Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4858/2020 16.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Atamalıyev Fərid Seyfulla oğlunun katibliyi, Cavabdeh ləğv prosesində olan “xxxxxxx” ASC-nin nümayəndəsi X8 iştirakı ilə, X2 və X10 cavabdehlər “Daşınar və X3 Xidməti” Məhdud Məsuliyyətli Cəmiyyətinə, Azərbaycan Respublikası Xammal və X24 Mərkəzi “Külək” Məhdud Məsuliyyətli Cəmiyyətinə və “AGBank” Açıq Səhmdar Cəmiyyətinə, cavabdehin tərəfində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin X19rşı “hərracın yekunları barədə protokolların və alqı-satqı müqavilələrinin etibarsız hesab olunması, reyestrdən çıxarışın ləğv olunması” tələbinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-132/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsindən iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İşin halları: İddiaçı “X27” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X20 cavabdeh “Daşınar və X3 Xidməti” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “əmlakın qiymətləndirilməsi barədə ekspert rəyinin ləğv edilməsi və əmlakların qiymətləndirilməsinin müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Daşınar və Daşınmaz Əmlakların Qiymətləndirilməsi Xidməti” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən mülkiyyətlərində olan və Gəncə şəhəri, Gülüstan qəsəbəsində yerləşən Daşkəsən rayon Bayan kəndində olan 0,08 ha torpaq sahəsində yerləşən iki mərtəbəli, 6 otaqlı 187,4 kv.metr yaşayış, 134,8 kv.metr köməkçi sahədən ibarət X11 məxsus olan və Gəncə şəhəri Gülüstan qəsəbəsində yerləşən Daşkəsən Rayon Bayan kəndinə məxsus 0,08 ha torpaq sahəsində yerləşən iki mərtəbəli, 6 otaqlı 187,4 kv.metr yaşayış, 134,8 kv.metr köməkçi sahədən ibarət X12 məxsus olan bağ evlərinin, sözü gedən təşkilat tərəfindən verilmiş xx xxxxxx 2010-cu il tarixli, 891 nömrəli və xx xxxxxx 2010-cu il tarixli 891/1 nömrəli “əmlakın qiymətləndirilməsi barədə ekspert rəy”lərinin ləğv edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Kəlbəcər Rayon Məhkəməsinin xx xxxxxxxx 2009cu il tarixli 2(066)-113/2009 nömrəli qətnaməsi ilə “Azəriqazbank” Açıq Səhmdar Cəmiyyətinin ona qarşı “ipotekaya qoyulmuş əmlakın hərracda satılması” tələbinə dair iddia ərizəsi təmin edilərək, iddiaçı “Azəriqazbank” Açıq Səhmdar Cəmiyyəti ilə “X27” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış xx xxxx 2008-ci il tarixli 871/GF/azn nömrəli kredit müqaviləsinə əsasən məhkəmə baxışı gününədək ödəniş daxil olmamış 145.900 (bir yüz qırx beş min doqquz yüz) manat əsas 42.000 (qırx iki min) manat, ümumilikdə 187.900 (bir yüz səksən yeddi min doqquz yüz) manat və 20 (iyirmi) manat dövlət rüsumunun cavabdeh “X27” Məhdud Məsuliyyətli Cəmiyyətindən alınaraq iddiaçı “Azəriqazbank” Açıq Səhmdar Cəmiyyətinə verilməsi, həmin məbləğin xx xxxx 2008-ci il tarixli İ-871/GF/azn nömrəli ipoteka müqaviləsi üzrə ipotekaya qoyulmuş Gəncə şəhəri Gülüstan qəsəbəsində yerləşən Daşkəsən rayonu Bayan kəndində yerləşən 0,08 ha torpaq sahəsində yerləşən iki mərtəbəli, 6 otaqlı 187,4 kv.metr yaşayış, 134,8 kv.metr köməkçi sahədən ibarət X11 məxsus olan və Gəncə şəhəri Gülüstan qəsəbəsində yerləşən Daşkəsən rayon Bayan kəndində olan 0,08 ha torpaq sahəsində yerləşən iki mərtəbəli, 6 otaqlı 187,4 kv.metr yaşayış, 134,8 kv.metr köməkçi sahədən ibarət X12 məxsus olan bağ evlərinə yönəldilməsi, həmin evlərin acıq hərracda satılması, satışdan əldə olunan pul vəsaitinin “X27” Məhdud Məsuliyyətli Cəmiyyətinin “Azəriqazbank” Açıq Səhmdar Cəmiyyətinə satış gününə olan borcunun ödənilməsinə yönləndirilməsi, qalan məbləğin isə onlara qaytarılması qət edilmişdir. Həmin qətnamə qanuni qüvvəsini aldıqdan sonra Gəncə Apelyasiya Məhkəməsi tərəfindən xx xxxx 2010-cu il tarixli icra vərəqəsi verilmiş və qətnamənin icrası Kəlbəcər Rayon İcra Qrupuna həvalə edilmişdir. Bundan sonra, Kəlbəcər Rayon İcra Qrupunun 15/10 nömrəli, xx xxxxxxx 2010-cu il tarixli sifariş məktubu əsasında “Daşınar və Daşınmaz Əmlakın Qiymətləndirilməsi Xidməti” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən qiymətləndirilməsi həyata keçirilmiş və sözü gedən təşkilat tərəfindən verilmiş xx xxxxxx 2010-cu il tarixli 891 nömrəli və xx xxxxxx 2010-cu il tarixli 891/1 nömrəli “əmlakın qiymətləndirilməsi barədə ekspert rəy”lərinə əsasən mülküyyətlərində olan fərdi yaşayış evləri müvafiq olaraq 80.000 (səksən min) və 90.000 (doxsan min) manat məbləğində qiymətləndirilmişdir. Hesab edir ki, “Daşınar və Daşınmaz Əmlakın Qiymətləndirilməsi Xidməti” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən mülkiyyətlərində olan həmin fərdi yaşayış evlərinin göstərilən məbləğdə qiymətləndirilməsi həmin əmlakın hazırkı real bazar qiymətini əks etdirməyərək aşağı məbləğə qiymətləndirilmişdir. Belə ki, sözü gedən evlər xx xxxx 2008-ci il tarixdə ipotekaya qoyulan zaman həmin evlərin hər biri 112.750 (bir yüz on iki min yeddi yüz əlli) manat məbləğində qiymətləndirilmişdir. “Daşınar və Daşınmaz Əmlakın Qiymətləndirilməsi Xidməti” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən mülkiyyətlərində olan və Gəncə şəhəri Gülüstan qəsəbəsində yerləşən Daşkəsən rayonu Bayan kəndində olan 0,08 ha torpaq sahəsində yerləşən iki mərtəbəli, 6 otaqlı, 187,4 kv.metr yaşayış, 134,8 kv.metr köməkçi sahədən ibarət X11 məxsus olan və Gəncə şəhəri Gülüstan qəsəbəsində yerləşən Daşkəsən rayon Bayan kəndinə məxsus 0,08 ha torpaq sahəsində yerləşən iki mərtəbəli, 6 otaqlı, 187,4 kv.metr yaşayış, 134,8 kv.metr köməkçi sahədən ibarət X16 məxsus olan bağ evlərinin, sözü gedən təşkilat tərəfindən verilmiş xx xxxxxx 2010-cu il tarixli 891 nömrəli və xx xxxxxx 2010-cu il tarixli 891/1 nömrəli “əmlakın qiymətləndirilməsi barədə ekspert rəy”ləri ləğv edilməli və məhkəmə tərəfindən həmin əmlaklarının yeni qiymətinin müəyyən edilməsinə dair qətnamə qəbul edilməlidir. Bakı şəhəri Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-132/2020 saylı, xx.xx.2020ci il tarixli qətnaməsi ilə iddia tələbinin rədd edilməsi qət edilmişdir. Qətnamədən iddiaçılar apellyasiya şikayəti verərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-132/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Apellyasiya şikayəti və dəlilləri: Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qiymətləndirmə məhkəmə qərarı əsasında deyil, icra məmurunun sifariş məktubu əsasında keçirilmişdir. Müəyyən olunmuş qiymət həqiqəti əks etdirmir. Daşınmaz əmlakın iöoteka qoyulan zaman kredit təşkilatının öz ekspertləri tərəfindən 112.000 manat qiymətləndirilmişdir. Birinci instasniya məhkəməsinin qərardadı əsasında keçirilən qiymətləndirmə zamanı da bağ evlərinin dəyəri müvafiq olaraq 110.000 və 120.000 manat müəyyən edilmişdir. Məhkəmə gəldiyi nəticəni hüquqi cəhətdən əsaslandırmaq üçün “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanunun 7 və 10-cu maddələrinə istinad etmişdir. Məhkəmə həmin Qanunun 6-cı maddəsinin tələbini nəzərə almamışdır. Həmin maddəyə görə, qiymətləndirmə üçün əsas qiymətləndirici tərəfindən obyektin sifarişçi ilə bağladığı müqavilədir. Mülki qanunvericilikdə nəzərdə tutulmuş obyektin qiymətləndirilməsi məhkəmənin ekspertiza haqqında, o cümlədən təkrar ekspertiza haqqında qərarı əsasında da aparıla bilər. Belə hallarda məhkəmə qiymətləndirici seçməkdə tam müstəqildir. Qiymətləndirmə üçün əsas əmlakın mülkiyyətçisi ilə qiymətləndirici arasında bağlanmış müqavilə, yaxud da mülki qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəmə tərəfində təyin olunmuş ekspertizadır. İş materiallarından görünür ki, ipoteka predmeti olan bağ evlərinə dair iddiaçılarla qiymətləndirici arasında müqavilə bağlanmamışdır. Ödəmə ipoteka predmetinə yönəldilən zaman sözügedən bağ evlərinə dair qiymətləndirmə ekspertizasının keçirilməsi barədə məhkəmənin qərarı olmamışdır. Müvafiq məhkəmənin qərarı olmadan qiymətləndirici əmlakın qiymətləndirilməsini həyata keçirməklə qanunun tələblərini pozmuşdur. Bağ evlərinin ipoteka qoyulan zaman qiyməti 112000 manat, məhkəmə tərəfindən keçirilmiş ekspertiza zamanı 110000, 120000 manat qiymətləndirildiyi halda, “X27” MMC-yə verilmiş kredit borcunun daşınmaz əmlakın hərracdan satmaq yolu ilə əldə olunan vəsait hesabına qaytarılması zamanı həmin əmlakların qiyməti əhəmiyyətli dərəcədə açağı endirilərək müvafiq olaraq 80000 və 90000 manat qiymətləndirilmişdir. Konkret zaman kəsiyində daşınmaz əmlakların dəyərinin əhəmiyyətli dərəcədə aşağı düşməsi və yenidən əvvəlki dəyərə qalxmasını (112000-dən 80000 və 90000 manata, sonta isə 110000 və 120000 manata qalxmasını) məhkəmə araşdırmamışdır. Tərəflərin izahatları: Kollegiya iclasında iştirak edən cavabdeh ləğv prosesində olan “xxxxxxx” ASC-nin nümayəndəsi F.Abbasov apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İşə baxılması vaxtı və yeri haqqında iddiaçı X12 lazımi qaydada məlumat verilməsinə baxmayaraq kollegiya iclasında iştirak etməmiş və məhkəməyə teleqram göndərərək kollegiya iclasında iştirak edə bilməyəcəyini və iclasın başqa vaxta keçirilməsini xahiş etmişdir. İşə baxılması vaxtı və yeri haqqında iddiaçı X5, digər cavabdehlərə və üçüncü şəxsə lazımi qaydada məlumat verilməsinə baxmayaraq kollegiya iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən iddiaçıların, digər cavabdehlərin və üçüncü şəxsin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Kollegiya işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdırıb iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməlidir. Sübutların tədqiqi: Belə ki, iş materiallarında olan xx xxxx 2008-ci il tarixli İ-871/GF/azn nömrəli ipoteka müqaviləsinin məzmunundan görünür ki, X12 məxsus Daşkəsən rayonu, Bayan kəndində (Gülüstan qəsəbəsi) yerləşən 0,08 ha torpaq sahəsində olan 2 mərtəbəli, 5 otaqlı, 157,4 kv.metr yaşayış, 104,8 kv.metr köməkçi sahədən ibarət bağ evi və X11 məxsus Daşkəsən rayonu, Bayan kəndində (Gülüstan qəsəbəsi) yerləşən 0,08 ha torpaq sahəsində olan 2 mərtəbəli, 6otaqlı, 187,4 kv.metr yaşayış, 134,8 kv.metr köməkçi sahədən ibarət bağ evi hər biri ayrılıqda 112.750 (bir yüz on iki min yeddi yüz əlli) manat məbləğində qiymətləndirilərək, “X27” Məhdud Məsuliyyətli Cəmiyyətinin “Azəriqazbank” Açıq Səhmdar Cəmiyyəti qarşısında müvafiq kredit müqaviləsi üzrə öhdəliklərinin təminatı kimi bank təşkilatının xeyrinə girov qoyulmuşdur; Kəlbəcər Rayon Məhkəməsinin xx xxxxxxxx 2009-cu il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı “Azəriqazbank” Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər X13, “X27” Məhdud Məsuliyyətli Cəmiyyətindən, X6 və X7 “kredit tələbi, tutmanın ipoteka ilə yüklənmiş iki ədəd bağ evlərinin hərracdan satılaraq, satışdan əldə olunan vəsaitin X17 borcuna yönəldilməsi, bağ evlərinin boşaldılması və evdə qeydiyyatda olan şəxslərin qeydiyyatdan çıxarılması tələbinə dair iddia ərizəsi qismən təmin edilərək, “Azəriqazbank” Açıq Səhmdar Cəmiyyəti ilə “X27” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış xx xxxx 2008-ci il tarixli 871/GF/azn nömrəli kredit müqaviləsinə əsasən məhkəmə baxışı gününədək ödəniş daxil olmamış 145.900 (bir yüz qırx beş min doqquz yüz) manat məbləğində əsas borc, 42.000 (qırx iki min) manat məbləğində faiz borcu olmaqla, ümumilikdə 187.900 (bir yüz səksən yeddi min doqquz yüz) manat borcun və 20 (iyirmi) manat məbləğində dövlət rüsumunun cavabdeh “X27” Məhdud Məsuliyyətli Cəmiyyətindən alınıb iddiaçı “Azəriqazbank” Açıq Səhmdar Cəmiyyətinin hesabına verilməsi, həmin məbləğin xx xxxx 2008-ci il tarixli İ-871/GF/azn nömrəli ipoteka müqaviləsi ilə ipotekaya qoyulmuş Daşkəsən rayonu, Bayan kəndində (Gülüstan qəsəbəsi) yerləşən 0,08 ha torpaq sahəsində olan 2 mərtəbəli, 6 otaqlı, 187,4 kv.metr yaşayış, 134,8 kv.metr köməkçi sahədən ibarət X11 məxsus olan və Daşkəsən rayonu, Bayan kəndində (Gülüstan qəsəbəsi) yerləşən 0,08 ha torpaq sahəsində olan 2 mərtəbəli, 5 otaqlı, 157,4 kv.metr yaşayış, 104,8 kv.metr köməkçi sahədən ibarət X12 məxsus olan iki ədəd bağ evlərinə yönəldilməsi, həmin bağ evlərinin açıq hərracda satılması, satışdan əldə edilmiş pul vəsaitlərinin cavabdeh “X27” Məhdud Məsuliyyətli Cəmiyyətinin “Azəriqazbank” Açıq Səhmdar Cəmiyyətinə satış gününə olan borcunun ödənilməsinə yönəldilməsi, qalan məbləğin X12 və X11 qaytarılması, həmin bağ evlərinin boşaldılması və evlərdə qeydiyyatda olan şəxslərin qeydiyyatdan çıxarılması, iddia tələbinin qalan hissədə əsassız olduğundan rədd edilməsi müəyyən edilmişdir; Gəncə Apelyasiya Məhkəməsinin xx xxxx 2010-cu il tarixli 2(104)-215/2010 nömrəli qətnaməsinin surətindən görünür ki, Kəlbəcər Rayon Məhkəməsinin xx xxxxxxxx 2009-cu il tarixli qətnaməsindən cavabdehlər X18 və “X27” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apelyasiya şikayətləri qismən təmin edilərək, Kəlbəcər Rayon Məhkəməsinin xx xxxxxxxx 2009-cu il tarixli qətnaməsinin qismən- Gəncə şəhər Gülüstan qəsəbəsində yerləşən Daşkəsən rayon Bayan kəndinə məxsus 0,08 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 6 otaqlı, 187,4 kv.metr yaşayış, 134,8 kv.metr köməkçi sahədən ibarət X11 məxsus olan və Gəncə şəhər Gülüstan qəsəbəsində yerləşən Daşkəsən rayon Bayan kəndinə məxsus 0,08 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 157,4 kv.metr yaşayış, 104,8 kv.metr köməkçi sahədən ibarət X12 məxsus olan iki ədəd bag evlərinin boşaldılması və həmin evlərdə qeydiyyatda olan şəxslərin qeydiyyatdan çıxarılmaları hissəsində-ləğv edilməsi, iddiaçı “Azəriqazbank” Açıq Səhmdar Cəmiyyətinin ipotekaya qoyulmuş həminevlərdə qeydiyyatda olanların qeydiyyatdan çıxarılmaları barədə iddia tələbinin rədd edilməsi müəyyən edilmişdir; “Daşınar və Daşınmaz Əmlakların Qiymətləndirilməsi Xidməti” Məhdud Məsuliyyətli Cəmiyyətinin əmlakın qiymətləndirilməsi barədə xx xxxxxx 2010-cu il tarixli 891 nömrəli ekspert rəyinin surətindən görünür ki, X14 məxsus Daşkəsən rayonu, Bayan kəndi, Gülüstan qəsəbəsində yerləşən 0,08 ha sahəsi olan bağ evinin tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiyməti 80.000 (səksən min) manat təşkil etmişdir; “Daşınar və Daşınmaz Əmlakların Qiymətləndirilməsi Xidməti” Məhdud Məsuliyyətli Cəmiyyətinin əmlakın qiymətləndirilməsi barədə xx xxxxxx 2010-cu il tarixli 891/1 nömrəli ekspert rəyinin surətindən görünür ki, X11 məxsus Daşkəsən rayonu, Bayan kəndi, Gülüstan qəsəbəsində yerləşən 0,08 ha sahəsi olan bağ evinin tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiyməti 90.000 (doxsan min) manat təşkil etmişdir; “Külək” Məhdud Məsuliyyətli Cəmiyyətinin hərrac təşkilatının açıq hərracın yekunları barədə xx xxxxx 2014-cü il tarixli, 18/02 nömrəli protokolun surətindən görünür ki, X12 məxsus Daşkəsən rayonu, Bayan kəndində (Gülüstan qəsəbəsi) yerləşən 0,08 ha torpaq sahəsində olan 2 mərtəbəli, 5 otaqlı, 157,4 kv.metr yaşayış, 104,8 kv.metr köməkçi sahədən ibarət bağ evi 80.000 (səksən min) manat məbləğində ilkin hərrac qiyməti, 68.000 (altmış səkkiz min) manat məbləğində təkrar hərrac qiyməti müəyyən edilmiş, lakin müvafiq əmlak satılmadığından 51.000 (əlli bir min) manat dəyərində tələbkar, yəni “AGBank” Açıq Səhmdar Cəmiyyətinə təklif edilmiş və qeyd edilən əmlak göstərlinə qiymətə tələbkar-alıcı tərəfindən alınmışdır; Hərrac yekunları üzrə əmlakın alqı-satqısı barədə xx xxxxx 2014-cü il tarixli müqavilənin surətindən görünür ki, X12 məxsus Daşkəsən rayonu, Bayan kəndində (Gülüstan qəsəbəsi) yerləşən 0,08 ha torpaq sahəsində olan 2 mərtəbəli, 5 otaqlı, 157,4 kv.metr yaşayış, 104,8 kv.metr köməkçi sahədən ibarət bağ evi 51.000 (əlli bir min) manat dəyərində tələbkar, yəni “AGBank” Açıq Səhmdar Cəmiyyəti tərəfindən alınmışdır; “Külək” Məhdud Məsuliyyətli Cəmiyyətinin hərrac təşkilatının açıq hərracın yekunları barədə xx xxxxx 2014-cü il tarixli, 18/03 nömrəli protokolun surətindən görünür ki, X11 məxsus Daşkəsən rayonu, Bayan kəndində (Gülüstan qəsəbəsi) yerləşən 0,08 ha torpaq sahəsində olan 2 mərtəbəli, 6 otaqlı, 187,4 kv.metr yaşayış, 134,8 kv.metr köməkçi sahədən ibarət bağ evi 90.000 (doxsan min) manat məbləğində ilkin hərrac qiyməti, 76.500 (yetmiş altı min beş yüz) manat məbləğində təkrar hərrac qiyməti müəyyən edilmiş, lakin müvafiq əmlak satılmadığından 57.375 (əlli yeddi min üç yüz yetmiş beş) manat dəyərində tələbkar, yəni “AGBank” Açıq Səhmdar Cəmiyyətinə təklif edilmiş və qeyd edilən əmlak göstərlinə qiymətə tələbkar-alıcı tərəfindən alınmışdır; Hərrac yekunları üzrə əmlakın alqı-satqısı barədə xx xxxxx 2014-cü il tarixli müqavilənin surətindən görünür ki, X11 məxsus Daşkəsən rayonu, Bayan kəndində (Gülüstan qəsəbəsi) yerləşən 0,08 ha torpaq sahəsində olan 2 mərtəbəli, 6 otaqlı, 187,4 kv.metr yaşayış, 134,8 kv.metr köməkçi sahədən ibarət bağ evi 57.375 (əlli yeddi min üç yüz yetmiş beş) manat dəyərində tələbkar, yəni “AGBank” Açıq Səhmdar Cəmiyyəti tərəfindən alınmışdır; Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışın müvafiq qaydada təsdiq edilmiş surətindən görünür ki, Daşkəsən rayonu, Bayan kəndi (Gülüstan qəsəbəsi) ərazisində yerləşən 0,0505 ha sahəsi olan bağ evi xüsusi mülkiyyət hüququ əsasında “AGBank” Açıq Səhmdar Cəmiyyətinin adına daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 1 nömrəli vərəqində xx xxxxxxxx 2019-cu il tarixdə qeydiyyata alınmışdır; Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışın müvafiq qaydada təsdiq edilmiş surətindən görünür ki, Daşkəsən rayonu, Bayan kəndi (Gülüstan qəsəbəsi) ərazisində yerləşən 0,08 ha sahəsi olan bağ evi xüsusi mülkiyyət hüququ əsasında “AGBank” Açıq Səhmdar Cəmiyyətinin adına daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 2 nömrəli vərəqində xx xxxxxxxx 2019-cu il tarixdə qeydiyyata alınmışdır; Azərbaycan Respublikası Respublika Xammal və Əmtəə Birjası “Tərəqqi” Məhdud Məsuliyyətli Cəmiyyətinin xx xxxxxx 2019-cu il tarixli 13 nömrəli hesabatın məzmunundan görünür ki, X11 məxsus Daşkəsən rayonu, Bayan kəndində (Gülüstan qəsəbəsi) yerləşən 0,08 ha torpaq sahəsində olan 2 mərtəbəli, 6 otaqlı, 187,4 kv.metr yaşayış, 134,8 kv.metr köməkçi sahədən ibarət bağ evinin tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan bazar dəyərinin qiyməti 120.000 (bir yüz iyirmi min) manat təşkil edir; Azərbaycan Respublikası Respublika Xammal və Əmtəə Birjası “Tərəqqi” Məhdud Məsuliyyətli Cəmiyyətinin xx xxxxxx 2019-cu il tarixli 13/1 nömrəli hesabatın məzmunundan görünür ki, X12 məxsus Daşkəsən rayonu, Bayan kəndində (Gülüstan qəsəbəsi) yerləşən 0,08 ha torpaq sahəsində olan 2 mərtəbəli, 5 otaqlı, 157,4 kv.metr yaşayış, 104,8 kv.metr köməkçi sahədən ibarət bağ evinin tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan bazar dəyərinin qiyməti 110.000 (bir yüz on min) manat təşkil edir; “xxxxxxx” MMC-nin MB-13/993 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qiymətləndirmə hesabatından görünür ki, X5 məxsus Daşkəsən rayonu, Bayan kəndində yerləşən, ümumi sahəsi 322.2 kv.m. olan evin 2014-cü il tarixinə bazar dəyəri 95.000 manat, X12 məxsus Daşkəsən rayonu, Bayan kəndində yerləşən, ümumi sahəsi 262.2 kv.m. olan evin 2014-cü il tarixinə olan bazar qiyməti 78000 manat müəyyən edilmişdir. Qiymətləndiricinin xidmət haqqı 400 manat təşkil etmişdir. Hüquqi dəyərləndirmə: Kollegiya işin hüquqi mahiyyəti ilə bağlı aşağıdakı normaların qeyd edilməsini zəruri hesab edir. “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanunun 7-ci maddəsinə əsasən qiymətləndirmənin nəticələri haqqında hesabatların tərtib olunma qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir. Qiymətləndirmənin nəticələri haqqında hesabatda əmlakın bazar və ya digər dəyərlərinin yekun göstəricisi məhkəmə qaydasında ləğv edilmədikdə, həqiqi sayılır (“Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən bu Qanunun 7-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir); Həmin Qanunun 10-cu maddəsinə əsasən qiymətləndirmə fəaliyyətini həyata keçirərkən Azərbaycan Respublikasının qiymətləndirmə haqqında qanunvericiliyinə riayət etmək qiymətləndiricinin vəzifəsidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 27 iyun tarixli, 107 nömrəli qərarı ilə təsdiq edilmiş “Qiymətləndirmə standartları və normaları, peşəkar qiymətləndiricilərin hazırlanması Qaydalarının 1-ci hissəsinə əsasən qiymətləndirmə standartlarında əmlakın qiymətləndirilməsinin məqsədi, vəzifələri və qiymətləndirmə işlərinin yerinə yetirilməsi zamanı qiymətləndiricilər qarşısında qoyulan tələblər və vəzifələr, bəzi terminlərin təyinatı, qiymətləndirmə aparılan zaman zəruri olan məlumatların keyfiyyətinə və nəticələri haqqında hesabatın məzmununa qoyulan tələblər, müvafiq standartların yerinə yetirilməsinə nəzarət və məsuliyyət formaları öz əksini tapmalıdır; Həmin Qaydaların 1.6-cı bəndinə əsasən qiymətləndirmə standartları tam şəkildə bu sahədə olan beynəlxalq normalara və prinsiplərə uyğun hazırlanmalıdır. Standartların bir hissəsi X1 üzrə Beynəlxalq Komitə tərəfindən hazırlanmış standartlara əsasən hazırlanmalıdır. Digər hissəsi isə həmin komitə tərəfindən beynəlxalq standartlaşdırma sahəsində rəhbər tutulan prinsiplər əsasında işlənməlidir; Həmin Qaydaların 2.8-ci bəndinə əsasən daşınmaz əmlakın qiymətləndirilməsi sahəsində peşəkar fəaliyyət normaları qiymətləndirmə normalarında əmlakın qiymətləndirilməsinin məqsədi, vəzifələri və qiymətləndirmə işlərinin yerinə yetirilməsi zamanı qiymətləndiricilər qarşısında qoyulan tələblər və vəzifələr, bəzi terminlərin təyinatı, qiymətləndirmənin nəticələri haqqında hesabatın məzmununa qoyulan tələblər, müvafiq qiymətləndirmə normalarının yerinə yetirilməsinə nəzarət və məsuliyyət formaları göstərilməlidir. İş materiallarında olan “Daşınar və Daşınmaz Əmlakların Qiymətləndirilməsi Xidməti” Məhdud Məsuliyyətli Cəmiyyətinin xx xxxxxx 2010-cu il tarixli 891 nömrəli və xx xxxxxx 2010-cu il tarixli 891/1 nömrəli əmlakların qiymətləndirilməsi barədə hesabatlarından görünür ki, qiymətləndirici tərəfindən qanunvericiliyin yuxarıda qeyd edilən tələblərinə riayət olunmuş, onun tələblərinə müvafiq əsaslandırılma aparılaraq mübahisəli bağ evlərinin qiymətləri təyin edilmişdir. Məhkəmə hesab edir ki, “Daşınar və Daşınmaz Əmlakların Qiymətləndirilməsi Xidməti” Məhdud Məsuliyyətli Cəmiyyətinin xx xxxxxx 2010-cu il tarixli 891 nömrəli və xx xxxxxx 2010-cu il tarixli 891/1 nömrəli əmlakların qiymətləndirilməsi barədə hesabatlarında göstərilən bağ evlərinin qiymətinin aşağı göstərilməsi barədə X2 və X10 dəlilləri əsassızdır. Kollegiya qeyd edir ki, iddiaçılar apellyasiya şikayətində əmlakın qiymətləndirilməsinin qanunun tələbləri pozulmaqla həyata keçirilməsini qeyd etdiyindən, iş üzrə tam və hərtərəfli araşdırma aparılması məqsədi ilə məhkəmə kollegiyasının xx xxxx 2020-ci il tarixli 2(103)- 4858/2020 saylı qərardadı ilə bağ evlərinin 2014-cü il üzrə real bazar qiymətinin müəyyən edilməsi üçün müstəqil qiymətləndirici təyin edilmişdir. “xxxxxxx” MMC-nin MB-13/993 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qiymətləndirmə hesabatına əsasən, X5 məxsus Daşkəsən rayonu, Bayan kəndində yerləşən, ümumi sahəsi 322.2 kv.m. olan evin 2014-cü il tarixinə bazar dəyəri 95.000 manat, X12 məxsus Daşkəsən rayonu, Bayan kəndində yerləşən, ümumi sahəsi 262.2 kv.m. olan evin 2014-cü il tarixinə olan bazar qiyməti 78000 manat müəyyən edilmişdir. Kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qərardadı əsasında aparılmış qiymətləndirmənin nəticəsi birinci instansiya məhkəməsində icraat zamanı aparılmış qiymətləndirmənin nəticəsindən kəskin şəkildə fərqlənmədiyindən birinci instasniya məhkəməsində icraat zamanı aparılmış qiymətləndirmə qanunvericiliyin yuxarıda qeyd edilən tələblərinə riayət olunaraq aparılmış və qanunun tələblərinə müvafiq əsaslandırılma aparılaraq mübahisəli bağ evlərinin qiymətləri təyin edilmişdir. Kollegiya eyni zamanda qeyd etməyi zəruri hesab edir ki, “Daşınar və Daşınmaz Əmlakların Qiymətləndirilməsi Xidməti” Məhdud Məsuliyyətli Cəmiyyətinin xx xxxxxx 2010-cu il tarixli 891 nömrəli və xx xxxxxx 2010-cu il tarixli 891/1 nömrəli əmlakların qiymətləndirilməsi barədə hesabatlarında göstərilən bağ evlərinin qiymətinin aşağı göstərilməsi barədə tələbin əsas tələb olduğunu, həmin tələbin təmin edilməməsi qənaətinə gəlindiyini, iddia tələbinin “bağ evlərinin satışına dair açıq hərracların yekunları barədə protokolların və hərracların yekunları üzrə alqısatqı müqavilələrinin etibarsız hesab edilməsi və sözügedən bağ evlərinə verilmiş çıxarışların ləğv edilməsi” hissəsinin törəmə tələb olduğunu və bu hissənin təmin-olunub olunmamasının bilavasitə iddia tələbinin əsas hissəsinin təmin olunub-olunmamasından asılı olduğunu nəzərə alaraq kollegiya belə qənaətə gəlir ki, iddia tələbi “bağ evlərinin satışına dair açıq hərracların yekunları barədə protokolların və hərracların yekunları üzrə alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və sözügedən bağ evlərinə verilmiş çıxarışların ləğv edilməsi” hissəsində də təmin edilə bilməz. Azərbaycan Respublikası MPM-nın 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Nəticə: Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçıların apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: X4 və X10 apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-132/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. X4 və X7 400 (dörd yüz) manat qiymətləndirmə xərci alınaraq “xxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin H/h: № AZ33İBAZ**********6792716216 VÖEN: **********, bank: “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC Yasamal filialı Kodu: 805562 VÖEN: **********, Müxbir hesab: AZ03NABZ******************** S.W.İ.F.T BİK: İBAZAZ2X hesabına köçürülsün. Qətnamədən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-4858/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4858/2020
16.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver