Məhkəmə qərarları › İş №2(103)-4833/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4833/2023

12.09.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4833/2023 12.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mərdanova Xumar Afət qızı (sədrlik edən və məruzəçi), Həsənov Elnur Məmmədsaat oğlu və X1 ibarət tərkibdə, X5 qızının katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2, İddiaçıların nümayəndəsi-vəkili Vəkil1, Cavabdehin Cavabdeh3, Cavabdeh3 nümayəndəsi-vəkili Vəkil2 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsi cəlb olunmaqla cavabdehlər Cavabdeh3 və Bakı şəhəri 28 saylı notariat ofisinə qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, cıxarışın ləğv olunması, miras əmlakda payların müəyyən edilməsi tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(009)-981/2023 saylı qətnaməsindən Cavabdeh3 nümayəndəsi-vəkili tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsi cəlb olunmaqla cavabdehlər Cavabdeh3 və Bakı şəhəri 28 saylı notariat ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri 28 saylı notariat ofisində rəsmiləşdirilmiş, xx.xx.2022-ci il tarixli 2V-213 reyestr nömrəsi ilə qeydiyyata alınmış vərəsəlik işinin təsdiq edilmiş surətinin 14-cü səhifəsindəki - Bakı şəhəri 2 saylı notariat kontorunda xx.xx.2006-cril tarixli, 2v/l-77 reyestr nömrəsi ilə qeydiyyata alınmış vərəsəlik işinə aid X2 adından üzərində latın qrafikalı əlifba ilə “Mərhum atam 10 yanvar 2006-cı ildə vəfat etmişdir. Atamdan miras qalmış vərəsəlikdən imtina edirəm. Mənə düşən paya vərəsəliyi qəbul etməmişəm və etməyəcəm, müddətin bərpası üçün gələcəkdə məhkəməyə müraciət etməyəcəm” sözləri yazılmış xx.xx.2006-cı il tarixli ərizənin etibarsız hesab edilməsi, Bakı şəhəri 28 saylı notariat ofisinin notariusu tərəfindən Cavabdeh3 adına verilmiş 20 dekabr 2022-ci il tarixli 2V-213 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”nin etibarsız hesab olunması, həmin şəhadətnamə əsasında Cavabdeh3 adına qeydə alınaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş reyestr nömrəsi **********52-10301 olan, qeydiyyat tarixi xx.xx.2022 olan, qeydiyyat nömrəsi ********** olan çıxarışın ləğv olunması, Bakı şəhəri, Səbail rayonu, Nesterov küçəsi, ev 8 (Yeni qaydalarla: ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 44.80 kv/m olan fərdi yaşayış evi və 0.008010 ha torpaq sahəsi üzərində miras qoyan X3 vərəsələri - Cavabdeh3, İddiaçı2 və İddiaçı1 1/3 hissələrlə miras payı müəyyən edilərək, Cavabdeh3 1/3 hissədə irs, İddiaçı2 1/3 hissədə irs və İddiaçı1 1/3 hissədə irs alması barədə yeni şəhadətnamələrin verilməsinin cavabdeh Bakı şəhəri 28 saylı Notariat ofisinə həvalə edilməsi, məhkəməyə tərəflərindən ödənilmiş ümumilikdə 200 manat dövlət rüsumunun Cavabdeh3 hər birinə 100 manat olmaqla tutularaq onlara ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(009)-981/2023 saylı qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, Bakı şəhəri 28 saylı notariat ofisinin notariusu tərəfindən Cavabdeh3 adına verilmiş xx.xx.2022-ci il tarixli, 2V-213 reyestr №-li Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, həmin şəhadətnamə əsasında Cavabdeh3 adına İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş ********** qeydiyyat nömrəli xx.xx.2022-ci il tarixli çıxarışın ləğv olunması, ünvan 2 ünvanda yerləşən, ümumi sahəsi 44,80 kv.m. olan fərdi yaşayış evi və 0,008010 ha torpaq sahəsi üzərində Cavabdeh3, İddiaçı2 və İddiaçı1 hər birinin 1/3 hissədə miras payı müəyyən edilməsi, Cavabdeh3 1/3 hissədə miras payı, İddiaçı2 1/3 hissədə miras payı və İddiaçı1 1/3 hissədə miras payı olması barədə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsinin Bakı şəhəri 28 saylı notariat ofisinə həvalə edilməsi, Cavabdeh3 ödənilmiş 200 (iki yüz) manat dövlət rüsumunun əvəzinin tutularaq, hər birinə 100 (yüz) manat olmaqla iddiaçılar İddiaçı1 və İddiaçı2 ödənilməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh3 nümayəndəsi-vəkili apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli 2(103)- 4833/2023 saylı qərardadı ilə apellyasiya şikayəti mümkün hesab edilmiş, məhkəmə baxışı iclası xx.xx.2023-cü il tarixə təyin olunmuşdur. Bakı şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən xx.xx.2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinə məktub göndərilərək Cəlilova (Quliyeva) Gülnarə Şahmar qızının hazırki iş üzrə maraqlı şəxs qismində tanınması barədə xx.xx.2023-cü il tarixdə daxil olmuş ərizəsinə baxılması üçün mülki işin Bakı şəhəri Səbail Rayon Məhkəməsinə qaytarılması xahiş edilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən proses iştirakçıları ayrı-ayrılıqda mülki işin baxışdan çıxarılmasına etiraz etmədiklərini bildirdilər. Məhkəmə kollegiyası Bakı şəhər Səbail Rayon Məhkəməsindən daxil olmuş məktubu nəzərə alaraq hesab edir ki, icraata qəbul qərardadı ləğv olunmalı və iş apellyasiya baxışından çıxarılaraq birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 384.0.6-cı maddəsinə görə apellyasiya şikayətinin icraata qəbul olunmasından sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, apellyasiya instansiyası məhkəməsi icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiya məhkəməsinə qaytara bilər. Məhkəmə kollegiyası hesab edir ki, Cəlilova (Quliyeva) Gülnarə Şahmar qızının hazırki iş üzrə maraqlı şəxs qismində tanınması barədə xx.xx.2023-cü il tarixdə daxil olmuş ərizəsinə baxılması üçün mülki iş Bakı şəhər Səbail Rayon Məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263 və 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(009)-981/2023 saylı qətnaməsindən Cavabdeh3 nümayəndəsi-vəkili tərəfindən verilmiş apellyasiya şikayətinin mümkün hesab edilməsi barədə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023cü il tarixli 2(103)-4833/2023 saylı qərardadı ləğv olunsun və mülki iş apellyasiya baxışından çıxarılaraq Cəlilova (Quliyeva) Gülnarə Şahmar qızının hazırki iş üzrə maraqlı şəxs qismində tanınması barədə xx.xx.2023-cü il tarixdə daxil olmuş ərizəsinə baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar