ki, qətnamədən verilmiş kassasiya şikayəti üzrə yekun məhkəmə qərarını gözləmədən tələsik hərracın keçirilməsi kobud qanun pozuntusudur və bu əsasla keçirilmiş hərracın yekun protokollarının etibarsız hesab edilməsi üçün əsaslardan biridir. “X9” X6 formal hərrac keçirərək əmlakını satmışdır. O, cavabdeh olaraq qətnamə üzrə hərracın keçirilməsindən xəbərsiz olmuş, bu barədə ona rəsmi bildiriş göndərilməmişdir. Başqa bir tərəfdən hərracın keçirilməsinin dayandırılması barədə icra məmurundan ünvanına rəsmi məktub daxil olmuşdur. O, bu məktuba əsasən hərracın keçirilməsinin dayandırılmasından əmin olmuşdur. Hesab edir ki, qətnamədən verilmiş kassasiya şikayətinə baxılıb qurtaranadək hərrac keçirilməməli idi. X10 iddia predmeti barədə müstəqil tələb irəli sürməyən şəxs qismində cəlb edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(005)- 27/2020 saylı qətnaməsi ilə iddia təmin edilməmiş, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilmişdir. Həmin qətnamədən iddiaçı apellyasiya şikayəti, apellyasiya baxışı zamanı isə apellyasiya şikayətinə əlavə verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. İddia ərizəsi ilə eyni məzmunlu şikayətə görə qətnamə ləğv edilməlidir Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçıiş materiallarına və apellyasiya şikayətinə uyğun izahat verərək, apellyasiya təmin edilməsini, qətnamənin ləğv edilərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh ASC-nin nümayəndəsi isə iş materiallarına uyğun izahat verərək, apellyasiya şikayətinin əsassız olduğunu və təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İşə baxılmasının vaxtı və yeri barədə məlumatlandırılmış digər tərəflər (nümayəndələri) məhkəmə iclasına gəlmədiklərinə görə, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə isə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası bu kontekstdə izahatları dinləyərək, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilməklə iddia tələbi təmin edilməlidir. İş üzrə aşağıdakı faktiki hallar müəyyən edilmişdir. MH seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, Quba rayonu, İkinci Nügədi kəndi 1,1425 ha torpaq sahəsi İddiaçı adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reystrində 20 nömrəli reyestr kitabının 2 nömrəli vərəqində xx xxxxxx 2009-cu il tarixdə qeydiyyata alınmışdır. MH seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, Quba rayonu, İkinci Nügədi kəndi 1,2635 ha torpaq sahəsi İddiaçı adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reystrində 20 nömrəli reyestr kitabının 3 nömrəli vərəqində xx xxxxxx 2009-cu il tarixdə qeydiyyata alınmışdır. MH seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, Quba rayonu, İkinci Nügədi kəndi 0,347 ha torpaq sahəsi İddiaçı adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reystrində 20 nömrəli reyestr kitabının 4 nömrəli vərəqində xx xxxxxx 2009-cu il tarixdə qeydiyyata alınmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxxx 2015-ci il tarixli 2(004)- 1874/2015 nömrəli icra vərəqəsinin surətindən və məzmunundan görünür ki, iddiaçı Cavabdeh2 ASC-nin cavabdehlər İddiaçı, X4 və X7 qarşı “pulun tutulması, tələbin ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin boşaldılması, ipoteka predmetinin açıq hərracda satılması” tələbinə dair iddia ərizəsi qismən təmin edilərək, cavabdehlər İddiaçı, X1 və X5 müştərək qaydada 99.973,58 manat məbləğində əsas borc, faiz borcuna görə 34.690 manat, cərimə borcuna 2.000 manat olmaqla, cəmi 136.663,58 manat və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dödlət Reyestri Xidmətinin Xaçmaz X14 bildirişlərin qeydə alınması üçünödənilmiş 124 manat məbləğində pul vəsairi Cavabdeh2 ASC-nin xeyrinə tutulması, tələbin cavabdeh İddiaçı mülkiyyətində olan Quba rayonu İkinci Nügədi kəndində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 168 kv.metr yaşayış sahəsindən və 149,70 kv.metr yardımçı sahədən ibarət fərdi yaşayış evinə, Quba rayonu 2-ci Nügədi kəndində yerləşən sahəsi 1,1425 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə, sahəsi 1,2635 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə, Quba rayonu İkinci Nügədi kəndində yerləşən sahəsi 0,347 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə yönəldilməsi, Quba rayonu İkinci Nügədi kəndində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 168 kv.metr yaşayış sahəsi, 149,70 kv.metr yardımçı sahədən ibarət fərdi yaşayış evinin, Quba rayonu İkinci Nügədi kəndində yerləşən sahəsi 1,1425 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin, sahəsi 1,2635 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin, Quba rayonu İkinci Nügədi kəndində yerləşən sahəsi 0,347 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin boşaldılması, həmin əmlakların açıq hərracda satılması, satışdan əldə olunmuş vəsait hesabına cavabdehlərin banka olan borcunun ödənilməsi, iddia tələbinin ipoteka predmeti olan əmlaklar satıldıqdan sonra ən geci 1 ay ərzində cavabdehlərin yaşayış sahəsinə istifadə hüquqlarının itirilmiş hesab edilməsi, ipoteka predmetlərinin açıq hərracdan satılmaqla əldə edilmiş vəsaitin qeyd olunan xx xxxx 2013-cü il tarixli müqavilə üzrə borcun ödənilməsi üçün yetərli olmadığı təqdirdə tələbin cavabdeh İddiaçı digər əmlakına yönəldilməsi hissəsində təmin edilməməsi, iddia qismən təmin edildiyindən, iddiaçı Cavabdeh2 ASC tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun 90%, yəni 27 manat hissəsinin cavabdehlər İddiaçı, X1 və X5 tutularaq iddiaçıya ödənilməsi, qalan 10%, yəni 3 manat hissəsinin isə iddiaçıya aid edilməsi, ekspertiza tədqiqatının dəyəri olan 250 manat məbləğində pul vəsaitinin 225 manat hissəsinin cavabdehlər İddiaçı, X1 və X5, qalan 25 manat hissəsinin iddiaçı Cavabdeh2 ASC-dən alınaraq dövlət büdcəsinə köçürülməsi müəyyən edilmişdir. Cavabdeh1 MMC-nin xx xxxxxx 2017-ci il tarixli Quba Rayon İcra Şöbəsinə, Cavabdeh2 ASC-yə, X4, X7 və İddiaçı ünvanladığı açıq hərracın keçirilməsinə dair 21/90 nömrəli bildirişin müvafiq qaydada təsdiq edilmiş surətindən görünür ki, Quba rayonu, 2-ci Nügədi kəndində yerləşən 1,1425 ha torpaq sahəsinin 9.150 manat qiymətinə xx xxxxxx 2018-ci il tarixdə saat 11:00-da açıq auksion formasında satışa çıxarılması barədə məlumat verilmişdir; Cavabdeh1 MMC-nin xx xxxxxx 2018-ci il tarixli Quba Rayon İcra Şöbəsinə, Cavabdeh2 ASC-yə, X4, X7 və İddiaçı ünvanladığı açıq hərracın keçirilməsinə dair 21/92 nömrəli bildirişin müvafiq qaydada təsdiq edilmiş surətindən görünür ki, Quba rayonu, 2-ci Nügədi kəndində yerləşən 0,347 ha torpaq sahəsinin 3.000 manat qiymətinə xx xxxxxx 2018-ci il tarixdə saat 11:00-da açıq auksion formasında satışa çıxarılması barədə məlumat verilmişdir; Cavabdeh1 MMC-nin xx xxxxxx 2017-ci il tarixli Quba Rayon İcra Şöbəsinə, Cavabdeh2 ASC-yə, X4, X7 və İddiaçı ünvanladığı açıq hərracın keçirilməsinə dair 21/93 nömrəli bildirişin müvafiq qaydada təsdiq edilmiş surətindən görünür ki, Quba rayonu, 2-ci Nügədi kəndində yerləşən 1,2635 ha torpaq sahəsinin 10.100 manat qiymətinə xx xxxxxx 2018-ci il tarixdə saat 11:00-da açıq auksion formasında satışa çıxarılması barədə məlumat verilmişdir. “Kaspi” qəzetinin xx xxxxxx 2017-ci il tarixli buraxılışının surətindən görünür ki, Quba rayonu, 2-ci Nügədi kəndində yerləşən 1,1425 ha torpaq sahəsinin 9.150 manat qiymətinə, Quba rayonu, 2-ci Nügədi kəndində yerləşən 0,347 ha torpaq sahəsinin 3.000 manat qiymətinə və Quba rayonu, 2-ci Nügədi kəndində yerləşən 1,2635 ha torpaq sahəsinin 10.100 manat qiymətinə xx xxxxxx 2018-ci il tarixdə saat 11:00-da açıqauksion formasında satışa çıxarılması barədə elan dərc edilmişdir. Müvafiq poçt xəbərnaməsinin surətindən görünür ki, qeyd edilən bildiriş İddiaçı tərəfindən xx xxxxxx 2018-ci il tarixdə şəxsən imza etməklə rəsmi qaydada qəbul edilmişdir. Cavabdeh1 MMC-nin xx xxxxxx 2018-ci il tarixli Quba Rayon İcra Şöbəsinə, Cavabdeh2 ASC-yə, X4, X7 və İddiaçı ünvanladığı açıq hərracın keçirilməsinə dair 21/90 nömrəli bildirişin müvafiq qaydada təsdiq edilmiş surətindən görünür ki, Quba rayonu, 2-ci Nügədi kəndində yerləşən 1,1425 ha torpaq sahəsinin 9.150 manat qiymətinə xx xxxx 2018-ci il tarixdə saat 11:00-da açıq auksion formasında satışa çıxarılması barədə məlumat verilmişdir; Cavabdeh1 MMC-nin xx xxxxxx 2018-ci il tarixli Quba Rayon İcra Şöbəsinə, Cavabdeh2 ASC-yə, X4, X7 və İddiaçı ünvanladığı açıq hərracın keçirilməsinə dair 21/92 nömrəli bildirişin müvafiq qaydada təsdiq edilmiş surətindən görünür ki, Quba rayonu, 2-ci Nügədi kəndində yerləşən 0,347 ha torpaq sahəsinin 3.000 manat qiymətinə xx xxxx 2018-ci il tarixdə saat 11:00-da açıq auksion formasında satışa çıxarılması barədə məlumat verilmişdir; Cavabdeh1 MMC-nin xx xxxxxx 2018-ci il tarixli Quba Rayon İcra Şöbəsinə, Cavabdeh2 ASC-yə, X4, X7 və İddiaçı ünvanladığı açıq hərracın keçirilməsinə dair 21/93 nömrəli bildirişin müvafiq qaydada təsdiq edilmiş surətindən görünür ki, Quba rayonu, 2-ci Nügədi kəndində yerləşən 1,2635 ha torpaq sahəsinin 10.100 manat qiymətinə xx xxxx 2018-ci il tarixdə saat 11:00-da açıq auksion formasında satışa çıxarılması barədə məlumat verilmişdir. “Kaspi” qəzetinin xx xxxxxx 2018-ci il tarixli buraxılışının surətindən görünür ki, Quba rayonu, 2-ci Nügədi kəndində yerləşən 1,1425 ha torpaq sahəsinin 9.150 manat qiymətinə, Quba rayonu, 2-ci Nügədi kəndində yerləşən 0,347 ha torpaq sahəsinin 3.000 manat qiymətinə və Quba rayonu, 2-ci Nügədi kəndində yerləşən 1,2635 ha torpaq sahəsinin 10.100 manat qiymətinə xx xxxx 2018-ci il tarixdə saat 11:00-da açıq auksion formasında satışa çıxarılması barədə elan dərc edilmişdir. Cavabdeh1 MMC-nin xx xxxx 2018-ci il tarixli 84 nömrəli hərrac təşkilatının hərracın yekunları barədə protokolun müvafiq qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xüsusi mülkiyyətində olan Quba rayonu, 2-ci Nügədi kəndində yerləşən 1,1425 ha topraq sahəsini 9.150 manat dəyərində X10 əldə etmişdir; Cavabdeh1 MMC-nin xx xxxx 2018-ci il tarixli 85 nömrəli hərrac təşkilatının hərracın yekunları barədə protokolun müvafiq qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xüsusi mülkiyyətində olan Quba rayonu, 2-ci Nügədi kəndində yerləşən 1,2635 ha topraq sahəsini 10.100 manat dəyərində X10 əldə etmişdir; Cavabdeh1 MMC-nin xx xxxx 2018-ci il tarixli 86 nömrəli hərrac təşkilatının hərracın yekunları barədə protokolun müvafiq qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xüsusi mülkiyyətində olan Quba rayonu, 2-ci Nügədi kəndində yerləşən 0,347 ha topraq sahəsini 3.000 manat dəyərində X10 əldə etmişdir. RX seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, Quba rayonu, İkinci Nügədi kəndi 1,1425 ha torpaq sahəsi X8 adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reystrində 20 nömrəli reyestr kitabının 2 nömrəli vərəqində xx xxxxx 2018-ci il tarixdə qeydiyyata alınmışdır;RX seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, Quba rayonu, İkinci Nügədi kəndi 1,2635 ha torpaq sahəsi X8 adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reystrində 20 nömrəli reyestr kitabının 3 nömrəli vərəqində xx xxxxx 2018-ci il tarixdə qeydiyyata alınmışdır; RX seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, Quba rayonu, İkinci Nügədi kəndi 0,347 ha torpaq sahəsi X8 adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reystrində 20 nömrəli reyestr kitabının 4 nömrəli vərəqində xx xxxxx 2018-ci il tarixdə qeydiyyata alınmışdır. İddiaçı hazırda ona məxsus olmuş torpaq sahələrinə dair keçirilmiş müvafiq hərracların yekunları barədə protokolların etibarsız hesab edilərək, üçüncü şəxs tərəfindən alınmış həmin torqaq sahələrinə dair verilmiş çıxarışların ləğv edilərək, əvvəlki, yəni onun mülkiyyətini təqdiq edən çıxarışlara dönüş edilməsini tələb edir. Birinci instansiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, İddiaçı xüsusi mülkiyyətində olan Quba rayonu, 2-ci Nügədi kəndində yerləşən 1,1425 ha torpaq sahəsinin 9.150 manat qiymətinə, Quba rayonu, 2-ci Nügədi kəndində yerləşən 0,347 ha torpaq sahəsinin 3.000 manat qiymətinə və Quba rayonu, 2-ci Nügədi kəndində yerləşən 1,2635 ha torpaq sahəsinin 10.100 manat qiymətinə xx xxxxxx 2018-ci il tarixdə saat 11:00-da açıq auksion formasında satışa çıxarılmış, X10 adlı şəxs qanunla müəyyən edilmiş qaydada keçirilən hərracda müvafiq torpaq sahələri vicdanlı alıcı olaraq almış və adına daşınmaz əmlakın dövlət reyestri xidmətindən müvafiq qaydada çıxarışlar almışdır. Qeyd edilən torpaq sahələrinin satışı ilə bağlı hərracların təşkili və keçirilməsi barədə bildiriş İddiaçı göndərilmiş və bunu təsdiq edən müvafiq poçt göndərişi və xəbərnaməsi mövcuddur. Eyni zamanda, qeyd edilən torpaq sahələri ilə bağlı hərracların təşkili və keçirilməsi barədə müvafiq elanlar qəzetdə dərc edilmişdir. Nəticədə həmin hərracların keçirilməsi barədə iddiaçıya məlumat verilmişdir. Göründüyü kimi, Cavabdeh1 tərəfindən hərracın təşkili və keçirilmə qaydasının tələbləri pozulmamışdır. Kollegiya qeyd edir ki, müvafiq torpaq sahələrinin açıq auksionda hərraca çıxarılaraq satılmasına əsas Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli qətnaməsi olmuşdur. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ilə həmin qətnamə dəyişdirilmədən saxlanılmış, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə həmin qətnamə ləğv edilmiş və iş yeni apellyasiya baxışına qaytarılmışdır. Həmin qərarda Ali Məhkəmə göstərmişdir ki, tərəflər arasında ipoteka predmetlərinin ilkin satış qiymətləri ilə bağlı razılıq əldə edilməmişdir. Bu hal birinci instansiya məhkəməsi tərəfindən «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx xx» MMC-dən rəy alması ilə də təsdiq olunur. Lakin məhkəmə qətnamənin nəticə hissəsində ipoteka predmetlərinin ilkin satış qiymətlərini göstərməmiş, apellyasiya instansiyası məhkəməsi də bu hala diqqət verməmiş, birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlamışdır. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxxx 2015-ci il tarixli 2(004)-1874/2015 saylı qətnaməsi qismən, yəni ipoteka predmetlərinin ilkin satış qiymətinin müəyyən olunmaması hissəsində ləğv olunmuş, ipoteka predmeti olan Quba rayon İkinci Nügədi kəndində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 168,0 kvadrat metr yaşayış sahəsi, 149,7 kvadrat metr yardımçı sahədən ibarət fərdi yaşayış evinin ilkin satış qiyməti 110000 manat, Quba rayonu, İkinci Nüğədi kəndində yerləşən 1,1425 ha torpaq sahəsinin ilkin satış qiyməti 16530 manat, Quba rayonu, İkinci Nügədi kəndində yerləşən 0,347 ha torpaq sahəsinin ilkin satış qiyməti 4930 manat, Quba rayonu, İkinci Nügədi kəndində yerləşən 1,2635 ha torpaq sahəsinin ilkin satış qiymətinin isə 18270 manat müəyyən edilməsi qət edilmişdir. Göründüyü kimi hazırda etibarsız hesab edilməsi tələb edilən hərracın nəticələrinə dair yekun protokolların əsasında duran hərracın keçirilməsinə əsas verən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli qətnamə ilkin satış qiyməti müəyyən olunmadığından həmin hissədə ləğv olunmuş və ilkin satış qiyməti müəyyən olunmuşdur. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən ipoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə ilkin satış qiymətləri müəyyən edilməmişdir. Belə olan halda, Kollegiya hesab edir ki, iddiaçının tələbi əsaslı hesab edilir, belə ki, mübahisəli torpaq sahələrinin açıq auksiondan satılması barədə hərrac keçirilməsinə səbəb olan qətnamə ilə həmin torpaq sahələrinin ilkin satış qiyməti müəyyən edilməmiş və icraya yönəldilməli məhkəmə aktı Ali Məhkəmə tərəfindən ləğv edilmiş, Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi ilə hazırda ilkin satış qiyməti müəyyən edilmişdir, ona görə də, müəyyən edilmiş ilkin satışı qiyməti ilə hərrac keçirilməli olduğundan, keçirilmiş hərracların yekunları üzrə protokollar etibarsız hesab edilir. Yekun hərracda əmlakları əldə etmiş fiziki şəxs X8 vicdanlı alıcı olmasına münasibətdə Kollegiya qeyd edir ki, göründüyü kimi, həmin şəxsin vicdanlı alıcı olması müəyyən edilmir, belə ki, görünən odur ki, torpaq sahələrini alan şəxs onların həmyerlisi olmuş və onun tərəflər arasında olan mübahisədən məlumatsız olması inandırıcı görünmür. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.2-ci maddəsinə görə, qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunduğundan, həmin protokol əsasında əlavə olaraq hərracın nəticələrinə dair alğı-satqı müqaviləsinin bağlanması tələb olunmur. Yəni, protokol əmlakın hərracdan alğı-satqısını ehtiva edir və əlavə olaraq alğı-satqı müqaviləsinin bağlanmasına ehtiyac yoxdur. Buna görə, hərracın yekunları barədə protokolların etibarsız hesab edilməsi, həm də hərracın yekunları üzrə mübahisəli torpaq sahələrinin alğı-satqısının ləğv edilməsini ehtiva edir və bu barədə qətnamə çıxarılmasına ehtiyac yoxdur. Göstərilənlərə əsasən kollegiya iddia tələblərini əsaslı hesab edir. Saxtakarlıq olduğundan təqsirli şəxslər barəsində xüsusi qərardad çıxarılaraq prokurorluğa məlumat verilməsi barədə iddiaçının vəsatətinə münasibətdə Kollegiya qeyd edir ki, bu iddia tələbi sayılmır və prosessual qanunvericiliklə məhkəmələrə verilmiş hüquqdur. Belə ki, Azərbaycan Respublikası MPM-nin 265.4-ci maddəsinə görə, məhkəmə işə baxarkən, tərəflərin və ya digər şəxslərin hərəkətlərində cinayətin əlamətlərini aşkara çıxararsa, o, bu barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verir. Hazırki işdə isə belə hallar müəyyən edilməmişdir. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q ə t e t d i: İddiaçının apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-27/2020 saylı iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilsin və yeni qətnamə çıxarılmaqla iddia tələbi təmin edilsin. Cavabdeh1 MMC-nin Hərracın yekunları barədə xx xxxx 2018-ci il tarixli 84 nömrəli, xx xxxx 2018-ci il tarixli 85 nömrəli və xx xxxx 2018-ci il tarixli 86 nömrəli protokolları etibarsız hesab edilsin. Quba rayonu, İkinci Nügədi kəndində 1,1425 ha torpaq sahəsinin X8 adına xüsusi mülkiyyət hüququ əsasında qeydiyyata alınması barədə RX seriyalı ******* nömrəli, Quba rayonu, İkinci Nügədi kəndi 1,2635 ha torpaq sahəsinin X8 adına xüsusi mülkiyyət hüququ əsasında qeydiyyata alınması barədə RX seriyalı ******* nömrəli və Quba rayonu, İkinci Nügədi kəndi 0,347 ha torpaq sahəsinin X8 adına xüsusi mülkiyyət hüququ əsasında qeydiyyata alınması barədə RX seriyalı ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlar ləğv edilsin, həmin torpaq sahələrinə İddiaçı mülkiyyət hüquqları (adına olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlar) bərpa edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən Vahid Sadıqov Hakimlər Qürbət Əsgərov Azad İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar