Məhkəmə qərarları › İş №2(103)-4832/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4832/2020

21.09.2020 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4832/2020 21.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Nağıyeva Aynur Valeh qızının katibliyi ilə, İddiaçı, onun nümayəndəsi Nümayəndə, nümayəndəsi və vəkili Seyidov İkram Möhlüd oğlunun, Cavabdeh1 iştirakı ilə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(007)-600/2020 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Bakı şəhəri 15 saylı notariat ofisinə, Cavabdeh4, Bakı şəhəri 23 saylı notariat ofisinə və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İ̇darəsinə qarşı iddia ərizəsi və iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək atası Baba Şıxəlı oğlundan miras qalmış əmlaka - ünvan 1 ünvanda yerləşən evə dair Bakı şəhəri 23 saylı notariat kontorunda (ofisində) xx xxxxxx 1991-ci il tarixdə, reyestrdə 1-11-70 nömrə ilə qeyd edilərək X2 adına verilmiş “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə'’nin etibarsız hesab edilməsi və ondan irəli gələn bütün hüquqi nəticələrin: Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və mülkiyyət hüquqlarının Qeydiyyatı idarəsindən 1991-ci il tarixdə X2 adına verilmiş (203 saylı reyestr kitabında 11329 səhifədə qeydiyyatı 30/3328) “Qeydiyyat Vəsiqəsi”-nin, 5 saylı notariat kontorunda xx xxxxxx 2011-ci il tarixdə, reyestrdə 2V-34 nömrə ilə qeyd edilərək cavabdehlər Cavabdeh1 və Cavabdeh4 adlarına verilmiş “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”-nin, 15 saylı notariat kontorunda xx xxxxxx 2011-ci il tarixdə cavabdehlər Cavabdeh1 və Cavabdeh4 arasında rəsmiləşdirilmiş, reyestrdə 3M № 28 ilə qeyd edilən miras payın bağışlama müqaviləsinin və Cavabdeh1 adına verilmiş seriya MA, nömrəsi ******* olan, ********** qeydiyyat nömrəli, xx.xx.2011-ci il qeydiyyat tarixli Çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(007)-600/2020 nömrəli qətnaməsi ilə iddianın təmin olunmaması qət edilmişdir. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini iddia tələbinin təmin olunması barədən yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki,İddiaçı xx.xx.1937-ci il tarixdə anadan olduğu vaxtdan hal-hazıra qədər, daimi olaraq ünvan 1 ünvanda yerləşən 1 mərtəbəli, 7 yaşayış otağından ibarət, yaşayış sahəsi 83 kv.metr, yardımçı sahəsi 40 kv.metr, ümumi sahəsi 123 kv.metr olan fərdi yaşayış evində yaşayır.“Bakı Şəhərində Bələdiyyələşdirilməmiş Tikintilərin Reyestri”-dən verilmiş xx xxxxxx 1948-ci il tarixli ilkin “ÇİXARİŞ”-a əsasən (kiab 203, səhifə 11329) ev X11 mülkiyyətində olmuşdur.X15 ilə anası Şahnisə Əliverdi qızının ondan başqa daha dörd X5, X8, X6 və X9 adlı ovladı olmuşdur.X15 xx xxxxxx 1948-cı il tarixdə, anası Şahnisə Əliverdi qızı isə xx xxxxxx 1989-cu il tarixdə yaşadığıünvanda vəfat etmişlər.Qardaş və bacıları dünyalarını dəyişdiyindən hazırda o, İddiaçı X15 yeganə sağ (1-ci növbəli vərəsəsi) övladıdır.Ümumilikdə 7 yaşayış otağından ibarət olan evləri iki yaşayış otağında həyat yoldaşı və nəvəsilə birlikdə o, evin digər, 5 otaqdan ibarət hissəsində isə 2019-cu ilin mart ayından başlayaraq cavabdeh, bacısı qızı olan Cavabdeh1 yaşayır.Öz evini satıb, 2019-cu ilin mart ayından evində yaşamağa başlayan Cavabdeh1 2019-cu ilin iyul ayından başlayaraq ona qarşı qoluzorbalıq və hegemonluq göstərərək, qətiyyətlə ondan ata evlərini tərk etməyini tələb etdiyindən, aralarında baş vermiş mübahisə 2019-cu ilin avqust ayında Nizami rayon Pİ-nin 23-cü PB-də araşdırılmış və yalnız bu zamam Cavabdeh1 tərəfindən polisə təqdim edilmiş,evlərinə dair sənədlərdən ona aşağıdakılar məlum olmuşdur. X11 vəfatından sonra bacısı, X5 (Cavabdeh1 anası) ondan xəbərsiz olaraq, digər vərəsələri də gizlətməklə, xx xxxxxx 1991-ci il tarixdə, Bakı şəhəri 23 saylı notariat kontoruna atalarının mirası üzrə müraciət etmişlər və bu zaman özünü atalarının tək vərəsəsi kimi göstərib, ona və digər vərəsələrə çatası payları da tam qanunsuz olaraq əldə etməklə, xx xxxxxx 1991-ci il tarixdə, Bakı şəhəri 23 saylı notariat kontorundan atalarından miras qalmış əmlaka-evlərinə dair, öz adına (tam payda) 1-11-70 reyestr nömrə ilə qeyd edilmiş “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”almışdır ki, həmin şəhadətnamə əsasında da Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyatı idarəsindən onun adına evlərinə dair “Qeydiyyat Vəsiqəsi” (203 saylı reyestr kitabında 11329 səhifədə qeydiyyatı 30/3328 ) verilmişdir.X4 xx.xx.2000-ci il tarixdə vəfatından sonra isə, onun qızı, Cavabdeh1 Bakı şəhəri 15 saylı notariat kontorunda anası Səkinə Şıxəliyevanın adına vərəsəlik işi açdırmış və xx xxxxxx 2011-ci il tarixdə, Bakı şəhəri 15 saylı notariat kontorundan cavabdehlər Cavabdeh1 və qardaşı Cavabdeh4 adlarına miras əmlakdan bərabər hissələrdə pay almaqla 2V-34 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” verilmişdir.Həmçinin, 15 saylı notariat kontorunda xx xxxxxx 2011-ci il tarixdə rəsmiləşdirilmiş, reyestrdə 3M № 28 ilə qeyd edilən “Miras payın bağışlama müqaviləsi” ilə Cavabdeh4 miras əmlakdan öz payını bacısı Cavabdeh1 bağışladığından Cavabdeh1 adına Seriası MA, nömrəsi ******* olan, ********** qeydiyyat nömrəli, xx.xx.2011-ci il tarixli “Çıxarış” verilmişdir.X10 miras qalmış evlərinə dair saxta və qanunsuz yollarla mülkiyyət hüququ əldə edən Cavabdeh1 ilə aralarında baş vermiş münaqişə üzrə xx xxxxxxxx 2019-cu il tarixdə Nizami rayon Pİ-nin 23-cü PB-də “Cinayət işinin başlanmasının rədd edilməsinə dair” Qərar qəbul edilmiş və həmin Qərarının surəti də tərəfindən işə əlavə edilmişdir.İşə əlavə edilmiş, “Bakı Şəhərində Bələdiyyələşdirilməmiş Tikintilərin Reyestri”-dən verilmiş xx xxxxxx 1948-ci il tarixli “ÇİXARİŞ”-dan və həmçinin, Bakı şəhəri 23 saylı notariat kontorunda xx.xx.1991-ci il tarixdə başlanmış, l-H-70 saylı vərəsəlik işinin sənədlərindəndə bir daha aydın göründüyü kimi ilkin olaraq evləri X11 mülkiyyətində olmuş, atasının vəfatından sonra bacısı X5 digər vərəsələri gizlətməklə, (Səkinə Şıxəliyevanın xx xxxxxx 1991-ci il tarixli ərizəsi) Bakı şəhəri 23 saylı notariat kontoruna atalarının mirası üzrə müraciət etmiş və elə müraciətin növbəti günü, xx xxxxxx 1991-ci il tarixdə Bakı şəhəri 23 saylı notariat kontorundan atalarından miras qalmış əmlaka-evlərinə dair öz adına tam payda “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”almışdır ki, həmin şəhadətnamə əsasında da Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyatı idarəsindən evlərinə dair onun adına “Qeydiyyat Vəsiqəsi” verilmişdir.Cavabdeh1 məhkəmədə verdiyi ifadəsində işin bu kimi önəmli hallarını belə gizlədərək göstərmişdir ki, (qətnamənin 3-cü səhifəsi 2-ci abzası) guya evləri əvvəllər ümumiyyətlə heç kimin mülkiyyətində belə olmamaqla, Kupçası- Çıxarışı olmamış, yalnız “Domovoy kitabçada qeydiyyatdan” ibarət olduğundan 1991-ci ildə anası Səkinə Şıxəliyeva öz bacı və qardaşlarının razılığı, həmçinin qohum qonşuların iştirakı ilə evlərinin öz adına özəlləşdirib Kupça-Çıxarış almış və sonradan da anası evlərin guya öz uşaqlarına (yəni onlara) vəsiyyət etmişdir.Halbuki işə əlavə edilmiş, Bakı şəhəri 15 saylı notariat kontorunda X4 adına açılmış vərəsəlik işinin və digər sənədlərindən də tam bəllidir ki, bacısı Səkinə Şıxəliyeva digər vərəsələri gizlətməklə atalarından miras qalmış evlərini öz adına rəsmiləşdirdikdən sonra, xx.xx.2000-ci il tarixdə vəfat etmiş, onun vəfatından sonra isə Cavabdeh1 Bakı şəhəri 15 saylı notariat kontorunda onun adına vərəsəlik işi açdıraraq, həmin iş üzrə də xx xxxxxx 2011-ci il tarixdə 15 saylı notariat kontorundan cavabdehlər Cavabdeh1 və qardaşı Cavabdeh4 miras əmlakdan bərabər hissələrdə pay almaqla 2V-34 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” verilmişdir ki, aralarında rəsmiləşdirilmiş “Miras payın bağışlama müqaviləsi” ilə Cavabdeh4 miras əmlakda öz payını bacısı Cavabdeh1 bağışladığından, sonradan Cavabdeh1 adına Seriyası MA, nömrəsi ******* olan, ********** qeydiyyat nömrəli, xx.xx.2011-ci il tarixli “Çıxarış” verilmişdir. Bacısı X1 hər hansı bir vəsiyyətnamə də mövcud olmamışdır. Baxmayaraq ki, evləri hüquqi vəziyyətinə dair işin yuxarıda qeyd edilən halları ona yalnız Cavabdeh1 ilə aralarında baş vermiş mübahisə əsnasında, Nizami rayon Pİ-nin 23-cü PB-də araşdırma aparılan zaman, yəni 2019-cu ilin avqust ayında, cavabdeh tərəfindən polisə təqdim edilmiş sənədlərdən məlum olmuş və məsələ ilə bağlı ona elə 2019-cu ilin sentyabr ayında hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmiş, məhkəmə öz məlum qətnaməsində tam haqsız olaraq Mülki Məcəllənin 354-cü maddəsinin tələblərinə əsassız istinadlar edərək, guya onun əqdin mübahisələndirilməsi üçün qanunla müəyyən edilmiş 1 illik müddəti ötürdüyünü göstərmişdir. xx.xx.1937-ci il tarixdə, anadan olduğu vaxtdan hal-hazıra qədər, fasiləsiz olaraq Bakı şəhəri, Nizami rayonu, Yenikənd küçəsində yerləşən 4 saylı fərdi yaşayış evində yaşayıb, atasından miras qalmış əmlakı (ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evini) faktiki olaraq qəbul etdiyindən və qanunsuz olaraq həmin mirasda ona çatası paydan məhrum olunduğundan bir daha hesab edir ki, qətnamə ləğv edilməli və iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməlidir. Məhkəmə iclasında İddiaçı apellyasiya şikayətində göstərilənləri müdafiə edərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə da apellyasiya şikayətində göstərilənləri müdafiə edərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Seyidov İkram Möhmüd oğlu da apellyasiya şikayətində göstərilənləri müdafiə etdi, həmçinin bildirdi ki, iddiaçının yaşadığı yer mübahisəli evdə olan iki otaqdır. İddiaçı həmin hissəyə çıxarış ala bilmir. Çünki, cavabdehin anası xəbərsiz bütün əmlakı öz adına rəsmiləşdirdiyindən, iddiaçı doğulduğu vaxtdan hal-hazıradək yaşadığı öz ata-baba yurdundan payını ala bilmir. Ona görə də, iddiaçı şəhadətnamənin etibarsız hesab edilməsini və onunla əlaqədar sonradan yaranmış hüquqi nəticələrin ləğv və etibarsız edilməsini istəyir, bundan sonra isə, notariat orqanına müraciət edərək qanuni əsaslarla vərəsə kimi payının müəyyən edilməsini xahiş edəcəkdir. Çünki, şəhadətnamə verilərkən heç kim razılıq verməyib hamıdan gizlədilib, işdə heç bir vərəsənin razılığı yoxdur. Məhkəmə iclasında Cavabdeh1 apellyasiya şikayətinə etiraz edərək iddia ərizəsinə etiraz və mülahizələrini təqdim edərək rədd olunmasını xahiş etdi, həmçinin bildirdi ki, iddiaçı o vaxt hərənin öz ərazisinə çıxarış almasına razılıq verməmişdi ki, bütün ərazi ona qalsın. Vərəsəlik işi açılanda isə iddiaçı özü razılıq vermişdir. Qeyd olunan ünvanda iddiaçının da otağı var, sənədləşdirilməsinə özü razılıq verməyib. İşə baxılması vaxtı və yeri haqqında digər cavabdehlərə məlumat verilməsinə baxmayaraq nümayəndələri məhkəmə iclasına gəlməmişdir. Apellyasiya instansiyası məhkəməsi, işə onların iştirakı olmadın baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməlidir. Belə ki, birinci instansiya məhkəməsi iddianı rədd edərkən qənaətini belə əsaslandırmışdır ki,Baba Şıxəli oğlu 1948-ci ildə ölməsinə baxmayaraq onun vərəsələrindən heç biri 1991-ci ilə qədər qanunla müəyyən olunan qaydada mirasın qəbuluna dair ərizə ilə notariat kontoruna müraciət etməmişlər. Yalnız xx xxxxxx 1991-ci il tarixdə X5 23 saylı dövlət notariat kontoruna müraciət etmiş, qanun üzrə vərəsəliyə dair şəhadətnamə almışdır. X5 xx.xx.2000-ci il tarixdə vəfat etmiş, onun övladları Cavabdeh1 və Cavabdeh4 mirası qəbul etmişlər. Sonradan Cavabdeh4 miras əmlakdan ona çatmış payını X3(məhkəmə yəqin ki, Cavabdeh1 nəzərdə tutmuş) bağışlamışdir. Hal hazırda X5(məhkəmə yəqin ki, Cavabdeh1 nəzərdə tutmuş) Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Yenikənd küçəsində yerləşən 4 saylı fərdi yaşayış evinin mülkiyyətçisidir. Qanunvericiliklə mirasın qəbulunun iki forması nəzərdə tutulmuşdur. Müəyyən olunan müddət ərzində mirasın qəbulu üzrə miras əmlakın yerləşdiyi yer üzrə notariat kontoruna müraciət etməklə və mirasın bir hissəsinə sahiblik etməyə faktik başlamaqla. Lakin mirasın bir hissəsinə sahiblik etməyə faktik başlamaq hələ mirasın rəsmi şəkildə qəbul edilməsi demək deyil. İşin hallarından görünür ki, nə İddiaçı, nə də cavabdehin anası X5 qanunla müəyyən olunan müddət ərzində mirasın qəbuluna dair ərizə ilə notariat kontoruna ərizə verməmişlər. Buna baxmayaraq, X5 1991-ci ildə belə bir ərizə ilə notariat kontoruna müraciət etmiş,ona qanun üzrə vərəsəlik barədə şəhadətnamə verilmişdir. İddiaçı hazırkı iş istisna olmaqla nə notariat kontoruna müraciət etməmiş, nə də mirasın bir hissəsini faktiki olaraq qəbul etməsi barədə məhkəmədə iddia qaldırmamışdır. Belə olan halda onun hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etməsi üçün subyektiv hüququ yoxdur. Belə ki, İddiaçı mirasın bir hissəsini faktiki olaraq qəbul etməsi mübahisə predmeti olmasa da, bunu rəsmiləşdirmək üçün qanunla müəyyən olunan hərəkətləri etməmişdir. İddiaçı əvvəlcə miras əmlakın faktiki olaraq qəbulu ilə əlaqədar hərəkətlər etməli, daha sonra isə yeni əsaslarla hazırkı iddia ilə məhkəmədə iddia qaldırmalıdır. Bundan başqa, iddiaçı əqdin,yəni atası Baba Şıxəlı oğlundan miras qalmış əmlaka, ünvan 1 ünvanda yerləşən evə dair Bakı şəhəri 23 saylı notariat kontorunda (ofisində) xx xxxxxx 1991-ci il tarixdə, reyestrdə 1-11-70 nömrə ilə qeyd edilərək X2 adına verilmiş “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə'’-nin etibarsız hesab edilməsini xahiş edir. İddiaçının etibarsızlığını tələb etdiyi əqd 1991-ci ildə bağlanmışdır. İddiaçı izahat verərkən qeyd etmişdir ki, “Bir müddət öncə ona məlum olub ki, anası vəfat etdikdən sonra bacısı Səkinə ondan xəbərsiz və digər vərəsələri gizlədərək, anasının tək vərəsəsi kimi özünü göstərməklə Bakı şəhəri 15 saylı notariat kontoruna müraciət edib və anasından miras qalan əmlaka öz adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə alaraq miras əmlakda ona çatası payı da tam qanunsuz olaraq əldə edib. Göründüyü kimi iddiaçı etibarsız hesab etdiyi əqd barədə nə vaxt məlumat aldığını dəqiq qeyd etməmişdir. Lakin işin faktiki hallarından, tərəflərin izahatlarından və şahid ifadələrindən müəyyən etmək olar ki, onun bu əqd barədə məlumatlı olmasının müddəti 1 ildən daha çoxdur. Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(103)-4832/2020 saylı qərardadı ilə Cavabdeh4 öldüyündən ona münasibətdə qətnamə ləğv edilmiş və ona aid hissədə icraata xitam verilmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər əsaslı olduğundan qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi üçün əsasdır. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair xx xxx 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Belə ki, iddiaçının apellyasiya şikayətinin obyektini birinci instansiya məhkəməsinin qətnaməsi, yəni iddianın təmin edilməməsi hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır) predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı konkret olaraq iddianın təmin edilməməsi hissəsində yol verdiyi pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin bu hissədə ləğvi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarına əsasən qətnamə iddiaçının apellyasiya şikayəti üzrə iddianın təmin edilməməsi ilə bağlı yoxlanılır. Hazırki iş üzrə, iddianın faktiki əsası(faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dizpozisiya əlamətləri ilə uzlaşdığından birinci instansiya iş üzrə gəldiyi nəticə düzgün olmamışdur. Əvvəla, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır(MPM. mad. 217.2). Miras qoyan Baba Şıxəli oğlu 1948-ci ildə ölmüşdür. Demək qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin dövrdə Azərbaycan SSR-in 1923-cü ildə qəbul edilmiş Mülki Məcəlləsi qüvvədə olmuşdur. Həmin Məcəllənin 499-cu maddəsinə əsasən vərəsəlik açılan yerdə olan vərəsə vərəsəlik açıldığı gündən etibarən 3 ay ərzində vərəsəlikdən imtina etmək barəsində müvafiq notariat orqanına ərizə verməzsə,o, vərəsəliyi qəbul etmiş hesab olunurdu. İddiaçı doğulduğu 1937-ci ildən hal-hazıradək mübahisəli miras evdə yaşayır. Bu işin mübahiəsələndirilməyən halıdır, yəni cavabdeh də bu faktı təkzib etmir. Mübahisələndirdiyi hal isə odur ki, cavabdeh mübahisəli evin çıxarışının olmamasını, mərhum anasının həmin evi öz adına rəsmiləşdirərkən qardaş və bacılarınınn razılığının olmasını, çünki nənəsinin hələ sağlığında həmin evi şifahi bölərək hər kəsin payını verdiyini, iddiaçının miras payının ondan çox olduğunu, sadəcə iddiaçının ona hirsli olduğunu, çünki mirası qəbul etdikdən sonra bir müddət başqa yerdə yaşayarkən həmin evi kirayə verərək qazanc götürdüyünü bəyan etməsidir. Lakin bu dəlillər əsassızdır. Çünki, mübahisəli evə dair miras qoyanın adına x xxxxxx 1948-ci ildə çıxarış verilmişdir(bax.iş.v.109). Cavabdehin mərhum anası Səkinə Şıxəliyeva miras əmlakı qəbul edərkən özündən başqa vərəsələrin olması barədə notariat orqanına ərizə verərkən bu barədə məlumat verməmiş, yəni digər vərəsələrin olduğunu gizlətmişdir(bax.iş.v.107). Notariat orqanı isə digər vərəsələrin olduğunu müəyyən etmədən miras əmlaka dair yalnız ona qanun üzrə vərəsəlik haqqında şəhadətnamə vermişdir. Buna görə iddiaçı miras evdə doğulduğu vaxtdan hal-hazıradək yaşayaraq, yəni vərəsəlik açıldığı açıldığı gündən mirasdan imtina etmək barədə müvafiq notariat orqanına ərizə vermədiyindən vərəsəliyi qəbul etmiş hesab olunur. Göründüyü kimi, birinci instansiya məhkəməsi mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına uyğun qətnamə çıxarmaq əvəzinə, hazırda qüvvədə olan Mülki Məcəllənin vərəsiləklə bağlı normalarına istinad edərək maddi hüquq normalarının tələblərini pozmuş, bu azmış kimi qənaətində ziddiyətli nəticə yaradan ifadələrdən istifadə etmişdir. Belə ki, iddiaçının mirasın qəbul edilməsi üçün mütləq notariat kontoruna müraciət etməsi məcburi şərt olmamış, əksinə 1923-cü ildə qəbul edilmiş Mülki Məcəllənin tələbinə əsasən mirasdan imtina etmək üçün notariat orqanına müraciət edilməsinin məcburiliyi nəzərdə tutulurdu, əks halda vərəsəlik qəbul edilmiş sayılırdı. İddiaçının mirasın bir hissəsinin faktiki qəbul edilməsi barədə məhkəmədə iddia qaldırmaq kimi vəzifəsi də olmamışdır. Belə bir iddia qaldırmadığı üçün iddiaçının hazırki iddianı irəli sürməyə subyektiv hüququnun olmaması fikri isə ümumiyyətlə anlaşılan deyildir. Yəni, birinci instansiya məhkəməsinin mövqeyinə görə İddiaçı mirasın bir hissəsini faktiki olaraq qəbul etməsi mübahisə predmeti olmasa da, bunu rəsmiləşdirmək üçün qanunla müəyyən olunan hərəkətləri etməliydi, yəni əvvəlcə miras əmlakın faktiki olaraq qəbulu ilə əlaqədar hərəkətlər etməli, daha sonra isə yeni əsaslarla hazırkı iddia ilə məhkəmədə iddia qaldırmalı idi. Göründüyü kimi, birinci instansiya məhkəməsi nəyə və hansı hüquq normasına əsasən iddiaçının məcburən bu cür hərəkət etməli olduğunu dəqiq və aydın göstərməmiş, konkret qanuna istinad etməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair xx xxxx 2014-cü il tarixli qərarında qeyd edilmişdir ki, ...əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir... Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Bundan əlavə, cavabdehin anasının mirası öz adına rəsmiləşdirdiyi zaman qüvvədə olmuş Mülki Məcəllənin 552-ci maddəsində göstərilir ki, mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilən hərəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Yalnız başqa vərəsələr olmadığı və ya onlar mirası qəbul etmədiyi hallarda, vərəsəlik hüququ əmələ gəlmiş vətəndaşlar mirası qəbul etmək üçün qalan müddət ərzində, onu qəbul etmək barədə öz razılıqlarını bildirə bilərlər, bu müddət üç aydan az olduqda isə həmin müddət üç aya qədər uzadılır. Qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunur. Hazırda qüvvədə olan Mülki Məcəllənin 1243-cü maddəsinə əsasən isə mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Göründüyü kimi, hər iki Mülki Məcəllənin tələbinə görə iddiaçının atasının vəfatından keçən 72 il ərzində mübahisəli evdə yaşamaqla mirasa yiyələnməsi və onu idarə etməsi iş üzrə müəyyən edildiyindən və qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunduğundan, onun tərəfindən vərəsəlik şəhadətnaməsinin vaxtında rəsmiləşdirilməməsi bu mirasa qarşı hüququn itirilməsi üçün əsas ola bilməz. Miras əmlakının faktiki surətdə qəbul olunması dedikdə, vərəsə tərəfindən miras əmlaka münasibətdə müxtəlif hərəkətlərin məcmusu anlaşılmalıdır. Vərəsənin miras evdə yaşaması da həmin hərəkətlərdən biri kimi qiymətləndirilir və buna görə də həmin halın mövcud olması şəraitində mirasın faktiki surətdə qəbul edilməməsi yaxud bunun üçün məhkəməyə müraciət edilməsi haqqında nəticə əsaslı hesab oluna bilməz. Göstəriləndən başqa, birinci instansiya məhkəməsi iddiaçı etibarsız hesab etdiyi əqd barədə nə vaxt məlumat aldığını dəqiq qeyd etmədiyini, lakin işin faktiki hallarından, tərəflərin izahatlarından və şahid ifadələrindən onun bu əqd barədə məlumatlı olmasının müddətinin 1 ildən daha çox olduğunu qeyd etmiş, lakin konkret olaraq hansısa sübuta istinad etməmişdir. Cavabdeh tərəf də iddiaçının bu barədə lap əvvəldən məlumatlı olmasına dair məhkəməyə heç bir sübut təqdim etməmişdir. İşdən də iddiaçının mərhum bacısının və onun qızı cavabdehin miras evi öz adlarına rəsmiləşdirmələrinə dair 2019-cu ilədək məlumtlı olması təsdiq olunmur. Bu cür vəziyyətdə iddiaçının bu halların ona 2019-cu ildə məlum olması barədə izahatı mötəbər qəbul olunmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “E.Həkimovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə Məhkəmə kollegiyasının xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il tarixli qərarında hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, “Əvvəlki MM-nin 78-ci maddəsinə əsasən iddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Bu iki müxtəlif halın mövcudluğu, habelə onların heç də hər zaman üst-üstə düşməməsi iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amildir. Əvvəlki MM-nin 77-ci maddəsi iddia müddətləri ilə bağlı məsələlərin həllini tərəflərin iradəsindən asılı olmayaraq birbaşa məhkəmənin səlahiyyətinə aid edir, 82-ci maddəsi isə iddia qaldırılana qədər bu müddətin keçməsini iddianı rədd etmək üçü əsas kimi müəyyənləşdirirdi. Sadalanan normalar, həmçinin iddia müddətinin axımının başlanğıcının düzgün müəyyən edilməsinin tərəflərin hüquq və qanuni mənafelərinə təsiri məhkəmənin bu anı yalnız mötəbər sübutlara əsaslanmaqla təyin etməsi zərurətini ortaya çıxarır. Göründüyü kimi, iddiaçıya miras əmlaka dair nə vərəsəlik şəhadətnaməsinin rəsmiləşdirilməsi zamanı vərəsə olması barədə, nədə cavabdehin sonradan mübahisəli evi anasının vərəsəsi kimi öz adına keçirərkən məlumatların verilməməsi iddiaçının bu faktlardan məlumatlı olması qənaətinə gəlməyə əsas vermir. Qeyd olunduğu kimi cavabdeh də bu halı heç vaxt mübahiəsələndirməmişdir. Sadəcə baş vermiş hadisələrdən 29 il keçməsi əsası ilə iddiaçının qeyd edilən hallardan məlumatlı olması qənaətinə gəlinməsi və iddia müddətinin yaxud kəsici müddətin keçməsinə görə iddianın rədd edilməsi barədə gəlinən nəticə də maddi hüquq normalarına uyğun olmamışdır. Bununla yanaşı, əvəzəedilən əşyadan fərqli olaraq əvəzedilməz əşyanı etibarsız əqd əsasında qarşı tərəfə əldə etdiyi halda həmin əşyaya mülkiyyət hüququ ona keçmir. Bu vəziyyətdə əşyaya mülkiyyət hüququ elə mülkiyyətçinin özündə qaldığına görə, o, özünün mülkiyyət hüququna istinad edərək qanunsuz sahibdən hər hansı bir müddət daxilində deyil, müddətsiz olaraq öz əşyasını tələb edə bilər. Yəni, etibarsız əqd əsasında edilən icra hərəkətləri nəticəsində verilən əşya mülkiyyət hüququna əsaslanaraq müddətsiz geri tələb edilə bilər. Hazırki iş üzrə də iddiaçının vərəsəlik hüququ əsasında faktiki olaraq qəbul etdiyi miras əmlak olan mübahisəli evin etibarsız əqd əsasında mülkiyyət hüququnun əvvəlcə cavabdehin anasının adına, daha sonra isə əvəzsiz əqd əsasında cavabdehin adına qeydə alınması həmin ev üzərində mülkiyyət hüququnu yaratmadığı üçün bu cür qeydiyyat da əsassızdır. Çünki, qeyd olunduğu kimi iddiaçı vərəsə kimi miras açıldığı vaxtdan bu günə qədər həmin evdə yaşayıb miras sahiblik edib onu idarə etməklə faktiki olaraq mülkiyyət hüququ əldə etmişdir. Apellyasiya instansiyası məhkəməsi vurğulayır ki, məhkəmə işə baxarkən “məhkəmə iddia tələbinə bağlıdır” prinsipinin mahiyyətini özü üçün düzgün müəyyən etməlidir. Belə ki, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsinin nəticə hissəsində iddiaçının əsas tələbdən asılı olan digər tələblərin -“Bakı şəhəri 15 saylı notariat kontorunda xx xxxxxx 2011-ci il tarixdə, reyestrdə 2V-34 nömrə ilə qeyd edilərək cavabdehlər Cavabdeh1 və Cavabdeh4 adlarına verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə və Bakı şəhəri 15 saylı notariat kontorunda xx xxxxxx 2011-ci il tarixdə cavabdehlər Cavabdeh1 və Cavabdeh4 arasında rəsmiləşdirilmiş, reyestrdə 3M1, 28 nömrə ilə qeyd edilən miras payın bağışlama müqaviləsi ləğv edilsin” qeyd olunması iddianın bu hissəsinin, yalnız ona görə ki, “etibarsız hesab edilməsi tələb edilməyib” əsası ilə rədd olunması üçün əsas ola bilməz. Çünki, məhkəmə özü də iddiaçının bu tələbinin faktiki əsasını, əslində həqiqi niyyətinin və istəyinin nə olduğunu müəyyənləşdirə bilərdi. Bunun üçün məhkəmə tərəfə prosessual hüquqlarının həyata keçirilməsində köməklik göstərməlidir(MPM. Mad.14.1). Çünki, mülki prosessual qanunvericilik məhkəmənin prosessual fəallıq prinsipindən tam imtina etməmişdir. Məhkəmənin tələblə bağlı olması prinsipi onu iddiaçının iddia tələbinin termin olaraq hansı hərfi mənanı ifadə etməsindən asılı etməməlidir. Belə ki, məhkəmənin tələblə bağlı olması prinsipi onun iddiaçının istədyindən çoxunu yaxud istədiyindən başqa bir tələbi təmin etməyəcəyi ilə bağlıdır. Ona görə də iddiaçının istəyinin nə olması təkcə iddia ərizəsinin nəticə hissəsindəki termin və sözlərin hərfi mənasına görə deyil, bütövlükdə iddia ərizəsinin məzmunu əsas götürülməklə iradə ifadəsinin həqiqi mənasına görə müəyyənləşdirilməlidir. Məhkəmənin yalınz tələbə bağlılıq prinsipini əsas götürüb bu cür iddiaların rədd olunması isə məhkəmə müdafiəsi ilə bağlı konstitusion prinsiplərə zidd olmaqla yanaşı, həm ədaləti təmin etmir, həm də açıq-aşkar prosessual qənaət prinsipinə ziddir. Apellyasiya baxışı zamanı da iddiaçının həqiqi istəyinin əsas tələbdən asılı olduğuna görə qeyd olunan tələblərin, yəni vərəsəlik hüququ haqqında şəhadətnamənin və bağışlama müqaviləsinin etibarsız hesab edilməsinə nail olmaq olduğu müəyyən edilmişdir. Mülki Prosessual Məcəlləsinin 384.0. və 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1., 385.1.1 və 385.1.4-cü maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Həmin Məcəllənin 390-cı maddəsinə əsasən məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o hallarda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, İddiaçı apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli, X7 miras qalmış əmlaka, Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Yenikənd küçəsindəki 4 nömrəli evə dair Bakı şəhəri 23 saylı notariat kontorunda xx xxxxxx 1991-ci il tarixdə, 1-H-70 reyestr nömrəsi ilə X3 verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə etibarsız hesab edilməli və ondan irəli gələn bütün hüquqi nəticələr etibarsız hesab edilməli və ləğv olunmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: İddiaçı apellyasiya şikayəti təmin edilsin. Hazırki iş üzrə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(007)-600/2020 nömrəli qətnaməsi ləğv edilsin. İddia təmin edilsin. X7 miras qalmış əmlaka, Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Yenikənd küçəsindəki 4 nömrəli evə dair Bakı şəhəri 23 saylı notariat kontorunda xx xxxxxx 1991-ci il tarixdə, 1-H-70 reyestr nömrəsi ilə X3 verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə etibarsız hesab edilsin və ondan irəli gələn bütün hüquqi nəticələr: Bakı şəhəri İcra Hakimiyyəti Texniki iventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyatı idarəsindən 1991-ci il tarixdə X2 adına verilmiş (203 saylı reyestr kitabında, 11329 səhifədə, qeydiyyatı 30/3328 olan Qeydiyyat Vəsiqəsi ləğv edilsin; Bakı şəhəri 15 saylı notariat kontorunda xx xxxxxx 2011-ci il tarixdə, reyestrdə 2V-34 nömrə ilə qeyd edilərək Cavabdeh1 və Cavabdeh4 adlarına verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə etibarsız hesab edilsin; Bakı şəhəri 15 saylı notariat kontorunda xx xxxxxx 2011-ci il tarixdə Cavabdeh1 və Cavabdeh4 arasında rəsmiləşdirilmiş, reyestrdə 3M1, 28 nömrə ilə qeyd edilən miras payın bağışlama müqaviləsi etibarsız hesab edilsin; Cavabdeh1 adına verilmiş MA seriyalı, ******* nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2011-ci il tarixli Çıxarış ləğv edilsin. Qətnamədən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar