Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4839/2022 18.08.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı “qanunsuz tikilinin sökülməsi və zərərin ödənilməsi” tələbinə dair ilkin, Cavabdeh İddiaçı qarşı “cavabdehə məxsus mənzilin əvvəlki vəziyyətinə qaytarılması, maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair qarşılıqlı iddiasına dair mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: tikilinin əvvəlki vəziyyətə gətirilməsi, mənəvi ziyan) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Hüseynli Gültəkin Xalıq qızının katibliyi, Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “qanunsuz tikilinin sökülməsi və zərərin ödənilməsi” tələbinə dair iddiası, Cavabdeh İddiaçı qarşı “cavabdehə məxsus mənzilin əvvəlki vəziyyətinə qaytarılması, maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair qarşılıqlı iddiasına dair mülki iş üzrə çıxarılmış Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh mülkiyyətində olan 9a saylı mənzilin texniki sənədlərdə nəzərdə tutulmuş əvvəlki vəziyyətinə qaytarılması təmin edilərək, mənzil daxilində özbaşına tikilmiş sanitar qovşağın sökülərək texniki sənədlərdə nəzərdə tutulmuş, həyətdəki sahəyə köçürülməsi, yaşayış sahəsi üzərində özbaşına quraşdırılmış, texniki sənədlərdə olmayan bütün kommunikasiya xətlərinin ləğv edilməsi və ona dəymiş 2000 manat maddi ziyanın və 1000 manat mənəvi ziyanın ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli, 132 nömrəli qərarı ilə təsdiq edilmiş 3 saylı əlavə üzrə, 2545 inventar nömrəli yerli əhəmiyyətli tarixi abidə olan, Mirzə Mənsur küçəsi, 94 saylı evin 9 (reyesrt № **********34- 05101- 093001), 12 (reyestr № **********2-05101-093003) və 14a (reyestr № **********22- 05101-093002) saylı mənzilləri mülkiyyət hüquqları ilə ona məxsusdur. Bina iki mərtəbəli, ümumi yaşayış qaydalı olmaqla, həyətdən və istifadə sahələrindən ibarətdir. 14a saylı mənzil 1-ci mərtəbədə, 12 və 9 saylı, eləcə də, cavabdehə məxsus 9a saylı mənzil isə 2-ci mərtəbədə yerləşir. 2-ci mərtəbədə yerləşən 12, 9 və 9a saylı mənzillər ümumi istifadə eyvanı ilə əhatələnməklə, 1-ci mərtəbədə yerləşən 14a saylı mənzilin tam üzərində yerləşir. 3 otaqlı, 125 kv. metr ümumi sahəsi olan 14a saylı mənzil tam təmirlidir və o, 4 nəfərdən ibarət ailəsi ilə halhazırda burada yaşayır. 9a saylı mənzilin əvvəlki mülkiyyətçisi qanunsuz söküntü və tikinti apardığına görə (7 metr uzunluğu, 0,90 metr eni olan və abidənin tərkib hissəsi olan daşıyıcı divarın sökülməsi faktı) sonuncuya bu hərəkətlər qadağan edilmiş və mənzildə təmir-tikinti işləri dayandırılmışdır. 2016-cı ilin avqust ayında cavabdeh, 9a saylı mənzili təmirsiz olmaqla, alqı-satqı yolu ilə almış və sözügedən mənzildə təmir işlərinə başlamışdır. X2-Memarlıq Qoruğu İdarəsinin, Mənzil-kommunal və Təmir Xidməti (bundan belə Kommunal Xidmət ) 9a saylı mənzildə qanunsuz tikilmiş bir arakəsmə divarı və mənzilin giriş hissəsi olan daş divarı sökmüş və yaşayış sahəsini əvvəlki vəziyyətinə qaytarmaqla, təmir işlərinə icazə vermiş, həmçinin daxili təmir işlərinin də texniki pasporta uyğun aparılmasını tövsiyyə etmişdir. Lakin cavabdeh sonradan giriş hissədəki daş divarı taxta şüşəbənd ilə əvəzləsə də, mənzilin daxilində, qapalı şəraitdə özbaşına, qanunsuz olaraq, texniki pasportda olmadığı, həmçinin, binanın arxiv sxem sənədlərində göstərilməyən, 1 kv.metr sahəni əhatə etməklə sanitar qovşaq və mənzilin digər hissəsində də, əlavə kommunikasiya xətləri quraşdırmışdır. 9a saylı mənzil, 9 saylı mənzilin bölünməsi yolu ilə yaranmış, 1 yaşayış otağından və giriş hissədən ibarət, sanitar istifadə sahəsi həyətdə olmaqla, hələ özəlləşdirmə anınadək mövcud olmuş və son hadisələrə qədər də bu cür istifadə edilmişdir. Sanitar qovşağın, mənzilin natural hissəsindən ayrı olmaqla həyətdə yerləşməsi, həmçinin mövcud olan texniki sənədlərdə də qeyd edilmişdir. Cavabdeh 9a saylı mənzildə qanunsuz təmir-tikinti işlərini bitirdikdən sonra, təxminən 2017-ci ilin əvvəllərindən başlayaraq sözügedən mənzili kirayəyə vermiş və hələ də verməkdədir. xx.xx.2017-ci il tarixində, iddiaçının yaşadığı 14a saylı mənzilin 2ci mərtəbəsində yerləşən 9a saylının sahibinin özbaşına tikdiyi 1 kv metr sahəsi olan sanitar qovşaqdan aşağıya durmadan kanalizasiya suyu axıdılmışdır. İddiaçının mənzildə yaşayanları dəvət eləməyinə baxmayaraq, 2 gün müddətində sanitar qovşaqdan istifadə edilmiş, daha sonra 100 mm-lik yeni boru, ümumi istifadədə olan eyvan kissə ilə aparılmaqla çəkilmişdir. Nəticədə betondan süzülən çirkab su durmadan iddiaçıya aid mənzilin mətbəxt hissəsinə axmışdır. İddiaçı tərəfindən Komunal Xidmətə müraciət edilmiş və hadisələr rəsmiləşdirilmişdir. İddiaçı cavabdehdən bu qanunsuzluqlara son qoymasını tələb etsə də, nəticə olmamışdır. xx.xx.2017-ci il tarixində, yenə də, 9a saylı mülkiyyətçiyə aid sahədən, qanunsuz inşa edilmiş sanitar qovşaqdan birinci mərtəbədə yerləşən iddiaçının mənzilinin mətbəx hissəsinə və istinad divarına gür su şırnağı axmışdır. Nəticədə divarda yerləşən elektrik naqilində qısa qapanma baş vermiş və beton arakəsmə erroziyaya uğramışdır. Yenə də, iddiaçı tərəfindən Kommunal Xidmətə müraciət edilmiş və baş verənlərin məsuliyyətinin həm də nəzarətçi orqan olaraq, onların da üzərinə düşdüyünü bildirmiş və cavabdeh barədə ciddi tədbir görmələrini tələb etmişdir. Yenə də cavabdeh tərəfindən qanunsuzluğun aradan qaldırılması yönündə heç bir əməli iş görülməmiş, yalnız 9a saylı mənzildə carı təmir işləri aparılmışdır. xx.xx.2018-ci il tarixində, iddiaçı yenidən cavabdehə məxsus qanunsuz inşa edilmiş sanitar xətlərdə baş vermiş nasazlıqlarla əlaqədar Kommunal Xidmətə ərizə ilə müraciət edərək bildirmişdir ki, 9a saylı mənzildə, 2016-cı ildən davam edən özbaşınalıq artıq onun üçün dözülməz hala çatmışdır. Belə ki, özbaşına tikilən sanitar qovşağın 100 mm diametrlik borularından çirkab su həm pilləkən qövsünə, eləcə də həyətə axmaqdadır. İddiaçı ümumyaşayış qaydalarına zidd olan bu hərəkətlərə son qoyulmasını qanun adından tələb etmişdir. Nəticədə Kommunal Xidmət cavabdehə xəbərdarlıq etməklə kifayətlənmiş, cavabdeh isə, həmişəki kimi nasazlığı qismən aradan qaldırmaqla məsuliyyətdən yayınmışdır. Nəhayət xx.xx.2021-ci il tarixində, “9a saylı mənzildə hələ 2016-cı ildən davam edən qanundan kənar özbaşınalığın nəticəsi olaraq, mütəmadi şəkildə, bu günə gədər 4 dəfədən artıq, sonuncu dəfə isə cari ayın 4-ü və 5-i tarixlərində çirkab suyun axıdılması nəticəsində iddiaçıya məxsus 14 saylı mənzilin tavanı (alçıpan) təxminən 1 kv metr sahədə islanaraq şişmiş və daha geniş sahəni əhatə etməkdədir. Eləcə də, daha əvvəlki vaxtlarda iddiaçının mənzilinin mətbəx hissəsindən mütəmadi çirkab suyun və içməli suyun axıdılması nəticəsində tavanın betonu zəifləmiş və ovularaq tökülməklə erroziyaya uğramaqdadır” mətinli ərizə ilə sonuncu dəfə Kommunal Xidmətə müraciət etmişdir. Komunal Xidmətin mütəxəssislərin ünvanda olaraq bütün yaranmış vəziyyətlə yerində tanış olmaqla yanaşı həm də faktları əks etdirən fotoşəkillər çəkmişlər. 25 yanvar 2021-ci il tarixli Kommunal Xidmətin ona ünvanladığı məktubdan da görünür ki, cavabdeh tərəfindən, 14 saylı mənzilə, 2017-2021-ci illər ərzində çirkab suyun və içməli suyun axıdılması dəfələrlə olmuşdur. Həmçinin Kommunal Xidmətin əməkdaşları tərəfindən 9a ünvanına baxış keçirərkən, mənzildə texniki sənədlərdə öz əkini tapmayan, özbaşına qanunsuz tikilmiş 1 ədəd sanitar qovşaq və mətbəx aşkar edilmişdir, baxmayaraq ki, sanitar qovşaq texniki pasportda həyətdə yerləşir. Eləcə də, məktubda bildirilir ki, sözügedən sanitar qovşaq və mətbəxin kommunikasiya xətlərin çəkilişi də texniki normativlərə cavab vermir. Bütün baş verənlər, mövcud olan sənədlər, həmçinin ilkin mütəxəssis rəyi onu deməyə əsas verir ki, cavabdeh tərəfindən qanundan kənar, özbaşına edilmiş əməllər, nəticə etibarı ilə digər hüquqpozmalara da səbəb olan amildir. Yuxarıda qeyd etdiyi mövcud vəziyyət və baş verənlərin kökündən həlli yalnız qanundan kənar halların aradan qaldırlması şəraitində mümkündür. Belə ki, mənzilin sahəsinin artırılması məqsədi ilə 7 metr uzunluğu 0,90 metr eni olan və abidənin tərkib hissəsi olan daşıyıcı divarın, əvvəlki mülkiyyətçi tərəfindən sökülməsi ilə başlanan hadisələr, nəticə etibarı ilə cavabdehlə, alqı-satqı anında 28.8 kv.metr olan mülkiyyət hüquqlarınin, 36 kv.metrə qədər artmasına və gələcək subyektiv maraqlar üzərində, qanundan kənar və hüquqpozmalarla müşayət edilən vəziyyətin cavabdeh tərəfindən idarə edilməsidir. Məsələn, qanunsuz şəkildə özbaşına olaraq tikilmiş sanitar qovşaq və digər kommunikasiya xətləri, 9a yaşayış sahəsinə, mənzil statusu tanımaq kimi, şəxsi mənafeyin güdülməsidir ki, bu da digər vətəndaş olan, iddiaçının haqq və hüquqlarının ardıcıl pozulması ilə müşayiət edilir. Cavabdehin sözügedən mənzili kirayə verməklə qazanc əldə etməsi, iddiaçının və onun ailəsinin qanuni əsaslarla mövcud olan mənzilinin son 4 ildə qanunsuz qurğulardan axıdılan çirkab suyundan zərər çəkməsi ilə nəticələnmişdir. Həmçinin daim əsəb gərginliyi şəraitində iddiaçının və onun ailəsinin öz mənzilində rahat yaşamağı mümkünsüz olmaqla yanaşı, potensial riskli vəziyyət də həmin sahələr üzrə qalmaqdadır. Qarşıda duran qanunsuz hallardan biri 7 metr uzunluğu, 0,90 metr eni olan və abidənin tərkib hissəsi olan daşıyıcı divarın əvvəlki mülkiyyətçi tərəfindən sökülməsidir ki, bu məsuliyyəti iddiaçı cavabdeh üzərinə qoymadan, məsul olan tərəfləri, inzibati məhkəməyə vermə hüququnu özündə saxlayır. Digər qanunsuz hallar isə, yuxarıda qeyd etdiyi, qanunsuz olaraq özbaşına tikilən sanitar qovşaq və digər qanunsuz kommunikasiya xətləri və onlardan istifadə nəticəsində onun əmlakına dəyən real zərər və Problematik vəziyyətdir ki, bu da cavabdehin sözügedən mənzildə mülkiyyətçi olduğu dövrü əhatə edir. Nəhayət son 4 il müddətində cavabdehin bütün bu olanlara məsuliyyətsiz və saymazyana münasibəti və qanunsuz hərəkətlərinin digər haqlı tərəflərə qəbul etdirmək əzmi və iradəsidir ki, bu da birgəyaşayış qaydalarına zidd olmaqla, ardıcıl və uzunmüddətli olduqda mənəvi zərəri qaçılmaz edir. 12 kv.metrlik mətbəxin tavan hissəsinin tamamilə nəm vəziyyəti və beton arakəsmənin erroziyaya uğramaqla ovulub tökülməsi, divardakı elektrik naqilində qısa qapanma, fərqli istiqamətdə yerləşən 20 kv.metrlik yaşayış otağının təxminən 1 kv.metrlik tavan hissəsində alçipanın islanaraq şişməsi və daha böyük sahədə çatların yaranması və s. vizual şəkildə, gözlə görünən qüsurlar olsa da, “MER GROUP” təmir-tikinti şirkətinin, mənzilinin təmir-bərpa işləri üzrə xx.xx.2021-ci il tarixlı smeta hesabatında bu xərclərin: Hazırlıq üzrə 420, Giriş otağı 794, Mətbəx 523. Yekun 1737 AZN olması göstərilmişdir. Fiziki şəxs olan sahibkar S.N.Musayev isə bütün təmir və xərclərin (usta köməkçisi və fəhlə 250, elektrik ustası 100, rəngsaz usta 400, daşınma xərcləri 60, material xərci 100 və daha 10% görünməyən xərclər olmaqla) ümumilikdə 1000 AZN olmaqla görə biləcəyini bildirmişdir. Həmçinin təmir-bərpa işlərinin 14-16 gün çəkəcəyini nəzərə almaqla, eləcə də, bu işlərin mətbəx və giriş hissədəki otaqda aparılacağından, bu müddət ərzində iddiaçı və onun ailəsinin yaxınlıqda digər bir mənzildə müvəqqəti kirayə xərclərini də nəzərə almaqla, təxminən 400-500 azn olmaqla, ümumi zərərin orta hesabla 2000 AZN olması ortaya çıxır. Göstərilənlərə əsasən Cavabdeh mülkiyyətində olan 9a saylı mənzilin texniki sənədlərdə nəzərdə tutulmuş əvvəlki vəziyyətinə qaytarılmasını təmin etməklə, mənzil daxilində özbaşına tikilmiş sanitar qovşağın sökülərək, texniki sənədlərdə nəzərdə tutulmuş, həyətdəki sahəyə köçürülməsini, yaşayış sahəsi üzərində özbaşına quraşdırılmış, texniki sənədlərdə olmayan bütün kommunikasiya xətlərinin ləğv edilməsi və iddiaçıya dəymiş 2000 manat maddi ziyanın və 1000 manat mənəvi ziyanın ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. Cavabdeh İddiaçı qarşı “dəymiş maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ilə məhkəməyə müraciət edərək, İddiaçı mülkiyyətində olan ev 94, mənzil 14A-nın əvvəlkin vəziyyətinə qaytarılması və ona dəymiş 11.000 manat məbləğində maddi və mənəvi zərərin ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Qarşılıqlı iddia tələbini onunla əsaslandırmışdır ki, o, ünvan 1 ünvanda mənzil alarkən alt qonşusu Rəşadla xx.xx.2016-cı ildə mübahisə yaşamış, işləri polisə düşmüşdür. Baş vermiş hadisə ilə İddiaçı onun şəxsiyyətinə toxunduğu üçün ona 4000 manat məbləğində mənəvi ziyan vurmuşdur. Bundan əlavə, Rəşad onun aldığı mənzildə köhnə sahibi tərəfindən bəzi təhlükəli təmirlər edildiyini və bu səbəbdən onun onları yeniləməli olduğunu şərt qoydu. Əks təqdirdə, təmirə icazə verməyəcəyi ilə hədələyirdi. O da, yeni qonşu olaraq Rəşadın istəklərini yerinə yetirməli oldu. Yəni öz evində təxminən 1500 manat dəyərində olan uzunluğu 10 metr kərpic divarı dağıtdı. Həmin divarın yerində 2000 manat dəyərində taxta aynabənd qoydurmalı oldu. Dağıntı zamanı 1000 manat dəyərində söküntü qalıqları onun tərəfindən daşındı. 500 manat dəyərində sanitar xətləri dəyişdirməli oldu. Ustaların işlərinə mane olmasın deyə təmir zamanı işindən 3 ay azad oldu və bu onu 1500 manat ziyana saldı. Onların işinə müdaxilə etməsin deyə həyətə 500 manat dəyərində kamera qoydurdu. İndi isə hadisənin üstündən xeyli vaxt keçib, Rəşad yenə də ona şərt qoyur ki, onun evi köhnə vəziyyətinə qaytarılsın, sanitar qovşağı və mətbəxi işlətməsin. Həmçinin Rəşad öz evində dəyişikliklər etmiş, tikinti aparmış, divar sökülmüş və bu hal onun yaşadığı evin qəzaya düşməsinə səbəb ola bilər. Bu səbəbdən, o da, Rəşadın mülkiyyətində olan ev 94, 14A saylı mənzilin əvvəlkin vəziyyətinə qaytarılmasının təmin edilməsini və ona dəymiş 11.000 manat məbləğində maddi və mənəvi zərərin ödənilməsini xahiş edir.
5. Daha sonra Cavabdeh məhkəməyə qarşılıqlı iddia ərizəsinə əlavə təqdim edərək, İddiaçıa məxsus Mirzə Mansur 94 ev 9-dakı 2,9 kv.metr sanitar qovşağının sökülməsi, 14A saylı mənzildə İddiaçı tərəfindən sökülmüş divarların yerinə bərpa edilməsi, yəni tikilmiş divarların sökülməsi, divarlarda açılmış yeni qapı və pəncərə dəliklərinin müvafiq sökülməsi və tikilməsi, açıq həyət sahəsinin 4 kv.metr genişləndirilməsi, 14A mənzilində mətbəxt otağının ləğv olunması, mətbəxt mebeli və qaz pilətəsinin köhnə yerinə qaytarılması, sanitar qovşağının ləğv olunması, köhnə yerinə qaytarılması və banka avadanlıqla əvəz edilməsi, evdəki bütün su kranlarının, duş ləvazimatının ləğv edilməsi və həyətə köçürülməsi, 14A ünvanındakı emisiya divarların qaşınıb divar kağızları ilə əvəzlənməsi, plastik pəncərələrin taxta pəncələrlə əvəzlənməsi, tavana yapışdırılmış polietilen kulokun sökülüb qoparılması, tarixi əhəmiyyət kəsb edən unikal pilləli otağın qanuni sahibinə-subyektinə (dövlətə) qaytarılması, İddiaçı həmin 33 kv.metr otaq üzərində mülkiyyəti hüquqlarının ləğv edilməsi, tarixi pilləkanın qazılmış altının yenidən doldurulub möhürlənməsi, 14A ünvanına aid kombinin içəri daşınması və ya «Ariston» su qızdırıcı ilə əvəzlənməsi, 9A ünvanına aid eyvanda yerlə çəkilən qaz turbasının ləğv edilməsi, 14A ünvanından 9A ünvanına divariçi qalxan havaçəkmə xəttinin ləğv edilərək qapanması, 9A eyvanındakı qır halqasının təmizlənməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
Birinci instansiya məhkəməsində icraat
6. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(009)-720/2021 saylı qətnaməsi ilə (hakim M.Bağırova) ilkin iddia qismən təmin edilmiş, Cavabdeh tərəfindən Bakı şəhəri , Mirzə Mənsur küçəsi, 94 saylı evin 9 a saylı mənzilində özbaşına tikilmiş sanitar qovşağın sökülməsi və mənzildə texniki sənədlərdə olmayan kommunikasiya xətlərinin ləğv edilməsi, Cavabdeh dəymiş maddi ziyanın əvəzi olaraq 333,0 (üç yüz otuz üç) manat tutularaq İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmiş, qarşılıqlı iddia təmin edilməmişdir.
7. Məhkəmə öz mövqeyini AR Konstitusiyasının 13 və 29-cu maddələrinə, AR Mülki Məcəlləsinin 21.1, 21.2, 152.1, 157.4, 1096.1-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun S.Bayramovanın şikayəti üzrə 16 iyul 2012-ci il tarixli qərarına, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002ci il tarixli qərarına, Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarına, Mənzil Məcəlləsinin 24.1-ci maddəsinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin dəlilləri
8. İlkin iddia üzrə İddiaçı apellyasiya şikayəti verərək, Səbail rayon məhkəməsinin, xx.xx.2021-ci il tarixli, 2(009)-720/2021 saylı qətnaməsinin, iddianın təmin edilməyən hissəsi üzrə ləğv edilərək, iddia tələbinin mənəvi ziyanın tutulması hissəsində təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 2016-ci ildə özbaşına tikilmiş sözügedən qurğular onun etirazına baxmayaraq, iradəsi əleyhinə olmaqla inşa edilmiş və dözülməz vəziyyət beş ildir ki, hüquqpozmalarla idarə edilməkdədir. Cavabdehlə aralarında baş verən çoxsaylı mübahisələrin və insidentlərin də kökündə duran amil, məhz bu səbəb olduğundan və nəticə etibarı ilə ona vurulan maddi ziyan da sübut olunduğu halda, hadisələr arasındakı qarşılıqlı əlaqəyə də qiymət verilməsi baxımından mənəvi ziyanın təmin edilməsi vacibdir. Daim əsəb gərginliyi şəraitində onun və ailəsinin öz mənzillərində rahat yaşamaqları mümkünsüz olmaqla yanaşı, potensial riskli vəziyyət də həmin sahələr üzrə 5 ildir ki, mövcuddur və davalı münasibət qalmaqdadır. Nəhayətdə, son 5 il müddətində cavabdehin bütün bu olanlara məsuliyyətsiz və saymazyana münasibəti və qanunsuz hərəkətlərini digər haqlı tərəflərə qəbul etdirmək əzmi və iradəsidir ki, bu da birgəyaşayış qaydalarına zidd olmaqla, ardıcıl və uzunmüddətlı olduqda mənəvi zərəri qaçılmaz edir. Məhkəmə isə işin faktiki hallarının əksinə olaraq belə qənaətə gəlib ki, iddiaçıya cavabdehin hərəkət və ya hərəkətsizliyi nəticəsində hər-hansı mənəvi ziyanın dəyməsi müəyyən edilməmişdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
10.Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdur.
Məhkəmə icraatı iştirakçılarının izahatları
11. Məhkəmə kollegiyasının iclasında iştirak edən qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apellyasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. 12.İşə baxılmasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, ilkin iddia üzrə İddiaçı məhkəmə iclasına gəlməmiş, teleqram ünvanlayaraq Bakıdan kənarda olduğundan məhkəmə iclasının 10 gün təxirə salınmasını xahiş etmişdir. İşə AR MPM-in 376.2-ci maddəsinə əsasən gəlməyən tərəfin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.
Apellyasiya baxışının hədləri
13.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 14.Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. 15.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. 16.Məhkəmə kollegiyası qeyd edir ki, qətnamədən yalnız ilkin iddia üzrə iddiaçı apellyasiya şikayəti verərək qətnamənin iddia tələbinin mənəvi ziyana dair təmin edilməyən hissəsində ləğv edilərək, həmin hissədə iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Odur ki, apellyasiya baxışının predmetini iddia tələbinin mənəvi ziyanının ödənilməsinin təmin edilməməsi hissəsində qətnamənin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir.
Tətbiq edilən hüquq
17.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 18.“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilmişdir ki, “hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur”. 19.“Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarının 2-ci bəndində göstərilir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Həmin Qərarın 8-ci bəndində məhkəmələrə izah edilmişdir ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkətləri və hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və ya hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsirinin müəyyən edildiyi hallarında, AR MM-nin 1097-ci maddəsinə müvafiq olaraq, mənəvi zərərin ödənilməsi barədə iddia təmin edilə bilər. 20.“İnsan Hüquqlarının və X1 haqqında” Konvensiyanın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. 21.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 22.Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 23.Həmin Məcəllənin 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 24.Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi
25.Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. 26.Mənəvi ziyanın ödənilməsini təmin etmək üçün iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, bu zaman zərərvuran şəxsin təqsirinin müəyyən edilməsi və qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması kimi şərtlər mövcud olmalıdır. Yalnız bu şərtlərin hamısı eyni zamanda mövcud olduğu halda, iddia əsaslı sayıla bilər. 27.İddiaçı iddia tələbində cavabdehin əsassız və qanunsuz hərəkətləri səbəbindən mənəvi sarsıntı keçirməsi, sağlamlığının pozulması, mənfi psixi reaksiyaya səbəb olması nəticəsində fiziki əzab çəkdiyini göstərsə də, keçirdiyi fiziki və mənəvi sarsıntılarla bağlı öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmiş, keşirmiş olduğu mənəvi sarsıntıların nədə ifadə olunmasını, habelə həmin sarsıntıların cavabdehin hərəkətləri ilə səbəbli əlaqəsinin olduğunu göstərən sübutları məhkəməyə təqdim etməmişdir. Halbuki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən qeyd edilən halın sübut edilməsi məhz iddiaçının vəzifəsidir. 28.Avropa Məhkəməsinin Mahmudov Rusiya Federasiyasına qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında göstərilmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallarından irəli gələ bilər. 29.Göstərilənlərə əsasən kollegiya bu qənaətə gəlir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. 30.Kollegiya apellyasiya şikayətinin dəlillərini araşdıraraq onları əsaslı hesab etmir və qeyd edir ki, onlar formal mülahizələrə əsaslanmaqla, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas deyildir. 31.Kollegiya həmçinin izah edir ki, qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti 5000 manatdan az olduğundan Azərbaycan Respublikası MPM-in 402-ci maddəsinin tələblərinə uyğun olaraq qətnamədən kassasiya şikayəti verilə bilməz. 32.Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
33. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qətetdi:
İlkin iddia üzrə İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(009)-720/2021 saylı qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.