Məhkəmə qərarları › İş №2(103)-4871/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4871/2020

06.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4871/2020 06.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tofiq Səməd oğlu Səmədovun sədrliyi və məruzəsi ilə, İkram Sabir oğlu Şirinov və Anar Vəzir oğlu Tanrıverdiyevdən ibarət tərkibdə, Kərimova Aytən Nadir qızının katibliyi, İddiaçı2 nümayəndəsi, eyni zamanda İddiaçı1 iştirakı ilə, İddiaçı2 və İddiaçı1 cavabdehlər “Cavabdeh1 MMC-nə və “X11” MMC-nə, üçüncü şəxslər Bakı şəhər Nizami Rayon İcra və Probasiya Şöbəsinə və “xxxxxx” ASC-yə qarşı qiymətləndirmənin, hərracın yekunlarının və alqı-satqı müqaviləsinin ləğv edilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnamədən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-389/2020 saylı xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə İddiaçı2 və İddiaçı1 cavabdehlər “Cavabdeh1 MMC-nə və “X11” MMC-nə, üçüncü şəxslər Bakı şəhər Nizami Rayon İcra və Probasiya Şöbəsinə və “xxxxxx” ASC-yə qarşı qiymətləndirmənin, hərracın yekunlarının və alqı-satqı müqaviləsinin ləğv edilməsi tələbinə dair iddiаsı təmin edilməmişdir. İş materiallarından görünür ki, iddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər Azərbaycan Respublikası Cavabdeh1 X3 və Azərbaycan Respublikası Respublika Xammal və Əmtəə Birjası “Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi” X3, mübahisə predmeti barəsində cavabdehin tərəfində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Bakı şəhəri Nizami Rayon İcra və Probasiya Şöbəsinə və “xxxxxx” X10rşı “qiymətləndirmənin, hərracın yekunlarının və alqı-satqı müqaviləsinin ləğv edilməsi” tələbinə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qiymətləndirici təşkilat Cavabdeh1 X1 ünvan 1 ünvanında yerləşən əmlakın qiymətləndirilməsi barədə ekspert rəyinin ləğv edilməsi və əmlakın hərracda satılması ilə bağlı tərtib edilmiş Hərracın nəticələri haqqında protokolun və hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilənin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçılar iddia ərizəsini onunla əsaslandırmışlar ki, iddiaçı “xxxxxx” X17 cavabdehlər İddiaçı1 və X7 qarşı “borcun tutulması və tutmanın ipoteka predimetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsində iddia qaldırmışdır. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qətnaməsinə əsasən iddiaçının iddia ərizəsi qismən təmin edilərək, 24.849,26 (iyirmi dörd min səkkiz yüz qırx doqquz manat iyirmi altı qəpik) manat məbləğində əsas borcun, 4.990,53 (dörd min doqquz yüz doxsan manat əlli üç qəpik) manat məbləğində faiz borcunun, 200 (iki yüz) manat məbləğində cərimə borcunun, cəmi 30.039,79 (otuz min otuz doqquz manat yetmiş doqquz qəpik) manat məbləğində borcun və məhkəmə xərclərinə görə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun cavabdehlər İddiaçı1 və X4 iddiaçı “xxxxxx” X13 xeyrinə tutulması, tutmanın cavabdeh İddiaçı1 məxsus olan ipoteka ilə yüklü edilmiş ünvan 1 ünvanında olan mənzilə yönəldilməsi və həmin mənzilin açıq hərracdan satılaraq satışdan əldə edilmiş vəsait iddiaçı “xxxxxx” X13 xeyrinə ödənilməsi, mənzilin hərracda ilkin satış qiymətinin 95.000 (doxsan beş min) manat müəyyən edilməsi, hərrac yolu ilə əldə edilən pul vəsaitindən iddiaçı “xxxxxx” X8 borc ödənildikdən sonra artıq qalan pul vəsaitinin cavabdeh İddiaçı1 ödənilməsi, hərrac yolu ilə mənzil satıldıqdan sonra İddiaçı1 yaşadığı ünvan 1 ünvanını tərk etməsi və mənzili boşaltması qət edilmişdir. Qətnamədən şikayət verilmədiyi üçün qətnamə qüvvəyə mindi və icraya göndərildi. Qeyd edilməlidir ki, İddiaçı1 tərəfindən “xxxxxx” X14 ipoteka ilə yüklü edilmiş ünvan 1 ünvanında yerləşən mənzili onlar birgə nikah dövründə və birgə qazancları hesabına əldə etmişdilər, lakin qeyd olunan mənzil onun məlumatı olmadan cavabdeh İddiaçı1 tərəfindən banka girov qoyulmuş və onların heç bir məlumatları olmadan Bakı şəhəri Nizami Rayon İcra və Probasiya Şöbəsi tərəfindən mənzil 95.000 (doxsan beş min) manat qiymətləndirildiyi halda 60.000 (altmış min) manata hərraca çıxarılaraq iddiaçı “xxxxxx” X16 satılmışdır. Hal-hazırda adı çəkilən mənzilin bazar qiyməti 110.000 (bir yüz on min)-120.000 (bir yüz iyirmi min) manat arasındadır, hal-hazırki bazar qiymətindən aydın olur ki, qiymətləndirmə mənzili hesab edirlər ki, qiymətləndirmə əmlakı qiymətləndirərkən qanunun tələblərini pozduğundan əmlakın qiymətləndirilməsi barədə ekspert rəyi ləğv edilməlidir. Qeyd edilməlidir ki, qiymətləndirmə və hərracın keçirilməsi haqqında protokolun əldə edilməsi üçün Bakı şəhəri Nizami Rayon İcra və Probasiya Şöbəsinə və cavabdehlərə müraciət edərək əldə etməyə çalışsa da, qeyd olunan qurumlar onun müraciətlərinə heç bir cavab verməmişlər. Onun mülkiyyətində olan ünvan 1 ünvanında olan mənzil 60.000 (altımış min) manat qiymətində tələbkar (ipoteka saxlayan) “xxxxxx” X16 satılmış, lakin qeyd olunan mənzillə bağlı Bakı şəhəri Nizami Rayon Məhkəməsində məhkəmə mübahisəsi olduğundan, yəni mənzilin üzərinə həbs qoyulduğundan ipoteka saxlayan mənzili Daşınmaz Əmlakın Dövlət Reyesteri Xidmətində adına rəsmiləşdirə bilməmişdir. Qeyd edilənlərə əsasən, hərracın keçirilməsi haqında protokol ləğv edilməlidir. Mənzilin satılması ilə bağlı cavabdehlər tərəfindən keçirilən qiymətləndirmə və hərracla bağlı onlara heç bir bildiriş göndərilmədən mülkiyyətlərində olan mənzil qanunsuz olaraq real qiymətindən 50% aşağı qiymətə qiymətləndirilərək onlardan xəbərsiz hərrac keçirməklə tələbkar “xxxxxx” X16 satılmışdır. Birinci və ikinci cavabdehlərin hüquqi ünvanlarının və adlarının oxşar və eyni olması onu göstərir ki, hər iki təşkilat bir şəxsə aiddir. Həmin təşkilatlar tərəfindən həyata keçirilmiş fəaliyyət ona qarşı qərəzli edilmişdir. Bu əməl onun əmlakının ucuz qiymətə özgənikiləşdirmək və özünküləşdirmək üçün əvvəlcədən əlbir olaraq törədilmiş cinayətdir. Hesab edir ki, “Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi” və Cavabdeh1 X1 hərəkətləri tamamilə qanunsuzdur. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli 2(007)-220/2018 nömrəli qətnaməsinin icrası ilə bağlı Cavabdeh1 X1 keçirdiyi hərrac ləğv edilməlidir. İddiaçı2 nümayəndəsi, eyni zamanda İddiaçı1 ilk cavadehin əsl cavabdeh ilə əvəz edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Respublika Xammal və Əmtəə Birjası “Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi” X1 əsl cavabdeh olan Cavabdeh2 ilə əvəz edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Respublika Xammal və Əmtəə Birjası “Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi” X5 əsl cavabdeh olan Cavabdeh2 ilə əvəz edilmişdir. Qeyd olunanları nəzərə alıb, iddia tələbnin təmin olunmasını xahiş etmişdir. İşə baxan birinci instansiya məhkəməsi tərəfindən iddia tələbləri təmin edilməmişdir. İddiaçılar İddiaçı2 və İddiaçı1 Nərimanov rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddia ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını kollegiyadan xahiş etmişlər. Apellyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən işdə olan sübutlara obyektiv qiymət verilməməsini, işə birtərəfli baxılmasını, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların araşdırılmaması və digər əsasları göstərməklə, apellyasiya şikayətinin təmin olunması xahiş edilmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə cavabdehlərin səlahiyyətli nümayəndələri kollegiyanın iclasına gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən Kollegiya işə gəlməyən cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. İşə apellyasiya qaydasında baxan Kollegiya apellyasiya şikayətinin dəlillərini müzakirə edib, şikayəti müdafiə edərək təmin olunmasını xahiş edən İddiaçı1 izahatını dinləyib, işdə olan sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin olunmamalı, Nərimanov rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı ******* nömrəli xx xxxxxx 2010-cu il tarixdə qeydiyyatdan keçmiş çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, Cəmşid Naxçıvanski küçəsi, ev 48, 81,4 kv.metr ümumi, 63,3 kv.metr yaşayış, 18,1 kv.metr yardımçı sahəsi olan 4 otaqlı 40 nömrəli mənzil-3 otaq, 49,8 kv.metr yaşayış sahəsindən ibarət pay X2 və 1 otaq, 13,5 kv.metr yaşayış sahəsindən ibarət pay Şərifova (Ağayeva) Esmira Əlifağa qızının adına xüsusi mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində 1210 nömrəli reyestr kitabının 109992 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşə əlavə edilmiş Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1173/2017 nömrəli xx xxx 2017-ci il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı1 cavabdeh İddiaçı2 qarşı “nikahın pozulması, uşaqların onun yanında qalması və aliment” tələbinə dair iddia ərizəsi müvafiq qətnamə ilə qismən təmin edilərək, İddiaçı2 ilə İddiaçı1 arasında bağlanmış və Bakı şəhəri Nizami Rayon VVADQ şöbəsində xx xxxxxxxx 2003-cü il tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 17 nömrə ilə qeyd edilmiş nikahın pozulması, tərəflərin birgə nikahından xx xxxxx 2004-cü il tarixdə doğulmuş X12 və xx xxxxxx 2006-cı il tarixdə doğulmuş X15 anaları İddiaçı1 yanında qalmaları, İddiaçı2 xx xxxxxx 2016-cı il tarixdən başlayaraq, xx xxxxx 2004-cü il tarixdə doğulmuş X12 və xx xxxxxx 2006-cı il tarixdə doğulmuş X15 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay sabit pul məbləğində hər birinə 140 (bir yüz qırx) manat olmaqla, cəmi 280 (iki yüz səksən) manat alimentin tutulub İddiaçı1 verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. İşdə olan Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-220/2018 nömrəli xx xxxx 2018ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı “xxxxxx” X13 cavabdehlər İddiaçı1 və X7 qarşı “kredit üzrə borcun qaytarılması, ipoteka ilə yüklü edilmiş əmlaka tutmanın yönəldilməsi və yüklü edilmiş əmlakın açıq hərracdan satılması” tələbinə dair iddia ərizəsi müvafiq qətnamə ilə qismən təmin edilərək, xx xxxxxx 2014-cü il tarixli 116.LN.2102.141114.00002 nömrəli kredit müqaviləsi üzrə 24.849,26 (iyirmi dörd min səkkiz yüz qırx doqquz manat iyirmi altı qəpik) manat məbləğində əsas borcun, 4.990,53 (dörd min doqquz yüz doxsan manat əlli üç qəpik) manat məbləğində faiz borcunun, 200 (iki yüz) manat məbləğində cərimə borcu olmaqla, cəmi 30.039,79 (otuz min otuz doqquz manat yetmiş doqquz qəpik) manat məbləğində borcun və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun əvəzi İddiaçı1 və X4 müştərək qaydada “xxxxxx” X13 xeyrinə tutulması, tutmanın İddiaçı1 məxsus olan və banka ipoteka qoyulmuş Bakı şəhəri, Nizami rayonu, Cəmşid Naxçıvanski küçəsində yerləşən 48 nömrəli evin 40 nömrəli mənzilinə yönəldilməsi və həmin mənzilin açıq hərracdan satılaraq, əldə edilən vəsait hesabına “xxxxxx” X8 borcun ödənilməsi, mənzilin hərracda ilkin satış qiymətinin 95.000 (doxsan beş min) manat məbləğində müəyyən edilməsi, hərrac yolu ilə əldə edilən pul vəsaitindən “xxxxxx” X8 borc ödənildikdən sonra artıq qalan pul vəsaitinin İddiaçı1 verilməsi, hərrac yolu ilə satıldıqdan sonra İddiaçı1 yaşadığı Bakı şəhəri, Nizami rayonu, Cəmşid Naxçıvanski küçəsində yerləşən 48 nömrəli evin 40 nömrəli mənzilini tərk etməsi və mənzilin boşaldılması, iddia tələbinin qalan hissədə təmin edilməməsi, məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə sərf edilmiş 145 (bir yüz qırx beş) manat məbləğində pul vəsaitinin İddiaçı1 və X4 müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Cavabdeh2 xx xxxxxxx 2018-ci il tarixli Bakı şəhəri Nizami Rayon İcra və Probasiya Şöbəsinə, “xxxxxx” X16, İddiaçı1 və X7 ünvanladığı açıq hərracın keçirilməsinə dair 02/106 nömrəli bildirişin müvafiq qaydada təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, Cəmşid Naxçıvanski küçəsi, 48 nömrəli evin 40 nömrəli mənzilinin 95.000 (doxsan beş min) manat qiymətinə xx xxxxxx 2018-ci il tarixdə saat 11:00-da açıq auksion formasında satışa çıxarılması barədə məlumat verilmişdir. Qeyd edilən bildirişlər müvafiq qaydada poçt ilə tərəflərə göndərilmiş, İbrahimov İftixar adlı şəxs xx xxxxxxx 2018-ci il tarixdə müvafiq bildirişi qəbul etmişdir. “Kaspi” qəzetinin xx xxxxxxx 2018-ci il tarixli 174 (3547) nömrəli buraxılışının surətindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, Cəmşid Naxçıvanski küçəsi, 48 nömrəli evin 40 nömrəli mənzilinin 95.000 (doxsan beş min) manat qiymətinə xx xxxxxx 2018-ci il tarixdə saat 11:00-da açıq auksion formasında satışa çıxarılması barədə elan dərc edilmişdir. Cavabdeh2 xx xxxxxx 2018-ci il tarixli Bakı şəhəri Nizami Rayon İcra və Probasiya Şöbəsinə, “xxxxxx” X16, İddiaçı1 və X7 ünvanladığı açıq hərracın keçirilməsinə dair 02/106-1 nömrəli bildirişin müvafiq qaydada təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, Cəmşid Naxçıvanski küçəsi, 48 nömrəli evin 40 nömrəli mənzilinin 80.750 (səksən min yeddi yüz əlli) manat qiymətə (ilkin satış qiyməti olan 95.000 (doxsan beş min) manat məbləğində dəyərdən 15% aşağı qiymətinə) xx xxxxxx 2018-ci il tarixdə saat 11:00- da açıq auksion formasında təkrar satışa çıxarılması barədə məlumat verilmişdir. Qeyd edilən bildirişlər müvafiq qaydada poçt ilə tərəflərə göndərilmiş, İbrahimli Nazənin adlı şəxs xx xxxxxx 2018-ci il tarixdə müvafiq bildirişi qəbul etmişdir. “Kaspi” qəzetinin xx xxxxxx 2018-ci il tarixli 200 (3573) nömrəli buraxılışının surətindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, Cəmşid Naxçıvanski küçəsi, 48 nömrəli evin 40 nömrəli mənzilinin 80.750 (səksən min yeddi yüz əlli) manat qiymətə xx xxxxxx 2018-ci il tarixdə saat 11:00-da açıq auksion formasında satışa çıxarılması barədə elan dərc edilmişdir; Cavabdeh2 xx xxxxxx 2018-ci il tarixli 184 nömrəli hərrac təşkilatının hərracın yekunları barədə ptotokolun müvafiq qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı1 xüsusi mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, Cəmşid Naxçıvanski küçəsi, 48 nömrəli evin 40 nömrəli mənzilini 60.562 (altmış min beş yüz altmış iki) manat dəyərində “xxxxxx” X17 əldə etmişdir. İşdə olan Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə xx xxxxxx 2018-ci il tarixli müqaviləsinin müvafiq qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı1 xüsusi mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, Cəmşid Naxçıvanski küçəsi, 48 nömrəli evin 40 nömrəli mənzilini 60.562 (altmış min beş yüz altmış iki) manat dəyərində “xxxxxx” X17 almışdır. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin İ hissəsin əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Konstitusiyanın 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanunun: 7-ci maddəsinə əsasən qiymətləndirmənin nəticələri haqqında hesabatların tərtib olunma qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir. Qiymətləndirmənin nəticələri haqqında hesabatda əmlakın bazar və ya digər dəyərlərinin yekun göstəricisi məhkəmə qaydasında ləğv edilmədikdə, həqiqi sayılır (“Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən bu Qanunun 7-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir.); 10-cu maddəsinin tələbindən isə görünür ki, qiymətləndirmə fəaliyyətini həyata keçirərkən Azərbaycan Respublikasının qiymətləndirmə haqqında qanunvericiliyinə riayət etmək qiymətləndiricinin vəzifəsidir. İşin birinci instansiya məhkəməsi və kollegiya tərəfindən müəyyən olunmuş hallarından görünür ki, Bakı şəhəri, Nizami rayonu, Cəmşid Naxçıvanski küçəsində yerləşən 48 nömrəli evin 40 nömrəli mənzilinin ilkin satış qiyməti Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli 2(007)-220/2018 nömrəli qətnaməsi ilə 95.000 (doxsan beş min) manat məbləğində müəyyən olunmuşdur. Məhkəmə qətnaməsi əsasında müəyyən olunmuş əmlakın satış dəyərinin yenidən müəyyən olunması yolverilməzdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Göstərilən prosessual normanın tələbləri baxımından məhkəmə kollegiyası qeyd edir ki, mülki işin icraatı zamanı preyudisial (əvvəlki hal) faktlar da sübut olunmur. Sübutetmə predmetinə daxil olan tədqiq olunan və məhkəmənin yekun aktında əks edilən faktlar, bu akt qanunla müəyyən edilənqaydada ləğv edilənə və ya dəyişdirilənə qədər həqiqilik və qətilik keyfiyyəti əldə edir. Məcburiliyi baxımından bütün digər orqanlar, vəzifəli şəxslər, təşkilatlar, vətəndaşlar bu aktın məzmunu ilə razılaşmalıdırlar. Artıq qüvvəyə minmiş qətnamənin faktiki əsasını təşkil edən hallar yeni mübahisə üçün də hüquqi əhəmiyyət kəsb etdikdə preyudisiya əlaqəsi yaranmış olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415.1-ci maddəsinə görə auksionlar və müsabiqələr açıq və qapalı ola bilər. Açıq auksionda və açıq müsabiqədə istənilən şəxs iştirak edə bilər. Qapalı auksionda və qapalı müsabiqədə yalnız bu məqsəd üçün dəvət olunan şəxslər iştirak edirlər; 415.2-ci maddəsinə əsasən qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci 30 (otuz) gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. “İpoteka haqqında” Azərbaycan Respublikası qanununun 42.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, forması, onun predmeti və keçirilmə qaydası, ilkin satış qiyməti, hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi miqdarında beh ödəməlidir. Məhkəmə araşdırılmasında müəyyən edildi ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-220/2018 nömrəli xx xxxx 2018-ci il tarixli qətnaməsi ilə iddiaçı “xxxxxx” X13 cavabdehlər İddiaçı1 və X7 qarşı “kredit üzrə borcun qaytarılması, ipoteka ilə yüklü edilmiş əmlaka tutmanın yönəldilməsi və yüklü edilmiş əmlakın açıq hərracdan satılması” tələbinə dair iddia ərizəsi müvafiq qətnamə ilə qismən təmin edilərək, xx xxxxxx 2014-cü il tarixli 116.LN.2102.141114.00002 nömrəli kredit müqaviləsi üzrə 24.849,26 (iyirmi dörd min səkkiz yüz qırx doqquz manat iyirmi altı qəpik) manat məbləğində əsas borcun, 4.990,53 (dörd min doqquz yüz doxsan manat əlli üç qəpik) manat məbləğində faiz borcunun, 200 (iki yüz) manat məbləğində cərimə borcu olmaqla, cəmi 30.039,79 (otuz min otuz doqquz manat yetmiş doqquz qəpik) manat məbləğində borcun və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun əvəzi İddiaçı1 və X4 müştərək qaydada “xxxxxx” X13 xeyrinə tutulması, tutmanın İddiaçı1 məxsus olan və banka ipoteka qoyulmuş Bakı şəhəri, Nizami rayonu, Cəmşid Naxçıvanski küçəsində yerləşən 48 nömrəli evin 40 nömrəli mənzilinə yönəldilməsi və həmin mənzilin açıq hərracdan satılaraq, əldə edilən vəsait hesabına “xxxxxx” X8 borcun ödənilməsi, mənzilin hərracda ilkin satış qiymətinin 95.000 (doxsan beş min) manat məbləğində müəyyən edilməsi, hərrac yolu ilə əldə edilən pul vəsaitindən “xxxxxx” X8 borc ödənildikdən sonra artıq qalan pul vəsaitinin İddiaçı1 verilməsi, hərrac yolu ilə satıldıqdan sonra İddiaçı1 yaşadığı Bakı şəhəri, Nizami rayonu, Cəmşid Naxçıvanski küçəsində yerləşən 48 nömrəli evin 40 nömrəli mənzilini tərk etməsi və mənzilin boşaldılması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı1 məxsus Bakı şəhəri, Nizami rayonu, Cəmşid Naxçıvanski küçəsində yerləşən 48 nömrəli evin 40 nömrəli mənzili ilə bağlı hərracların təşkili və keçirilməsi barədə bildirişlər İddiaçı1 göndərilmiş və bunu təsdiq edən müvafiq poçt göndərişləri mövcuddur. Eyni zamanda, qeyd edilən əmlakla bağlı hərracların təşkili və keçirilməsi barədə müvafiq elanlar qəzetdə dərc edilmişdir. Nəticədə həmin hərracların keçirilməsi barədə iddiaçıya məlumat verilmiş və iddiaçı şəxsən bununla bağlı məlumatlı olmuşdur. Göründüyü kimi, Cavabdeh2 tərəfindən hərracın təşkili və keçirilmə qaydasının tələbləri pozulmamışdır. Məhkəmə kollegiyası işə baxan birinci instansiya məhkəməsi ilə razılaşaraq, hesab edir ki, qeyd edilən əmlaka dair keçirilmiş hərracların yekunları barədə müvafiq protokolun və həmin protokol əsasında bağlanmış alqı-satqı müqaviləsinin ləğv edilməsi üçün heç bir hüquqi əsas yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. İddiaçılarınhal-hazırda hazırkı iddia tələblərinin təmin olunması üçün əsaslar olmadığından, iddia ərizəsini təmin etməməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 393, 405-ci maddələrini rəhbər tutaraq, kollegiya qət etdi: İddiaçı2 və İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin hazırkı iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar