Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4835/2022 29.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Məmmədovanın sədirliyi və məruzəsi ilə, Rafael Əmir oğlu Eyvazov və X2 ibarət tərkibdə, İddiaçı Cavabdehnə qarşı “pul” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-3400/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəmənin binasında, yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən iddiaçının xeyrinə cavabdehdən aldığı «Super Fresh» Dondurucunun dəyəri olan 8400 manat pul vəsaitinin tutularaq ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-3400/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə iddia ərizəsinin icraata qəbul edilmədən geri qaytarılması qərara alınmışdır. Qərardaddan narazı qalan İddiaçı nümayəndəsi və vəkili Vəkil şikayətlə məhkəməyə müraciət edərək, qərardadın ləğv edilərək iddia ərizəsinin icraata götürülməsini xahiş etmişdir. İddiaçı şikayət ərizəsini onunla əsaslandırmışdır ki, onunla (sifarişçi) Cavabdeh İKK (podratçı) arasında xx.xx.2021-ci il tarixində müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən Cavabdeh İKK İddiaçı sifariş etdiyi avadanlıqları sifariş aldığı tarixdən 10-15 gün ərzdində təslim etməyi, 1 (bir) il müddətinə zəmanət verməsini öz öhdəsinə götürmüşdür. xx.xx.2021-ci il tarixində mal müqavilənin icra edildiyi Yaşıl Bazara gətirilmiş və həmin tarixdə 1 illik 0431 nömrəli zəmanət talonu verilmişdir. Belə ki, İddiaçı üzərinə düşən bütün öhdəliklərini tam icra etsə də, cavabdeh şirkət müqavilə ilə nəzərdə tutulmuş öhdəlikləri tam şəkidə icra etməmişdir. İddaiçı bütün avadanlıqları təhvil aldıqdan sonra baxış keçirən zaman “Super Fresh” (Dondurucu -18, -20, mator kənarda 380 V olan) məbləği 8400 (səkkiz min dörd yüz) manat təşkil edən avadanlığın nasaz (keyfiyyətsiz) olduğunu görüb. Bununla bağlı həmən şirkətə məlumat vermişdir. Lakin, cavabdeh tərəfindən şirkət müxtəlif bəhanələr gətirərərk öz müqavilə öhdəliklərini yerinə yetirməkdən boyun qaçırmışdır. Bunununla bağlı tərəflərindən məhkəməyə müraciət edərərək, Cavabdeh İKK şirkətindən iddidaçı İddiaçı xeyrinə cavabdehdən aldığı “Super Fresh” (Dondurucu -18, -20, mator kənarda 380 V olan) 8400 (səkkiz min dörd yüz manat) pul vəsaitinin tutularaq idddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şərəhi Sabunçu Rayon Məhkəməsinin 2(008)-3400/2022 saylı 19 aprel 2022-ci tarixli qərardadına əsasəsən, İddiaçı Cavabdeh İKK qarşı“ Pul tələbinə dair” iddia ərizəsinın icraata qəbul edilməsindən imtina edilmişdir. Belə ki, Sabunçu Rayon Məhkəməsinin e-2(008)- 3400/2022 saylı 19 aprel 2022-ci tarixli qərardadı, iddiaçı tərəfindən aidiyyət qayraların pozulmasına yol verilmiş (AR MPM-nin 31.1-ci maddəsi) iddia cavabdehin rəsmi qeydə alındığı məhkəməyə verilmədiyindən Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 35.1ci maddəsinə istinad edərək iddia ərizəsinın icraata qəbul edilməsindən imtina edilmişdir. Lakin, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 36.9-cü maddəsinə əsasən istehlakçının hüququnun müdafiəsi haqqında iddialar iddiaçının yaşadığı yerə görə, yaxud müqavilənin bağlandığı və ya icra edildiyi yerə görə verilə bilər. Belə olan halda, Bakı şərəhi Sabunçu Rayon Məhkəməsinin e-2(008)-3400/2022 saylı 19 aprel 2022-ci tarixli qərardadı ləğv edilərək iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilməlidir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-3400/2022 nömrəli, xx.xx.2022-ci tarixli qərardadı ilə şikayət təmin edilməmiş və mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin maddələrinə görə: 397.2. Apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. 397.3. Şikayət verən şəxs apellyasiya instansiyası məhkəməsində qərardad qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Şikayətdən imtina birinci instansiya məhkəməsinin qərardadının qüvvəyə minməsinə səbəb olur. Məhkəmə kollegiyası şikayəti və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin olunmamalıdır. Sabunçu rayon məhkəməsi mübahisələndirilən qərardadı onunla əsaslandırmışdır ki, iddia ərizəsindən görünür ki, Cavabdeh Bakı şəhəri, Nəsimi rayonunda yerləşir. Azərbaycan Respublikası MPM-nin: 31.1-ci maddəsinə əsasən aidiyyat qaydalarının pozulmasına yol verilmir; 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir; 152.1.-ci maddəsinə əsasən hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: 152.1.3. əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə; 152.2. İddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır; 152.3. İddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. 152.4. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçı iddia ərizəsində və şikayətində bildirir ki, hazırkı iddia istehlakçıların hüquqlarının müdafiəsi ilə bağlı mübahisədən yaranan iddiadır.Tərəflər arasındakı müqavilıənin icra yeri Bakı şəhəri Nərimanov rayonudur. Azərbaycan Respublikası MPM-nin: 36.9-cu maddəsinə əsasən İstehlakçının hüququnun müdafiəsi haqqında iddialar iddiaçının yaşadığı yerə görə, yaxud müqavilənin bağlandığı və ya icra edildiyi yerə görə verilə bilər. Həmçinin, iş materiallarından və iddia ərizəsindən görünür ki, iddiaçının ünvanı Suraxanı rayonu Qaraçıxur qəsəbəsində yerləşir. Belə olan halda hazırkı işə Sabunçu rayon məhkəməsində baxılmalı deyil.Hər bir halda iddia ərizəsi geri qaytarılmalıdır. Odur ki, məhkəmə kollegiyası MPM-nin 398.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətlərinə əsaslanaraq hesab edir ki, şikayət təmin edilməməli, barəsində şikayət verilmiş qərardad dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 397-398, 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-3400/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Şərafət Məmmədova
Məhkəmə qərarları › İş №2(103)-4835/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4835/2022
29.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver