Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4816/2023 09.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı Cavabdeh qarşı “magistral neft kəmərinin mühafizə zonasında inşa edilmiş tikilinin sökülməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: tikilinin sökülməsi tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X10 (sədrlik edən və məruzəçi), X8 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Şahbazlı Nəzrin Elmar qızının katibliyi, İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı Cavabdeh qarşı “magistral neft kəmərinin mühafizə zonasında inşa edilmiş tikilinin sökülməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-95/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. ünvan 1 ünvanında hasarlanmış həyətin içərisində əvvəlcədən tikilmiş tikiliyə bitişik eni 4, uzunluğu 8, hündürlüyü 4 metr ölçülərində bina tikilisini iddiaçının ərazidə yerləşən nümayəndələri 2021-ci ildə aşkar etmişlər. Buna qədər 2020-ci ildə tikinti aparılan zaman xəbərdarlıqlar edilmiş, lakin tikinti işləri davam etdirilmişdir. Tərtib edilən aktlarda göstərilmişdir ki, Cavabdeh özünü tikintinin sahibi kimi təqdim etmişdir.
2. Tikili Şirvan-Böyükşor DŞ-500 mm-lik magistral neft kəmərinin mühafizə zonasında yerləşir. Həmin tikilinin bitişik olduğu və eyni hasarlanmış torpaq sahəsində yerləşən qeyriyaşayış binası xüsusi mülkiyyət hüququ ilə X5 məxsusdur. Həmin tikililərin yerləşdiyi torpaq sahəsinin hüdudları X5 məxsus qeyri-yaşayış binasının texniki sənədlərində öz əksini tapmışdır. Eyni zamanda müəyyən edilmişdir ki, həm X4 adına qeydiyyata alınmış tikili, həm də ona bitişik olan və iddiaçının sökülməsini tələb etdiyi, eyni zamanda daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmayan tikili həmin torpaq sahəsinin daxilində yerləşməklə dövlət mülkiyyətindədir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Neft Kəmərləri İdarəsi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, SOCAR-ın Neft Kəmərləri İdarəsinin istismarında olan Şirvan-Böyükşor DŞ-500 mm-lik magistral neft kəmərinin 114-cü km-də, kəmərdən təqribən 18 metr aralı məsafədə, kəmərə paralel 1-ci sırada kəmərin mühafizə zonası daxilində, Binəqədi rayonu, Xocəsən qəsəbəsi ünvanında Cavabdeh tərəfindən qanunsuz inşa edilmiş hasar və digər tikililərin cavabdehin hesabına sökülərək ərazidən çıxarılması, ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, SOCAR-ın "Neft Kəmərləri" İdarəsinin istismarında olar Şirvan-Böyükşor DS-500 mm-lik magistral neft kəmərinin 114- qəsəbəsi ünvanında Cavabdeh tərəfindən inşa edilmiş hasar və digər tikili faktlarıaşkar olunmuşdur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 22.2-ci maddəsinə əsasən, əhalinin təhlükəsizliyinin təmin olunması, sanaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı obyektlərin istismara lazımi şerait yaradılması üçün onların ətrafında xüsusi qoruyucu, sanitariya və s.) hüquqi rejimli mühafizə zonaları yaradır. Həmin maddənin 5 bəndinə əsasən sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqların istifadəsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir, xüsusi hüquqi rejimli zonalarının müəyyənləşdirilməsi qaydaları isə müvafiq normativ aktlarla tənzimlənir. Bundan başqa, AR Sənaye və Energetika Nazirliyi tərəfindən hazırlanmış və xx.xx.2003-cü ildə Ədliyyə Nazirliyində 2951 nömrəsi ilə qeydiyyata alınmış "Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydalarına əsasən, mühafizə zonası boru kəmərləri oxunun hər tərəfindən 50 metrlik məsafədən keçən torpaq sahəsi şərti xətlərlə müəyyən edilmişdir. Bu qaydalara əsasən "Neft Kəmərləri" İdarəsinin rəsmi razılığı olmadan kəmərlərin mühafizə zonasında aşağıda göstərilən işlərin aparılması qadağandır:a) hər hansı tikinti və quraşdırma işləri; b) bütün növ kol və ağacların basdırılması, yem məhsullarının, gübrə və materialların yığılması, ot və samanların tayaya vurulması, heyvan saxlamaq, balıq yetişdirmək üçün yerlərin ayrılması, balıq və su heyvanlarını tutmaq, bitkiləri yığmaq, buz sındırılması və yigilması; c) boru kəmərlərinin üstündən və yanından keçidlərin düzəldilməsi, avtomobil və digər nəqliyyat vasitələri, traktor və mexanizmlər üçün dayanacaqların təşkili, kollektiv bağ və bostan salınması; ç) torpaq meliorasiya işlərinin aparılması, suvarma və qurutma sistemlərinin quraşdırılması; AR Torpaq Məcəlləsinin 111ci maddəsində aşağıdakılar göstərilmişdir. 1) "Azərbaycan Respublikasında torpaqlarin özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. 2) Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. 3) Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurguların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir". AR Prezidentinin xx.xx.2002-ci il tarixli 685 saylı Fərmanında, eləcə də AR Nazirlər Kabinetinin xx.xx.2004cü il tarixli 167 saylı Qərarında İxrac neft boru kəmərinin mühafizə zolağında hər hansı qurğunun yerləşdirilməsi və ya tikintisinin aparılmasının yolverilməzliyi göstərilmişdir. Həmçinin AR Mülki Məcəlləsinin 180.4-cü maddəsinə əsasən "tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər." Bundan əlavə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 222-2-ci maddəsi ilə müvafiq icazə alınmadan magistral boru kəmərlərinin mühafizə zonalarında tikinti və ya quraşdırma işləri aparılmasına görə cinayət məsuliyyəti müəyyən edilmişdir. Neft boru kəmərlərinin strateji əhəmiyyətli dövlət obyekti və yüksək təhlükə mənbəyi olduğundan, həmçinin mühafizə zonası boyunca neft-qaz ayrılmaları olduğundan burada hər an yanğın-partlayış və digər fövqəladə halların baş verməsi labüddür və bu hallar əhalinin sağlamlığına xələl gətirər və ölkə iqtisadiyyatına ciddi təhdid yarada bilər. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
5. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-95/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı Cavabdeh qarşı “magistral neft kəmərinin mühafizə zonasında inşa edilmiş tikilinin sökülməsi” tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir.
6. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, işin müəyyən edilmiş hallarından göründüyü kimi iddiaçı ona görə Cavabdeh olaraq cəlb etmişdir ki, onun əməkdaşları tərəfindən mübahisəli əraziyə baxış keçirilən zaman həmin şəxs özünü tikilinin sahibi kimi təqdim etmişdir. Hansı ki, məhkəmə prosesləri zamanı müəyyən edilmişdir ki, Cavabdeh həmin vaxt sadəcə iş icraçısı olaraq orda olmuş və iddiaçının nümayəndəsinin iştirakı ilə bu barədə mövqeyini bildirmişdir. Eyni zamanda aparılmış ekspertiza tədqiqatı zamanı müəyyən edilmişdir ki, həm əvvəlki tikili(hansı ki daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır), həm də iddiaçının sökülməsini tələb etdiyi tikili(hansı ki 2020-ci ildə iddiaçının nümayəndələri tikinti işlərinin aparıldığını müəyyən etmişlər) X3 mülkiyyətində olan qeyri-yaşayış binasının texniki sənədlərində göstərilən torpaq sahəsinin daxilində yerləşir. Bu baxımdan məhkəmə o qənaətə gəlir ki, iddia cavab verməli olmayan şəxsə qarşı yönəlmişdir və bu səbəbdən də iddiaçının tələbi əsassızdır. Bununla yanaşı məhkəmə qeyd etməyi zəruri hesab etmişdir ki, sökülməsi tələb olunan tikiliyə bitişik olan bina daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdırsa, üstəlik həmin tikili də magistral neft kəmərinin mühafizə zonasında yerləşirsə, yenidən əsl cavabdehə qarşı iddia qaldırıldığı halda həmin məqamlar iddiaçı tərəfindən nəzərə alınmalıdır. Məhkəmə həmin mövqeni iddiaçının nəzərinə ona görə çatdırmağı zəruri hesab etmişdir ki, iddiaçı tələbində magistral neft kəmərinin mühafizə zonasında yerləşməsinə baxmayaraq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınan tikiliyə dair mübahisə açmasa da, həmin torpaq sahəsində yerləşən və bitişik olan analoji tikiliyə dair iddia qaldırması hüquqdan suiistifadə təəssüratı yaradır. Belə ki, Mülki Məcəllənin 560.3.4-cü maddəsində qeyd edilmişdir ki, digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadədir. İddiaçı SOCAR-ın "Neft Kəmərləri" İdarəsinin cavabdehə qarşı iddia tələbi yuxarıda göstərilənlərə görə əsassız hesab edilməlidir.
7. Məhkəmə mövqeyini Mülki Məcəlləsinin 14.2.2, 560.3.4, maddəsinə, “M. Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 30 iyul 2008-ci il tarixli Qərarına, Mülki Prosessual Məcəllənin 50.3, 54.1-ci maddələri, Konstitusiya Məhkəməsi Plenumunun V.Q. Teryoxinin şikayəti üzrə 2010-cu il 15 yanvar tarixli Qərarına, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə, Saghinadze və başqaları Gürcüstana qarşı iş üzrə 2010-cu il 27 may tarixli Qərarına və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 119.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
8. Qətnamədən iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı apellyasiya şikayəti verərək Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e- 2(001)-95/2023 nömrəli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. Apellyasiya şikayətində göstərilmişdir ki, Cavabdeh torpaq sahəsinin neft kəmərinin mühafizə zonasında yerləşdiyini bilmişdir. xx.xx.2021-ci il tarixli aktdan görünür ki, xx.xx.2021-ci il tarixində 1 saylı qaravulun 1-ci iş növbəsində saat 12:30-da ünvan 3 ünvanında Şirvan-Böyükşor DŞ 500 mm-lik magistral neft kəmərinin 114-cü km-də, kəmərin mühafizə zonası daxilində, 1-ci sırada, kəmərdən hasara qədər olan məsafə 3 metr, kəmərdən tikinti aparılan yerə qədər olan məsafə 33 metr hüquqi sənədləri olan (X4 adına olan RX seriyalı, ******* saylı çıxarış və texniki pasport) özünü həmin ərazinin sahibi kimi təqdim edən Cavabdeh ona məxsus olduğu iddia edilən 5230,5 kv.m hasarlanmış həyətin içərisində əvvəlcədən tikilmiş tikiliyə bitişik təqribən eni 4 metr, uzunluğu 8 metr və hündürlüyü 4 metr olan mişar daşları ilə tikilmiş hörgü işi 4-5 saylı(NKİ, Şirvan-Böyükşor neft kəməri 92-115,2 km və kəmərə birləşən Bibiheybət xətti, avtomobildə səyyar) postların atıcıları tərəfindən aşkar edilmişdir. Mövcud işin mühafizə zonasına düşdüyü səbəbindən tikinti işlərinin qanunazidd olduğu vətəndaş Cavabdeh izah edilmiş və yazılı xəbərdarlıq edilmişdir. xx.xx.2021-ci il tarixli aktdan görünür ki, Şəxsə xx.xx.2020, xx.xx.2020 və xx.xx.2020-ci il tarixlərində tərtib edilmiş aktlar əsasında xəbərdarlıq edilmişdir. Lakin şəxs yazılı xəbərdarlığın verilməsinə baxmayaraq, xx.xx.2020- ci il tarixdə yenidən tikinti işlərini davam etdirmişdir. Beləliklə cavabdehin fərdi yaşayış evinə iddiaçının dövlət hakimiyyəti orqanı tərəfindən edilən müdaxilə qanuni olmuş, ədalətli balans prinsipi gözlənilmiş və iddiaçının yuxarıda göstərilən qaydalara zidd olaraq inşa edilmiş qanunsuz tikililəri fiziki şəxslərin həyatı və sağlamlığı üçün real təhlükədir. Tərəfimizdən sözügedən tədbirlər tətbiq edilərkən, tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsədlər arasında ağlabatan mütənasiblik olmuşdur. Mülki Prosessual Məcəllədə məhkəmə qətnaməsi üçün ən əsas tələb onun qanuni və əsaslı olmasıdır. Lakin qeyd edilən dəlillərə əsasən iddiaçıya münasibətdə mübahisələdirilən qətnaməni qanuni və əsaslı hesab etmək olmaz.
Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Proses iştirakçılarının izahatı
11. Əvvəlki məhkəmə iclasında çıxış edən iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı nümayəndəsi X7 əvvəlki məhkəmə iclasında apellyasiya şikayətini müdafiə edərək bildirir ki, 02 noyabr 2022-ci il tarixli mütəxəssis rəyində göstərildiyi kimi iddiaçının iddia tələbinə əsasən Cavabdeh mənsub olan tikili Şirvan-Böyükçöl 500-lük magistral neft kəməri mühafizə zonasında yerləşir. Bəxtiyar aktlar yazılanda özünü gəlib Təhlükəsizlik İdarəsinə təqdim edib. Lakin, cavabdeh tikilinin sahibi kimi təqdim edib. X2 ortaya çıxdı. Eyni zamanda orada çəkilişlər var, Bəxtiyar özünü tikilinin sahibi kimi təqdim edib. Binəqədi Rayon Məhkəməsinin hakimi düzgün mövqe göstərməyib. Sənəd ortada varsa, həmin tikiliyə də aid olmalıdır və koordinatlar üst-üstə düşməlidir. O hesab edir ki, bu iş üzrə yenidən ekspertiza təyin edilməlidir. Koordinat üzrə mövqe yenə də dəqiqləşdirilsin. Çünki, koordinat düzgün verilməyib, bəlkə də orada özləri iştirak etməyib. Zemfira xanımı onlar görməyiblər, onlar Bəxtiyarı görürlər. Necə olur ki, Zemfira xanımın sənədi ilə məhkəmə qərar verə bilər. Bəxtiyarın koordinatı var, amma X1 ortaya gəlir, bu necə ola bilər. Üçüncü şəxs kimi işə xanım cəlb edilməlidir. Bu necə olur ki, Zemfiranın adına çıxarış verilir, amma Bəxtiyarın da koordinatları da oraya düşür. Sənəd var, mütəxəssis rəyi var. Strateji əhəmiyyətli obyektlər var ki, onların təhlükəsizliyini düşünməlidirlər. Onlar çıxarışı yox, təhlükəsizliyi mübahisələndirirlər. Bu yaxınlarda "Azneft" İB-də qəza oldu, oradakı vəziyyət çox pis idi. X4 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməsini istəyirlər. 2 ekspertiza rəyində də mühafizə sonasına daxil olması qeyd edilmişdir. Koordinatlar da Bəxtiyarı göstərir. Tikillinin Bəxtiyara aid olması ilə bağlı mütəxəssis rəyi də var.
12. İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı nümayəndəsi Nümayəndə da apellyasiya şikayətini müdafiət etdiyini bildirir.
13. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq cavabdeh və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslərin nümayəndələri məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası cavabdeh və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslərin nümayəndələri üzrlü səbəb barədə hər hansı sübut təqdim etmədiyini nəzərə alaraq işə cavabdeh və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslərin nümayəndələrinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.
14. Tətbiq edilən hüquq normaları:
Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 50.3. İddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Maddə 54.1. İddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun. Maddə 54.2. İddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır.
Apellyasiya baxışının hədləri
15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
16. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
17. Hazırki halda iddiaçının apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyi üçün kollegiya qətnamənin əsaslılığını tam yoxlayır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
18. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
19. Belə ki, iddiaçı hazırkı iddiasında SOCAR-ın Neft Kəmərləri İdarəsinin istismarında olan Şirvan-Böyükşor DŞ-500 mm-lik magistral neft kəmərinin 114-cü km-də, kəmərdən təqribən 18 metr aralı məsafədə, kəmərə paralel 1-ci sırada kəmərin mühafizə zonası daxilində, Binəqədi rayonu, Xocəsən qəsəbəsi ünvanında Cavabdeh tərəfindən qanunsuz inşa edilmiş hasar və digər tikililərin cavabdehin hesabına sökülərək ərazidən çıxarılmasını xahiş etmişdir.
20. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi təmin edilməmiş, ona istinad edilmişdir ki, eyni zamanda aparılmış ekspertiza tədqiqatı zamanı müəyyən edilmişdir ki, həm əvvəlki tikili(hansı ki daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır), həm də iddiaçının sökülməsini tələb etdiyi tikili(hansı ki 2020-ci ildə iddiaçının nümayəndələri tikinti işlərinin aparıldığını müəyyən etmişlər) X3 mülkiyyətində olan qeyri-yaşayış binasının texniki sənədlərində göstərilən torpaq sahəsinin daxilində yerləşir. Bu baxımdan məhkəmə o qənaətə gəlir ki, iddia cavab verməli olmayan şəxsə qarşı yönəlmişdir və bu səbəbdən də iddiaçının tələbi əsassızdır. Bununla yanaşı sökülməsi tələb olunan tikiliyə bitişik olan bina daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdırsa, üstəlik həmin tikili də magistral neft kəmərinin mühafizə zonasında yerləşirsə, yenidən əsl cavabdehə qarşı iddia qaldırıldığı halda həmin məqamlar iddiaçı tərəfindən nəzərə alınmalıdır.
21. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, işə birinci instansiya məhkəməsində baxılması zamanı Şirvan-Böyükşor DŞ-500 mm-lik magistral neft kəmərinin 114-cü km-də, kəmərdən təqribən 18 metr aralı məsafədə, kəmərə paralel 1-ci sırada Cavabdeh məxsus olduğu iddia edilən tikili magistral neft kəmərin mühafizə zonasında yerləşib yerləşməməsinin, cavabdehə məxsus olduğu iddia edilən tikilinin yerləşdiyi torpaq sahəsi təyinatına görə hansı kateqoriya torpaqlara aiddir və kimin mülkiyyətində olmasının, cavabdehə məxsus olduğu iddia edilən tikilinin yerləşdiyi torpaq sahəsinin X5 məxsus ünvan 5 ünvanında yerləşən (daşınmaz əmlakın reyestr nömrəsi: **********02-06301) tikilinin texniki sənədlərində müəyyən edilmiş cizgi daxilində yerləşməsi, yerləşmirsə mübahisə edilən torpaq sahəsinin kimə məxsus olmasının müəyyən edilməsi məqsədilə mülki iş üzrə məhkəmə tikinti – texniki ekspertizası təyin edilmişdir.
22. Ekspert tədqiqatı nəticəsində verilmiş rəydən görünür ki, Cavabdeh məxsus olduğu iddia edilən tikili Şirvan-Böyükşor DŞ-500 mm-lik magistral neft kəmərinin mühafizə zonasında yerləşir. Cavabdehin istifadəsində olan torpaq sahəsi dövlət mülkiyyətindədir. Cavabdehə məxsus olduğu iddia edilən tikilinin yerləşdiyi torpaq sahəsi X5 məxsus ünvan 6 ünvanında yerləşən (daşınmaz əmlakın reyestr nömrəsi **********02-06301) tikilinin texniki sənədlərdə müəyyən edilmiş cizgi daxilində yerləşir.
23. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməməsi ilə bağlı düzgün qənaətə gəlmişdir.
24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir.
25. Kollegiyanın qənaətinə görə, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.
26. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
27. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu apellyatora aid edilməlidir.
28. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-95/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatora aid olunsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Cəmilə Musayeva Fuad Babayev