Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4865/2025 03.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “əsassız hesablanmış borcun silinməsi barədə” iddiasına dair mülki iş üzrə Xəzər Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(003)-1208/2025 nömrəli qətnaməsindən Cavabdeh İB-nin apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları 1.İddiaçı aid olan, ünvan 1 ünvanında (abonent kodu: **********00090) təbii qazdan istifadə olunur. 2.Cavabdeh İB-nin əməkdaşları göstərilən ünvanda təbii qazdan sayğacdankənar istifadə faktları ilə bağlı aktlar tərtib edib və həmin aktlar əsasında zərərin (itirilmiş qazın) dəyəri aşağıdakı kimi müəyyən olunub: 1) xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 133,2 manat; 2) xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 133,2 manat; 3) xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 133,2 manat; 4) xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 133,2 manat; 5) xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 66,6 manat; 6) xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 142,2 manat; 7) xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 142,2 manat; 8) xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 142,2 manat; 9) xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 32,4 manat; 10) xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 32,4 manat; 11) xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 32,4 manat. 12) xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 32,4 manat; 13) xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 32,4 manat; 14) xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 32,4 manat; 15) xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 142,2 manat; 16) xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 295,4 manat; 17) xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 295,2 manat; 18) xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 295,2 manat; 19) xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 295,2 manat; 21) xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 194,4 manat; 22) xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 388,8 manat; 23) xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 388,8 manat; 24) xx.xx.2020-cu il tarixli ******* saylı akt əsasında 295,2 manat; 25) xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 295,2 manat; 26) xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 295,2 manat; 27) xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 295,2 manat; 28) xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 194,4 manat; 29) xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 194,4 manat; 30) xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 194,4 manat. 3.Aktlarda iddiaçı (abonent) İddiaçı imzası yoxdur. 4.Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli ekspert rəyindən görünür ki, İddiaçı aid fərdi yaşayış evinə quraşdırılmış qaz sayğacı və ona bərkidilmiş giriş-çıxış borusunda hal-hazırda və əvvəllər hər hansı kənar müdaxilə nəticəsində yarana bilən zədə, iz (qaynaq izi) və əlavə xətt aşkar edilmədi. 5.Bundan əvvəl başqa mülki işdə Cavabdeh İB həmin ünvanda təbii qazadan sayğacdan kənar istifadəyə görə borcun ödənilməsi üçün İddiaçı qarşı iddia qaldırıb. Xəzər Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(003)-2044/2018 nömrəli qiyabi qətnaməsi ilə iddia təmin edilib, 2.944,72 manat borcun İddiaçı Cavabdeh İB-nin xeyrinə tutulması qət edilib. Həmin qətnamə ilə müəyyən edilib ki, abonent qazdan sayğacdan kənar istifadə edib, bununla bağlı aktlar tərtib edib, 1-ci akt xx.xx.2016-cı ildə, sonuncu akt isə xx.xx.2018-ci ildə tərtib olunub. İddiaçı qiyabi qətnamənin ləğv edilməsi üçün ərizə ilə məhkəməyə müraciət etsə də Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə ərizə təmin edilməyib. Birinci instansiya məhkəməsində icraat 6.İddia ərizəsində və iddianın dəyişdirilməsi barədə ərizədə tələb olunub ki, iddiaçıya aid ünvanda təbii qazdan istifadəyə görə hesablanmış 7.286,2 manat məbləğində borc silinsin. 7.Xəzər Rayon Məhkəməsinin qətnaməsi ilə qət olunub ki, iddia təmin edilsin, 7.286,2 manat məbləğində borc silisin. Qətnamədə məhkəmə xərclərinə dair məsələ də həll olunub. Apellyasiya instansiyası məhkəməsində icraat 8.Cavabdehin apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia təmin edilməsin. 9.Əvvəlki məhkəmə iclasında iştirak etmiş, Cavabdeh İB-nin nümayəndələri Rəşad Əliyev və Orxan Hüseynov apellyasiya şikayətinin əsaslı olduğunu bildirdilər. Onlar sonuncu məhkəmə iclasına gəlməmişlər. 10.İddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 11.Birinci instansiya məhkəməsi iddianı ona görə təmin edib ki, iddia ərizəsində göstərilən dövrdə, yəni xx.xx.2018-ci ildən xx.xx.2021-ci ilədək abonentin təbii qazdan sayğacdan kənar istifadə etməsi müəyyən olunmadı. Lakin Xəzər Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2018-ci il tarixli 2(003)-2044/2018 nömrəli qiyabi qətnaməsi ilə ilə müəyyən edilib ki, abonent daha əvvəl, yəni xx.xx.2016-cı ildən xx.xx.2018-ci ilədək olan dövrdə təbii qazdan sayğacdankənar istifadə edib və zərərin (itirilmiş qazın) dəyəri 2.244,72 manat təşkil edib. Göründüyü kimi, qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən olunub ki, həmin ünvanda qaz xəttinə sayğacdan kənar qoşulma halı mövcuddur. Bundan başqa, qaz xəttinə sayğacdan kənar qoşulma faktını təsdiq edən fotoşəkillər Cavabdeh İB tərəfindən məhkəməyə təqdim olunub. Ona görə də, qaz xəttinə sayğacdan kənar qoşulma faktının olmaması barədə ekspert rəyi iddianın rədd edilməsinə əsas ola bilməz. 12.Hazırkı iş üzrə Azərbaycan Respublikası Energetika Nazirliyinin tabeliyində X1 Agentliyinin Bakı filialı tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli mütəxəssis rəyinə görə, qaz xəttinə sayğacdan kənar qoşulma halında hesablanan qaz həcminin dəyəri 1.799,4 manat təşkil edir. 13.Beləliklə, məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 425-ci maddələrinin, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın göstərişlərinə əsaslanaraq hesab edir ki, qətnamə ləğv edilməli, iddia qismən təmin edilməli, 2019-2021-ci illərdə təbii qazdan sayğacdan kənar istifadə nəticəsində borcun məbləği 1.799,4 manat müəyyən edilməli və həmin illərdə təbii qazdan sayğacdan kənar istifadəyə görə hesablanmış borcun qalan hissəsi silinməlidir. 14.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti qismən təmin olunsun. Xəzər Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(003)-1208/2025 nömrəli qətnaməsi ləğv olunsun. İddia qismən təmin olunsun. ünvan 2 ünvanı (abonent kodu: **********00090) üzrə 2019-2021-ci illərdə təbii qazdan sayğacdan kənar istifadə nəticəsində borcun məbləği 1.799,4 (min yeddi yüz doxsan doqquz tam onda dörd) manat müəyyən edilsin və həmin illərdə təbii qazdan sayğacdan kənar istifadəyə görə hesablanmış borcun qalan hissəsi silinsin. İddianın qalan hissəsi təmin edilməsin. Ekspertiza xərci olan 110 manatın 55 (əlli beş) manatı İddiaçı, 55 (əlli beş) manatı Cavabdehndən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin nəfinə tutulsun. Qətnamədən rəsmi qaydada verildikdən sonra 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-4865/2025
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4865/2025
03.10.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver