Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4823/2023 04.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 Bakı şəhəri 53 saylı Notariat Ofisinə və Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏTNAMƏ İş № 2(103)-4823/2023 (Açar sözlər: müqavilələrin etibarsızlığı) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), X5 və X2 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi, İddiaçının nümayəndəsi-vəkili Nümayəndə, Cavabdeh3 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Bakı şəhəri 53 saylı Notariat Ofisinə və Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağışlama, alqı-satqı müqaviləsinin ləğv edilməsi, müqavilələrin nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 08 may 2023-cü il tarixli e-2(0011)-716/2023 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə 04 oktyabr 2023-cü il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçın və Cavabdeh4 xx.xx.2004-cü il tarixdə rəsmi nikaha daxil olmuşdurlar, birgə nikahdan iki uşaqları vardır, Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(011)- 259/2021 saylı qətnaməsi ilə onlar arasındakı nikah pozulmuşdur,
2. Mübahisəli Bakı şəhəri, Xətai rayonu, İlqar Zülfüqarov küçəsi, ev 17, 19, 21, mənzil 35 (yeni qaydalarla: ünvan 2 mənzil xüsusi mülkiyyət hüququ üzrə tam payla Cavabdeh4 adına xx.xx.2020-ci il tarixdə dövlət reyestrində qeydiyyata alınmışdır
3. Xətai Rayon Məhkəməsinin 2(011)-519/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə həmin mənzilin üzərində 1/2 hissədə iddiaçı X3 və 1/2 hissədə Cavabdeh4 paylarının müəyyən edilməsi qət edilmişdir, qətnamə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-11289/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi və Ali Məhkəmənin xx.xx.2022-ci il tarixli 2(102)-2662/2022 saylı Qərarı ilə həmin hissədə qüvvədə saxlanmışdır.
4. Cavabdeh4 xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən, mübahisəli mənzili arvadı - Cavabdeh5 bağışlamışdır
5. Cavabdeh5 xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən mənzili Cavabdeh3 141716,75 manat məbləğinə satmışdır, mənzil xx.xx.2022-ci il tarixdən xüsusi mülkiyyət hüququ üzrə tam payla Cavabdeh3 adına dövlət reyestrində qeydiyyata alınmışdır
İş üzrə qəbul edilmiş məhkəmə aktları
a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Xətai rayonu, İlqar Zülfüqarov küçəsi, ev 17, 19, 21, 35 saylı mənzilin bağışlanmasına dair xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, 53 saylı Notariat Kontorunda 4Ə1847 reyestr nömrəsi ilə qeydiyyata alınmış bağışlama və xx.xx.2022-ci il tarixli 4Ə-2099 reyestr nömrə ilə qeydiyyata alınmış alqı-satqı müqaviləsinın ləğv edilməsi, həmin müqavilələrin daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatının ləğv edilməsi və həmin qeydiyyat əsasında mülki iş üzrə Cavabdeh3 verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. İddiaçının nümayəndəsi və vəkili xx.xx.2023-cü il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Bakı şəhəri, Xətai rayonu, İlqar Zülfüqarov küçəsi, ev 17, 19, 21, mənzil 35 bağışlanmasına dair xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, 53 saylı Notariat Kontorunda 4Ə-1847 reyestr nömrəsi ilə qeydiyyata alınmış bağışlama və xx.xx.2022-ci il tarixli 4Ə-2099 reyestr nömrə ilə qeydiyyata alınmış alqı-satqı müqaviləsinın etibarsız hesab edilməsi, həmin müqavilələrin daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatının ləğv edilməsi və həmin qeydiyyat əsasında verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışların ləğv edilməsi, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun Cavabdeh4 tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlərdən Cavabdeh4 ilə İddiaçı rəsmi nikahda olmuşlar, məhkəmə qətnaməsi ilə tərəflər arasında olmuş nikah pozulmuşdur, daha sonra iddiaçı birgə nikah dövründə əldə edilmiş əmlakların bölünməsinə dair iddia ərizəsi ilə Xətai Rayon Məhkəməsinə müraciət etmişdir, Xətai Rayon Məhkəməsinin 2(011)-519/2021 nömrəli, 27 iyul 2021-ci il tarixli qətnaməsi ilə ilk iddia qismən təmin edilmiş, Cavabdeh4 "xxxx" MMC-yə ünvanladığı və 2 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisində notariat qaydasında təsdiq olunmuş xx.xx.2020-ci il tarixli, 8İ-5272 reyestr nömrəli, xx.xx.2020-ci il tarixli, 8İ-5270 reyestr nömrəli, xx.xx.2020ci il tarixli, 8İ-5269 reyestr nömrəli və xx.xx.2020-ci il tarixli, 8İ-5271 reyestr nömrəli ərizələr, cavabdehlər Cavabdeh4 ilə "xxxx" MMC arasında xx.xx.2020-ci il tarixində bağlanmış xx.xx.2014-cü il tarixli, 52 saylı, xx.xx.2013-cü il tarixli, 28 saylı, xx.xx.2013-cü il tarixli, 29 saylı və xx.xx.2014-cü il tarixli, 30 saylı müqavilələrin ləğv olunması haqqında saziş, cavabdehlər "xxxx" MMC və X6 arasında bağlanmış, Bakı şəhəri, Xətai rayonu, İ.Zülfüqarov küçəsi, məhəllə 2942a, 26 saylı mənzilə dair xx.xx.2020-ci il tarixli, 52 saylı, Bakı şəhəri, Xətai rayonu, İ.Zülfüqarov küçəsi, məhəllə 2942a, 27 saylı mənzilə dair xx.xx.2020-ci il tarixli, 28 nömrəli, Bakı şəhəri, Xətai rayonu, İ.Zülfüqarov küçəsi, məhəllə 2942a, 28 saylı mənzilə dair xx.xx.2020-ci il tarixli, 29 saylı və Bakı şəhəri, Xətai rayonu, İ.Zülfüqarov küçəsi, məhəllə 2942a, 29 saylı mənzilə dair xx.xx.2020-ci il tarixli, 30 nömrəli “Mənzil alqı və satqısı haqqında” müqavilələr, cavabdeh "xxxx" MTK-nın üzvlərinin 09 nömrəli, xx.xx.2020-ci il tarixli Ümumi iclasının qərarlarının (protokolları) etibarsız edilmiş və həmin qərarlar əsasında cavabdeh X6 adına Bakı şəhəri, Xətai rayonu, İ.Zülfüqarov küçəsi, məhəllə 2942a, 26, 27, 28 və 29 saylı mənzillər üzrə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş çıxarışların ləğv edilməsi, Bakı şəhəri, Xətai rayonu, İ.Zülfüqarov küçəsi, məhəllə 2942a, 26 saylı mənzilin, Bakı şəhəri, Xətai rayonu, İ.Zülfüqarov küçəsi, məhəllə 2942a, 27 saylı mənzilin, Bakı şəhəri, Xətai rayonu, İ.Zülfüqarov küçəsi, məhəllə 2942a, 28 saylı mənzilin, Bakı şəhəri, Xətai rayonu, İ.Zülfüqarov küçəsi, məhəllə 2942a, 29 saylımənzilin, Bakı şəhəri, Xətai rayonu, İlqar Zülfüqarov küçəsi, ev 17, 19, 21, 35 saylı mənzilin üzərində 1/2 hissədə iddiaçı X3 və 1/2 hissədə Cavabdeh4 paylarının müəyyən edilməsi, “Mersedes Benz E220 CDİ” markalı, **-OD-*** dövlət qeydiyyat nişanlı (əvvəlki 90-MM447) avtomobilə dair cavabdehlər Cavabdeh4 və X9 arasında bağlanmış xx.xx.2020-ci il tarixlialqısatqımüqaviləsinin etibarsız hesab edilməsi,“Kia Mohave” markalı, **-KH-*** dövlət qeydiyyat nişanlı və “Mersedes Benz E220 CDİ” markalı, **-OD-*** dövlət qeydiyyat nişanlı (əvvəlki 90- MM447) avtomobillərin üzərində 1/2 hissədə iddiaçı X3 və 1/2 hissədə Cavabdeh4 paylarının müəyyən edilməsi, ilkin iddia tələbinin qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddia tələbinin təmin edilərək, "Ford Focus" markalı **-CC-*** dövlət nömrə nişanlı avtomobilin üzərində 1/2 hissədə iddiaçı Cavabdeh4 və 1/2 hissədə cavabdeh X3 paylarının müəyyən edilməsi, ilkin iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumunun iddiaçı X4, qarşılıqlı iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumunun iddiaçı Cavabdeh4 aid edilməsi qət edilmişdir. (hakim Sərdar Mehrəliyev). Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-11289/2021 nömrəli, 10 dekabr 2021ci il tarixli qətnaməsi ilə ilkin iddia üzrə Cavabdeh4 və X9 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri qismən təmin edilmiş, Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi qismən,“Mersedes Benz E220 CDİ” markalı, **-OD-*** dövlət qeydiyyat nişanlı (əvvəlki **-MM-***) avtomobilə dair cavabdehlər Cavabdeh4 və X9 arasında bağlanmış xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və 1/2 hissədə iddiaçı X3 və 1/2 hissədə Cavabdeh4 paylarının müəyyən edilməsi hissəsində ləğv edilmiş, ilkin iddia həmin hissədə qismən təmin edilmiş,“Mersedes Benz E220 CDİ” markalı, 99-OD790 dövlət qeydiyyat nişanlı (əvvəlki **-MM-***) avtomobilə dair cavabdehlər Cavabdeh4 və X9 arasında bağlanmış xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsindən əldə edilmiş 40000 manat pulun 1/2 hissəsi, yəni 20.000 manatın ilkin iddia üzrə Cavabdeh4 alınaraq ilkin iddia üzrə iddiaçı X3 xeyrinə tutulması, cavabdeh X7 tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-2662/2022 saylı mülki iş üzrə xx.xx.2022-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin qeyd edilən qətnaməsi dəyişdirilmədən saxlanılmışdır, qanuni qüvvəsini almış məhkəmə qətnaməsi icra üçün cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə göndərilmişdir, icra sənədinin icrası zamanı iddiaçının ½ hissədə mülkiyyət hüququ tanınmış Bakı şəhəri, Xətai rayonu, İlqar Zülfüqarov küçəsi, ev 17, 19, 21, 35 saylı mənzilin Cavabdeh4 tərəfindən xx.xx.2022ci il tarixli 4Ə-1847 saylı bağışlama müqaviləsi əsasında Cavabdeh5 bağışlandığı, daha sonra isə mənzilin Cavabdeh5 ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2022-ci il tarixli 4Ə-2099 saylı alqısatqı müqaviləsi əsasında sonuncuya satıldığı aydın olmuşdur, iş üzrə sonuncu məhkəmə qərarının xx.xx.2022-ci il tarixdə qəbul edilməsinə və cavabdehlərdən Cavabdeh4 əmlaklara ½ hissədə iddiaçının mülkiyyət hüquqlarının tanınması barədə məlumatı olmasına baxmayaraq o, əmlakı əldən çıxartmaq üçün mənzili həyat yoldaşı olan, cavabdehlərdən Cavabdeh5 bağışlamışdır.
9. Məhkəmə iclasında Cavabdeh3 iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, özünə mənzil almaq istəmişdir, müxtəlif ev satışına aid saytlardan ev axtarmağa başlamış, “Bina.az” saytında mübahisəli mənzil qarşısına çıxmışdır, elandakı şərtlər onu qane etdiyi üçün orada qeyd edilmiş nömrə ilə əlaqə saxlamışdır, bir neçə gündən sonra mənzilə baxmış, mənzil xoşuna gəlmişdir, qiymətdə də razılığa gələrək həmin mənzili 53 saylı notariusda 29 iyul 2022-ci il tarixli daşınmaz əmlakın alqı satqı müqaviləsi əsasında 141.716 manata satın almışdır, mənzilin mülkiyyətçisi Cavabdeh5 adlı xanım olmuşdur, alqı-satqıdan sonra mənzil ona təhvil verilmişdir, ona mülkiyyət hüququ ilə bağlı dövlət reyestrindən çıxarış da verilmişdir, mənzili alan zaman, nə notariatda olan zaman, nə də alqı-satqıdan sonra mənzilə dair çıxarış aldıqdan sonra mənzilin yüklü olması və ya özgəninkiləşdirilməsinə dair hər hansı qadağa olmamışdır, mənzili alanda kifayət qədər çox pul ödəmişdir, əgər belə bir problem olsa idi, bunu bilsə idi, əlbəttə ki mənzili almaqdan imtina edərdi, mənzili həmin zaman real qiymətinə uyğun satın almışdır, özü vicdanlı alıcıdır, özü ilə Cavabdeh5 arasında bağlanmış olan müqavilə üzrə hər iki tərəf öhdəliyini yerinə yetirmişdir, mənzil ona təhvil verilmiş, o da mənzilin pulunu ödəyərək təhvil almışdır, mənzil hazırda reyestrdən verilmiş çıxarışa əsasən da öz mülkiyyətindədir. Sonda Cavabdeh3 iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi.
10. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(0011)-716/2023 nömrəli, 08 may 2023-cü il tarixli qətnaməsi ilə (hakim Şəhriyar Əliyev) iddia tələbi rədd edilmişdir.
11. Məhkəmə gəldiyi nəticəni, Mülki Məcəllənin 140, 148.2, 149.2, 225.6, 337-ci maddələrinə, Mülki Prosessual Məcəllənin14.2, 77.1, 82.3, 107. 119.1, 124.2, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
a) Apellyasiya şikayətinin dəlilləri
12. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
13. Apellyasiya şikayətini iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırılmış və əlavə olaraq göstərmişdir ki, məhkəmə tərəfindən iş üçün əhəmiyyətli olan bütün hallar araşdırılaraq aydınlaşdırılsa da, qətnamə ilə səhv nəticəyə gəlinmişdir. Belə ki, iş materiallarında olan sübutlarla Cavabdeh4 xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən, mübahisəli mənzili arvadı-Cavabdeh5 bağışladığı, sonuncu xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən mənzli Cavabdeh3 141.716,75 manat məbləğinə satması müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi qətnaməsində “mübahisəli mənzilə dair müqavilələrin etibarsızlığına əsas verən, habelə Cavabdeh3 vicdanlı alıcı olmasını istisna edən hallar məhkəmə tərafindən müəyyən olunmadığını müəyyən etsə də, birincisi alqı-satqı müqaviləsindən əvvəl Cavabdeh4 Eyyub oğlunun birgə nikahda əldə edilmiş və məhkəmə qərarları ilə bölünmüş mənzilin qanunsuz olaraq öz yeni həyat yoldaşının adına formal olaraq keçirməsi və bununla da hamin əmlaka N.Mammadovanın yaranmış hüquqlarını pozmasını nəzərə almamışdır. Digər tərəfdən, birinci instansiya məhkəməsi araşdırması zamanı Hənifəyevin öz etirafları ilə mənzilin ilkin qiymətinin taxminən 20.000 manat artıq olmasını, lakin Cavabdeh4 təcili pui lazım olduğu üçün mənzili dəyərindən daha aşağı satdığı müəyyən edilmişdir. İş üzrə həmçinin, digər sübütlarla da mənzilin dəyərinin daha yuxarı olması müəyyən edilmişdir. Lakin bütün bunlara baxmayaraq işə baxan birinci instansiya məhkəməsi həmin hallara qiymət verməmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Apellyasiya şikayətinə etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
15. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili apellyasiya şikayətinin dəlillərini müdafiə edərək apellyasiya şikayətinin dəlillərinə uyğun məzmunda ifadə verərək göstərdi ki, birinci instansiya məhkəməsində Cavabdeh3 özü də mübahisə edilən mənzilin dəyərinin 141 min manat məbləğində olmadığını, mənzilin dəyərinin təxmini 160 min neçə manat dəyərində olduğunu qeyd etmişdir. Həmçinin, Cavabdeh3 mənzilin dəyərinin nağd ödədiyinə görə təxmini evin qiymətində 20 min manat endirim olduğunu bildirmişdir. Daha öncə mənzildə iddiaçının cehizləri olub. İddiaçının cehizlərini ona xəbər vermədən cavabdehlər qaraja yığmış və digər Cavabdeh3 mənzili təhvil vermişlər. Hesab edirlər ki, həm alqı-satqı müqaviləsi, həm bağışlama müqaviləsi etibarsızdır. Düşünür ki, bağışlama müqaviləsi uydurma əqddir, formal olaraq görünüş üçün bağlanmışdır. Belə ki, Cavabdeh4 keçmiş həyat yoldaşı İddiaçıla birgə nikah dövründə əldə etdiyi, daha sonra məhkəmə qətnaməsi ilə keçmiş ər-arvadın payları müəyyən edilmiş əmlakı bilə-bilə yeni həyat yoldaşı Cavabdeh5 bağışlamış, alqı-satqı etmişdir. Bundan əlavə qeyd edir ki, bağışlama, alqı-satqı müqaviləsi bağlanan zaman mübahisə edilən mənzilin faktiki qiyməti ilə bağlı birinci instansiya məhkəməsinə 2 müvafiq arayış təqdim etmişlər.
16. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh3 izahat verərək göstərdi ki, Lökbatanda evi var idi, məqsədi onu satıb, yeni ev almaq idi, 3 aydan çox müddətə ev axtarışında olmuşdur. Evi “bina.az” saytından tapmışdır. Axşam vaxtı o, yeznəsiylə birgə Cavabdeh4la görüşmüş, evi şəxsən özü təqdim etmişdir. Cavabdeh4 özü nömrəsini elana yerləşdirmişdi, bundan əlavə makler də həmin evə dair elan yerləşdirsə də, həmin evin qiymətinə əlavə pul da qoymuşdu deyə Cavabdeh4 yerləşdirdiyi elandakı nömrəylə əlaqə saxlamışdır. Onlar Cavabdeh4la görüşüb-danışanda onlara mənzilin dəyərinin son qiymət 160 min manat demişdir. Həmçinin, ona evin 145 min manata içindəki əşyalarsız ipoteka ilə almaq istəyən alıcıların olduğunu, həmin alıcıların Cavabdeh4 xoş gəlmədiyini bildirmişdir. Daha sonra səhhətində problem var idi və Cavabdeh4 yeznəsiylə əlaqə saxlamışdır ki, “əgər mənzili nağd alırsızsa 145 min manata verərəm”. Son olaraq isə bütün əşyaları evdən götürülməsi və onun öhdəsinə düşən bütün notarial xərcləri də qarşılanacağı təqdirdə 140 min manata razılaşmışlar- yəni bu söhbət yeznəsiylə Cavabdeh4 arasında olub, daha sonra yeznəsi onunla əlaqə saxlamışdır ki, bu təkliflə razılıq əldə edilmişdir. Bakı şəhəri 53 saylı notariat ofisində alqı-satqı müqaviləsi bağlanmışdır. O, evə ilk daxil olduğu gündən orada Cavabdeh4 hayat yoldaşı və övladı olub. Sonradan bilmişdir ki, Cavabdeh4 ikinci həyat yoldaşı və həmin xanımdan olan övladı imiş.
17. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq digər fiziki şəxs olan cavabdehlər məhkəmə iclasına gəlməmişlər, hüquqi şəxs olan cavabdehlər isə nümayəndələrinin iştirakını təmin etməmişlər. Bakı şəhəri 53 saylı Notariat Ofisi məhkəməyə ərizə göndərərək işə nümayəndələrinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası işə gəlməyən tərəflərin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi
18. Maddə 140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.
19. Maddə 148.2. Daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir. 20.Maddə 152.1. Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istə diyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
21. Maddə 182.1. Əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmalıdır.
22. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
23. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə, əqd bağlandığı andan etibarsızdır.
24. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.
25. Maddə 340.1. Uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
26. Maddə 14.2 məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
27. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
28. Maddə 372.6. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
29. Maddə 384.0.2 qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
30. Maddə 385. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
Apellyasiya baxışının hədləri
31. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
32. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
33. Hazırki halda qətnamə iddiaçı tərəfindən tam mübahisələndirilərək ləğv edilməsi və iddia tələbinin təmin edilməsi xahiş edildiyindən qətnamə bütövlükdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
34. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilməli, iddia tələbi qismən təmin edilməlidir.
35. Kollegiya ilkin olaraq qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
36. Birinci instansiya məhkəməsi iddia tələbini rədd edərkən qənaətini onunla əsaslandırmışdır ki, mübahisəli mənzil alqı-satqı müqaviləsinə əsasən xx.xx.2022-ci il tarixdən Cavabdeh3 adına rəsmi dövlət reyestrində qeydə alınmış, onun vicdanlı alıcı olmasını istisna edən hallara dair sübutlar (əmlaka dair başqa şəxslərin hüquqlarından xəbərinin olması, əqdin legitimsizliyi barədə şübhəsinin olması və s.) iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmiş, belə hallar məhkəmə tərəfindən də müəyyən olunmamışdır və belə olan halda müqavilələrin ləğv edilməsi vicdanlı alıcı Cavabdeh3 mənzilə dair qanuni əsaslarla yaranmış mülkiyyət hüququnu əhəmiyyətsiz etməklə, öz növbəsində onun Konstitusiyanın 29 və 60-cı maddələrində təsbit olunmuş hüquqlarının pozulmasına gətirib çıxara bilər. Belə ki, mülki qanunvericiliyə əsasən, əgər mülkiyyətçi tərəfindən alğı-satqı müqaviləsinin və onun alıcı üçün verilmiş əmlakının geri qaytarılması formasında doğurduğu nəticələrin etibarsız sayılması haqqında iddia irəli sürülürsə və bu cür mübahisəyə baxılan zaman məhkəmə tərəfindən alıcının vicdanlı sahib olduğu müəyyən edilirsə, iddianın təmin olunmasından imtina edilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış mübahisəli müqavilənin etibarsızlığına əsas verən, habelə Cavabdeh3 vicdanlı alıcı olmasını istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadığından, reyestrin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası nəzərə alınmalı və iddia tələbi təmin edilməməlidir.
37. Məhkəmə, həmçinin, qənaətini onunla əsaslandırmışdır ki, birgə mülkiyyət kimi tanınmış əmlakın özgəninkiləşdirilməsi iddiaçının hüququnun pozulması kimi qəbul edilsə belə, bu pozuntu mübahisəli mənzili vicdanla əldə etmiş şəxsin hüquqlarının pozulması hesabına aradan qaldırıla bilməz və iddiaçı, vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı cavabdehə qarşı ümumi qaydada tələb irəli sürmək hüququna sahibdir.
38. Məhkəmə kollegiyası birinci insansiya məhkəməsinin bağışlama müqaviləsinin etibarsız hesab edilməsi hissəsində iddianın rədd edilməsi barədə gəldiyi nəticə ilə razılaşmamaqla qətnaməni həmin hissədə qanuni və əsaslı hesab etmir.
39. Belə ki, birinci instansiya məhkəməsi iddia tələbini bağışlama müqaviləsinin etibarsız hesab edilməsi hissəsində rədd edərəkən iş üzrə lazımi araşdırma aparmamış, hədiyyə verən Cavabdeh4 və hədiyyə alan Cavabdeh5 arasında bağlanmış 30 iyun 2022ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin qanuni hesab edilməsi nəticəsinə gəlmiş olsa da, daşınmaz əmlakın bağışlanması müqaviləsinin qanuni (etibarlı) olubolmamasını araşdırmamışdır.
40. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası DƏDRX tərəfindən verilmiş Çıxarışdan görünür ki, ümumi sahəsi 106,3 kv.m olan Bakı şəhəri, Xətai rayonu, İlqar Zülfüqarov küçəsi, ev 17, 19, 21, mənzil 35 (Yeni qaydalarla: ünvan 2 xüsusi mülkiyyət hüququ üzrə tam payla Cavabdeh4 adına xx.xx.2020-ci il tarixdən qeydiyyata alınmışdır.
41. Hədiyyə verən Cavabdeh4 və hədiyyə alan Cavabdeh5 arasında bağlanmış 30 iyun 2022-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, İlqar Zülfüqarov küçəsi, ev 17, 19, 21, mənzil 35 (Yeni qaydalarla: ünvan 2 ünvanında yerləşən mənzil sonuncunun mülkiyyətinə verilmişdir.
42. Azərbaycan Respublikası DƏDRX tərəfindən verilmiş elektron Çıxarışdan görünür ki, ümumi sahəsi 106,3 kv.m olan Bakı şəhəri, Xətai rayonu, İlqar Zülfüqarov küçəsi, ev 17, 19, 21, mənzil 35 (Yeni qaydalarla: ünvan 2 xüsusi mülkiyyət hüququ üzrə tam payla Cavabdeh5 adına xx.xx.2022-ci il tarixdən qeydiyyata alınmışdır.
43. Satıcı Cavabdeh5 və alıcı Cavabdeh3 arasında bağlanmış 29 iyul 2022-ci il tarixli daşınmaz əmlakın alqı satqı müqaviləsinin surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, İlqar Zülfüqarov küçəsi, ev 17, 19, 21, mənzil 35 (Yeni qaydalarla: ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 106,3 kv/m olan mənzil tam mülkiyyət üzrə sonuncuya 141.716,75 manat məbləğə satılmışdır. 29 iyul 2022-ci il tarixli xəzinə mədaxil orderinin surətindən görünür ki, Cavabdeh3 alqı-satqı müqaviləsinə əsasən 141.716,75 manat "xxxx" ASC-nin hesabına ödənilmişdir.
44. Azərbaycan Respublikası DƏDRX tərəfindən verilmiş elektron Çıxarışdan görünür ki, ümumi sahəsi 106,30 kv.m olan Bakı şəhəri, Xətai rayonu, İlqar Zülfüqarov küçəsi, ev 17, 19, 21, 35 saylı (Yeni qaydalarla: ünvan 2 xüsusi mülkiyyət hüququ üzrə tam payla Cavabdeh3 adına xx.xx.2022-ci il tarixdən qeydiyyata alınmışdır.
45. İş materiallarından görünür ki, "xxxx" ASC və Cavabdeh3 arasında 01 noyabr 2022-ci il tarixdə İlqar Zülfüqarov küçəsi ev 17, mənzil 35 ünvanı üzrə “su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair əhali qrupuna aid olan fiziki şəxslərlə bağlanan” müqavilə bağlanmışdır.
46. 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən vəkil bürosuna ünvanlanmış xx.xx.2022-ci il tarixli **********79 saylı məktubdan görünür ki, ünvan 4 ünvanda yerləşən 35 saylı mənzil Cavabdeh4 tərəfindən xx.xx.2022-ci il tarixli 4Ə-1847 reyestr nömrəli bağışlama müqaviləsi əsasında Cavabdeh5 adına özgəninkiləşdirilmişdir. Sonradan mənzil Cavabdeh5 ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2022-ci il tarixli 4Ə-2099 reyestr nömrəli alqı-satqı müqaviləsi əsasında Cavabdeh3 adına özgəninkiləşdirilmiş və hazırda onun mülkiyyətindədir. Qeyd olunan səbəbdən Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(103)-11289/2021 saylı icra vərəqəsinin icrası mümkün olmamışdır.
47. İş materialları ilə müəyyən olunur ki, mübahisəli Bakı şəhəri, Xətai rayonu, İlqar Zülfüqarov küçəsi, ev 17, 19, 21, mənzil 35 (yeni qaydalarla: ünvan 2 mənzil xüsusi mülkiyyət hüququ üzrə tam payla Cavabdeh4 adına xx.xx.2020-ci il tarixdə dövlət reyestrində qeydiyyata alınmışdır, Xətai Rayon Məhkəməsinin 2(011)-519/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə həmin mənzilin üzərində ½ hissədə iddiaçı X3 və ½ hissədə Cavabdeh4 paylarının müəyyən edilməsi qət edilmişdir, qətnamə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-11289/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi və Ali Məhkəmənin xx.xx.2022-ci il tarixli 2(102)-2662/2022 saylı Qərarı ilə həmin hissədə qüvvədə saxlanmışdır.
48. Göründüyü kimi iş üzrə Cavabdeh4 birgə nikah dövründə əldə edilmiş birgə mülkiyyət olan və Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddiaçı X3 ½ hissədə payı müəyyən edilmiş Bakı şəhəri, Xətai rayonu, İlqar Zülfüqarov küçəsi, ev 17, 19, 21, mənzil 35 (yeni qaydalarla: ünvan 2 qanuni əsas olmadan, formal olaraq yeni həyat yoldaşı Cavabdeh5 bağışlamışdır.
49. Məhkəmə kollegiyası qeyd edir ki, əqdin etibarsız sayılması üçün mövcud olan hallar əqdin tərəflərinə münasibətdə mövcud olmalıdır. Yəni, əqdin etibarsızlığı halını əqdin bütün tərəfləri əvvəlcədən bilməli və buna baxmayaraq, onlar əqdi bağlamalıdırlar. Hazırkı iş üzrə Cavabdeh4 yeni həyat yoldaşına bağışladığı mənzilin keçmiş həyat yoldaşı ilə birgə mülkiyyətində olduğunu və məhkəmə qətnaməsi ilə ½ payı müəyyən olduğunu bildiyi halda uydurma əqd olaraq bağışlama müqaviləsini bağlamışdır.
50. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh4 qanuni əsas olmadan, birgə nikah dövründə əldə edilmiş, birgə mülkiyyət olan və Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddiaçı X3 ½ hissədə payı müəyyən edilmiş Bakı şəhəri, Xətai rayonu, İlqar Zülfüqarov küçəsi, ev 17, 19, 21, mənzil 35 (yeni qaydalarla: ünvan 2, formal olaraq yeni həyat yoldaşı Cavabdeh5 bağışlamaqla, iddiaçı X3 hüquqlarını pozduğundan 30 iyun 2022-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsi etibarsız hesab olunmalıdır.
51. Bununla yanaşı, məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh3 vicdanlı alıcı hesab etməklə, satıcı Cavabdeh5 və alıcı Cavabdeh3 arasında bağlanmış 29 iyul 2022-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqavilənin daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatının ləğv edilməsi və həmin qeydiyyat əsasında verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın ləğv edilməsi barədə iddia tələbi rədd etməkdə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir.
52. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
53. Daşınmaz əmlakı vicdanlı əldə edən şəxslərin hüquqlarını qoruyan əsas norma kimi Mülki Məcəllənin 140-cı maddəsi çıxış edir. Həmin normaya müvafiq olaraq isə daşınmaz əmlakı əldə edən şəxs o zaman vicdanlı sayıla bilər ki, həmin əmlak onu özgəninkiləşdirən şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış olsun, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməsin və bu qeydə dair etiraz reyestrə daxil edilməsin və ya əldə edən şəxs qeydin qeyri-dəqiq olduğunu bilməsin.
53. Mülki Məcəllənin 140-cı maddəsi, eləcə də “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun) 16.6-cı maddəsində dövlət reyestrinin açıqlığı prinsipindən irəli gələrək daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası öz əksini tapmışdır. Belə ki, reyestrin məzmununun qeyridəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.
54. Dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası dövlət orqanının həyata keçirdiyi reyestrə ictimai inam və hüquqi etimadın təmin edilməsi məqsədi daşıyır.
55. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2-ci maddəsinə görə, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Mülki Məcəlləyə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Belə hüquqi akta ictimai güvənin və etimadın təmin edilməsi üçün daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası qəbul edilmişdir. Bu prezumpsiyaya əsasən, dövlət orqanının həyata keçirdiyi reyestrə və verdiyi hüquqi aktın məzmununa inanaraq əşya üzərində hüquqlar əldə edən vicdanlı üçüncü şəxslərin hüquqları dövlət tərəfindən qorunur (Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə 2018-ci il 18 iyul tarixli Qərarı).
56. Göründüyü kimi, Mülki Məcəllənin 140-cı maddəsində də əqdin həqiqi sayılması üçün əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bilməməsi əsas şərtdir. Başqa sözlə, əqd o vaxt həqiqi sayılmır ki, bu qeydə dair etiraz reyestrə daxil edilmiş olsun və ya əldə edən şəxs qeydin qeyri-dəqiq olmasını bilmiş olsun.
57. Hazırkı iş üzrə isə mübahisəli daşınmaz əmlak xx.xx.2022-ci il tarixli çıxarış ilə Cavabdeh5 adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış və xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsi bağlanarkən Cavabdeh5 adına olan qeydə dair etiraz reyestrə daxil edilməmişdir. Bu halda həmin əmlakı (ona dair hüquqları) əldə etmiş üçüncü şəxs vicdanlı əldə edəndir.
58. Eyni zamanda məhkəmə iclaslarında mənzilin Cavabdeh3 satılması zamanı müvafiq dövlət orqanları tərəfindən hər hansı bir qanun pozuntusuna yol verilməsi və onun vicdanlılığını istisna edən hər hansı bir hallar müəyyən olunmamışdır
59. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ayrı-ayrı işlər üzrə müxtəlif vaxtlarda qəbul etdiyi qərarlarda vicdanlı əldə edənin hüquqlarının qorunması, mülkiyyətçiyə nisbətdə onun daha üstün hüquqi mövqeyə çıxması və əqdin etibarsız sayılması haqqında iddia irəli sürüldükdə və bu cür mübahisəyə baxılan zaman məhkəmə tərəfindən alıcının vicdanlı sahib olduğu müəyyən edildiyi halda iddianın təmin olunmasından imtina edilməsi qeyd edilmişdir. (“S.İddiaçı şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 27 oktyabr 2004-cü il tarixli, “X1 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006- cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 08 may 2008-ci il tarixli və “H.Cəfərovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 6 fevral 2012-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 15 sentyabr 2014-cü il tarixli Qərarlar).
60. İşin hallarından, həmçinin, görünür ki, mənzil xüsusi mülkiyyət kimi hazırda Cavabdeh3 məxsusdur, həmin mənzildə o, ailəsi ilə birlikdə yaşayır.
61. Məhkəmə kollegiyası qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).
62. Həmçinin, məhkəmə kollegiyası iddiaçıya izah edir ki, o, mübahisə predmeti olan mənzilin özgəninkiləşdirilməsi nəticəsində ona vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı mənzilin bazar qiymətinə uyğun onun payına düşən hissəsini pul şəklində ona verilməsini ümumi qaydada tələb edə bilər.
63. Məhkəmə kollegiyası onu da vurğulamağı zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
64. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür.
65. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
66. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti qismən təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(0011)-716/2023 saylı iş üzrə 08 may 2023-cü il tarixli qətnaməsi qismən – “Bakı şəhəri, 53 saylı Notariat Kontorunda 4Ə1847 reyestr nömrəsi ilə qeydiyyata alınmış hədiyyə verən Cavabdeh4 və hədiyyə alan Cavabdeh5 arasında bağlanmış 30 iyun 2022-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi” barədə iddia tələbinin rədd edilməsi hissəsində ləğv edilsin. Həmin hissədə yeni qətnamə qəbul edilsin. İddia tələbi həmin hissədə təmin edilsin. Bakı şəhəri, 53 saylı Notariat Kontorunda 4Ə1847 reyestr nömrəsi ilə qeydiyyata alınmış hədiyyə verən Cavabdeh4 və hədiyyə alan Cavabdeh5 arasında bağlanmış 30 iyun 2022-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsi etibarsız hesab edilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği onu ödəmiş tərəfin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Günay Axundova