Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4847/2023 17.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı İsmayil qızının cavabdehlər Cavabdeh2 MMC, Cavabdeh1 və Cavabdeh3 ASC-yə qarşı mülki iş üzrə (Açar sözlər: hərracın nəticələri haqqında protokolun etibarsız hesab edilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim X7 qızının sədrliyi və məruzəsi ilə, hakimlər Babayev Fuad Fikrət oğlundan və X3 ibarət tərkibdə, məhkəmə iclas katibi X2, Cavabdeh3 ASC-nin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı İsmayil qızının cavabdehlər Cavabdeh2 MMC, Cavabdeh1 və Cavabdeh3 ASC-yə qarşı "hərracın nəticələri haqqında protokolun etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1569/2023 saylı, 01 iyun 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi İşin halları
1. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(001)-2688/2021 saylı qətnaməsinə əsasən cavabdeh İddiaçı “Yelo Bank" ASC-nin xeyrinə 16 dekabr 2014cü il tarıxli kredit müqaviləsi üzrə 23.942,92 ABŞ dolları əsas, 37.067,87 ABŞ dolları faiz, 382,06 ABŞ dolları cərimə və kredit müqaviləsi üzrə xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 1.197,15 ABŞ dolları məbləğində çıxmış fayda olmaqla, cəmi 62.590 (altmış iki min beş yüz doxsan) ABŞ dolları məbləğində borcun məzənnə üzrə manatla tutulması, tutmanın İddiaçı mülkiyyətində olan ünvan 1ənzil ünvanında yerləşən daşınmaz əmlaka yönəldilməsi, mənzilin açıq hərracdan satılması və mənzilin ilkin satış qiymətinin 89.550 (səksən doqquz min beş yüz əlli) manat müəyyən edilməsi, satışdan əldə olunan pul vəsaiti hesabına borc məbləğinin iddiaçı Cavabdeh3 ASC-yə ödənilməsi və həmin vəsait kredit borcunun ödənilməsinə kifayət etmədikdə qalan məbləğin cavabdeh İddiaçı ümumi qaydada tutulması, daşınmaz əmlaka tutma yönəldildikdən və o satıldıqdan 1 (bir) ay sonra mənzilin boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir.
2. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(103)-1519/2022 saylı qətnaməsinə əsasən tərəflərin apellyasiya şikayətləri qismən təmin edilərək Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(001)-2688/2021 saylı qətnaməsi cavabdeh İddiaçı “Yelo Bank" ASC-nin xeyrinə 16 dekabr 2014-cü il tarıxli kredit müqaviləsi üzrə 37.067,87 ABŞ dolları faiz, 382,06 ABŞ dolları cərimə borcunun tutulması hissəsində dəyişdirilməsi və cavabdeh İddiaçı İsmayil qızından tutulacaq faiz borcunun məbləği 5.358,48 ABŞ dolları, cərimə borcunun məbləği isə 1.500 ABŞ dolları müəyyən edilməsi qət edilmişdir.
3. Cavabdeh1 xx.xx.2022-ci il tarixli xx/xx-135263-16 saylı məktubu ilə hərracın keçirilməsi haqqında sifariş Azərbaycan Respublikası Ədliyyə nazirliyi İcra Baş İdarəsinə, "xxxx" ASC, "xxxx" MMC və İddiaçı İsmayil qızına göndərilmişdir.
4. Azərbaycan Respublikası X1 Əmlak Hərrac Mərkəzi tərəfindən hərracın baş tutmamasına dair 18 noyabr 2022-ci il tarixli protokola əsasən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(001)-2688/2021 saylı icra vərəqəsinə əsasən Cavabdeh1 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli xx/xx-135263-16 saylı sifarişi üzrə tələbkar "xxxx" ASC tərəfindən yüklü edilmiş İddiaçı İsmayil qızına məxsus Bakı şəhəri, Binəqədi şosesi, 16 saylı evin 64 saylı mənzilin açıq hərracda satışının keçirilməsi üçün ilkin hərrac 18 noyabr 2022-ci il tarixə saat 11:00-ə təyin edilmişdir. Göstərilən hərracın keçirilməsinin tarixi və yeri barədə kütləvi informasiya vastəsi statusu olan “Birjanyus” internet informasiya ehtiyatında eləcə də, "xxxx" MMC-nin rəsmi internet satında elan verilməklə maraqlı tərəflərə hərracın keçirilməsinə dair bildiriş göndərilmişdir. 18 noyabr 2022-ci il, saat 11:00-a təyin edilmiş hərracda iştirak etmək üçün müraciət daxil olmamışdır. Odur ki, 18 noyabr 2022-ci il tarixə təyin edilmiş açıq hərrac hərracın iştirakçısı olmaması səbəbindən baş tutmamışdır.
5. Binəqədi rayon İcra şöbəsi tərəfindən İddiaçı İsmayil qızına və "xxxx" ASC-yə göndərilən təkrar hərracın keçirilməsinə dair bildirişdən görünür ki, təkrar hərrac 06 dekabr 2022-ci il tarixdə saat 11:00-da keçirilməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası X1 Əmlak Hərrac Mərkəzi tərəfindən hərracın baş tutmamasına dair 06 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, 06 dekabr 2022-ci il tarixə təyin edilmiş açıq hərrac hərracın iştirakçısı olmaması səbəbindən baş tutmamışdır.
6. Cavabdeh2 MMC tərəfindən "xxxx" ASC-yə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(001)-2688/2021 saylı icra vərəqəsinə əsasən Binəqədi rayon İcra şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli xx/xx-135263-16 nömrəli sifarişi üzrə ipoteka ilə yüklü edilmiş İddiaçı İsmayil qızına məxsus Bakı şəhəri, Binəqədi şosesi, 16 saylı evin 64 saylı mənzilin təkrar hərracdakı satış qiymətindən 25% az olmayan qiymətə əldə edilməsi təklif edilmişdir. İpoteka predmeti olan Bakı şəhəri, Binəqədi şosesi, 16 saylı evin 64 saylı mənzilinin təkrar hərracdakı satış qiyməti olan 76117,5 manatın 25% az olmayan qiyməti 57088 manat təşkil edir. Həmçinin Azərbaycan Respublikası Əmlak Hərrac Mərkəzi tərəfindən "xxxx" ASC-yə verilmiş təklif İddiaçı İsmayil qızı və Binəqədi rayon İcra şöbəsinə göndərilmişdir.
7. Cavabdeh2 MMC-nin Hərracın nəticələri haqqında 276-22 nömrəli protokolunun surətindən görünür ki, Binəqədi rayon İcra şöbəsinin sifarişi, Cavabdeh2 MMC-nin təşkilatçılığı ilə xx.xx.2022-ci il tarixdə İddiaçı İsmayil qızına məxsus Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şosesi, 16 saylı evin 64 saylı təkrar hərracdakı satış qiymətinə 25% endirimlə 57.088,13 manata alıcı-ipoteka saxlayan Cavabdeh3 ASC-yə satılmışdır.
Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı İsmayil qızı cavabdehlər Cavabdeh2 MMC, Cavabdeh1 və Cavabdeh3 ASCyə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona məxsus və mülkiyyətçisi olduğu Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şosesi, 16 saylı evin 64 saylı yeganə mənzilinə dair qanunsuz olaraq keçirdiyi hərracın nəticələri haqqında Cavabdeh2 MMC rəhbərliyinin direktrou Vidadi Nuriyevin onu məlumatlandırmadan, özünə almaq üçün təklif etmədən və dəvət etmədən, üç dəfə ucuz qiymət hesablamaqla keçirdikləri hərracın yekunları barədə protokolu, hərracın yekunları barədə alqı-satqı müqaviləsini etibarsız hesab edilməsi, cavabdehlərin hərəkətlərinin qanunsuz hesab edərək mülkiyyətindəki Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şosesi, 16 saylı evin 64 saylı mənzilinə dair Cavabdeh3 ASCnin hüquqlarının dövlət qeydiyyatının etibarsız hesab edilməsi və onun mülkiyyətində olan mənzilə aid sənədləşmənin əvvəlki hüquqi vəziyyətinə qaytarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. İddia onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi iddiaçı Cavabdeh3 ASC-nin qanunsuz iddia tələbini icraata götürməklə, ədalətsiz olaraq əlehinə bankın mənafeyi baxımından araşdırma aparılaraq bu müddət ərzində ödənişlərinin olmasını, yalnız devalvasiyadan sonra iş yerlərinin bağlanması nəticəsində gecikmələrinin yaranmasını, bu mənzilin yeganə mülkiyyətindəki mənzil olması kimi amilləri heçə sayaraq Cavabdeh3 ASC-nin qanunsuz iddia tələbini icraata götürülərək ədalətsiz olaraq əlehinə bankın mənafeyi baxımından araşdırma aparılaraq bu müddət ərzində ödənişlərinin olması, yalnız devalvasiyadan sonra iş yerlərinin bağlanması nəticəsində gecikmələrinin yaranmasını, bu mənzilin yeganə mülkiyyətindəki mənzil olması kimi amilləri heçə sayaraq Cavabdeh3 ASC-nin bütün tələblərini qanunsuz olaraq 16 noyabr 2021-ci il tarixli qətnaməsi ilə qismən təmin edilmişdir. Halbuki bankın sifarişi ilə dəfələrlə ekspertiza keçirilmiş, bankın şişirdərək tələbində yazdığı rəqəmlərə heç bir dəyişiklik etmədən sanki notariat rolunu oynayaraq bankın onun üzərinə yazdığı şişirdilmiş rəqəmlər qətnamə ilə təsdiqlənmişdir. Həmin qətnamə üzrə 16 dekabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə 23.942,92 ABŞ dolları əsas, 37.067,87 ABŞ dolları faiz, 382,06 ABŞ dolları cərimə və kredit müqaviləsi üzrə xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 1.197,15 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə 62.590 ABŞ dolları məbləğində borcun, ödənilmiş məhkəmə xərclərinin 55,60 manat hissəsinin tutulması, tutmanın mülkiyyətindəki Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şosesi, ev 16 ünvanında yerləşən 64 nömrəli mənzilinə yönəldilməsi, həmin əmlakın açıq hərracda satılması və mənzilin ilkin satış qiyməti 89.550 manat müəyyən edilməsi, borcun Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şosesi, ev 16 ünvanında yerləşən 64 nömrəli mənzilin hərracdan satışdan əldə olunan vəsait hesabına Cavabdeh3 ASC-yə ödənilməsi, satışdan əldə olunan vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissəsinin ümumi qaydada tutulması, mülkiyyətindəki Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şosesi, ev 16 ünvanında yerləşən 64 nömrəli mənzilinə yönəldikdən və o satıldıqdan 1 ay sonra mənzilin boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi qət edilmişdir. Məhkəmə iddia tələbinə bu cür qanunsuz və ədalətsiz yanaşmaqla onsuz da ağır olan vəziyyəti daha acınacaqlı olmuş, həmin qətnamə ilə həm ödədiyi pullar əlindən çıxmış, həm də övladlarının, hazırda hərbi xidmətdə olan oğlunun və onun təmir etdirdiyi yeganə yaşadığı mənzildən məhrum edilmə təhlükəsi ilə üz-üzə qalmışdır. Həmin qətnamədən narazı qaldığından apellyasiya şikayəti verərək sözügedən qanunsuz və ədalətsiz qətnamənin ləğv edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 16 mart 2022-ci il tarixli 2(103)-1519/2022 saylı qətnaməsi ilə 16 dekabr 2014-cü il tarixli Cavabdeh3 ASC-nin onu borclandırdığı 37.067,87 ABŞ dolları faiz borcu, 5.358,48 ABŞ dollarına endirilərək, cərimə yazılmış 382,06 ABŞ Dolları 1500 ABŞ dolları müəyyən etməklə qətnamədə dəyişikliklər etmişdir. Hazırda həmin qətnamə qanuni qüvvəsini almış və Cavabdeh1nə icra olunması üçün göndərilmişdir. Bütün bu müddət ərzində baxmayarq ki, Cavabdeh3 ASC qərəzlilik nümayiş etdirərək onu məhkəməyə vermiş, artıq faizlər və dəbbə pulları üzərinə yazmış, bütün bunlara baxmayaraq həmin məhkəmələr müddətinə o az da olsa ödənişlər edib, borcunu minimuma endirməyə çalışmışdır. Cavabdeh3 ASC-ni Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şosesi, ev 16 ünvanında yerləşən 64 nömrəli mənzilini hərraca çıxaracağı, ailə üzvlərini küçəyə atacağı kimi təzyiqlər edərək, hazırda isə icra məmurları və hərrac mərkəzi adından zənglər edərək ona və ailə üzvlərinə evi boşaltmaq və evdən çıxmaq üçün müxtəlif təzyiqlər edirlər. Cavabdehlər Cavabdeh2 MMC, Cavabdeh1 və Cavabdeh3 ASC-nin rəhbərliyi və əməkdaşları onun xəbəri olmadan 2022-ci ilin dekabr ayında keçirdikləri hərracın yekunları barədə protokol və alqı-satqı barədə sənədləşmələrdə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şosesi, ev 16 ünvanında yerləşən 64 nömrəli mənzilini 57.088,13 manat dəyəndirərək satıb, Cavabdeh3 ASC-nin mülkiyyətinə keçməsinə razılıqlarını ifadə edərək onun əvvəlcə ödədiyi 54.000 manat, məhkəmələr müddətində ödədikləri pulları havaya sovuraraq əsassız varlanmaqla ona və ailə üzvlərinə qarşı düşmən kimi davranaraq mənzili mənimsəmək üçün bütün vasitələrdən istifadə etmişlər. Onun mülkiyyətində olan və ona məxsus Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şosesi, ev 16 ünvanında yerləşən 64 nömrəli mənzilinin real satış qiyməti, təmiri də daxil olmaqla 130.000 manat olsa da, hərracı keçirən hərracın təşkilatçısı Cavabdeh2 MMC rəhbərliyinin direktoru Vidadi Nuriyev cavabdehlərin sifarişi ilə keçirdiyi hərrac barədə ona ümumiyyətlə məlumat verməmişdir. Hətta Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şosesi, ev 16 ünvanında yerləşən 64 nömrəli mənzilinə dair hərracın keçiriləcəyi gün barədə belə xəbərdar edilməmişdir. Hətta məhkəmə mübahisələri davam etdiyindən gələcəkdə keçirilə biləcək hərrac gününün təxirə salınaraq ona keçiriləcəyi gün barədə məlumat verilməsini xahiş etmişdir. Bu səbəblərdən cavabdehlərin sifarişləri və bir-birləri ilə əlbir olmaları səbəblərindən hərracda iştirak etmək hüququndan dolayı yolla məhrum edilmişdir. Hərrac keçirilərkən mülkiyyətindəki mənzilin müxtəlif qanunsuzluqlara yol verilməklə onu məlumatlandırmadan, mənzilin mülkiyyətçisi olaraq ona və ailə üzvlərinə təklif edilmədən mənimsənilməsi və yeganə təmirli mənzilin satış qiymətinin bazar dəyərindən ən azı 3 dəfə aşağı qiymətləndirilmişdir. Əmlak qiymətləndirərkən cavabdeh "xxxx" ASC-nin rəhbərliyinin maraqları nəzərə alınaraq həddin artıq aşağı qiymət yazılmış, Bakı şəhəri, Binəqədi şosesi, 16 saylı evin 64 saylı mənzilinin satış qiyməti Cavabdeh2 MMC rəhbərliyinin direktoru tərəfindən həddindən artıq ucuz qiymət olan 57088,13 manat kimi yazılması və evin "xxxx" ASC tərəfindən çox ucuz qiymətə satın alınması Cavabdeh2 MMC rəhbərliyinin direktoru, Cavabdeh1 və "xxxx" ASC-nin rəhbərliyi tərəfindən xəbəri olmadan əlindən alınması azmış kimi, indi də aillə üzvlərinin evdən çıxarılmasına təzyiqlər göstərilməsi ədslətsiz və qanunsuzdur. Cavabdehlərin bu günədək Bakı şəhəri, Binəqədi şosesi, 16 saylı evin 64 saylı mənzilinə görə ödədiyi pullar nəzərə alınmayıb. Ən azından cavabdeh "xxxx" ASC-nin ona şişirdilmiş faiz və dəbbə pulu yükləməsi yeganə mənzilini mənimsəmək arzusunda olmasıdır.
10. Cavabdeh2 MMC iddia ərizəsinə etiraz təqdim edərək bildirmişdir ki, hazrıki etiraz mülahizələrinə əlavə еdilən Bakı şhəri Вinəqədi rayon iсrа şöbəsindən "Əmlаk Нərrас Мərkəzi" ММС-уə ünvanlanmış 17/68-13 526З-16 saylı, xx.xx.2022-ci il tarixli sifariş məktubundan görünür ki, Bakı şəhəri Binəqədi rауоn məhkəməsinin 2(001)-2688/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsinə əsasən, ilkin satış dəyəri 89.550 manata olmaqla, Bakı şəhəri, Binəqədi rayonu, Вinəqədi şosesi ünvanında yerləşən 16 nömrəli evin 64 saylı mənzilinin açıq hərrасdа satılması "xxxx" ММС-уə sifariş olunmuşdur. Sözügedən hərrас sifarişi üzrə ilkin hərracın kеçirilməsi 18 nоуаbr 2022-ci il, saat 11:00 təуin edilmiş və bu barədə sifarişçi icra şöbəsinə, о cümlədən borclu Əliyeva Хurаmаna, eləcə də tələbkar "xxxx" ASC-yə bildirş göndərilmişdir. ilkin hərracın keçirilməsi ilə bağlı elan xx.xx.2022-ci il tarixində kütləvi informasiya vasitəsi olan "Birjanyus" internet informasiya Ehtiyatında dərc olunmuş və həmin elan eyni zamanda hərrас təşkiatçısının rəsmi internet səhifəsində da yerləşdirilmişdir. Hazırkı etiraza əlavə еdilən hərracın baş tutmamasına dair 18 nоуаbr 2022-ci il tarixli protokolun surətindən görünür ki, yuxarıda göstərilən tаriхə təуin edilmiş hərrac hərracın iştirakçısı olmaması səbəbindən baş tutmamışdır. 18 nоуаbr 2022-ci il tаriхinə təyin edilmiş hərrас baş tutmadığından həmin mənzil ilkin satış qiуmətindən 15% aşağı qiуmətə, yəni 76.117,5 manata olmaqla, 06 dekabr 2022-ci il tarixə, saat 11:00-ə təkrаr açıq hərrаса çıxarılmış və təkrаr hərracın keçirilməsi ilə bağlı elan xx.xx.2022-ci il tarixində kütləvi informasiya vasitəsi olan "Birjanyus" internet infоrmаsiуа ehtiyatında dərс olunmuş və həmin elan həmçinin hərrас təşkilatçısının rəsmi internet səhifəsində də yerləşdirilmişdir. Eyni zamanda qeyd edir ki, sözügedən tаriхə təyin edilmiş ilkin hərrас hərracın iştirakçısı olmaması səbəbindən baş tutmamışdır. Hərracın təşkilatçısı tərəfindən xx.xx.2022-ci il tarixə, saat 11:00-ə təyin edilmiş hərracın baş tutmaması barədə məlumаt "Birjanyus" internet informasiya Ehtiyatında və hərracın təşikatlçısının rəsmi internet səhifəsində də dərс olunmuşdur. Hazırkı etiraza əlavə edilən "təkrаr hərracın kеçirilməsinə dair', xx.xx.2022-ci il tarixli bildirişin surətindən görünür ki, təkrаr hərrас barədə tərəflərə müvafiq məlumat verilmişdir. Hazırkı etiraza əlavə edilən "hərracın baş tutmamasına dair'' 06 dekabr 2022-ci il tarixli protokolun surətindən görünür ki, 06 dekabr 2022-ci il tаriхinə təyin edilmiş təkrar açıq hərrас da hərracın iştirakçısı olmaması səbəbindən baş tutmamışdır. Тəkrаr hərracın baş tutmamasına dair məlumаt xx.xx.2022-ci il tarixində kütləvi informasiya vasitəsində dərc etdirilməklə, bu məlumat hərrасın təşikatçısının rəsmi internet səhifəsində də yerləşdirilmişdir. Hazırkı etiraza əlavə edilən xx.xx.2022-ci il tarixli, ******* saylı "ipoteka predmetinin əldə olunmasına dair" təklifdən görünür ki, yuxarıda göstərilən ipoteka predmeti "İpoteka haqqında" Azərbaycan Respublikasının Qanunun tələblərinə uyğun оlаrаq təkrаr hərracdakı satış qiymətindən 25% aşağı qiуmətə ipotekasaxlayana təklif olunmuşdur. İpoteka saxlayan "xxxx" ASC 08 dekabr 2022-ci il tarixli, KBD 13094 nömrəli məktubla ipoteka predmetini təklif еdilən 57.088,13 manat məbləğində əldə еdilməsinə razı olduğunu bildirmişdir. Qeyd olunan razılığa əsasən "X1" nəzdində "xxxx" MMC tərəfindən 1З.12.2022-сi il tarixli, 276/22 saylı "Açıq hərracın Yekunları barədə Protokol" tərtiЬ еdilərək təsdiq olunmuş və həmin рrоtоkоl növbəti tədbirlərin təmin edilməsi məqsədilə "xxxx" MMC-nin ******* saylı, xx.xx.2022-ci il tarixli məktubuna qoşma ilə sifarişçi iсrа şöbəsinə göndərilmişdir.
11. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1569/2023 nömrəli, 01 iyun 2023-cü il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir.
12. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, Bakı şəhəri, Binəqədi şosesi, 16 saylı evin 64 saylı mənzilinə dair hərracın keçirilməsinin tarixi və yeri barədə İddiaçı İsmayil qızına məlumat göndərilmiş, həmçinin kütləvi informasiya vasitəsi statusu olan “Birjanyus” internet informasiya ehtiyatında eləcə də, "xxxx" MMC-nin rəsmi internet saytında elan verilmişdir
13. Məhkəmə hesab etmişdir ki, iddia ərizəsində göstərilən hərrac keçirilərkən iddiaçının məlumatlandırılması və ya iddiaçının hərracın keçirilməsindən xəbərsiz olması barədə məhkəməyə heç bir mötəbər sübut təqdim edə bilməmişdir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Belə ki, tədqiq olunmuş sübutlarla əksi təsdiq olunaraq, qeyd olunan hərraclarla bağlı bildirişlərin qanunla nəzərdə tutulmuş qaydada ipoteka qoyana təqdim olunması təsdiq edilmişdir.
14. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1, 416.1; Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apelyasiya şikayətinin dəlilləri və şikayətə etirazın dəlilləri
15. İddiaçı İsmayil qızı qətnamədən apellyasiya şikayəti verərək, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şosesi, 16 saylı evin, 64 saylı yeganə mənzilinin hazırda real bazar qiymətinin müəyyən edilməsi üçün yenidən qiymətləndirmə keçirilməsi barədə qərardad çıxarılması, bundan sonra Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1569/2023 nömrəli, 01 iyun 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir.
16. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, qanunla nəzərdə tutulmuş qaydada məhkəməyə müraciət edərək, özünun pozulmuş konstitusion və prosessual hüquqlarının müdafiəsini tələb etdiyi halda məhkəmə işə birtərəfli qaydada yanaşaraq cavabdehlərin süni sənədləşmələri ilə kifayətlənərək ədalətsiz nəticəyə gəlməklə yanaşı, iddiaçının pozulmuş hüquqlarını bərpa etmək əvəzinə verdiyi vəsatətləri rədd etməklə onsuz çətin durumunu daha da ağırlaşdırmışdır. Cavabdeh "xxxx" MMC digər cavabdehlərin sifarişi ilə onun hüquqlarını pozmaqla hərrac keçirib, min bir əzabla əldə etdiyi mülkiyyətindəki mənzili dəyər dəyməzinə qiymətləndirməsi azmış kimi, digər cavabdeh olan bank da daxil olmaqla cavabdehlərə arxalanıb məhkəmə iclaslarına gəlməməsi, məhkəməyə hörmətsiz davranmaqdan əlavə həm də çəkişmə prinsipinin pozulmasıdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(004)- 1569/2023 saylı qətnaməsi iddiaçının qanunla qorunan hüquqlarının həyata keçirməsinə maneə, cavabdehlərin isə sifarişli hərrac keçirməklə iş üzrə keçən cavabdeh bankın əsassız varlanmasına şərait yaratmışdır. Bu maddənin tələbləri pozulduğundan sözügedən qətnamə dəyişdirilməli və iddiaçının iddia tələbləri təmin edilməlidir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsi cavabdeh "xxxx" MMC internet məlumatlarına müraciət etməklə və sairə maddi hüquq normalarına əməl etdiyini qətnamədə yazsa da, onun müasir baxışlı insan olmadığı, elm, texnikanın inkişafını izləyəcək sürətdə insan olmadığı, üstəlik övladının hərbi xidmətdə olduğu, bir vətəndaş olaraq valideynlik hissləri bir kənarda, cavabdehlərin isə varlanmaq xülyalarına düşüb ona qarşı sirafişli əsaslarla birləşmələri kimi amilləri nəzərə alıb, bu mülki iş üzrə ən azından onun yenidən qiymətləndirmənin keçirilməsi ilə bağlı iş üzrə rəy alındıqdan sonra bu işə nəticə verilməsi daha əhəmiyyətlidir. Hesab edir ki, instansiya məhkəməsi bu normanın tələblərini də pozmuşdur.
17. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
18.Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh3 ASC-nin nümayəndəsi X5 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək apellyasiya şikayətinin təmin olunmamasını və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmiş, mübahisəli əmlakın ilkin satış qiymətinin məhkəmə qətnaməsinə əsasən müəyyən edildiyini bildirmişdir. 19.Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış iddiaçı və digər cavabdehlər məhkəmə iclasında təmsil edilmədiyindən və məhkəmə iclasında üzrlü səbəblərdən iştirak edə bilməyəcəkləri barədə mötəbər sübutlar təqdim etmədiyindən məhkəmə kollegiyası işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Apellyasiya baxışının hədləri 20.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 21.Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. 22.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. 23.Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv olunması və iddia tələbinin təmin edilməsi xahiş edilir. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin bütövlükdə yoxlanılması təşkil edir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsinin
24.16.1-ci maddəsində isə müəyyən edilmişdir ki, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. 25.337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. 26.415.1-ci maddəsinə əsasən, auksionlar və müsabiqələr açıq və qapalı ola bilər. Açıq auksionda və açıq müsabiqədə istənilən şəxs iştirak edə bilər. Qapalı auksionda və qapalı müsabiqədə yalnız bu məqsəd üçün dəvət olunan şəxslər iştirak edirlər. 27.415.2-ci maddəsinə əsasən, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir.
28. 415.3-cü maddəsinə əsasən, əgər bu Məcəllədə və ya hərracın keçirilməsi barədə bildirişdə ayrı qayda nəzərdə tutulmayıbsa, bildirişi göndərən açıq hərrac təşkilatçısı auksionu keçirməkdən istədiyi vaxt, lakin onun keçirilməsi gününə ən geci üç gün qalmış, müsabiqəni keçirməkdən isə onun keçirilməsinə ən geci otuz gün qalmış imtina edə bilər. Açıq hərracın təşkilatçısı onu keçirməkdən həmin müddətləri pozmaqla imtina etdikdə, iştirakçılara dəyən real zərərin əvəzini ödəməlidir. Qapalı auksionun və ya qapalı müsabiqənin təşkilatçısı hərracdan imtinanın bildiriş göndərildikdən sonra məhz hansı müddətdə edildiyindən asılı olmayaraq, dəvət etdiyi iştirakçılara dəyən real zərərin əvəzini ödəməlidir. 29.415.4-cü maddəsinə əsasən, hərracın iştirakçıları hərracın keçirilməsinə dair bildirişdə göstərilən məbləğdə, müddətdə və qaydada beh verirlər. Hərrac keçirilmədikdə beh geri qaytarılmalıdır. Hərracda iştirak edən, lakin onu udmayan şəxslərin də behi qaytarılır. Hərracı udmuş şəxslə müqavilə bağlandıqda, onun verdiyi behin məbləği bağlanmış müqavilə üzrə öhdəliklərin icrası hesabına daxil edilir.
30. 415.5-ci maddəsinə əsasən, hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun və ya müsabiqənin keçirildiyi gün hərracın nəticələri haqqında protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. Hərracı udmuş şəxs protokolu imzalamaqdan boyun qaçırarsa, verdiyi behi itirir. Protokolu imzalamaqdan boyun qaçıran hərrac təşkilatçısı hərracı udan şəxsə behi ikiqat məbləğdə qaytarmalı, habelə hərracda iştirak etmək nəticəsində dəyən zərərin əvəzini ödəməlidir.
31. 416.1 və 416.2-ci maddələrinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur.
“İpoteka haqqında” Qanunun
32.41.2-ci maddəsinə əsasən, məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. İcra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata (bundan sonra - hərracın təşkilatçısı) hərracın keçirilməsi barədə sifarişi verir. Bu razılıq 5 təqvim günü müddətində əldə edilmədikdə icra məmuru sifarişi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verir. 33.41.3-cü maddəsinə əsasən, hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir. 34.42.1-ci maddəsinə əsasən, hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair mediada və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir. 35.43.3-cü, 43.4-cü, 43.5-ci, 43.6-cı və 43.7-ci maddələrinə görə isə, hərracın baş tutmaması barədə elanın dərc edildiyi gündən sonra 10 təqvim günü müddətində ipoteka saxlayan ipoteka qoyanla müqavilə əsasında ipoteka predmetini ilkin satış qiymətilə ala bilər. İpoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda, birinci hərracın keçirildiyi gündən bir 45 təqvim günündən gec olmayaraq, təkrar hərrac keçirilir. Təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, hərracın iştirakçısı olmadığına görə hərracın baş tutmadığı səbəbə görə isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. Bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. 36.44-cü maddəsinə əsasən, Bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur.
Apelyasiya instansiyası məhkəməsinin mövqeyi
37.Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamənin qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları isə müəyyən edilmir. Bu baxımdan mübahisələndirilən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. 38.Belə ki, iddiaçı ipoteka predmeti olan əmlakın ilkin satış qiymətindən narazı olduğunu bildirsə də qeyd edilməlidir ki, mübahisələndirilən qiymət bu hissədə qanuni qüvvəsini almış Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(001)- 2688/2021 saylı qətnaməsi ilə müəyyən edilmişdir. Həmin qətnaməyə əsasən kredit müqaviləsi üzrə tutmanın İddiaçı mülkiyyətində olan ünvan 1ənzil ünvanında yerləşən daşınmaz əmlaka yönəldilməsi, mənzilin açıq hərracdan satılması və mənzilin ilkin satış qiymətinin 89.550 manat məbləğində müəyyən edilməsi qət edilmişdir. 39.Qeyd edilməlidir ki, tələbin əmlaka yönəldilməsinə dair məhkəmə aktı qanuni qüvvədə olmaqla xx.xx.2022-ci il tarixində icra vərəqəsi verilmiş, ilkin hərrac isə xx.xx.2022-ci il tarixində keçirilmişdir. Belə olan halda icra vərəqəsinin verilməsi və hərracın keçirilməsi arasında olan müddət çox qısa olmaqla əmlakın dəyərinin əhəmiyyətli qaydada artması baxımından yenidən qiymətləndirmə rəyinin alınması ağlabatan hesab edilə bilməz. 40.Bununla yanaşı kollegiya qeyd etməyi zəruri sayır ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(001)-2688/2021 saylı qətnaməsi iddiaçı tərəfindən mübahisələndirilsə də, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(103)- 1519/2022 saylı qətnaməsindən göründüyü kimi İddiaçı verdiyi apelyasiya şikayətində ipoteka predmeti olan əmlakın ilkin satış qiymətindən narazı olduğunu bildirməmişdir. 41.İddiaçı həmçinin hərracın keçirilməsi ilə bağlı məlumatlandırılmadığına istinad edərək bu əsasla hərracın etibarsız hesab edilməsini tələb edir. İş materiallarından göründüyü kimi, Binəqədi rayon İcra şöbəsinin sifarişi (Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(001)-2688/2021 saylı icra vərəqəsi) əsasında Cavabdeh2 MMC-nin təşkilatçılığı ilə xx.xx.2022-ci il tarixində ilkin və xx.xx.2022-ci il tarixdə təkrar hərrac keçirilmiş, bu hərracların baş tutması səbəbindən xx.xx.2022-ci il tarixdə ipoteka predmetinin əldə edilməsi barədə Banka təklif göndərilmiş, xx.xx.2022-ci il tarixində isə “Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilə”yə əsasən Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şosesi, 16 saylı evin 64 saylı mənzili təkrar hərracdakı satış qiymətinə 25% endirimlə 57.088,13 manata alıcı-ipoteka saxlayan Cavabdeh3 ASC-yə satılmışdır. Hərracların keçirilməsi ilə bağlı qəzetlərdə elanlar verilmiş, eyni zamanda bütün iştirakçılara, o cümlədən İddiaçı hər iki ünvan üzrə hərracın keçiriləcəyi yer, tarix və sair aidiyyəti məlumatları özündə əks edilən bildirişlər göndərilmişdir. 42.Kollegiya iş üzrə sübutları tədqiq edərək belə nəticəyə gəlir ki, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şosesi, 16 saylı evin 64 saylı mənzilinin satılmasına dair keçirilmiş hərracda qanunvericiliyin tələbləri pozulmamış, iddiaçının iddia ərizəsində göstərdiyi dəlillər məhkəmə baxışı zamanı öz təsdiqini tapmamışdır. Belə ki, hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, habelə özündə qanunvericiliklə müəyyən edilmiş digər məlumatları əks etdirən bildirişlər hərrac iştirakçılarına göndərilmiş, bununla bağlı qəzetlərdə elanlar verilmişdir. 43.Məhkəmə “F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mulki işlər üzrə məhkəmə kollegiyasının 23 oktyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 30 dekabr 2008-ci il tarixli qərarına istinadən qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 415.2-ci maddəsində göstərilmişdir ki, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci 30 gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericilikdə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. 44.Konstitusiya Məhkəməsinin Plenumu vurğulamışdır ki, bu maddənin məzmununda nəzərdə tutulan bildiriş ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyri-məhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edilir və bu maddədə hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoyulmur. 45.Beləliklə qanunvericilikdə bu qəbildən olan işlər üzrə hərracın keçirilməsinə məsul olan təşkilat hərrac iştirakçısının yaşadığı ünvanı axtarıb tapmaq və bildirişlərin borclunun bu ünvanına göndərmək, habelə onun özünü şəxsən tapıb, bildirişi şəxsən onun özünə təqdim etmək və ya hərrac barədə özündə məlumatları əks etdirən qəzetləri göndərmək öhdəliyi daşımır. Qanunverici hərrac təşkilatının üzərinə hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirmək, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərmək vəzifəsi qoymuşdur. Bununla belə, hərrac təşkilatı qeyd edilən şəxslərə təsdiq etmə üsulu ilə bildiriş göndərməklə və qəzetlərdə elan etdirməklə üzərinə qoyulmuş bu öhdəliyi yerinə yetirmiş olur. 46.Kollegiya qeyd edir ki, iddia üzrə digər tələblərin yuxarıda əsaslığı müzakirə olunan iddianın “hərracın nəticələrinin etibarsız hesab edilməsi” hissəsi üzrə məhkəmənin gəldiyi nəticədən aslılığının mövcudluğu aşkardır. Belə olan halda məhkəmə kollegiyası iddianın qalan hissəsinə münasibət bildirməsini zəruri hesab etməyərək özünün bu mövqeyini mülki prosessual hüququn ümumi sistemindən irəli gələn prosessual qənaət prinsipi ilə əsalandırır. 47.MPM-nin 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
48. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir. 49.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 384, 392, 393, 402.1 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1569/2023 nömrəli, 01 iyun 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən təqdim olunduğu gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Günay Axundova