Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4863/2022 17.08.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, İddiaçı nümayəndəsi eyni zamanda vəkili Vəkil1, Maraqlı şəxs nümayəndəsi eyni zamanda vəkili Vəkil2 iştirakları ilə İddiaçı cavabdeh Bakı şəhəri 46 saylı notariat ofisinə qarşı “vəsiyyət üzrə vərəsəlik hüququnun tanınması” tələbinə dair iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e- 2(009)-661/2022 saylı, 12 aprel 2022-ci il tarixli qətnaməsindən maraqlarına toxunan şəxs X6 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh Bakı şəhəri 46 saylı notariat ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 17 noyabr 2021-ci il tarixdə ölmüş X2 miras qalmış Bakı şəhəri, Səbail rayonu, Litvin Babayev küçəsində yerləşən 80 saylı fərdi yaşayış evinə dair İddiaçı vəsiyyət üzrə vərəsəlik hüququnun tanınması, İddiaçı adına vəsiyyət üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, miras qoyan X8 xx.xx.2021-ci il tarixdə ürəyin aterosklerotik xəstəliyi səbəbilə ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2021-ci il tarixdə 771 No ilə qeydiyyat aparılmışdır. xx.xx.2020-ci il tarixli vəsiyyətnaməyə əsasən miras qoyan X8 Bakı şəhəri, Səbail rayonu, Litvin Babayev küçəsində yerləşən 80 saylı fərdi yaşayış evini İddiaçı xeyrinə miras qoymuşdur. Bundan başqa, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2022-ci il tarixli məktubuna əsasən Bakı şəhəri,Səbail rayonu, Litvin Babayev küçəsində yerləşən 80 saylı fərdi yaşayış evi X3 adına dövlət reyestrində qeydiyyata alınmışdır. Vəsiyyət üzrə vərəsə İddiaçı vəsiyyətnamə üzə öhdəliyi yerinə yetirmiş, miras qoyan X5 miras qoyanın atasının yanında dəfn etmiş, həmçinin Bakı şəhəri, Səbail rayonu, Litvin Babayev küçəsində yerləşən 80 saylı fərdi yaşayış evinə faktiki sahiblik və idarə etməyə başlamış, beləliklə mirası qəbul etdiyini şəksiz nümayiş etdirmişdir. Vəsiyyət üzrə vərəsə kimi adına şəhadətnamə almaq məqsədi ilə cavabdehə ərizə ilə müraciət etsə də, sonuncu xx.xx.2022-ci il tarixli 138 saylı cavab məktubu ilə vəsiyyətnamənin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1187.1-ci və 1187.2-ci maddələrinin tələblərinə uyğun olmadığından X2 miras qalmış əmlaka dair vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi mümkün deyil. Məhkəməyə müraciət etməyi tövsiyə etmişdir. İşin hallarından və ərizəyə əlavə sənədlərdən göründüyü kimi, mərhum X8 vəsiyyətnaməni öz əli ilə yazıb imzaladığı üçün bu əsasla Bakı şəhəri 46 saylı notariat ofisinin notariusu tərəfindən iddiaçıya vərəsəliyə dair şəhadətnamənin verilməsi qeyrimümkün hesab edilmişdir. Vərəsəliyə dair şəhadətnamənin verilməməsinin əsaslarından biri də onun tərəfindən təqdim edilmiş vəsiyyətnamənin notarius tərəfindən təsdiq edilməməsi olmuşdur. Belə ki, vəsiyyətnamənin notarius tərəfindən təsdiq edilməməsi ilə bağlı Mülki Məcəllənin 1186-cı və 1187-ci maddələrinə istinadən qeyd edir ki, vəsiyyətnamənin saxlanılması üçün notariusa və ya müvafiq vəzifəli şəxsə verilməsi vəsiyyət edənin vəzifəsi deyil, hüququdur. Başqa sözlə, vəsiyyət edən vəsiyyətnaməni özündə də saxlaya bilər, məhz bu vəsiyyətnaməyə ev vəsiyyətnaməsi deyilir. Sadəcə olaraq qanunverici vəsiyyətnamənin iki formasını, yəni notariat formasını və sadə yazılı formasını təsbit etmiş və hüquqi nəticə etibarı ilə notariat vəsiyyətnaməsinə sadə yazılı vəsiyyətnamə (ev vəsiyyətnaməsi) ilə müqayisədə üstünlük hüququ vermişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-661/2022 saylı, 12 aprel 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, İddiaçı 17 noyabr 2021-ci il tarixdə vəfat etmiş X2 miras qalmış Bakı şəhəri, Səbail rayonu, Litvin Babayev küçəsində yerləşən 80 saylı fərdi yaşayış evinə vəsiyyət üzrə vərəsəlik hüququ tanınması qət edilmiş, həmçinin göstərilmişdir ki, qətnamə Bakı şəhəri, Səbail rayonu, Litvin Babayev küçəsində yerləşən 80 saylı fərdi yaşayış evinə dair İddiaçı adına vəsiyyət üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Həmin qətnamədən maraqlarına toxunan şəxs Maraqlı şəxs apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbin təmin olunmamasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, X7 işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onun hüquq və vəzifələrinə toxunan şəxs statusuna malikdir. Çünki, X7 17 noyabr 2021-ci il tarixdə vəfat etmiş X3 vərəsəsidir (bacısı) və ona Bakı şəhəri, Səbail rayonu, Litvin Babayev küçəsində yerləşən 80 saylı fərdi yaşayış evinə dair 19 may 2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədə verilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən mülki işə baxılarkən hərtərəfli, tam, obyektiv şəkildə araşdırma aparılmamış, tərəflərin çəkişmə, bərabərlik prinsipləri pozmuş, maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməyərək, düzgün olmayan, əsassız, qanunsuz qətnamə qəbul edilmişdir. Azərbaycan Respublikası MM-nin 1187.1-ci maddəsinə görə vəsiyyət edən öz əli ilə yazdığı və imzaladığı vəsiyətnamənin zərfə qoyub bağlayaraq üç şəxsin yanında notariusa (və ya digər müvafiq vəzifəli şəxsə) verə bilər; həmin şəxsin orada olması onların zərfdəki imzaları ilə təsdiqlənir. Lakin mərhum X8 vəsiyyətnaməni evdə saxlamışdır. Mərhum X3 tərtib etdiyi vəsiyyətnamə sadə yazılı formada olan vəsiyyətnamədir və həmin vəsiyyətnamə notariusda saxlanılmalı idi. Qanunvericilyinin bu normasına əməl etməyən mərhum X8 tərəfindən tərtib edilmiş “ev vəsiyyətnaməsi” tamamilə etibarsız saylılmalıdır. Azərbaycan Respublikası MM-nin 1187.2-ci maddəsinə görə vəsiyyət edən öz əli ilə yazdığı və imzaladığı vəsiyətnamənin saxlanması onun notariusda (və ya digər müvafiq vəzifəli şəxsə) rəsmən depozitə qoyulması ilə təmin edilməlidir. Lakin mərhum X3 tərtib etdiyi ev vəsiyyətnaməsinin rəsmən depozitə qoyulmasını təmin etməmişdir. Birinci instansiya məhkəməsi isə buna əhəmiyyət verməmişdir. Məhkəmə iclasında iştirak edən maraqlı şəxs X1 nümayəndəsi eyni zamanda vəkili Vəkil2 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi eyni zamanda vəkili Vəkil1 apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Cavabdeh nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə ünvanladığı məktubda işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası izahatları dinləyib, iş materiallarını apellyasiya şikayəti ilə araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci hissəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırki halda maraqlı şəxsin apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyi üçün kollegiya qətnamənin əsaslılığını tam yoxlayır. İş materiallarında olan X8 tərəfindən yazılmış xx.xx.2020-ci il tarixli vəsiyyətnamənin surətindən görünür ki, onun tərəfindən mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Litvin Babayev küçəsində yerləşən 80 saylı fərdi yaşayış evi İddiaçı vəsiyyət edilmişdir. İş materiallarında olan “Məhkəmə Tibbi Ekspertiza və X9” publik hüquqi şəxs tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 66 nömrəli arayışından görünür ki, mərhum X3 meyiti xx.xx.2021-ci il tarixdə “Məhkəmə Tibbi Ekspertiza və X9” publik hüquqi şəxsinin Səbail rayon şöbəsinin meyitxanasında müayinə edilmişdir. Meyit dəfn edilməsi üçün sahiblərinə təhvil verilmişdir. İş materiallarında olan Səbail rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2001-ci il il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.2021-ci ildə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2021-ci il tarixdə 771 No ilə qeyd edilmişdir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən “Vəkil1 və partnyorları” vəkil bürosuna ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Bakı şəhəri, Səbail rayonu, Litvin Babayev küçəsi, 80 saylı evin fərdi yaşayış evi Bakı şəhəri 2 saylı dövlət notariat kontoru tərəfindən xx.xx.2004-cü il tarixli, 4Ə/1-180 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən xx.xx.2003-cü il tarixdə X4 adına qeydiyyatdan keçmişdir və hazırda adındadır. İş materiallarında olan 46 saylı notariat ofisinin notariusu tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli, X/138 saylı məktubuna əsasən notariat ofisinə təqdim etdiyi vəsiyyətnamə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1187.1-ci və 1187.2-ci maddələrinin tələblərinə uyğun olmadığından X2 miras qalmış əmlaka dair vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi mümkün olmadığından, bununla bağlı məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən “Vəkil1 və partnyorları” vəkil bürosunun vəkili Vəkil1a ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubuna əsasən “Elektron notariat” informasiya sistemində saxlanılan məlumatlara əsasən X3 adına açılmış vərəsəlik işi aşkar edilməmişdir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, X8 öldükdən sonra onun mülkiyyətində olan evə məhz İddiaçı sahiblik etməyə və eyni zamanda, həmin əmlakı idarə etməyə faktiki başlamış və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirmişdir. Həmçinin birinci instansiya məhkəməsi X8 tərəfindən sadə yazılı formalı vəsiyyətnamə tərtib edərkən orada iştirak edən və məhkəmə iclasında dindirilən şahidlərin ifadələrini mötəbər sübut kimi qəbul edib, belə qənaətə gəlmişdir ki, xx.xx.2020-ci il tarixli vəsiyyətnamə xx.xx.2021-ci il tarixdə ölmüş X8 tərəfindən tərtib edilərək imzalanmış və bu səbəbdən həmin vəsiyyətnamə ev vəsiyyətnaməsi kimi, yəni Mülki Məcəllənin 1186-cı maddəsinin tələblərinə uyğun olaraq tərtib edilmiş vəsiyyətnamə kimi qəbul edilməlidir. Beləliklə iddia tələbi təmin edilməli, İddiaçı 17 noyabr 2021-ci il tarixdə vəfat etmiş X2 miras qalmış Bakı şəhəri, Səbail rayonu, Litvin Babayev küçəsində yerləşən 80 saylı fərdi yaşayış evinə vəsiyyət üzrə vərəsəlik hüququ tanınmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1186-cı maddəsinə əsasən vəsiyyət edən vəsiyyətnaməni öz əli ilə yazıb imzalaya bilər. Hazırki işin hallarından göründüyü kimi X8 tərəfindən yazılmış xx.xx.2020-ci il tarixli vəsiyyətnamə ilə onun tərəfindən mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Litvin Babayev küçəsində yerləşən 80 saylı fərdi yaşayış evi İddiaçı vəsiyyət edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1187-ci maddəsinə əsasən vəsiyyət edən öz əli ilə yazdığı və imzaladığı vəsiyyətnaməni zərfə qoyub bağlayaraq üç şəxsin yanında notariusa və ya Azərbaycan Respublikası konsulluqlarının vəzifəli şəxslərinə verə bilər. Həmin şəxslərin orada olması onların zərfin üzərində notariat qaydasında (formasında) təsdiq edilmiş imzaları ilə müəyyən olunur. Bu növ vəsiyyətnamənin saxlanması onun notariusda (və ya Azərbaycan Respublikasının konsulluqlarında) rəsmən depozitə qoyulması ilə təmin edilməlidir. Lakin X8 tərtib etdiyi vəsiyyətnaməni istinad edilən normanın tələbləri baxımından zərfə qoyub bağlayaraq üç şəxsin yanında notariusa verməsi işin faktiki halları ilə müəyyən edilməmişdir. Digər tərəfdən iş materiallarında X3 tərtib etdiyi vəsiyyətnamənin saxlanması üçün notariusda rəsmən depozitə qoyulması təmin edilməmişdir. Göründüyü kimi X8 tərəfindən tərtib edilmiş ev vəsiyyətnaməsi mülki qanunvericiliyin istinad edilən normalarının tələbləri baxımındna tərtib edilməmişdir. Birinci instansiya məhkəməsi isə işin qeyd olunan hallarına lazımi hüquqi qiymət verməyərək, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol vermişdir. Digər tərəfdən apellyasiya şikayətinə əlavə edilmiş sənədlərdən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Litvin Babayev küçəsində yerləşən 80 saylı fərdi yaşayış evə dair maraqlarına toxunan şəxs mərhumun bacısı X6 artıq 23 may 2022-ci il tarixdə xüsusi mülkiyyət hüququ barədə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi əsassız olmuşdur. Yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında olan münasibətlərə düzgün qiymət verməmiş, maddi və prosessual hüquq normalarının pozulmasına yol vermiş və bununla da iş üzrə düzgün olmayan nəticə gəlmədiyindən apellyasiya şikayəti təmin edilərək, qətnamə ləğv edilməklə, iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası MPM-in 385.1.1-ci və 385.1.4-cü maddələrinə əsasən, maddi hüquq normalarının və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi və qətnamədə göstərilmiş nəticələrin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardandır. Azərbaycan Respublikası MPM-in 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna əsasən kollegiya hesab edir ki, iddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumları rüsumları ödəmiş tərəflərin özlərinə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Q Ə T E T D İ: Maraqlarına toxunan şəxs Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayəti apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-661/2022 saylı, 12 aprel 2022-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdeh Bakı şəhəri 46 saylı notariat ofisinə qarşı “vəsiyyət üzrə vərəsəlik hüququnun tanınması” barədə iddia tələbi təmin edilməsin. İddia ərizəsinin verilməsi üçün İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu İddiaçı, apellyasiya şikayətinin verilməsi üçün maraqlarına toxunan şəxs Maraqlı şəxs ödəmiş olduğu rüsumunun məbləği isə onun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov
Məhkəmə qərarları › İş №2(103)-4863/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4863/2022
17.08.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vəsiyyət üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver